TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


 Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
4. Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri. 
 
 
Yer kürəsində torpaq, bitki örtüyü və canlılar aləmi bioresursların tərkib hissəsi 
kimi  insanların  təsərrüfat  fəaliyyətinin  əsasını  təşkil  edir.  Insanlar  bu  resurslardan 
istifadə  etməklə  özlərinin  maddi  və  mənəvi  tələbatlarını  ödəyir.  Bu  resursların 
yayıldığı  ərazilər  əsasən  yer  qabığı,  onun  müxtəlif  hissələridir.  Belə  ki,  torpaq  qatı 
yer  qabığının  üst  hissəsini,  bitki  aləmi  bu  torpağın  üzərini,  heyvanat  aləmi  isə  şərti 
olaraq  atmosferin  10  km-dək  yüksəkliyini,  qurunun  3  km-dək  və  yaxud  neft  və  daş 
kömürün  yerləşdiri dərinliyədək olan hissəsini əhatə edir. Yerin quru  hissəsi  elə bir 
təbii  resursdur  ki,  ensiz  nə  canlı  aləm,  nə  də  təsərrüfatın  müxtəlif  sahələri  inkişaf 
etdirilə bilinməz.  
 
Digər  təbii  resurslardan  fərqli  olaraq  bu  resurs  bir  sıra  xüsusiyyətlərinə  görə 
fərqlənir.  Əvvəla  onu  bir  yerdən  digərinə  aparmaq  olmaz,  ikincisi,  tükənəndir  və 
konkret  ərazi  daxilindədir,  üçüncüsü,  çoxşaxəli  əhəmiyyəti  olsa  da  hər  hansı  bir 
zaman  daxilində  müəyyən  bir  sahənin  istifadəsinə  həsr  oluna  bilər.  Burada  ərazinin 
əkin  sahəsi,  sənaye  və  ya  kənd  təsərrüfatı  məqsədilə  istifadəsi,  yaxud  da  tikililər, 
infrastrukturlar, yaşayış məntəqələri altında qala bilər.  
 
Əhalinin  istifadə  əsas  hissə  torpaqdır.  Bu  torpaqlar  əkinə  yararlı,  yaxud  da 
infrastruktur kimi insanların istifadəsindədir. Insanlar daim əkinə yararlı torpaqlardan 
öz  məqsədləri  üçün  istifadə  edir,  onun  məhsuldarlığının  artırılmasına  çalışır,  bəzən 
isə həddən çox istifadə etməklə onu yararsız hala salır.  
 
Yer  kürəsinin  torpaq  fondu  ümumi  quru  sahəsini  əhatə  edir,  yəni  149  mln. 
kv.km  və  ya  14.9  mlrd.ha-dır.  FAO-nun  mütəxəssislərinin  hesablamalarına    görə 
Antarktida və Qrenlandiyanın ərazisini çıxmaqla ümumi torpaq fondu 130.5 mln. kv. 
km  və  ya  13.5  mln.  ha-dır.  Burada  kənd  təsərrüfatı  istiqamətli  torpaq  sahəsi  4846.1 
mln.  ha  və  ya  ümumi  sahənin  37.1%-ni  təşkil  edir.  Bunun  da  1345.3  mln.  ha  və  ya 
10.3%-ni  əkin  sahəsi,  105.5  mln.  ha  və  ya  0.8%-i  çoxillik  bitkilət  altındakı  sahə, 
3395.3  mln.  ha  və  ya  26.0%-ni  otlaq  sahəsi,  4138  mln.  ha  və  ya  31.7%-i  meşələrin, 
4061.3  mln.  ha  və  ya  31.2%-i  digər  torpaqların  payına  düşür.  Bunları  təhlil  edərək 


 
- 49 - 
dünya  torpaq  fondu  barədə  FAO-nun  məlumatı  bir  neçə  məsələ  barədə  nəticə 
çıxarmağa, torpaq fondu, onun strukturu, ölçüləri haqda fikir yürütməyə imkan verir. 
Əvvəla,  ümumi  torpaq  fondunun  cəmi  37%-i  kənd  təsərrüfatı  istehsalı  üçün 
yararlıdır. Bunun da cəmi 11%-i əhalinin qida məhsulu istehsalına imkan verir. Otlaq 
sahəsi  maddi  istehsalı  təmin  edən  əkin  və  çoxillik  bitkilər  altında  olan  torpaq 
sahələrindən  iki  dəfə  çoxdur,  amma  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının 
yalnız  10%-ni  verə  bilir.  Ikincisi,  meşə  resursları    ümumi  torpaq  fondunun  32%-ni 
əhatə edir. Düzdür, insanlar üçün meşələrin böyük əhəmiyyəti vardır, belə ki, o iqlim 
əmələgəlmədə,  suyun  dövranında,  meşə  təsərrüfatının  formalaşmasında  böyük 
əhəmiyyətə malikdir. Lakin insanların ərzaq məhsulu istehsalında ovçuluq, balıq ovu, 
heyvanların otarılması, meyvə, göbələk, oduncaq və s. kimi məhsulun əldə olunması 
və  istifadəsində  yalnız  köməkçi  vasitədir.  Üçüncüsü,  digər  torpaqların  sahəsi 
meşələrin  sahəsinə  bərabərdir  və  burada  istifadə  istiqamətləri  müxtəlifdir.  Müxtəlif 
ədəbiyyatlarda  bu  digər  torpaqların  təhlili  göstərir  ki,  insanların  istifadə  etdikləri 
obyektlər,  tikililər,  bir  sözlə  texnogen  qurğular  cəmi  2-3%-ni  təşkil  edir.  Bu  digər 
torpaqların  çoxu  istifadəsiz  səhralar,  buzlaqlar,  sıldırım  qayalıqlar,  bataqlıqlar,  su 
sahələri, buzlaqlar və digər obyektlərdir.  
 
Təbiətdən istifadə məsələlərinin öyrənilməsi, onun insan cəmiyyətində tutduğu 
mövqeyin  dəkr  edilməsində  ən  mühüm  məsələlərdən  biri  sözsüz  ki,  dünya  üzrə 
torpaq  resurslarının  istifadə  problemlərini  öyrənmək,  onu  qorumaq,  hətta  ayrı-ayrı 
regionlarda,  hətta  ölkələrdə  vəziyyətin  nə  dərəcədə  həyata  keçirilməsini  izləməkdir. 
Ayrı-ayrı  regionlarda  torpaq  fondunu  təhlil  edərkən  görürük  ki,  dünyanın  ən  inkişaf 
etmiş  regionu  olan  Avropada  torpaq  sahələri,  xüsusilə  də  əkinə  yararlı  torpaq 
sahələrinin 
çox 
hissəsi 
yaşayış 
məntəqələrinin, 
sənaye 
obyektlərinin, 
infrastrukturların altındadır. Bununla belə, istifadə olunan torpaqların xüsusi çəkisi də 
bu  regionda  çoxluq  təşkil  edir.  Digər  regionlarda  torpaq  fondunun  çox  hissəsi, 
məsələn  Avstraliyada  otlaqların,  Cənubi  Amerikada  meşələrin,  Asiyada  yararsız 
torpaqların  payına  düşür.  Ölkələr  arasında  da  belə  fərqli  cəhətlər  mövcuddur. 
Məsələn,  əkin  sahələrinin  böyüklüyünə  görə  ABŞ  (185.7  mln.  ha),  Hindistan  (166.1 


 
- 50 - 
mln. ha), Rusiya (116.1 mln. ha), Çin (92.5 mln. ha) daha çox fərqlənir (M.səh.45). 
Otlaqların sahəsinə görə Avstraliya (414 mln. ha), Çin (400 mln. ha), ABŞ (240 mln. 
ha), Qazaxıstan (187 mln. ha), Braziliya (185 mln. ha), Argentina (142 mln. ha) daha 
çox fərqlənir. Torpaq fondunun strukturunda Monqolustan (75%), Qazaxıstan (70%), 
Avstraliya  (50%),  Argentina  (55%)  kimi  ölkələrin  xüsusi  çəkisi  daha  çoxdur. 
Istifadəyə yararsız torpaqların sahəsinə görə Rusiya (700 mln. ha), Kanada (355 mln. 
ha), Çin(307 mln. ha), Əlcəzair (195 mln. ha), ABŞ (193 mln. ha), Liviya (159 mln. 
ha). 
 
Torpaq  fondunun  regionlar  və  ölkələr  üzrə  təhlili  göstərir  ki,  torpaqla  təmin 
olunma səviyyəsində də böyük fərqli cəhətlər mövcuddur. Belə ki, regionlar arasında 
adambaşına  ən  çox  torpaq  sahəsi  Avstraliyada  (30  ha),  MDB  ölkələri  (8  ha), 
C.Amerika  (5.3ha),  Şm.Amerika  (4.5  ha),  ölkələr  arasında  isə  Rusiya  (11.4  ha), 
Braziliya (5.2 ha), Konqo Demokratik Respublikası (4.8 ha), ABŞ (3.4 ha), Argentina 
(3.1 ha) və İran (2.3 ha) daha çox fərqlənir.  
 
Yer  kürəsində  torpaqlardan  istifadə,  xüsusilə  də  əkin  sahələrindən  istifadə 
böyük  əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  ayrı-ayrı  ölkələrdə  əkinə  yararlı  torpaq 
sahələrinin  qorunması,  ondan  maksimum  dərəcədə  səmərəli  istifadə  etməklə 
çirklənməsinin  qarşısının  alınması  daim  diqqət  mərkəzindədir.  Məhz  buna  görə  də 
ayrı-ayrı ölkələrdə qeyri-əkəm sahələrindən, xüsusilə, meşə-çöl, yarımsəhra, bataqlıq, 
dağətəyi  maili  ərazilərdən  istifadənin  həcmi  artmış,  1990-2000-ci  illərdə  əkin 
sahələrinin sahəsi təxminən iki dəfə artmışdır. Bununla belə, yenə də əkin sahələrinin 
adambaşına  miqdarı  artmır,  əksinə  azalmaqda  davam  edir.  Məsələn,  1950-ci  ildə 
dünyada adambaşına əkin sahəsi 0.48 ha, 1990-cı ildə 0.28 ha idisə, bu rəqəm 2005-ci 
ildə  cəmi  0.20  ha  olmuşdur.  Alimlər  bunu  əhalinin  sürətli  artımı  ilə  izah  edirlər. 
Digər tərəfdən, elm-texnika, yeni texnologiya inkişaf etdikcə torpaqların, xüsusilə də 
əkinə  yararlı  torpaqların  çirklənməsi,  yaşayış,  sənaye,  infrastruktur  obyektləri 
tərəfindən zəbt olunur, dağ-mədən sənayesinin, kimya, neft-kimya sənayesinin əsirinə 
çevrilir. Hesablamalar göstərir ki, hər il orta hesabla 10-15 mln. ha kənd təsərrüfatına 
yararlı torpaq sahəsi azalır, yəni ya yuxarıda qeyd etdiyimiz kimi zəbt olunur, ya da 


 
- 51 - 
səmərəsiz  istifadənin  nəticəsi  kimi  səhralıqlara  çevrilir.  BMT-nin  hesablamalarına 
görə  pozulmuş  torpaqlar  hesabına  hər  il  40  mlrd.  ABŞ  dolları  həcmində  ziyan 
vurulur. 
 
Planetimizin  ən  böyük  ekosistemi  onun  meşə  örtüyüdür.  Burada  bütün  növ 
canlı  aləm  məskunlaşmışdır.  Bu  ekosistem  fotosintez  prosesini  həyata  keçirir, 
atmosferdə  qaz  mübadiləsini  tənzimləyir,  canlı  aləmi  formalaşdırır,  torpaq 
əmələgəlmə  prosesini  sürətləndirir,  suların  saflaşdırılmasını  həyata  keçirir.  Bu 
ekosistem  nəinki  bitki  və  heyvanat  aləminin  cəmləşdiyi,  həmçinin  də  vacib  odun, 
yanacaq,  yeyinti,  heyvandarlıq  üçün  yem,  texniki,  dərman  və  s.  kimi  resursların 
toplandığı  bir  məkandır.  Eyni  zamanda  bu  ekosistem  həmişə  iqtisadi,  ekoloji  və 
estetik əhəmiyyətinə görə də cəmiyyətin diqqət mərkəzindədir.  
 
Meşələrin  daha  çox  diqqəti  cəlb  edən  əhəmiyyəti  onun  iqtisadi  cəhətdən 
qiymətləndirilməsi  və  istifadəsidir.  Bu  xüsusiyyətlərinə  görə  meşələri  ağacların 
sıxlığına,  sahəsinə  və  oduncağına  görə  qiymətləndirilməsi  xüsusi  əhəmiyyət  kəsb 
edir. Meşə təsərrüfatı, kənd təsərrüfatı, ağac emalı, kimya və başqa sənaye sahələri ilə 
yanaşı  istirahət  və  müalicə  xüsusiyyəti  olan  meşələrin  regionlar  üzrə  yayılması, 
ehtiyatı  olduqca  müxtəlifdir.    Bir  sıra  regionlarda  meşə  iri  əraziləri  əhatə  etsə  də 
adambaşına təminatı azdır.  

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin