TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


 Faydalı qazıntılar, istifadə və problemlər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   20   21   22   23   24   25   26   27   28
1. Faydalı qazıntılar, istifadə və problemlər. 
       Faydalı  qazıntılardan  və  ilkin  xammaldan  kompleks  şəkildə  istifadə  olunması 
təsərrüfat  sahələrinin  müxtəlif  məhsullara  tələbatının  ödənilməsi,  əhalinin  müxtəlif 
tələbat mallarına ehtiyacını ödəmək zərurətindən irəli gəlir. 
 
Elm və texnikanın sürətli inkişafı müxtəlif xammal  və məhsula  olan tələbatını 
da artırır. Bu isə öz növbəsində ilkin xammalın emalında tam və kompleks yanaşmanı 
tələb  edir  ki,  bu  iqtisadi,  sosial,  ekoloji  və  təbiəti  mühafizə  nöqteyi-nəzərincə  daha 
önəmlidir.  Təbii  resurslara  kompleks  istifadə  nöqteyi-nəzərincə  yanaşma  sənayenin 
ərazi  təşkilini  asanlaşdırır  və  stimullaşdırır.  Təbii  sərvətlərdən  kompleks  istifadə 
hələlik  ölkəmizdə  neft  və  təbii  qaza  münasibətdə  formalaşmışdır  və  onun  iqtisadi 


 
- 74 - 
qiymətləndirilməsi,  stimullaşdırılması  tam  olaraq  həyata  keçirilir.  Respublikamız 
dünyada  neft  və  təbii  qaz  resursları  ilə  zəngin  ölkələrdən  biridir  və  ərazinin  70%-i 
perspektivli  süxurlara  malikdir.  Xarici  şirkətlərlə  aparılan  tədqiqat  işləri  göstərir  ki, 
bu resursların böyük ehtiyatı Xəzərin şelf hissəsindədir. Hesablamalar göstərir ki, ildə 
20-30 mln. ton həcmində neft istehsal olunarsa, bu 100 il neft hasilatına imkan verər. 
Abşeron  yarımadasında  1878-ci  ildən  sənaye  üsulu  ilə  neft  istehsal  olunur.  Indi 
Xəzərin  şelfində,  xüsusilə  də  Bakı  və  Abşeron  arxipelaqlarında  çox  zəngin  neft-qaz 
yataqları  kəşf  olunmuşdur  və  axtarış  –  layihə  işləri  davam  etməkdədir.  Bununla 
yanaşı  Qobustan,  Cənub-Şərqi  Şirvan,  Muğan  ərazilərində  iri  neft  yataqları 
mövcuddur. Gəncə-Qazax iqtisadi rayonunun Qazanbulaq, Dəliməmmədli, Borsunlu, 
Tərsdəllər,  Kəmaləddin  və  Ceyrançöl  ərazilərində  neft-qaz  yataqları  kəşf  edilərək 
istismara  verilmişdir.  Hazırda  ölkədə  70-dən  çox  neft  və  təbii  qaz  yataqlarından 
istifadə  olunur.  Keçən  dövr  ərzində  potensial  neft  ehtiyatının  40%-i,  qaz  ehtiyatının 
20%-i istifadə olunmuşdur. Son illər aparılan kəşfiyyat işləri göstərir ki, ölkənin qaz 
ehtiyatı yaxın illərdə ixrac əhəmiyətini daha da artıracaqdır.  
 
Respublika ərazisində neft  və qazla  yanaşı çoxlu miqdarda tikinti materialları, 
mineral, termal, yodlu-bromlu sular, filiz, qeyri-filiz, kimya və digər növ xammallarla 
zəngindir.  Böyük  və  Kiçik  Qafqaz,  Naxçıvan  əraziləri  xüsusilə  də  filiz  resirsları  ilə 
zəngindir.  Şəki-Zaqatala  rayonunda  Filizçay  polimetal,  Daşkəsən  rayonunda  dəmir 
filizi ehtiyatları iri yataqlarda yerləşir. Daşkəsənin dəmir filiz ehtiyatı təxminən 280 
mln.  ton  olub  cənubi  Qafqazda  ən  iri  yataq  hesab  edilir.  Dəmir  filizinin  müəyyən 
qədər ehtiyatı Gədəbəy, Ordubad, Şəmkir rayonunun ərazilərində də aşkar edilmişdir. 
Kiçik Qafqazın şimal yamacında kobalt, kükürd kolçedanı, mis filizi, qranit, mərmər, 
fülüslü  əhəng  daşları,  barit  və  digər  resurslarla  zəngindir.  Mis  filizinin  iri  yataqları 
həmçinin  Gədəbəylə  yanaşı  Tovuz,  Qazax,  Daşkəsən,  Ordubadda,  Şəki-Zaqatalanın 
Filizçay,  Kasdağ  və  Katex  yataqlarında  da  var.  Respublikamızda  əlvan  metallardan 
alunit,  polimetal  qarışığı,  mis,  qızıl,  qurğuşun,  sink,  molibden,  civə,  sürmə,  kobalt, 
seolit ehtiyatları sənaye əhəmiyyətlidir. Zəylik yatağının aluniti kompleks xammaldır, 
ondan alüminium oksidi, sulfat turşusu, kükürd qazı, kalium gübrəsi və kalium duzu 


 
- 75 - 
alınır.  Ölkə  ərazisində  polimetal  filiz  ehtiyatı  geniş  yayılmışdır.  Qarabağda 
Mehmana,  Naxçıvanda  Gümüşlü,  Parağaçay,  Qapıcıq,  Balakəndə  Filizçay 
yataqlarında onun ehtiyatı çox olsa da, hələlik sənaye üsulu ilə istismar edilmir. Son 
illər respublika ərazisindəki polimetal yataqlarında 2500 ton gümüş, 400 ton qızıl, 1.5 
mln.  ton  misin  ehtiyatı  aşkarlanmışdır.  Ekspertlərin  rəyinə  əsasən  qızılın  ehtiyatı 
Kəlbəcərdə  kvars-qızıl,  Ağdərə  mis-kvars-qızıl,  Gədəbəydə  qızıl-mis-kolçedan, 
Zəngilanda kvars-qızıl, Qazax və Tovuzda qızıl-sulfid qarışıqlı olmaqla 1000 tondan 
çoxdur. Lakin qızılın kəşf olunmuş ehtiyatı 50 ton, təsdiq olunmuş ehtiyatı isə 10 ton 
qiymətləndirilir.  Civə  ehtiyatı  50-dən  artıq  yataqda  müəyyən  edilmişdir.  Kəlbəcər-
Laçın iqtisadi rayonu ərazisində 6 civə yatağı aşkar edilmişdir və bunların içərisində 
Şorbulaq,  Ağyataq  və  Löhçay  yataqları  daha  perspektivli  sayılır.  Bütövlükdə 
qurğuşunun  ehtiyatı  1.7  mln.  ton  hesablanmışdır  ki,  metal  tutumluğu  1.54%  təşkil 
edir. 
 
Gəncə-Qazax  iqtisadi  rayonu  bir  çox  təbii  resurslarla,  o  cümlədən  sənayenin 
müxtəlif sahələrində, xüsusilə də, neft sənayesində geniş istifadə olunan bentonit gil 
ehtiyatı  ilə  də  zəngindir.  Qazax  rayonunun  Daş  Salahlı  bentonit  gil  yatağından 
müxtəlif  sahələrə  tətbiq  olunan  xammal  ehtiyatı  vardır.  Bu  xammaldan  qara 
metallurgiyada metallaşdırılmış dəmir filizi diyircəkləri istehsalında, neft hasilatında, 
tikinti-materialları sənayesində, irriqasiya qurğularının tikintisində, şərabçılıqda geniş 
istifadə edilir. 
 
Ölkə  ərazisində  kimya  sənayesinin  inkişafını  təmin  etmək  üçün  qeyri-metal 
xammal  ehtiyatları  da  kifayət  qədərdir.  Belə  ki,  Neftçala,  Babazənən,  Xıllı, 
Mişovdağ, Muğan, Şirvan, Böyükşor yodlu-bromlu suları kimya sənayesinin inkişafı 
üçün  böyük  ehtiyatlara  malikdir.  Cənub-Şərqi  Şirvanda  yerləşən  yodlu-bromlu 
suların  ehtiyatı  sutkada  250  min  kub  km-ə  bərabərdir.  Kəşf  olunmuş  ehtiyatına  və 
yüksək keyfiyyətinə görə onun başqa xammal mənbələrindən xeyli fərqi var. Hazırda 
Neftçala  və  Xıllı  yataqları  əsasında  Neftçala,  Abşeron  mədən  suları  əsasında  isə 
Suraxanı  yod-brom  zavodları  fəaliyyət  göstərir.  Abşeron  və  Qobustandakı  çöküntü 
duz  ehtiyatları,  Göygöl  rayonu  ərazisində  Başqışlaq  və  Çovdardakı  barit,  Balakən, 


 
- 76 - 
Gədəbəy,  Toğanalı  və  Çıraqdərədəki  kükürd  kolçedanı,  Laçın  rayonundakı  Qorçu 
yatağında və Yuxarı Ağca kəndindəki kopal, Nehrəmdə dolomit, Göygöldəki Çovdar 
və  Mirzin  mineral  boyalar  və  piqmentlər,  Naxçıvanın  daş  duz  yataqları  kimya 
sənayesi üçün əsas xammal mənbəyidir. 
 
Ölkə ərazisi tikinti materialları ilə tam təmin olunmuşdur. Sənaye ehtiyatı 126 
mln.  ton  olan  Zəngilan  rayonunda  əhəng  daşı  yatağı  vardır.  Ölkə  ərazisində  400-ə 
qədər  müxtəlif  növ  qeyri-filiz  və  tikinti  materialları  yataqları  kəşf  edilmişdir.  Bura 
ümumi ehtiyatı 403.5 mln. ton olan 10 sement istehsalına yararlı əhəng daşı, 477 mln 
kub.  km  olan  44  divar  daşı,  55  mln.  kub.  km  olan  22  üzlük  daşı,  3.7  mln.  kub  km 
ehtiyata malik dekorativ qırma daş ehtiyatı 16 mln. kub km olan 2 keramika xammalı, 
ehtiyatı 204.4 mln. kub. km 24 inşaat daşı, 160.7 mln. kub. km 73 gil, 1.03 mlrd. kub. 
km  61  qum-çınqıl,  48.4  mln.  kub. km  qum,  13  kub  km  ehtiyatla  11  mln.  2  perlit  və 
pemza  yataqları  daxildir  (E.Yusifov.  səh.88).  Yuxarı  Ağcakənd  yüksək  keyfiyyətli 
yataq  digərləri  ilə  birlikdə  ildə  500  min  ton  gips  verir  ki,  bu  da  sənayedə  və  kənd 
təsərrüfatında  geniş  istifadə  olunur.  Gipsə  olan  tələbatın  getdikcə  artması  onun 
istehsal  və  emalını  təmin  edən  yeni  müəssisələrin  yaradılmasını  tələb  edir.  Digər 
tikinti materiallarından kvars, tikinti qumu, əhəng daşı, qumdaşı, mişar daşı, mərmər, 
mərmərəbənzər  əhəng  daşı,  travertin,  tikinti  daşı,  kərpic,  keramit  gili,  çınqıl  və  s. 
böyük  ehtiyatları  ölkə  ərazisində  kifayət  qədərdir.  Böyük  Qafqaz,  Kiçik  Qafqaz, 
Naxçıvan  təbii  vilayətləri,  Lənkəran-Masallı  regionu  mineral  və  termal  sularla 
zəngindir.  
 
Ölkəmizdə  təbii  resurslardan  istifadə,  xüsusilə  onun  daha  dinamik,  iqtisadi 
cəhətdən daha əlverişli resursu sayılan neftin hasilatı tarixi hələ eramızdan əvvəl VII-
VI  əsrlərə  aid  edilir.  Tarixi  mənbələrdə  ölkə  ərazisində  XV  əsrdə  500-dən  çox 
quyunun olması barədə məlumatlar vardır. Balaxanı mədənlərində aşkarlanan köhnə 
neft  quyusu  ətrafındakı  daş  kitabədə  quyunun  dərinliyinin  64  metr  olduğu  göstərilir. 
1871-ci  ildə  Balaxanı  kəndi  yaxınlığında  42  metr  dərinliyi  olan  mexaniki  üsulla 
qazılan  quyudan  neft  fontan  verir  və  bu  tarix  Azərbaycanda  neftin  sənaye  üsulu  ilə 
hasil  edilməsinin  başlanğıcı  hesab  edilir.  Artıq  XIX  əsrin  sonlarında  Balaxanı-


 
- 77 - 
Sabunçu-Ramana sahəsində çıxarılan neftin həcmi dünya ilə müqayisədə 44% - təşkil 
edirdi.  1901-ci  ilin  hesabatında  göstərilir  ki,  Bakı  dünya  neft  hasilatının  50%-ni, 
Rusiyada  istehsalın  isə  95%-ni  vermişdir.  Dünyada  ilk  neft  quyularının  quruda 
fontanla  neft  verdiyi  Azərbaycan  həmçinin  dənizdə  ilk  neft  hasilatının  da  Vətəninə 
çevrilmişdir. Tarixə “Yeddi gəmi adası” adı ilə başlayan və 1949-cu ildə fontan verən 
neft hasilatı sonralar “Neft Daşları” kimi məşhurlaşmış və bu gün nəhəng yaşayış və 
istehsal kompleksinə çevrilmişdir. 
 
XX əsrin 90-cı illərinin əvvəlində sosializm sisteminin, eyni zamanda SSRİ-nin 
dağılması bütün postsovet məkanında bir çox sahələr kimi neft hasilatı və emalına da 
ciddi  təsir  göstərmişdir.  Bu  illərdə  neft  hasilatının  azalması,  eyni  zamanda  da  neftə, 
neft  məhsullarına  tələbatın  artması  müstəqil  Azərbaycanın  neft  sənayesini  inkişaf 
etdirmək,  bu  məhsulu  dünya  bazarına  çıxarma,  zəif  iqtisadiyyatı  möhkəmləndirmək, 
dünyanın aparıcı neft şirkətlərini ölkəmizə cəlb  etmək imkanı  yaratdı. Bu dövrlərdə 
ölkənin  neft  strategiyasını  düzgün  həyata  keçirmək,  ölkə  iqtisadiyyatını  dirçəltmək, 
beynəlxalq  nüfuz  sahibi  olmaq,  dünyanın  aparıcı  və  qüdrətli  dövlətlərindən  birinə 
çevrilmək  imkanı  yarandı.  Hələ  1782-ci  ildə  ingilis  səyyahı  Forster  haqlı  olaraq 
yazırdı ki, Bakıda gələcək üçün böyük bir xəzinə vardır. Həqiqətən də Azərbaycanın 
məqsədyönlü  iqtisadi-siyasi  strategiyası  əməli  işində  bunu  bir  daha  sübut  etdi.  20 
sentyabr  1994-cü  ildə  dünyanın  ən  iri  transmilli  neft  şirkətləri  ilə  birgə  “Əsrin 
müqaviləsi” imzalandı. Bu müqaviləyə əsasən 30 il müddətində “Azəri”, “Günəşli”, 
“Çıraq” yataqlarından 511 mln. ton neft, 55 mlrd. kub. metr qazın çıxarılması nəzərdə 
tutulmuşdur. Bu müqavilə nəinki respublikamızın, hətta bütövlükdə Cənubi Qafqazın 
iqtisadiyyatında  böyük  bir  mərhələnin  başlanğıcını  qoydu.  Bakı-Tiflis-Ceyhan  neft 
kəməri  Azərbaycan  neftini  dünya  bazarına  çıxarmaqla  ölkənin  beynəlxalq  imicini 
yüksəklərə  qaldırdı,  ölkə  büdcəsini,  ehtiyat  valyuta  fondunun  yüksək  səviyyədə 
tənzimlədi. 
 
Azərbaycan  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  ölkənin  neft  və  qaz  istehsalını 
artırmaq üçün aşağıdakı müqavilələri imzalamışdır: 


 
- 78 - 
1.
 
1994-cü  il  sentyabrın  20-də  “Azəri”,  “Çıraq”,  “Günəşli”  yataqlarını  birgə 
işləmək  üçün  “Əsrin  müqaviləsi”  imzalanmışdır.  Bu  müqavilədə  dünyanın 
aparıcı  şirkətləri  olan  ABŞ-ın  “AMOKO”,  “Mak  Dermot”,  “Yunoka”, 
B.Britaniyanın  “Britiş  Petrolium”,  “Remko”,  Norveçin  “Statoyl”,  “Türk 
petrolları”, S.Ərəbistanının “Delta” iştirak edir. 
2.
 
1995-ci  il  noyabrın  10-da  Qarabağ  yatağının  “Likoyl”,  “Penzoyl”,  “ACYP”, 
Rusiya  və  İtaliyanın  “LUKACİP”  neft  şirkətlərinin  birgə  hasil  etməsi  üçün 
müqavilə imzalamışdır. Lakin istismar olunacaq  yataqda neftin miqdarının az 
olması müəyyənləşdikdən sonra 21 yanvar 1999-cu ildə müqavilənin fəaliyyəti 
dayandırılmışdır. 
3.
 
1996-cı  il  iyulun  4-də  Bakıda  “Şahdəniz”  yatağının  istismarı  üçün  “Britiş 
Petrolium”, “Statoyl”, “Lukoyl”, “Türk petrolları”, Fransanın “Elf Akiten” və 
İran  neft  şirkəti  ilə  birgə  müqavilə  imzalanmışdır.  1999-cu  ildə  bu  yataqda 
təbii qazın ehtiyatının 0.7-1.5 trln. kub metr olduğu müəyyənləşdiyindən yaxın 
illərdə qaz hasilatını artırıb ixrac etmək nəzərdə tutulmuşdur. 
4.
 
1996-cı  il  dekabrın  14-də  Bakıda  “Dan  ulduzu”  və  “Əşrəfi”  neft  yataqlarının 
birgə istismarı üçün ABŞ-ın “AMOKO”, “YUNOKAL”, Yaponiyanın “İtoçu”, 
Səudiyyə  Ərəbistanının  “Delta”  neft  şirkətləri  ilə  müqavilə  imzalanmışdır. 
Lakin  sonradan  bu  yataqlarda  qazılan  kəşfiyyat  quyuları  nəticəsində  lazımi 
qədər neft ehtiyatları olmadığı müəyyənləşdirilmişdir.       
5.
 
1997-ci  il  yanvarın  13-də  Parisdə  “Lənkəran-dəniz”  və  “Talış-dəniz” 
yataqlarından  neft  hasilatı  üçün  Fransanın  “Elf  Akiten”  və  “Total”, 
Almaniyanın  “Deminenks”,  İtaliyanın  “ACYP”  və  İranın  neft  şirkəti  ilə 
müqavilə imzalanmışdır. 
6.
 
1997-ci ilin iyulun 4-də Moskvada Rusiyanın  “Lukoyl”  və “Rosnet” şirkətləri 
ilə  birgə  hasilatı  nəzərdə  tutulan  “Kəpəz”  və  “Yalama”  neft  yataqlarının 
istismarı haqqında 2 illik müqavilə imzalanmışdır.  
7.
 
1997-ci  ilin  avqustun  1-də  Vaşinqtonda  “Abşeron”,  “Naxçıvan”,  “Oğuz”  və 
“İnam”  yataqlarının  birgə  istismarı  üçün  ABŞ-ın  “Şirvan”,  “AMOKO”, 


 
- 79 - 
“EKSSON”,  “Mobil”  və  Fransanın  “Total”  neft  şirkətləri  ilə  müqavilə 
imzalanmışdır. 
8.
 
1997-ci  il  sentyabrın  25-də  İtaliyada  “Kürdaşı”,  “Araz”  və  “Hirkan” 
yataqlarının  istismarı  üçün  İtaliyanın  “Eni  ACYP”,  İspaniyanın  “Repsol”  və 
Türkiyənin “Türk petrolları” şirkətləri ilə müqavilə imzalanmışdır.  
9.
 
1998-ci il iyunun 2-də Bakıda “Kürdaşı” (1940-cı ildə kəşf olunmuş) yatağının 
birgə  işlənməsi  üçün  Yaponiyanın  “Mitsui”  bə  Türkiyənin  “Türk  petrolları” 
neft şirkətləri ilə müqavilə imzalanmışdır. 
10.
 
1998-ci  il  iyulun  2-də  Lindonda  “Araz”,  “Alov”  və  “Şərq”  yataqlarının  birgə 
istismarı üçün B.Britaniyanın Norveç müştərək şirkəti olan “Bi-Pi-Statoyl” ilə 
“İnam”  yatağının  qalan  hissəsinin  ABŞ-ın  “AMOKO”,  B.Britaniyanın 
“Monument  oil  and  gaz”  və  Rusiyanın  Mərkəzi  Yanacaq  şirkəti  ilə  müqavilə 
bağlanmışdır. 
11.
 
1998-ci  ilin  dekabrın  25-də  “Yanan  tava”,  “Atəşgah”  və  “Muğan-dəniz” 
yataqlarının birgə istismarı üçün Yaponiyanın “Capanpetrolium”, “İndoneziya 
petrolium”, “İtoçu”, “Teykoku oyl” neft şirkətləri ilə müqavilə imzalanmışdır. 
12.
 
1999-cu il aprelin 27-də Vaşinqtonda “Zəfər” və “Məşəl” yataqlarından ABŞ-
ın “Eksson”, “Savalan”, “Dalğa”, “Lerik-dəniz” və “Cənub” neft yataqlarından 
“Mobil” şirkətləri ilə müqavilə imzalanmışdır. 
Eyni  zamanda  quruda  olan  köhnə  və  yeni  quyuların  xarici  ölkə  şirkətləri  ilə 
yenidən qurulması, bərpası və istismarı ilə bağlı bir neçə müqavilə də imzalanmışdır:    
1.
 
1998-ci  il  iyunun  2-də  Cənub-Qərbi  Qobustana  aid  olan  sahələrin  ABŞ-ın 
“Yunion  Teksas”,  B.Britaniya  və  Kanadanın  “Komonvels  oyl  ənd  qaz”, 
“Kürsəngi-Qarabağlı”  yatağının  ABŞ-ın  “Amirada  Hess”,  Səudiyyə 
Ərəbistanının  “Delta”  və  ABŞ-ın  “Frontera  Resorses  Korporeyşn”  neft 
şirkətlərinin birgə işlənməsi barədə müqavilə imzalanmışdır. 
2.
 
1998-ci  il  iyulun  21-də  Londonda  “Muradxanlı”,  “Cəfərli”  və  “Zərdab” 
yataqlarının  B.Britaniyanın  “Remko”  şirkəti  ilə  istismarı  barədə  müqavilə 
imzalanmışdır. 


 
- 80 - 
3.
 
1999-cu  il  aprelin  27-də  Vaşinqtonda  Şamaxı  və  Hacıqabul  rayonları 
ərazisində  yerləşən  “Padar”,  “Böyük  və  Kiçik  Hərəmi”,  “Qırlıq”  yataqlarının 
hasilatı barədə ABŞ-ın “Monikrif” neft şirkəti ilə müqavilə imzalanmışdır. 
Dünyanın  aparıcı  neft  şirkətləri  ilə  bağlanan  bu  müqavilələrin  nəinki  iqtisadi 
inkişafın,  həmçinin  siyasi  müstəqilliyin  əldə  olunmasına,  Dağlıq  Qarabağ 
probleminin həllinə də ciddi köməyi danılmazdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin