Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
§1. "YENĠDƏNQURMA" VƏ AZƏRBAYCAN. 

DAĞLIQ QARABAĞ KONFLĠKTĠ, 

ERMƏNĠSTAN-AZƏRBAYCAN MÜNASĠBƏTLƏRĠNĠN 

KƏSKĠNLƏġMƏSĠ 

 

Artıq  80-ci  illərin  ortalarında  sovet  ölkəsinin  ictimai-siyasi,  iqtisadi  və 



mənəvi  həyatında  böhran  yaranmışdı.  Böhranlı  vəziyyətin  simptomları  hələ  70-ci 

illərin  ortalarından  görünürdü,  -  elmi-texniki  tərəqqi  ləngiyirdi,  sənayedə 

avadanlığın  mənəvi  aşınması,  infrastrukturun  zəifliyi,  təbii  ehtiyatlar  hasilatının 

çətinləşməsi və bahalaşması,  maddi ehtiyatlar qıtlığının meydana  gəlməsi təzahür 

edirdi.  Əmək  məhsuldarlığının  orta  illik  artımı  1965-1970-ci  illərdəki  5,2  faizə 

qarşı  1981-1985-ci  illərdə  cəmi  3  faiz  təşkil  edirdi.  Bu  dövrdə  istehsal  olunan 

məhsulun  orta  illik  artımı  sənayedə  8,5  faizdən  3,1  faizə,  kənd  təsərrüfatında  4 

faizdən 1,2 faizə, mal dövriyyəsi 8,2 faizdən 2,8 faizə, əsaslı  vəsait qoyuluşu 7,6 

faizdən 3,3 faizə enmişdi.

1

 



Böhrana əsas səbəb rəvan işləməsi üçün qüdrətli rəhbər tələb edən sosialist 

cəmiyyətinin uzun müddət, xüsusən 70-ci illərin ortalarından onu idarə edə biləcək, 

xüsusi  keyfiyyətlərə  sahib  liderə  malik  olmaması  idi.  1985-ci  ildən  sovet 

imperiyasına  rəhbərlik  edən  Sov.İKP  MK-nın  Baş  katibi  M.S.Qorbaçov  isə 

qurmağa yox, dağıtmağa çalışırdı. Sonralar, Türkiyənin Amerika Universitetindəki 

çıxışında  o  etiraf  etmişdi:  "Həyatının  məqsədi  kommunizmi  məhv  etmək  olub".

2

 

Belə bir şəxsiyyətin rəhbərlik etdiyi sosialist dövlətinin dağılması təbii idi. 



60-cı  illərdə  ölkədə  keçirilən  islahatlar  iflasa  uğradı.  Çünki  faktiki  olaraq 

köhnə  ictimai-siyasi  rejim  toxunulmaz  qalmışdı,  effektli  olmayan  iqtisadiyyat, 

ekstensiv inkişaf modeli qalmaqda idi. 

İctimai həyatın bütün sahələrinə partiya amirliyi gücləndikcə, bu təşkilatda 

mənəvi  çürümə  prosesi  sürətlənirdi.  Partiya  özünə  sosial  dayaq  yaratmaq  üçün 

xalqları,  cəmiyyəti,  kollektivləri,  təşkilatları  parçalayırdı.  İqtidar  tərəfdən 

dəstəklənən  rəhbər  elita  -  partiya-təsərrüfat  "fəalları"  əldə  etdikləri  imkanlardan 

sui-istifadə  edərək  varlanırdılar.  Məkrli  yolla  faydalanan  fırıldaqçılar  "sosialist 

həyat  tərzi"  meyarlarına  sığışmayan  dəbdəbəli  yaşayış  və  yığdıqlarından  asudə 

bəhrələnmək  naminə  mövcud  siyasi-ictimai  sistemin  dağılmasına  biganə  idilər. 



189 

 

Hakim  üsuli-idarənin  mənəvi  dayağı  olan  kommunist  ideologiyası  iflasa 



uğramaqda idi. Onun təbliğ etdiyi ehkamlarla qurulmuş cəmiyyət, "böyük gələcək" 

haqqında  uydurma  iddialarla  həyat  həqiqətləri  arasında  ziddiyyətin  dərinləşməsi 

böhranın  mühüm  səbəblərindən  biri  idi.  Xalq  öz  real  vəziyyətini  dərk  edir,  sovet 

imperiyasının  ideologiya  dayaqları  sarsılırdı.  Sovet  respublikalarında  milli 

özünüdərk, suveren hüquqların hakim-şovinist dairələr tərəfindən tapdalanmasına, 

respublikaların milli sərvətlərinin talan olunmasına etirazlar güclənməkdə idi. 

Dövləti qanunlar deyil, partiya elitasının maraqları idarə edirdi. Sözdə elan 

olunmuş  demokratik  hüquq  və  azadlıqların  real  təminatı  yox  idi.  İqtidar  hüquqi 

nihilizmin  dərinləşməsində  maraqlı  idi.  Qanunsuzluq,  ona  qarşı  mübarizənin 

səmərəsizliyi adamları siyasi həyata münasibətdə laqeydləşdirirdi. 

Sovet İttifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Qərbdə "Bəla 

imperiyası"  kimi damğalanan bu "super"  dövlət iki sistem  -  kapitalist və  sosialist 

sistemləri  arasında  çox  böyük  çətinliklə  hərbi  paritet  yaratmağa  nail  olmuşdu. 

Lakin  dünyanın  demokratik  dövlətləri  ona  qarşı  qüvvələrini  birləşdirirdilər. 

Ümumdünya  antikommunizm  liqasının  fəaliyyəti  genişlənmişdi.  Beynəlxalq 

müsəlman dini  mərkəzləri də  bu liqaya  qoşulmuşdu. Ümumdünya "İslam  Liqası" 

1976-cı  ildə  kommunizmə  qarşı  müqəddəs  müharibə  elan  etmişdi.  70-ci  illərin 

sonlarında  təşkil  olunmuş  "İslam  İnternasionalı"  da  SSRİ-də  müsəlman 

antikommunist və antisovet qüvvələri birləşdirmək uğrunda mübarizə aparırdı.

3

 



70-ci  illərin  ortalarında  SSRİ  Şərqi  Avropada  orta  mənzilli  raketlər 

yerləşdirdi.  Bu,  mövcud  strateji  tarazlığı  pozdu.  1979-cu  ilin  dekabrında  sovet 

ordusu  Əfqanıstana  soxuldu.

4

  Nəticədə  demokratik  ölkələr  tərəfindən  artan  sovet 



təhlükəsinə qarşı yeni hərbi proqramlar, o cümlədən ABŞ-ın "Ulduz müharibələri" 

proqramı hazırlandı. İqtisadi sanksiyalar tətbiq edildi. ABŞ SSRİ-yə taxıl ixracını 

dayandırdı.  SSRİ-nin  isə  bu  tədbirlərə,  xüsusən  külli  miqdarda  vəsait  tələb  edən  

yeni proqramlara cavab verməyə imkanı yox idi.  

Dünya  dövlətlərinin  mövcud  satış  və  xammal  bazarlarını,  tranzit 

imkanlarını  yeni  real  qüvvələrə  müvafiq  yenidən  bölüşdürmək  cəhdləri  də  SSRİ-

nin iflasını sürətləndirirdi. Onu növbəti böhranlı vəziyyətdən qurtarmaq üçün 80-ci 

illərin  ikinci  yarısında  cəhdlər  göstərildi.  Sovet  İttifaqı  Kommunist  Partiyasına 

rəhbərliyi  ələ  keçirdikdən  sonra  həqiqi  siyasi  məqsədini  eklektik  ideoloji  və 

dövlətçilik  sistemi  yaratmaq  cəhdləri  ilə  pərdələyən  M.S.Qorbaçov  Mərkəzi 

Komitənin  1985-ci  il  Aprel  plenumunda  iqtisadi  və  sosial-mədəni  tərəqqinin 

"sürətləndirmə  konsepsiyası"nı  irəli  atdı.

5

  Elmi-texniki  tərəqqini,  cəmiyyətin 



maddi-texniki  bazasını  inkişaf  etdirmək,  istehsal  münasibətlərini  təkmilləşdirmək, 

bütün ictimai, siyasi və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, "insan amilinin 

rolunu  yüksəltmək"  üçün  sözdə  təşəbbüslər  edildi.  Əməyin  təşkili,  təsərrüfat 

hesabının  tətbiqi,  çoxukladlı  iqtisadiyyatı,  eləcə  də  icarə  sistemini,  kooperasiyanı 



190 

 

inkişaf  etdirmək,  müxtəlif  mülkiyyət  formalarına  əsaslanan  təsərrüfatlara  bərabər 



imkanlar  yaratmaq  haqqında  qanun  və  qərarlar  qəbul  olundu.  Lakin  onların 

işləməsi üçün münasib şərait yaranmadı. Əvvəlki direktiv aktlar kimi, bu qanun və 

qərarlar  da  gözlənilən  nəticələri  vermədi.  Təkpartiyalı  siyasi  sistem,  partiya 

amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqlarını özlərinə qaytarmadan 

iqtisadiyyatı dirçəltmək mümkün deyildi. 

Partiya elitasının öz dünyagörüşləri ilə Avropa sosial-demokratlarına yaxın 

olan  islahatçıların  ilk  baxışdan  cəlbedici,  lakin  elmi  cəhətdən  düşünülməmiş 

siyasəti  dağıdıcı,  pozucu  proseslərin  inkişafına  imkan  yaradır,  bu  isə  əsaslı 

islahatları ləngidirdi. Hələ güclü olan rəqiblərinə zərbə vurmaq üçün "islahatçılar" 

Sov.İKP  MK-nın  1987-ci  il  Yanvar  plenumunda  yeni  siyasi  xətt  -  "aşkarlıq  və 

demokratiya xətti"inin qəbul edilməsinə nail oldular.

6

 Əvvəllər stalinizm, 20-30-cu 



illərin  partiya  liderlərinə  qarşı  terror,  sosializm  quruculuğunun  "Lenin 

prinsipləri"ndən  sapınmalar  ciddi  tənqid  olundu.  Partiyanın  totalitar  idarəçilik 

metodları,  qeyri-humanist,  milli  ayrı-seçkiliyə  əsaslanan,  xalqları  parçalamaq, 

düşünən  beyinlərdən  məhrum  etmək,  insanları  mütiləşdirmək,  robotlaşdırmaq 

siyasəti  ifşa  olundu.  1988-ci  ildə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  sədri 

vəzifəsini  ələ  keçirdikdən  sonra  Qorbaçov  partiya  amirliyinə  qarşı  daha  ciddi 

addımlar  atmağa  başladı.  Sov.İKP-nin  XIX  konfransında  (1988-ci  il,  iyun)  o, 

"Humanist, demokratik sosializm" şüarını meydana atıb, belə bir cəmiyyət qurmaq 

üçün  partiya  və  dövlət  orqanlarının  funksiyaları  arasında  hədd  qoyulmasını, 

partiyanın əsasən nəzəri, strateji siyasətlə məşğul olmasının vacibliyini qeyd etdi.

7

 

Lakin partokratların müqavimətini qırmaq mümkün olmadı, yenə də rəhbər kadrlar 



partiya  nomenklaturasında  saxlanıldı.  Partokratlar  yeni  qəbul  olunmuş  seçki 

qanunlarında  deputatların  üçdə  birinin  ittifaq  üzrə  orqanları  olan  ictimai 

təşkilatlardan  seçilməsinə  nail  oldular.  1989-cu  ildə  ilk  dəfə  çoxmandatlı  sistem 

əsasında  SSRİ  xalq  deputatları  seçkiləri  təşkil  olundu  və  təbii  ki,  deputat 

mandatlarının  çoxunu  partokratlar  aldı.  Azərbaycandan  seçilən  SSRİ  xalq 

deputatlarının  da  hamısı  partnomenklatura  siyahısından  idilər.  Buna  baxmayaraq, 

öz işinə 1989-cu il mayın 25-də başlamış SSRİ xalq deputatlarının I qurultayında 

"qeyri-formal"  deputatlar  da  sanballı  bir  qrup  təşkil  edə  bildilər,  bu  da  siyasi 

müxalifətin formalaşmasına şərait yaratdı.

8

 



İqtisadi  və  siyasi  sahədə  "yenidənqurma"  partiya  elitası  mühafizəkar 

qanadının  ciddi  müqaviməti  nəticəsində  baş  tutmurdu.  Siyasi  idarəçilikdə 

mövqelərini  saxlaya  bilmiş  mühafizəkarlar  təsərrüfata  rəhbərlikdə  köhnə,  qeyri-

iqtisadi  metodlardan  əl  çəkməyə  imkan  vermirdilər.  İdarəçilik  sisteminin 

təzələnməsinə  yönəldilən  lokal  tədbirlər  isə  nəzarət  dairəsini  zəiflədir,  partokrat 

işbazlara yeni-yeni gəlir yolları, xalq malının talanmasına daha münasib imkanlar 

yaradırdı. 


191 

 

"Yenidənqurma" iqtisadiyyata ciddi zərbə vurdu, cəmiyyəti "siyasiləşdirdi", 



Kommunist Partiyasının nüfuzunu sarsıtdı və imperiyanı daha dərin böhrana saldı. 

Mərkəzdənqaçan qüvvələr gücləndi, buna qarşı Moskva müxtəlif məkrli tədbirlərə 

əl atdı, respublikalar arasında konfliktlər, münaqişələr sərtləşdi. Türkdilli xalqların 

Türkiyə  Respublikasına  təbii  meyli  şovinistlər,  xüsusən  qatı  erməni  millətçiləri 

tərəfindən  potensial  təhlükə  kimi  qiymətləndirilirdi.  Türkdilli  xalqlar  70-80-ci 

illərin  birinci  yarısında  mühüm  sosial-iqtisadi,  mənəvi-intellektual,  siyasi  inkişaf 

yolu keçmişdi. Azərbaycan xalqının nümayəndəsi, bütün sovet ölkəsində görkəmli 

siyasi  xadim  kimi  nüfuz  qazanmış  Heydər  Əliyev  SSRİ-nin  ən  yüksək  dövlət  və 

partiya  vəzifələrindən  birini  tuturdu.  Sov.İKP  MK  Siyasi  Bürosunun  üzvü,  SSRİ 

Nazirlər  Soveti  Sədrinin  birinci  müavini  kimi  uğurlu  fəaliyyəti  ilə  əlaqədar 

insanların,  xüsusən  siyasi  xadimlərin  bir  çoxu  onu  ciddi  çətinliklər  qarşısında 

qalmış  ölkəni  ən  yaxşı  idarə  edə  biləcək  şəxs  hesab  edirdi.  Sov.İKP  MK-nın  baş 

katibi  Çernenkodan  sonra  ikinci  şəxsin  kim  olacağı  barədə  Siyasi  Büroda  qızğın 

müzakirələr  gedərkən  (bu  vaxt  Heydər  Əliyev  Suriyada  uzun  sürən  ezamiyyətdə 

idi)  büro  üzvlərinin  bəziləri  istəyirdi  ki,  bu  şəxs  Heydər  Əliyev  olsun.

9

  Lakin 



şovinist rus millətçiliyi buna yol verə bilməzdi. SSRİ-nin görkəmli dövlət xadimi 

Andrey  Qromıkonun  qeyd  etdiyi  kimi,  yalnız  milliyyətinə  görə  gözəl  təşkilatçı, 

təmiz  və  abırlı  adam  olan  Heydər  Əliyevin  Sov.İKP  MK  Baş  katibi  vəzifəsinə 

namizədliyi  istisna  edilmişdi.

10

  Heydər  Əliyev  qeyd  edirdi  ki,  "azərbaycanlılara, 



müsəlmanlara... ölkədə dördüncü, beşinci təbəqə kimi baxırdılar".

11

 O göstərirdi ki, 



Qorbaçovun  ən  qabarıq  xüsusiyyəti  müsəlman,  türk  dünyasına  qarşı  olan 

düşmənçiliyi  idi.  Müsəlmanlara,  türklərə  qarşı  "Əhalinin  köçürülməsi"  adlı  plan 

hazırlanmış  və  həyata  keçirilməyə  başlanılmışdı.  Bu  bədnam  plan  türk 

respublikalarındakı  müsəlman  əhalinin  çoxunu  Rusiyaya  və  başqa  slavyan 

respublikalarına  köçürməyi  və  yerlərinə  xristian  əhali  yerləşdirməyi  nəzərdə 

tuturdu.


12

 

Qorbaçovun  rəhbərliyi  dövründə  mərkəzi  və  yerli  mətbuat  qəsdən 



Azərbaycan SSR-də 70-ci illərdə iqtisadi və mədəni sahələrdə əldə edilmiş mühüm 

nailiyyətləri qərəzli, məqsədyönlü şəkildə riyakarcasına danır, xalqa qara yaxırdı.

13

 

Moskvada  yüksək  partiya  və  dövlət  vəzifələrində  işləyən  Heydər  Əliyev 



"yenidənqurma"nın  metodlarına:  milli  münaqişələrə  səbəb  ola  biləcək 

düşünülməmiş  dövlət  siyasətinə,  xüsusən  türk  respublikalarına  qarşı  qərəzli 

siyasətə açıq və kəskin etirazını bildirirdi.

14

 Belə bir şəxsiyyətin yüksək vəzifələrdə 



olması, xalqa dayaq durması imperiyanın planlarını poza bilərdi. Qorbaçov Heydər 

Əliyevin  getdikcə  artan  nüfuzuna,  populyarlığına  qarşı  gizli,  məkrli  və  daim 

qızışdırılan paxıllıq hissi keçirirdi. Baş katibə həm də ona möhkəm "himayədarlıq" 

edən  Moskvadakı  və  xaricdəki  erməni  lobbisi  nümayəndələri  təzyiq  göstərirdilər. 

Buna  görə  də  Heydər  Əliyev  M.Qorbaçovun  sonralar  etiraf  etdiyi  kimi, 


192 

 

"yenidənqurma  prosesini,  demokratikləşmə  prosesini  çox  qızğınlıqla,  ürəkdən 



bəyənməsinə",  "Siyasi  Büronun  fəal  üzvü  və  son  dərəcə  ciddi  rəhbər"  olmasına 

baxmayaraq,  nəinki  1987-ci  ilin  oktyabrında  idarəçilikdən  uzaqlaşdırıldı,  hətta 

xalqın gözündən düşməsi üçün böhtançı təbliğat obyektinə  çevrildi. Sov.İKP MK 

katibi V.Liqaçov Bakıya göndərildi. O, Baş katibin adından Azərbaycan KP MK-

nın  ikinci  katibi  V.Konovalova  tapşırdı  ki,  Heydər  Əliyevin  birinci  katib  işlədiyi 

bütün  dövr  ərzində  onun  fəaliyyətinin  yoxlanılması  üçün  komissiya  yaratsın.

15

 

Azərbaycanda ikinci "özbək işi"  - guya  iqtisadi cinayətkarlıq üzrə qərəzli istintaq 



işləri  başlandı.  Əsasən  erməni  müstəntiqlərdən  ibarət  istintaq  qrupu  təşkil  edildi. 

SSRİ Prokurorluğunun bu istintaq qrupu minlərlə günahsız insanı mənəvi-psixoloji 

və  fiziki təzyiqlərə  məruz qoyur, Heydər Əliyev əleyhinə saxta ifadələr verməyə, 

donoslar  yazmağa  təhrik  edirdi.  Etiraz  edənlərə  işgəncə  verilirdi.  Həbslər 

başlanmışdı.

16

  Bunlar  həm  də  Azərbaycan  xalqında  öz  gücünə,  idarəçilik 



bacarığına inamı zəiflətmək məqsədi güdürdü. 

Moskva mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün ənənəvi "parçala, hökm 

et"  siyasətindən  daha  geniş  istifadə  etdi,  milli  münaqişələri  qızışdırdı,  xalqlar 

arasında  qanlı  nifaq  saldı.  İmperiyanın  müxtəlif  bölgələrində  əvvəldən  məharətlə 

hazırlanmış milli münaqişə ocaqları alovlandırıldı. 

"Yenidənqurma"nın  elan  olunmuş  cəlbedici  məqsədləri  Azərbaycan 

xalqında,  xüsusən  ziyalılarda  ümidlər  doğurmuşdu.  Xalq  arasında  demokratik 

ideyalar  yayılırdı.  Bundan  narahat  olan  mərkəz  mühüm  geosiyasi  dəyəri  olan 

Azərbaycanı  və  deməli,  bütün  Cənubi  Qafqazı  əldə  saxlamaq  üçün  yenidən 

uydurma  "Dağlıq  Qarabağ  problemi"ni  qızışdırdı.  Hələ  70-ci  illərdə  mərkəz 

Türkiyə  dövlətinin  regiondakı  nüfuzunu  sarsıtmağa  cəhdlər  göstərirdi.  Yenə 

erməni  millətçiləri  rus  şovinistlərinin  silahına  çevrilmişdi.  1975-ci  ildə

 

Beyrutda 



özünü  Akopyan  kimi  təqdim  edən  marksist  dünyagörüşlü  bir  Suriya  ermənisinin 

başçılığı ilə "Ermənistanı azad etmək üçün gizli ordu" - ASALA təşkil edilmişdi.

17

 

O,  sovet  dövlətinin  nəzarəti  altında  olan  Fələstin  Azadlıq  Təşkilatının  bazasında 



təlim  keçən  terrorçu  bir  təşkilat  idi.  Onunla  yanaşı,  "Erməni  inqilabı  ordusu", 

"Erməni  genosidinə  görə  ədalət  komandosu"  və  b.  təşkilatlar  da  bu  istiqamətdə 

fəaliyyət  göstərirdilər.

18

  Erməni  terrorçuları  1975-cı  ildən  başlayaraq  dünyanın 



diqqətini  yenidən "erməni  məsələsi"nə  cəlb etmək  üçün 50 nəfərdən çox Türkiyə 

vətəndaşını,  əsasən  diplomatları  qətlə  yetirdilər.  Özünü  "əsas  zərbə  qrupu"  hesab 

edən Amerika erməni təşkilatı müxtəlif beynəlxalq forumlarda terrorçuların siyasi 

tələblərini  elan  etməyə  başladı.  Erməni  təşkilatları  açıq  bildirdilər  ki,  məqsəd 

Türkiyəyə  "erməni  genosidi"  faktını  etiraf  etdirmək,  onun  ərazisində  erməni 

dövləti  yaratmaq,  bu  dövlətlə  Ermənistan  SSR-i  birləşdirmək,  ona  Naxçıvanı, 

Axalkalaki və Dağlıq Qarabağı daxil etməkdir.

19

 



193 

 

80-ci  illərin  ikinci  yarısında,  SSRİ-də  "yenidənqurma"  prosesini 



mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt erməni amilindən "Bəla imperiyası"nı 

dağıtmaq istəyən dövlətlər də geniş bəhrələnməyə çalışdı. "Erməni genosidi" faktı 

1987-ci  il  iyulun  18-də  Avropa  parlamenti  tərəfindən  tanındı.  Erməni  "genosidi" 

qurbanlarına xatirə günü təsis edildi.

20

 

Həm Rusiya, həm də Avropa tərəfindən himayə olunduqlarını görən erməni 



millətçiləri  türk  soyqırımına,  terrora  əsaslanan  qanlı  siyasətlərini  -  "Böyük 

Ermənistan"  dövləti  yaratmaq  kimi  sərsəm  xülyanı  reallaşdırmaq  cəhdlərini 

yenidən  fəallaşdırdılar.  Ermənilərin  tələbi  ilə  1984-cü  ilin  oktyabr  ayında 

Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla ərazi Ermənistana 

verildi  (bu  barədə  protokolu  Moskvanın  təzyiqi  ilə  Azərbaycan  Ali  Soveti  hələ 

1938-ci  il  mayın  2-də  təsdiq  etmişdi).  Lakin  yerli  camaat  müqavimət  göstərir, 

torpaqlarını  əldən  vermirdi.  Azərbaycanın  qanunverici  orqanı  bu  bədnam  qərarı 

1969-cu  il  mayın  7-də  təsdiq  etmişdi.  Lakin  az  sonra  hakimiyyətə  gəlmiş  Heydər 

Əliyev onun icrasına yol verməmişdi.

21

 Torpaqların Ermənistana verilməsi xalqda 



narazılıq  yaratmışdı.  Hətta  Kəmərli,  Abasbəyli,  Qaymaqlı,  Şıxlı,  Yuxarı  Salahlı, 

Əskipara,  Sofulu,  Barxudarlı,  Tatlı,  Musagöy  kəndlərindən  5  min  hektar  torpaq 

sahəsinin  Ermənistana  verilməsi  ilə  əlaqədar  Qazax  rayonunun  camaatı  onu 

sakitləşdirməyə  gəlmiş  Azərbaycan  SSR  Nazirlər  Soveti  sədrinin  müavinini 

qovmuşdu.  Xalqın  etiraz  çıxışları  hərbçilərin  köməyi  ilə  yatırıldı.

22

  Erməni 



təxribatçıları Bakıda yeni təmir olunmuş Opera və Balet Teatrı binasını yandırdılar, 

şəhər  nəqliyyatında  partlayışlar  törətdilər.  Günahkarlar  tapılıb  cəzalandırıldı, 

erməni  terrorçularının  Bakı  və  Sumqayıtın  iri  zavodlarında  partlayış  törətmək 

planları aşkar olunub zərərsizləşdirildi.

23

 Milli münaqişə isə getdikcə alovlanırdı. 



1985-ci  ildə  Daşnak  partiyasının  Afinada  keçirilmiş  XXIII  qurultayı 

erməniləri "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən genişləndirmək üçün 

yaranmış  əlverişli  şəraitdən  səmərəli  istifadə  etməyə,  qüvvələri  birləşdirməyə 

çağırdı.


24

  Antitürk  təbliğatı  və  terrora  səfərbərlik  daha  da  güclənmişdi.  1986-cı 

ildən  Azərbaycanın  Dağlıq Qarabağ bölgəsində  erməni  milli separatçılıq  təbliğatı 

açıq


 

və  geniş  xarakter  almışdı.

25

  Moskva  rəsmilərində  antitürk  əhvali-ruhiyyənin 



formalaşmasına 

Qorbaçovun 

yaxın 

əhatəsində 



olan 

"şahnazaryanlar", 

"aqanbekyanlar" mühüm təsir göstərirdi. 

Kütləvi  informasiya  vasitələrində  açıq-aşkar  eyhamlar  vurulurdu  ki, 

Qorbaçovun xanımı Parisdə əntiq əşyalar satan imkanlı ermənilərlə əlaqə saxlayır 

və  onların  diqqətindən  məmnun  qalmışdır.

26 

Lakin  verilən  vədi  yerinə  yetirmək 



müşkül iş idi. Az sonra Yerevanda bəxşişlərin geri qaytarılması tələbi ilə mitinqlər 

keçirilməyə  başlanmışdı.  SSRİ  Ali  Sovetinin  sessiyasında  deputat  İgityan 

Qorbaçova  müraciətlə  "Axı  siz  söz  vermişdiniz..."  -  deyə  az  qala  vədə  əməl 

olunmasını  tələb  etmişdi.

27

  Paruyr  Qazaryan,  Zori  Balayan,  S.Xanzadyan, 



194 

 

B.Ulubabyan,  S.Kaputikyan  və  başqalarının  tarixi  saxtalaşdıran,  azərbaycanlıları 



təhqir  edən  qızışdırıcı  "əsərləri"  erməni  millətçiliyinin  daha  davakar  xarakter 

almasında,  milli  münaqişənin  alovlanmasında  müstəsna  rol  oynayırdı.  Balayanın 

"İki  od  arasında", "Qəza", "Ocaq"  kitabları  "əzabkeş  xalqa" daha  emosional  təsir 

göstərmişdi.  "Qarabağ"  komitəsinin  fəaliyyəti  genişlənmişdi.  Ermənistandan 

Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  vacibliyini  sübut  etmək  niyyəti  ilə 

dünyanın  30-dan  çox  dövlətinə  və  beynəlxalq  təşkilatlara  300  min  erməninin 

imzası  ilə  müraciətnamələr  göndərildi.

28

  1987-ci  ilin  oktyabr  ayında  Heydər 



Əliyevin  SSRİ  rəhbərliyində  tutduğu  yüksək  vəzifədən  uzaqlaşdırılması 

ermənilərin öz  niyyətlərini reallaşdırmaq ümidini artırdı.  1987-ci  ilin oktyabrında 

Yerevanın  Puşkin  meydanında  "Qarabağ" komitəsinin ilk  açıq  mitinqi  keçirildi.

29

 



Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə dövlət başçısının əsabələrindən biri 

olan  akademik  Abel  Aqanbekyanın  dili  ilə  Qarabağ  hərəkatına  müsbət 

münasibətini,  qeyri-rəsmi  olsa  da,  bütün  dünyaya  bildirməkdən  çəkinmədi. 

Aqanbekyan  "Humanite"  qəzetinin  1987-ci  il    18  noyabr  tarixli  sayında  dərc 

olunmuş 

müsahibəsində 

Dağlıq 

Qarabağın 



Ermənistana 

verilməsinin 

məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına

 

təklif verdiyini bildirdi.



30

 

Erməni  hərəkatına  bir  qrup  erməni  millətçisi  arxasından  yenə  kommunist-



daşnaklar,  DTK  agentləri  rəhbərlik  edirdi.  Moskvada  ermənilərin  "Milli 

müqəddəratı müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə 

erməni  komitəsi"  də  bu  istiqamətdə  fəal  iş  aparırdı.

31

  "Qarabağ"  komitəsinin 



Azərbaycanda,  xüsusən  Dağlıq  Qarabağda  uzun  müddət  gizli  fəaliyyət  göstərən 

yerli  təşkilatı  "Krunk"  adı  altında  açıq  fəal  mübarizəyə  başlamışdı,  "Miatsum" 

(birləşmə) hərəkatı genişlənirdi. 1988-ci il martın 2-də "DQMV-nin Ermənistanla 

yenidən  birləşdirilməsi  uğrunda  mübarizə  komitəsi"  -  iri  müəssisə  rəhbərlərini 

birləşdirən  55-lər  komitəsi  yaradılmışdı.

32 


Dünyada  baş  verən  dəyişiklikləri 

vaxtında  və  düzgün  qiymətləndirmək,  Azərbaycan  xalqını  gözləyən  təhlükələri 

görmək və qabaqlayıcı tədbirlər həyata keçirmək, vahid milli platforma  yaratmaq 

əvəzinə  Azərbaycan  rəhbərliyi  bağışlanılmaz  bir  passivlik,  laqeydlik  nümayiş 

etdirdi. Başsız qalmış xalqın kortəbii etiraz hərəkatları səmərəli nəticə vermirdi. 

1988-ci  ildə  Ermənistan  SSR  ərazisindən,  öz  dədə-baba  yurdundan  -  185 

kənddən və başqa  yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara 

məxsus  31.000  ev,  şəxsi  təsərrüfat,  165  kolxoz  və  sovxozun  əmlakı  talandı,  214 

nəfər  öldürüldü,  1154  nəfər  yaralandı,  yüzlərlə  adama  işgəncə  verildi,  qız-

gəlinlərin  namusu  təhqir  olundu.

33

  15  mindən  çox  kürd  və  bir  neçə  min  rus 



Ermənistandan  çıxarıldı.  Ermənistan,  demək  olar  ki,  monoetnik  bir  respublikaya 

çevrildi.  Bunun  üçün  əvvəlcədən  xüsusi  silahlı  dəstələr  hazırlanmışdı. 

Ermənistanın Qafan və  Mehri rayonlarında  bu cinayətkarların  vəhşi əməllərindən 

yaxa  qurtaran  ilk  qaçqınlar  1988-ci  il  yanvarın  25-də  Azərbaycana  pənah 



195 

 

gətirdilər.



34

  Qaçqınların  yeni  dəstələri  fevralın  18-23-də  təqiblərdən  can  qurtarıb 

Azərbaycana gəldilər.

35

 



1988-ci  il  fevralın  12-də  Yerevanda  böyük  antitürk  mitinqi  keçirildi. 

"Ermənistanı  türklərdən  təmizləməli",  "Ermənistanda  ermənilər  yaşamalıdır!"  və 

başqa  millətçi  şüarlar  səslənirdi.

36

  Fevralın  21-də  erməni  vandalları  Yerevanda 



qalmış  son  məscidə  hücum  edib  onu  dağıtdılar.  Azərbaycan  aşıq  sənətinin  dahisi 

Ələsgərin  qəbri  təhqir  edildi.  Böyük  şair  Səməd  Vurğunun  abidəsi  uçuruldu. 

Azərbaycanlılara  qarşı  terror  1988-ci  ilin  əvvəllərində  Vedibasarda  xüsusən 

genişləndi.  Qız-gəlinlər,  ağsaqqallar  təhqir  edilir,  kəndlər  talan  olunurdu.

37

 

Döyülmüş,  alçaldılmış,  heç  yerdən  köməyi  olmayan  4000  nəfər  adam  ev-eşiyini 



atıb  piyada,  ayaqyalın-başıaçıq,  böyük  çətinliklərlə  qarlı  dağ  keçidlərini  aşıb 

Azərbaycana gəlməyə məcbur oldu. 

Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  ermənilər

 

bundan 



ruhlanaraq daha fəal siyasi aksiyalar keçirməyə başladılar. 

1988-ci  ilin  əvvəllərindən  Xankəndində  (1923-cü  ilin  avqustundan  1991-ci 

ilin noyabrınadək Stepanakert adlanıb) erməni əhalisi ardı-arası kəsilməyən kütləvi 

mitinqlər, nümayişlər keçirirdi.

38 

Fevral ayının 15-18-də vilayətin, Şuşadan başqa, 



bütün  rayon  sovetlərində  sessiya  keçirildi  və  DQMV-nin  Azorbaycan  SSR 

tərkibindən  çıxarılıb  Ermənistan  SSR  tərkibinə  verilməsini  təklif  edən  qərarlar 

qəbul  olundu.

39

  Mitinqçilərin  tələbi  ilə  fevralın  20-də  Vilayət  Sovetinin  sessiyası 



DQMV-nin  Azərbaycan  SSR  tərkibindən  çıxarılıb  Ermənistan  SSR  tərkibinə 

verilməsi  haqqında  qərar  qəbul  etdi.  SSRİ  Ali  Sovetindən  xahiş  edildi  ki,  bu 

məsələni müsbət həll etsin.

40 


Moskva münaqişəni daha da qızışdırdı. Sov.İKP MK 

Siyasi 


Bürosunun 

Bakıya 


gəlmiş 

üzvü 


sərhədləri 

dəyişdirməyin 

yolverilməzliyindən  danışır,  Yerevana  gedən  üzvü  isə  DQMV-dəki  separatçılığa 

haqq qazandırırdı.

41

 

Azərbaycan 



Respublikasının  suveren  hüquqlarının  tapdalanmasına 

Moskvanın,  Azərbaycan  rəhbərliyinin  qəti  tədbirlərlə  cavab  vermədiyini  görən 

Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri 

keçirilirdi.

42

 

Ermənistandan  azərbaycanlıların  döyülüb,  alçaldılıb  qovulmasına,  Yuxarı 



Qarabağda  isə  ermənilərin həyasız separatçı  tələblərinə  qarşı  münaqişə  zonasında 

yaşayan  azərbaycanlılar  xüsusən  qəti  etiraz  edirdilər.  Aşağı  Qarabağ  bölgəsindən 

toplanaraq  Dağlıq  Qarabağda  münaqişəni  başlanğıcda  həll  etmək,  onun  böyüyüb 

qanlı  müharibəyə  çevrilməsinin  qarşısını  almaq  üçün,  əliyalın  olsa  da,  yürüşə 

hazırlaşan  azərbaycanlıları  rəsmi  Bakının  göstərişi  ilə  dayandırdılar.  Hətta 

Ermənistandan  qovulmuş  azərbaycanlıların  Dağlıq  Qarabağda  məskunlaşmasına 

belə  icazə  verilmədi.  Fevralın  21-də  vilayətin  Əsgəran  rayonunda  ermənilərin  iki 


196 

 

nəfər  azərbaycanlını  öldürməsi,  19  nəfərin  yaralanması  vəziyyəti  daha  da 



gərginləşdirdi.

43

 



Dünya  ictimaiyyəti  gözündə  öz  əməllərinə  haqq  qazandırmaq  üçün 

ermənilər  1988-ci  il  fevralın  28-də  Sumqayıtda  Edik  Qriqoryanın  fəal  iştirakı  ilə 

fitnəkarlıq törətdilər.

44

 



Varlı ermənilər bir neçə gün əvvəl əmlakını və əmanət bankındakı pullarını 

götürüb  şəhəri  tərk  etmişdilər.

45

  Ekstremist  əhvali-ruhiyyəsi  qəsdən  qızışdırılan, 



hər  an  fitnəkarlıq  baş  verməsi  təhlükəsi  olan  şəhərdə  (Ermənistandan  təhqir 

olunub,  alçaldılıb  qovulanların  xeyli  hissəsi  buraya  gəlmişdi)  milisə  nəinki  odlu 

silah,  heç  adi  dəyənək  də  gəzdirməyə  icazə  verilmirdi.  Prokurorluq  orqanları, 

general Kareyevin komandanlığı altında şəhərə gətirilmiş hərbi hissə də hadisələrin 

ən gərgin vaxtı fəaliyyətsiz dayanmışdı.

46

 Törədiləcək fitnəkarlığı lentə almaq, elə 



səhəri  gün  hay-küylə  bütün  dünyaya  çatdırmaq  üçün  əvvəlcədən  cinayətlər  baş 

verəcəyi planlaşdırılmış yerlərdə tele-fotooperatorlar yerləşdirilmişdi. Fitnəkarlığın 

icraçılarından  biri  olan  Edik  Qriqoryan  şəxsən  doqquz  erməni  öldürmüşdü. 

Ermənilərin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 erməni, 

6 azərbaycanlı qətlə yetirildi.

47

 



Bütün  Azərbaycan  xalqı  bu  fitnəkarlığı,  onun  müəlliflərini  və  icraçılarını 

ciddi lənətlədi. 

Ermənilər istəklərinə nail oldular. Onlar bu faciəni ağlasığmaz uydurmalarla 

bəzəyib,  beynəlxalq  ictimaiyyətdə  azərbaycanlılara  qarşı  mənfi  münasibət 

yaratmağa çalışdılar. 

Sumqayıt  fitnəkarlığından  sonra  Ermənistanda  hökumətin  və  "Qarabağ 

hərəkatı" liderlərinin mütəşəkkil şəkildə təşkil etdiyi qanlı antitürk hərəkatı daha da 

genişləndi.  Bu  işdə  yaxşı  silahlandırılmış  erməni  qeyri-formal  hərbi  birləşmələri 

fəal iştirak etdilər. 1988-ci il martın 2-də Ermənistanda yaşayan azərbaycanlıların 

yeni böyük bir dəstəsi təqibdən yaxa qurtarıb Zəngilan rayonuna gəldi. Martın 10-

da  Yerevandan  cənubda  Mehmandar  kəndinin  dörd  sakini  qətlə  yetirildi.  Martın 

25-də  Ararat  rayonunun  Vedi,  Şirazlı,  Xalisə  və  Şidli  kimi  azərbaycanlı 

kəndlərində  100-dən  çox  ev  talan  edilib  yandırıldı,  əhalisi  qovuldu.  Mayın 

ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı kəndlərinə yenidən basqın edildi. 

Şirazlı  kəndinin  880  nəfər  sakini  SSRİ-Türkiyə  sərhədinə  qaçıb  orada  sığınacaq 

tapdı.


48

      Ararat  rayonunda  daha  beş  azərbaycanlı  kəndinin  on  minə  qədər  sakini 

silahlı  erməni  quldurlarından  yaxa  qurtarıb  qaçqınlara  qoşuldu.  Erməni  faşistləri 

Quqark  rayonunda  daha  dəhşətli  faciələr  törətdilər.  1988-ci  il  noyabrın  sonu  - 

dekabrın  əvvəllərində  bu  rayonda  70  nəfər  azərbaycanlı  qətlə  yetirildi.  Rayonun 

təkcə  Gözəldərə  kəndində  21  nəfər,  o  cümlədən  altı  qadın  və  üç  körpə 

öldürülmüşdü. Vartanada 17 azərbaycanlı qətlə yetirilmişdi.

49 


197 

 

Ermənistanda azərbaycanlıların soyqırımı hətta burada 7 dekabrda baş verən 



dəhşətli  zəlzələdən  sonra  belə  dayanmaq  bilmədi.  Təbii  fəlakətə  düçar  olmuş 

qonşusuna ilk kömək əlini Azərbaycan uzatdı. Dekabrın 8-də Bakıdan 80 peşəkar 

xilasedici,  28  güclü  avtokrandan  ibarət  mexanikləşdirilmiş  dəstə  Spitaka  yola 

düşdü, bu dəstə təkcə ilk günlər 63 nəfəri uçqunlar altından çıxarıb ölümdən xilas 

etdi. Dekabrın 11-də Azərbaycandan zəlzələ zonasına İL-76 təyyarəsində köməyə 

gedən 78 nəfər (50 azərbaycanlı, 13 ləzgi və b) Leninakan yaxınlığında müəmmalı 

şəkildə qəzaya uğradı, 77 nəfər həlak oldu.

50

 



Erməni  millətçilərinin  azərbaycanlılara  qarşı  qanlı  əməlləri  nəticəsində 

Ermənistanda  bir  nəfər  də  azərbaycanlı  qalmadı.  Onların  son  nümayəndələri  - 

Nüvədi  kəndinin  əhalisi  1991-ci  il  avqustun  8-də  bir  gün  içərisində  sovet 

əsgərlərinin  köməyi  ilə  Ermənistandan  qovuldu.  Azərbaycanlılar  sonradan 

Ermənistan  dövlətinin  ərazisi  olmuş  doğma  torpaqlarında  tam  soyqırımına  məruz 

qaldılar.

51

 

Ermənistanda  azərbaycanlılara  qarşı  törədilən  cinayətlərin  Moskvada, 



habelə  müvəffəqiyyətlə  aldadılmış  dünya  ictimaiyyəti  tərəfindən  soyuqqanlılıqla 

qarşılanması Dağlıq Qarabağda separatçıların əl-qolunu daha da açdı. 

SSRİ  rəhbərliyi  Azərbaycanın  qanuni  ərazisini  ondan  qoparıb  Ermənistana 

birləşdirmək istəyən ermənilərlə öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq 

üçün ayağa qalxmağa məcbur olmuş azərbaycanlıların mənafelərini bərabər tutmaq 

kimi riyakar  təşəbbüslər göstərdi. M.Qorbaçovun 1988-ci il fevralın 23-də  hər iki 

xalqa müraciəti,

52

 Sov.İKP MK-nın sosial-iqtisadi inkişafı sürətləndirmək tədbirləri 



haqqında  1988-ci  il  24  mart,

53

  habelə  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  Dağlıq 



Qarabağdakı hadisələrlə bağlı müttəfiq respublikaların Azərbaycan və Ermənistana 

müraciətləri  ilə əlaqədar tədbirlər haqqında  1988-ci  il 23 mart,  mövcud ixtilafları 

hər iki xalqın mənafeyinə  uyğun şəkildə həll etmək haqqında 1988-ci il 18 iyul

54

 



tarixli  qərarları  yaranmış  vəziyyətdən  real  çıxış  yolları  göstərə  bilmədi,  əksinə, 

vilayətin Azərbaycanın tərkibindən çıxarılmasının təməl daşını qoydu. Bu qərarlara 

əsasən Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, vilayətin bir çox məsələlərinin 

həlli  birbaşa  ittifaq  nazirlik  və  qurumlarına  tapşırıldı.  Azərbaycan  rəhbərliyi  isə 

respublikanın  hüquqlarının  pozulmasına  qarşı  qəti  etiraz  etmək  əvəzinə  bu 

qərarların  münaqişəni  aradan  qaldırmaq  işində  mühüm  əhəmiyyət  kəsb  edəcəyini 

bildirdi.  1988-ci  il  11  oktyabrda  Xankəndində  Ə.Vəzirov  və  S.Harutyunyan 

(Ermənistan  KP  MK-nın  birinci  katibi)  görüşüb  bu  qərarların  həyata 

keçirilməsində "koordinasiya məsələlərini müzakirə" etdilər.

55  


Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 24 mart qərarı ilə 

"Krunk" cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə 

günahlandırılıb rəsmən qadağan edilsə də, yenə fəal iş aparırdı.

56

 



198 

 

Azərbaycanlıları  ermənilərlə  "dialoqa  çağıran"  Qorbaçov  özü  erməni 



separatizminin  ideoloqlarını  birtərəfli  qaydada  Kremldə  söhbətə  dəvət  etdi. 

Qorbaçov  sonralar  etiraf  edir:  "Mən  onlara  məsələnin  tarixini  ətraflı  izah  etməyə 

imkan verdim... səylə toplanmış sənədləri, coğrafi  xəritələri, tarixi arayışları mənə 

göstərdilər.  Sonra  isə  ermənilərin  necə  sıxışdırılmasından,  Ermənistandan  təcrid 

edilmələrindən,  qədim  abidələrinin  dağıdılmasından  söhbət  açdılar...  İslamın 

xristianlıq  üzərinə  hücumu  davam  edir!  Qonaqlarımdan  biri  bunları  belə 

səciyyələndirdi".

57

  Lakin  əlində  tarixi  həqiqətləri  öyrənmək  üçün  bütün  imkanları 



olsa  da,  erməni  saxtakarlığına  uyan,  bəlkə  də  uymaq  istəyən  Baş  katib 

azərbaycanlıların fikirləri ilə maraqlanmadı. Hətta Azərbaycan KP MK-nın birinci 

katibi K.Bağırovla görüşməkdən boyun qaçırdı. Bununla açıqca bildirdi ki, Dağlıq 

Qarabağ  məsələsində  dövlət  başçısı  ermənilərin  tərəfindədir.  Ölkənin  rəhbəri 

bildirirdi  ki,  bu  məsələ  Stalinin  dövründə  düzgün  həll  edilməyib,  onu  indi 

demokratizm  və  yenidənqurma  çərçivəsində  həll  etmək  lazımdır.  Erməni 

separatçıları  daha  da  qızışdılar.  Yerevanda  vərəqələr  yayılırdı:  "Ermənilər, 

mitinqləri qurtarın, silaha sarılın və türkləri əzin!"

58

 

Ermənistan SSR Ali Soveti 1988-ci il 15 iyun tarixli qərarı ilə kobudcasına 



Azərbaycanın  daxili  işinə  qarışaraq,  DQMV-ni  Ermənistanın  tərkibinə  qəbul 

etməyə razılıq verdi.

59

 Azərbaycan SSR Ali Soveti XI çağırış VII sessiyası 1988-ci 



17 iyun il tarixli qərarı ilə DQMV Xalq Deputatları Soveti sessiyasının 20 fevral 

tarixli qərarını qeyri-qanuni akt kimi qiymətləndirdi.

60

 İyunun 21-də Vilayət  Xalq 



Deputatları  Sovetinin  fövqəladə  sessiyası  SSRİ  Ali  Sovetinə  müraciətlə  Dağlıq 

Qarabağın  Ermənistan  SSR-ə  verilməsini  xahiş  etdi.  İyulun      12-də  Vilayət 

Sovetinin    sessiyasında  DQMV-nin  Azərbaycan  SSR  tərkibindən  çıxması  barədə 

qeyri-qanuni qərar qəbul olundu.

61

 

Moskvanın  səlahiyyətli  nümayəndəsi  A.Volskinin  iki  xalq  arasında 



kompromis  yaratmaq  adı  altında  ermənipərəst  missiyası  vəziyyəti  daha  da 

gərginləşdirdi. Xankəndində tətil və nümayişlər ara vermirdi. 1988-ci il sentyabrın 

18-də  ermənilər  Xocalıya  hücum  etdilər.  Qanlı  toqquşma  baş  verdi.

62

  Sentyabrın 



21-i  və  oktyabrın  18-də  Xankəndində  azərbaycanlıların  və  buna  cavab  olaraq 

Şuşada  ermənilərin  evləri,  avtomobilləri  yandırıldı.

63

  Noyabrın  24-də  Ermənistan 



ərazisindən  silahlı  quldurlar  Qubadlı  rayonunun  Eyvazlı,  Davudlu  və  Qədirli 

sərhəd kəndlərinə soxulub qırğın törətdilər. Eyvazlı kəndi tamamilə yandırıldı.

64

 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  vəziyyəti  nizama  salmaq  üçün 



Azərbaycanın hüquqlarını yenidən kobud surətdə pozaraq 1989-cu il yanvarın 12-

də "Azərbaycan SSR-in DQMV-nin xüsusi idarəçilik formasının tətbiqi haqqında" 

qərar qəbul etdi. A.Volskinin başçılığı ilə Muxtar Vilayət Xalq Deputatları Soveti, 

onun İcraiyyə Komitəsi hüququnda birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi 

İdarə  Komitəsi (XİK) təşkil edildi,  bütün dövlət  və  ictimai orqanların  səlahiyyəti 


199 

 

dayandırıldı.



65

 XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə onu Azərbaycana 

bağlayan  iqtisadi  əlaqələrinin  tam  qırılmasına,  azərbaycanlıların  buradan 

qovulmasına,  ermənilərin  silahlanmasına    və    quldur  dəstələrində    birləşməsinə  

şərait  yaratdı.  DQMV-də,  Laçın,  o  vaxtkı  Şaumyan  və  Xanlar  (indiki  Goranboy 

rayonunun bir hissəsi) rayonları ərazisində silah və sursat cəbbəxanaları yaradıldı. 

Dağlıq  Qarabağda  "Böyük  Ermənistan"  vahid  cəbhəsində  birləşən  80  hərbi-

terrorçu  qrup  fəaliyyət  göstərirdi.

66

  Ermənistandan  DQMV  Mardakert  (indiki 



Ağdərə)  rayonundakı  gizli

 

təyyarə  meydanına  silah  və  sursat  daşınırdı. 



Azərbaycanlılardan  isə  adi  ov  silahları  da  müsadirə  edilirdi.  Onlardan  18  min  ov 

silahı alınmış, yaxşı silahlanmış düşmən qarşısında əliyalın, müdafiəsiz vəziyyətə 

salınmışdılar.  Xüsusi  İdarə  Komitəsinin  tam  imkan  yaratdığı  şəraitdə  1989-cu  il 

iyunun 13-dən başlayaraq vilayətdə azərbaycanlılar yaşayan məntəqələr blokadaya 

alındı.

67

  Sovet  ordu  hissələrinin  köməyi  ilə  erməni  quldurları  -"saqqallılar" 



Xankəndindən bütün azərbaycanlıları-14 min nəfəri qovub çıxartdılar.

68

 Avqustun 



sonlarında  isə  bir  hissəsi  qırıldıqdan  sonra  azərbaycanlılar  Cəmilli,  Həsənabad  və 

Daşbulaq  kəndlərini  tərk  etməyə  məcbur  oldular.

69 

İyulun  sonlarında  Şaumyan 



rayon  xalq  deputatları  Sovetinin  erməni  deputatları  "sessiya"  adlandırdıqları 

yığıncaqlarında  bu  rayonun  DQMV-yə  birləşdirilməsini  Azərbaycan  SSR  Ali 

Sovetindən  xahiş  etdilər.  Avqustun  ortalarında  daha  bir  təhrikçi  akt  həyata 

keçirildi.  DQMV-də  "xalq adından çıxış edən  nümayəndələrin qurultayı" oldu və 

burada "Milli Şura" - vilayətin bədnam "ali hakimiyyət orqanı" seçildi.

70

 



Azərbaycan  demokratik  qüvvələrinin  təkidli  tələbi  ilə  SSRİ  Ali  Soveti 

1989-cu  il  noyabrın  28-də  Dağlıq  Qarabağda  Xüsusi  İdarə  Komitəsini  ləğv  etdi. 

Vilayətin  idarəsi  SSRİ  Ali  Soveti  xüsusi  komissiyasının  nəzarəti  altında 

Azərbaycan  SSR  Təşkilat  Komitəsinə  tapşırıldı.

71

  Lakin  yenə  mərkəz  tərəfindən 



qəti  tədbirlər  görülməməsi  erməniləri  yeni  təhrikçi  hərəkətlərə  şirnikləndirirdi. 

Ermənistan SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də "Ermənistan SSR-ə Dağlıq 

Qarabağı  birləşdirmək  haqqında"  qeyri-qanuni  qərar  qəbul  etdi.

72

  Xankəndində 



Ermənistanın  dövlət  bayrağı  qaldırıldı.  İdarəçilik  işləri,  müəssisələr  bu 

respublikanın  nazirlik  və  baş  idarələrinə  tabe  edildi.  1990-cı  il  yanvarın  9-da 

DQMV-nin 1990-cı il üçün  sosial-iqtisadi inkişaf planı Ermənistan SSR-in dövlət 

planına daxil olundu.

73

  1990-cı ildə Azərbaycan ərazisində DQMV-də Ermənistan 



SSR  xalq  deputatları  seçkiləri  üzrə  qeyri-qanuni  seçki  dairələri  təşkil  edildi  və 

"deputatlar" seçildi.

74

 

Vəziyyət  gərgin  idi.  1990-cı  il  yanvarın  15-də  SSRİ  Ali  Soveti  DQMV  və 



qonşu  rayonlarda  fövqəladə  vəziyyət  elan  etdi.

75

  RespublikaTəşkilat  Komitəsi, 



Xüsusi  Təyinatlı  Milis  Dəstələri  (OMON),  hərbi  komendantlıq  vilayətdəki 

azərbaycanlılar  yaşayan  kəndlərin  blokadasını  açmağa,  qanunsuz  silahlı  dəstələri 

ləğv  etməyə  başladı.  Ermənistandan  buraya  silah  daşınmasının  qarşısını  almaq 


200 

 

üçün  tədbirlər  görüldü.  1990-cı  ilin  yanvar-iyun  aylarında  vilayətin  43  yaşayış 



məntəqəsində  67  xüsusi  əməliyyat  aparılaraq  quldurlardan  silahların  bir  hissəsi 

alındı.


76

 

Bu vaxt Ermənistan ərazisindən Azərbaycanın sərhəd bölgələrinə hücumlar 



genişlənməyə  başladı.  Ermənistanda  dövlətin  himayəsi  ilə  6  böyük  qeyri-qanuni 

silahlı qruplaşma təşkil olunmuşdu. Quldurlar hərbi hissələrə hücum edir, silah və 

sursatı  ələ  keçirirdilər.  1990-cı  ildə  burada  iri  miqyaslı  hərbi  əməliyyatlar 

kcçirməyə  qabil  olan  hərbi  hissələrdə  -  Erməni  milli  ordusu,  erməni  ümummilli 

hərəkatının hərbi təşkilatı, respublika partiyasının müstəqil ordusu, "David Sasuni", 

"Vretaruner" (qisasçılar), "Haydat" (erməni məhkəməsi) və b. silahlı dəstələrdə 10 

minə qədər "döyüşçü" toplanmışdı.

77

 



Ermənistan 

SSR  Ali  Soveti  1990-cı  il  iyulun  31-də  "SSRİ 

qanunvericiliyində  nəzərdə  tutulmamış  silahlı  dəstələrin  yaradılmasını  qadağan 

etmək və silah qanunsuz saxlanıldığı halda onu geri almaq haqqında" 1990-cı il 25 

iyul  tarixli  prezident  fərmanının  Ermənistan  və  DQMV-də  qüvvədə  olmadığını 

elan etmişdi.

78

 

Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycan ərazisinə basqın edirdilər. 



Naxçıvan  MSSR  Ermənistan  tərəfindən  blokadaya  alınmışdı.  Ermənilər 

Azərbaycan  dəmir  yolunun  Ermənistanın  Mehri  rayonu  ərazisindən  keçən 

hissəsində  qatarların  hərəkətinə  mane  olur,  onları  atəşə  tuturdular.  1990-cı  il 

yanvarın 12-də düşmən bir neçə hərbi vertolyotla Xanlar rayonunun Quşçu kəndinə 

desant ataraq dinc əhaliyə vəhşicəsinə divan tutdu, onlarca adam - qadın, uşaq və 

qoca məhv edildi. Erməni faşistləri Naxçıvanın Kərçi kəndinə basqın edib yanvarın 

18-də  onu  tutdu  və  320  sakini  qovub  çıxartdı.  Bu  əməliyyatlarda  sovet  qoşun 

hissələri  də  iştirak  edirdi.

79 

Martın  24-də  gecə  üç  erməni  hərbi  hissəsi  rusların 



köməyi ilə Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum etdi, kəndin 7 sakini, 

o cümlədən iki qadın və ikiaylıq körpə işgəncə ilə öldürülüb yandırıldı, 11 ev talan 

edildi və külü göyə sovruldu.

80

 



Azərbaycan  SSR  Ali  Soveti  1990-cı  il  iyunun  11-də  Ermənistanla  sərhəd 

boyu  (975  km)  fövqəladə  vəziyyət  elan  etdi.  Sərhədlər  mühəndis  qurğuları  ilə 

möhkəmləndirildi,  onu  müdafiə  etmək  üçün  Xüsusi  Təyinatlı  Milis  Dəstələri 

yaradıldı.

81

  1991-ci  ilin  əvvəllərindən  DQMV  təyyarə  meydanına  nəzarət 



Azərbaycan milisinə verildi. 

Sovet  imperiyasının  silahlı  qüvvələri  bu  vaxt  SSRİ-nin  saxlanılmasına 

münasibət  haqqında  17  mart  Ümumittifaq  referendumunda  iştirak  etməyən 

Ermənistana  "dərs  vermək",  habelə  Azərbaycandakı  kommunist  rejimini 

dəstəkləmək  üçün  erməni  quldurlarına  köməyi  azaltdı.  1991-ci  il  mayın 

əvvəllərində  Çaykənd  və  Martunaşendə  pasport  rejimi  yoxlanıldı  və  hərbiləşmiş 

erməni  birləşmələri  tərksilah  edildi.  İyulun  əvvəllərində  Goranboy  rayonunun 


201 

 

Azadkənd,  Sarısu,  Manaşid,  Erkeç  və  Buzluq  kəndlərində  düşmənin  dayaq 



məntəqələri dağıdıldı.

83

 



Lakin  erməni  quldurları  yenə  rusların  köməyi  ilə  sərhəd  zonalarındakı  

Azərbaycan  kəndlərinə  basqınları    davam    etdirirdilər.  avqustun  18-20-də  erməni 

hərbi  hissələri  rusların,  vertolyot  və  ağır  texnikanın  köməyi  ilə  Qazax  rayonuna 

hücum  etdi.  Bağanis-Ayrım  kəndi  yenə  dağıdıldı,  əhaliyə  işgəncələr  verildi.

84

 

Vəhşilər bir kişini ot tayasında yandıraraq ətrafında yallı getmişdilər. Ermənilərin 



Zəngilan,  Qubadlı  və  Laçın  rayonu  kəndlərinə  də  hücumları  ara  vermirdi.  

Qubadlının  Yuxarı  Cibikli  kəndinin  əhalisi  düşmənə  mərdliklə  müqavimət 

göstərmiş, 20 qulduru məhv etmişdi. Burada  olan Sovet Ordu hissəsi, demək olar 

ki, seyrçi mövqe tutmuşdu. Təkcə ukraynalı Olek Babak əliyalın azərbaycanlılara 

kömək  etdi  və  qəhrəmancasına  həlak  oldu.  Ölümündən  sonra  ona  Sovet  İttifaqı 

Qəhrəmanı adı verildi.

85

 

Vəziyyəti  gərginləşdirmək  üçün  erməni  terrorçuları  hər  vasitədən  istifadə 



edirdilər.  1989-cu  il  sentyabrın  16-da  onlar  Tiflis-Bakı  şəhərlərarası  sərnişin 

avtobusunu  Yevlax  şəhəri  yaxınlığında  partlatdılar.  1990-cı  il  avqustun  10-da 

Xanlar  rayonunda  Tiflis-Ağdam  sərnişin  avtobusunda  yeni  terror  aktı  törətdilər. 

Partlayış nəticəsində  17 nəfər həlak oldu və  15 nəfər  yaralandı.  1991-ci  il iyulun 

31-də erməni terrorçuları Moskva-Bakı sərnişin qatarında Mahaçqala yaxınlığında 

böyük partlayış törətdilər. Nəticədə 15 sərnişin həlak oldu, 16 nəfər ağır yaralandı. 

Buna oxşar cinayət 1991-ci il mayın 30-da Kolonyurd stansiyası yaxınlığında baş 

verdi.  Sərnişin  qatarının  partladılması  nəticəsində  12  nəfər  həlak  oldu.  Bir  qədər 

əvvəl  Rostov  şəhəri  yaxınlığında  Simferopol-Bakı  qatarını  da  partlatmağa  cəhd 

edilmişdi.

86

 

İmperiya  milli  münaqişəni  daha  da  dərinləşdirirdi.  Lakin  bu  yolla 



imperiyanın  xalqlar  üzərində  ağalığını  saxlaması  artıq  mümkün  deyildi.  Onun 

süqutu  gündən-günə  yaxınlaşırdı.  İmperiyanın  pəncəsindən  xilas  olmağa  çalışan 

xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin 

növbədənkənar  sessiyasında  respublikanın  dövlət  müstəqilliyinin  bərpa  edilməsi 

haqqında  bəyanat  və  xüsusən  oktyabrın  18-də  bu  barədə  Konstitusiya  aktının 

qəbulu ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə 

Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan təcavüzkar müharibəyə çevrildi. 

 

 



 

 

 

 

 

202 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin