TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Biliyin seçilməsinin (aşkarlanmasının) təcrübi metodları



Yüklə 386,5 Kb.
səhifə51/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
TƏHSİLDƏ ikt

Biliyin seçilməsinin (aşkarlanmasının) təcrübi metodları.

Bilik mühəndisi ilə ekspertin bilavasitə canlı dialoqu metod kimi izah edildi. Lakin bu yeganə metod deyil. Hazırda bilik bazalarını yaratmaq üçün biliyin seçilməsinin (aşkarlanmasının) metodları verilmişdir:



Şəkildə adları çəkilən metodlardan biri, yaxud bir neçəsi konkret məsələdən və şəraitdən asılı olaraq tətbiq edilə bilər. Təsnifat bölgüsünün əsasında bilik mənbələrinin müxtəlifliyi durur. Kommunikativ metodlar canlı bilik mənbəyini, yəni ekspertlə əlaqənin bütün növlərini əhatə edir, tekstoloji metodlar isə biliyin müxtəlif sənədlərdən seçılməsində istifadə olunur. Bu bölgü nusbi xarakter daşıyır. Bilik mühəndisi çox zaman müxtəlif metodları iş prosesesində əlaqələndirməli olur. Məs. o, əvvəlcə ədəbiyyatı öyrənir, sonra ekspertlə işləyir, əksi də mümkündür.

Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara bölünmüşdür. Passivlik onu ifadə edir ki, həmin metodlar əsasında biliyin aşkarlanmasında aparıcı rol bilik mühəndisinə deyil, ekspertə məxsusdur. Ekspertin müşahidələrinin nəticələri və mühazirələri buna misal ola bilər. Fəal metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə aşkarlanmasında istifadə edilir. Lakin müasir ETS-lərdə fərdi metodların tətbiqi daha geniş yayılmışdır.

Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra etdiyi işi izahını, hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazır, və ya videolentə köçürür. Müşahidənin nəticələri ekspertlə müzakirə edilməlidir.

Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özünün müəyyən iş fəaliyyətini deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar, mühakimələr, hətta söhbət zamanı edilən qısa fasilələr də protokollaşdırılır.

Mühazirələr – biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız hazırlanması və oxunması deyil, dinlənilməsi, konspektləşdirilməsi və öyrənilməsi də əsas cəhətdir.

Fəal metodlar içərisində hazırda ETS-lər üçün əksər hallarda fərdi metodlardan istifadə edilir. Anketləşdirmə, müsahibə, dialoq və ekspert oyunlarının senarisi və təşkili bilik mühəndisi tərəfindən aparılır. Burada ekspert oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Anketləşdirmə - sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə edilərək standart xarakter daşıyan metoddur.

Müsahibənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili (aydınlıq, lakoniklik, terminologiya), 2) sualların məntiqi ardıcıllığı, 3) sualın etik cəhətləri.

Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və diskusiyalar zamanı orijinal fakt və hadisələrin meydana çıxması ilə nəticələnən fəal qrup metodlarına beyin həmləsi, dəyirmi masa, işçi oyunlar daxildir.

Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallağını artıran metod kimi geniş yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10 nəfər iştirakçı müəyyən mövzuda tənqid edilmədən zarafat, fantastik, hətta yanlış ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların miqdarı pik həddə çatdıqda iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş yeni ideyalar axtarmağa cəhd edirlər.

Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir. Ekspert oyunları üç metodun müəyyən elementlərini özündə birləşdirir: 1) mütəxəssis hazırlığında və modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) təlimdə daha çox istifadə edilən kompüter oyunları.

İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının həh hansı fəaliyyətinin real mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-tədqiqat xarakterli oyunlar fərqləndirilir.

Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və eksperti real şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs: təyyarəçilərin, atom stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların təlimi) daha geniş tətbiq olunur.

Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:


  1. mövqe oyunları (şahmat, dama və s);

  2. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və s.);

  3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları;

  4. təlim xarakterli oyunlar.

Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının təhlilinə, sintezinə əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: - müəllifin fikri, yəni onun model aləmi, oxucunun, yəni bilik mühəndisinin mütaliə prosesində aldığı məna.

ETS-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra təhsil sahəsində seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll edilməlidir. Strukturlaşdırma predmet sahəsnin qismən formal təsvir prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional strukturunun işlənməsinə, bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına diqqət verilir.

Təhsil sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin və həmin obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir.

Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi mühakimələri və qəbul etdiyi qərarları əks etdirən modellərdir.



Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu formallaşdırdıqdan sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında biliyin təqdimi üçün əlverişli proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə vasitələr isə ya translyatorlar, ya da örtüklər ola bilər.

1 Koqnitiv psixologiya (koqnition-idrak) insanın ətraf aləmi dərk etmək mexanizmini öyrənən elmdir.

Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin