TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
2.
 
İqlim və rekreasiya resursları və onlardan istifadənin  
iqtisadi – ekoloji xüsusiyyətləri. 
İqlim  resursları  tükənməyən  təbii  resurslar  qrupuna  daxil  olub,  insanın 
təsərrüfat  fəaliyyətinin  tərkib  hissəsi  kimi  çirkləndirilə  və  ya  saflaşdırıla  bilir.  Iqlim 
cəmiyyətin formalaşdığı tarixi dövrlərdə həmişə dəyişkən olmuşdur. Bu dəyişkənliyə 
baxmayaraq  insanlar  daim  təsərrüfat  sahələrini  təkmilləşdirmiş,  məhsuldar  qüvvələr 
daim  inkişaf  etmişdir.  Düzdür  insanlar  qədim  buzlaşmanı  görmüş,  ondan  sonrakı 
dövrlərdə  də  iqlimdə  baş  verən  dəyişikliklərin  şahidi  olmuşlar  və  dəyişmələr 
təsərrüfatın  müxtəlif  sahələrinə  təsir  etmişdir.  Belə  ki,  buzlaşmadan sonra  baş  verən 
istiləşmə  nəticəsində  okean  və  dənizlərdə  buzların  əriməsi,  suyun  temperaturunun 


 
- 38 - 
artması,  xüsusilə  də  Şimal  Buzlu  okeanında  buzların  əriməsi  dəniz  nəqliyyatının 
inkişafına  müsbət  təsir  etmiş,  istilik  sevən  balıqların  daha  yüksək  enliklərində 
artmasına,  bu  isə  balıqçılığın,  balıq  ətindən  istifadənin  miqyasının  genişlənməsinə 
şərait  yaratmışdır.  Yağıntıların  miqdarının  dəyişməsi,  quraqlığın  baş  verməsi,  bir 
sözlə  iqlim  fərqləri  qlobal  və  ya  lokal  şəkildə  də  özünü  göstərir.  Yağıntıların 
dəyişməsi  çaylarda  su  rejiminə,  bu  isə  su  elektrik  stansiyalarının  işinə,  suvarma 
sisteminə  təsir  edir.  İqlim  fərqləri  təsərrüfata,  xüsusilə  də  nəqliyyata  və  kənd 
təsərrüfatına daha çox təsir edir.  
 
İqlim  şəraitinin  müxtəlifliyi  özünü  kənd  təsərrüfatında  daha  qabarıq  göstərir. 
Burada  istiliklə  rütubətin  əlaqələnməsindən  çox  şey  asılıdır.  Kənd  təsərrüfatı 
bitkilərinin  fəal  temperatur  cəmindən  asılılığı,  vegetasiyası  üçün  orta  illik 
temperaturunun  və  yağıntıların  miqdarı  mühüm  rol  oynayır.  Bu  təbii  bitkilərin 
inkişafına  və  onların  vasitəsilə  torpaq  əmələ  gəlməyə  təsir  edir,  insanlar  tərəfindən 
mədəni  bitkilərin  becərilməsinə,  əkinçilik  məhsullarının  kimyəvi  tərkibinə  böyük 
təsir göstərir. 
 
Iqlim  tiplərinin  bitkilərin  inkişafına  təsiri  məsələləri  Y.Q.Sauşkin  tərəfindən 
geniş  təhlil  edilmiş  (...  213-320),  kənd  təsərrüfatı  bitkilərinin  proporsiyaları 
verilmişdir.  O,  qeyd  etmişdir  ki,  bu  proporsiyalar  ölkələrin  iqtisadi  inkişaf 
xüsusiyyətləri  ilə  müəyyən  edilir.  Yer  kürəsində  ən  iri  enerji  mənbəyi  günəş 
enerjisidir.  Elmi  ədəbiyyatlarda  bu  enerjinin  miqdarı  1.7
·10
13
  kvt-a  bərabər  tutulur. 
Günəşin  bu  tükənməyən  enerjisindən  istifadə  bütün  canlılar,  xüsusən  də  kənd 
təsərrüfatının  inkişafını  təmin  edən  bitki  və  heyvanlar  üçün  əvəzedilməzdir. 
Bitkiçiliyin  inkişafında  iqlim  resurslarından  istifadə,  xüsusilə  də  aqloiqlim 
resurslarından  istifadə  mühüm  əhəmiyyət  kəsb  edir.  Aqroiqlim  resursları  dedikdə 
bitkilərin  inkişafını  təmin  edən  amillərə  hava,  işıq,  istilik,  rütubət  və  qidalanma 
maddələri nəzərdə tutulur. 
 
Hava  atmosferdə  olan  qazların  qarışığıdır  və  bunun  78%-i  azotun,  21%-i  – 
oksigenin payına düşür. Canlılar üçün vacib olanı azot, oksigen və karbon qazlarıdır 


 
- 39 - 
ki, bunlar tükənməyən resurslara aiddir. Lakin son  illər ərzində  elmi ədəbiyyatlarda 
bu barədə olan problemlər geniş müzakirələrə səbəb olmuşdur. Təbii ki, elm, texnika 
inkişaf  etdikcə  havaya  zəhərli  qazların    tullantısı  da  artmaqdadır.  Insanlar  daha  çox 
avtomobildən,  təyyarədən  istifadə  etdikcə  onu  çirkləndirir,  oksigenin  miqdarını 
azaldır.  Görkəmli  alim-iqlimşünas  F.F.Davitayanın  hesablamalarına  görə  ildə  1% 
istifadənin azalması ümumi oksigen ehtiyatının üçdə iki hissəsi 700 il, 5%-lə itkisi isə 
180 ilə itə bilər. Bir sıra alimlər isə atmosferdə oksigenin azlığının insan üçün o qədər 
də qorxulu olmaması fikrindədirlər. 
 
Yer  kürəsində  bütün  fiziki-coğrafi  proseslərin  əsasını  işıq  enerjisi  təşkil  edir. 
Günəş  radiasiyası  bitkilərdə  aqroiqlim  resursunun  əsasını  təşkil  edən  fotosintez 
prosesini  yaradır.  Bu  da  həm  bitkinin  inkişafını  həm  də  havada  qaz  mübadiləsini 
fəallaşdırır.  Yer  kürəsində  bir  çox  bitkilər,  xüsusən  də  kənd  təsərrüfatı  bitkiləri 
işıqlanma  müddətinə  iuyğunlaşmışlar.  Alimlər  kənd  təsərrüfatı  bitkilərini  günün 
uzunluğu  baxımından  üç  kateqoriyaya  bölürlər.  Qısa  günsevər  bitkilərə  pambıq, 
qarğıdalı, uzun günsevər bitkilərə buğda, arpa, darı və günün uzunluğundan asılı olan 
bitkilərdən günəbaxanı göstərmək olar.  
 
Bütün  bitkilər  vegetasiya  dövründə  müəyən  qədər  istilik  alır.  Bu  müddət 
ərzində aldığı temperaturların cəminə fəal temperatur cəmi deyilir ki, elmi əbədiyyata 
XX  əsrin  30-cu  illərində  məşhur  rus  aqroiqlimşünası  Q.T.Selyaninov  gətirmişdir. 
Həmçinin bitkilərin  vegetasiyasında temperaturla  yanaşı  rütubətin də rolu böyükdür. 
O,  həm  fotosintez  prosesində,  həm  də  bitki  orqanizmində  qida  maddələrinin 
daşınmasında  fəal  iştirak  edir.  Bütövlükdə  kənd  təsərrüfatı  məhsullarının  inkişafı 
aqroiqlim  resurslarından  asılıdır.  Aqroiqlim  resursları  dedikdə  iqlimin  kənd 
təsərrüfatı istehsalını təmin edən xüsusiyyətləri, imkanları başa düşülür. Aydındır ki, 
hər bir bitki müxtəlif vegetasiya dövrünə malikdir, bu vaxt müəyyən miqdar istilik və 
rütubət  tələb  edir.  Odur  ki,  aqroiqlim  resursları  bir  sıra  göstəriciləri  özündə 
birləşdirir. 
Aqroiqlim 
resurslarının 
coğrafi 
öyrənilməsində 
aqroiqlim 
rayonlaşdırılmasını  V.P.Maksakovski  aşağıdakı  kimi  təklif  etmişdir.  Bu  bölgünün 
əsasını bitkilərin istiliksevməsi təşkil edir: 


 
- 40 - 
1) qısa vegetasiya dövrü ilə xarakterizə olunan soyuq qurşaq, burada fəal temperatur 
cəmi 1000
0
S-dən az, açıq qruntda əkinçilik mümkün deyildir; 
2)  fəal  temperatur  cəmi  şimalda  1000
0
S-dən  çox,  cənubda  2000
0
S-dək  olan  sərin 
qurşaq, istilik sevməyən bəzi bitkilərin əkilməsi mümkündür.  
3)  fəal  temperatur  cəmi  2000-4000
0
S  arasında  olan  mülayim  qurşaq,  bitkilərin 
vegetasiya dövrü 60 gündən 200 günədəkdir və bu enlikdə kütləvi əkinçiliyin həyata 
keçirilməsi mümkündür.  
4) fəal temperatur cəmi 4000-8000
0
S arasında olan isti qurşaq, istilik sevər subtropik 
bitkiçiliyin həyata keçirilməsi mümkündür. 
5)  fəal  temperatur  cəmi  8000-10000
0
S arasında olan isti qurşaq, il ərzində tropik və 
ekvatorial bitkiçiliyin inkişafı mümkündür.  
 
İnsanların fiziki və əqli yorğunluğunu aradan qaldırmaq, onun sağlamlığını və 
işgörmə  qabiliyyətini  bərpa  etmək  üçün  istifadə  olunan  resurslara  rekreasiya 
resursları  deyilir.  Latınca  recreation  –  bərpa  mənasını  verir.  Rekreasiya  resurslarına 
bol günəş şüası, günəşli günlərin çoxluğu, qumlu sahil, müalicəvi termal sular, gözəl 
landşaft,  xizəksürmə  üçün  qar  örtüyünə  malik  əlverişli  relyef  və  sairə  aiddir. 
Antropogen  obyektlər,  yəni  muzeylər,  tarixi  abidələr,  parklar,  sanatoriyalar,  idman 
meydançaları,  estetik  cəhətdən  insanları  cəlb  edən  bütün  vasitələr  rekreasiya 
resurslarıdır. Bu gün dünya əhalisinin böyük bir hissəsi bu resurslardan istifadə edir. 
Təbii  ki,  dünyanın  aparıcı  ölkələri  bu  resurslardan  istifadə  etməklə  daha  çox  gəlir 
əldə etməyə çalışır. Belə ölkələrdən ABŞ, Kanada, Fransa, AFR, İtaliya, Yunanıstan, 
Türkiyə,  İsrail,  İspaniya,  Portuqaliya,  İngiltərə  və  başqalarını  qeyd  etmək  olar. 
Insanların orqanizminə təsirinə görə təbii rekreasiya resurslarını şərti olaraq üç növə 
bölmək  olar.  1-iqlim  şəraitinin  üstünlüyü  ilə  bağlı  tibbi-bioloji  resurslar;  2-  təbii 
landşaftların,  onun  ayrı-ayrı  komponentlərinin  insanın  psixo-estetik  resurslar;  3  – 
insan fəaliyyətinin nəticəsi kimi antropogen resurslar. 
 
Istər  iqlim,  istərsə  də  rekreasiya  resursları  istifadə  olunursa,  qorunur  və  təbliğ 
edilirsə,  o  insan  cəmiyyətinə  daha  yararlıdır  və  daha  cəlbedicidir.  Ona  görə  də  bu 


 
- 41 - 
resurslardan  maksimum  və  qənaətlə  istifadə  etmək,  onu  gələcək  nəslə  ötürmək 
olduqca vacibdir. 
 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin