TƏLİm sistemiNİn komponentləRİ Əhatə olunan məsələlər



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix22.10.2019
ölçüsü1,14 Mb.
#29406
1   2   3   4   5   6   7
TƏLİM SİSTEMİNİN KOMPONENTLƏRİ


 

14.6.4. Əyaniliklə sözün vəhdəti. 

 

Təlimin əyaniliyi xüsusi vasitələrdən müəllimin sözü ilə uzlaşdırılmış şəkildə 

istifadə edilməsi nəticəsində həyata keçirilir. Hələ XIX əsrin ortalarında uşaqların 

əqli  fəaliyyətlərinin  aktivləşdirilməsi  vasitəsi  kimi  əyaniliyin  tətbiqi  ideyası  irəli 

sürülmüşdür.  Uzun  müddət  həmin  vasitələrin  köməkçi  rol  oynaması  nəzərdə 

tutulmuşdur: Onlardan biliklərin mənimsənilməsini asanlaşdıran və şagirdlərdə öy-

rənilən  materiala  maraq  oyadan  illüstrativ  vasitə  kimi  istifadə  olunmuşdur. 

Didaktikada əyani vasitələrə, əsasən, həyatla əlaqəsi istiqamətində baxılmış, onun 

rolunu  hərtərəfli  tədqiq  etmək,  bunu  problem  kimi  araşdırmaq  diqqətdən 

yayınmışdır.  Məhz  bu  səbəbdən  də  bəzi  tədqiqatçılar  (məsələn,  İ.İ.Pidkasisti, 

L.V.Zankov, M.İ.Maxmutov, M.A. Danilov, N.A.Mençinskaya, E.Q.Minqazov və 

başqaları)  əyaniliyin  təlimdə  roluna  belə  klassik  baxışı  heç  də  kifayətləndirici 

hesab  etməmiş,  bu  statusda  istifadə  olunan  əyaniliyi  şagirdlərin  idrakının 


fəallaşması  üçün  hərtərəfli  effektli  vasitə  saymamışlar.  Təbii  ki,  əyaniliyin 

funksiyalarının məhdud şəkildə anlaşılması zərərli hal kimi qəbul olunmalıdır. 

Q.İ.Şukinanın  təlim  prosesində  əyaniliyin  idrak  yükünün  “çoxmənalılığı” 

haqqında  mülahizəsi,  L.V.Zankovun  və  N.A.Mençinskayanın  əyaniliyin  üç 

funskiyası  (əyanilik  biliyin  mənbəyidir,  əyanilik  deduktiv  nəticələrin,  hissi 

qavrayışın əsası və idrakın dayağıdır) haqqında fikirləri, sonuncuların qeyd etdiyi 

funskiyalara  M.İ.Maxmutovun  əlavə  etdiyi  əyaniliyin  dördüncü  funskiyası-  təlim 

probleminin  qoyuluşu,  problemli  vəziyyətin  yaradılması  vasitəsi  olması  barədə 

mühakimə  diqqətəlayiqdir.  E.Q.Minqarovun  tədqiqatları  şagirdlərin  tədris-idrak 

fəaliyyətinin aktivləşdirilməsində əyaniliyin rolunu aydınlaşdırmaq imkanı yaradır. 

Onun  fikrincə,  şagirdlərin  aktivləşməsi  əyani  vasitələrin  tətbiqinin  konkretdən 

abstrakta, ümumidən fərdiyə, hərəkət etməyəndən hərəkət edənə və s. keçid xətti 

və  ya  əks-keçid  xətti  üzrə  gedir.  Əks-keçid  halı  idrak  məsələlərinin  həllinin 

araşdırılması və induktiv nəticələrin tədqiqi prosesi üçün xarakterikdir. 

Əyaniliyin  aşağıdakı  funskiyalarından  istifadə  etməklə  təlim  prosesinin 

idarəolunmasını  yaxşılaşdırmaq  mümkündür:  1)  əyanilikdən  empirik  məlumatları 

əldə etmək vasitəsi kimi; 2) əyanilikdən deduktiv nəticələrin təsdiqi vasitəsi kimi; 

3)  əyanilikdən  induktiv  nəticəyə  gəlmək,  ümumiləşdirmənin,  sistemləşdirmənin 

əsaslandırılması vasitəsi kimi; 4) əyanilikdən, bərpaedici fəaliyyətdən evristik fəa-

liyyətə keçid şəraitinin yaradılması vasitəsi kimi; 6) evristik fəaliyyətin illüstrasiya 

təminatını yaxşılaşdırmaq vasitəsi kimi. 

Təlim  sistemində  əyani  vasitələrin  tətbiqi  zamanı  aşağıdakı  tələblər 

gözlənilməlidir. 

1.Təlim prosesi əyani vasitələrlə həddindən artıq yüklənməməlidir, əks halda 

tədris  materiallarının  başa  düşülüb  mənimsənilməsində  şagirdlərin  müstəqilliyini 

və  fəallığını  aşağı  salır.  Əyani  vasitələrin  çoxluğu  biliklərin  mənimsənilməsinə 

maneçilik törədir, axtarış prosesinə mənfi təsir göstərir. 

2.  Əyani  vasitələrdən  istifadə  edilməsinin  aydın  məqsədi  olmalıdır.  O,  əqli 

fəaliyyətin növlərinin idarə olunmasını şərtləndirməlidir. 

3.  Şagirdlərdə  kənar  assosiasiyalar  yaratmaq  üçün  əyani  vasitədə  lüzumsuz 

heç bir şey olmamalıdır. 

4. Əyani vasitə tətbiq edərkən şagirdlərin imkanları nəzərə alınmalıdır. Belə bir 

fikir  yanlışdır  ki,  aşağı  siniflərdə  yalnız  şəkilli  əyani  vasitələrdən  istifadə 

olunmalıdır.  Uşaqları  şərti  təsvirlərdən  istifadə  etməklə  əlaqələri,  asılılıqları  başa 

düşməyə alışdırmaq zəruridir. 

 

14.7.1. Müstəqillik və müstəqil iş 

Bir  qədər  haşiyə  çıxaraq  qeyd  edək  ki,  böyuk  sistemlərlə  ehtiva  etdikləri 

kiçik  sistemlər  arasında    dialektik  əlaqələrin  mövcudluğu  barəsində  elmi 

mənbələrdə  maraq  doğuran    məlumatlar  az  deyildir.Sözügedən  mənbələrdə 

vurğulanır  ki,  hər  hansı  sistemin  komponentinə,elementinə  onun  özünə  nəzərən 


kiçik  sistem(alt  sistem)  kimi  baxmaq  olar.”Müstəqil  iş”anlayışına  bu  rakursdan 

yanaşaraq aydınlıq gətirməyə çalışaq. 

Təlimdə  “müstəqillik”  və  “müstəqil  iş”  anlayışları  şəxsiyyətin  fəaliyyəti  ilə 

bilavasitə  bağlı  olan  anlayışlardır.  Şəxsiyyətin  fəaliyyətində  dörd  istiqamət  özünü 



daha  çox  biruzə  verir:  özünü  və  onu  əhatə  edən  aləmi  dəyərləri  ilə  dərketmə 

fəaliyyəti;  bəşərin  əldə  etdiklərini  özünəməxsusluqla  mühafizəetmə  fəaliyyəti; 

bəşəriyyəti, aləmi və özünü bioloji varlıqdan sosial varlığına yüksəlmə dərəcəsinə 

müvafiq  dəyişdirmə  fəaliyyəti;  bəşəri  dəyərlərlə  normallaşdırılan  münasibətə 

daxilolma fəaliyyəti ). 

Fəaliyyətlə onun alt sistemi olan iş arasında dialektik bağlılıq mövcuddur (iş 



–  bu  və  ya  digər  istiqamət  üzrə  fəaliyyətin  sadə,  bir  cari  məsələni  həll  etməyə 

yönəlmiş,  nisbətən  bitmiş  elementi  kimi  dərk  oluna  bilər).Şəxsiyyətin  fəaliyyət 

sisteminin  alt  sistemi  olan  iş  subyekti  tərəfindən  müstəqil  və  yaxud  da  qeyri-

müstəqil yollarla icra oluna bilər. 

Söylədiklərimiz  təlim  fəaliyyəti  və  onun  ehtiva  etdiyi  alt  sistemlərə  də 

tamamilə aiddir. Təlim prosesində şagird cari məsələni həm müəllimin müdaxiləsi 

ilə  yerinə  yetirə  bilər,  həm  də  bilavasitə  kömək  olmadan,  əqli  və  əməli  fəaliyyət 

göstərərək  sərbəst  yerinə  yetirə  bilər.  İkinci  hal  “müstəqil  iş”  anlayışında  öz 

mahiyyətini saxlayır. 

Müstəqil  iş”  anlayışının  dərki  və  mahiyyətinin  açılması  şagirdlərin  idrak 

fəallığının  və  fəaliyyətinin  psixoloji  əsasını  təşkil  edən  “təfəkkürün  müstəqilliyi” 

anlayışı  ilə  sıx  bağlıdır.  Təfəkkürün  müstəqilliyinin  mahiyyətinin  dərki  müstəqil 

işin  mahiyyətini  dərk  etməyə  imkan  verməklə  yanaşı,  şagirdlərin  müxtəlif  yaş 

qruplarında  müstəqilliyinin  dərəcəsini  müəyyənləşdirməyə  imkan  verir,  bunsuz  

praktikada şagirdlərin müstəqil işini uğurlu təşkil etmək olmaz. 

Unutmaq  olmaz  ki,  tədris  –  idrak  fəaliyyətinin  ən  səmərəli  formalarından 

biri  məhz  məktəblilərin  sərbəst,  müstəqil  işidir.  Bu  ondan  irəli  gəlir  ki,  

ümumtəhsil məktəblərində təlimin ümdə vəzifələrindən biri  kreativ düşüncə sahibi 

olan,  müstəqil  bilik  əldə  etməyə  qabil,  yeni  nəticələr  almaq  bacarığına 

malik,yaradicı şəxsiyyətlər yetişdirməkdir.  


Məşhur pedaqoqlardan T.T.Şamova təlimdə şagirdlərin müstəqil işinin əsas 

əlamətlərini aşağıdakı amillərin varlığında görür:  

a) müstəqil işdə məqsəd aydınlığı olmalı; 

 b) konkret tapşırıqlar olmalı;  

c) müstəqil işin nəticəsinin səlis ifadəsi olmalı; 

 ç) tapşırıq alan şagirdlərin hər birinin bu tapşırığı hökmən yerinə yetirməsi 

vacib sayılmalıdır. 

 Təlim  fəaliyyətinin  təşkilində  bu  əlamətlərin  hamısının  birlikdə  olması 

şagirdlərin müstəqil işi üçün əsas şərt kimi qəbul edilə bilər. Əlbəttə, müstəqil işlər 

müxtəlif  səviyyəli  sərbəstliklə təşkil oluna  bilər.  Burada  müstəqil iş  üçün verilən 

tapşırığın  asan  və  çətinliyi  tədris  materialı  və  şagirdlərin  tədris  imkanları  ilə 

şərtlənməlidir.  Bir  səviyyədən  digərinə  keçid  tədricən  olmalı,  həm  də  hər  bir 

keçmiş səviyyə sonrakı üçün hazırlıq kimi səciyyələnməlidir. 



 Vacibi  isə  budur  ki,  müstəqil  iş,  onun  məzmunu,  forması,  onun  yerinə 

yetirilmə  vaxtı  təlimin  bu  və  ya  digər  pilləsinə  adekvat  olmalıdır.  Bu  şərt 

gözlənilməzsə, onda sərbəstlik, müstəqil iş cəhdi xeyirdən çox ziyan gətirər.  

Tədris  fənninin  xüsusiyyəti  də  nəzərə  alınmalıdır.  Məsələn,  riyaziyyatın 

tədrisində  müstəqil  iş  dərsdə  və  dərsdənkənar  məşğələlərdə  müxtəlif  yollarla 

aparıla bilər ki, bunların ən səmərəlisi təbii ki, təmrinlər, məsələlər həllinin yerinə 

yetirilməsidir.  Məsələ  həlli,  təmrinlər,  tapşırıqların  digər  növlərinin  təlimdə 

müstəsna əhəmiyyəti barədə biz yuxarıda bəhs etmişdik(bax:IVfəsil,4.2və4.3yarım 



başlıqları).Burada  onu  əlavə  etməyi  zəruri  hesab  edirik  ki,  bu  iş  riyaziyyatın 

tədrisində 

reproduktiv,produktiv-rekonstruktiv  və 

variativ  kimi  müxtəlif 

növ,sistem halına gətirilmiş tapşırıqlarla daha səmərəli şəkildə həyata keçirilə bilər. 

Reproduktiv  növ tapşırıqlarda şagirdlərin müstəqil fəaliyyətində alqoritmik 

cəhət  üstünlük  təşkil  etdiyi  halda,yaradıcı-  variativ  növ  tapşırıqlarda  şagirdlər 

qeyri-standart  situasiya  ilə  rastlaşır  və  bundan  çıxış  yolu  axtarır,  intuitsiyanın 

gücünə arxalanır ki, bu da evristik fəaliyyət üçün səciyyəvi əlamətdir.  


Şagirdlərdə  müstəqillik  aşılamaq  və  bu  yolla  onların  riyazi  təfəkkürünün 

inkişafını təmin etmək üçün müəllimin müxtəlif növ tapşırıqlardan istifadə etməsi 

vacibdir.  

Müstəqil işə verilən əsas tələblər

Müstəqil  işə  verilən  əsas  tələblər  bilavasitə  müstəqil  işin  öz  mahiyyəti  ilə 

bağlıdır. Doğrudur, müstəqil işin təlim prosesində əhəmiyyətini inkar edən yoxdur, 

amma buna baxmayaraq müstəqil iş məfhumunun mahiyyəti haqqında, onun hansı 

didaktik  kateqoriya  üzrə  şərhi  barədə  müvafiq  pedaqoji  əhəbiyyatda  fikir  ayrılığı 

mövcuddur. Bunların bəziləri ilə tanış olaq. 

Pedaqoji  ədəniyyatda  şagirdlərin  müstəqil  işi  məfhumu  üzrə  çox  müxtəlif 

rəylər  olduğunu  etiraf  edən  A.M.İsmixanov  göstərir  ki,  bunları  3  qrupa  ayırmaq 

olar.  

  Birinci  qrup  pedaqoqlar  (R.M.Mikelson,  N.D.Leviton,  A.V.Nerovnıx, 



R.A.Vasilyeva və b.)  müstəqil işin  mahiyyətini müəyyənləşdirərkən bu işin 

zahiri cəhətlərini ön plana çəkmişlər: şagirdin sərbəst, müəllimin köməyi və 

ya  müdaxiləsi  olmadan  işləməsi,  icaraya  müəyyən  vaxt  ayrılması,  şagirdin 

fiziki fəaliyyət göstərməsi və s. 

 

İkinci qrup pedaqoqlar (R.B.Sroda, Q.S.Panfilova və b.) müstəqil işin daxili 

cəhətini  ön  plana  çəkmişlər:  şagirdin  əqli  fəallıq,  müstəqillik,  yaradıcılıq, 

təşəbbüskarlıq göstərməsi və s.  

  Pedaqoq  və  metodistlərin  üçüncü  qrupu  (B.S.Yesipov,  E.Y.Qolant, 

N.Q.Dayri,  N.Kazımov,  P.İ.Pidkasisli,  V.P.Strezikozin,  A.V.Usova, 

O.A.Nilson  və  b.)  müstəqil  işin  həm  daxili,  həm  də  xarici  cəhətlərini 

vəhdətdə götürmüşlər. 

Müstəqil  işin  mahiyyətini  açmaqda  professor  N.Kazımovun  irəli  sürdüyü 

belə bir tərif maraq doğurur: “Müəllimin tapşırığını bilavasitə kömək olmadan, əqli 

və  əməli  fəaliyyət  göstərərək,  şagirdin  sərbəst  yerinə  yetirməsi  müstəqil  işdir”. 

N.Kazımov  göstərir  ki,  dərsdə  şagirdin  müstəqil  işini  səciyyələndirən,  onu  başqa 

xarakterli  tapşırıqların  yerinə  yetirilməsindən  fərqləndirən  bir  sıra  xüsusiyyətlər 

vardır. 


 Bu xüsusiyyətlərin başlıcaları bunlardır:  

1) yerinə yetirilən tapşırığın müəllim tərəfindən verilməsi; 

 2)  müəllimin  verdiyi  tapşırığın  kömək  olmadan  şagird  tərəfindən  müstəqil 

icrası;  

3) mənimsəmiş olduğu biliklərdən müstəqil iş zamanı şagirdin yaradıcılıqla 

istifadə etməsi; 

 4)  müstəqil  iş  zamanı  şagirdin  səy  göstərərək  fikirləşməsi  və  sərbəst  yol 

seçməsi; 

 5)  şagirddə  əmələ  gələn  fikrin  fəaliyyətlə(əqli  və  əməli)  üzvü  şəkildə 

birləşməsi. 

Bunlardan başqa N.Kazımov həm də şagirdlərin müstəqil işinə verilən bəzi 

tələblərə  də  toxunaraq  göstərir  ki,  hər  şeydən  əvvəl,  dərsdə  şagirdlərin  müstəqil 

işinin  fərdi,  iki-iki,  yoxsa  qrup  halında  təşkil  ediləcəyini  müəyyənləşdirmək 

müstəqil  işin  təşkilinə  verilən  tələblərdən  biridir.  Çünki,  mövzu  üzrə  müstəqil  iş 

zamanı sinfin müvafiq avadanlıqla, cihazla nə dərəcədə təmin ediləcəyi məktəbin 

imkanlarından çox asılıdır. 

Digər  tərəfdən  dərsdə  şagirdlərin  müstəqil  işlərinin  yerini  və  vaxtını 

əvvəlcədən müəyyən etmək də tələb olunur. Şagirdlərdən müstəqil işləməyi tələb 

edən  tapşırıqları  müəllim  hərtərəfli  fikirləşir,  onların  tədris  məqsədlərini  

qabaqcadan  müəyyənləşdirir.  Çünki  müstəqil  işin  məqsədi  aydın  olduqda, 

məzmunu  müəllim  tərəfindən  düzgün  seçildikdə,  onun  müvəffəqiyyətlə 

nəticələnməsi üçün şərait yaranır.  

Nəhayət,  müstəqil  işləmək  məqsədilə  müəllimin  şagirdlərə  veridiyi 

tapşırıqlar mümkün qədər qısa və aydın olmalıdır, şagirdlərin işinin məzmunu və 

xarakteri onlara  yaxşı başa salınmalıdır. Başqa sözlə, şagirdlər  müstəqil işə hazır 

olmalıdır.  Müstəqil  işin  icrasının  pedaqoji  ustalıqla  təşkil  olunması 

müvəffəqiyyətin  mühüm  şərtlərindən  biridir.  Müstəqil  işi  təsadüfdən-təsadüfə 

deyil,  müntəzəm  olaraq  təşkil  etmək  lazımdır.  Şagirdlərin  müstəqil  işi  onların 

öncədən mənimsəmiş olduqları biliklərə, əldə etdikləri bacarıq və vərdişlərə, həyat 


təcrübələrinə  əsaslanır.  Keçmiş  materiallara  əsaslanan  müstəqil  iş  şagirdlərə  yeni 

bilik ünsürləri verir.  

Şagirdlərin müstəqil işinin növlərini bilmək və onları həm məzmununa, həm 

də formasına görə tədriclə müxtəlifləşdirmək lazımdır. Şagirdlərin müstəqil işində 

müəllimin rolu artır. Çünki tapşırığın yerinə yetirilməsi üçün müəllim bütün sinfin 

işini  təşkil  edir,  ayrı-ayrı  şagirdlərin  işini  müşahidə  edir,  ehtiyacı  olanlara  əlavə 

istiqamət  verir.  Müstəqil  işi  təşkil  etmək,  onu  məqsədəuyğun  reallaşdırmaq 

müəllimin gərgin əqli fəaliyyətidir.  

Müstəqil  iş  alt  sistem  olmaqla  nizamlanır  və  sual,  çalışma,  məsələlərdən 

vasitə  kimi  istifadə  olunur.  Müstəqil  iş  təlim  prosesində  nisbi  müstəqilliyə  malik 

funksiyaları  yerinə  yetirməyə  istiqamətlənməklə  yanaşı,  bu  funksiyalar  prosesin 

(təlim prosesinin) ümumi məqsədlərindən irəli gəlir. Müsqətil işin təlim prosesində 

yeri  bu  prosesin  komponentlərinin  uzlaşması,  təlimin  idarəolunma  məntiqi  ilə 

müəyyənləşir.  

Müstəqil  işin  təşkili  məqsədilə  tapşırıq  müəllim  tərəfindən  didaktik 

məqsədlərlə  və  eyni  zamanda  şagirdin  müstəqillik  dərəcəsi  qiymətləndirilərək 

müəyyənləşdirilir. Müəllim təşkiletmə-tənzimləmə funksiyalarını müəyyən məntiqi 

formaya malik tapşırığı ilə həyata keçirir. Burada başlıca əlamət şagirdin tapşırığı 

icraetmə prosesinə müdaxilə olunmaması, onun müstəqil fəaliyyət şəraitinin təmin 

olunmasıdır.  

Müstəqil iş təlim prosesinin altsistemi olmaqla vaxt məhdudiyyəti xassəsinə 

malikdir. O təlim prosesinin müxtəlif mərhələlərində tətbiq oluna bilir. Müstəqil iş 

şagirdin inkişafını sürətləndirmək istiqamətinə yönəlməklə konkret tədris-idrak və 

tədris-təşkilati  funksiyaların  yerinə  yetirilməsi  imkanlarını  genişləndirir,  təlim 

prosesinin yaxşı idarə olunmasını şərtləndirir.  

Müstəqil işə qoyulan psixo-didaktik tələblər aşağıdakılardır:  

I.  Müstəqil  iş  əvvəlcədən  qarşıda  duran  didaktik  vəzifələr  əsasında 



layihələndirilməlidir.  

Hər  bir  müstəqil  işin  didaktik  vəzifəsi  iki  mühüm  istiqaməti  özündə 

saxlamalıdır: 1) 

t

əlim prosesinin ümumi məqsədini:

 a) bəşərin öz tarixi inkişafı 


prosesində  əldə  etmiş  olduğu(ümumiləşdirdiyi)  gerçəyi  mənimsəmə  təcrübəsini;   

b)  onun  qorunması  təcrübəsini;  c)  insanın  və  onun  mənsub  olduğu  cəmiyyətin 

sivilizasiyası  və  azadlığı  üçün  zəruri  olan  yaradıcılıq  təcrübəsinin  əldə  olunması 

hazırlığına  istiqamətlənmək;  ç)  əvvəlki  üç  məqsədlə  üzvü  şəkildə  bağlı  olan 

insanların  birgə  yaşaması,  dünya  pəncərəsinin  onun  üçün  açıq  olmasını 

şərtləndirən keyfiyyətlərin əldə olunmasını hədəfləmək; 2) 

t

əlim prosesinin yaxşı 

idar

əolunan prosesə çevrilməsini. 

II.  Müstəqil  işin  təşkil  olunması  və  idarə  olunması  üçün  onun  yerini  və 



şagirdləri əhatəetmə formasını müəyyənləşdirmək lazımdır 

Müstəqil  işlər  yerinə  görə  təlim  prosesinin  bütün  mərhələlərinə  aid  edilə 

bilər:  

a)  öyrənmənin  əsaslandırılması  və  keçmiş  təcrübənin  aktuallaşdırılması 

zamanı; 

b)  biliyin əldə olunması zamanı; 

c)  biliklərin tətbiqi, sistemə salınması zamanı; 

d)  proses və nəticələrin müəllim və şagirdin özü tərəfindən qiymətləndirilməsi 

zamanı. 

Şagirdləri əhatəetmə formasına görə; a) fərdi; b) qoşa(cütlərdə); c) qrupda; 

ç) frontal(bütün sinfin əhatə olunması ilə) olaraq müəyyənləşdirilir.  

III.  Müstəqil  işin  davametmə  müddəti,  keçmiş  bilikləri  əhatə  etməsi, 



yeninin  çətinlik  dərəcəsi,  şagirdin  potensial  imkanlarına  uyğunluğu 

müəyyənləşdirilməlidir.  Odur  ki,  müstəqil  işlərin  nomenklaturasına  daxil  edilən 

hansı növün tətbiq ediləcəyi dəqiqləşdirilməlidir.  

IV. Tapşırığın növü əvvəlcədən seçilməli və tapşırığın formüləsi haqqında 

müəllim  hərtərəfli  fikirləşməlidir.  Məktəbin  imkanları,  müəllimin  özünün 

hazırlığı,  təlim  materialının  məzmunu  və  şagirdin  (və  ya  şagirdlərin)  imkanlarını 

da ciddi şəkildə nəzərə almaq vacibdir.  

V. Tapşırığın şərti və tələbi şagirdə aydın olmalıdır. Ola bilər ki, aparılmış 

işin məntiqi davamı kimi şagirdlə birgə müstəqil iş üçün tapşırıq formalaşdırılsın 


və  bu  halda  əlavə  izahat  və  göstərişə  heç  bir  ehtiyac  olmasın.  Əgər  varsa,  onda 

mütləq şagirdə zəruri və aydınlıq gətirə bilən təlimat verilməlidir.  

VI. 

Müstəqil  işin  tətbiqində  ardıcıllıq,  sistematiklik,  inkişaf 

gözlənilməlidir. Şagirdi müstəqil və sərbəst təhsilə, həyata hazırlamaq üçün bu işin 

əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.  

VII.  Şagirdlərin  müstəqil  işində  ümumiləşdirmə,  sistemləşdirmə, 

dəyişdirilmiş  situasiyalarda  biliyin  tətbiqi  və  yeni  ünsürlərin  olması  vacibdir. 

Müstəqil işin icrası şagird tərəfindən əldə olunmuş biliklərə, vərdiş və bacarıqlara, 

onun  həyat  təcrübəsinə,  müşahidələrinə  əsaslanmaq  tələbini  özündə  saxlamaqla, 

daha  ümumi  bilik,  bacarıq  və  vərdişlərin,  təcrübənin  əldə  olunmasına  şagirdi 

istiqamətləndirməlidir.  

Müstəqil  iş  öz  məzmunu,  əyləncəliliyi,  məntiqiliyi  ilə  şagirdin  öyrənməyə 

maraq və  meyllərinin  yaxşılaşdırılmasına səbəb  olmalıdır. Müstəqil iş  şagirdin  ən 

mühüm şəxsi keyfiyyətlərindən hesab olunan qiymətləndirmə (düzgün və ədalətli) 

qabiliyyətinin formalaşmasına təkan verməlidir.  

VIII.  Müstəqil  iş  sistemi  özündə  zehni  və  əməli  fəaliyyətin  vəhdətini 



saxlamalıdır. Müstəqil iş zamanı şagirdin əqli fəaliyyətinin alqoritmik və evristik 

cəhətlərinin  vəhdətdə  inkişafı,  oz  fəaliyyətini  idarəetmə  subyekti  kimi 

formalaşması  üçün  iş  şəraiti  müəllimin  düzgün  rəhbərliyi  ilə  yaxşılaşdırılmalıdır. 

Müəllim rəhbərlik işini konkret şəraitə uyğun olaraq daim tənzimləməlidir. 



 

14.7.2. Müstəqil işlərin təlimin məntiqinə uyğun təsniflənməsi və tətbiqi 

Təlim  prosesinin  cərəyanetmə  məntiqinə  müvafiq  olan,  praktik  cəhətdən 

əlverişli  hesab  etdiyimiz  müstəqil  iş  sistemi  və  onun  nomenklaturası  aşağıdakı 

kimidir: 

1. Təlim prosesi qarşısında qoyulan məqsədin şagirdin (və ya şagirdlərin) 

tələbatının təminolunma obyektinə çevrilməsinə istiqamətlənən müstəqil işlər: 

 

materialın  tədris,  inkişaf,  sonrakı  fəaliyyət  üçün  faydalılığının  dərk 



olunmasına aid müstəqil işlər; 

 

əyləncəli,  cəlbedici  cəhətləri  ilə  materialın  öyrənilməsinə  şagirdləri 

istiqamətləndirən müstəqil işlər; 

  problemli vəziyyət yaratmağa xidmət edən müstəqil işlər. 

2.  İzah-illüstrativ  öyrənməyə  üstünlük  verilən  zaman  tətbiq  olunan 

reproduktiv xarakterli müstəqil işlər. 

2.1.Bərpaedici fikri fəaliyyətə aid müstəqil işlər

 

əvvəllər öyrənilmişləri aktuallaşdırmağı və xatırlamağı tələb edən müstəqil 

işlər; 

  məşqetdirici,  mühüm  qaydanı  və  ya  qanunu  oxşar  hallara  tətbiq  etməyi 



tələb edən müstəqil işlər; 

 

şərhedici və izahlı müstəqil işlər; 

 

əsaslandırmağı tələb edən müstəqil işlər; 

  alqoritmləşdirməyə aid müstəqil işlər; 



2.2. Əsasən praktik fəaliyyətə aid müstəqil işlər: 

  tədris-praktik xarakterli müstəqil işlər

  ictimai-praktik xarakterli müstəqil işlər. 

3.  Problemli  öyrənmə  zamanı  tətbiq  olunan  idrak-axtarış  (evristik) 



müstəqil işlər: 

 

problemli  şərhlə  bağlı  tətbiq  olunan  müstəqil  işlər(  ziddiyyətlərin  aradan 



götürülməsi,  açılmamış  (müəllimin  şərhində)  materialın  şagirdin  müstəqil 

öyrənməsi, ümumiləşdirməni yerinə yetirməsi); 

  qismən axtarışla bağlı müstəqil işlər; 

  problemli məsələ, sual, çalışmaların tətbiqi vasitəsilə idarə olunan müstəqil 

işlər: 

-  təhrikedici müstəqil işlər; 

-  konstruksiyaedici, müəyyənləşdirici müstəqil işlər; 

-  eksperimental-axtarış üzrə müstəqil işlər; 

  məntiqi-axtarış üzrə müstəqil işlər ; 

   dəyişdirilmiş situasiyalarda biliyin tətbiqinə aid müstəqil işlər; 



  diskussiya ilə bağlı müstəqil işlər və s. 

-   

 

Yaradıcı xarakterli müstəqil işlər: 

-  elmi-yaradıcı; 

-  konstruktiv-texniki; 

-  təcrübi- yaradıcı. 



4.  Fəal  (interaktiv)  təlimin  mərhələlərinə  müvafiq  tətbiq  olunan müstəqil 

işlər. 

-  motivasiyanın  uğurlu  alınması,  problemin  qoyulması  üçün  tətbiq  olunan 

müstəqil işlər; 

-  tədqiqatın aparılması məqsədilə tətbiq olunan müstəqil işlər; 

-  yaradıcı tətbiq üzrə müstəqil işlər; 

-  yoxlayıcı, qiymətləndirici məqsədlə tətbiq olunan müstəqil işlər və s. 

Nümunələr üzrə mülahizələrimizə aydınlıq gətirək. Ümumtəhsil məktəblərində  

riyaziyyat kursu qarşısında qoyulmuş vəzifələrin böyük bir hissəsi müstəqil işlərin 

sistemli tətbiqi vasitəsilə yerinə yetirilir. Qabaqcıl təcrübədə bu məqsədlə tapşırıq 

növlərindən olan suallardan, məsələlərdən, çalışmalardan geniş istifadə edilir. 

Burada nümunə və tip üzrə standartlardan qeyri-standarta, asandan-çətinə,sadədən-

mürəkkəbə doğru yönəlişlik, təlimin məntiqi diqqət mərkəzində saxlanılır. Belə ki, 

qeyri-standart, nisbətən çətin tapşırıqlar tətbiq olunanadək nisbətən asan 

tapşırıqların müxtəlif üsullarla həllinə şagirdlər təhrik olunur 

 

Suallar və tapşırıqlar 

 

1. Təlim  materialının  seçilib  sistemləşdirilməsi  zaman  hansı  amillər  əsas 

götürülür? 

2. Sizə yadda saxlamanın hansı priyomları məlumdur? Onlar barədə danışın. 

3. Müqayisənin hansı növləri var? Onları səciyyələndirin. 

4. Fikri iş priyomları barədə nə deyə bilərsiniz? 

5. “Təlim metodu” anlayışını şərh edin. 

6. Təlim metodlarının nomeklaturası və təsnifatı barədə danışın. 

7. “Problemli  şərh”  metodunun  əsas  xüsusiyyətləri  haqqında  nə  deyə 

bilərsiniz? 

8. Evristik və ya qismən axtarış metodunu səciyyələndirin. 

9. Sizə  təlimin  vasitələr  sisteminin  hansı  elementləri  məlumdur?  Onların 

əhəmiyyəti barədə fikirlərinizi açıqlayın. 

10. 


Təlimdə suallardan istifadə olunması barədə danışın. 

11. 


“Problemli dərs” anlayışının şərhini verin. 

12. 

Dərsə verilən tələblər hansılardır? 

13. 

Müəllimin  dərsə  hazırlaşması  və  dərsin  planlaşdırılması  ilə  bağlı  nə 



deyə bilərsiniz? 

14. 


Sizə qiymətləndirmənin hansı prinsipləri məlumdur? 

15.  “ Müstəqil iş” anlayışını ”sistem-struktur” rakursdan interpretasiya edin. 



 

 

Ədəbiyyat 

 

1.  Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: 

Maarif, 1983. səh.35-36; 117;132;144;153-154; 194-198. 

2.  Əhmədov  A.,  Şərifov  T.,  Abbasov  Ə.  Şagird  nailiyyətlərinin 

qiymətləndirilməsi. //”Kurikulum” jurnalı, 2008, N 1, səh.86-87. 

3.  Əlizadə  Ə.Yeni  pedaqoji  texnologiyalar:  bəzi  pedaqoji  və  psixoloji 

məsələlər. //”Kurikulum” jurnalı. Bakı, 2008, N 1, səh.76. 

4.  İbrahimov  F.N.  Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı:  Mütərcim, 

2010. səh.200-311. 

5.  Kərimov  Y.Ş.  Təlim  metodları.  Bakı:  RS  Poliqraf,  2007.  səh.1996;  206; 

210-211. 

6.  Qasımova L.N., Mahmudova R.M.Pedaqogika. Bakı, 2003. səh.267. 

7.  Mehdizadə  M.,  Ümumtəhsil  məktəblərində  təlim-tərbiyə  prosesinin 

təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982. 

8.  Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı: BDU, 1991, səh.208-210. 

9.  Nəsirov  V.H.,  Məmmədov  Ə.B.  Elmi  idrakın  metod  və  formaları.  Bakı: 

Maarif, 1980, səh.8; 36. 

10. 


Ümumi psixologiya (Prof. A.V. Petrovskinin redaktorluğu ilə). Bakı: 

Maarif, 1982, səh.288-291. 

11. 

Бабанский Ю.К. Оптимизация учебно-воспитательного процесса. 



-М., 1982, стр.6-13. 

12. 


Махмутов  М.И..  Теория  и  практика  проблемного  обучения. 

Казань, 1972. стр.42,123,178,427-431. 

13. 

Подласый И.Й. Педагогика начальной школы. М.: Гуманитарный 



центр. ВЛАДОС, 2000. стр.41-43. 

14. 


Якиманская И.Я. Развивающее обучение. М., 1979. стр.69-84. 

 

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin