SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi


MƏŞĞƏLƏ: OXUNUN DİFERENSİAL AIQORİTMİNİN



Yüklə 0,89 Mb.
səhifə5/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

MƏŞĞƏLƏ: OXUNUN DİFERENSİAL AIQORİTMİNİN

MÜŞAHİDƏ OBRAZI
Görmə diferensial və oxunun diferensial alqoritminə əsasən alqoritmin şəklini hazırlamaq. Onlardan birini fikir ekranına yapışdırmaq, digərini isə daim özünüzlə gəzdirmək, yaxud yazı stolunun önünə bərkitmək.

Alqoritmin lıər bir blokunun mənasını və mahiyyətini dərk etmək.

Acar sözün, məna cərgəsinin, dominantanın nə olduğunu yaxşı təsəvvür etmək.
MƏŞĞƏLƏ: MƏNA TƏXMİNİNİN (ANTİSİPASİYANIN) İNKİŞAFI

1. Həmcinin 6000 işarədən çox olmayan məqalədə hər cümlənin əvvəlində və axırındakı sözləri qaralamaq. Bundan sonra məqaləni oxumaq və buraxılmış sözləri mənasına görə əlavə etmək.

2. Kitabın səhəvəsini bütün sətirlərin son beş hərfini vərəq, yaxud xətkeşlə örtərək oxumaq. Bundan sonra bütün sətrlərin ilk beş hərfini bağlamaq və nəhayət, mətnin sətirlərinin ilk və son beş hərfini bağlayaraq , bağlı hissələri mənasına görə tapmağa calışmaq.

BEŞİNCİ MÜZAKİRƏ
ARTİKULYASİYA VƏ OXU
ARTIKULYASIYA NƏDIR?
İ.İ. Jinkinin tədqiqatları göstərib ki, oxu, əslıı v lt eyni zamanda iki prosesdir - nitq qəbulu və verilişi. Bu o deməkdir ki, ədəbi nitqi (mətni) oxuyarkən insan qəbul və emal edir. Oxunu başa çatdırdıqda oxucu oxuduğu haqqında öz təsəvvürünü formalaşdırır. Bir növ, mətnin emal edilməsinin nəticəsini verir, bunda isə mütləq nitq prosesləri iştirak edir. Oxunun sürəti də məhz onların necətəşkil olunmasından asılıdır.

Oxunun üç əsas üsulu mümkündür. Birinci üsul -artikulyasiya və ya oxuduğunu səsli (yaxud, demək olar ki, ucadan söyləmək. Belə oxunun sürəti yüksək deyil. İkinci üsul - daxildə oxu, bu zaman nitq prosesi daxili nitq formasında daha doğrusu, açıq artikulyasiya olmadan təzahür edir. Bu zaman mətn daha effektiv şəkildə mənimsənilir. Prinsip haqqında üsul sürətli oxuya imkan verir. Oxunun ən mükəmməl üçüncü üsulu da susaraq, lakin daxili nitqin maksimal dərəcədə yığcamlaşdırılması şəraitində oxudur ki, bu zaman o mətnin mənasını adekvat şəkildə əks etdirən açar sözlərdən və məna cərgələrindən olan qısa yaylım formasında təzahür edir.

Beləliklə, artikulyasiya oxu prosesini ləngidir və ondan yaxa qurtarmaq lazımdır. Lakin oxu sürətini artırarkən artikulyasiyanm aşağı salınması qəbul edilən informasiyanın qavranılmasının və başa düşülməsinin keyfiyyətini azaltmayacaqmı?

Psixoloqların tədqiqatları göstərib ki, bəzən oxu zamanı sözlər əyani müşahidə təsəvvürləri ilə, məkan sxemləri ilə bütöv söz qrupları isə bir sözlə əvəzlənə bilər.

Sürətlə oxuyan insanlar oxuduqları mətni nəql etmədən dərhal müəllifin fikrini tutmaq və təsbit etmək, sonra isə onu daxili nitq səviyyəsində mənimsəmək qabiliyyətinə malikdirlər. Bu halda oxunun yüksək sürətinə baxmayaraq, oxunulanın dərindən başa düşülməsi və mənimsənilməsi baş verir, çünki əsas ideya lap öncədən aydındır. Bu cür oxuya öyrənmək məsələsini iki mərhələdə həll etmək olar. Birincisi artikuliyasiyanın ifrat dərəcədə ifadə olunduğu zaman onun ixtisar edilməsini, ikincisi isə mətnin iri informativ bloklarla qavranıldığı oxu üsullarına yiyələnməyi tələb edir. Məlumdur ki, informasiyanı qavrama və emal etmə üsullarına görə insanları iki tipə ayırırlar: Görmə və eşitmə. Görmə tipinə aid olan insanlar oxu zamanı əyani obrazların şifrələrindən istifadə etdiyi halda, eşitmə tipinə aid olanlardaha az məhsuldar olan nitq hərəkətləri şifrələrini tətbiq edirlər sürətlə oxuyan insanların müşahidə edilməsi göstırib ki, onlar bir qayda olaraq, görmə tipinə aid olurlar. Məsələn, O.Balzak sürətli oxu prosesini belə təsvir edirdi: “Oxu prosesində fikrin hopdurulması onda fenomenal qabiliyyət həddinə catmışdı. Onun nəzəri bir dəfəyə yeddi-səkiz sətri tuturdu, idrakı mənanı gözlərinin sürətinə müvafiq oldrdq tez başa düişürdü. Çox vaxt bircə söz ona bütün ifadənin mənasını mənimsəməyə imkan verirdi".

İstiqamət verilmiş təlim sayəsində, demək olar ki, istənilən sağlam insana oxu prosesində artikulyasiyanın ixtisarı halında əyani müşahidə obrazlarının şifrəsindən istifadə etməyi öyrətmək olar.


XARİCİ VƏ DAXİLİ NİTQ
Artikuliyasiyanın ixtisar edilməsinin müxtəlif üsulları arasında ən təsirli əsas nitq çətinlikləri metodu, yaxud vəznsiz səsləndirmə metodudur. Bu metod İ.İ. Jinkin tərəfindən işlənib hazırlanıb və daxili nitqin qanunauyğunluqlarının tədqiqində istifadə olunub. Bizim üçün daxili nitq anlayışı çox vacibdir, buna görə də daxili nitqin nə ilduğunu ətraflı açaq. A.A. Leontyev hesab edir ki, "daxili nitq yalnız təfəkkürə xidmət edən nitqdir və digər nitq növləri kimi ünsiyyət məqsədi daşımır". Daxili nitqə klassik misala istənilən məktəbin istənilən sinfində müəllim şagirdlərdən dərsin soruşulmasına başlamaq üçün jurnalı açarkən rast gəlmək olar: O, fikrində deyir (adətən, daxilində, bəzən isə ucadan ): "Aleksandrovdan dünən soruşmuşam... Belova xəstələnəndən sonra ilk dəfə gəlib... Vasilyevdən gələn dəfə soruşa ram..." "Adətən, daxilində, bəzən isə ucadan" biz belə dedik. Siz də, yəqin ki, çətin təfəkkür məsələsini həll edərkən ucadan fikirləşdiyiniz vaxtları xatırlayırsınız. Yerı gəlmişkən (əqli fəaliyyətlər nəzəriyyəsinin sübutu kimi), balaca uşaq qətiyyən öz ürəyində fikirləşməyi bacarmır: o, hər bir fikri ucadan ifadə etməyə çalışır, bununla da bəzən böyükləri pərt edir. Daxili nitq həmişə xarici nitqdən inkişaf edir. Bir çox psixoloqlar hesab edirlər ki, daxili nitq xarici nitqin gizli (formasıdır, daha doğrusu, beyin lazımi siqnalları dodaqlara qırtlağa və digər nitq orqanlarına ötürməyə davam edir, amma bu siqnallar dili sözü tələffüz etməyə məcbur etmək üçün çox zəifdir. İ.İ. Jinkin sübut edib ki, çox vaxt daxili nitq ümumiyyətlə, nitq olmaqdan çıxır: biz nitq vahidləri – səslər, sözlər, cümlələrdən deyil, müşahidə obrazlarından ümumiləşdirilmiş sxemlərdən və s. istifadə etməyə başlayırıq. Bu, çox sadə bir üsulla - vəznsiz səsləndirmə yolu ilə sübut edilir. Bunun məğzi odur ki, xarici nitq zamanla inkişaf edir: sözlər ardıcıl olaraq, bir-birinin ardınca tələffüz edilir, hər birinə saniyələr, sözün uzunluğundan asılı olaraq, fərqli zaman müddəti sərf edilir. Məsələn, insan ucadan danışanda monoton şəkildə səsləndirmə onun üçün çətin olur7 o, vəzndən kənara cıxır. İnsan oxuyanda da fikrən sözləri ifadə edir və yenə də kənara çıxır. Lakin əksər hallarda səsləndirmə mane olmur və özü də yox olmur. Deməli, daxili nitq xarici nitq kimi zamanla inkişaf etmir. Başqa sözlə, nitq sanki insanın təfəkküründə əriyir, onda əvvəllər olmayan obrazları və sxemləri əmələ gətirir. Yenidən şifrələmənin yeni sisteminin formalaşması prosesi baş verir. Bu sistem hər sözün deyilməsi və daxildə dinlənilməsi hesabına deyil, canlı əyani obrazlardan istifadəyə əsaslanan, prinsipial olaraq yeni bir üsul sayəsində oxu zamanı tam anlamanı təmin edən oxu sistemidir.

SUSARAQ OXUMAĞI NECƏ ÖYRƏNMƏLİ
Beləliklə yalnız artikulyasiyanın ixtisar edilməsi əsl sürətli oxunu təmin edir. Yeni oxu üsulunu necə mənimsəmək və formalaşdırmaq olar? "Ritmin səsləndirilməsi" adlandırdığımız bir məşğələni öyrənməyi və təkrar-təkrar məşq etməyi təklif edirik. Onun məğzi belədir. Ürəyinizdə oxuyarkən əl sümüyünüzlə döyəcləyərək xüsusi ritm tutursunuz, bu ritm rus nitqinin ahənginə uyğun gəlməməlidir. O, birinci vəznində dörd, ikinci vəznində isə iki zərbə elementi olan, hər vəznin birinci elementində zərbənin əhəmiyyətli dərəcədə ikivəznli döyəcləmədən ibarətdir.

Mütamadi olaraq eşidilən akustik təsirli vəznsiz təsvir rus dilində mətnin oxunması zamanı təbii melodik nitq hərəkətlərinin ənənəvi ritmini məhv edir, daha doğrusu, istənilən artikuliyasiya üxün -həm xarici, həm də daxili artikulyasiya ücün matneəyə çevrilir. Maneə ondan meydana çıxır ki, nitq axınını təşkil edən rus dili sözlərinin vurğuları həmişə eyni yerə düşür.

Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki,nitq oqanlarının (dodaqlar, dil, udlaq, qırtlaq) fəaliyyallətinə bilavasitə heç nə təsir göstərmir, nitq yaradılmasının bütün mexanizmləri sərbəst qalır. Əllə xüsusi ritmin tutulması zamanı baş beyinin qabığında induktiv ləngimə zonası yaranır, bu isə oxunan sözlərin tələffüzünü qeyri-mümkün edir, daha doğrusu, mərkəzdən periferik artikulyasiyanixtisar edir. Bunun necə baş verdiyini anlamaq üçün nitq proseslərinin və onların başa düşülməsinin beyinin hansı zonaları tərəfindən idarə olunduğuna baxaq.

1861-ci ildə fransız alimi P. Broka aşkar edib Iki, beynin ikinci və üçüncü alın çıxıntıları sahəsində zədələnmə baş verdikdə insan səlis danışa bilmir, yalnız əlaqəsiz səslər cıxarır, hərçənd başqalarının nə dediyini başa düşmək qabiliyyətini qoruyub saxlayır. Burada nitq-motor zonası, yaxud Broka zonası yerləşir. Sağ əllə yazanlarda o, beyinin sol yarımkürəsində, solaxaylarda isə əksər hallarda sağ yerləşir.

1874-cü ildə başqa bir fransız alimi E. Vernike sensor nitq zonasını təyin edib. Yuxarı gicgah çıxıntısı zonasının zədələnməsi ona gətirib çıxarır ki, insan sözləri eşıdir, lakin onları artıq başa düşmür. Burada sözlərlə onların bildirdiyi əşya və hərəkətlər arasında məntiqi əlaqələr nəzər\ alınır. Bu zaman xəstə sözlərin mənasını başa düşmədən onları mexaniki olaraq təkrarlaya bilər. Beyinin bu zonası Vernike zonası adlandırılıb.

Vernike zonasında, özünəməxsus kartotekada olduğu kimi, insanın bütün ömrü boyu mənimsədiyi səs obrazları saxlanılır. Əlbəttə, onlar orada şifrələnmiş sözlər zənciri şəklində deyil (bu, qənaətcil deyil), səs obrazlarının neyron izləri şəklində saxlanılır. Insan ömrü boyu bu kartotekadan istifadə edir. Beyinin normal fəaliyyəti üçün artikulyasiya zamanı meydana xıxan əzəzlə duyğuları böyük əhəmiyyətə malik olur. Sürətli oxu üçün isə artikulyasiyanın ixtisar edilməsi mütləq şərtdir. Görünür, onun icrası üçün oxu prosesi zamanı Broka zonasına təsir vasitəsi tapmaq lazımdır ki, artkuliyasiyanın formalaşdırılması üçün bu zonadan gələn impuliyasiyaların yolu kəsilsin.

Alimlər müəyyənləşdiriblər ki, insanın təkamülü zamanı harəkəti nitqlə sıx bağlı olub. Sankt-Peter-burqdan olan professor M. Koltsovanın araşdırmaları göstərib ki, uşaqlarda nitq fəaliyyəti qismən əl barmaqlarından gələn impulusların təsiri alnında da inkişaf edir. O, 10-12 aylıq uşaqları müşahidə edərək müəyyən edib ki, onların nitqi, təşbehlərlə danışsaq, barmaqlarının ucunda yerləşir.

Məlumdur ki, nitq ikinci siqnal sistemidir və o, bizə doğuşdan verilib. Uşağa danışmağı öyrətməsək, o, lal olacaq. M. Koltsova 6-7 ayliq uşaqların əl barmaqlarının məşq etdirilməsi ücün xüsusi məşğələlər tövsiyə edir. Nəticədə uşaq, adətən,bu yaş ücün cətin olan bütöv sözləri daha tez tələffüz etməyə başlayacaq. Beləliklə, əllərin hərəkəti ilə sözlərin tələffüzü arasənda bir başa alaqə var. Deməli, burada əyani və nitq informasiyasının daimi funksional qarşılıqlı təsiri mövcuddur ki, bu da I.Povlov tərəfindən birinci (əyani) və ikinci (nitq) siqnal sistemləri arasında qarşılıqlı təsir kimi izah edilib.

Ünsiyyətin üç fərqli üsuluna: görmə, eşitmə və hərəki üsullarına dair misallar göstərək.

Təsəvvür edin ki, bir iş üçün yanınıza gəlmiş dostunuzla söhbət edirsiniz. Bütün məsələləri müzakirə etdikdən sonra onunla sağollaşdığınız. Birdən yadınıza düşdü ki, nə isə vacib bir şeyi ona deməyi unutmusunuz. Onu geri qaytarmaq lazımdır. Ünsivyətin adı çəkilmiş üsullarından hər birindən istifadə etməklə bunu necə etmək olar?



Görmə. Tez flomasterlə plakatda “Zəhmət olmasa, qayıt” yazıb eyvana çıxırsınız, onu blokdan çıxaraq sızi ələ salamaq üçün arxaya boylanan dostunuza göstərirsiniz. O, sizi görəndə qəribə ünsiyyət formasına təəccüblənir, lakin yenə də xahişinizi yerinə yetirir.

Eşitmə. Eyvana çıxaraq, sadəcə qışqırırsınız: "Zəhmət olmasa, qayıt!"

Hərəki. Eyvana çıxaraq, əlinizlə dostunuzu geri qaytarmağa çağıran təsirli hərəkət edirsiniz.

Beləliklə, ünsiyyətin üç fərqli üsulu, nəticə isə birdir- məlumat qəbul edilib, başa düşülüb və gerçəkləşdirilib. Təhlil edilmiş nümunələr oxunun birbaşa analoqudur. Fərq yalnız ondadır ki, oxu zamanı biz məlumatı qəbul edirik və prinsip olaraq, bu qəbul etməni hansı üsulla: görmə eşitmə ya da hərəki üsulla (hansı şifrədə) gerçəkləşdirəcəyimiz bizdən asılıdır. Bununla yanaşı, bütün bunlardan belə bir nəticə çıxarmaq olar: Əllə hərəkət nitq-ünsiyyət hərəkətlərini gerçəkləşdirməyə imkan verirsə, görünür, belə hərəkətlər baş beyin qabığının müəyyən şöbələrinə müvafiq impulslar göndərərək onları da oyadır. Əl, həqiqətən də, beyinin müxtəlif funksiyalarının təşkilində böyük rol oynayır. Burada “qomunkulus” adlandırılan şərti insancığaz göstərilib.

Onun bədən üzvlərinin ölçüləri baş beyin qabığının beyinə bədənin müxtəlif üzvlərindən gələn bu va ya digər duyğuların təhlili ilə əlaqəli olan hissəsinə uyğun gəlir.

Ə1 darağı hər dəfə müəyyən hərəkətləri yerinə yetirərkən, məsələn, ritm tutarkən baş beyin qabığının necə böyük bir hissəsinin aktiv fəaliyyətə cəlb olunduğuna diqqət yetirin. Bu zaman qavrayışın nitq-hərəkət kanalı məşğul olur və əks sinir impulslarına artıq oradan keçmək olmaz. Indi isə təsəvvür edin ki, əlinizi hərəkət etdirməyə (ritm tutmağa davam edırık və bu zaman nitq-hərəkət kanalında maneə yaradaraq, ürəyinizdə oxumağa başlayırsınız. Maneə səbbində Broka zonasını mənfi induksiya əhatə edir, idarəedici impulusların kecməsi üçün olan kanal isə bağlıdır. Bu vəziyyətdə yalnız o halda oxumaq olar ki, oxu artikulyasiya ilə müşayiət olunmasın. Oxunan söz ucadan tələffüz edilən kimi ritm dərhal kənara çıxır. Və əksinə, ritm tutularkən oxunan sözü söyləmək qeyri-mümkündür: Broka zonası bağlanıb, nitq-hərəki kanalı bağlıdır.

Verilmiş şərh əlbəttə ki, olduqca şərtidir, lakin o, döyəcləmə metodunun əsas ideyasənı əks etdirir: əllə ritmik hərəkətlər nitq-hərəki kanalı bağlayır və artikulyasiya, demək olar ki, qeyri-mümkün olur. Təbii ki, belə bir sual ortaya çıxır: Yəni bütün sürətlə oxuyanlar həmişə oxu zamanı əlləri ilə döyəcləyirlər? Əlbəttdə ki, yox. 20 saat ritm tutaraq oxumaq kifayətdir ki, beynin yeni proqramı yaransın və möhkəmlənsin, danışmadan görmə kanalı ilə beyinə gələn informasiyanın emalını təmin edən yeni stereotip şifrəsi formalaşsın.

Metodun mənimsənilməsində əsas məsələ ritmi düzgün öyrənmək və tutmaqdır, bunun üçün isə əvvəlcə bu asan məşğələnin yerinə yetirilmə qaydasını diqqətlə oxumaq, sonra ritmin özünü tutmaq və onu dəfələrlə təkrar etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, metodun təsiri yalnız o halda özünü göstərir ki, oxucu sərbəst şəkildə mətnlə işləyir- fasiləsiz olaraq ritm tutur və onun qulaqda səslənməsinin düzgünlüyünü yoxlayır. Ritm tutaraq mətni oxumaq yalnız ritm öyrənikdikdən sonra olar. Ritmin təsvirinin düzgünlü-yünün yoxlanılması üçün onu not kağızxndakı qeydlərlə yoxlamaq lazımdır.



Təcrübə göstərir ki, söhbətin sonunda verilmiş məşğələləri sistemli şəkildə yerinə yetirərkən, demək olar ki, bütün şagirdlər arzuolunan effektə nail olurlar. Artikulyasiyanın uğurla ixtisar edilməsi üçün, bir qayda olaraq, 20 saat ərzində ritm tutmaqla eyni vaxtda oxumaq kifayətdir. Lakin sisteminin tipindən və digər individual psixofiziki xüsusiyyətlərdən asılı olaraq, bəzi şagirdlərdə məşğələlərin mənimsənilməsi başqa cür baş verir.


MƏŞĞƏLƏ: RİTM TUTMAQLA EYNİ VAXTDA OXU


  1. Ritm tutulmasI sağ əlin üç barmağI ilə tutulmuş karandaş vasitəsilə baş verir, bu zaman karandaşla stolun üzərinə möhkəm eyni bir nöqtəyə zərbələr vurulur: Bərk, inamla dəqiq.

Qeyd: Solaxay adam ritmi eyni vaxtda iki əli ilə tutmalıdır, çünki onun nitq-motor zonası baş beyinin hər iki yarımkürəsində yerləşir.

  1. Ritm təkcə biləyin deyil, bütün əlin fəal hərəkəti ilə tulur.

Ritm tutmaqla eyni zamanda oxuyarkən əsas məsələ ritm təsvirinin aramsızlığını və düzgünlüyünü təmin etməkdir.
RİTMİN YOXLANILMASI
Siz ritmi mənimsədiniz. Onu 2-3 dəqiqə ərzində fasiləsiz olaraq tutmağa cəhd edin. Siz kənara çıxmırsınızsa, hər şey əladır. İndi isə sadə bir təcrübə keçirək. Ritmi tutmağa başlayın, sonra isə ritm tutmaqla eyni vaxtda bu sıhifəni əvvəldən ucadan oxuyun. Nə alındı? Siz kənara çıxdınız. Ucadan oxumaq və eyni zamanda ritm tutmaq qeyri mümkündür. Bu, insan fiziologiyasının izah etdiyimiz qanunlarını yenidən ritm tutmağa, sonra isə eyni zamanda səhifəni əvvəldən ürəyinizdə oxumağa başlayın. İndi siz oxuya bilirsiniz, amma çox ləng, oxuduğunuzu başa düşmək də cətindir. Qanunauyğun haldır. Bu barədə söhbətin növbəti hissəsində danışacağıq. Məşğələnin xüsusiyyəti belədir. İndi isə növbəti məşğələyə keçin.
ARTİKULYASİYANIN İXTİSAR EDİLMƏSİ
Bir həftə ərzində hər gün 1-1,5 saat boyunca ritm tut-maqla eyni zamanda asan mətnlər oxuyun. Qarşıya oxunulanın tam başa düşükmasi məqsədi qoyulmur. Əsas məşğələnin düzgün yerinə yetirilməsinə daim nəzarət edilməsidir. Gün ərzində oxu üçün vaxt seçin - 10-15 dəqiqə. Yorulmusunuzsa, fasilə verin. Ritmi daim yada salın. Onu mütləq yatmazdan əvvzl təkrarlayın. Həftənin sonuna kimi ritm tutmaqla eyni zamanda 8-10 saat oxumuş olmağınız vacibdir.


SÜRƏTLİ OXU VƏ ARTİKULYASİYA BİR A RAYA SIĞMIR
Yaradıcıliq psixologiyasının məşhur tədqiqatçılardan biri olan Jak Adamar bir dəfə məşhur A. Eynşteynə məktub yazıb və ondan mətnləri necə oxuması və anlaması haqqında danışmağı xahiş edib. A. Eynşteyn ona belə cavab verib: “Sözlər, yaxud onların yazıldığı və ya tələffüz edildiyi dil mənim təaəkkür mexanizmimdə heç bir rol oynamır. Təfəkkür ünsürləri rolunu oynayan psixi reallxqlar "istəyə görə" təkrarlana, yaxud uyğunlaşdırıla bilən bəzi işarələr və yamüəyyən dərəcədə aydın obrazlardır". Bunun artikulyasiya olmadan oxuya parlaq nümunə olduğunu deyə bilərik.

Artikulyasiya sürətli oxunun əsas düşmənidir. Ritm tutmaqla bağlı məşğələni yerinə yetirərkən əmin oldunuz ki, bu cür oxu üsulunda artikulyasiyanın boğulması mexanizmində dəyişikliyə səbəb olur. Bəs məşğələnin təbiəti necədir? Zahirən sanki çox sadədir, lakin əqli fəaliyyətlərin strukturunun dərindən dəyişməsinə səbəb olur. Beyində mürəkkəb inteqrasiya prosesləri gedir. Informasiyanın və emal edilməsi prosedurasının özü də dəyişir. Oxunulanın başa düşülməsi və yadda saxlanılması tamamilə başqa cür təşkil olunur.

Gəlin bu cür halları şərh etməyə çalışaq. Artıq qeyd yimiz kirni, oxu nitqlə sıx bağlıdır. Oxunun sürəti və təsirliliyi məhz onun təşkil olunmasından, daha dəqiq desək, nitq proseslərinin gerçəkləşməsindən asılıdır. Psixologiya elmləri doktoru T.N. Uşakova qeyd edir ki, "nitq sözlərə məna verən bir aparatdır, özü də bu aparat insanın şüuru və emosiyaları ilə sıx əlaqədədir; onun ən mühüm xüsusiyyəti onda insan cəmiyyətinin istehsal etdiyi və hər bir insan tərəfindən individual olaraq mənimsənilən və istifadə edilən bir dil sisteminin olmasıdır".

Psixoloqların araşdırmaları oxu psixologiyasında əsas yeri tutan daxili nitq anlayışına da başqa cür nəzər yetirməyə imkan verir. T.N. Uşakova qeyd edir ki, "daxili nitq” termini ilə ifadə edilən nitq təzahürlərinin (xarici nitqin)olmadığı yerdə nitq mexanizmlərinin işə düşməsi ilə xarakterizə edilən psixofiziki proses ifadə edir. Nitqdaxili proseslər öz keyfiyyətinə görə xarici nitqdən fərqlənir və onun mütləq əsasını təşkil edir. Bu nöqteyi-nəzər üçün ən tutarlı odur ki, insanın adi nitqi müəyyən məna ifadə edir və əvvəllər yiyələnilmiş olduğu dili o dilin bilik və qaydalar sistemi ilə birlikdə istifadə edir. Onu dilin qaydalarına və insanın ifadə etmək istədiyi mənaya uyğun olaraq təşkil etmək üçün xüsusi inteqrasiya prosesi (bu gün üçün elmə həddindən artıq gizli olan) olmalıdir. Bu proses dilə və nitq təcrübəsinə yiyələnərkən nisanın beynində yaranmış mexanizmlər vasitısilə baş verir və tələffüz olunan nitqi qabaqlayır, özü də bu, nitqə münasibətdə gizli, nitqdaxili olur. Oxu isə bunun əksi olan prosesdir – o, yazılı nitqin qəbuludur (mənimsənilməsidir), bu isə törəmə (danışıq) nitq prosesi ilə tam analogiyasının olması barədə danışmağa imkan verir.

Nitqdaxili proseslər öz xarakteristikasına görə xarici nitqlə eyni (daha doğrusu, "xarici nitqin proyeksiyası") ola bilməz, cünki onlar tələffüz olunan nitqi "törədir" və özləri də beynin işinin qanunlarına, insan fəaliyyətinin ali sinir sisteminin qanunlarına müvafiq olaraq təşkil olunur. Insanın öz ürəyində daxili monoloqlar deməsi halı öz məğzinə görə ucadan deyiləndən az fərqlənən və daxili nitq adlandırmağa layiq belə olmayan xüsusi nitq variantıdır. O, canlı artikuliyasiya ilə müşayiət edilən oxu nümunəsindən başqa bir şey deyil.

“Ritm tutulması" məşğələsinin yerinə yetirilməsi zamanı baş verən proseslərin spesifik xüsusiyyətlərinə gəldikdə isə, görünür, onları yenidən şifrələnmiş mexanizmlərdə və ya oxu prosesində beyinə daxil olan informasiyanın emalı zamanı siqnalların şifrələnməsinin müxtəlif üsullarının həyatakecirilməsində axtarmaq lazımdır. Ritm tutmaqla eyni vaxtda oxu beyni elə bir vəziyyətə salır ki, bu zaman standart təfəkkür məsələlərini həll etmək lazımdır, amma onların gercəkləşdirilməsi üçün ənənəvi vasitələr yoxdur. Bu halda beyin oxu ilə əlaqəli olan bütün məsələlər kompleksinin həllini təmin edən yeni neyrodinamik şifrə formalaşdırır, lakin bu artıq keyfiyyət baxımından başqa səviyyədə baş verir.

A.A. Leontyevin qeyd etdiyinə görə, bu halda müşahidı, yaxud hansısa başqa təsəvvürlərə əsaslanan "hansısa başqa şifrə formalaşır".

Oxu zamanı artikulyasiyanın ixtisar edilməsi proseslərinin uzun illər müşahidə edilməsi bizi əmin edib ki, “ ritm tulması" məşğələsini düzgün yerinə yetirən hər bir şagird ardıcıl olaraq müəyyən mərhələlərdən - məşğəlnin mənimsənilməsi fazalarından keçir. Onun yerinə yetirikməsi zamanı qarşıya çıxa biləcək çətinliklərə dair məsələlər barədə qabaqcadan xəbərdar olaraq, məşğələnin özəlliklərini bilmək lazımdır ki, artikulyasiyanıxn ixtisar edilməsi məsələsi effektiv şəkildə həll olunsun. Bu zaman nitq ünsiyyətinin yuxarıda nəzərdən keçirdiyimiz modellərinə və qanunauyğunluqlarına əsaslanacağıq. Aşağıda şərh edilən əqli fəaliyyətlərin strukturundakı dəyişikliklər modelinin şərtiliyinı dərk edərək onun təhlilini şagirdlər üçün son dərəcə faydalı hesab edirik, çünki o, ritm tutmaqla bağlı məşğələnin yerinə yetirilməsinə nəzarət etməyə, öz səhvlərini və nöqsanlarını görməyə imkan verir.



RİTM TUTULMASI MƏŞĞƏLƏSİNİN MƏNİMSƏNİLMƏSİNİN

DÖRD FAZASI

Oxu zamanı informasiyanın emalı, əsas etibarilə, iki üsulla mümkündür. Birinci üsul nitq-eşitmə analizatoru kanalının blokunun iştirakı ilə həyata keçirilir. Bu, canlı ifadə olunmuş artikulyasiyalı oxudur. Belə oxu rejimində informasiyanın sonrakı emalının necə baş verməsi sxemdə göstərilmişdir.

Nitq-eşitmə analizatoru kanalının blokundan daxil olan siqnal əməli yaddaş blokunda nitq-eşitmə şifrəsinin köməyi ilə emal edilir və yaddaş "otağından" üzərində "nitq-eşitmə şifrəsi" yazılmış "qapıdan" çıxır.

Ritm tutlması ilə bağlı məşğələnin yerinə yetirilməsinə kecirir. Siz mətni ürəyinizdə oxııyursunuz və eyni zamanda qaydalara uyğun olaraq müntəzəm surətdə və dəqiqliklə ritm tutrsunuz. |Bu cür oxu rejimi nitq-eşitmə analizatoru kanalının blokunun iştirakını istisna edir. Ikinci üsul istifadə edilərkən isə siqnal nitq-eşitmə analizatoru kanalının blokundan sonra eşitmə analizatorundan yan keçərək, sonrakı emala yollanır, bu isə şəkildə bütöv düz xətlə göstərilib. Burada isə bizi ilk çəliriliklər gözləyir. İndiyədək informasiyanin emalının ənənəvi üsulu nitq-eşitmə şifrəsi idi. Lakin daxil olan siqnal eşitmə blokundan yan keçdiyi üçün bu dəfə emal proqramını gətirmir.

Beləliklə, informasiyanı emal etmək lazımdır, onun mənimsənilməsinin ənənəvi üsulları isə mövcud deyil. Bəs nə etməli? Şəkildə göstərildiyi kimi, daxil olan siqnal əməli yaddaş “otağında” "vurnuxmağa" başlayır. O, nitq-eşitmə şiarəsi “otağından” keçməyə çalışır, amma buraya da onu buraxmırlar. Kecid ücün üçün informasiya emalının bu üsuluna müvafiq olan özünəməxsus "parol"u təqdim etmək tələb olunur, o isə buına malik deyil. Siqnal "qapıdan" uzaqlaşır və cıxış axtarmağa davam edir.

Təsvir edilmiş vəziyyət ritm tutulması ilə bağlı məşğələnin mənimsənilməsinin birinci fazasınaa uyğun gəlir: oxu və eyni zamanda ritm tutulması qeyri-mümkündür. Yalnız biri alınır: ya oxu, ya da ritm tutulması. Bir qayda olaraq, bu fəza çox uzun sürmür. Bir saat ritm tutmaq kifayətdir ki, ritm tutmaqla eyni vaxtda oxumaq cəhdlərinin uğurla nəticələnəcəyinə əmin olasınız. Şagirdlərin əksəriyyəti isə ritm tutmaqla eynu vaxtda oxunun elə ilk dəqiqələrində məşğələnin mənimsənilməsinin birinci fazasının öhdəsindən müvəffəqiyyətlə gəlib.

Beləliklə, daxil olan informasiya əməli yaddaş “otağına”toplanır, onu doldurur, lakin emal olunmur. Şaglrdlərin aşağıdakı kimi təsvir etdikləri bir vəziyyət yaranır: “ Hiss edirım ki, oxuyuram, gözlərim mətnin üzərində kifayət qədər sürətlə qaçır, sanki hər şeyi qavrayıram. Lakin eyni zamanda dərk edirəm ki, oxuduqlarımdan heç nə başa düşə bilmirəm. Elə bil başım nə isə başa düşmək istəyindən bağlıdır”. Bu vəziyyət məşğələnin mənimsənilməsinin ikinci fazasına uyğun gəlir: ritm tutulması ilə eyni zamanda oxumaq alınr, lakin oxunanları başa düşmək olmur.

Bəs sonra nə baş verir? Artıq qeyd edildiyi kimi, potensial olaraq istənilən adam əqli fəaliyyətlərin müxtəlif proqramlarından və şifrələrindən istifadə etməkqabiliyyətinə malikdir. Bircə bu qabiliyyətlərin özünü göstərməsi ücün şərait yaratmaq lazımdır. Bizim halda da elə məhz belə şərait yaranır. Əvvəllər məlum olan informasiya emalı vasitələrinin mövcud olmadığı halda, beyin daxil olan informasiyanın şifrələnməsinin yeni üsulunu yaradır və ya öz ehtiyatından seçir. Əməli yaddaş "otağında" vurnuxan siqnal birdən üzərində "müşahidə obrazlarının şifrəsi" yazılmıs qapıya rast gəlir. Məlum olur ki, bu "qapı" çoxdan buradadır və hec də "kilidlə" bağlanmayıb. Üstəlik, daxil olan siqnalın bu qapıdan keçmək üçün özünəməxsus "parol"u da var. Siqnal emal olunmağa başlayır və uzunmüddətli yaddaş blokuna daxil olur. Bu vəziyyət məşğələnin mənimsənilməsinin üçüncü fazasına uyğun gəlir: ritm tutulması ilə eyni zamanda oxu alınr, oxunulanları başa düşmək mümkün olur, lakin yadda saxlamaq olmur. Bununla da, siz mətni ritm tutmaqla eyni vaxtda oxuyursunuz. Oxu asan və sırbəst gedir. Ritm mane olmur. Oxuduqlarınızı yaxşı başa düşürsünüz. Bir qayda olaraq bu, ritm tutmaqla eyni vaxtda oxunun 1-5-ci saatında baş verir. Lakin sizi yeni bir çətinlik gözləyir. Mətnin bir səhifəsini oxuyub fasilə verən kimi nə oxuduğunuzu xatırlamağa çaılışırsınız. Ozünüzə təəccüblü gəlsə də, hec nəyi xatırlaya bilmədiyinizi dərk edirsiniz. Psixoloqların amneziya - ani yaddan çıxarma adlandırdığı bir hal ortaya çıxır. Bizim situasiyada bu hal qanunauyğundur. Siqnallar əməli yaddaş blokundan uzunmüddətli yaddaş blokuna ənənəvi, uzun illərin təcrübəsi nəticəsində formalaşmış yollarla gedir. İndiki halda isə informasiyanın emalı üçün başqa yollar formalaşdirmaq, yeni "neyron şəbəkələri" (onlar şəkildə punktirlə göstərilib) qurmaq lazımdır. Bu "neyron şəbəkələri" başlanğıcda çox davamsızdır, nəticədə isə dağılaraq amneziyanın yaranması üçün şərait yaradır.

Bəs nə etməli? Yalnız bir şey - nailiyyətləri möhkəmləndirərək, bütün oxu prosesi boyunca (beyinə daxil olandan uzunmüddətli yaddaşda möhkəmlənənə kimi) informasiyanın emalının yeni şifrəsi və yollarını formalaşdıraraq, ritm tutmaqla ryni zamanda oxuya davam etmək.

Müşahidələr göstərir ki, bunun üçün ritm tutmaqla eyni zamanda 15-20 dəqiqə oxumaq kifayətdir. Nəhayət, elə bir an yetişir ki, siz ritm tutmaqla eyni zamanda oxunun asan və sərbəst şəkilində getdiyini hiss edirsiniz. Ritm sanki heç mövcud deyil. Siz, ona fikir vermirsiniz. Mətn asanlıqla başa düşülür. Oxunu qurtardıqdan sonra oxuduqlarmızı sərbəst şəkildə xatırlaya bilirsiniz. Siz artikulyasiyanın mövcud olmadığı , əsas etibarilə yeni bir oxu üsulu mənimsədiniz. Bu, oxunun dördüncü fazasına uyğun gəlir. Belə ki, bu zaman ritm tutaraq mətni sərbəst şəkildə oxuyursunuz, hər şeyi başa düşürsünüz və oxuduqlarınızı yada sala bilirsiniz.

Məşğələnin yerinə yetirilməsinin nəticələrini təhlil etməyin yalnız o halda mənası var ki, siz ritm tutmaqla eyni zamanda azı 15-20 saat oxumusunuz, məşğələnin mənimsənilməsinin dörd fazasının hamısını hiss etmisinız.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin