TəSDİq ediRƏm azmiu-nun Elm və Texnika İşləri üzrə prorektoru prof. A. R.Şərifov “ ” 2021-ci IL



Yüklə 228,73 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix10.03.2023
ölçüsü228,73 Kb.
#87165
  1   2   3   4   5   6   7   8   9   10   11


TƏSDİQ EDİRƏM 
AzMIU-nun Elm və Texnika 
 İşləri üzrə prorektoru
prof. A.R.Şərifov__________ 
“___” __________ 2021-ci il 
 
 
 
 
 
 
 
 
 
 
3305.07 – “İnşaat materialları və məmulatları” ixtisası üzrə doktoranturaya 
qəbul üçün 
 
PROQRAM 
 
 
 
 
Proqram Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı 
ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 2.5-2.13-
cü bəndləri əsas tutularaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin 
“Materialşünaslıq” kafedrasının əməkdaşları tərəfindən işlənib hazırlanmışdır 
 
 
 
2021 


 
Giriş 
 
Müasir elm və texnika yeni yüksək effektli materiallar və texnologiyaların
işlənib hazırlanması istiqamətində inkişaf edir. İnşaat materialları və onlar əsasında 
hazırlanan məmulatlar sənayenin mühüm və böyük həcmə malik bir sahəsidir. Bu 
səbəbdən də “İnşaat materialları və məmulatları” ixtisası üzrə yüksək ixtisaslı 
kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edir.
“İnşaat materialları və məmulatları” ixtisasından elmi dərəcə almaq istəyənlər
inşaat materialşünaslığının əsasları, inşaatda istifadə olunan material və məmulatların
istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, tətbiq 
sahələri haqqında ətraflı biliklərə malik olmalı, təbii daş materialların, inşaat 
keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və 
məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri 
əsasları, onların xassələrinin tərkiblərindən və quruluşlarından asılılığı haqqında 
biliklər əldə etməlidir.
Bu sahədə çalışan elmi kadrlar lazımi xassələrə malik material istehsal etmək
texnoloji prosesləri tənzimləmək üçün xammalların və materialların fiziki-kimyəvi 
təbiəti haqqında dərin biliklərə malik olmalıdır. 
“Inşaat materialları və məmulatları” ixtisası məzmununa görə geniş profilli və 
mürəkkəb nomenklaturalı bir ixtisasdır. Çünki tikintidə təbii daş materialları, 
oduncaq, keramik materiallar, inşaat şüşəsi, mineral yapışdırıcı materiallar, beton və 
dəmir-beton, üzvi yapışdırıcı materiallar, polimer inşaat materialları, metal inşaat 
materialları kimi fərqli tərkibə və fərqli xassələrə malik materiallar tətbiq olunur. 

Yüklə 228,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin