Azərbaycan diLİ VƏ tariXİ


§ 3. AZƏRBAYCAN ORDUSUNUN QURULMASI



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə26/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   22   23   24   25   26   27   28   29   ...   72
§ 3. AZƏRBAYCANIN XALQ TƏSƏRRUFATI MÜHARİBƏ 

İLLƏRİNDƏ 

 

Sənayenin  səfərbər  edilməsi  və  nizamlanması  üzrə  tədbirlər.  Dövlət-

inhisarçı meyillərinin güclənməsi Birinci dünya müharibəsi Rusiyanın bütün xalq 

təsərrüfatının  yenidən  qurulması  zərurətini  meydana  çıxardı.  Müharibənin  geniş 

miqyası, ordunun hərbi və maddi təchizatı, lazımi əşyalara çox böyük tələbat ölkənin 

sənaye  istehsalında  ciddi  struktur  dəyişikliklərini  şərtləndirdi.  Bu  dəyişiklərin 

mah iyyəti  ondan  ibarət  idi  ki,  ağ ırlıq  mərkəzi  hərbi  ehtiyacları  ödəyən  sahələrə 

keçirildi.  Dinc  bazarın,  yəni  geniş  əhali  kütlələri  və  mü lki  təsərrüfat  sahələrin in 

tələbatına yönələn istehsal isə getdikcə daha ço x tənəzzülə uğrayırdı

23



Cəbhəyanı  bölgəyə  çevrilmiş  Azərbaycan  sənayesi  Rus  digər  arxa 

rayonlarına nisbətən müharibənin dağıdıcı təsirinə daha güclü şəkildə məru z qalırdı. 

Müharibə  əmtəə  dövriyyəsinin,  nəqliyyatın  işini  pozmuş,  xammal  və  avadanlıq 

idxalını  məhdudlaşdırmış, həm  Rusiyanın sənaye rayonları, hə m də Zaqafqa ziyanın 

ayrı-ayrı bölgələri ilə əlaqələri qırmış, minlərlə fəhlə o rduya çağırılmışdı. 

Bütün  Rusiya  sənayesinin  işinə  mənfi  təsir  göstərən  amillər-istehsalın 

məhdudlaşması, sənayenin hərbi  məqsədlər üçün səfərbər olun ması Azərbaycanda 



 

 

144 



da sənayenin vəziyyətini ağırlaşdırırd ı.  İstehsalın ən çox  ixtisara düşməsi kənardan 

gətirilən  xarici  xammalla  işləyən  müəssisələrdə  müşahidə  olunurdu  (məsələn, 

toxuculuq müəssisələri yerli pa mbığa keç mə li oldu). İşçi qüvvəsinin çatışma ması və 

xarici  bazarla  əlaqələrin   kəsilməsi  balıqçılıq   sənayesini  ö z  istehsalını  azaltmaq 

məcburiyyətində  qoydu.  Xəzər  dənizinin  limanlarında  ixrac  edilməyən  çoxlu 

miqdarda mal yığ ılıb qaldı. Spirt zavodları ö z istehsalını dayandırdı. 

Müharibə davam etdikcə  günü-gündən genişlənən xə zinə tə ləbatı ayrı-ayrı 

sənaye  sahələrin in  işinə  müsbət  təsir  göstərdi.  1905-ci  ilin  payızında  baş  vermiş 

sənaye səfərbərliy i, yəni onun dövlət müdafiəsi  işinə cəlb edilməsi bunun təzahürü 

idi.  Səfərbər  olunan  sahələr  sırasına  Azərbaycanın  neft,  toxuculuq  və  balıq  sə -

nayesi  də  daxil  edildi.  Məsələn,  neft  sənayesi  həm  hərbi  istehlakçıları  bütünlüklə 

təchiz  etməyə,  həm  də  yeni  məhsullar  –  toluol,  benzol  və  ksilol  istehsal  etməyə 

başladı.  Əvvəllər  istehsalı  dayanmış  spirtçəkən  zavodlar  partlayıcı  maddələr 

istehsalına  başladı.  Gön-dəri  sənayesi  ordu  üçün  ayaqqabı  tikişi  işinə  keçd i.  Yağ 

zavodları da əvvəlcə işi məhdudlaşdırdılar, sonra isə ordu üçün məhsul tədarükünə 

başladılar.  Sənayenin  səfərbər  olunması  mərmi  və  silah  istehsal  etməyə  başlayan 

külli  miqdarda  xırda  və  orta  müəssisələrin  inkişafına,  həmç inin  yenidən 

qurulmasına güclü təkan verdi

24



Müharibə  illərində  neft  sənayesinin  inhisarlaşması  o  vaxtadək 



gorünməmiş  miqyasa çatdı.  Bunun səbəbi digər sənaye sahələri  ilə  müqayisədə bu 

sənayenin  istehsal,  ticarət-satış  və  nəqliyyat  hissələrinin  daha  yüksək  səviyyədə 

təmərküzləşməsi  idi.  Hələ  müharibənin  baş lanması  ərəfəsində  ölkədə  bütün  səhm 

kapitalının  87  faizi  və  bütün  neft  hasilatının  60%-i  üç  möhtəşəm  trestin  ("Oyl", 

"Nobel"  və  "Şell")  payına  düşürdü

25

.  Müharibə  illərində  Bakı  rayonunda  özəyi  rus 



"Neft" şirkəti  olan  yeni  trest  birliyi  formalaşdı.  1917-c i  il  ərəfəsində  "Neft"  qrupu 

firma larının  çıxard ığı  neft  Rusiyada  ümu mi  neft  hasilatın ın  9% -ni  təşkil  edirdi

26



Bu  dörd  inhisar  q rupu  əslində  neft  sənayesinin  bütün  istehsal  hissəsinə  sahiblik 



edirdi. 

Azərbaycan  neft  sənayesində  dövlətin  inhisarçı  mey illərinin  güclənməsi 

Birinci  dünya  müharibəsi  illərində baş verdi

27

.  Bu proses  müxtəlif  formalarda gedirdi. 



Bunlardan  əsasları  inhisarlarla  hökumət  arasında  şəxsi  uniyanın  (ittifaqın) 

möhkəmlən məsi və neft sənayesinin nizamlanması idi. 

Müharibə  illərində  ölkənin  ən  iri  bankları  və  beynəlxalq  kapitalla  sıx

 

surətdə əlaqədar olan inhisarlar qrupu neft sənayesini nəzarət altına almaqda davam 



edirdi. 

İnhisarlar 

iqtisadiyyatda 

hökmranlıqlarını 

möhkəmləndirdikcə 

və 


hökumətlə daha da yaxınlaşdıqca, onların siyasəti bir ço x cəhətdən dövlət siyasəti 

ilə "üst-üstə düşməyə" başladı. 

Birinci dünya müharibəsi illərində çar  mütləqiyyəti ilk dəfə olaraq  ölkənin 

iqtisadiyyatını planlaşdırmaqla idarə etməyə başladı. Lakin çarizm burjuaziyanın "şəxsi 

kapitalist  təşəbbüsü"  azadlığını  məhdudlaşdıra  bilmədi.  Burjuaziya  müharibədən 



 

 

145 



qazanc götürmək üçün öz müəssisələrini tezliklə hərbi  məhsul istehsalına keçirməyə 

can atırdı. 

Məsələn,  neft  sahəsində  vəziyyət  belə  idi.  Neftə  tələbatın  ödənilməsi 

birinci  dərəcəli  vəzifə  id i  və  1915-ci  ilin  iyulunda  müdafiə  ü zrə  xüsusi  müşavirə 

neft  sənayesinin  böyük  dövlət  əhəmiyyəti  olduğunu  etiraf  etdi.  Lakin 

Azərbaycandakı  neft  sənayeçiləri  bazar  konyunkturasından  məharətlə  istifadə 

edərək,  bütün  müharibə  illərində  neftin  qiymətini  artırır,  eyni  zamanda  onun 

istehsalını məhdudlaşdırırd ılar. 

Neftdən partlayıcı maddələr (toluol, benzol), habelə yağlar, aviasiya benzini 

və digər məhsullar alınması məsələsi xüsusi yer tuturd. Hökumət toluol zavodların ın 

tikilməsi  və   avadanlıqla   təchiz  edilməsi  üçün  1  mln  rubl  vəsait  bura xdı.  Ne ft 

sənayeçiləri kifayət qədər operativ şəkildə zavodların tikintisinə başladı. Artıq 1916-

cı  ilin  əvvəlində  "Nobel  qardaşları"  şirkəti  aylıq  istehsal  gücü  5-6  min  pud  olan 

birinci toluol zavodunu istismara verdi. Sentyabrdan isə "Benkendorf ticarət ev i"nin 

istehsal gücü 6 min  pud olan toluol,  benzo l və ksilol zavodu işə düşdü. 1916-c ı ilin 

əvvəlində  Bakıda  Baş  artilleriya  idarəsinə  tabe  olan,  istehsal  gücü  2-3  min  puda 

çatan xəzinə toluol zavodu da tikildi

28



Artıq  1915-ci  ilin  əvvəllərində  Bakı  hərbi-sənaye  komitəsinin  çuqun 

mərmilər, fuqas qumbaraları və mina hazırlayan zavodu, "Nobel qardaşları" şirkətin in 

benzin  istehsalı  zavodu,  habelə  H.Z.Tağıyevin  bez  və  parusin  istehsalı  səhmdar 

cəmiyyəti  cəbhəyə  işləyən  ilk  növbədə  cəbhəni  təmin  edən  müəssisələr  sırasına 

daxil  edildi.  Hərbi  na zirliyin  3  mln  partladıc ı  hazırla maq  kimi  böyük  sifarişinin 

yerinə yetirilməsi üçün Xəzər maşınqayırma və qazan zavodları səhmdar cəmiyyəti 

müəssisələrinin  yenidən  qurulması  məsələsi  qaldırıldı

29

.  Bakının  digər  30-a  yaxın 



müəssisəsi də hərbi sifarişləri yerinə yetirirdi. 

1916-cı  ilin  iyulunda  Bakı  quberniyası  üzrə  hərbi  idarələrin  sifarişlərin in 

ümu mi məb ləği 3354 min  rubl təşkil edird i. 

Cəbhə  üçün  işləyən  müəssisələrdə  çalışan  fəhlələrin  sayına  görə 

Zaqafqaziyada  b irinci  yeri  xüsusilə  iri  hərbi  sifarişlərin   yerinə  yetirild iyi   Bakı 

tutdu.  Belə  ki,  Bakı  quberniyasında  belə  müəssisələrdə  çalışan  fəhlələrin  sayı 

65524 nəfər, Yelizavetpol quberniyasında isə 2523 nəfər idi. 

Dövlət  aparatının  kapitalist  inhisarları  ilə  qovuşması  nəticəsində  1915-ci 

ilin  avqustunda  "Xüsusi  müşavirələr"  meydana  çıxdı.  Bunlar  təsərrüfatın  əsas 

sahələrini  - sənaye, nəqliyyat, yanacaq sahələrini və ərzaq  məsələlərin i  idarə edən 

ali  höku mət  idarələri  idi

30

.  "Xüsusi  müşavirələr"  sisteminin  yaradılması  ilə  dövlət 



aparatının mü xtəlif həlqələ rinə burjuaziyanın müda xiləsi gücləndi.  

Höku mətin   uğurlu  müharibə  aparmağa  qadir  olmaması,  habelə  bütün 

iqtisadi  məsələlərin  həllində  rəhbər  ro l  oynamaq  istəyi  burjuaziyanı  yeni 

Ümu mrusiya orqanı - Hərb i-Sənaye Ko mitələrini yaratmağa təhrik etdi. 

1915-c i  il  may ın  26-da  sənaye  və  ticarət  nümayəndələrinin  9-cu  

Ümu mrusiya  qurultayı  tərəfindən  Mərkəzi  Hərb i-Sənaye  Ko mitəsinin  təsis 




 

 

146 



olunması  barəsində  qərar  qəbul  edildi.  HSK-nın  yaradılmasının  rəsmi  amili 

sənayenin  müharibə  ehtiyacları  üçün  səfərbər  edilməsinə  kö mək  göstərilməsi  idi. 

Bütün  iri  sənaye  mərkəzlərində  yerli  və  vilayət  hərbi-sənaye  ko mitələrinin  təşkil 

edilməsi qərara alındı. 

Bakı vilayət HSK-nın təşkilatca formalaşdırılması 1915-ci il iyunun 15-də 

BHSK-nın   ilk təşkilat yığ ıncağında baş verdi. Ko mitənin tə rkibinə  iri sənayeçilər 

və burjua-texniki ziyalıların onlarla bağlı olan nü mayəndələri daxil oldular. 

Bakı  HSK  təkcə  bu  ko mitənin  təşkili  və  fəaliyyətində  yaxından  iştirak 

etməklə  kifayətlən məyən  və  sonradan  ona  maddi  yardım  da  göstərən  Bakı  neft 

sənayeçiləri qurultayı şurasının fəal iştirakı  ilə yaradıld ı. BHSK-nın  fəaliyyəti bütün 

Bakı  quberniyasını  əhatə  edirdi  və  Yelizavetpol  ko mitəsinin   də  da xil  o lduğu 

Zaqafqaziya v ilayət  HSK-dan asılı deyild i. Bakı  HSK-na  9,  Yelizavetpol HSK-na 

isə 7 müəssisə daxil id i

31



BHSK yanında  mərmi, tikinti və nəqliyyat bölmələri fəaliyyət göstərirdi. 

İlk  dövrlərdə  ko mitə  şəhərin  bir  sıra  müəssisələrinin,  ilk  növbədə,  metal  emalı 

zavodları  və  emalatxanaların  hərb i  cəhətdən  yenidən  qurulmasında  müəyyən  rol 

oynadı.  Ko mitə  ö zünün  900  fəhlənin  işlədiyi  mərmi  zavodunu  tikdirdi,  partlayıcı 

maddələr  istehsalını  təşkil  etdi.  HSK  xətti  ilə  artilleriya  idarəsi  və  hərbi  nazirlik-

lərdən bir neçə əlverişli sifariş alındı (məsələn,  200  min  mərmi, 40  min bomba,  20 

min  əl  qu mbarası  və  s.  hazırlan ması  barəsində  sifariş  və  i.a.).  BHSK-nın  təkcə 

mərmi  zavodunun  payına  düşən sifarişlərin  ü mu mi  məb ləği  2  mln.  rubla  bərabər 

idi

32



Bütövlükdə  isə  BHSK-nın  iqtisadi  fəaliyyəti  o  qədər  də  genişlən mədi. 

Hərbi  idarənin  sifarişlərinin  müntəzəm  o laraq  yerinə  yetirilməməsi  onların   xey li 

ixtisar olun masına gətirib çıxardı.  1916-cı ilin sonuna yaxın hökumət hərbi-sənaye 

ko mitələrinin  işini  məhdudlaşdırmaq  siyasəti  yürütməyə  başlayanda  BHSK-n ın 

fəaliyyəti  daha  da  zəiflədi,  hərb i-sənaye  ko mitələri  nəin ki  hərbi  sifarişlərin 

paylanmasında  inhisarçı  olmadı,  heç  hökumət  orqanlarının  funksiyalarını  belə  əvəz  edə 

bilmədi, hətta özləri çox güclü şəkildə hökumətdən asılı qa ldılar. 

Digər yeni Ümumrusiya burjua-mülkədar təşkilatı müharibənin lap əvvəllərində 

yaradılmış  Ümumrusiya  Şəhərlər  İttifaqı  (birliyi)  oldu.  Şəhərlər  birliyin in  vəzifəsinə 

yaralı  döyüşçülərin  müalicəsi  və  arxaya  köçürülməsi,  yeməkxana  məntəqələri  və 

camaşırxanaların açılması, ordunun isti paltarlarla təmin edilməsi, şəhərlərdən    keçən 

hərbi hissələrə qulluq göstərilməsi və s. daxil idi.  

1914-cü  ilin  sentyabrında  Şəhərlər  Birliyinin  Bakı  və  Yelizavetpol  komitələri 

fəaliyyətə  başladı.  Onlar  şəhər  özünüidarəsi  xadimlərinin,  burjua  ziyalılarının  və  xırda 

burjuaziyanın  bir hissəsinin cəmləşdiyi  mərkəzlərə  çevrildilər,  Bakı  komitəsininin sədri 

şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xas məmmədov 

idi

33



Əvvəllər Bakı komitəsinin fəaliyyəti lazaret işi ilə məhdudlaşırdı. Bakıda 9 min 

çarpayılıq hospitallar  açıldı,  Qafqaz cəbhəsində hərbi  əməliyyatlar genişləndikcə,  komitə 




 

 

147 



öz  üzərinə  yeni  vəzifələr  (xəstə  və  yaralı  döyüşçülərin  arxaya  köçürülməsi,  qaçqınlara 

tibbi-sanitar  yardımı  göstərilməsi)  götürürdü.  Bunlara  müvafiq  olaraq  Culfa,  Gəncə, 

Gədəbəy, Annenfeld, Yelenendorf və b. yerlərdə qaçqın lara yard ım şöbələri açıld ı

34



Bu orqan ordunun böyük ehtiyac hiss etdiyi hər cür nəqliyyat, əşya və intendent 

təchizatı  üzrə  hərbi  sifarişlərin  yerinə  yetirilməsi  işini  qaydaya  saldı.  Azərbaycan 

şəhərlərində yəhər, xəncər, alt paltarı və şinel hazırlanması üzrə emalatxanalar təşkil olundu, 

infeksiya barakları, həkim və yeməkxana məntəqələri yaradıldı.  

Müharibə  illərində  Bakı  neft  sənayeçiləri  qurultayı  şurasının  əhəmiyyəti  əsaslı 

şəkildə  artdı.  Şura  Bakı  neft sənayesinin  zəruri  metallar və nəqliyyat vasitələri  ilə  tam 

təchizatını,  materialların  firmalar  arasında  bölüşdürülməsini  öz  əlində  cəmləşdirdi.  Eyni 

zamanda Şura Bakı proletariatının güclənən tətil hərəkatı ilə mübarizədə fəal ro l oynayırdı. 

İri  sənaye-ticarət  və  maliyyə  burjuaziyasını  birləşdirən  sahibkarlıq  təşkilatlarından 

biri  -  Bakı  birja  cəmiyyəti  və  onun  seçkili  orqanı  -Birja  Komitəsi  idi.  O,  neft 

sənayeçilərini,  gəmi  sahiblərini,  balıq  sənayeçilərini,  bank,  ticarət  müəssisələrini, 

metallurgiya, şəkər zavodlarının nümayəndələrini və b. birləşdirirdi

35



Müharibə  illərində  Bakı  Birja  Komitəsi  şəhərin  sənaye  və  ticarət  həyatının 



nizamlanması  ilə  bağlı  bütün  tədbirlərin  həyata  keçirilməsində  coşqun  fəaliyyət 

göstərmişdi. 

Bakı  neft  sənayesi  firmaları  nümayəndələrinin  Petroqraddakı  müşavirəsi 

müharibə  illərində  böyük  əhəmiyyət  kəsb  edirdi.  Bu  müşavirənin  məqsədi  iri  neft 

sənayeçilərinin mənafelərini müdafiə etmək, hökumətə təzyiq üçün vahid taktikanı işləyib 

hazırlamaq,  fəhlə  hərəkatına  qarşı  neft  sənayesi  burjuaziyasının  qüvvələrini  bir-

ləşdirməkdən ibarət idi. Müşavirənin əsası Azərbaycan neft sənayesində sanballı qüvvəni 

təşkil edən 9-12 sayda Bakı firmasından ibarət idi. Belə ki, 9 iri firmanın mədənlərində 

12780 fəhlə (bütün fəhlə və qulluqçuların 46%-i) çalışırdı, bunlardan 8-nin payına isə Bakı 

rayonundakı  ümumi  neft  hasilatının  46,8%  düşürdü

36

.  Lakin  müşavirədə  əsas  mövqe 



"Nobel qardaşları" şirkətinin əlində idi. 

1916-cı ilin noyabrında müşavirə sənaye və ticarət nümayəndələri qurultayının 

şurası  yanında  neft  bölməsinə  çevrildi.  Ölkənin  neft  sənayesi  və  yanacaq  təchizatı 

barəsində  hökumətin  hər  bir  tədbirini  diqqət  mərkəzində  saxlayan  həmin  bölmə  neft 

inhisarlarının əsas iqtisadi siyasətini işləyib hazırlayan baş qərargahı idi. 

Hökumətin və burjuaziyanın bütün sahələrdə göstərdiyi cəhdlərə baxmayaraq, 

möhkəm hərbi təsərrüfat yaratmaq, əmək  məhsuldarlığının aşağı düşməsi və bahalaşma 

prosesinin qarşısını alıb dayandırmaq mümkün olmadı. Bu, iqtisadiyyatın ən mühüm sahə-

lərində dərinləşən böhrana gətirib çıxardı.  

Azərbaycan  neft  sənayesi  bütün  müharibə  illəri  ərzində  ciddi  çətinliklərlə 

üzləşirdi.  Kəskin  neft  böhranının  başlıca  səbəbi  təkcə  metal  aclığı  və  nəqliyyatın 

pozulmasını doğuran müharibə dövrü amilləri, hökumətin istehsalı nizamlamağa və neft 

yanacağını  ən  mühüm  istehsalçılar  arasında  planauyğun  bölüşdürməyə  qadir  olmaması 

deyil, həm də neft inhisarlarının istehsalı məhdudlaşdırmağa yönəlmiş siyasəti idi. 

Neft və neft  məhsulları  ixracının dayandırılması  ilə  əlaqədar  olaraq,  müharibə 



 

 

148 



illərində  kəskin  pul  qıtlığı  meydana  çıxır  və  neft  sənayesinin  fəaliyyətin i  daha  da 

məhdudlaşdırırdı. 

Texniki vasitələrin çatışmaması,  xaricdən neft avadanlığı alınmasındakı  çətinliklər, 

mədən-zavod  təsərrüfatında  əsaslı  təmir  işlərinin  aparılmaması  qazıma  işlərinin  də 

azalmasına, emal olunan məhsulların kəskin surətdə aşağı düşməsinə səbəb olurdu. 

Metal  məmulatlarının  bahalaşması  qazıma  işlərinin  maya  dəyərini  yüksəldir  və 

onları  xeyli  məhdudlaşdırırdı.  Odur  ki,  1914-cü  ildə  51987  sajen,  1917-ci  ildə  isə  cəmi 

23845 sajen quyu qazılmışdı. 

Qazıma  işləri  miqyasının  ixtisara düşməsi  (1913-cü  ildən  1917-ci  ilədək qazımanın 

həcmi  63,5  faiz  azalmışdı)  Bakı  neft  sənayesinda  ümumi  tənəzzülün  ilk  əlaməti  idi. 

Qazımanın azalmasının mənfi nəticələri neft hasilatına da təsir göstərdi. 1913-cü ildə 449,4 

mln  pud,  1914-cü  ildə  431,7  mln  pud,  1917-ci  ildə  isə  cəmi  402,2  mln  pud  neft 

çıxarılmışdı. 

Texniki vasitələrin bahalaşması, neft  məhsulları  ixracının  kəsilməsi, habelə ölkə 

bazarlarında neft yanacağına tələbatın artması emal olunan məhsulların keyfiyyətinin xeyli 

pisləşməsinə,  neft  qalıqları  buraxılmasına  şərait  yaradır,  bu  isə  Azərbaycan  neftayırma  

sənayesində  texniki  tənəzzülün davam  etməsini şərtləndirirdi.  Neft  məhsulları  emalının 

ümumi  miqdarı  1917-ci  ildə  1913-cü  ildəki  320  mln  puddan  225,3  mln.  puda  düşdü. 

Müharibə illərində Bakı emal  zavodlarında yüksək keyfiyyətli neft məhsulları buraxılışı 

38,2 faizdən 23 faizə endi. 

Meydana çıxmış nəqliyyat çətinlikləri ilə əlaqədar olaraq, neft məhsullarının ixrac 

yolları arasındakı nisbət də dəyişdi. Dənizlə neft daşınması 1917-ci  ildə 1913-cü ildəki 

80,1  faizdən  87  faizə qalxdı.  Lakin dəmir  yolları  neft  məhsulları daşımalarının öhdəsin-

dən  qətiyyən  gələ  bilmirdi.  Bu  məhsulların  Zaqafqaziya  dəmiryolu  ilə  aparılmasının 

ümumi  həcmi  1913-cü  ilə  nisbətən  1914-cü  ildə  38,9  faiz,  1915-ci  ildə  isə  61,3  faiz 

azalmışdı. 

Ümumi  təsərrüfat  dağınıqlığı  Azərbaycan  iqtisadiyyatının  digər  sahələrində  də 

(dağ-mədən, ipəkçilik və i.a.) özünü göstərirdi. Gədəbəydə mis filizinin çıxarılması 1913-

cü  ildəki  1,8  mln  puddan  1914-cü  ildə  892,9  min puda,  1915-ci  ildə  isə  105  min  puda 

enmişdi.  Mis əridilməsi  1914-cü  ildəki  49,2  min  puddan  1915-ci  ildə  2,5  min pudadək 

azaldı. Zəylik zəy zavodu tamamilə dayanıb istifadəsiz qalmış, Tovuzdakı sement zavodu 

bərbad hala düşmüşdü. 

Nu xa  və  Şuşanın  ipəksarıma  fabriklərinin   yarısından  çoxu   barama  

çatışmazlığı  ü zündən  işləmirdi.  Əgər  müharibə  ərəfəsində  A zərbaycanda  hər  il 

yetişdirilən  barama  təqribən  250-260  min  pud  idisə,  1915-ci  ildə  cəmisi  139  min 

pud  olmuşdu.  1916-1917-ci  illər  ərzində  ipəkçilik  sənayesi  və  xammal  bazasın ın 

bərbad hala düşməsi yüngül sənaye müəssisələrində işləri tənəzzü lə uğratmışdı. 

Bir  ço x  digər  sahələrdə  istehsal  məhdudlaşmaqda  davam  edird i  ki, 

pambıq-parça  istehsalı  xeyli azalmışdı, 1917-ci il ərəfəsində Azərbaycanın tənbəki 

fabrikləri  isə  öz  gücünün  ancaq  30  faizi  ilə  işləy irdi,  balıqçılıq  sənayesi  də 

tənəzzüldə  idi.  1913-1915-ci  illərdə balıq tutulması və kürü alın ması 1910-1912-ci 



 

 

149 



illərdəki 11,6 min  puda enmişdi. 

Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirird i. 

Dənli  və  xüsusən  də  texniki  b itkilər  əkini  kəskin  surətdə  azalmışdı.  Bakı  və 

Yelizavetpol  quberniyalarında  taxıl  əkini  sahəsi  1914-cü  ildə  958  min  desyatin, 

1915-ci  ildə  isə  556  min  desyatin  olmuş,  yəni  müharibənin  bir  ilində  42  faiz 

azalmışdı.  Sonralar  da  davam  edən  bu  tənəzzül  nəticəsində  dənli  bitkilər  səpilən 

sahələr  Yelizavetpol quberniyasında 1913-cü ilə nisbətən 1916-cı ildə 70 faiz, Şuşa 

qəzasında  isə  80  faiz  daralmış,  Azərbaycandakı  taxıl  məhsulunun  həcmi  1914-cü 

ildəki 50,5 mln puddan 1917-ci ildə 26 min puda düşmüşdü. 

Təsərrüfat  dağınıqlığ ı  pambıqçılıqda  da  hakim  id i.  Bakı  və  Ye lizavetpol 

quberniyalarında pambıq əkini sahəsi 1914-cü ildə 93 min, 1916-cı ildə isə 33,7 min  

desyatin olmuş, təxminən üç dəfə, ü mu mi illik pambıq  yığımı 1914-cü  ildən 1917-

ci ilədək 1305 min puddan 61 min puda en miş, təxminən 21,3 dəfə əksilmişdi. 

Hələ  müharibənin  lap  əvvəlində  biyan  kökü  çıxarılması  kəskin  surətdə 

aşağı düşmüş, 1914-cü  ildə 525  min pud, 1915-ni  ildə isə cəmi  194  min pud biyan 

kökü çıxarılmışdı. Müharibənin təkcə birinci  ilində tütün əkinlərinin sahəsi 31  faiz 

aşağı düşmüşdü. 

Birinci  dünya  müharibəsi  Azə rbaycanın  iqtisadi  həyatında  mü hü m  yer 

tutan üzümçülüyü də bərbad hala salmışdı. A zərbaycanda üzüm yığımı (Naxçıvan 

qəzası  istisna edilməklə) 1913-cü  ildə  5369  min  pud,  1915-ci  ildə  isə cəmisi  806 

min  pud olmuş, təxminən  7 dəfə azalmışdı. Xammal çatışmaması ü zündən 1914-

1915-c i illə rdə 849 şərabçılıq müəssisəsi işi dayandırmışdı.  

Azərbaycanın  meyvə bağlarına da böyük  zərər  dəymişdi.  Artıq  müharibənin 

birinci ilində Azərbaycandan Həştərxana, Rostov, Odessa, Peterburq və digər şəhərlərə 

bağçılıq məhsullarının aparılması  iki dəfə azalmış, 1920-ci ilin  əvvəllərinə qədər isə 

meyvə  bağlarının  15  faizi  məhv edilmiş, təxminən bu qədəri  isə  məhv olmaq üzrə  idi. 

Müharibəyə qədər hər il Rusiyaya və xaricə aparılan 40-50  mln manatlıq ən müxtəlif kənd 

təsərrüfatı  məhsulu  1915-ci  ildə  iki  dəfədən  çox  azalmış,  1916-cı  ildə  isə  onun  ixracı 

tamamilə  kəsilmişdi. 

Heyvandarlıq da ağır vəziyyətdə  idi. Mal-qaranın sayı  kəskin surətdə  azalmışdı.  Əgər 

1913-cü ildə Azərbaycanda 200 minə yaxın at, 1900 min baş iribuynuzlu və 2500  min baş 

xırdabuynuzlu mal-qara qalmışdısa, mal-qaranın sayı sonrakı illərdə azalaraq, 1916-cı ildə 

Yelizavetpol quberniyasında mal-qaranın sayı 1913-cü ilə nisbətən 50 faiz aşağı düşmüşdü. 

Əgər  1913-cü  ildə  Cənubi  Qafqazdakı  iribuynuzlu  mal-qaranın  43  faizi,  xırdabuynuzlu 

mal-qaranın  45  faizi  və  atların  51  faizi Azərbaycanın  payına  düşürdüsə,  1916-cı ildə  bu 

göstəricilər müvafiq olaraq 29, 30 və 44 faiz idi. 

Mal-qaranın,  xüsusən də at, camış  və öküzlərin hərbi  məqsədlər üçün yığılması  ilə 

əlaqədar olaraq, müharibənin birinci iki ilində iş heyvanlarının sayı təxminən 50 faiz ixtisar 

olunmuş, 1916-cı ilin sonunda isə Azərbaycanda kəndli təsərrüfatlarının 60 faizdən çoxu 



 

 

150 



ümumiyyətlə iş heyvanlarından məhrum edilmişdi. 

Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi qüvvəsindən 

xeyli  dərəcədə  məhrum edirdi.  1915-ci  il  iyunun  15-də  müvafiq çar  fərmanı verildikdən 

sonra Azərbaycan kəndinin də kişi əhalisinin 30 faizi - ən yararlı işçi qismi arxa işlərinə 

cəlb edilmişdi. 1916-cı  ildə  Yelizavetpol quberniyasında kəndli  təsərrüfatlarının  80,6 

faizi, Bakı quberniyasında 75,4 faizi  işçi qüvvəsi çatışmazlığından ziyan görürdü, bir çox 

kəndlərdə isə ancaq qoca, uşaq və qadınlar qalmışdı. 

Güclənməkdə  olan  təsərrüfat  dağınıqlığının  ən  mühüm  səbəblərindən  biri 

nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. 

Qafqazı Avropa  Rusiyası  ilə bağlayan ən başlıca yol  Vladiqafqaz  və  Cənubi  Qafqaz 

dəmir  yolu  xətləri  idi.  Lakin  bütün  Rusiyada  olduğu  kimi,  Cənubi  Qafqazda  dəmir 

yollarının müharibə dövrü daşımalarına hazır olmadığı bəlli oldu. Parovozlar yeniləri 

ilə  əvəz  olun mur,  dəmir  yollarının   texniki  təchizatı  Qərb i  Avropa  dövlətlərində  

olduğundan  xeyli  geri  qalırd ı.  Qeyd  etmək  lazımdır  ki,  dəmir  yollar  

Zaqafqaziyanın   ayrı-ayrı  h issələri  arasında  qeyri-bərabər  şəkildə  bölün müşdü. 

Məsələn,  diyarın  iqtisadi  həyatında  daha  mühüm  rol  oynayan  Azərbaycanda  hər 

100  kv.km-ə  1,6 km,  Gü rcüstanda isə 1,25 km də mir yol düşürdü. Cənubi Qafqaz  

dəmir  yolu  birxətli  idi  ki,  bu  da  onun  yükburaxma  q abiliyyətini  xey li  məhdud-

laşdırırdı.  Bakı  istiqamətində  yüklərin  kifayət  qədər  çox  vurulması,  hə m  ərzaq,  

həm  də  digər  yüklərin  daşın masında  ağır  vəziyyət  yaradırdı.  Biləcəri  stansiyası 

çox vaxt vaqonlarla tıxan mış olurdu. 

Buna  görə  1916-cı  il  iyulun  4-dən  etibarən  şəxsi  yüklər  üçün  Bakı  ilə 

birbaşa əlaqə bağlanmışdı. 

Dəniz  nəqliyyatında  vəziyyət  nisbətən  bir  qədər  yaxşı  id i.  Lakin  Bakı 

limanı  yükvurma-yükboşaltma  şəraiti  və 

imkanların ın  ciddi  surətdə 

yaxşılaşdırılmasına möhtac idi. Müharibə illərində teplo xodlar, neft barjları və digər 

gəmilərin sayı təzələri hesabına artmışdı, mövcud gəmilərsə təmir tələb edird i. 

Nəqliyyat  və  təsərrüfat  dağınıqlığı  Azərbaycanda  ərzaq  təminatını  xeyli 

kəskin ləşdirdi. Zaqafqaziya dəmir yolunun orduya  xid mətə  keçirilməsindən sonra 

Rusiyanın əsas ərzaq rayonları ilə  iqtisadi əlaqələr  xey li çətinləşdi. Ərzaq böhranı 

Bakıda,  xüsusilə qaçqınlar axın ı və şəhərdə iri hərbi birləş mələrin  məskunlaşması 

üzündən, daha da kəskinləşdi. Məsələn, 1916-cı  ilin yanvarında Bakıya lazım o lan 

750  min pud əvəzinə, cəmisi  321  min pud buğda və un gətirilmişdi. Zəruri tələbat 

mallarından  ibarət  yüklərin,  özü  də  hərb i  idarələrə  lazım  olandan  xey li  artıq 

miqdarda  müsadirə  edilməsi  şəhərin  ehtiyatlarını  tükəndirirdi.  Bakı  ə rzaq 

müşavirəsinin 2 mln manat məbləğində hökumət borcu - ssudası verilməsi barəsində 

vəsatəti də təmin o lunmad ı. 

Müharibənin  ilk  günlərindən  ərzaq  məhsullarının  qiy mətləri  hədsiz 



 

 

151 



dərəcədə  sürətlə  artırd ı.  Bakı  şəhər  idarəsinin   məlu matına  görə,  çörəyin  q iy məti 

1914-cü illə  müqayisədə 1916-c ı ilin sentyabrında 266 faiz, 1917-ci ilin  yanvarında 

isə 300 faiz artmışdı. Müharibə illərində Bakıda süd 305 faiz,  mal əti  isə 327 faiz, 

düyü 355  faiz, yumurta 392 faiz günəbaxan yağı 450 faiz, ərin miş yağ isə 520  faiz 

bahalaşmışdı. 

Ərzaq böhranı Azərbaycanın qəzalarında qeyri-adi dərəcədə dərinləşmişdi,  Gəncə, 

Nuxa,  Şuşa,  Lənkəran  və  Qazaxdan  ərzaq  məhsulları  çatışmazlığı  və  onların  xeyli 

bahalaşması  xəbərləri  gəlirdi.  Taxıl,  ət,  qənd  və  digər  ərzaq  məhsulları  kəskin  surətdə 

bahalaşdı. Məsələn, 1916-cı ildə taxılın qiyməti müharibə ərəfəsindəki dövrlə müqayisədə 7-

8 dəfə artmışdı. Ərzağın qıtlığı və qiymətlərin fasiləsiz artması üzündən kənd əhalisi aclığa və 

müflis olmağa məhkum idi. 

Müharibə əməklə kapital arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi, zəhmətkeş 

kütlələrin iqtisadi və siyasi vəziyyətini daha da ağırlaşdırdı. İlkin tələbat mallarının bahalığı, 

müharibədən  yüksək  gəlirlər  götürən  mülkədar  və  kapitalistlərin  amansız  istismarı,  ərzaq 

çətinlikləri  bütün  Rusiya,  o  cümlədən  Azərbaycan  zəhmətkeşlərini  də  amansız 

məhru miyyətlərə düçar ed ird i. 

Neft sənayesi  fəhlələrinin  həyat və  iş şəraiti son  dərəcə  çətinləşmişdi.  Bütün 

müharibə illəri ərzində neft sənayesi fəhlələrinin əməyi Rusiya xalq təsərrüfatında ən ağır 

işlərdən  biri  olaraq  qalırdı.  Hərbi  əlavələr  hesabına  nominal  əmək  haqqının  artmasına 

baxmayaraq,  qiymətlərin  artması  fəhlələrin  real  əmək  haqqını  kəskin  surətdə  aşağı 

salmışdı. Əgər müharibəyə qədərki dövrlə müqayisədə ilkin tələbat mallarının qiyməti 4-5 

dəfə artmışdısa, neft sənayesi fəhlələrinin orta aylıq əmək haqqı 1913-cü ildən 1916-cı 

ilədək 43 rubl 75 qəpikdən cəmisi 74 rubla qalxmış, yəni onların real əmək haqqı 2-3 dəfə 

azalmışdı. 

Ən adi tibbi  xidmət belə olmayan  mədənlərdə  iş günü 12-14 saatadək uzadılmışdı. 

Əzablı və üzücü iş günləri ona gətirib çıxardırdı ki, fəhlələr bir neçə ildən sonra xəstələnir, 

əmək qabiliyyətini  itirir, əlil olurdular.  İş vaxtından sonrakı  əlavə  işlər də onları üzüb əldən 

salırdı. 

Neft  sənayeçilərinin  34-cü  qurultayına  fəhlələrin  "Müraciət‖ində  iqtisadi 

vəziyyətin yaxşılaşdırılması barəsində tələblər irəli sürülmüşdü. Fəhlələrin ağır vəziyyəti 

məsələsi  təkcə  neft  sənayeçilərinin  qurultaylarında  deyil,  həm  də  Bakı  neft  firmalarının 

Peterburqdakı  xüsusi  müşavirəsində  müzakirə  edilmiş,  lakin  heç  bir  əməli  tədbirlər 

görülməmişdi. 

İpək  sənayesi  müəssisələrində  də  dözülməz  vəziyyət  yaranmışdı.  Rəsmi 

statistikanın məlumatlarına görə, mövcud antisanitariya, adi əmək şəraitinin yaradılmaması, 

14-15 saatdan uzun iş günü və müntə zə m aclıq nəticəsində fəh lələ r ə mə k qabiliyyətini 

vaxtından  əvvəl  itirirdilər;  1915-ci  ildə  fəhlələrin  50  faizdən  çoxu  vərəm 

xəstəliyinə  tutulmuşdu.  Azərbaycan  ipək  sənayesi  müəssisələrində  fəhlələr  cü zi 

əmək  haqqı:  kişilər  gündə  40  qəpikdən  75  qəpiyədək,  yeniyetmələr  30  qəpikdən  45 

qəpiyədək, qadınlar isə 15 qəpikdən 25 qəpiyədək haqq alırdılar. 

Gədəbəyin  mis  mədənlərində,  Tovuz  sement  zavodunda  da  fəhlələrin 



 

 

152 



vəziyyəti  beləcə  dəhşətli  idi.  Dö zülməz  şəraitdə  12  saatlıq  işin  müqabilində 

fəhlələr  d ilənçi  payı  qədər  məvacib  alırdılar.  Sah ibkar lar  və  müdiriyyət  onlarla 

kobud davranır, yüksək cərimələr, işdən qovulma təhlükəsi onları daim izləyirdi. 

Müharibə zəh mətkeş kəndlilərin yoxsullaşması və  müflisləşməsinə gətirib 

çıxardı.  Müharibənin  ağırlıqları  -  kənd  təsərrüfatının  dağınıqlığı,  arxa  işlərinə 

səfərbərliklər,  mütəmadi  müsadirələr  (rekv izisiyalar),  bahalıq  və  möhtəkirlik 

Azərbaycan  kəndlilərinin  onsuz  da  ağır  olan  vəziyyətini  daha  da  çətinləşdirirdi. 

Artırılmış vergi və mükəlləfiyyətlər kəndlilərin üzərində ağır yük idi.  1914-cü il  24 

dekabr  qanununa  görə,  torpaq  vergisinin  məbləği  50  faiz  artırıldı.  Dövlət  kənd -

lilərindən  yığılan  zemstvo  vergisi  bu  illərdə  20  faiz,  hərbi  vergi  isə  50  faiz  artdı. 

Yerquruculuğu  və  mərzləmə  işləri  adı  ilə  hakimiyyət  orqan ları  bir  ço x  dövlət 

kəndlisini  pay  torpaqlarından  məhrum  ed ir,  kəndli  torpaqlarını  mülkədarların 

tutması halları ço xalırdı. 

1916-cı  ilin  martında  məşhur  Rusiya sənayeçisi  A.İ.Putilov  42  mln.  manata 

Lənkəran qəzasında 12 kənd, Moskva və Bakının bir neçə kapitalisti də Yelizavetpol 

qəzasında  iri  torpaq sahələri  satın  aldılar  və  i.a.  Çar  məmurları  müharibə  illərində 

hökm sürən qayda-qanunsuzluq şəraitində özbaşınalıq edərək,  mü xtəlif bəhanə ilə 

kəndlilərin taxılını, mal-qarasını və s. zorla əllərindən alırdılar. 

Bu  illərdə  sələmçilik  xüsusən  eybəcər  şəkil  almışdı.  Sələmçilər  kənd 

yerlərində  istədiklərini  edirdilər.  1916-cı  ildə  "Açıq  söz"  qəzeti  onların 

Azərbaycanda baş alıb gedən özbaşınalığından yazırd ı. 

Müharibə kənddəki sosial təbəqələşmə prosesini gücləndirmişdi.  Bakı və 

Yelizavetpol  quberniyalarında  tamamilə  torpaqsız  kəndlilərin  sayı  1916-cı  ildə  50 

min, 1917-ci ildə isə 76 min nəfər idi. Yo xsul təbəqənin xüsusi çəkisi artırdı. 1917-ci 

ildə  Azərbaycanda  bütün  kəndli  təsərrüfatlarının  54,4  faizini  yoxsul,  34  faizini 

ortabab, 8,6 faizini isə varlı və qolço maq təsərrüfatları təşkil edirdi. 

 

 

 



 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin