Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
§2 ƏHALĠNĠN SOSĠAL STRUKTURU, 

RĠFAHl VƏ MƏĠġƏTĠ. 

 

Müharibədən  sonrakı  ilk  illərdə  Azərbaycan  SSR-də  əhali  sayının  artımı 



ləng  gedirdi.  1950-ci  ildə  respublikada  2859  min  nəfər  yaşayırdı,  bu  da  1940-cı 

ildəkindən 415 min nəfər az idi.

173

 Azərbaycan əhalisindən yüz minlərlə döyüşçü, 



müharibədən sonrakı ilk ağır illərin iqtisadi, sosial və mənəvi çətinlikləri üzündən 

çoxlu insan dünyasını dəyişmişdi. 

50-ci illərdə Azərbaycanda əhalinin sayı artdı, 1960-cı ildə 3816 min, 1970-

ci ildə isə artıq 5117 min nəfərə çatdı.

174

 

Əhalinin tərkibindəki sosial dəyişikliklərin mühüm meyillərindən biri şəhər 



əhalisinin sürətlə artımı olmuşdu. 1950-ci ildə əhalinin 44, 1970-ci ildə isə artıq 50 

faizi  şəhərlərdə  məskunlaşmışdı.

175

  Buna  səbəb  şəhərlərin  sürətlə  inkişaf  etməsi, 



habelə  kolxozçulara  pasport  verilməsi  idi.  Məsələn,  1951-ci  ildə  respublikada  37 

şəhər və 82 qəsəbə vardısa, 1970-ci ildə onların sayı müvafiq surətdə 57 və 119-a 

çatmışdı.

176


 

Əhalinin sosial strukturunda dəyişikliklərin mühüm amili cəmiyyətdə fəhlə 

sinfinin  kəmiyyət  və  keyfiyyətcə  artması  idi.  Əhalinin  siyahıyaalınması 

nəticələrinə  görə,  1959-cu  ildə  respublikada  fəhlələr  (işləməyən  ailə  üzvləri  ilə 

birlikdə)  əhalinin  36,9  faizini  və  ya  20  il  öncə  olduğundan,  10,6  faizdən  çox 

hissəsini təşkil edirdi.

177

 

Əhalinin  sosial  strukturunda  kolxozçuların  (işləməyən  ailə  üzvləri  ilə 



birlikdə)  payı  1939-cu  ildəki  54,2  faizə  qarşı  1959-cu  ildə  42,4,  1970-ci  ildə  isə 

16,7 faiz təşkil edirdi.

178

 

İstehsalın  həcminin  texniki  səviyyəsinin  artması,  elm,  təhsil  və 



mədəniyyətin yüksəlməsi qulluqçuların nominal sayının davamlı olaraq artmasına 

səbəb olmuşdur. 1970-ci ildə respublikada işləməyən ailə üzvləri ilə birlikdə 1830 

min nəfərə qədər və ya 1939-cu ildəkindən 1,8 dəfə, 1959-cu ildəkindən 1,4 dəfə 

çox qulluqçu vardı. Lakin bu təbəqənin əhalinin sosial strukturunda payı az -1939-

1959-cu  illərdə  cəmi  6  faiz  artmış,  1959-1970-ci  illərdə  isə  dəyişməmiş 

qalmışdı.

179

 

1959-cu  ildə  əhalinin  48  faizini  kişilər,  52  faizini  qadınlar  təşkil  edirdisə, 



1970-ci ildə bu göstəricilər kişilərin xeyrinə 1 faiz dəyişmişdi.

180 


Əhalinin  milli  tərkibində  də  dəyişikliklər  baş  vermişdi.  1959-  1970-ci 

illərdə  azərbaycanlıların  sayı  2494,4  mindən  3776,8  minə,

 

rusların  sayı  501,3 



mindən 510,1 minə, ermənilərin sayı 442,1 mindən 483,5 minə, ləzgilərin sayı 98,2 

mindən  137,3  minə,  avarların  sayı  17,3  mindən  30,7  minə,  yəhudilərin  sayı  40,2 

mindən 41,2 minə

 

çatmışdı.



181

 


101 

 

Müharibə  əhalinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olmuşdu. 



1945-ci  ildə  1940-cı  illə  müqayisədə  Azərbaycan  SSR-də  çörək-bulka  məmulatı 

istehsalı  48,1  faiz,  heyvan  yağı  istehsalı  18,1  faiz  azalmışdı.

182

  Ukraynanı, 



Moldovanı, Rusiyanın cənubunu əhatə edən 1946-cı ilin dəhşətli quraqlığı ölkənin 

kənd təsərrüfatına böyük ziyan vurdu. 

Müharibə  illərində  tətbiq  edilən  şəhər  əhalisinin  mühüm  ərzaq  və  sənaye 

malları ilə dövlət norma təchizatı 1947-ci ilin axırına qədər saxlanılmışdı. 

Ərzaq  əldə  edilməsi  üçün  əsas  mənbələrdən  biri  hələ  1944-cü  ildə  tətbiq 

edilmiş  dövlət  kommersiya  ticarəti  idi.  Burada  mallar  kartoçkasız,  lakin  yüksək 

qiymətlərlə  satılırdı.  Kommersiya  ticarəti  kolxoz  bazarında  qiymətlərin  aşağı 

düşməsinə kömək edir, azad ticarətə keçilməsində mühüm rol oynayırdı. 1947-ci il 

dekabrın 14-də  ərzaq  və  sənaye  mallarına  kartoçka sistemi ləğv edildi və onların 

vahid  dövlət  pərakəndə  qiymətləri  ilə  satışına  keçildi.  Eyni  zamanda  pul  islahatı 

keçirildi ki, bu da ölkənin pul sisteminin möhkəmlənməsinə imkan verdi. 

İstehsalın  ardıcıl  olaraq  artması  əhalinin  gəlirlərinin  çoxalmasına  səbəb 

oldu. 

1945-ci  ildən  1947-ci  ilədək  fəhlə  və  qulluqçuların  orta  aylıq  əmək  haqqı 



32,5 faiz artmış,

183


  1950-ci  ildə  isə  müharibədən  əvvəlki  səviyyəni  80,7  faiz  ötüb 

keçmişdi.

184

 

1948-ci  ildən  başlayaraq  ərzaq  məhsullarının  və  sənaye  mallarının 



pərakəndə satış qiymətləri ardıcıl aşağı salındı. 1950-ci ildə qiymətlər 1947-ci illə 

müqayisədə bütövlükdə 43 faiz, o cümlədən ərzaq məhsulları üzrə 47 faiz, sənaye 

malları  üzrə  35  faiz  aşağı düşmüşdü.

185


  Sonrakı  illərdə  də  əmək  haqqının  alıcılıq 

qabiliyyəti ərzaq məhsullarının və sənaye mallarının pərakəndə satış qiymətlərinin 

aşağı salınması hesabına artmışdı. 1950-ci ildən 1960-cı ilədək ərzaq məhsullarının 

qiymətləri  3,2  faiz,  qeyri-ərzaq  məhsullarının  qiymətləri  isə  22  faiz  aşağı 

düşmüşdü. 1951-1954-cü illərdə qiymətlər dörd dəfə aşağı salındıqdan sonra dövlət 

ticarət  şəbəkəsində  ərzaq  məhsullarının  qiyməti  1950-ci  illə  müqayisədə  orta 

hesabla  30  faiz,  sənaye  mallarının  qiyməti  isə  19  faiz  aşağı  oldu.

186


  Kartoçka 

sisteminin  ləğvi  və  vahid  qiymətlərin  qoyulması  dövlət  və  bazar  qiymətləri 

arasında fərqin tədricən azalmasına kömək edirdi. 

Amma  nə  pul  islahatı,  nə  də  qiymətlərin  aşağı  salınması  əhalinin  alıcılıq 

qabiliyyətinin    əhəmiyyətli    dərəcədə    artmasına    gətirib  çıxarmadı.  1948-ci  ildə 

qiymətlərin ümumi səviyyəsi 1940-cı ildəkindən üç dəfə yüksək idi.

187

 

1956-cı  il  sentyabrın  8-də  hökumət  azmaaşlı  fəhlə  və  qulluqçuların  əmək 



haqqını  1957-ci  il  yanvarın  1-dən  artırmağı  qərara  aldı.

188 


Azmaaşlı  zəhmət 

adamlarının  əmək  haqqının  artırılması  ilə  yanaşı,  ixtisas  səviyyəsindən,  iqtisadi 

əhəmiyyətindən,  mürəkkəbliyindən,  əmək  tutumundan,  iş  şəraitindən,  coğrafi  və 

iqlim şəraitindən asılı olaraq, fəhlə və qulluqçuların əmək haqqı tənzimləndi. 1958-



102 

 

ci ildən 1970-ci ilədək fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1,5 dəfə artıb 



109,6 manata çatmışdı.

189


 

Kənd  təsərrüfatı  istehsalının  artması,  heyvandarlıq  məhsulları  tədarükünün 

mütləq  normalarının  azaldılması,  kənd  təsərrüfatı  məhsullarının  tədarük  və 

satınalma 

qiymətlərinin 

artırılması 

kolxozçuların 

maddi 


vəziyyətinin 

yaxşılaşmasına  kömək edirdi. 1949-cu ildə  Azərbaycan  kolxozçularının pul  gəliri 

1940-cı  ildəkindən  1,5  dəfə  çox  idi.  1960-cı  illərdə  kolxozlarda  əmək  haqqı  2,6 

dəfə artıb 80 manata çatmışdı.

190

 

1957-ci  ildə  istiqrazlara  inzibati-amirlik  metodu  ilə  abunə  yazılışının 



dayandırılması əhalinin real gəlirinin artmasına kömək etdi.

191


 

Fəhlə  və  qulluqçuların  fərdi  əmək  haqlarına,  habelə  kolxozçu  kəndlilərin 

gəlirlərinə  mühüm  əlavə  sosial-mədəni  tədbirlərə  sərf  edilən  dövlət  xərcləri  idi. 

1960-cı  ildə  Azərbaycan  SSR-in  dövlət  büdcəsindən  sosial-mədəni  tədbirlərə 

xərclər 1940-cı ildəkindən 4,4 dəfə çox idi.

192


 

60-cı illərdə ictimai istehlak fondlarından ödəmə və güzəştlər 2,6 dəfə artıb, 

1970-ci ildə 972,9 mln manata çatmışdı.

193


 

Əhalinin maddi təminatında təqaüdlərin əhəmiyyəti böyük idi. 1970-ci ildə 

Azərbaycanda 643 min təqaüdçü var idi. SSRİ Ali  Soveti 1956-cı il iyulun 14-də 

dövlət  təqaüdçüləri  haqqında  Qanun  qəbul  etdi.  Qanuna  əsasən  qocalığa  görə 

təqaüdlərin  həcmi  iki  dəfədən  çox,  əlilliyə  görə  təqribən  50  faiz  artırılırdı.  Ailə 

başçısını itirmiş

 

ailələrin müavinətlərinə 60 faiz əlavələr edilirdi. 



İctimai 

istehlak 

fondlarından 

uşaqların 

məktəbəqədər 

tərbiyə 


müəssisələrində  təminatına,  uşaqların  yay  pioner  düşərgələrində

 

istirahətinin 



təşkilinə,  çoxuşaqlı  və  tək  analara  yardım  göstərilməsinə  xeyli  vəsait  ayrılırdı. 

Əmək  qabiliyyətini  müvəqqəti  itirən  bütün  fəhlə  və  qulluqçular  sosial  sığorta 

hesabına  müavinət  alırdılar.  1957-ci  il  fevralın  1-dən  əmək  stajından  asılı 

olmayaraq bu müavinətlər əmək haqqından 100 faiz həcmində verilirdi.

194

 

Əhalinin  əmanət  kassalarına  pul  qoyuluşları  çoxalmışdı.  1970-ci  ildə  779 



min əmanətçi əmanət kassalarında 524 milyon manat pul saxlayırdı.

195


 

Sənaye  və  kənd  təsərrüfatı  istehsalının,  eləcə  də  əhalinin  real  gəlirinin 

artmasına  müvafiq  olaraq  Azərbaycan  SSR-də  dövlət  və  kooperativ  ticarətində 

pərakəndə  mal  dövriyyəsinin  ümumi  həcmi  əvvəlki  səviyyəni  ötüb  keçmişdi.

196

 

Ticarət müəssisələrinin sayı 15607-ə çatmışdı. 



Əhaliyə  ərzaq  mallarının  satışı  durmadan  artırdı.  1950-ci  ildə  adambaşına 

ərzaq  satışı  1940-cı  il  səviyyəsini  2  dəfə  ötüb  keçmişdi.  50-60-cı  illərdə  bu 

göstərici 1,9 dəfə artmışdı.

197


 

Ərzaqla  təchizatın  yaxşılaşmasına  ictimai    iaşə  müəssisələri  kömək  edirdi. 

1970-ci ildə respublikada 6209 ictimai iaşə müəssisəsi var idi.

198 


Lakin ictimai iaşə 

103 

 

şəbəkəsi  hələ  kifayət  qədər  inkişaf  etməmişdi.  İctimai  iaşənin  bir  çox 



müəssisələrində xidmət mədəniyyəti aşağı səviyyədə idi. 

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində onların şəxsi və 

kollektiv  çoxsahəli  yardımçı  təsərrüfatları,  eləcə  də  kolxoz  ticarəti  mühüm  rol 

oynayırdı. 50-60-cı illərdə kolxoz bazarlarında mal satışı 2,5 dəfə çoxalmışdı.

199

 

Fəhlə  və  qulluqçuların,  habelə  onların  ailələrinin  ərzaq  məhsulları  ilə 



təchizatının  xeyli  yaxşılaşmasına  baxmayaraq,  onlar  tərəfindən  ət  və  süd 

məhsullarının,  yumurta,  şəkər,  tərəvəz  və  digər  ərzaq  növlərinin  istehlakı  kifayət 

qədər olmayıb, elmi cəhətdən əsaslandırılmış normalardan aşağı idi. 

Fəhlə  və  qulluqçuların  əmək  şəraitinin  yaxşılaşdırılmasına  böyük  qayğı 

göstərilirdi.  Xalq  təsərrüfatı  mütəmadi  olaraq  yeni  texnika  ilə  təchiz  edilir, 

mexanikləşmənin  və  elmin  nailiyyətlərinin  istehsalata  tətbiqi,  ağır,  çox  zəhmət 

tələb edən işlərin avtomatlaşdırılmasından qismən istifadə işçilərin əmək şəraitinin 

yaxşılaşdırılmasına  səbəb  olmuşdu.  SSRİ  Ali  Sovetinin  1956-cı  il  26  mart  tarixli 

Fərmanı  ilə  ana  qadın  əlavə  112  günlük  (56  gün  doğumdan  qabaq  və  56  gün 

doğumdan sonra) pulu ödənilən məzuniyyət alırdı.

200

 Yeniyetmələrin və gənclərin 



iş  şəraitini  və  mühafizəsini  yaxşılaşdırmaq  üçün  mühüm  tədbirlər  görülmüşdü. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1955-ci il 15 avqust tarixli Fərmanı ilə 14-16 

yaşlı şagirdlər üçün istehsalatda dörd saatlıq iş günü tətbiq edilmişdi. 1956-cı ildən 

16 yaşından 18 yaşına qədər fəhlə və qulluqçular üçün 6 saatlıq iş günü müəyyən 

olunmuşdu. Zərərli istehsalatların fəhlələri üçün əlavə məzuniyyət və qısaldılmış iş 

günü tətbiq edilirdi. 

İstirahət  günləri  qabağı  və  bayramqabağı  günlər  iş  günü  əmək  haqqı  tam 

saxlanılmaqla 4 saata qədər azaldıldı. 

Əhalinin  məişətinin  yaxşılaşmasında  tikinti  sənayesinin  sürətlə  artması 

mühüm rol oynadı. Təkcə dövlət və kooperativ təşkilatları tərəfindən 1945-1955-ci 

illərdə respublikada 1779 min kvadrat-metr mənzil sahəsi istifadəyə verilmişdi.

201


 

Mənzil  tikintisinin  genişləndirilməsi  və  təkmilləşdirilməsi  üçün  Sov.İKP 

MK-nın  və  SSRİ  Nazirlər  Sovetinin  1957-ci  il  31  iyul  tarixli  "SSRİ-də  mənzil 

tikintisinin  inkişafı  haqqında"  qərarının  müstəsna  əhəmiyyəti  oldu.

202

 

Azərbaycanda  dövlət  və  kooperativ  təşkilatları  tərəfindən  1956-1960-cı  illərdə 



7425  min,  1961-1970-ci  illərdə  isə  16010  min  kvadrat  metr  mənzil  sahəsi 

istifadəyə verilmişdi.

203

 

Tikinti  işlərinin  geniş  vüsət  alması  ilə  əlaqədar  bir  çox  müəssisələrdə 



yaşayış  evlərinin  tikintisində  fəhlə  və  qulluqçuların  şəxsi  əməyindən  istifadə 

olunurdu  ki,  bu  da  onlara  həmin  evlərdə  mənzil  sahəsi  almaq  hüququ  verirdi. 

Göstərilən  işdə  bir  sıra  sənaye  müəssisələrinin  və  tikinti  təşkilatlarının  fəhlə  və 

qulluqçularının evləri öz qüvvələri ilə - "xalq tikintisi üsulu" ilə tikmək təşəbbüsü 

mühüm əhəmiyyət kəsb edirdi.

204


 

104 

 

Tikintinin  sürətinin  durmadan  artmasına  baxmayaraq,  mənzil  problemi 



bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  kəskin  olaraq  qalırdı.  Müharibədən 

sonrakı illərdə respublikada şəhər və qəsəbələrin sayı sürətlə artırdı. 1946-1970-ci 

illərdə 32 yeni şəhər və 59 qəsəbə salındı.

205


 Mingəçevir, Sumqayıt, Əli Bayramlı 

şəhəri müasir şəhərsalma mədəniyyətinin gözəl nümunələri idi. 

Şəhərlərin, fəhlə qəsəbələrinin və kəndlərin abadlaşması, kommunal-məişət 

xidmətinin  genişlənməsi  də  əhalinin  həyat  şəraitinin  yaxşılaşmasına  çox  kömək 

edirdi. 1970-ci ildə respublikada

 

şəhər ümumi ictimai mənzil fondunun 81 faizi su 



kəmərləri,  79  faizi  kanalizasiya,  54  faizi  mərkəzi  isitmə  və  buxardan  istifadə 

sistemi, 93 faizi qazla təchiz olunmuşdu.

206

 

Şəhər nəqliyyatı genişlənməkdə idi. Trolleybus xətlərinin uzunluğu 1945-ci 



ildəki 8,1 km-dən 1970-ci ildə 145 km-ə, sərnişin daşınması isə müvafiq olaraq 4,3 

mln  -dan  57,5  mln  nəfərə  çatdı.

207 

1955-ci  ildə  Gəncə  şəhərində  trolleybus  xətti 



istismara verildi. 1958-ci ildə Sumqayıt şəhərində tramvay xətti işə düşdü.

208


 

Bakı  şəhərinin  abadlaşdırılmasına  diqqət  artırıldı.  SSRİ  Xalq  Komissarları 

Sovetinin "Bakı şəhərinin şəhər təsərrüfatına kömək tədbirləri haqqında" 1945-ci il 

16  yanvar  tarixli  və  "Bakı  şəhərinin  şəhər  təsərrüfatını  yaxşılaşdırmaq  sahəsində 

tədbirlər  haqqında"  1946-cı  il  5  yanvar  tarixli  qərarları  respublika  paytaxtının 

təsərrüfatını yaxşılaşdırmaq üçün geniş imkanlar yaratdı.

209

 

Bakı  şəhərində  böyük  dəyişikliklər  baş  verdi.  Şəhərin  ətrafında  yeni 



qəsəbələr  salındı.  1951-1960-cı  illərdə  şəhərdə  2022,1  min  kvadrat  metr  mənzil 

sahəsi,


210

 televiziya mərkəzi, respublika stadionu, Dzerjinski adına (indiki Şəhriyar 

adına) klub, bir sıra yay kinoteatrları və s. tikilmişdi. 

SSRİ  Nazirlər  Soveti  tərəfindən  1951-ci  ildə  Bakı  su  kəmərinin  ikinci 

növbəsinin  tikilməsi  barədə,

211


  1959-cu  ildə  isə  Bakı  və  onun  rayonlarının  qazla 

fasiləsiz  təchiz  edilməsi,  bütün  yaşayış  massivlərinin  1960-cı  ilə  qədər  tam 

qazlaşdırılması haqqında qərar qəbul edilmişdi.

212


 1957-ci ildə şəhərə su verilməsi 

xeyli artdı.

213

 Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi. 



1967-ci il noyabrın 6-da Bakı metropoliteninin birinci növbəsinin istismara 

verilməsi respublikanın həyatında böyük hadisə oldu.

214 

O, SSRİ-də beşinci, Yaxın 



Şərqdə birinci metropoliten idi. 

Azərbaycan  kəndlərinin  siması  xeyli  dəyişdi.  Məsələn,  Göyçay  rayonunun 

"Bolqarıstan"  kolxozunda  geniş  asfalt  küçələr  salınmış,  şəhərtipli  çoxlu  evlər 

tikilmişdi.  Gecələr  küçələr  elektriklə  işıqlandırılırdı.  Kolxozun  öz  univermağı, 

onillik  məktəbi  və  xəstəxanası  var  idi.  50-ci  illərin  axırlarında  Quba  rayonunda 

Qudyalçay  üzərində  yeni  körpü  salınmışdı.  1958-ci  ildə  rayon  mərkəzində 

televiziya yarımstansiyası işə başladı. 

İnsanların  məişətinə  paltaryuyan  maşınlar,  soyuducular,  tozsoranlar,    tikiş 

maşınları, elektrik çaynikləri, ütüləri geniş daxil olmağa başladı. 


105 

 

İnsanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlamlığının mühafizəsinə 



sərf edilən vəsait  artır,  müalicə-profilaktika  müəssisələrinin şəbəkəsi  genişlənirdi. 

1940-1970-ci  illərdə  Azərbaycanda  xəstəxanaların  sayı  222-dən  779-a,  onlardakı 

çarpayıların  sayı  12,6  mindən  48,8  minə,  ambulator-poliklinika  müəssisələrinin, 

qadın məsləhətxanalarının sayı 1097-dən 1388-ə qədər artmışdı.

215

 

Həkimlərin və orta tibb işçilərinin sayı durmadan artırdı. Əgər 1940-cı ildə 



Azərbaycanda  3,3  min  həkim  olmuşdusa,  1970-ci  ildə  onların  sayı  13,1  minə 

çatmışdı.  Həmin  müddət  ərzində  orta  tibb  işçilərinin  sayı  7,5  min  nəfərdən  39,7 

min nəfərə qədər artmışdı.

216


 

Əhalinin sağlamlığının mühafizəsində sanatoriya-kurort müalicə və istirahət 

evləri  də  mühüm  rol  oynayırdı.  Əgər  1946-cı  ildə  həmkarlar  ittifaqlarının  38 

istirahət  evi  və  sanatoriyası  var  idisə,

217

  1970-ci  ildə  onların  sayı  99-a  çatdı.



218

 

Əməkçilər  Mərdəkanda,  Naftalanda,  Şuşada,  İstisuda,  Şəkidə  müalicə  olunur  və 



istirahət edirdilər. 

Adamların maddi rifahının yaxşılaşması və səhiyyə sahəsindəki nailiyyətlər 

əhali arasında ölüm hadisələrinin azalmasına və təbii artımın müntəzəm artmasına 

kömək edirdi. 

İnsanların 

sağlamlığının 

möhkəmləndirilməsində, 

onların 


əmək 

qabiliyyətinin  saxlanılmasında  bədən  tərbiyəsi  hərəkatı  mühüm  rol  oynayırdı. 

İdman qurğuları şəbəkəsi ilbəil artır, onların sayı 1946-cı ildəki 1932-dən 1970-ci 

ildə 5455-yə çatmışdı.

219

 İdman oyunları, yarışlar və spartakiadalar, bədən tərbiyəsi 



hərəkatının  əhali  arasında  geniş  yayılması  böyük  əhəmiyyət  kəsb  edirdi.  İlk  dəfə 

1949-cu ildə fabrik və zavod kollektivlərinin spartakiadası keçirilmişdi.

220

 

Azərbaycanda  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  üçün  könüllü  idman 



cəmiyyətləri  -  "Neftçi",  "Spartak",  "Məhsul"  minlərlə  oğlan  və  qız  arasında 

müntəzəm idman işi aparırdılar. 

Beləliklə, müharibədən sonrakı illərdə həyata keçirilmiş kompleks tədbirlər 

nəticəsində  Azərbaycanda  əhalinin  maddi  rifahının  yüksəlməsi  təmin  olunmuş, 

zəhmət adamlarının əmək və məişət şəraiti yaxşılaşmışdı. 

 

 



106 

 

 



II FƏSİL 

 

ĠCTĠMAĠ-SĠYASĠ HƏYAT 



 

(1945-1960-cı illər) 

 

§1. TOTALĠTAR SĠYASĠ REJĠMĠN SƏRTLƏġMƏSĠ 

 

İkinci dünya müharibəsi, onun tərkib hissəsi - Böyük Vətən müharibəsi başa 



çatdıqdan sonra bəşəriyyətin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi. 

Sovetlər ölkəsində 1945-ci ilin sentyabrında Dövlət Müdafiə Komitəsi fəaliyyətini 

dayandırdı.  1946-cı  il  fevralın  10-da  SSRİ  Ali  Sovetinə  yeni  seçkilər  keçirildi. 

Həmin  ilin  martında  SSRİ  Ali  Soveti  xalq  komissarları  sovetlərini  nazirlər 

sovetlərinə  çevirmək  haqqında  qanun  qəbul  etdi.

1

  İ.V.Stalin  SSRİ  Nazirlər 



Sovetinin  sədri  təsdiq  olundu.  Əslində  siyasi  hakimiyyət  yenə  də  ÜİK(b)P  MK 

Siyasi  Bürosunun  əlində  idi.  Az  sonra  bu  siyasi  qurum  da  praktiki  olaraq 

fəaliyyətdən  qaldı.  Stalin  dövləti  və  partiyanı  MK  Siyasi  Bürosunun,  1952-ci  il 

oktyabrından  (partiyanın  XIX  qurultayından  sonra)  isə  MK  Rəyasət  Heyətinin 

daxilində  şəxsi  seçimi  ilə  yaradılan  "üçlük",  "beşlik",  "altılıq"  və  s.  vasitəsilə 

təkbaşına idarə etməyə çalışırdı. Partiya nizamnaməsi pozulur, ali orqanlar vaxtlı-

vaxtında  çağırılmır  (XVIII  qurultayla  XIX  qurultay  arasından  13  il  yarım 

keçmişdi), kollegiallıq prinsipinə əməl olunmurdu.

2

 

Stalinin  şəxsiyyətinə  pərəstiş,  onun  əlaltılarının  partiyaya,  dövlətə  zidd 



hərəkətləri  və  siyasi  avantürist  Beriyanın  cinayətkar  fəaliyyəti  totalitar  rejimin 

güclənməsinin əsas səbəblərindən idi. 1949-cu il aprelin 12-də şəhər və rayon milis 

orqanlarında  siyasi  idarələr  yaradıldı,  avqustun  9-da  paytaxtlarda,  o  cümlədən 

Bakıda  milisə  xüsusi  hüquqlar  verildi,  oktyabrın  13-də  milis  SSRİ  Dövlət 

Təhlükəsizlik  Nazirliyinin  tabeçiliyinə  keçirildi.

3

  Fikirlərə  nəzarət,  gizlin  izləmə, 



çuğulluq  (donos)  genişləndi.

4

  Əsassız  repressiyalar  başlandı.  Repressiyanın  əsas 



hədəfləri,  ilk  növbədə,  əsirlikdən  qayıtmış  müharibə  iştirakçıları  oldular.  Vətənə 

qaytarılan  keçmiş  əsirlərin  üzərində  və  ''tələbələrin  əhvali-ruhiyyəsinə  nəzarət" 

gücləndirildi.  Partiya  dövlət  mətbuatında  və  başqa  ideoloji  təbliğat  vasitələrində 

1952-ci


 

ilin sonu - 1955-ci ilin əvvəllərində dərc olunan materiallarda 1937-ci ilin 

qanlı havası sezilirdi.

5

 



Stalinin şəxsiyyətinə pərəstişi formalaşdırmaq totalitar üsuli-idarəni daha da 

gücləndirməyin vasitələrindən biri idi. 

Totalitar  rejimin  sərtləşməsinin  təzahürlərindən  biri  elm,  ədəbiyyat  və 

incəsənət  üzərində  "hakim"  ideologiyanın  inhisarının  daha  da  güclənməsi  idi. 



107 

 

ÜİK(b)P  MK  1947-1951-ci  illərdə  fəlsəfə,  biologiya,  fiziologiya,  siyasi  iqtisad, 



dilçilik və başqa elm sahələri üzrə açdığı "elmi" diskussiyalarda əslində geniş elmi 

mübahisə  yox  idi,  "marksist"  maskası  geymiş  elmdə  təsadüfi  fırıldaqçılar, 

ehkamçılar hökm edirdilər. Bu cür həqiqi elmdən uzaq olan, "hakim ideyaya" tabe 

olmaq məqsədini daşıyan saxta tədbirlər ölkədə elmin inkişafına ciddi ziyan vurdu. 

Genetika belə, lazımsız elm kimi yasaq edilmişdi. 

Azərbaycanda  da  "Lisenko  məktəbinə"  uyğunlaşmayan  bioloqlar  - 

M.Ə.Axundov və başqaları təqib olunurdular. Şəxsiyyətə pərəstişin ağır nəticələri 

ictimai,  humanitar,  ələlxüsus,  tarix  elmində  özünü  daha  çox  göstərirdi.  XX  əsrin 

tarixinə  aid  tədqiqatlar  "ÜİK(b)P  tarixinin  qısa  kursu"nun  təsiri  altında  qalmışdı. 

Faktlar  saxtalaşdırılırdı.  Şimali  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  istilası 

haqqında həsətinə qarşı çıxış edən mütərəqqi milli burjuaziyanın nümayəndələrinin 

müstəqil  Azərbaycan  Respublikası  uğrunda  mübarizəsi  saxtalaşdırılırdı.  Sovet 

üsuli-idarəsinin, təkpartiyalı siyasi sistemin, cəmiyyət həyatının bütün sahələrində 

partiya  amirliyinin,  ictimai  mülkiyyətin,  "sosialist"  istehsal  münasibətlərinin 

ziddiyyətləri ört-basdır olunurdu.

6

 



Həqiqəti yazmaq cəhdlərinin qabağı tezliklə təqib, habelə müxtəlif cəzalarla 

alınırdı.  Mir  Cəfər  Bağırovun  əlaltıları  olan  satqınlar  dəstəsi  -  Markaryan, 

Qriqoryan,  Yemelyanov-Borşov  və  Sumbatov-Topuridze,  Atakişiyev  Azərbaycan 

xalqının  ən  qabaqcıl,  nüfuzlu  şəxsiyyətlərinə,  ələlxüsus  millətin  mənəvi  aparıcı 

təbəqəsi  olan  ziyalılara  qarşı  səlib  yürüşünə  başlamışdılar.  Azərbaycan  neftçi 

alimlərindən  Ələşrəf  Əlizadə,  Baxışbəy  Sultanov,  Əli  Muradbəyli  Cəmil,  Yusif 

Səfərov,

7

  filosoflardan  Heydər  Hüseynov,  Əli  Əlizadə,  yazıçılardan  Əbülhəsən 



Ələkbərzadə,  şairlərdən  Səməd  Vurğun,  bəstəkarlardan  Üzeyir  Hacıbəyov  və 

başqaları təqiblərin əsas obyektləri idilər.

 

İstedadlı  filosof,  görkəmli  alim  və  ictimai  xadim,  akademik  Heydər 



Hüseynovun  1949-cu ildə çap olunmuş "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi 

fikir  tarixindən"  əsəri  Stalin  mükafatı  almışdı.  Elmi-ictimaiyyət  və  cəmiyyət 

tərəfindən ehtiramla qəbul olunmuş kitab "Şamilin başçılığı ilə hərəkat, müridizm, 

guya  Rusiya  xalqına  qarşı  mübarizə  kimi  qiymətləndirilmiş",  məhz  buna  görə 

Stalin  mükafatı  hökumətin  qərarı  ilə  ləğv  edilmişdi,  müəllif  ağır  təqiblərə  məruz 

qalmış, özünə qarşı haqsızlığa görə intihar etmişdi.

9

 

Ədəbi jurnallar, teatr repertuarları və kino sənəti haqqında ÜİK(b)P MK-nın 



1946-1948-ci illərdə qəbul etdiyi qərarlarda bədii formanın "yüksək ideyalara" tabe 

edilməsinin  "geniş  proqramı"  verilmişdi.  Ədəbiyyat  və  incəsənətdə  fərdiliyə, 

milliliyə  "formalizm"  damğası  vurulurdu.  "Sosialist  realizmi"  ideoloji  qəlibindən 

kənara  çıxmaq,  cəmiyyətin  həyatında  mövcud  olan  nöqsanlardan,  ziddiyyətlərdən 

danışmaq olmazdı. 


108 

 

Azərbaycan  xalqının  dastanları  feodal  münasibətlərini  təbliğ  etməkdə, 



qeyri-xəlqilikdə  ittiham  olunurdu.  Türk  dünyasının  möhtəşəm  orta  əsr  abidəsi 

"Kitabi-Dədə  Qorqud"  "irticaçı  feodal-xan  eposu"  adı  ilə  damğalanmış,  onun 

tədqiqatçıları təqiblərə məruz qalmışdılar. A.A.Bakıxanov idealizmdə, fanatizmdə, 

xan və bəyləri müdafiə etməkdə, M.M.Kazım bəy "çarizmin sadiq qulu" olmaqda 

günahlandırılırdı. 

Akademik 

M.A.Dadaşzadə 

"Türkiyə 

casusu" 

kimi 


damğalanmışdı.  Akademik,  yazıçı  M.İbrahimov,  professor,  SSRİ  Elmlər 

Akademiyasının  müxbir  üzvü  A.O.Makovelski  elmi-siyasi  sayıqlığı  itirməkdə 

tənqid  edilmişdi.  M.Rəfili  "kosmopolit"  damğası  ilə  işdən  uzaqlaşdırılmış, 

Süleyman  Vəliyev  sürgün  olunmuşdu.  M.C.Bağırov  AK(b)P  XIX  qurultayında 

(1952,  sentyabr)  Səməd  Vurğunu  hədələyərək,  "Sən  ləngimədən  kommunizmin 

əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan" - demişdi.

10

 

Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən 



güc orqanlarına başqa millətlərin, əsasən rus və  ermənilərin nümayəndələrini cəlb 

edirdi.  Bu  şovinist  münasibətdən  erməni  millətçiləri  azərbaycanlı  kadrlara  qarşı 

hiyləgərcəsinə  istifadə  edirdilər.  Hətta  M.C.Bağırov  belə  vəziyyətin  güc 

orqanlarında kök saldığını hiss edərək, 1945-1953-cü illərdə Azərbaycan xalqının

 

qatı  düşməni  olan  bir  sıra  erməni  daşnak  fitnəkarlarını  ifşa  edərək  respublikadan 



qovmuşdu.  Qarabağın,  Naxçıvanın  və  başqa  tarixi  Azərbaycan  torpaqlarının 

erməni  ərazisi  olduğunu  "yaradıcılığı"nda  əsaslandırmağa  çalışan  yazıçı  Marietta 

Şaginyanın  Bakıya  gəlməsini  rədd  etmişdi.  O,  eyni  münasibəti  marşal 

İ.Baqramyanın  qardaşı  Baqramova  və  1918-ci  ilin  martında  Bakıda 

azərbaycanlıların  qırğınını  təşkil  edən  Stepan  Şaumyanın  oğlu,  "Böyük  Sovet 

Ensiklopediyası"nın  baş  redaktorunun  müavini  Levon  Şaumyana  qarşı  da  tətbiq 

etmişdi.

11

 



İnzibati-amirlik  üsuli-idarəsinin  güclənməsi,  sözdə  verilmiş  "demokratik" 

hüquqların  çoxunun  təmin  olunmaması  insanların  ictimai-siyasi  həyatda,  dövlət 

idarəçiliyində  fəal  iştirakına  ciddi  maneələr  törədirdi.  "Xalq  hakimiyyəti" 

orqanlarına seçkilər formal, inzibati nəzarət, hətta təzyiq altında keçirilirdi. 

Zehni  inkişaf  səviyyəsi  yüksək  olan  əhalinin,  xüsusən  gənclərin  arasında 

mövcud  quruluşun  ziddiyyətlərini,  həqiqi  mahiyyətini  dərk  edənlər  çoxalırdı. 

Təşkilatlanmaq  və  mübarizə  aparmaq  arzusunda  olanlar  da  vardı.  Gizli  fəaliyyət 

göstərən "İldırım" təşkilatının üzvü olan bir  qrup vətənpərvər və  romantik  gənc  - 

İsmixan  Rəhimov,  Gülhüseyn  Abdullayev,  Hacı  Zeynalov,  Kamal  Əliyev,  Aydın 

Vahidov  və  b.  Azərbaycanın  azadlığa  çıxması  üçün  xalqa  onun  qüvvələrini 

birləşdirə  biləcək  güclü,  tanınmış  bir  liderin  rəhbərlik  etməsini  vacib  bilərək, 

S.Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün. 

İstibdada  qarşı  açıq  mübarizə  üçün  hələ  real  vəziyyət  yaranmamışdı.  Təşkilat 


109 

 

1947-ci ilin əvvəllərində fəaliyyətini dayandırdı. 1948-1949-cu illərdə onun 8 fəal 



üzvü həbs edilib sürgün olundu.

12

 



Xaricdə  fəaliyyət  göstərən  siyasi  mühacirlərin  də  Azərbaycanda  sovet 

rejiminə  qarşı  fəaliyyəti  genişlənirdi.  Müharibədən  sonrakı  illərdə  Azərbaycan 

mühacirləri  "əski"  və  "yeni"  mühacirlər  adlanan  qruplara  bölünmüşdü,  onların 

arasında  əsas  məsələlərdə  birlik  yox  idi.

13

  M.Ə.Rəsulzadə  1949-cu  ildə  Ankarada 



"Azərbaycan  kültür  dərnəyi"  təşkil  etmişdi.  Onun  rəhbərliyi  ilə  1952-ci  ildən 

Ankarada  "Azərbaycan"  jurnalı  nəşr  olunmağa  başlanmışdı.  Bolşevizmə  qarşı 

mübarizədə  Mirzə  Bala  Məmmədzadə  (1954-cü  ildən  Münhendə  (Almaniya) 

SSRİ-ni öyrənən institutun Azərbaycan dilində nəşr etdiyi siyasi jurnalın redaktoru 

idi),  Əbdürrəhman  Fətəlibəyli-Düdənginski  (1945-1954-cü  illərdə  Münhendə 

ABŞ-ın  təsis  etdiyi  Azadlıq"  radiosunun  Azərbaycan  şöbəsinin  rəhbəri  idi)  və 

başqaları da fəal iştirak edirdilər.

14 


 

 

 




Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin