Tələbə: Samin Nəsirli Qrup: Mq23. 1 İxtisas: Marketing Fənn: Karyera Mövzu



Yüklə 23,85 Kb.
səhifə2/3
tarix20.11.2023
ölçüsü23,85 Kb.
#165039
1   2   3
46-48 karyera

Özünü tanımaq
Nosce te ipsum! Latınca olan bu ifadə bəzilərinizə tanışdır tərcüməsi -Özünü tanı. Tarix boyu bir çox müdrik şəxsin yazdığı əsərlərin əsas başlığı olmuşdur bu ifadə. İş həyatında verilən qərarlarda özünü tanıma - inanclarını, dəyərlərini, bacarıqlarını və iş həyatından gözləntilərini bilmək xüsusi ilə önəmlir. Təəssüf ki, bəzən fərdlər yetişdirilərkən özünü tanıması uzun müddət geçikə bilir. Bəzən həyatı önəm daşıyan qərarlar onun yerinə başqaları tərəfindən verilir və ya bu qərarlara kənardan müdaxilə edilir. Fərdin bu qərarların doğru olmadığı anlaması həyatında böyük zaman itkisinə səbəb olur. Çalışın iş həyatıyla bağlı qərarlar yanlış belə olsa öz seçiminiz olsun.Mütləq şəkildə karyeranızı planlayarkən özünü daha yaxşı tanımaqla işə başlayın, özünüzə bu sualları verin –
İş həyatında mənim üçün dəyərli olanlar nədir?
Bacarıqlarım nələrdir?
İş həyatında məni motivasiya edəcək şeylər nələrdir?
Hansı sahədə çalışsam bir müddət sonra bezmərəm və uzunmüddətli karyeramı qura bilərəm?
Aydındır ki, bu sualların bir kağıza yazıb dərhal cavabını qeyd etmək qeyri-mümkündür. İş həyatına daxil olmadan, kollektivlə çalışmadan bu suallara verilən cavablar ya yanlış olacaq ya natamam. Hələ də iş həyatına başlamamısızsa, nə edəcəyini düşünürsüzsə dərhal hər hansı bir işdən başlamağa çalışın. İş həyatı dedikdə şərt deyil ki   hər gün saat 9-dan 6-ya çalışılan bir iş olsun, başlanğıc olaraq könüllü işlər, təcrübə proqramları və ya kiçik bir alqı-satqı işləri də ola bilər. Əsas odur ki, nəsə bir iş görün, yeni insanlar tanıyın, əmək bazarının çarxlarının necə işlədiyi praktiki olaraq öyrənin. İş görərkən artıq qeyd etdiyimiz sualların cavablarını da daha asan verəcəksiz, öz bacarıqlarınızı, dəyərlərinizi iş motivasiyanızı zamanla kəşf edəcəksiz. Özünüzü tanıyacaqsız.
Əmək bazarını öyrənmək
Əmək bazarını öyrənmək məsələsini daha yaxşı anlamaq üçün bu üç detala diqqət edin.
Yeni yaxud çox bilinməyən peşə sahələrini araşdırmaq
Bu sahələrin prespektivlərini və gələcək imkanları bilmək
Sahələrə görə işçi qüvvəsinin qiymətləndirilməsi analiz etmək.
Yeni və yaxud çox bilinməyən iş sahələrini tanımaq hər işaxtaran üçün çox önəmlidir. Oxuduğunuz ixtisasla bağlı çalışa biləcəyin bütün iş sahələrini bu iş sahələrinin prespektivlərini və əmək qiymətləndirməsini dərindən araşdıraraq işə başlaya bilərsiz.Həmçinin vakansiya saytlarında çıxan və nə mənaya gəldiyini bilmədiyiniz vakansiyaları mütləq araşdırın.
İş prespektivləri dedikdə həmin səhənin gələcəyə yönəlik mümkün inkişaf istiqaməti və keçid edilə biləcək iş istiqamətləri nəzərdə tutulur. Misal qrafik dizayner olaraq çalışırsız bu sahədə təcrübə topladıqdan sonra Art direktor olaraq çalışa bilərsiz və ya qrafik dizayner olaraq çalışmaq istəmədikdə 3D dizayn və ya interyer dizayn sahəsinə keçid edə bilərsiz. Demək olar əksər iş sahələrinin bu şəkildə prespektivləri vardır. Doğru araşdırma aparmaq sizə yeni qapılar açacaqdır. Bu araşdırma zamanı həmin sahədə çalışan insanların Linkedin hesablarını izləmək və ya həmin insanlarla tanış olmaq də sizə çox dəyərli bilgilər verəcəkdir.
Əgər doğru ixtisası oxumadığınızı düşünürsüzsə və ya ali təhsiliniz yoxdursa bu da karyeranızda irəliləyə bilməyəcəksiz demək deyil. Misal üçün copyrighter, SEO-SMM mütəxəssisi,UI ,UX dizayner, scrum master və ya bu kimi onlarla yeni peşə sahələri son illərdə çox tələb gördüyünü deyə bilərik. Bir çox hallarda gənclər bu peşə sahələrinin onların ixtisasına uyğun olmadığını və ya bu sahədə təhsil almadıqlarını düşünüb üzərindən keçir. Bilmək lazımdır ki, hazırda nəyinki Azərbaycanda dünyada da çox az universitet bu yeni sahələrlə bağlı təhsil verir. İnsanlar müxtəlif internet resursları onlayn kurslar (youtube coursera,udemy) və s. vasitələrlə bu peşələrə yiyələnib karyerasını qururlar. Siz də müəyyən vaxt sərf edərək kodlaşdırma, dizayn, data analizi və s. bu kimi sahələri öyrənib hətta ofisə belə getmədən frilans olaraq kifayət qədər gəlir əldə bilirsiz. Bütün bunlar üçün ingilis dilini öyrənməyin önəmini də vurğulamadan keçməyək.
Ola bilər ki, yeni peşə sahələrini araşdırmayaraq xəyalınızdakı işi tapmaq şansını itirirsiz. Yaxın gələcəkdə hələ hansı sahələrin yaranacağını, tələb görəcəyini dəqiqliklikdə demək qeyri-mümkündür. Yuxarıda da qeyd etdiyimiz kimi ancaq və ancaq şərtlərə uyğunlaşma bacarığınız və doğru zamanda doğru qərarlar verərək karyeranızda böyük uğurlar əldə bilərsiz.Yeri gəlmişkən, “uğurlu karyera” da nisbi anlayışdır. Kiminə görə Forbes jurnalına çıxmaq uğurlu karyeradır kiminə görə heç kimdən asılı olmadan maddi təminatını qarşılamaq uğurlu karyera sayıla bilər.Siz də özünü daha yaxşı tanıyaraq hədəflərinizi müəyyən edə bilərsiz.
Əmək bazarının reallıqları daxilində işçi qüvvəsinin qiymətləndirilməsi bilmək karyera planlamanızda əsas təsir edən faktorlardan biri olacaqdır. Aydındır ki, maddi təminat məsələsini diqqətə almadan istəklərə , bacarıqlara və dəyərlərə uyğun karyera istiqaməti seçmək də uzunmüddətli dönəmdə ciddi problem yarada bilir. Müəyyən sahədə vaxt və enerji sərf etdikdən sonra real əmək bazarında bu sahəyə tələbatın olmadığı və ya gəlir səviyyəsinin çox aşağı olduğu görmək fərqli karyera istiqaməti seçməyə məcbur edən səbəblərdən biri ola bilər

Yüklə 23,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin