TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


İKT-nİn TƏHSİLƏ tətbİqİndə



Yüklə 386,5 Kb.
səhifə2/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
TƏHSİLDƏ ikt

İKT-nİn TƏHSİLƏ tətbİqİndə

əsas məqsəd və VƏZİFƏLƏR
Təhsil sisteminin informasiyalaşdırılmasının  əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiya­larından istifadə etməklə aşağıdakıları təmin etməlidir:  

        Təhsilin keyfiyyətinin artırılması;

        Yeni informasiya mədəniyyətinin formalaşdırılması;

        Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;

        Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına  inteqrasiyasının təmin edilməsi.
Göstərilən məqsədlərə nail olmaq  üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll olunması zəruri şərtlərdəndir:

        Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya  sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;

        İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edil­məsi. Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki va­si­tələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informa­siya texnologiyaları vasitə­lərinin standartlaşdırılması və sertifikasiyası;

        Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması;

        Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradıl­ması. Onlara tədris prosesində ən yeni informasiya texnologiya­la­rından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına  yiyələnmək imkanının yaradılması;

        Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə təmin olunması;

        İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid stan­dart kimi tətbiq olunması;

        Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnolo­giyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;   

        Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid infor­masiya infrastrukturunun yaradılması;

        İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə olunmasına keçid. 





  1. Yüklə 386,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin