Tədqiqatın aktuallığı. Mövzunun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur


II. Fəsil. Turizm məhsulunun formalaşmasına təsir edən amillər



Yüklə 100,42 Kb.
səhifə4/8
tarix09.04.2023
ölçüsü100,42 Kb.
#95207
1   2   3   4   5   6   7   8
referat 2944





II. Fəsil. Turizm məhsulunun formalaşmasına təsir edən amillər.
2.1. Turizm məhsulunun formalaması mərhələləri.
Turizm məhsulunun formalaşması bir sıra mərhələlərdən keçir.Bu mərhələlər satılma həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.İlk mərhələdə məhsul bazara çıxarılır və turizm müəssisəsi onu bir məhsul kimi cəmiyyətə təqdim edir.Bu mərhələ satışın az olması və onun nəticəsi olaraq ,gəlirin də az olması ilə xarakterizə olunur.Bu mərhələdə marketinq siyasətinə çəkilən xərclər digər xərclərdən həddən artıq çox olur.İkinci mərhələ inkişaf mərhələsi sayılır.Bu mərhələ satış həcminin və gəlirin artması ilə xarakterizə olunur.Bu mərhələdə də hələ marketinq xərcləri çox olur, rəqabət başlayır.Üçüncü mərhələ kamillik mərhələsidir.Bu mərhələ satışın artmasının zəifləməsi və stabilləşməsi ilə xarakterizə olunur.Bu mərhələdə müştərilərin sayı çoxalmır.Lakin gəlirin miqdarı bir qədər azalır , amma yenə də yüksək olaraq qalır.Sonuncu mərhələ kimi zəifləmə mərhələsi qeyd olunur.Bu mərhələdə turist sferası turist məhsulundan artıq doyur.Mütəmadi olaraq satışın həcmi və gəlirin miqdarı azalır.Bazarda yeni məhsullar peyda olur.Bu mərhələ ən vacib mərhələlərdən biridir. Bu mərhələnin qarşısını almaq məqsədi ilə turizm müəssisəsi məhsulu yeniləmək , yeni məhsul istehsal etmək kimi addımları atır .Turizm məhsulunun formalaşması mərhələlərini aşağıdakı kimi göstərə bilərik:

Turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Bu məhsulun istehsalının kompleksli təşkili sistemi turizm sənayesi adlanır. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Başqa sözlə desək, turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Turizm sənayesi – yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Kütləvi turizmin coşğun inkişafı bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur. Sanballı maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:


1.Sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət.
2. Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa büruzə verməyən və turizm üçün “ikinci dərəcəli” hesab edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət. Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.
Ölkənin iqtisadiyyatı inkişaf etdikcə turizm də özünün inkişaf mərhələsində olur, yeni turizm kompleksləri açılır, yeni marşrutlar mənimsənilir, yeni xidmət növləri meydana çıxır. Əksinə, hansı səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğradığı zaman (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) turizm sənayesində də tənəzzül nəzərə çarpır. Turizm sənayesi özündə ölkə iqtisadiyyatının bir cox sahələrini birləşdirir. Turizm sənayesi bir sistemdir və bu sistemin fəaliyyəti ona daxil olan bütün sahələrin ahəngli işləməsi ilə həyata keçirilir. Turizm firmaları, otellər (yerləşdirmə), qidalanma obyektləri, nəqliyyat sənayesi, əyləncə obyektləri, suvenir-hədiyyə emalatxanaları, tarixi abidələr, mədəniyyət obyektləri, KİV və digərləri – bunlar birbaşa və üzdə olan sahələrdir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır. Belə ki, yanacaq-energetika sənayesi, yol-tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən, təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri də turizm sənayesinin mövcud olmasında iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə aid olan turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması xüsusi əhəmiyyət kəsb edir. Turizm sənayesi elə yerlərdə inkişaf edir ki, bu yerlər təbii və süni, yəni insan tərəfindən yaradılmış yerlərdən ibarətdir və bu yerlər turistləri müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Turizm sənayesinin xüsusiyyəti odur ki, o həm materialtutumlu məhsul istehsal edir, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirir. Elə bu turizm sənayesinin əsas xüsusiyyətini təşkil edir. Xidmət cismani deyil, onu görmək, ona toxunmaq olmaz. Əslində turizm sənayesinin məhsulu servisdir. Bu məhsul bir sıra müxtəlif xidmətlərdən ibarətdir və görünməz olduğu üçün onu ölçmək, dadmaq olmaz və müştəri tərəfindən yoxlana bilməz. Bu məhsulu yalnız istifadə zamanı hiss etmək olur. Bu məhsul yalnız istifadə edildikdən sonra onun haqqında rəy vermək olar. Turizm məhsulunun bir sıra komponentləri cismanidir, yerləşdirmə yeri, qida, nəqliyyat vasitəsi və s. Lakin bütün bunlar ümumilikdə turizm servisinin (əyləncə, təəssürat, komfort və s.) tərkib hissələridir.Turizm məhsulunun fərqləndirici hissələrini aşağıdakı kimi göstərə bilərik :

  • Turizm xidmətləri cismani xarakter daşıyır.

  • İstehsal və istehlak birgə baş verir.

  • Xidmət keyfiyyətləri daim dəyişkəndir.

  • Xidmətlər saxlanıla bilməz.

İstehlakçı turməhsulu əvvəlcədən və daimi yaşadığı yerdə alır, lakin bu məhsulu məkanca tamam başqa yerdə, zamanca başqa vaxtda istehlak edir. Yalnız burada əvvəlcədən aldığı informasiyanın doğru olub-olmaması müəyyən olunur. Keyfiyyətin daim dəyişməsi, istehlakçıya xidmət edən insanın hal-əhvalı və ya havanın pis olması turun aşağı səviyyədə keçirilməsinə səbəb ola bilər. Yerləşdirmə biznesində ümumi xidmətin səviyyəsi onun keyfiyyəti və təqdim olunan əlavələrlə müəyyən olunur (seyf, xalat, diş fırçası, 24 saatlıq xidmət, tibbi xidmət, internet əlaqəsi və s.). Müxtəlif ölkələrdə otellərin təminatı və təqdim etdiyi xidmət növlərindən asılı olaraq onlara keyfiyyət dərəcələri təyin olunur (ulduz, tac və s.). Xidmətin saxlanıla bilməməsi xüsusiyyəti vardır.

Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin