Tədqiqatın aktuallığı. Mövzunun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur


III. Fəsil. Turizm məhsulunun satış kanalları



Yüklə 100,42 Kb.
səhifə6/8
tarix09.04.2023
ölçüsü100,42 Kb.
#95207
1   2   3   4   5   6   7   8
referat 2944

III. Fəsil. Turizm məhsulunun satış kanalları.
3.1. Turizm məhsulunun hərəkətə gətirilməsində turizm sərgiləri və reklam.

Hər bir turizm şirkəti hazırladığı məhsulu satmaq, satışını artırmaq, sahib olduğu məhsul barədə ölkədaxili və xarici ölkələrdən olan ziyarətçilərə, turşirkətlərə məlumat çatdırmaq məqsədilə müxtəlif yollardan istifadə edir.Bunlara misal olaraq agentliklərlə fəaliyyət , reklam, gəlirin stimullaşdırılması , sərgilər və s misal göstərə bilərik .Ümumiyyətlə turun hərəkətə gətirilməsi müxtəlif metod və vasitələrin köməyi ilə tur məhsulun turizm bazarına çıxarılmasıdır.Bu isə agentərin və alıcıların ticarət markasına istiqamətlənərək turizm məhsulunun satışını stimullaşdırır.Turizm məhsulunun hərəkətə gətirilməsinin məqsədləri aşağıdakılardır:



  • Turizm bazarının subyektlərinə və onun potensial istifadəçilərinə tur və onun imkanları haqqında informasiya çatdırmaq .

  • Turizm bazarının xərclərinin artırılması və yeni istifadəçi seqmentlərinin ələ keçirilməsi .

  • İstifadəçilərin bazara çıxarılan turizm məhsulunu əldə etməyə və agentlikləri uzun müddətli fəaliyyətə sövq etməyə çalışmaq .

Turizm məhsulunun satışını həyata keçirmək məqsədi ilə turoperatorlar və turagentliklər birgə fəaliyyət göstərməlidirlər.Müasir dövrdə turist agentlikləri ilə fəaliyyət istənilən turoperatorun mövcud və strateji fəaliyyinin əsas istiqamətlərindən biri hesab olunur.Turist agentliyi – elə bir hüquqi və ya fiziki şəxs və ya müəssisədir ki , turoperatorun hazırladığı turpaketi istifadəçiyə çatdırır və onun reklamı ilə məşğul olur.Agentliklərə təlabat aşağıdakı səbəblərdən yarana bilər:

  • Turoperatorun hazırladığı turların regionlarda hərəkətinin mühümlüyü-hər turoperatorun hər bir perspektivli regionda öz müəssisə və filialını açmaq üçün lazımı qədər imkanı yoxdur.Çünki regional turagentliklərin birgə fəaliyyətə cəlb olunması turoperatora imkan yaradır ki , onun öz ərazisindən kənarda da turizm məhsulunun hərəkətinə əlverişli şərait olsun .

  • Turların müştəriyə çatdırılması- hər bir müştərinin tur əldə etməsi üçün bir yerdən başqa yerə 10 və ya 100 km-lərlə yol getmək istəyi yoxdur.Ona görə də müştəri üçün turpaketi elə öz doğma şəhərində turoperatorlarla fəaliyyət göstərən turagentlərdən almaq daha səmərəlidir.Çünki, bu yolla turoperator yalnız özünün yerləşdiyi şəhərin əhalisini yox , başqa şəhərlərin əhalisini də tur məhsulu ilə təmin edə bilir.

Turizm məhsulun satışı həmçinin turizm məhsulu haqqında dəqiqi informasiya və onun çatdırılmaslndan olduqca asılıdr.Müştəri turagentin ofisinə müraciət etdikdə , turagent ona mövcud olan tur haqqında informasiya verməlidir.Bununla belə tur haqqında olan informasiya hərtərəfli olmalıdır və buna görə də turagentdən yüksək professionalıq və tur haqqında ətraflı məlumatlar tələb olunur.Turagentin tur yaratma funksiyası onun müxtəlif turoperatorlardan ayrı- ayrı xidmətləri əldə etməsi və onlardan turist paketi formalaşdırılmasını özündə birləşdirir.Bu funksiya daha çox sifariş olunan qrup turlarının və individual turların təşkili üçün uyğundur.
Turizm məhsulunun satışını həyata keçirmək üçün həyata keçirilən tədbirlərdən biri də sərgilərdir. Ümumiyyətlə son zamanlar sərgilərin miqyası daha da genişlənmişdir.Bu səbəbdən də sərgi tədbirləri təşkili və məqsədlərini aşağıdakı kimi izah etmək olar:
Sərgi tədbirlərinin təşkili və məqsədi -Turizm şirkətinin sərgilərində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdə iştirak etməklə turşirkət qısa zaman daxilində turizm aləmində olan iqtisadi, təşkilati, texniki və kommersiya xarakterli yeniliklərlə tanış olur.
Adətən sərgilər dövlət turizm idarəetmə qurumu tərəfindən təşkil olunur. Məqsəd - ölkənin turizm potensialını göstərməklə, buraya xarici ölkələrin turizm təşkilatlarını cəlb etməkdir.
Sərgilər ümumi və ya konkret məqsədli olur. Ümumi formada keçirilən tədbirlərdə hər iştirakçı təşkilat öz əlində olan bütün növ turməhsullarını təbliğ edir. Konkret məqsədli tədbirlərdə isə müəyyən istiqamətli turməhsullar (məs., ekoloji, dəniz və çay kruizləri, piyada, kənd, müalicə və istirahət növləri və s.) təbliğ olunur.
Turşirkətlər bir tədbir zamanı turizm aləmində baş verən yeniliklərlə tanış olurlar, yeni növ xidmətlər və xidmət üsulları barədə məlumatlar alırlar. Sərgidə təmsil olunan turşirkətlər bir-biri ilə əməkdaşlıq kontraktları bağlayır, beynəlxalq səviyyəyə çıxırlar.
Turizm müəssisəsinin sərginin işində iştirakı -Sərgidə iştirakın effektli olması üçün turfirma öncədən hazırlıq işlərini yerinə yetirməlidir. Bunun üçün sərgidə iştirak etməyin məqsədləri aşağıdakı kimi müəyyən edilir:

  • öncədən işlədiyin destinasiya ilə işin genişləndirilməsi;

  • yeni destinasiyalarla əlaqələrin yaradılması;

  • yeni növ xidmətlər barədə məlumatların alınması;

  • xidmətin səviyyəsinin artırılması imkanlarının öyrənilməsi;

partnyor təşkilatlarla əməkdaşların müvəqqəti mübadiləsinin keçirilməsi üçün ra Sərgidə turfirmanın təqdim edilməsi yolları aşağıdakılardan ibarətdir:
- sərgidə iştirak zamanı turfirmanın nailiyyətlərini əks etdirən stendin qoyulması;
- şirkətin fəaliyyəti barədə və ayrıca olaraq hər marşrut barədə broşür və reklam prospektlərinin paylanması;
- xüsusi suvenir və hədiyyələrin sərgi iştirakçılarına paylanması;
- sərgidə işləyəcək əməkdaşlara xüsusi davranış qaydaları barədə təlim keçirilməsi; - əməkdaşlar tərəfindən turfirmanın bütün işləri barədə məlumatları istər sərgidə iştirak edən digər turizm müəssisələrinin nümayəndələrinə, istərsə də ziyarətçiyə ətraflı surətdə izah etmək bacarığı.
Sərgi zamanı turizm müəssisəsinin personalının fəaliyyəti yüksək nəticələr verə bilər. Əməkdaşların səmərəli işi nəticəsində bir sıra kontraktların bağlanması və ayrı-ayrı şəxslərə turməhsulların satışı həyata keçirilə bilər.
Sərgiyə hazırlıq öncədən aparılmalıdır. Ümumi sərgi kataloquna düşmək üçün sərgi təşkilatçılarına turfirma barədə məlumat verilməlidir. Sərgidə turfirmaya ayrılacaq yerə uyğun stendlər hazırlamaq üçün aksesuarlar müəyyən edilməli, prospekt və broşürlər, vizit kartları hazırlanmalıdır. Yaxşı olar ki, sərgidə iştirak edən əməkdaşlar xüsusi geyimdə (uniforma) təmsil olunsunlar. Sərgidə iştirak edən turfirmaları, xüsusilə də xarici turfirmaları infotura dəvət etməklə real işi göstərmək imkanı əldə etmək olar.
Sərgi iştirakçılarını və ziyarətçiləri cəlb etmək məqsədi ilə stendin orijinallığı ilə fərqlənməsi məqsədəuyğundur: məsələn rəqs və mahnı qrupunun olması, monitorda turməhsul barədə filmin təqdim olunması, stendin orijinal tərtibatı və s. Beynəlxalq turizm sərgiləri-- Brüssel, Milan, Vyana, Madrid, Paris, Şarlerua, Tokio, Moskva, Berlin, London və digər şəhərlərdə hər il keçirilir.
Qeyd etmək yerinə düşər ki , turizmi iknişaf etdirməyi öz qarşısına əsas məqsədlərdən biri kimi qoyan ölkəmiz də bu sərgilərin aktiv iştirakçısına çevrilib.Belə ki , son olaraq ölkəmiz Almaniyanın paytaxtı Berlin şəhərində (6-10 mart 2013 cü il )keçirilən “İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmişdir. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunmuşdur.Qeyd etməliyik ki , 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, müxtəlif ölkələrdən 10600-ə yaxın şirkət təmsil olunub.Digər belə bir beynəlxalq sərgi “Los Anceles Taymz" qəzeti tərəfindən Los Ancelesdə təşkil edilən beynəlxalq turizm sərgisidir.Bu sərgidə (25 fevral 2013-cü il) də ölkəmiz təmsil olunmuşdur.Bu sərgi hər il keçirilir və ABŞ-ın ən böyük sərgilərindən biridir.Bu sərgiyə gələnllərin sayı 20 min nəfəri keçir.Burada qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələri, əsrarəngiz təbiəti, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. İştirakçılara Los Ancelesdə fəaliyyət göstərən "Wonders of Azerbaijan" turizm şirkəti "İpək Yolu üzərində Azərbaycan", "Aleksandr Dümanın izi ilə qida və şərab turu", "Mədəni müxtəliflik turu" və "Eko-tur" kimi turizm paketleri təqdim edilib. Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ - Azərbaycanın Zinət Tacı" (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa qalası, Gövhərağa məscidi, Gəncəsər Alban monastrı kimi qədim memarlıq abidələri, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.
Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak etməklə yanaşı turizm sərgisinin təşkilatçısı kimi də çıxış edir.Belə ki , növbəti belə bir sərginin “AITF-2013” 12-ci Azərbaycan beynəlxalq “Turizm və səyahət” sərgisi adı altında (2013- cü il 4-6 fevral ) keçirilmişdir. Sərgidə 200-dən çox iştirakçı bir araya gəlmişdir ki, onlardan da 40%-i daimi eksponentlərdir. Sərgidə 19 ölkə öz milli stendi ilə çıxış etmişdir. Bu il sərginin Türkiyə, Gürcüstan, Çexiya, BƏƏ, Rusiya və Malayziya kimi daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransa nümayəndə heyətləri Bakıya səfər etmişlər.
Məhsul haqqında məlumatın yayımlanması və satışının əsas hərəkətverici tədbiri, reklamın təşkilidir. Reklam” sözü latın mənşəli sözdür (reclame –“qışqırmaq”) və hərfi mənada aşağıdakıları bildirir:

  • nəyi isə geniş tanıtmaq, alıcıları cəlb etmək məqsədilə keçirilən tədbir.

  • kimi və ya nəyi isə şöhrətləndirməq üçün məlumatların yaymlanması.

Reklam – turizm müəssisəsinin öz müştərilərinə informasiyanı çatdırmaq, onların davranışını dəyişdirmək, təklif olunan xidmətlərə diqqətlərini cəlb etmək, turfirma barədə müsbət imic yaratmaqla onun ictimai əhəmiyyətini göstərməkdir.
Dünya təcrübəsi göstərir ki, turizm sahəsi ən böyük reklam daşıyıcısıdır. Turizm şirkətləri əldə etdikləri gəlirin 5-6%-ni reklama sərf edirlər.
Amerika mütəxəssisi A. Polits informasiya bazarını tədqiq edərək reklamın 2 əsas qanunnuu formalaşdırdı:

  1. Reklam yaxşı məhsulun satışını stimullaşdırdığı halda pis məhsulun iflasını sürətləndirir. Reklam müştəriyə göstərir ki, məhsul hansı keyfiyyətə malik deyil.

  2. Reklam məhsulda cüzi miqdarda olan keyfiyyəti şişirtməklə müştəriyə çatdırır ki, bu xüsusiyyət məhsulda demək olar ki, yoxdur. Bununla da məhsulun iflası baş verir.

Bu səbəbdən məhsul haqqında yalnız doğru və həqiqi məlumat verilməlidir.
“Reklam təcrübəsisnin beynəlxalq kodeksi”-ndə reklamın əsas prinsipləri göstərilib:

  • hüquqi nöqsansızlıq, eyibsizlik, səmimiyyət;

  • həqiqilik, ictimaiyyət qarşısında məsuliyyət;

  • vicdanlı rəqabət qaydalarına uyğunluq.

Reklam məqsədinin əhatə dairəsindən, büdcəsindən və istehlakçı təbəqəsindən asılı olaraq reklamın yayımlama vasitələri seçilir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə bir neçə vasitədən istifadə etmək olar.
Reklamın verilmə dövrülüyü (məsələn, hər gün, həftədə 3 dəfə, həftənin konkret günləri, gündüz yoxsa axşam saatlarında, hansı qəzetdə və hansı səhifədə, hansı TV kanalda və s.) müxtəlif olur.
Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar. Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin bütün növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir. İnformasiya reklamı müxtəlif vasitəlrlə məlumatları alıcılara çatdırır. Reklamın əsas vasitələri - qəzetlər, jurnallar, radio, televiziya, kataloqlar, bukletlər, məlumat vərəqləri və lövhələri nəqliyyat elanları və s. Bu vasitələrin hamısı 3 qrupa bölünürlər:
I qrup - dövriyyə nəşriyyatında olan çap materiallar. Bu qrupa poliqrafık üsulla hazırlanan reklamların hamısı aiddir.
II qrupa - radio reklamlar, şifahi məlumatlar və elanlar aiddir.
III qrupa - tele və kino reklamlar, şifahi tekstlə müşahidələnən və nümayiş olunan eksponantlar və s.
I. I qrup reklam vasitələri- bu qrupun meneceri çap olunmuş reklam materiallannın və topoqrafiya işinin bütün incəliklərini, çap olunan bütün məcmuələrin reytinqini və öz klientlərinin reklama olan tələbini yaxşı bilməlidir. Çap olunmuş reklam materiallarının özləri müxtəlif növlərdən olur: jurnal reklamları, kitab reklamı, bukletlər , kataloqlar, afişalar,təqvimlər, applikasiyalar, yarlıklar, qələmlər və başqa xırdavat mallar, bağışlamaq üçün lazım olan suvenirlər. Bu reklam materiallannın hamısında fırmanın embleması və materialların nişanı olmalıdır.
Dövriyyə nəşriyyatına qəzetlər, jurnallar, xüsusi turizmə həsr olunmuş məcmuələr və buraxılışlar (pullu və pulsuz) aiddir. Bu məcmuələrin hamısında reklam şöbəsi var. Reklam şöbəsinin rəhbəri (meneceri) redaktorla birgə öz məcmuəsində reklamın qiymətini təyin edir. Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir. Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir. Əgər bu istiqamət düz seçilməzsə, reklam öz əhəmiyyətini itirmiş olur. Məsələn, «Ekstram» qəzeti Moskvada çap olunur. Orada da azad satılır (yayılır). Moskva şəhərində bu qəzetin özünə məxsus alıcıları və partnyorları var. Saxalinə aid olan reklamın bu qəzetdə çap olunması məqsədə uyğun deyil , ona görə ki, bu qəzet Saxalinə çatmır.
Turizm məhsulunun reklama ehtiyacı olan ölkələrdən biri , bəlkə də birincisi elə öz ölkəmizdir. Bütün dünyada müxtəlif sahələrdə reklam əsas və aparıcı rol oynayır. O cümlədən ölkəmizin daxili bazarını xaricdə tanıtmaq üçün reklam bir növ yaxşı təbliğat vasitəsidir. Reklamın müxtəlif vasitələrindən istifadə edərək məhsulu hər bir şirkət, firma və s. daha geniş auditoriyaya təqdim edə bilər. Dünyada turizm təşkilatları gəlirlərinin 8-10%-ni reklama xərcləyirlər.Azərbaycanda isə bu göstərici 1-2% təşkil edir. Son zamanlar beynəlxalq sərgilərdə iştirak xüsusilə qiymətləndirilməlidir.Amma görünür bu da ölkəmizin turizm potensialının tanıdılması üçün kifayət deyil.Hesab edirəm ki , turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü də nəinki xarici turistlərə, eyni zamanda öz vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri də artmalıdır. Xidmət yalnız yerləşdirməkdən, qidalanmadan və ekskursiyalardan ibarət deyildir. Atla gəzinti, çadırda gecələmə, kənd evində yerləşdirmə, yerli folklor ansamblının konsertinə dəvət də nəzərə alınmalıdır.Son zamanlar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrin telekanallarında ölkəmizlə bağlı reklamların yayılması təqdirəlayiq haldır.
Fikrimcə , ən yaxşı reklam elə işin özüdür.Ola bilər ki , biz yaxşı reklam etdik . Amma dediyimiz kimi olmasa müştəri geriyə , öz ölkəsinə məmnun dönməsə bu əsil anti-reklam olacaqdır.Reklam ilk müştəriləri və ya bir şəxsi ilk dəfə cəlb etmək üçün lazımdır. Ona görə də ilk və ən tutarlı reklam gözəl, kefiyyətli və sərfəli xidmətdir.
Əgər, biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə etməliyik. Məncə artıq vaxtı çoxdan çatıb ki, bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olsun. Azərbaycanda son dövrlər insanların istirahət mədəniyyətində ciddi dəyişikliklər hiss olunur. Əgər əvvəllər istirahət olaraq kəndə getmək, baba -nənə ziyarəti , bağa köçmək və ya evdə oturub TV seyr etmək idisə, indi insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün isə sadəcə imkanlardan bəhs edən reklam çarxlarının TV-də getməsi kifayət edə bilər. Azərbaycanda daha çox yay turizmi geniş yayılıb. Halbuki qış turizmi, bayramlarda turzim imkanları reklam olunmaldır.Onu da qeyd etmək yerinə düşər ki , 2001-ci ildən Azərbaycanda mütəmadi olaraq turizm sahəsində «AZERBAİJAN REVIEW» jurnalı və «Turizm yenilikləri» çap edilməyə başlanılmışdır. Bu məcmuələrdə turist şirkətlərinin məlumatları və reklamları çap olunur.
Kitab reklamı- Son zamanlar yeni çap olunmuş kitabların arxasında reklam çap olunması dəbə düşmüşdür. Lakin bu cür reklam formasından ehtiyatla istifadə etmək lazımdır. Reklamın məzmunu kitabın məzmununa uyğun gəlməli və уа yaxın olmalıdır. Reklamı kitabda münasib yerdə yerləşdirmək lazımdır. Məsələn, turist agentliyinin reklamını turist göndərdiyi ölkələrin təsnifatı verildiyi kitablarda yerləşdirmək məqsədə uyğundur. Bu cür reklamın qiyməti çox yuxarı və sponsorluğa yaxındır. Reklam verən kompaniya eyni zamanda öz imicini qaldırır.
Bukletlər- Bu məcmuə hər hansı firmanı və уа onun məhsulunu reklam edir. Bukletdə reklam teksti ilə bərabər rəngli şəkillər, fırma rəhbərlərinin şəkilləri, sponsorluq edən təşkilatm cəmiyyətdə rolu , xeyriyyəçilik fəaliyyəti göstərilir. Buklet, ümumiyyətlə ən keyfiyyətli və rəngli kağızdan hazırlanır. Onları partnyorlarla görüşdə, prezentasiya mərasimində, kontrakt bağlayanda və уа sərgi təşkilində təqdim edirlər.
Reklam vərəqləri- Bu vərəqləri rəngli kağızda cürbəcür şəkillərlə və tekst materialları ilə birgə hazırlayırlar. Onlar sərgilərdə və yarmarkalarda gələn adamlara paylanılır.
Kataloqlar- Kataloqlar müxtəlif malları və xidmətləri reklam edən çap məcmuəsidir. Malların qısa xarakteristikası və qiymətləri burada göstərilir. Ümumiyyətlə, turoperatorlar kataloqda qarşıda gələn mövsüm proqramlarını reklamda göstərirlər. Kataloqlar sərgilərdə iştirak edənlər və ən çox turagentlər və turoperatorlar arasında paylanılır.
Afişalar-Böyük ölçülərdə olan rəngli reklam məcmuələrində külli miqdarda illüstrasiyalardan istifadə olunur. Onlar küçələrdə istifadə olunur.
Təqvimlər, applikasiyalar, yarlıqlar, qələmlər və başqa mallar suvenir şəklində reklam məqsədi ilə satılır və уа paylanır. Bu mallarm hamısında fırmanın markası və nişanının olması vacibdir.
Xarici çöl reklamı- şəhərlərin küçələrində və yaşayış məntəqələrinin divarlarından asılır. Bu reklamın xüsusiyyəti onu qısa müddətdə görüb yadda saxlamaqdadır. Ümumiyyətlə, reklam kompaniyası xarici reklamla başlanmır. О, reklam kompaniyasını davam etdirir və sona çatdırır. Xarici reklam qısa, konkret, böyük ölçüdə və gözə çarpan olur. Bu reklamın üstünlüyü ondadır ki, müştəri gözləmədiyi anda təsadüfən onunla rastlaşır. Lakin avtomaşında və уа piyada gedən müştəri birdən-birə istirahətə getmək fikrinə düşür. Xarici reklamları tərtib edəndə daim belə bir sualla rastlaşırlar. Bu da təsadüfı deyildir. Şəhərin hər bir yerinin müəyyən reklam qiyməti vardır. Ən yuxarı qiymət mərkəzi küçələr, adamların çox olduğu yerlərdir.
Audio reklam-Bu reklamlar radionun müxtəlif kanallarında verilən reklamlardır. Məsələn, Azərbaycanı götürsək, son zamanlar müxtəlif dalğalarda çoxlu radio kanallar audio reklam fəaliyyəti ib məşğul olurlar. Bundan başqa, belə verilişlər ticarət mərkəzlərində, kinoteatrlarda, nəqliyyatda (metro daxil olmaqla) təkil olunurlar. Radio reklam kəsərli olmaqdan ötrü, reklam üzrə menecer əsaslanmış reklam kompaniyasının planını tərtib edir. Audio reklam kompaniyası zamanı radionun bütün üstünlüklərindən istifadə edilməlidir. Əvvəlcədən radio stansiyasının əhatə etdiyi seqment haqqında məlumat toplayır, sonra reklam agenti radio stansiyaların , redaktorların müxtəlif proqramlarının iş qrafıki haqqında məlumat toplayır. Sonra insana xoş gələn səsi olan diktor təyin olunur. Reklam verilişlərinin vaxtı və intervalı razılaşdırılır.
Kino və telereklam-Reklamın bu növü tamaşaçıların veriliş zamanı orta hesabla miqdarının təyin olunmasını tələb edir. Kino və telereklam yüksək imicə malikdir. Tamaşaçılar başa düşürlər ki, əgər reklam televerilişlərdə gedirsə, deməli firmanın vəziyyəti yaxşıdır. Bu cür reklamın qiyməti son dərəcə bahadır. Televerilişlər vasitəsi ilə reklam verən fırma bazarın yeni seqmentlərini ələ keçirə bilər və öz məhsulunun satışını genişləndirə bilər. Bundan başqa,о öz məhsulunu satmaqdan ötrü yeni vasitəçiləri cəlb edə bilər. Telereklamların təşkilinin müxtəlif yolları vardir.Onlardan ən vacibi studiyanın veriliş proqramını satın almaq, fırmanın reklam rolikinin və ayrı-ayrı reklam elanlarının təşkilidir. Reklam proqramlarının tərtibi alıcıların tələblərinə uyğun olmalıdır. Reklam roliklərini tərtib etməkdən ötrü turist təşkilatı reklam mütəxəssisinə müraciət edir, о da reklam roliki çəkir, onun tekstini hazırlayır, müəyyən müddətə onu veriliş proqramlarına əlavə edir.
Reklam elanları- Bu reklamı televiziyada təşkil etmək çox asandır. Reklam elanında turfirma yeni marşrutlar, qiymətli istirahətin şərtləri haqqında məlumatlar verir.
Beləliklə, yuxarıda göstərildiyi kimi, turist firmalarının geniş miqyasda reklamın müxtəlif formalarından istifadə etmək imkanları vardır. Reklamın һəг hansı bir növündən istifadə etmək fırmanın büdcəsindən və reklamın istiqamətindən asılıdır. Turist firmaları ümumi maliyyə dövriyyəsindən ancaq 10 %-ni istifadə edə bilərlər. Buna görə də, turizm sahəsində olan reklamlar yüksək dərəcədə başqa sahələrə nisbətən ünvanlı olmalıdırlar. Bu turizm sahəsində reklamın vacib xüsusiyyətidir. Turist flrması nadir hallarda televiziya reklamlarından istifadə edir. Televiziya reklamı çox baha başa gəlir. Turist fırması bu reklamdan öz imicini qaldırmaqdan ötrü istifadə edir. Ona görə də, turizm şirkətləri ən çox dövriyyə çap nəşriyyatından istifadə edirlər, öz elanlarını qəzetlərdə, xüsusi jurnallarda, reklam lövhələrində yerləşdirir və bilavasitə poçtla göndərirlər. Sərgilərdə və turist ekspozisiyalarında iştirak etmək də yaxşı nəticələr verir. Bu reklam informasiya texnologiyasmı dərindən bilmək, informasiya materiallarından bacarıqla istifadə etmək imkanları yaradır. Bu imkanlardan məharətlə istifadə edə bilən turist şirkətləri yaxşı nəticə əldə edirlər.
Turməhsulun satışının artırılması, onun geniş əhali kütləsinə tanıtmaq üçün turfirmalar müəyyən xərclər çəkməli olurlar. Bu xərclər ilin əvvəlində planlaşdırılmalı və büdcədə nəzərə alınmalıdır. Reallıqda reklama çəkilən xərclər hədər getmir. Reklamdan dərhal onun müsbət nəticələrini əldə etmək istəyi düzgün deyil. Qısa zaman kəsiyində nə isə əldə edilsə də, reklamın əsas nəticələri müəyyən dövrdən sonra özünü biruzə verir.
Reklam kampaniyasının təsirini müəyyən etmək çətindir. Buna səbəb olan amillər:
1) reklam marketinq nəticələrinin amillərindən biridir. Reklamdan başqa marketinq kompleksinin digər elemenləri -- bazarın vəziyyəti, rəqabətin səviyyəsi və s. məhsulun satışına təsir edir.
2) istehlakçının davranışı bizim üçün, qeyri-müəyyəndir. Belə ki, eyni şəraitdə alıcı müxtəlif addımlar ata bilərş
3) bazar şəraiti dinamikdir və bir sıra təsadüfi hadisələr məhsulun satışında uğur və ya uğursuzluq gətirə bilər.
Reklamın iqtisadi effektivliyi onun satışa olan təsiri ilə təyin edilir. Reklamın satışa təsirini bilmək üçün keçmiş satış miqdarı ilə hazırkı satış miqdarını müqayisə etmək lazımdır. Lakin bu da reklam təsirini öyrənmək üçün kifayət deyil. Çünki reklamdan əlavə, turməhsulun qiyməti, özəl xüsusiyyətləri, məhsulu əldə etmək imkanları da satışa təsir edir.



Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin