Azərbaycan diLİ VƏ tariXİ


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə30/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

§ 3. MƏTBUAT 

 

XX  əsr  Azərbaycan  mətbuatı  tarixində  mühü m  mərhələn i  təşkil  edir. 



1898-c i ildə Qafqa zda nəşr olunan 41 adda dövri nəşrdən 5-i, yəni 12 fa izi Bakın ın 

payına düşürdü ki, bu da Zaqafqaziyada rus dilində nəşr olunan qəzet və jurnalların 

(cəmisi 28 idi) 20 faizini təşkil ed ird i. 

Əgər  gürcü və  erməni  dillərində  13  mətbuat orqanı  çıxırdısa,  Azərbaycan 

dilində,  milli ziyalıların bu istiqamətdə çalışmalarına baxmayaraq, heç bir  mətbuat 

orqanı  yo x  idi.  Beş  il  ərzində  (1899-1903)  dövri  mətbuata  Bakıda  cəmisi  üç  ad 

əlavə olun muşdu. 1903-cü ildə Tiflisdə Qafqazda Azərbaycan dilində yeganə qəzet 

- "Şərqi-Rus" çıxmağa başladı. 

1905-1907-c i  illə r  inqilab ı  mətbuatın in kişafı sahəsində çarizmi  müəyyən 

güzəştlərə getməyə məcbur etdi.  Həmin illərdə Bakıda Azərbaycan dilində 11 yeni 

mətbuat  orqanı  meydana  çıxdı.  "Molla  Nəsrəddin"  dərgisi  ilə  birlikdə  onların 

ümu mi  sayı  12-yə  çatmışdı.  Büro kratik  maneələrə,  1917-ci  ilin  fevralına  qədər 

davam etmiş təqiblərə baxmayaraq, Azərbaycanda 227 dövri  mətbuat orqanı nəşr 

edilmişdi.  Onlardan 30  faizi (66 adda)  milli  mətbuat orqanları,  50  faizi  (119 adda) 

rusdilli  qəzet  və  jurnallar  idi.  Onların  əksəriyyəti  Bakıda,  beşi  Gəncədə,  ikisi  isə 

Şuşada nəşr edilird i. Bakıda başqa dillərdə bir sıra qəzet və jurnallar çıxırd ı (gürcü, 

erməni, polyak. alman və s.) 

1917-c i ilin fevralına qədər çıxan qəzet və jurnalla rın 60 fa izi  1905-1907-




 

 

188 



ci  illərin  payına  düşür  və  həmin  illərdə  işıq  üzü  görməyə  başlamış  mətbuat 

orqanların ın  bir  ço xu   sonrakı  illərdə  də  çıxmışdı.  Bu  da  ictimai-siyasi  həyatın 

oyanışı,  mətbuata  artan  maraq la  bağlı  idi.  M illi  mətbuatın  inkişafı  Azərbaycan 

publisistika  məktəbin in  sonrakı  yüksəlişin i  şərtləndirən  amil  oldu,  bu  isə 

Azərbaycan  mədəniyyəti  tarixində  olduqca  böyük  əhəmiyyətə  malik  id i.  Bu 

məktəb  Azərbaycan  ziyalılarının  ço x  h issəsini  -  alimləri,  yazıçıları,  şairləri, 

tənqidçiləri,  müəllimləri  və  b.  öz  ətrafına  toplamışdı.  Publisistika  ictimai-siyasi, 

fəlsəfi  və  ədəbi  fikrin  fo rmalaşmasında,  Azərbaycan  xalqının  milli  şüurunun 

tərbiyəsi  yolunda  mühüm  işlər  görmüşdü.  Bir  ço x  ziy alıların  elmi  və  ədəbi 

yaradıcılığ ı  qəzet  və  jurnallar  vasitəsilə  ictimaiyyətin  malı  o lur,  onlar  milli 

mədəniyyət xad imlərinin yeni nəslinin yetiş məsində böyük rol oynayırdı.  

Azərbaycan  jurnalistikasının  banisi  H.Zərdabinin  "Əkinçi"  qəzeti  ilə 

başladığı estafet sonralar uğurla davam etdirild i. Publisistika H.Zərdabinin vəfatına 

qədərki (1907-ci il) ço xcəhətli fəaliyyətinin mühü m istiqaməti olmuşdu. 

Vaxtilə  "Əkinçi"  və  "Ziya"  qəzetləri  ilə  əməkdaşlıq  etmiş  N.Vəzirov, 

A.Adıgözəlov  (Go rani),  M irzə  Həsən  Əlqədəri,  M ir  Möhsün  Nəvvab,  Mirzə 

Rzaxan   Daneş  və  S.M.Qənizadənin  ədəbi  və  publisist  fəaliyyəti  milli  mətbuatla 

bağlı idi. 

XX  əsrin  əvvəllərində  jurnalistika  öz  başlanğıcını  1903-cü  ildən  1905-ci 

ilin  yanvarına  qədər  Tiflisdə  nəşr  olunan  "Şərqi-Rus"  qəzetindən  götürür.  Qəzet 

Rusiyanın  türkdilli  xalq ları  tərəfindən  və  həmçin in  Cənubi  Azə rbaycanda 

oxunurdu.  Orta  Asiyada,  Ka zanda,  Krımda,  Ya xın   Şərq in  bə zi  ölkə lərində  onun 

mü xb irləri var idi. 

"Şərqi-Rus"  qəzetilə  jurnalistlərin,  publisistlərin  və  ədəbiyyatşünasların 

yeni  nəslinin   formalaş ması  başlandı.  M.A.Şahtaxtinski,  C.Məmmədquluzadə, 

M.Ə.Sabir,  Ə.Ağayev,  F.Köçərli,  A.Səhhət,  Ə.Nəzmi 

(Məmməd zadə), 

M.S.Ordubadi,  Ö.F.Neman zadə,  Ə.Q.Nəcəfov  (Qəmküsar),  M.Ə.Rəsulzadə, 

Ə.Məmməd zadə  (Səd r),  R.Əfəndiyev,  H.Cav id  (Rəsizadə),  M.M.  A xundov, 

M.L.İs mayılov (Şirvanski), M .C.Yusifzadə ana dilində nəşr olunurdular.  

Milli  mətbuatın  inkişafında 1905-ci il  iyunun 7-dən 1906-cı  il sentyabrın 

3-nə  kimi  Ba kı  şəhərində  nəşr  edilən  "Həyat"  qəzet i  mühü m  rol  oynamışdı.  Bu 

qəzet nəşr olunduğu za man  Qafqazın  müsəlman əhalisi  içərisində birinc i,  Krımda  

çap olunan "Tərcüman"dan sonra ikinci mətbuat orqanı o lmuşdu. "Həyat‖ın fəaliy-

yətində  iştirak  etmək  üçün  Qafqazdan,  Krımdan,  Kazandan,  Ufadan  mətbuat 

işçiləri  dəvət  olunurdu.  Qəzet  xalq ın  intellektual  ziyalıla rını  mətbuat  vasitəsilə 

birləşdirməyə çalışırd ı. 

1905-1907-c i  illərdə  "Füyuzat"  jurna lı  və  "İrşad"  qəzetinin  çapdan 

çıxması  əhəmiyyətli  hadisə  oldu.  Bu  orqanlar  A zərbaycan  ədəbiyyatında qüdrətli 

istiqamət  olan  ro mantizmi  formalaşdırd ı  və  onun  görkəmli  nü mayəndələrin in 

yetkinləş məsində  mühüm  rol  oynadı.  O  dövrün  ən  mühüm  hadisələrindən  biri  də 

Tiflisdə satirik "Molla  Nəsrəddin" jurnalının  1906-cı  il aprelin  1-dən nəşrə başla-




 

 

189 



ması  oldu.  Jurnal  Azərbaycanda,  Rusiyanın  türkdilli  xalq ları  arasında,  həmçin in 

Yaxın  Şərqdə  satirik  mətbuatın  əsasını  qoydu,  həmçinin  demo kratik  fikrin 

inkişafında  mühü m  rol  oynadı.  "Molla  Nəsrəddin‖in  Rusiyada  çoxlu  o xucusu 

olduğu  kimi,  müsəlman  Şərqində  də  geniş  yayılmışdı,  onun  hətta  Avropada, 

Amerikada da abunəçiləri var  id i. Molla nəsrəddinçilər ədəbi-publisist  məktəbin in 

təşəkkül tapması bu jurnalla bağlı idi. 

Mətbuat  orqanlarında  publisistlərin  sıraları  xey li  genişləndi.  On lardan 

Ə.Hüseynzadə,  N.Nərimanov,  S.Nərimanov,  Ə.Haqverdiyev,  S.S.  A xundov, 

Ü.Hacıbəyov,  H.Vəzirov,  M.Hadi,  A.Şaiq,  Ə.Mü znib,  S.M.Əskərov,  Əli  Rza 

(Şamçızadə),  S.Mü mtaz  kimi  şairlər,  yazıçı  və  publisistləri  gös tərmək  o lar. 

"Həyat"ın  səhifələrində  H.Zərdabinin,  Ə.Hüseynzadənin,  N.Nərimanovun 

publisistikası, "İrşad"da isə Ə.Ağayev və Ü.Hacıbəyovun dərin mə zmunlu, kəsərli 

yazıları xüsusilə seçilirdi. 

Həmin  illər  Azərbaycanda  sosial-demokrat  istiqamətli  mətbuat  orqanlarının 

meydana  çıxması  ilə  də əlamətdar  idi.  Sosial-demokrat  təşkilatı  "Hümmət"in  1904-cü 

ilin  oktyabrından  1905-ci  ilin  fevralına  qədər  çıxmış  "Hümmət"  qəzetində 

M.Q.Mövsümov (Seyid Musəvi), M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev ədəbi və publisist 

fəaliyyətə  başladılar.  1905-1907-ci  illərdə  nəşr  olunmuş  "Təkamül",  "Dəvət-Qoç‖, 

"Yoldaş"  qəzetləri  ilə  M.Əzizbəyov,  T.Şahbazi  (Simurq),  C.Məmmədzadə  (Əl-

Dağıstani),  "Bakı  həyatı"  ilə  (1912)  D.Bünyadzadə,  Ə.Q.Rəsulzadə,  H.Sultanov 

əməkdaşlıq edirdilər. Onların bir çoxu qeyri-partiyalı mətbuatın səhifələrində də çıxış 

edirdi. 


1907-1918-ci  illərdə  nəşr  olunan  əsas  və  aparıcı  mətbuat  orqanları  "Tazə 

həyat",  "Tərəqqi",  "İttifaq",  "Həqiqət",  "İqbal",  "Yeni  İqbal"  və  başqa  qəzetlər  idi. 

Müsavat  partiyasının  orqanı  "Açıq  söz"  (1915-1918-ci  illər)  qəzetinin  mətbuat 

tariximizdə  xüsusi  yeri  var.  B.Abbaszadə,  D.Ağamirzadə,  M.Əliyev,  Əhməd  Cavad, 

N.Bəsir,  C.Bünyadzadə,  Ə.Vahid,  C.Cabbarlı,  İ.Məlikov,  H.Mirzəcamalov,  O.Orucov, 

B.A.Talıblı,  Q.Səmədov,  S.Hüseyn,  M.M.Seyidzadə,  Y.V.Çəmənzəminli,  İ.Qabulov, 

A.İbrahimov,  S.Mənsur,  Ə.Fəhmi  (Cəfərzadə)  bu  dövrün  görkəmli  ədəbiyyatçı  və 

publisistləri kimi ad qazan mışdılar. 

"Molla  Nəsrəddin"in  ardınca  onun  təsiri  altında  "Arı",  "Bəhlul",  "Tuti", 

"Zənbur",  "Məzəli",  "Babayi-Əmir"  (1907-1917-ci  illər)  satirik  jurnalları  nəşrə 

başladı.  Uşaqlar  və  onların  valideynləri  üçün  "Dəbistan"  (1906-1908),  "Rəhbər" 

(1906-1907), "Məktəb" (1911-1917) jurnalları işıq üzü gördü. Bu mətbuat orqanları ilə 

yeni  əsrin başlanğıcında  ədəbi-publisist  məktəbin bir  çox  nümayəndələri  ə məkdaşlıq 

etmişdi. 

XX  əsrin  əvvəllərində  Azərbaycan  qadınları  da  jurnalistika  fəaliyyətinə 

başladılar.  Mətbuatda  çıxış  edən  ilk  azərbaycanlı  qız  Nabat  Nərimanova  olmuş,  onun 

birinci məqaləsi 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmişdi. İlk Azərbaycan qadın 

jurnalisti  Şəfiqə  Əfəndizadə  bu  məcmuədə  (1906-1908-ci  illər)  fəal  iştirak  etmişdi. 

1911-1918-ci  illərdə o, "Məktəb" jurnalında və "Açıq söz" qəzetində bir çox publisist 



 

 

190 



məqalə  və  hekayələr  nəşr  etdirmişdi.  Azərbaycan  qadınının  jurnalistika  mühitinə  cəlb 

edilməsində  1911-1912-ci  illərdə ana dilində  Bakıda nəşr olunan  ilk qadın qəzeti "İşıq"ın 

mühüm rolu oldu. Onun işində Xədicə Əlibəyova, Sürəyya və Həcər Ananovlar, Asya 

Axundzadə,  Sona  Axundova,  Şövqiyyə  Gövhər  Şeyxzadə,  Maral  Nəbizadə,  Nabat 

Nərimanzadə, Xavər Tahirova iştirak edirdilər. 1914-1916-cı illərdə Səltənət Axundzadə 

onun səhifələrində məqalələrini çap etdirmişdi. 

Azərbaycan  ziyalılarının  səyi  ilə  Rusiyanın  başqa  şəhərlərində  ana  dilində 

qəzetlərin  çıxması  da  təqdirə  layiq  hesab  edilməlidir.  Məsələn,  Həştərxanda  çıxan 

"Bürhani-Tərəqqi", "Hakimiyyət", "Mizan", "Haqq"  qəzetlərində  1906-1911-ci  illərdə 

N.Nərimanov,  Ə.Qəmküsar,  M.L.İsmayılov-Şirvanski,  R.K.Nəcəfov,  M.Hadi, 

AAbdulla,  Ə.Cövdət,  C.Abdulcabbarov,  H.Axundzadə,  M.S.Axundov,  C.Cabbarov, 

A.İsmayılov,  Q.Mahmudov  (Naxçıvani),  M.Mərcani,  X.Musa,  S.Saleh  və  başqaları 

çıxış etmişdilər. 

Azərbaycan yazıçı və publisistləri Zaqafqaziya və Mərkəzi  Rusiya mətbuat 

orqanlarında rus dilində də çıxış edirdilər. Bu, bütün leqal  imkanlardan  istifadə edərək, öz 

demokratik  ideyalarını,  maarifçi  dünyagörüşlərini  təbliğ  etmək,  ictimaiyyəti  milli 

ədəbiyyatla tanış etmək üçün yaranan imkanı əldən verməmək arzusundan irəli gəlirdi. 

Bu  istiqamətdə  Qafqazda  ən  kütləvi  və  təsirli  mətbuat orqanı  olan "Kaspi" 

qəzetinin böyük rolu var idi. O, Azərbaycanda ictimai fikrin inkişafına əhəmiyyətli təsir 

göstərir, onun formalaşması prosesində milli ziyalıların iştirakına şərait yaradırdı. 

Əsrin  əvvəllərində  M.A.Şahtaxtinski,  Ə.Ağayev,  H.Zərdabi  "Kaspi" 

qəzetində də məqalələrini nəşr etdirirdilər. 1898-1905-ci illərdə Ə.Ağayev onun daimi 

əməkdaşı  idi.  Qəzetdə  nəşr  olunan  beynəlxalq  icmalların  və  tənqidi-biblioqrafik 

materialların  çoxu  ona  məxsus  idi.  Ə.M.Topçubaşovun  böyük  publisist  istedadı  da 

özünü bu orqanda göstərirdi. Qəzetdə yuxarıda adları çəkilən ictimai xadimlərin və başqa 

ziyalıların  silsilə  məqalələri  çıxmaqda  davam  edirdi.  Qəzetin  ən  nüfuzlu 

əməkdaşlarından  bnri  olan  C.Hacıbəyov  M.Hacınski  ilə  birlikdə  "Müsəlmanların 

həyatı  və  mətbuatı"  bölməsinin  işini  aparır,  milli  problemlərin  daha  dolğun 

işıqlandırılmasına səy göstərirdi. 

Azərbaycan mətbuat işçiləri Bakıda başqa dillərdə çıxan mətbuat orqanlarında 

da  fəal  iştirak  edirdilər.  M.  A.  Şahtaxtinski  "Baku"  qəzetinin  ilk  redaksiya  heyətinin 

tərkibinə  daxil  idi.  Bu  qəzetlə  M.S.A xundov  da  əməkdaşlıq  edirdi.  C.Şahtaxtinski 

"Bakinskiye  izvestiya"  qəzetinin  əməkdaşı  idi.  "Kavkazskoe  slovo"  qəzetində  Rza 

Nağıyev, leqal fəhlə qəzeti "Qudok"da S.M.Əfəndiyev çıxış  edirdi. 1906-cı ilin mayından 

"Bakinskiy raboçiy" qəzeti nəşr olunub. 

Azərbaycan  maarifçiləri  və  mətbuat  işçiləri  Zaqafqaziyanın  rusdilli 

mətbuatında - "Qafqaz", "Zakavkazye", "Novoye obozreniye" və başqa qəzetlərin işində 

iştirak  etməyə  böyük  əhəmiyyət  verirdilər.  Bu,  XX  əsrin  əvvəllərində  geniş  miqyas 

alaraq,  yeni  məzmunla  zənginləşdi,  hətta  milli  mətbuatın  meydana  çıxıb  genişləndiyi 

şəraitdə  də  onların  sayı  azalmadı.  Ço x  vaxt  dövrün  mühüm  problemləri  barəsində 

mübahisələr  mətbuat  orqanlarına  paralel  surətdə  çıxarılırdı.  Mətbuat  səhifələrində  bu 



 

 

191 



formadan  istifadə  edənlərin  sırasına  hər  iki  dildə  qələm  sahibi  olan  H.Zərdabi, 

M.Şahtaxtinski, F.Köçərli, R.Əfəndiyev, S.Vəlibəyov, M.Qarayev və başqaları daxil idi. 

Öz ana dillərini  çox  yaxşı bilməsinə baxmayaraq, bəzi qələm  sahibləri əksər hallarda rus 

dilində  çıxış  edirdilər  (E.Sultanov,  C.Minasazov,  R.Məlikov,  Həmzət  bəy  Qabulov-

Şirvanski,  M.H.Vəzirov,  S.Ağamalıoğlu,  Əsədulla  bəy  Şahtaxtinski  və  b.).  Azərbaycanlı 

ziyalıların təşəbbüsü ilə bəzi mətbuat orqanlarında müsəlman şöbələri yaradılmışdı. Bu 

şöbələrə  C.Məmmədquluzadə  ("Vozrojdeniye"),  Q.Qabulov-Şirvanski  ("Zakavkazye"), 

E.Sultanov ("Zakavkazskaya reç") rəhbərlik edirdi. 

Qafqazdakı rusdilli  mətbuatda sosial-mədəni məsələlər qaldırılır, onun geridə 

qalması tənqid edilir, Azərbaycan xalqının zəngin mənəvi ənənələri təbliğ olunurdu. 

Milli  mətbuat  xadimlərinin  fəaliyyəti  Peterburqun  və  Moskvanın  iri  mətbuat 

orqanları  ilə  bağlı  idi.  Onun  səhifələrində  H.Zərdabi,  Ə.Ağayev,  Ə.Hüseynzadə, 

E.Sultanov,  xüsusilə  də  M.Şahtaxtinski  çıxış  edirdilər.  M.Şahtaxtinski  eyni  zamanda 

"Moskovskiye  vedomosti"  və  "Novoye  vremya"  qəzetlərinin  İstanbulda  Yaxın  Şərq 

ölkələri ü zrə mü xbiri idi. 

Kazanda təhsil alan R.Məlikov "Voljskiy listok" və "Kamsko-Voljskaya reç" 

qəzetlərində  müxbir  sifəti  ilə  işləyir,  E.Sultanov  Krımda  çıxan  "Tərcüman"la 

əməkdaşlıq edir, N.B.Usubbəyov isə bu qəzetin səhifələrində çıxış edirdi. 

Ə.Əliyev "Ülfət", "Türkistan" (Daşkənd), "Vaqt" (Kazan), "Qarjiye" qəzetlərilə 

əməkdaşlıq edirdi. 

Azərbaycan  ziyalılarının  mütərəqqi  xarici  mətbuatda  da  çap  olunmaq 

arzu ları  təbii  idi.  Tələbəlik  illərində  Fransa  mətbuat  orqanlarında  Ə.Ağayev  çıxış 

etmişdi.  1906-  1908-ci  illərdə  İstanbul  mətbuatında  A.Sur  çap  edilirdi.  1910-cu 

ildə  İstanbul  qəzeti  "Tanin"in  "Əks -səda"  redaksiyasında  M.Hadi  tərcü məçi 

vəzifəsində  çalış mışdı.  O,  eyni  zamanda  bir  sıra  Türkiyə  qəzet  və  jurnallarında 

özünün bir neçə əsərini dərc etdirmişdi.  Ə.Ağayev Tehran qəzeti "Xurşud"da çıxış 

etmişdi. 

XX  əsrin  əvvəllərində  milli  ziyalılar  içərisində  mətbuat  təşkilatçıları  və 

redaktorların ın  bütöv  bir  nəsli  yetişmişdi.  H.Zərdabi  bir  ço x  ju rnalistlərin, 

həmçinin  başqa  millətlərdən  olan   mətbuat  işçilərin in  bir  qrupunun  müəllimi 

şöhrətini qazanmışdı. 

Azərbaycanın  qabaqcıl  ziyalıları  içərisində  onlarla  qəzet  və  jurnal 

redaktoru  yetişmişdi.  On lardan  M.A.Şahtaxtinskini  ("Şərqi-Rus"),  Ə.Ağayevi 

("Həyat" - 1905-1909; "İrşad", "Tərəqqi"), Ə.Hüseynzadəni ("Həyat", "Tərəqqi" - 

1905-1907),  C. Mə mmədquluzadəni  (1906-cı ildən,  müəyyən fasilə  ilə  1932-c i  ilə  

qədər  "Molla  Nəsrəddin"),  Q.Vəzirovu  ("İrşad",  "Tazə  həyat",  "İttifaq",  "Səda", 

"Sədayi-Vətən",  "Sədayi-haqq",  "Sədayi-Qafqaz",  satirik  ju rnal  "Məzəli"  -  1907-

1916), M.Ə.Rəsulzadəni ("İrşad", "İqbal", "Yen i İqbal", "Açıq söz"  - 1908-1918), 

Üzeyir  Hacıbəyovu  ("Tərəqqi",  "Həqiqət",  "Yeni  İqbal",  "Azərbaycan"  -  1909-

1919) göstərmək olar. "Azərbaycan" qəzetinin redaktəsində C.Hacıbəyov da iştirak 

etmişdi.  1910-1917-ci  illərdə  Q.İ.Qasımov,  Sey id  Hüseyn  (Sadıqzadə), 



 

 

192 



Ə.Ə.Müzn ib  (Mütəllib zadə), 

C.Məmmədquluzadə  (Fan i),  Qafu r 

Rəşad 

(Mirzəzadə), A.Əfəndizadə də bu sahədə işlər görmüşlər. Bu sahədə Mustafa Lütfi  



İsmayılov-Şirvanskin in  sanballı  xid məti  olmuş,  o,  Həştərxanda  çıxan 

Azərbaycandilli qəzetlərin redaktoru vəzifəsində çalış mışdı. 

Redaktorluq  fəaliyyəti  ilə  Ə.Əliyev  ("Arı"  və  "Bəhlul"  yumoristik 

jurnalları), A.İ.Cəfərov, M.Q.Əfəndiyev (Rusiya müsəlman  uşaqlarının  ilk mətbuat 

orqanı  olan  "Dəbistan"a  rəhbərlik  edirdilər  -  1906-1908-ci  illər),  C.Əsgərzadə 

("İrəvan"),  Ə.P.Hüseynzadə,  İ.Aşurbəyov,  C.Bünyadzadə, 

M.B.Hacınski, 

H.Heydərov,  İ.Mahmudbəyov  (pedaqoji  jurnal  "Rəhbər",  1906-1907-ci  illər), 

İ.Mirfətullayev  ("İrəvan"),  R.Səlimxanov,  M.A.Sidqi,  O.Orucov  və  başqaları  da 

məşğul olurdular. 

Bakıda  milli  mətbuatın  inkişafı  Cənubi  Azərbaycanda  mədəniyyətin  bu 

istiqamətinin  inkişafına  əhəmiyyətli  təsir  göstərdi.  1906-1907-ci  illərdə  Təbrizdə  23 

adda  qəzet  və  jurnal  nəşr  edilirdi.  Onlardan  20-si  Azərbaycan  türkcəsində,  3-ü  isə 

Azərbaycan, türk və fars dillərində çıxırdı. Mirzə Ələkbərxan, S.M.Şəbüstəri görkəmli 

azərbaycanlı  redaktorlar  idilər.  Şimali  Azərbaycanın  məşhur  mətbuat  xadimləri  öz 

cənublu  qardaşlarına  həmişə  kömək  əli  uzadırdılar.  Ə.Səfərov  (Qəmküsar) 

"Azərbaycan"  satirik  jurnalını,  Seyid  Hüseyn  isə  "Ədalət"  və  "Ana  dili"  qəzetlərini 

redaktə edirdi.  1910-cu  ildə  M.Ə.Rəsulzadə  İran  Sosial-Demokrat  Partiyasının orqanı 

olan "İrane-nov" ("Yeni İran") qəzetinin redaktoru olmuş, bu qəzetdə publisist kimi də 

çıxış etmişdi. 

Bakı  peşəkar publisist  və  jurnalist  kadrlar  məktəbi  ilə  yanaşı,  Azərbaycanın 

şəhərlərində, kənd yerlərində də mətbuatda milli kadrların formalaşması prosesi gedirdi. 

Məsələn,  "Kaspi"  qəzetinə,  Azərbaycanın  hər  yerindən  -  Lənkərandan  ("Bİ  -  T. 

Bayraməlibəyov  -  "Lənkəranlı"  "A.B."  və  b.),  Qubadan  (Mehdi  bəy Ağakişibəyov  - 

"Azyazan"  Qudyallı),  Şa ma xıdan  ("Z",  "Ayrılmış"),  Salyandan  (Ağa  Əli  Qasımov  - 

"Rahab",  D.B.Sadıxbəyov,  A.B.Səfərbəyov),  Göyçaydan  ("Rafiq")  məktublar  gəlirdi. 

Qəzetin  Hacıqabulda  (İsmayıl  Qulam  oğlu),  Kürdəmirdə  ("B.İ."),  Biləsuvarda 

(Axvayev) müxbirləri var idi. Qəzetin Yelizavetpol quberniyasında da nümayəndələri var 

idi. "Kaspi" qəzetində Şuşanın iqtisadi, ictimai-siyasi və mədəni həyatına dair xeyli geniş 

məqalələr çıxmışdı. Həşim bəy Vəzirov (Şuşa realnı məktəbinin müəllimi)  XIX əsrin 

sonlarından başlayaraq şəhər ictimaiyyətini qəzetlə tanış edir, 1904-cü ildən isə qəzetə 

"Müslim" imzası ilə materiallar göndərirdi. Ağdamda (V. Səbirli, "Kəndli"), Karyagində 

("Allahverdi") və Qarabağın başqa yerlərində də müxbirlər var idi. Gəncədən A.Ziyad -

xanovdan,  "Cəfər",  "Xəbir"  adlı  müəlliflərdən  materiallar  göndərilirdi.  Qəzetin 

Şəkidəki  mü xb irləri  K.Abdullayev,  Məhəmməd  bəy  İsmayılov,  İsmayıl  Calutski  idi. 

Şəki kəndlərindən "Vartaşenlı" və s. imzalar ilə "Kaspi"də nəşr olunan mü xbir var idi.  

Qazax  qəzasından  M.Vəkilov,  Ordubaddan  Mir  Hidayət  Seyidov  material 

göndərirdilər. "Kaspi"nin nümayəndələri Dərbənddə və Cənubi Azərbaycanda da (Rəşt, 

Ənzəli)  var  idi.  Azərbaycandilli  mətbuatın  yerlərdə  çoxlu  mü xbirləri  fəaliyyət 

göstərirdi.  Qəzalarda  qəzet  və  jurnalların  o lmadığ ı  b ir  şəraitdə  bu  yerlərdən 




 

 

193 



yazanların  xid mətləri  ço x  əhəmiyyətli  idi.  Nəşriyyatçılar  qrupu  xüsusən   fərq-

lənird i.  O,  milli  mətbuatın  inkişafında  mühü m  rol  oynamışdı.  Nəşriyyatçılar 

arasında  Oruc,  Qəmbər  və  Abuzər  Orucov  qardaşları,  H.B.Vəzirov,  İ.Aşurbəyov, 

Ə.Müzn ib,  M.Mikayılov,  M.Mirbağırov  xüsusilə  fərqlənirdilər.  Onlardan   başqa 

M.Abdullazadə,  Z.Abdullabəyzadə,  M .Əlibəyov,  A.M.Ələkbərov,  U.Əh mədov, 

M.Hacınski,  K.Heydərov,  Q.Qarabəyov,  Q.R.Mirzəzadə,  A.Q.Mirzəzadə, 

M.Tahirov, Q.R.Şərifov kimi nəşriyyat mütəxəssisləri də fəaliyyət göstərirdilər.  

İri  mətbuat  orqanlarını  azərbaycanlı  sahibkarlar  maliyyələşdirird ilər.  Bu 

istiqamətdə  H.Z.Tağıyevin  xid məti  xüsusi  qeyd  edilməlidir.  "Kaspi",  "Həyat", 

"Açıq  söz"  qəzetləri  və  "Füyuzat"  jurnalı  onun  verdiyi  vəsait  hesabına  çıxırdı. 

M.Muxtarov "Tərəqqi" qəzetinin nəşrini maliyyələşdirird i və s.  

1905-1906-c ı  illərdə  Ba kıda  Orucov  qardaşların ın  (1905-1917-ci  illər), 

İ.Aşurbəyovun,  Q.Vəzirovun  mətbəələri  fəaliyyət  göstərirdi.  Artıq   1907 -ci  ildə 

Bakıda  24  mətbəə  və  litoqrafiya  var  idi.  1914-cü  ildə  onların  sayı  35-ə  çatdı.  O 

dövrdə  buraxılan  mətbuatın  böyük  hissəsi  Orucov  qardaşlarının  mətbəəsində   çap 

olunurdu. 

Gəncə,  Şuşa,  Lənkəran  və  Naxçıvanda  kiçik  mətbəələr  var  id i. 

C.Məmmədquluzadə və Ömər Faiq Neman zadə Tiflisdə "Qeyrət" mətbəəsini təsis 

etmişdilər.  Bu  mətbəədə  1906-cı  ildən  "Molla  Nəsrəddin"  jurnalı  və  başqa 

ədəbiyyat  çap  olunurdu.  Bu  mətbəəyə  tacir  M .Bağ ırzadə  böyük  maddi  yard ım 

göstərmişdi. 

Ana dilində  mətbuatın inkişafına  mətbuat işləri ü zrə  Qafqaz  Ko mitəs ində 

işləmiş,  sonralar  onun  aparıcı  əməkdaşlarından  biri  olmuş  Mirzə  Şəfi  M irzəyev 

yaxından kö mək edirdi. 

Beləliklə, iyirminci yüzilliyin  ilk onilliklərində fəaliyyət göstərən mətbuat 

bir  neçə  nəsil  istedadlı  milli  publisistlərin,  nəşr  işi  təş kilatçılarının,  ictimai 

xadimlərin yetiş məsində mühü m rol oynayan amillərdən olmuşdu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

194 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin