TəHSİl problemləRİ İnstitutu


Tərbiyəçilər məzmun standartlarının reallaşdırılması za-



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

Tərbiyəçilər məzmun standartlarının reallaşdırılması za-
manı aşağıda qeyd olunan məsələlərə diqqət yetirməlidirlər:

hər bir yaş mərhələsində mənimsənilməsi əvvəlcədən 
nəzərdə tutulmuş ümumi təlim nəticələrinə nail olunması, məz-
mun standartlarının reallaşdırılması üçün mövzuların düzgün 
müəyyənləşdirilməsi; 

hər yaş dövrünün sonunda uşaqların bilik və bacarıq 
səviyyələrinin məzmun standartlarında qoyulan tələblərə cavab 
verməsi; 

məzmun standartlarındakı biliklərin uşaqlar tərəfindən 
mənimsənilməsi və təcrübəyə tətbiq olunaraq həmin biliklərin 
bacarıqlara çevrilməsi; 

təlim məqsədlərinin alt-standartlara uyğun olaraq düzgün 
müəyyənləşdirilməsi; 

hər bir məzmun standartından bir neçə mövzunun, 
çıxarılması.
Məsələn, 4-5 yaşlılar qrupunda (böyük qrupda) idrakın 
inkişafı üzrə təqdim edilən 
“2.3.3. Canlı və cansız aləmin obyekt-
lərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq) əlamətinə 
görə fərqləndirir.” 
standartı əsasında standartda verilən obyekt-
lərlə tanışlıq üzrə bir çox məşğələ planlaşdırılır. Planlaşdırma 
həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf 
səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin 
vəzifələrini konkretləşdirməlidir. Mövzular planlaşdırılarkən 
xronoloji, sadədən mürəkkəbə və məntiqi ardıcılllığın gözlənil-
məsinə əməl olunmalıdır.
 
 


29 
Standartların strukturu və verilmə ardıcıllığı 
 
Qeyd edildiyi kimi, məktəbəqədər təhsil proqramında 
(kurikulumunda) hər bir inkişaf sahəsinin məzmunu standartlar 
şəklində ifadə olunur. Məzmun standartları uşaqlardan gözlənilən 
ümumi təlim nəticələrini məşğələnin imkanları baxımından 
xüsusiləşdirir.Standartlar öyrədiləcək məzmundan xəbər verir və 
bacarığın xüsusiyyətini göstərir. Yəni nəyin öyrədiləcəyini və 
öyrədilənlərin necə nümayiş etdiriləcəyi aydın təsvir edilir. Hər 
bir standart hər yaş qrupuna uyğun olaraq alt-standartlarla 
müşayət edilir. 
Alt-standartları aşağıdakı kimi səciyyələndirmək olar: 

Alt-standartlarda ümumi məzmun konkret məzmuna 
bölünür. 

Alt-standartlar təlim məqsədlərinin müəyyən olunması 
üçün zəmin olan komponentləri əks etdirir. 

Yaş qrupları artdıqca alt-standartlar dəyişir. 
Bu xüsusiyyətlərin hər birini daha ətraflı nəzərdən keçirək. 
Məzmun alt-standartlarda hissələrə bölünür. Məktəbəqədər 
təhsilin kurikulumunda müəyyən edilmiş təlim nəticələri 
məşğələnin səciyyəvi cəhətlərindən çıxış edərək, xüsusiləşdirilsə 
də, ayrı-ayrı mövzuların təlim məqsədlərinin müəyyənləşməsi 
üçün onların ümumiliyi saxlanılır. Bu ümumilik müxtəlif təlim 
məqsədlərinə nail olunarkən, həmin standartlara dəfələrlə müra-
ciət etmək imkanını genişləndirir. Məktəbəqədər təhsilin hər 
hansı yaş dövrü üçün müəyyənləşdirilmiş məzmun standartı 
müxtəlif mövzuların tədrisi zamanı təlim prosesinin hədəfinə 
çevrilir. Ümumiliyin qorunub saxlanması məzmun standartlarında 
məzmun mürəkkəbliyi yaradır. Bu mürəkkəbliyə alt-standartlarda 
aydınlıq gətirilir. Mürəkkəb məzmunun sadə məzmunlara bölün-
məsi tərbiyəçinin fəaliyyətinin düzgün təşkilinə şərait yaradır. 


30 
Məsələn, İdrakın inkişafı – inkişaf sahəsi üzrə (3-4 yaş) məzmun 
standartının alt-standartlarda sadə fikirlərə necə bölündüyünə 
nəzər salaq: 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin