Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır


§1. AZƏRBAYCAN RESPUBLĠKASININ iqtisadi ĠNKĠġAF



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
§1. AZƏRBAYCAN RESPUBLĠKASININ iqtisadi ĠNKĠġAF 

STRATEGĠYASI 

 

Ġqtisadi böhranla mübarizə. Neft strategiyası. Yeni Ġpək Yolu. SSRİ-də 

80-ci  illərin  ikinci  yarısında  başlanan  siyasi  proseslər  müttəfiq  respublikaların,  o 

cümlədən Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr 

vurdu.  İstehsal  azalır,  iqtisadi  tənəzzül  dərinləşirdi.  Respublikaların  iqtisadi 

əlaqələri  pozulmuşdu,  müqavilə  öhdəliklərinə  əməl  olunmurdu.  Azərbaycan 

iqtisadiyyatının  xammal  və  materiallara  tələbatı  cəmi  40  faiz  ödənilirdi. 

Müəssisələrin  istehsal  gücündən  yalnız  25-30  faiz  istifadə  olunurdu.  Sumqayıt 

boru-prokat  zavodunun  altı  marten  sobasında  iş  dayandırılmışdı.

1

  Demək  olar  ki, 



bütün  sahələrdə  əsas  istehsal  vasitələri  mənəvi  və  fiziki  cəhətdən  köhnəlmişdi. 

Respublikada  sənayenin  aparıcı  sahəsi  olan  neft  sənayesində  vəziyyət  ağır  idi. 

Mədənlərdə  4000-dən  çox  neft  quyusunda  hasilat  dayanmışdı.  Qazma 

dəzgahlarının 80 faizi işləmirdi. 1992-ci ildə 11, 1996-cı ildə isə cəmi 9 milyon ton 

neft  çıxarılmışdı.

2

  Mövcud  perspektivli  dəniz  yataqlarının  istismarına  başlanması 



üçün xeyli investisiya tələb olunurdu. 

Kolxoz  və  sovxozların  maşın-traktor  parkı,  meliorasiya  qurğuları 

köhnəlmiş,  çoxu  sıradan  çıxmış,  suvarma  kanalları  bərbad  hala  düşmüşdü.

3

 



Torpaqların böyük bir hissəsi şoranlaşmışdı. 

İqtisadiyyata Ermənistanın  Azərbaycana  qarşı təcavüzkar  müharibəsi ciddi 

ziyan vurmuşdu. Respublika  gəlirinin üçdə birini müharibəyə xərcləməyə  məcbur 

idi. Onun ərazisinin dörddə bir hissəsində döyüş əməliyyatları getmişdi. Bir milyon 

hektar  kənd  təsərrüfatı  sahəsi,  72  min  hektardan  artıq  əkin  sahəsi,  34  min  hektar 

üzümlük, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 122 tikinti 

təşkilatı,  200-dən  çox  faydalı  qazıntı  yataqları,  dörd  qızıl,  üç  civə,  iki  qranit,  iki 

mərmər, on mineral su mədəni, dörd daş karxanası, beş müxtəlif inşaat materialları 

yatağı, 250000 hektar meşə sahəsi, o cümlədən Zəngilan çinar meşəsi düşmən əlinə 

keçmişdi.  60000-dən  çox  şəxsi  təsərrüfat,  yüzlərlə  sənaye  müəssisəsi,  kolxoz  və 

sovxoz dağıdılmışdı.

4

 



300 

 

1991-1993-cü 



illərdə  respublikanın  mövcud  iqtisadi  və  mədəni 

potensialından,  zavod  və  fabriklərdən,  kommunikasiya  vasitələrindən,  yüksək 

ixtisaslı mütəxəssislərdən də səmərəli istifadə olunmurdu. 

Sosialist  istehsal  üsulunun  dağıdılması,  yeni  iqtisadi  münasibətlərin 

yaradılmasında,  əsaslı  iqtisadi  islahatların  tətbiq  edilməsində  cəsarətsizlik  də 

iqtisadi  böhranın  başlıca  səbəblərindən  idi.  Demokratik  iqtisadiyyatın  yaranması 

üçün vacib olan özəlləşdirmə, çoxukladlı təsərrüfatçılığa keçid prosesləri çox ləng 

gedirdi. 

Siyasi  sabitliyin  olmaması  xarici  investorların  ölkəyə  sərmayə  qoymasına 

mane  olurdu.  Bu  sahədə  ilk  addımlar  atılmışdı:  "Bakmil"  (Azərbaycan-İtaliya), 

"Pet-Azəri"  (Azərbaycan-Türkiyə)  kimi  bir  neçə  birgə  müəssisə  yaradıldı. 

Azərbaycan  Neft  Şirkəti  dəniz  neft  yataqlarının  işlədilməsinin  mümkün  texniki-

iqtisadi  səmərəliliyini  öyrənmək  məqsədilə  ABŞ  və  Böyük  Britaniyanın  neft 

şirkətləri  ilə  müqavilələrin  bağlanmasına  başlamışdı.  Neftçala  rayonunda  neft 

kəşfiyyatı  və  hasilatı  üzrə  Azərbaycan-Türkiyə  birgə  müəssisəsi  yaradılmışdı.

5

 



Lakin  1993-cü  ilin  yazında  Azərbaycan  iqtidarının  xarici  şirkətlərlə  imzalamağa 

hazırlaşdığı neft müqaviləsində ölkənin milli mənafelərinə zidd şərtlər olduğu üçün 

o, Heydər Əliyev rəhbərliyə gəldikdən sonra dayandırıldı.

6

 



Tədricən yeni iqtisadi institutlar meydana gəlirdi. Milli, beynəlxalq əmanət 

bankları,  özəl  banklar  təşkil  olunurdu.  Dövlət  torpaq,  əmlak  komitələri 

yaradılmışdı. Milli valyuta - manat dövriyyəyə buraxılmışdı. Yüksək sosial-sığorta 

ayırmaları,  əlavə  dəyər  vergisi  azaldılmışdı.

7

  Nə  bu  tədbirlər,  nə  də  yeni  iqtisadi 



münasibətlərin hüquqi bazasını yaratmaq üçün qəbul edilmiş 30-dan artıq qanun, o 

cümlədən  Özəlləşdirmə  haqqında  Qanun,  Torpaq  kodeksi  normativ  aktlar 

olmadığından səmərəli işləyə bilmirdi.

8

 



Azərbaycan  iqtisadiyyatı  ciddi  sarsıntılara  məruz  qalmışdı.  1992-ci  ilin 

əvvəllərində  heç bir zəmin olmadan qiymətlərin sərbəstləşdirilməsi müəssisələrdə 

dövriyyə vəsaitlərinin qiymətdən düşməsinə, əhalinin alıcılıq qabiliyyətinin kəskin 

azalmasına  səbəb  oldu.  Mərkəzləşdirilmiş  kredit  resurslarına  faiz  dərəcələrinin 

200-250-yə  qalxması  istehsala  investisiya  qoyuluşunu  dayandırdı,  istehsalın 

maliyyə  vəziyyəti  pisləşdi,  dövriyyə  vəsaiti  çatışmadı  və  müəssisələrin  xeyli 

hissəsi fəaliyyətini tamam və ya qismən dayandırdı.

9

 



İqtisadiyyatda  hərc-mərclik  baş  alıb  gedirdi.  Yalançı  bazar  -cəzasız 

soyğunçuluq meydana gəlmişdi.

10

 

İşgüzar  fəaliyyətlə,  əsasən,  əyri  yollarla  çoxlu  vəsait  ələ  keçirmiş  şəxslər, 



yeni "bəy"lər, "imkanlı" dövlət  məmurları,  "təsərrüfat rəhbərləri", onların himayə 

etdiyi adamlar məşğul olurdular. "Nomenklatura sahibkarlığı" yaranmışdı. 1992-ci 

ilin  sonlarında  600-ə  qədər  mövcud  kiçik  müəssisənin  70  faizdən  çoxu  dövlət 

müəssisələri  nəzdində  fəaliyyət  göstərir  və  əsasən  onların  istehsal  etdiyi  malları 



301 

 

satır,  gəliri  isə  öz  xeyirlərinə  bölürdülər.  Dövləti  qarət  etmək  vasitəsi  kimi  kağız 



üzərində  onlarca  kiçik  müəssisə  yaradılmışdı.

11

  Müştərək  və  kiçik  müəssisələrin 



çoxu  xaricə  satdığı  malın  əvəzinə  alınan  valyutanı  respublikaya  qaytarmır,  xarici 

banklardakı  şəxsi  hesablarında  saxlayırdılar.  Respublikanın  beynəlxalq  valyutaya 

böyük  ehtiyacı  olmasına  baxmayaraq,  1991-ci  ildə  onlar  2  milyard  300  milyon 

dollar  vəsaiti  xarici  banklarda  saxlamışdılar.

12 

1993-cü  ilin  ortalarında 



respublikanın yalnız 8 müəssisəsi xarici banklara 100 milyon dollar qoymuşdu.

13

 



Respublika  talanır,  xalqın  sərvəti  dağıdılırdı.  Müəssisələrin  avadanlığı 

sökülüb  xaricə  daşınırdı.  Hətta  Bakı  metrosunun  ehtiyat  kabelləri  də  oğurlanıb 

satılmışdı. Oğuz, Zaqatala, Qax, Qəbələ, Şəki, Xudat, Ağstafa, Lerik və Cəlilabad 

meşələri, xüsusən qoz ağacları icazəsiz kəsilib xaricə satılırdı.

14

 

Nəzarətsizlik  iqtisadiyyata  böyük  ziyan  vururdu.  1992-ci  ildə  pambıq 



sahələrində  100  min  tondan  çox  məhsul  yığılmamış  qalmışdı.  Üzümlüklərdə  və 

başqa  sahələrdə  də  vəziyyət  belə  idi.  İstehsal  olunan  məhsul  bazar  olmadığından 

anbarlarda yığılıb qalırdı. 

Müəssisələr  bağlanır,  işsizlik  artır,  əhalinin  güzəranı  sürətlə  pisləşirdi.  İri 

şəhərlərdə  ucuz  iş  qüvvəsi  satılan  qeyri-rəsmi  bazarlar  meydana  gəlmişdi. 

Respublikanı  milyona  qədər  gənc  tərk  etmişdi.  Təminatsızlıq  üzündən  alim  və 

mütəxəssislər  dolanacaq  dalınca  xaricə  getməyə  məcbur  olmuş,  "ağıl  axını" 

başlamışdı.

16

 

Aztəminatlı  adamlara  kömək  məqsədilə  dövlətin  verdiyi  güzəştlər,  o 



cümlədən 1991-ci ilin iyulundan pensiyaçılara şəhər nəqliyyatından pulsuz istifadə 

etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə imtiyazlar verilməsi, 1992-ci ilin 

dekabrından  tənha  vətəndaşların  sosial  müdafiəsini  gücləndirmək  sahəsində 

tədbirlər  həyata  keçirilməyə  başlanması  dərin  inflyasiya  şəraitində  az  səmərəli 

olmuşdu.

17 


Cəmiyyətdə  orta  təbəqə  qalmamışdı.  Minimum  əmək  haqqı  rəsmi 

istehlak minimumu həcmindən 20 dəfə az idi. Dövlət əmək haqqını vaxtında verə 

bilmirdi.  Manatın  illik  inflyasiya  səviyyəsi  min  faizlə  ölçülürdü.  Şəhərlər  xırda 

alverçilər ve dilənçilərlə dolu idi. 1991-ci ilin fevral ayında Sumqayıt və  Ağdam, 

1992-ci  ilin  iyununda  Bakı,  Sumqayıt  və  Ağdam  bazarlarında  alıcı  qiyamları  baş 

vermişdi.

18

 

"Təzə  iqtidar"lar  ölkənin  qarət  olunması,  müflisləşməsi  qarşısını  almaq 



üçün heç bir təsirli tədbir görə bilmir, əksinə, öz səriştəsizlikləri ilə onun sökülüb-

dağıdılmasına  münasib  şərait  yaradırdılar.  Heydər  Əliyev  yenidən  rəhbərliyə 

qayıtdıqdan  sonrakı  ilk  illərdə  də  xarici  düşmənlər  və  daxili  müxalif  qüvvələrin 

qeyri-sabitlik  yaratmaq,  dövlət  çevrilişləri,  terror  cəhdlərinə,  Ermənistanın 

təcavüzünə qarşı mübarizə daha çox səy tələb etdiyinə, habelə idarəçilik sistemində 

hələ  iqtisadi  nizamsızlıqdan  mənfəət  götürən  məmurlar  köklü  islahatların  həyata 



302 

 

keçirilməsinə  müxtəlif  vasitələrlə  müqavimət  göstərdiklərinə,  korrupsiya  geniş 



yayıldığına görə iqtisadi böhranı aradan qaldırmaq mümkün olmamışdı. 

Azərbaycanın  dövlət  müstəqilliyinin  ardıcıl  şəkildə  həyata  keçirilməsindən 

narazı  olan  dövlətlərin  iqtisadi  təzyiqi  də  ciddi  maneə  idi.  Rusiya  Federasiyası 

1994-cü ilin dekabr ayından quru və su yollarını bağlamış, İran İslam Respublikası 

isə  1995-ci  ilin  ortalarından  bir  sıra  mühüm  məhsulların  Azərbaycana  ixracına 

qadağan qoyaraq respublikanı, demək olar ki, blokadaya salmışdılar. Hələ siyasi və 

hərbi sabitlik, azad iqtisadi münasibətlər üçün hüquqi baza zəif olduğundan xarici 

investisiyalar da az idi.

19

 

Xarici  investisiyalara  mane  olmaq  üçün  Rusiyanın  təşəbbüsü  ilə  Xəzər 



dənizinin  statusu  məsələsi  ortaya  atılmışdı.  Halbuki  hələ  SSRİ  zamanında  bu 

dənizin müttəfiq respublikalara aid hissələri müəyyən olunmuşdu.

20

 

Ölkənin  maliyyə  sistemi  də  bərbad  vəziyyətdə  idi.  Milli  Bank  krediti 



təminatsız  və  olduqca  aşağı  faizlə  verirdi.  Kommersiya  bankları  Milli  Bankdan 

vəsait  alıb  kredit  alverinə  başlamışdılar.  Mafioz  qüvvələr  manatı  qiymətdən 

salmaq, əhalinin güzəranını daha da pisləşdirərək iqtidara qarşı narazılıq yaratmaq 

üçün  1993-cü  ilin  oktyabr-noyabr  aylarında  milli  pulun  çox  hissəsini  yığıb 

gizlətdilər.  Onu  yenidən  dövriyyəyə  qaytarmaq  üçün  baş  nazir  S.Hüseynovun 

təşəbbüsü ilə 1 dollar 400 manata bərabər tutuldu. Manat sürətlə qiymətdən düşdü. 

1994-cü  ilin  avqustunda  Milli  Bank  Aqrar-Sənaye  Kompleksini  dəstəkləmək  adı 

altında  60  milyard  manat  kredit emissiya  etdi.  Nəticədə  manatın qiyməti daha  da 

azaldı.  1994-cü  ilin  sonlarında  4000  manata  cəmi  1  dollar  düşürdü.

21

  Həmin  il 



inflyasiya 1600 faizə qalxmışdı, yəni istehlak qiymətləri 16 dəfə artmışdı.

22

 



Ümumi daxili məhsul hər il orta hesabla 18-20, sənaye məhsulu 20-25, kənd 

təsərrüfatı  məhsulu  isə  7-10  faiz  azalırdı.  Dövlət  büdcəsi  böyük  kəsirlə  icra 

olunurdu.

23

 



Respublika köhnə texnologiya və standartlarla istehsal olunan malları xarici 

bazara  çıxara  bilmirdi.  İstehsal  zəif  olduğundan  daxili  bazar  əsasən  (70-80  faiz) 

idxal hesabına formalaşırdı. 1993-cü ildə Azərbaycan dünyanın 30, 1996-cı ildə 70 

ölkəsinin 2500 şirkət və  müəssisəsi ilə ticarət-iqtisadi əlaqələri saxlayırdı. İxracın 

70  faizini  strateji  xammallar,  idxalın  böyük  əksəriyyətini  istehlak  malları  təşkil 

edirdi.  Xarici  ticarətdə  barter  əməliyyatlarına  geniş  yer  verilir,  bundan  ayrı-ayrı 

dairələr külli miqdarda mənfəət götürürdü.

24

 



Dövlət  orqanlarında  işləyən  şəxslərin  vəzifədən  sui-istifadə  etməsi  halları, 

korrupsiya cəmiyyətin ən böyük bəlası idi. Xarici Əlaqələr Nazirliyində, Gömrük 

Komitəsi  və  onun  idarələrində,  hüquq  mühafizə  orqanlarında  qeyri-sağlam 

münasibət,  rüşvətxorluq,  oğurluq  geniş  yayılmışdı.  Müəssisələrin,  xüsusən  özəl 

sektorda, çoxu gəlirinin bir hissəsini gizlədir, vergi ödəməkdən yayınırdı. Malların 


303 

 

bir hissəsi ölkənin sərhədlərində mövcud olan 400-ə qədər qeyri-rəsmi keçidlərdən 



ötürülür, qeydə alınmırdı.

25

 



Prezident  Heydər  Əliyev  tez  bir  zamanda  dövlət  intizamını  gücləndirib, 

siyasi sabitliyin yaranmasına nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün 

ciddi  tədbirlər  görməyə  başladı.  Bazar  iqtisadiyyatının  formalaşmasına  münasib 

şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul edildi. Prezident 1994-

cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında Fərman verdi.

26

  Xarici 



iqtisadi  əlaqələr  liberallaşdırıldı,  həm  fiziki,  həm  də  hüquqi  şəxslərə  azad  surətdə 

xarici  ticarət  hüququ  verildi.  1997-ci  ilin  yanvarında  respublikada  ixrac  vergisi 

ləğv  olundu.  1994-cü  ilin  may  ayında  respublikanın  maliyyə  vəziyyətini 

yaxşılaşdırmaq üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli valyuta - 

manat  respublika  ərazisində  yeganə  ödəniş  vasitəsi  elan  olundu.  Prezidentin  14 

may  1994-cü  il  Fərmanı  ilə  kredit  siyasəti  ciddiləşdirildi.  Banklararası  valyuta 

birjasının işi nizama salındı.

27

 1995-ci ilin fevral ayında prezident ilk radikal addım 



atıb  valyuta  bazarının  təşkili  haqqında  Fərman  verdi,  bundan  sonra  valyuta 

ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və 

Ümumdünya  Bankı  ilə  müqavilələr  bağlandı.  Azərbaycan  Avropa  Yenidənqurma 

və  İnkişaf  Bankına  qoşuldu.  Büdcə  kəsirinin  artmasına  yol  verilmədi.  Nəticədə 

1995-ci  ildə  inflyasiya  85  faizə  endi.  1996-cı  ildə  inflyasiya  cəmi  6,7  faiz  oldu. 

Onun  səviyyəsi  2000-ci  ildə  cəmi  2  faiz,  2001-ci  ildə  isə  1,5  faiz  idi.

28

  Manatın 



dollara  nisbətən  dəyəri  möhkəmləndi,  istehlak  mallarının  qiymətləri  artmadı, 

əksinə,  azalması  müşahidə  olundu.

29

  İnflyasiyanın  cilovlanması  mühüm 



makroiqtisadi  göstərici  kimi  iqtisadi  tərəqqiyə,  investorların  cəlb  olunmasına 

münasib imkanlar açırdı. 

1996-cı  ilin  ortalarında  Prezident  daha  bir  yeni  ciddi  iqtisadi  addım  atdı  - 

vergi sistemi təkmilləşdirildi. Burada ağırlıq mərkəzi istehsal üzərindən götürülüb 

istehlak  üzərinə  qoyuldu.  Əvvəllər  əmək  haqqı  məhsulun  maya  dəyərinə  daxil 

olunmur,  mənfəətdən  verilirdi  və  buna  görə  də  əmək  haqqından  əlavə  35  faiz 

kooperativ  vergi  tutulurdu.  1996-cı  ilin  sentyabr  ayından  əlavə  vergi  50  faiz 

azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi 

vergi  təzyiqi  xeyli  azaldı.  Fiziki  şəxslərdən  tutulan  vergilərin  yuxarı  dərəcəsi  55 

faizdən  40  faizə  endirildi,  onların  gəlirinin  vergi  tutulmayan  hissəsi  isə  40  min 

manatdan  60  min  manata  qaldırıldı.  Eyni  zamanda  xarici  iqtisadi  əlaqələri 

fəallaşdırmaq  üçün  gömrük  rüsumları  30-40  faizdən  15  faizə  endirildi.  Nəticədə 

vergi və rüsumlardan büdcəyə gəlir 2 dəfəyə qədər artdı.

30

 



2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi  tətbiq olundu. 

Vergi  Məcəlləsində  mülkiyyət  formasından  və  təşkilat-hüquqi  statusundan  asılı 

olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma siyasəti həyata keçirildi. 

Yerli  və  xarici  iş  adamları  eyni  vergiləri  ödəyərək  eyni  imtiyazlara,  güzəştlərə 



304 

 

malik  oldular.  Vergi  Məcəlləsinə  görə  Yol  Fonduna  vergilər  ləğv  edildi.  Əsas 



fondların  fəal  hissəsi  əmlak  vergisindən  azad  olundu.  Mənfəətin  sərmayələrə 

yönəldilən  hissəsi  vergilərdən  tam  azad  edildi.  Hüquqi  şəxslərdən  mənfəət 

vergisinin  dərəcəsi  2000-2002-ci  illərdə  5  faiz  aşağı  salınıb  27  faiz  müəyyən 

olundu.  Əlavə  dəyər  vergisinin  dərəcəsi  20  faizdən  18  faizə  endirildi.  Fiziki 

şəxslərdən  gəlir  vergisinin  maksimum  həddi  40  faizdən  35  faizə  (bu  dərəcələr 

inkişaf etmiş ölkələrin əksəriyyətindəkindən aşağıdır) düşdü.

31

 2002-ci ilin noyabr 



ayından  62  yerli  vergi  idarəsi  ləğv  olunub,  əvəzinə  12  ərazi  vergi  idarəsi  təşkil 

edildi.  Vergi  Nazirliyində  işçilərin  40  faizi  ixtisar  olundu.  Sonralar  mənfəətdən 

tutulan  verginin  Bakıda  27  faizdən  25  faizə,  Naxçıvanda  10  faizə,  Gəncə, 

Sumqayıt,  Mingəçevir  və  Əli  Bayramlıda  20  faizə,  başqa  şəhər  və  rayonlarda  isə 

15 faizə endirilməsi planlaşdırıldı.

32

 



1997-ci  ildən  dövlət  büdcəsi  xərclərinin  səmərəli  təşkili,  iqtisadi 

idarəetmədə şəffaf mexanizmlər yaratmaq üçün maliyyə işləri xəzinədarlıq sistemi 

üzrə qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq orqanları təşkil edildi.

33

 



İstehsalı  inkişaf  etdirmək  üçün  respublikanın  kifayət  qədər  investisiya 

imkanları  yox  idi.  Xarici  kapitalı  cəlb  etmək  məqsədilə  "açıq  qapı"  siyasəti 

yeridilməyə  başlandı.  Xarici  investorlara  və  kreditorlara  təminat  verən,  onları 

müdafiə  edən  qanunlar  qəbul  olundu.  Gömrük  vergiləri  sərbəstləşdirildi  və  aşağı 

salındı.  Xarici  sərmayələrə  immunitet  haqqında  Qanun  qəbul  edildi.  Fiziki  və  ya 

hüquqi  şəxslər,  respublikada  qanunların  dəyişdirilməsindən  asılı  olmayaraq,  on  il 

müddətində  investisiyanı  qoyduğu  şərtlərlə  işlətmək  hüququ  aldı.  Xarici 

səhmdarların  gəlirlərinin  repartasiya  olunması  haqqında  da  Qanun  qəbul  olundu. 

Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Bankı,  Beynəlxalq  İnkişaf  Assosiasiyası, 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı  ilə  əməkdaşlıq 

yaradıldı.  Bu,  Azərbaycan  Respublikasının  maliyyə-bank  sistemini  dünya 

standartlarına uyğunlaşdırdı.

34

 

Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur 



dəyişikliklərinə,  mühüm  iqtisadi  tədbirlərin  həyata  keçirilməsinə  kömək  etdi. 

Təkcə  1995-ci  ildə  Dünya  Bankı  Azərbaycana  reabilitasiya  layihəsi  üçün  65 

milyon dollar kredit ayırdı. Bu bank 1997-ci ildə ölkədə 195 milyon dollar dəyəri 

olan  altı  layihəni,  o  cümlədən  Bakı  su  kəmərinin  bərpası,  neft-qaz  sənayesində 

yenidənqurma, kənd təsərrüfatında özəlləşdirmə ilə əlaqədar altı nümunəvi fermer 

təsərrüfatı  yaradılması  layihələrini  maliyyələşdirdi.  Avropa  Yenidənqurma  və 

İnkişaf  Bankı  1997-ci  ildə  Mingəçevir  Su-Elektrik  Stansiyasının  yenidən 

qurulması,  Ağdam-İmişli  330  kilovatlıq  elektrik  xəttinin  bərpası  üçün  21  milyon 

dollar kredit ayırdı.

35

 



Dünya  Bankı  respublikanın  işğaldan  azad  olunmuş  ərazilərində  bərpa 

işlərinə  kömək  məqsədilə  "Bərpa"  proqramı  hazırlanmasında,  onun  həyata 



305 

 

keçirilməsi üçün donor ölkələrin  maliyyə  vəsaitinin cəlb olunmasında fəal iştirak 



edirdi.  Beynəlxalq  maliyyə  təşkilatları  ilə  1997-ci  ildən  Azərbaycana  700  milyon 

dollar  həcmində kredit  kanalları açılması  haqqında razılıq  əldə  olunmuşdu. Təkcə 

Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondu  Azərbaycana  1  milyard  300  milyon 

dollardan çox kredit vermişdi.

36

 

Ölkə  iqtisadiyyatının  dirçəldilməsi  və  inkişaf  etdirilməsi  üçün  xarici 



investisiyalar  cəlb  etmək  olduqca  vacib  idi.  Respublikanın  geniş  potensial 

imkanlarını təbliğ etmək, investorları maraqlandırmaq üçün 1994-cü ilin payızında 

Bakıda, 1995-ci ilin qışında Londonda və Parisdə, 1996-cı ilin baharı və payızında, 

1997-ci  ilin  baharında  Bakıda  və  İstanbulda  beynəlxalq  biznes  konfransları 

keçirildi. Bu konfranslarda Prezident Heydər Əliyevin iştirakı və xarici investorları 

respublikaya  cəsarətlə  vəsait  qoymağa  şəxsən  dəvət  etməsi  çox  səmərəli  oldu. 

1997-1998-ci  illərdə  ABŞ-da  Amerika-Azərbaycan  Ticarət  Palatası  tərəfindən 

keçirilən beynəlxalq konfranslarda respublikanın iqtisadi imkanları geniş müzakirə 

edildi.  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  birinci  vitse-prezidenti  İlham  Əliyevin 

bu  konfranslarda  inandırıcı  və  əhatəli  çıxışları  investorların  respublika 

iqtisadiyyatına  diqqətini  xüsusilə  cəlb  etmişdi.

37

  Bu  sahədə  sonrakı  illərdə  də 



beynəlxalq  iqtisadi  konfrans  və  seminarların  keçirilməsi,  xüsusən  2002-ci  il  may 

ayının 31-də Bakıda Avropa Şurası Parlament Assambleyası İqtisadi Məsələlər və 

İnkişaf  Komitəsinin  iclası  Çərçivəsində  keçirilmiş  "Avropa  və  Xəzərin  enerji 

ehtiyatlarının inkişafı" mövzusunda beynəlxalq seminar və burada İlham Əliyevin 

çıxışı, mövcud iqtisadi və siyasi vəziyyətin hərtərəfli təhlil edilməsi böyük səmərə 

vermişdir.

38

 

2000-ci  ildə  Azərbaycan  Respublikasında  1300-dən  çox  xarici  şirkət  və 



firmanın nümayəndəliyi fəaliyyət göstərirdi.

39

 



Neft  strategiyası.  Azərbaycan  Respublikası  iqtisadiyyatının  böhrandan 

çıxarılması  və  inkişaf  etdirilməsində  neft  sənayesinin  dirçəldilməsi,  müasir 

texnologiyalar  əsasında  yenidən  qurulması  mühüm  əhəmiyyət  kəsb  edirdi. 

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası 

hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu, Azərbaycan neft sənayesində 

yeni eranın başlanğıcı idi.

40

 

Neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, respublikaya 



sərfəli  şərtlərlə  xarici  neft  şirkətləri  ilə  müqavilələr  bağlamaq  üçün  danışıqlar 

aparılması  Azərbaycan  Dövlət  Neft  Şirkətinə  (ADNŞ)  tapşırıldı.  Danışıqlar 

qrupuna  neft  və  beynəlxalq  əlaqələr  üzrə  görkəmli  mütəxəssislər  daxil  edildi.  Bu 

qrupun  fəaliyyətində  İlham  Əliyevin,  Xoşbəxt  Yusifzadənin,  Natiq  Əliyevin  rolu 

xüsusən  səmərəli  oldu,  Azərbaycanın  maraqlarına  tam  cavab  verən  müqavilə 

şərtləri razılaşdırıldı.

41

 


306 

 

Müqavilənin  bağlanmasına  müxtəlif,  əsasən  xarici  qüvvələr  ciddi  mane 



olurdular. Rusiya Federasiyasının təşəbbüsü ilə belə bir tezis irəli sürüldü ki, Xəzər 

dənizi  bütün  Xəzəryanı  ölkələr  üçün  ümumidir  və  onu  milli  sektorlara  bölmək 

olmaz.  Buna  görə  də  Azərbaycan  birtərəfli  qaydada  xarici  şirkətlərlə  neft 

müqavilələri  bağlaya  bilməz.  Diplomatik  notalar,  bəyanatlar  verilirdi.  Xarici 

şirkətlər  belə  fikirdə  idilər  ki,  müqavilə  Xəzər  dənizinin  statusu  həll  ediləndən 

sonra  qüvvəyə  minməlidir.  Lakin  Azərbaycan  hökuməti  tərəfindən  Vaşinqtona 

ezam  edilmiş  ADNŞ-in  birinci  vitse-prezidenti  İlham  Əliyev  ABŞ-da  Energetika 

Nazirliyi  rəhbərləri  ilə  səmərəli  danışıqlar  apardıqdan  sonra  ABŞ  hökumətinin 

dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.

42

 



1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında  ADNŞ  ilə  ABŞ, 

Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri 

neft  şirkətləri  daxil  olan  konsersum  (sonralar  bu  konsersuma  Yaponiya  şirkəti  də 

qoşuldu)  arasında  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  "Azəri",  "Çıraq" 

yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan 

neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə 

dünyada  "Əsrin  müqaviləsi"  adı  ilə  məşhurlaşdı  (2001  -ci  ildən  başlayaraq 

Prezidentin Fərmanı ilə həmin gün respublikada "Neftçi günü" kimi bayram edilir). 

Razılığa  görə,  investisiyanın  80  faizini  konsersum  qoyur,  Azərbaycanın  ümumi 

gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan 

əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.

43

 



"Əsrin  müqaviləsi"nin  təkcə  hazırlanması  və  bağlanmasını  deyil,  həm  də 

həyata keçirilməsini olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane 

olmaq  üçün  xarici  qüvvələrin  dəstəyi  ilə  ölkədə  dövlət  çevrilişi,  Prezidentə  qarşı 

terror  cəhdləri  törədildi.  Hətta  xarici  şirkətlərə  yalan  informasiyalar  və  müxtəlif 

yollarla  təzyiq  göstərməyə  çalışırdılar.  Lakin  Azərbaycan  Prezidenti  H.Əliyevin 

siyasi  iradəsi,  qətiyyəti  və  müdrikliyi  sayəsində  bu  maneələr  müvəffəqiyyətlə 

aradan  qaldırıldı.  Ölkədə  xarici  sərmayələr  qoyuluşu  üçün  ən  vacib  şərt-siyasi 

sabitlik yaradıldı.

44

 

1995-ci  il  noyabrın  10-da  Xəzərin  yeni  aşkar  olunmuş  "Qarabağ" 



strukturunda  və  ona  bitişik  ərazilərdə  kəşfiyyat  aparılması,  yataqların  işlədilməsi 

və çıxarılan neftin bölüşdürülməsi haqqında Rusiya, İtaliya, ABŞ şirkətləri ilə yeni 

saziş  imzalandı.  Müqavilədən  əldə  olunan  daxili  gəlirin  65-80  faizinin 

Azərbaycana çatacağı razılaşdırıldı.

45

 

1996-cı  il  iyunun  4-də  Xəzərin  "Şahdəniz"  yatağının  birgə  işlədilməsi 



haqqında  ADNŞ  ilə  Böyük  Britaniya,  Norveç,  Türkiyə,  Rusiya,  Fransa  və  İranın 

neft  şirkətləri  konsersumu  müqavilə  imzaladılar.  Bu  müqaviləyə  görə  də  ümumi 

gəlirin 80 faizi Azərbaycana çatacaqdı.

46

 Burada dərinliyi 6,5 min m olan quyular 



qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, çox 

307 

 

böyük  qaz  ehtiyatı  olan  bu  yatağın  kəşf  edilməsi  ilə  Azərbaycan  təkcə  neft  deyil, 



həm  də  qaz  "kralına"  çevrildi.

47

  Dövlət  Azərbaycan  qaz  sənayesinin  inkişafı 



strategiyasını  hazırlamağa,  onun  dünya  bazarına  çıxarılması  yollarını 

müəyyənləşdirməyə başladı. 

1996-cı  il  dekabrın  14-də  Xəzərdə  "Dan  ulduzu"  və  "Əşrəfi"  yataqlarının 

birgə işlədilməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın 

13-də  "Lənkəran-dəniz"  və  "Talış-dəniz"  yataqlarının  birgə  istismarı  üzrə  Fransa 

neft şirkətləri ilə ADNŞ arasında sazişlər bağlandı.

48

 

1997-ci  il  avqustun  1-də  Vaşinqtonda  -  "Ağ  Ev"də  ABŞ-ın



 

qabaqcıl  neft 

şirkətləri ilə ADNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron", 

"Naxçıvan", "Oğuz" və "İnam" neft yataqlarında birgə iş barədə üç yeni müqavilə 

imzalandı.

49

 



1998-ci ilin iyun ayında İtaliya, Yaponiya, Türkiyə, ABŞ, Britaniya-Kanada 

neft şirkətləri konsersumu ilə, həmin ilin iyul ayında isə Böyük Britaniya, ABŞ və 

Rusiya  neft  şirkətləri  ilə  ADNŞ  arasında  yeni  neft  müqavilələri  imzalandı.  1999-

2000-ci  illərdə  daha  bir  neçə  neft  müqaviləsi  bağlandı.

50

  2001-ci  ilin  yanvarında 



Zığ və Hövsan yataqları üzrə Rusiyanın LUKOYL şirkəti ilə müqavilə imzalandı.

51

 



Ümumiyyətlə, 1994-2001-ci illərdə ADNŞ 14 ölkənin 32 neft şirkəti ilə 21 

müqavilə imzaladı. 2001-ci ildə bu şirkətlərə  servis xidməti göstərən 400-ə qədər 

xarici şirkət fəaliyyətdə idi.

52

 Bu müqavilələr çərçivəsində Azərbaycana 60 milyard 



dollar həcmində investisiya qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft 

şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 6 milyard dollara qədər 

investisiya qoymuşdu.

53

 



1995-ci ilin aprelində "Əsrin müqaviləsi"ni reallaşdırmaq üçün Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ),  1996-cı  ilin  aprelində  isə  "Qarabağ" 

strukturu üzrə müqaviləni həyata keçirmək üçün "Xəzər" Beynəlxalq Neft Şirkəti, 

habelə başqa müqavilələr üzrə əməliyyat şirkətləri təşkil edildi. Bu şirkətlər qazma 

qurğularından  və  infrastrukturdan  birgə  istifadə  etmək  üçün  xüsusi  klub 

yaratdılar.

54

 

ABŞ-ın "EKSON", "AMOKO", "YUNOKAL", "MOBİL" və "PENZOYL", 



Böyük  Britaniyanın  "Britiş  Petrolium",  Yaponiyanın  "İTOÇİ",  "MİTSUPİ", 

Norveçin  "STATOYL",  Səudiyyə  Ərəbistanının  "DELTA",  Rusiyanın 

"LUKOYL",  Fransanın  "ELF  AQİTEN",  "TOTAL",  İtaliyanın  "ACİP"  kimi 

dünyada  ən  qabaqcıl  neft  şirkətləri  Azərbaycanın  neft,  neft-maşınqayırma 

sənayesinə  müasir  texnologiyalar,  idarəetmə  təcrübəsi  gətirdilər.

55

  Respublikanın 



neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. "Bakı" elmi-tədqiqat 

gəmisi  modernləşdirilib  dünyada  ən  mükəmməl  geofiziki  tədqiqat  gəmilərindən 

birinə  çevrildi.

56

  "Xəzərdənizneft"  yarımdalğa  qazma  qurğusu  yenidən  quruldu, 



"Dədə  Qorqud"  adı  ilə  ikinci  həyatına  başladı.

57

  "Şelf-5"  qazma  qurğusu  əsaslı 



308 

 

şəkildə  yenidən  quruldu,  müasir  avadanlıqla  təchiz  olunaraq,  dünyada  ən  böyük 



üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında "İstiqlal" adı 

ilə  istifadəyə  verildi.

58

  Xəzər  Gəmiqayırma  müştərək  müəssisəsində  1998-ci  ilin 



iyul ayından 2000-ci ilin avqust ayınadək dənizin 7620 m-dək dərin yerlərində neft 

quyuları qazmağa imkan verən "Qurtuluş" adlı ən müasir çoxfunksiyalı özüqalxan 

qazma  qurğusu  yaradıldı.

59

  2002-ci  ilin  yayında  "Azəri",  "Çıraq"  və  "Günəşli" 



yatağında ən yeni texnologiya üzrə Xəzərdə ilk dəfə qazma qurğularının altı üçün 

sualtı  qazma  dayaq  tavası  quraşdırıldı.

60 

Tofiq  İsmayılov  adına  dalğıc, 



"Azərbaycan", İsrafil Hüseynov adına kran gəmiləri təmir edilib yeni avadanlıqla 

təchiz  olundular.

61 

Dənizdə  "Çıraq-1"  platforması  beynəlxalq  standartlara  uyğun, 



Qərb texnologiyası əsasında yenidən quruldu.

62

 Bu platformadan sahilədək 120 m 



dərinlikdə  176  km  neft,  Neft  daşlarına  48  km  qaz  kəmərləri  çəkildi.  Səngəçal 

terminalı tikildi. Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.

63

 

1994-cü  ildən  başlayaraq  hər  ilin  iyun  ayında  Bakıda  xarici  firma  və 



şirkətlərin iştirak etdiyi ənənəvi Beynəlxalq neft-qaz sərgisi təşkil olunurdu. 4000 

nəfərdən  çox  azərbaycanlı  mütəxəssis  dünyanın  ən  qabaqcıl  neft  şirkətləri 

bazasında yeni texnologiya və iş metodlarına yiyələnmişdi. 2001-ci ildə hasilat və 

servis  şirkətlərində  10  mindən  çox  Azərbaycan  vətəndaşı  işləyirdi.

64

  Bakı 


neftçilərinin  böyük  təcrübəsi  yüksək  qiymətləndirilir  və  ondan  səmərəli  istifadə 

olunurdu.  Neft  şirkətlərinin  beynəlxalq  tenderlərdə  bağladığı  müqavilələrin  20 

faizdən  çoxu  Azərbaycan  müəssisələrinin  və  onların  xarici  tərəf  müqabilləri  ilə 

birgə yaratdıqları müəssisələrin payına düşürdü.

65

 

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarından hasil olunacaq ilkin neftin Qara 



dəniz  limanlarına  Rusiya  və  Gürcüstandan  keçən  "Şimal"  (14000  km)  və  "Qərb" 

(920  km)  neft  kəmərləri  ilə  nəql  ediləcəyi  barədə  müqavilələr  bağlandı.

66

  Bakı-


Novorossiysk  "Şimal"  kəmərinin  Azərbaycan  hissəsi  1996-cı  ilin  sonuna  qədər 

hazır  oldu,  mövcud  kəmərə  26  km  yeni  kəmər  əlavə  edildi.  Kəmər  neftlə 

dolduruldu.  1997-ci  il  oktyabrın  25-də  "Şimal"  kəməri  istifadəyə  verildi.

67

  Bakı-



Supsa "Qərb" kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il 

aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.

68

 

1996-cı  ildə  dənizdə  ABƏŞ-in  qazdığı  ilk  neft  quyusu  güclü  fontan  vurdu 



və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu. 

1997-ci  il  noyabrın  12-də  "Əsrin  müqaviləsi"  üzrə  neftin  hasilatına 

başlanıldı. Bu hadisə Bakıda böyük təntənə ilə qeyd edildi.

69

 



Bu  müqavilə  üzrə  əsas  işlərin  birinci  fazasının  başlanması  üçün  Xəzər 

dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, 

uzunluğu  1760  km  olacaq  iridiametrli  Bakı-Tibilisi-Ceyhan  əsas  neft  ixrac 

kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi.

70

  1998-ci  ilin  mayında 



müqavilə  hazırlanması  üçün  işçi  qrup  yaradılmışdı.  Həmin  il  oktyabrın  29-da 

309 

 

Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan  və  Özbəkistan  prezidentlərinin  və 



ABŞ  energetika  nazirinin  imzaladıqları  bəyanat  bu  kəmər  üzrə  danışıqlara  təkan 

verdi.


71

 

1999-cu  il  noyabrın  18-də  İstanbulda  "Xam  neftin  Azərbaycan 



Respublikası,  Gürcüstan  Respublikası  və  Türkiyə  Cümhuriyyətinin  əraziləri  ilə 

Bakı-Tbilisi-Ceyhan  əsas  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair"  saziş 

imzalandı.  Bu  zaman  Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan  və  ABŞ-ın 

dövlət  başçıları  tərəfindən  verilən  "İstanbul  Bəyannaməsi"  layihənin  yüksək 

səviyyədə dəstəkləndiyinə sübut oldu.

72

 



Bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri 

kənardan  təsirlər  nəticəsində  belə  bir  kəmərə  ehtiyac  olacağına  skeptikcəsinə 

yanaşırdılar.  Qoyulacaq  investisiyalar  haqqında  da  müxtəlif  fikirlər  vardı.  Lakin 

Azərbaycan  Prezidentinin  müdrik  siyasəti  sayəsində  bütün  bu  maneələr  dəf 

edildi.

73

  2002-ci  il  avqustun  1-də  bu  kəmərin  tikilməsi  və  idarə  edilməsi  üçün 



BTCKO  (Bakı-Tbilisi-Ceyhan)  şirkəti  təsis  edildi.

74

  2002-ci  il  sentyabrın  18-də 



kəmərin təməli qoyuldu. Bu münasibətlə  təntənələrdə  iştirak etmək üçün Türkiyə 

Respublikasının  prezidenti  Əhməd  Necdət  Sezər,  Gürcüstan  Respublikasının 

prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abrham Bakıya 

gəlmişdilər.  3  milyard  dollara  qədər  dəyəri  olan  bu  kəmərin  sahibi  Azərbaycan 

Dövlət Neft Şirkəti (25 faiz), Böyük Britaniyanın BiPi (30,1 faiz), ABŞ-ın Yunokal 

(8,9  faiz),  Konoko-Filips  (2,5  faiz),  Norveçin  Statoyl  (8,72  faiz),  Türkiyənin 

Türkiyə  Petrolları  (6,53  faiz),  Yaponiyanın  İtoçi  (3,4  faiz)  və  İnpeks  (2,5  faiz), 

Səudiyyə Ərəbistanının Delta Hess (2,36 faiz), İtaliyanın Epi (5 faiz) və Fransanın 

Total Elna Elf (5 faiz) şirkətləri idi.

75 


2001-ci  il  avqustun  30-da  "Əsrin  müqaviləsi"  üzrə  əsas  işlərin  birinci, 

mühüm fazasına başlanıldı.

76

 

Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi  və 



sürətlə  inkişaf  etməyə  başladı.  2002-ci  ildə  ölkədə  15,3  milyon  ton  neft  hasil 

edildi.


77

 Neft müqaviləsi gəlir gətirməyə başladı. 

Prezidentin  Fərmanı  ilə  1999-cu  ilin  dekabrında  "Azərbaycan  Dövlət  Neft 

Fondu" təsis olundu.

78

 Respublika Prezidentinin 2001-ci il 27 dekabr sərəncamı ilə 



bu  fondun  Müşahidə  Şurası  təşkil  edildi.  Azərbaycan  yeni  neft  strategiyasının 

baniləri  Heydər  Əliyev  və  İlham  Əliyev  bu  fondu  güclü  iqtisadiyyat  yaratmaq 

vasitəsi  kimi  qiymətləndirirdilər.  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  Dövlət  Neft 

Fondunu yaratmaqda başlıca məqsəd mineral-xammal ehtiyatlarını təkrar istehsala 

yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən-nəslə keçməlidir.

79

 



Dövlət  Neft  Fondunda  yığılan  vəsaitlər  investisiya  şəklində  Azərbaycan 

iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin 

inkişafı,  yeni  iş  yerləri  yaradılması  üçün,  habelə  gələcək  nəsillərin  neft  hasilatı 


310 

 

səviyyəsindən  və  dünya  bazarında  neftin  qiymətinin  dəyişməsindən  asılılığını 



istisna  edən  proqramlar  həyata  keçirilməlidir.

80

  2003-cü  ilin  əvvəllərində  fondda 



730 milyon ABŞ dolları həcmində vəsait var idi.

81

 Ondan respublikanın iqtisadi və 



sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı. 

İqtisadiyyatın  başqa  sahələrinə  də  xarici  sərmayə  qoyuluşu  sürətlə  artırdı. 

Əgər  1996-cı  ildə  respublikaya  gələn  xarici  investisiyanın  33  faizi  qeyri-neft 

sahələrinə yönəldilmişdisə, 2000-ci ildə bu, 50 faizdən çox idi.

82

 

Ümumiyyətlə,  respublika  iqtisadiyyatına  1993-cü  ildə  15  milyon,  1995-ci 



ildə  375  milyon,  1996-2002-ci  illərdə  9  milyard  (qeyri-neft  sektoruna  3  milyard) 

dollar  xarici  investisiya  qoyulmuşdu.

83 

Xarici  sərmayənin  90  faizi  istehsal 



sahələrinin inkişafına yönəldilmişdi.

84

 



Azərbaycan  Respublikası  iqtisadiyyatının  dirçəldilməsinə  və  inkişafına 

Avropa  Birliyi  "Traceca"  proqramı  üzrə  AVROPA-QAFQAZ-ASİYA  nəqliyyat 

kommunikasiyasının  -  "Yeni  İpək  Yolu"nun  işə  düşməsi  də  əhəmiyyətli  təsir 

göstərirdi. 1993-cü ilin may ayında Avropa Birliyinin təşəbbüsü ilə bu istiqamətdə 

nəqliyyat  dəhlizinin açılması  barədə  8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı 

ilə "Brüssel Bəyannaməsi" qəbul olunmuşdu. 1996-cı il mayın 13-də Azərbaycan, 

Gürcüstan,  Türkmənistan  və  Özbəkistan  respublikaları  arasında  tranzit  yük 

daşınmasının  tənzimlənməsi  sahəsində  əməkdaşlıq  və  dəmiryol  nəqliyyatı 

fəaliyyətinin  əlaqələndirilməsi  haqqında  Sarahs  (Türkmənistandadır)  sazişləri 

imzalandı.

85

 1996-cı ilin dekabrında Odessada Azərbaycan, Gürcüstan və Ukrayna 



respublikaları  başçılarının  Avrasiya  nəqliyyat  dəhlizi  yaradılması  haqqında  saziş 

imzalaması da bu işə qüvvətli təkan oldu.

86

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin