TəHSİl problemləRİ İnstitutu


  Məktəbəqədər təhsil proqramı (kurikulumu)  nəticəyönüm-



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

26 
Məktəbəqədər təhsil proqramı (kurikulumu) 
nəticəyönüm-
lüdür. 
 
Nəticəyönümlülük məktəbəqədər təhsil proqramının (kuri-
kulumunun) hazırlanmasında nəzərə alınan mühüm didaktik 
prinsiplərdən biridir. Təlim prosesində əldə olunacaq nəticələrin 
əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu 
prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. 
Nəticəyönümlülük, ilk növbədə, təlim fəaliyyətinə əsaslanır, 
bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni 
görməyə imkan verir. İlk növbədə, məzmunu ifadə edən belə 
ümumi nəticələr dövlət tərəfindən təsdiq olunur.Azərbaycanda 
inkişaf sahələri üzrə ümumi təlim nəticələri Azərbaycan 
Respublikası Nazirlər Kabineti 16 iyul 2010-cu il tarixli qərarı ilə 
təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartları və 
proqramı (kurikulumu)” sənədində verilmişdir.
 
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) mək-
təbəqədər təhsil pilləsinin sonu üçün nəzərdə tutulan aşağıdakı 
ümumi inkişaf və təlim nəticələrinə nəzər salaq. 

sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir

qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; 

böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordi-
nasiya edir; 

təhlükəsizlik qaydalarına əməl edir; 

nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən 
istifadə edir; 

sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; 

əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malikdir və 
anlayışları izah edir; 

səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli 
sürür; 

sadə təqdimatlar edir; 


27 

sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir;

insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nüma-
yiş etdirir; 

özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı 
ünsiyyət qurur; 

sosial normaları dərk edir və davranışında ona riayət edir;

sadə əmək bacarıqları nümayiş etdirir

sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; 

özünüdərk bacarıqları nümayiş etdirir; 

mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq baca-
rıqları nümayiş etdirir. 
Bu nəticələr məktəbəqədər təhsil pilləsi üçün milli səviy-
yədə müəyyənləşdirilmişdir ki, onlar respublikada məktəbəqədər 
təhsilin məzmununu ifadə edir. İnkişaf sahələri və yaş qrupları 
üzrə hazırlanmış nəticələr isə ümumi təlim nəticələrinə uyğun 
xüsusi nəticələr kimi təsdiq olunur. 
İnkişaf və təlim standartları bölməsində təqdim edilən məz-
mun standartları ümumi təlim nəticələrinin reallaşmasına xidmət 
edir və standartlarda qoyulmuş tələblər bilik formasında uşaqlar 
tərəfindən mənimsənilərək təcrübədə artıq bacarıqlara çevrilir. Bu 
isə uşaqların inkişafını izləmək, istiqamətləndirmək üçün qiymət-
ləndirmə aparmaq baxımından əhəmiyyətlidir. Ümumi nəticələr 
bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənim-
sənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş 
təlim nailiyyətlərinin konkret hissəsi olduğundan onlar həm 
məzmunu müəyyənləşdirir, həm də uşaqların əldə etdiyi nailiy-
yətlərin dəyərləndirilməsinə şərait yaradır.
Məktəbəqədər təhsil proqramına (kurikulumuna) görə uşaq-
lar lazımsız informasiya ilə yüklənmir, gələcək həyat fəaliyyət-
ində ona lazım olacaq ən zəruri ilkin həyati bacarıq və qabiliy-


28 
yətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər 
aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin