Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
§2. AZƏRBAYCANIN BEYNƏLXALQ 

MƏDƏNĠ ƏLAQƏLƏRĠ 

 

1945-1990-cı  illərdə  Azərbaycanın  həmçinin  mədəni  həyatının  əsas 



sahələrini  -  elm,  təhsil,  ədəbiyyat,  musiqi,  təsviri  sənət,  teatr,  radio  və  televiziya 

sahələrini əhatə edən çox əhəmiyyətli və geniş beynəlxalq əlaqələri olmuşdur. Bu 

əlaqələr  mənəvi  həyatımızın  şah  damarı  olan  milli  mədəniyyətimizin  bütün 

sahələrini əhatə etmişdir. 

Azərbaycanın həmin illərdə  beynəlxalq  mədəni əməkdaşlığının  əsas  forma 

və  istiqamətlərinin  başlıcasından  biri  onun  elmi  potensialının  bu  istiqamətdə 

dünyada  gedən proseslərdə  iştirakı olmuşdur.  Azərbaycanın elmi fikri beynəlxalq 

aləmdə,  xüsusən  XX  əsrin  50-ci  illərindən  yaxından  tanınmağa  başlanmışdır.  Bu 

işdə  1953-cü  il  mayın  6-da  Azərbaycan  Elmlər  Akademiyası  Rəyasət  Heyəti 

nəzdində beynəlxalq elmi əlaqələr üzrə yaradılmış xüsusi komissiyanın böyük rolu 

olmuşdur.

25

  Həmin  dövrdən  Azərbaycan  elminin  sədası,  demək  olar  ki,  dünyanın 



bir  çox  qitələrindən  gəlməyə  başlamışdı.  Azərbaycan  alimləri  elmin  bir  çox 

sahələrində xarici ölkələrin alimləri ilə birgə yeni-yeni elmi problemlərin həllində 

fəaliyyət  göstərmişlər.  Bu  istiqamətdə  əlaqələrin  genişlənməsi  məqsədi  ilə 


220 

 

beynəlxalq xarakterli elmi tədbirlərin, müşavirələrin, koordinasiya şuralarının elmi 



problemlərə həsr edilmiş sərgi və simpoziumların, konfransların, alimlərin yaradıcı 

görüşlərinin  və  digər  yüksək  beynəlxalq  elmi  əlaqələrin  mühüm  rolu  olmuşdur. 

1959-1965-ci  illərdə  təkcə  "sosialist"  ölkələri  alimləri  ilə  150  dəfə  belə  tədbirlər 

keçirilmişdir.    Azərbaycan    alimləri    ilə    Çexoslovakiya  alimlərinin  elmi 

problemlərin  birgə  həllinə  həsr  olunmuş  30  yaradıcılıq  və  elmi  görüşləri 

olmuşdur.

26

 Bunlardan başqa, 1961-ci il  yanvar ayının 17-26-da kimya reaktiv  və 



izotoplar  elmi  nəticələrinə  həsr  olunmuş  sərgi  (həmin  sərgidə  2000-dən  yuxarı 

müxtəlif  eksponatlar  nümayiş  etdirilmişdi),  1961-ci  ilin  noyabrında  Azərbaycan 

alimlərinin iştirakı ilə Berlində fizik və kimyaçıların beynəlxalq müşavirəsi, 1962-

ci  ilin  sentyabr  ayında  Bakıda  QİYŞ-in  (Qarşılıqlı  İqtisadi  Yardım  Şurası) 

iştirakçısı  olan  ölkələrin  mütəxəssislərinin  Bakı  görüşü,  1962-ci  ilin  may  ayında 

Bakıda  elmi-texniki  əməkdaşlıq  üzrə  Sovet-Polşa  birgə  komissiyasının  XX 

sessiyasi, 1963-cü ildə Çexoslovakiyada tibb sərgisi keçirilmiş, 150 mindən yuxarı 

insanın  baxdığı  bu  sərgidə  çex  sənayesinin  122  adda  tibb  texnikası  nümayiş 

etdirilmiş,  1963-cü  ildə  Praqada  texniki  problemlər  üzrə  alimlərin  müşavirəsi, 

1964-cü  ildə  Azərbaycan-Çexoslovakiya  elmi  koordinasiya  şurasının  iclası 

keçirilmiş,  1964-cü  ilin  mart  ayında  həmin  ölkələrin  Elmi-Texniki  Şuralarının 

birgə  iclası,  1965-ci  ildə  Macarıstanın  istehsal  etdiyi  tibb  texnikası  sərgisi  təşkil 

edilmişdir.

27  


Ümumiyyətlə,  1945-1970-ci  illərdə  Azərbaycan  alimləri  sosialist 

ölkələrinin  alimləri  ilə  birgə  ən  mühüm  elmi  problem  üzərində  iş  aparmışlar.

28

 

Bolqarıstan  alimləri  ilə  torpaqşünaslıq  və  aqrokimya  sahəsində,  Macarıstan 



alimləri ilə riyaziyyat, kibernetika, fiziologiya və bitkilərin qidalanması sahəsində, 

ADR alimləri ilə astrofizika, neft-kimya,  aqrokimya,  linqvistika  və   kibernetika  

sahəsində,  Rumıniya  alimləri  ilə  neft-kimya,  qeyri-üzvi  və  fiziki  kimya,  təbiətin 

mühafizəsi  sahələrində,  Çexoslovakiya  alimləri  ilə  neft-kimya,  bitkilərin  bioloji 

mühafizə  üsulu,  zoologiya  və  digər  elmi  sahələrdə  Azərbaycan  alimlərinin  sıx 

əməkdaşlığı olmuşdur.

29

 Həmin dövrdə eyni zamanda qeyd olunan ölkələrlə geniş 



elmi  mübadilə  də  aparılmış,  alimlərin  ezamiyyəti  təşkil  edilmişdir.  Təkcə  1963-

1965-ci  illərdə  göstərilən  ölkələrdə  64  Azərbaycan  alimi  elmi  səfərdə  olmuş,

30

 

dünyanın  müxtəlif  ölkələrində,  o  cümlədən  ABŞ,  Fransa,  İngiltərə,  İtaliya, 



İspaniya, Belçika, Asiya, Afrika və Latın Amerikası ölkələrində keçirilən 100-dən 

artıq yüksək beynəlxalq elmi forumlarda iştirak etmişdilər.

31

 Öz növbəsində xarici 



ölkələrin elmi nümayəndələri tez-tez Bakıda elmi ezamiyyətdə olmuş, birgə elmi-

tədqiqat  işləri  aparmışlar.  1959-1970-ci  illərdə  Azərbaycanda  300-dən  çox  xarici 

ölkənin  elmi  nümayəndələri  səfərdə  olmuşlar.

32

  Onlardan  180  nəfəri  sosialist 



ölkələrindən,  120  nəfəri  isə  kapitalist  və  inkişaf  etməkdə  olan  ölkələrdən 

olmuşdur.

33

 


221 

 

1970-1990-cı  illərdə  Azərbaycan  elmi  dünyada  həyata  keçirilən  elmi 



əməkdaşlığın  ən  mühüm  formalarında  təmsil  olunmuşdur.  5000-ə  qədər 

Azərbaycan  alimi  xarici  ölkələrdə  yaradıcılıq  səfərində  olmuş,  3000-ə  yaxın  öz 

xarici həmkarını respublikamızda qəbul etmişlər. Azərbaycan EA-nın alimləri hər 

il  51  ölkənin  orta  hesabla  570  elmi  təşkilat  və  mərkəzi  ilə  əlaqə  saxlamış  və 

müxtəlif elm sahələrini əhatə edən 40 mövzu üzrə birgə tədqiqat işləri aparmışlar. 

1970-1990-cı  illərdə  Azərbaycan  Elmlər  Akademiyasının  elmin  müxtəlif 

sahələrində  çalışan  4000-ə  qədər  nümayəndəsi  xarici  ölkələrdə,  o  cümlədən  210 

nəfəri  elmi-tədqiqat  işi  aparmaq,  301  nəfəri  beynəlxalq  tədbirlərdə,  konqreslərdə, 

simpoziumlarda konfranslarda və  müşavirələrdə iştirak etmək, 250-yə qədəri elmi 

turizm,  115  nəfəri  elmi-texniki  kömək  göstərmək  və  digər  elmi  məqsədlər  üçün 

xarici  ölkələrdə  olmuşlar.  Öz  növbəsində  Azərbaycan  EA  alimləri  həmin  dövrdə 

xarici ölkələrin 2500-ə qədər alimini qəbul etmişlər.

35

 

Azərbaycanın beynəlxalq elmi əlaqələri həmçinin ədəbiyyat, turizm və elmi 



əməkdaşlığın  başqa  sahələrində  müxtəlif  formalarda  olmuşdur,  beynəlxalq 

konfransların,  simpoziumların  və  digər  elmi  forumların  keçirilməsi  yolu  ilə  də 

inkişaf  etdirilmişdir.  Azərbaycan  EA-nın  Fundamental  Elmi  Kitabxanası  həmin 

illərdə  53-ə  qədər  xarici  ölkənin  460-dan  580-nə  qədər  elmi  mərkəzlərlə 

əməkdaşlıq  etmişdir,  beynəlxalq  kitab  mübadiləsi  yolu  ilə  xarici  ölkələrdən  110 

mindən  artıq  müxtəlif  elmi  ədəbiyyat  almış,  öz  növbəsində  isə,  105  min  elmi 

ədəbiyyat göndərmişdir. 1981-1985-ci illərdə o, xaricə 43532 ədəbiyyat  yollamış, 

52834  ədəbiyyat  almışdır.

36

  M.F.Axundov  adına  Dövlət  Kitabxanası  isə  xarici 



həmkarlarına  10  minə  qədər  elmi  ədəbiyyat  yollamış,  11  mindən  yuxarı  elmi 

ədəbiyyat almışdır.

37

 

Azərbaycan  alimləri  həmin  dövrün  5  ili  ərzində  200-ə  yaxın  beynəlxalq 



elmi  konfranslarda,  simpoziumlarda  və  digər  elmi  tədbirlərdə  iştirak  etmişlər. 

Təkcə  1981-1985-ci  illərdə  isə  respublika  elminin  müxtəlif  istiqamətlərinin 

nümayəndələri  60-dan  yuxarı  beynəlxalq  konqreslərin,  konfransların,  simpozium 

və müşavirələrin iştirakçısı olmuşdur. Respublika alimlərinin əsərləri 30 dildə 60-

dan artıq ölkədə çapdan çıxmışdır, 20 Azərbaycan alimi müxtəlif beynəlxalq elmi 

təşkilatların  üzvü  seçilmişlər.

38

  Bakıda  90-dan  çox  beynəlxalq  elmi  konfrans, 



simpozium, konqres və digər elmi xarakterli mühüm tədbirlər keçirilmişdir.

39

 



1945-1990-cı  illərdə  dünyada  gedən  mədəni  əlaqələrin  genişlənməsində  və 

inkişaf  etdirilməsində  Azərbaycan  öz  milli-mədəni  potensialının  digər 

imkanlarından  da  fəal  istifadə  etmişdir.  Bu  əlaqələrin  inkişafında  milli  incəsənət 

müstəsna  rol  oynamışdır.  Respublikadan  xarici  ölkələrə  not  və  valların 

göndərilməsi,  musiqi  kollektivlərinin  qarşılıqlı  səfərləri,  beynəlxalq  musiqi 

festivalları  və  incəsənət  xadimlərinin  şəxsi  əlaqələri  o  vaxt  bu  sahədə  olan 

əlaqələrin,  əsas  istiqamətlərindən  olmuşdur.  Xarici  ölkələrə  Azərbaycan 


222 

 

bəstəkarlarının  notları  göndərilirdi,  İngiltərə  və  Cənubi  Azərbaycana  "Koroğlu" 



operasının  partiturası  və  musiqi  notları,  digər  ölkələrə  isə  bir  sıra  əsərlər 

bəstəkarların adından hədiyyə kimi verilmişdir. O zaman respublikada qonaq olan 

Çexoslovakiya nümayəndə heyətinə Azərbaycan bəstəkarlarının 64 əsərinin notları 

və  valları  təqdim  edilmişdi  (1953-ci  ildə).  Belə  hədiyyələr  1954-cü  ildə  Bakıda 

çinli qonaqlara da verilmişdi.

40

 



Azərbaycan  artistləri  1958-ci  ildə  Brüsseldə  keçirilən  Ümumdünya 

sərgisində SSRİ Milli günlərində öz konkret proqramları ilə uğurla çıxış etmişlər. 

Azərbaycan Dövlət rəqs ansamblı Çində qastrol səfərində olmuş, SƏR-in paytaxtı 

Dəməşqdə  keçirilən  Beynəlxalq  yarmarkada  isə  Azərbaycanın  altı  mahnı  ustası 

iştirak  etmişdir.  1959-cu  ildə  Azərbaycan  artistləri  Bolqarıstanda,  Tunis  və 

Mərakeşdə  geniş  proqramla  çıxış  etmişlər,  Əfqanıstan  artistləri  isə  Bakıda 

konsertlər  vermişlər.  Həmin  il  Bakıda  11  xarici  ölkənin  incəsənət  mahnı  ustaları 

konsertlə  çıxış  etmiş,  dünyanın  16  ölkəsinə  isə  Azərbaycan  bəstəkarlarının  130 

əsərinin notu, 130 val göndərilmişdir. Bakıda ingilis estrada müğənnisi Cerri Skot, 

ABŞ-ın Miçiqan nəfəsli orkestri, skripkaçı Rudcier Riçç, artistləri S.Kart, Verzye, 

Kuba,  Meksika,  Yuqoslaviya,  Fransa,  Türkiyə,  Kanada  sənətçiləri  konsertlər 

vermişlər,  ADR-də  keçirilən  festivalda  respublikamızın  artistləri,  rəqqasları  və 

müğənniləri  iştirak  etmişlər,  "Bayatı-Şiraz"  muğamı  və  klassik  opera  musiqisi 

"Şeyx  Sənan"  səsləndirilmişdir  (1961),  hind  rəqqası  Zəhra  Sahalyi  Bakıda 

konsertlər vermişdir. Respublikamızın artistləri ADR-də, Afrika ölkələri və İraqda 

konsert  proqramı  ilə  çıxış  etmiş,  xarici  ölkələrlə  qarşılıqlı  şəkildə  not  və  val 

mübadiləsi olmuşdur (1962-ci il), Bolqarıstanda keçirilən Azərbaycan mədəniyyəti 

günləri  ilə  əlaqədar  bu  ölkəyə  bəstəkarlarımızın  58  əsəri,  12  valı  göndərilmişdir. 

Azərbaycanın dünya şöhrətli sənətçiləri R.Behbudov İranda, Niyazi isə Türkiyədə 

çıxış etmişlər. 

1964-cü  ildə  Braziliya  dirijoru  Xose  Sikeyro  və  müğənnisi  Alis  Ribeyro, 

İspaniya  pianoçusu  Xose  Torlesilhas,  Norveç  dirijoru  Odd  Qryunner  Xeqqe, 

Avstriya,  İran,  Meksika  artistləri,  ABŞ-ın  "Pro-Muzik"  kamera  orkestri  Bakıda 

konsertlərlə çıxış etmişlər. 1965-ci ildə respublikanın incəsənət ustaları Ərəb Şərqi 

ölkələrində  və  İranda  konsertlər  vermişlər.  Rəşid  Behbudovun  rəhbərliyi  altında 

Azərbaycan  incəsənət  ustaları  1966-cı  ilin  aprel-may  aylarında  Hindistanda 

keçirilən  sovet  mədəniyyəti  festivalında  iştirak  etmiş  və  10  min

 

nəfərdən  çox 



dinləyicisi olan salonda 20 konsert vermişlər.

42

  Azərbaycanın artistləri  həmin ildə 



Dəməşqdə  keçirilən  XIII  Beynəlxalq  sərginin  iştirakçıları  qarşısında  konsert 

proqramları  ilə  çıxış  etmişlər,

 

İran,  Hindistan,  Türkiyə,  ADR-də  konsertlər 



vermişlər.  Azərbaycan  bəstəkarları  ABŞ,  Kanada,  İngiltərə,  Fransa,  Yuqoslaviya, 

İtaliya,


 

Türkiyə  və  başqa  ölkələrə  səfər  etmişlər,  Hindistan,  Yuqoslaviya, 

Monqolustan,  Çexoslovakiya,  Türkiyə,  Fransa,  İraq  bəstəkarları  isə 


223 

 

respublikamızda  səfərdə  olmuşlar,  Bakıda  Bolqarıstan,  Kuba,  Çexoslovakiya  və 



Monqolustan musiqisi həftələri keçirilmişdir.

43

 



Azərbaycanın  beynəlxalq  əlaqələrində  incəsənətin  başqa  sahələrinin  - 

rəssamlıq,  memarlıq  və  heykəltəraşlığın  da  rolu  az  olmamışdır.  Bu  sahələrin 

nümayəndələri  xarici  ölkələrdə  yaradıcılıq  ezamiyyətində  olmuş,  görüşlər 

keçirmiş,  sərgilərini  təşkil  etmişlər.  Dəməşqdə  Azərbaycanın  55  rəssamının  88 

rəsminin  sərgisi  keçirilmiş,  Varşavada  47,  Osloda  65  əsər  nümayiş  etdirilmişdi. 

Bakıda  isə  Norveç,  Hindistan,  Bolqarıstan,  ADR  rəssam  və  heykəltəraşlarının 

sərgisi  keçirilmişdir  (1969-cu  ildə).  1970-ci  ildə  "Dost  Hindistanla"  seriyasından 

əsərlərinə  görə  görkəmli  rəssam  M.Abdullayev  Cəvahirləl  Nehru  adına  mükafata 

layiq görülmüşdü. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər dünyanın 

on  ölkəsində  təşkil  edilmiş,  11  görkəmli  rəssam  dünyanın  beş  ölkəsində  səfərdə 

olmuşdur.  ADR  və  Bolqarıstan  rəssamlarının  nümayəndə  heyətləri  Bakıya 

gəlmişlər.

44

 

1945-1990-cı  illərdə  Azərbaycanın  beynəlxalq  mədəni  əlaqələrinin  ən 



mühüm  formalarından  biri  də  onun  mədəniyyət  günlərində,  ongünlüklərdə  və 

başqa mərasimlərdə iştirakı olmuşdur. 1957-ci ilin sentyabrında Bakıda Albaniya-

Sovet dostluğu aylığı keçirilmişdi. 1963-1969-cu illərdə Bolqarıstanda Azərbaycan 

mədəniyyəti  ongünlüyü,  Azərbaycanda  Bolqar  mədəniyyəti  günləri  olmuşdur. 

Bolqarıstanda  həmin  dövrdə  Plovdiv,  Ruse,  Silistr,  Razqrad  və  başqa  şəhərlərdə 

təntənəli  gecələr,  Azərbaycanda  isə  Gəncə,  Bakı,  Sumqayıt,  Nuxa  (indiki  Şəki), 

Zaqatala  və  Mingəçevir  şəhərlərində  görüşlər  (1963-cü  ildə),  Bakıda 

Çexoslovakiya  (1964-cü  ildə),  Macarıstan  mədəniyyət  ongünlüyü  (1965-ci  ildə), 

Kubada  (1967-cı  ildə)  Azərbaycan  mədəniyyəti  ongünlüyü  keçirilmişdir. 

Mədəniyyət, elm, incəsənət xadimləri 25-dən çox görüşdə iştirak etmişlər. 1968-cı 

ildə  Azərbaycan  mədəniyyəti  günləri  Hindistanda  və  Suriyada  olmuşdur.  Bakıda 

Kuba  və  Suriya  mədəniyyəti  günləri,  1969-cu  ildə  isə  Polşa  və  Hindistanda 

Azərbaycan  mədəniyyəti  günləri  keçirilmişdir.  Bu  ölkələrin  bir  sıra  böyük 

şəhərlərində Azərbaycan musiqiçilərinin görüşləri, konsertləri təşkil edilmişdir.

45

 

Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf edib genişlənməsində, 



xalqın  milli  mədəni  irsinin  dünyaya  yayılmasında  respublikanın  yazıçı  və 

şairlərinin  də  fəal  rolu  olmuşdur.  Bu  istiqamətdə  aparılan  işlər  50-ci  illərdən 

başlayaraq  genişlənməyə  başlamışdır.  Bu  əlaqələr  müxtəlif  formalarda  –  şəxsi  və 

yaradıcılıq  əlaqələri  yaratmaq,  müşavirə  və  konqreslərdə  iştirak  etmək  və  digər 

yollar  ilə  həyata  keçirilirdi.  1958-ci  ilin  oktyabrında  Bakıda  Asiya  və  Afrika 

yazıçılarının  çox  yüksək  səviyyədə  konfransı  keçirilmişdi.  1960-cı  ildə  macar 

yazıçısı Dyerd Rado, 1964-cü ildə  isə  Amerika  yazıçısı Cestik Smit respublikada 

olmuşlar.

46

  1966-cı  ilin  oktyabrında  Bakıda  dünyanın  30-a  yaxın  ölkəsinin 



nümayəndəsinin  iştirakı  ilə  Asiya  və  Afrika  ölkələri  yazıçılarının  müşavirəsi 

224 

 

keçirilmişdi.



47 

1967-1968-ci  illərdə  12  xarici  ölkənin  yazıçıları  respublikada 

səfərdə  olmuşlar.  1968-ci  ildə  M.P.Vaqifin  yubileyi  münasibətilə  İran,  Türkiyə, 

ADR,  Bolqarıstan,  Macarıstan,  Rumıniya  və  Sudandan  çoxlu  şair,  yazıçı  və 

ədəbiyyat xadimi Bakıya gəlmişlər.

48

 



Respublikanın beynəlxalq mədəni əlaqələri 1970-1990-cı illərdə daha geniş 

vüsət  almışdır.  O  dövrdə  Azərbaycan  dünyanın  120  ölkəsində  mövcud  olan  860-

dan  çox  təşkilatla  mədəni  əlaqə  saxlamışdır.

49 


Hər  il  Azərbaycan  mədəniyyətinin 

yüzlərlə  nümayəndəsi,  onlarca  bədii  yaradıcı  kollektivi,  aktyor  qrupu  xarici 

ölkələrə  getmiş  və  o  qədər  də  xarici  dövlətlərin  bu  və  ya  digər  janr  sahələrində 

çalışan  mədəniyyət  xadimləri  Azərbaycana  gəlmişlər.  Respublika  mədəniyyətinin 

beynəlxalq  həyatın  bu  istiqamətlərindəki  əlaqələri  əsasən  incəsənətin  teatr, 

heykəltəraşlıq,  televiziya  və  radio  kimi  sahələrini  əhatə  etmişdir.  Mədəniyyət 

xadimləri  nümayəndələrinin  və  yaradıcı  kollektivlərinin  mübadiləsi,  şairlərin, 

yazıçıların  əsərlərinin  qarşılıqlı  nailiyyətlərinin  təbliğinə  xidmət  edən  birgə 

tədbirlərin  keçirilməsi,  mədəniyyət  günləri,  festival  və  sərgilər,  dram  və  musiqi 

kollektivlərinin 

yaradıcı 

əlaqələri, 

jurnalistlərin 

qarşılıqlı 

gediş-gəlişi, 

kinofilmlərin,  radio  vo  televiziya  verilişlərinin  mübadiləsi  formasında  həyata 

keçirilmişdir.    Həmin    illərdə    Azərbaycanın  2000-dən  çox  mədəniyyət  xadimi, 

yaradıcı  birliklərinin  nümayəndəsi,  80-dən  çox  kollektivi,  ifaçı  qruplar,  9000-dən 

artıq musiqiçisi, xanəndə və aktyorları xarici ölkələrdə olmuşdur.

50

 Ümumiyyətlə, 



Azərbaycan incəsənətinin nümayəndələri 1970-1990-cı  illərdə

 

120-dən çox xarici 



ölkələrə  yaradıcılıq  səfərinə  çıxmış,  160-dan  çox  xarici  ölkənin  incəsənət 

nümayəndələri  isə  Azərbaycanda  yaradıcılıq  səfərində  olmuşdur.

51

  Respublikanın 



incəsənət  xadimləri  xarici  ölkələrin  800-dən  çox  şəhərində  olmuş,  2000-dən  çox 

konsert  vermiş  və

 

7500-ə  qədər  görüş  keçirmişlər.  1978-1981-ci  illərdə  sosialist 



ölkələrinin 30 nəfərdən artıq nümayəndəsi Azərbaycanda olmuş və 260 konsert, o 

cümlədən  Yuqoslaviya  incəsənət  ustaları  86  konsert,  Bolqarıstan-35,  ÇSSR  33, 

Macarıstan 32, Polşa 30 konsert

52

 vermişlər.  



1970-1990-cı  illərdə  Azərbaycan  Respublikasının  beynəlxalq  mədəni 

əlaqələrinin  formalarından  biri  də  onun  xarici  ölkələrlə  keçirdiyi  nəşr  olunmuş 

ədəbiyyat  mübadiləsi,  kitab  sərgi  və  yarmarkalarında  iştirakı  olmuşdur.  Həmin 

illərdə  həyata  keçirilən  beynəlxalq  ədəbi  və  mədəni  əlaqələrin  bu  istiqamətində 

əməkdaşlığının  coğrafiyası  və  əhatə  dairəsi  xeyli  genişlənmişdir.  Azərbaycan 

oxucuları dünyanın görkəmli şair və yazıçılarının əsərləri ilə tanış olmaq imkanları 

əldə  etmiş  və  öz  növbəsində  Azərbaycan  müəlliflərinin  əsərləri  isə  xarici  ölkə 

əhalisinin  diqqət  mərkəzinə  yol  açmışdır.  Azərbaycan  nəşriyyatlarında  onlarla 

xarici  ölkə  yazıçı,  şair  və  dramaturqunun  900-ə  yaxın  əsəri  tərcümə  edilib,  çap 

olunmuşdur.  Həmin  illərdə  respublikamızda  çex  və  slovak  müəlliflərinin  əsərləri 

27  dəfə  yarım  milyon  nüsxə  tirajla  nəşr  edilmişdir.

53

  1980-ci  illərdə  Azərbaycan 



225 

 

əhalisi  məşhur  yapon  poeziyası  janrı  Xokku  ilə  ünsiyyətdə  olmuşdu.  "Gənclik" 



nəşriyyatı  Yaponiyanın  orta  əsrlərdən  tutmuş  ta  bizim  günlərimizədək  olan  52 

görkəmli şair  və  yazıçısının birgə  külliyyatını  nəşr  etmişdir.

54

  "Yazıçı"  nəşriyyatı 



amerikalı  müəllifin  kitabını,  "Gənclik"  nəşriyyatı  "Dünya  xalqlarının  nağıl  və 

əfsanələri" seriyasından ABŞ və Kanada, eləcə də Böyük Britaniya xalq nağıllarını 

çap  etmişlər.  "Gənclik"  və  "Yazıçı"  nəşriyyatları  Əfqanıstanın  sifarişlərini  yerinə 

yetirərək  Nizaminin,  Xaqaninin  və  müasir  Azərbaycan  ədiblərinin  əsərlərini  fars 

dilində çap edərək, həmin ölkəyə göndərmişdi.

55

 Təkcə 1985-ci ildə xarici ölkələrə 



1500-dən  artıq  Azərbaycan  müəllifinin  əsərləri  göndərilmişdir.

56

  "Europa 



konuvkıada" nəşriyyatı M.İbrahimbəyovun "Ondan  yaxşı qardaş yox idi" kitabını 

Budapeştdə macar dilində çapdan buraxmışdı. Dəməşqdə S.Vəliyevin əsərləri nəşr 

edilmişdir.

57

  Madridin  "Anaya"  nəşriyyat  birliyi  "Azərbaycan  xalq  nağılları"nı 



böyük həcmdə və gözəl illüstrasiya ilə buraxmışdır. Dəməşq nəşriyyatı şair Qasım 

Qasımzadənin yaradıcılığı ilə SƏR oxucularını tanış etmişdir. S.Vurğunun əsərləri 

Yaxın  və  Orta  Şərq  ölkələrində  çap  olunmuşdur.  1987-ci  ildə  Londonda  SSRİ 

xalqlarının  klassik  ədəbiyyatından  toplanan  və  çap  olunan  külliyyatına 

M.Ə.Sabirin,  Səməd  Vurğunun,  R.Rzanın  əsərləri  də  daxil  edilmişdir.  Suriya 

nəşriyyatı  "Nidal  ən  Şfab"ın  çap  etdiyi  "Sovet  poeziyası  antologiyası"nda 

Azərbaycan  ədəbiyyatını  Məmməd  İsmayıl  təmsil  etmişdir.  Həmin  il  Türkiyədə 

müasir Azərbaycan poeziyası və nəsri antologiyası adlı iki kitab çapdan çıxmışdır. 

Antologiyaya  34  Azərbaycan  müəllifinin  41  hekayəsi  daxil  edilmişdir.  "Qaraca 

oğlan  və  Azərbaycan",  "Aşıq  Ələsgər",  "Azərbaycan  xalıları",  "Azərbaycan 

poeziyası  antologiyası"  və  Azərbaycan  müəlliflərinin  əsərlərinə  həsr  edilmiş 

kitablar çap olunmuşdur.

58

 

Azərbaycanın  kitab  sahəsində  beynəlxalq  mədəni  əlaqələri  kitab  yarmarka 



və  sərgiləri  vasitəsilə  də  həyata  keçirilmişdir.  1981,  1982-1983-cü  illərdə 

respublikanın Leypsiq beynəlxalq kitab yarmarkasında, ikinci Moskva beynəlxalq 

kitab sərgisində, üçüncü-dördüncü Moskva Beynəlxalq sərgi-yarmarkasında, 1986-

cı  ildə  Bakıda  ADR  yarmarkasında,  həmin  ildə  Frankfurt-Maynda  38-ci 

Beynəlxalq  kitab  yarmarkasında,  1987-ci  ildə  Bakıda  keçirilən  "Sloveniya  kitab 

çapçıları,  poliqrafiya  və  kağız  sənayesi  nailiyyətləri"  sərgisində,  Moskva  kitab-

sərgi yarmarkasında və digər beynəlxalq sərgi və yarmarkalarda iştirak etmişdir.

59

 



Beləliklə,  1945-1990-cı  illərdə  Azərbaycan  Respublikasının  ictimai 

həyatının  başqa  sahələrində  olduğu  kimi,  mədəniyyət  sahəsində  də  öz  milli 

potensialı  bazasında  və  çərçivəsində  dünya  mədəni  əlaqələr  sistemində 

özünəməxsus  yeri  olmuşdur.  Azərbaycan  mədəniyyətinin  bu  və  ya  digər  janr  və 

sahələrinin  inkişafı  haqqında  beynəlxalq  aləmdə  düzgün  fikir  formalaşdırılması 

istiqamətində  mühüm  nəticələr  əldə  edilmişdir.  Azərbaycan  öz  maddi,  mənəvi, 

mədəni  potensialına  arxalanaraq,  beynəlxalq  aləmdə  gedən  iqtisadi  və  mədəni 


226 

 

əlaqələr  sistemində  fəal  iştirak  etmiş  Azərbaycanın  dünya  miqyasında  tanınması 



uğrunda əhəmiyyətli fəaliyyət göstərmişdir. 

 

 



 

 

 

III BÖLMƏ 

 

MÜSTƏQĠL AZƏRBAYCAN 



RESPUBLĠKASI 

 

(1991-2002-ci illər) 

 

I FƏSİL 


 

SSRĠ-nin SÜQUTU.

 

AZƏRBAYCAN RESPUBLĠKASI DÖVLƏT

 

MÜSTƏQĠLLĠYĠNĠN ELAN EDĠLMƏSĠ.

 

RESPUBLĠKANIN MÜSTƏQĠLLĠYĠNƏ QARġI

 

XARĠCĠ VƏ DAXĠLĠ QÜVVƏLƏRĠN FƏALLAġMASI 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin