SÜRƏTLİ oxu birinci müzakirə Biz necə oxuyuruq oxunun dinamikasi



Yüklə 0,89 Mb.
səhifə2/11
tarix25.03.2017
ölçüsü0,89 Mb.
#12640
1   2   3   4   5   6   7   8   9   10   11

Sürətli oxu. Yuxarıda bu üsul kifayət qədər ətraflı izah edilib. Sürətli oxu mükəmməlləşdikcə artıq qismən dərinləşdirilmiş oxuya keçir.

Panoram sürətli oxu. Bu, sürətli oxu texnikasının sonradan təkmilləşməsinin nəticəsidir. Stereo-cədvəllərlə xüsusi məşq terminlərindən istifadə etməklə şagird əməli görüş sahəsinin əsaslı şəkildə artırılmasına nail olur. Fuziya divergensiyası adlandırılan bir effekt, daha doğrusu, gözün görmə oxlarının ayrılması meydana çıxır. Bunun hesabına da oxunun sürəti və oxunuşların mənimsənilməsinin keyfiyyəti artır.

Ordan-burdan oxu. Bu, sürətli oxunun elə bir növüdür ki, bu zaman mətnin ayrı-ayrı fəsilləri ordan-burdan oxunur. Oxucu sanki hər şeyi görür və bu zaman heç nəyi buraxmır, laıkin diqqətini yalnız mətnin ona lazım olan tərəflərinin üzərində cəmləşdirir. Ordan-burdan oxu metodu çox vaxt kitab bir dəfə nəzərdən keçirildikdən sonra onun ikinci dəfə oxunması zamanı istifadə olunur. Təbii ki, bu cür oxunun sürəti sürətli oxudan əhəmiyyətli dərəcədə yüksəkdir, cünki kitabın səhifələri lazım olan fəsil axtarılıb tapılana kimi vərəqlənir. Onu dərinləşdirilmiş şəkildə oxuyurlar.

Gözdən keçirmə oxu. Kitabla ilkin tanışma üçün istifadə edilir. Bu, oxunun son dərəcə mühüm üsuludur və sadəliyinə baxmayaraq, ona çoxları yiyələnib. Məsələn, məşhur rus kitab həvəskarı N.A.Rubakinin mükəmməl yiyələndiyi oxu texnikası təsvir olunur: "O, heyrətamiz şəkildə sürətlə oxuyurdu, daha doğrusu, kitabı, onun dəyərini müəyyənləşdirirdi. Onu əlinə götürürdü, ön sözə göz gəzdirirdi, mündəricatda müəllifin onun baxışları haqqında fikir yürütmək imkanı verən nisbətən mühüm fikirlərini axtarırdı, nəticədə nəzərdən keçirirdi, kitabın və onun məzmununun diaqnozu qoyulurdu".

Seçmə oxu soyad, söz, fakt axtarmaq məqsədilə cəld nəzərdən keçirmədir. Təcrübələr göstərib ki, sürətlə oxuyan insan bu axtarışı ənənəvi qaydada oxuyandan iki-üç dəfə daha tez icra edir. Görmə aparatını, xüsusilə də, periferık görməni inkişaf və məşq etdirərək, o, mətnin olduğu səhifəyə bir anlıq nəzər yetirir və lazımi məlumatları görə bilir.

Oxunun nəzərdən keçirilmiş beş üsulu oxu kimi təbii və sadə görünən bir prosesin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin mürəkkəbliyini və müxtəlifliyini göstərir. Onların hər birinə yiyələnmək sürətli oxu vərdişinin forınalaşdırılması kimi vacibdir. Oxu incəsənəti hər dəfə oxunun məqsədindən, mətnin xarakterindən və vaxt büdcəsindən asılı olaraq, müvafiq rejimi seçmək bacarığı tələb edir.



BİZ NİYƏ REQRESSİYALARLA OXUYURUQ
Şərqin müdrik insanlarından biri, ərəb yazıçısı Abbas Mahmud əl-Akkad "Kitablar arasında keçən saatlar" adlı əsərində yazırdı:

"Bilmirəm, kitabı bir dəfə oxumaq vərdişi oxucularda haradandır. Axı kitab özündə ətraf aləmi seyr etmək üçün görünüş və səsdən daha çox sirli simvollar və imkanlar ehtiva edir. Əgər ağlın hislərindən daha yaxşı inkişaf edibsə, oxunmuşlara geri qayıtmaq daha yaxşı olardı - bu yolla sənin fikirlərinin inkişafı yoxlanılır".

Cətin və maraqlı kitabları bir neçə dəfə oxumaq təklifi ilə razılaşmaq olar. Dərsliklərin, çətin və mürəkkəb mətnlərin oxunması zamanı təkrar və dəfələrlə oxu qanunauyğun və yerinə düşəndir. Təəssüf ki, çox vaxt adi və asan mətnlərin oxunması zamanı gözlərin qayıdış hərəkətlərini müşahidə etməli oluruq. Mətni reqressiyalarla oxuyarkən gözlər geriyə doğru hərəkətlər edir. Məsələn, 2 nöqtəsindən 3 nöqtəsinə, " hərcənd ehtiyac yoxdur. Əgər bu, mətnin hər sətrində baş verirsə, aydındır ki, belə oxucu bütün mətni iki dəfə oxuyur. Biz məhz bu cür reqressiyaları ənənəvi ləng oxunun əsas nöqsanlarından biri hesab edirik. Bu qayıdışlar da oxunun nöqsanıdır. Çox vaxt oxunun davamı ortaya çıxan sualları aradan qaldırır və qayıdışları lüzumsuz edir. Lakin elə qayıdışlarda var ki, onları əsaslandırılmış hesab etmək olar. Onlar yeni fikirlərin əmələ gəlməsi zamanı ortaya çıxır. Bəs reqresiyaların təbiəti necədir? Birinci səbəb - vərdişin gücüdür. Sürətli oxuya dair təcrübi kurslardan birinin dinləyicisi bir dəfə etiraf etmişdi: "Oxuyarkən daim hər şeyi dəfələrlə yenidən oxuyuram. Lakin yenə də heç nəyi başa düşə və yadda saxlaya bilmirəm. Niyə belə oxuyuram? Mənə elə gəlir ki, beynimdə balaca bir iblis oturub və elə hey pıçıldayır: "Geri qayıt hecnə aydın deyil, geri qayıt!" Mən daim bu məsləhətə qulaq asıram və dəfələrlə oxumağa elə vərdiş etmişəm ki, hətta kücədə mağaza lövhəsi görəndə onu bir neçə dəfə təkrar edirəm "Meyvə-tərəvəz", "Meyvə-tərəvəz"..."

Biz bu qıza kömək edə bildik. Autogen məşğələnin elə ilk seansında reqressiyalarsız oxumaq mexanizmini öyrənən qız öz şüurundan "balaca iblisi" həmişəlik qova bildi.

Reqressiyaların ikinci səbəbi diqqətin olmamasıdır. Psixoloji fəaliyyətin bu parametri insanın icra etdiyi əksər növ işlərin məhsuldarlığını müəyyən edir. Xüsusilə, oxuda onun rolu böyükdür. Həqiqətən də, bir çox oxucular mətni oxuyarkən onun məzmunu haqqında deyil, tamamilə başqa, şey haqqında düşünürlər. Təbii ki, bu zaman gözlərin qayıdış hərəkətləri qaçılmazdır.

Beləliklə, biz artıq reqressiyaların təbiətini bilirik və bu nöqsanla mübarizə tədbirlərini müəyyən edə bilərik. Aydındır ki, burada iki yol mümkündür: birinci yol - həmişə hər şeyi təkrar oxumaq vərdişindən uzaqlaşmaq, ikinci yol isə oxu zamanı diqqətin tərbiyə edilməsidir. Bu yolların təcrübi cəhətdən həyata keçirilməsi üçün sizə iki məşğələ təklif edirik.



SÜRƏTLİ OXUNUN BİRİNCİ QAYDASI:

REQRESSİYALARSIZ OXUMAQ
Qaydanın məzmunu: İstənilən çətinlik dərəcəsində olan mətni yalnız bir dəfə oxuyuram, gözlərin qayıdış lıərəkətləri (reqressiyalar) yolverilməzdir. Yalnız oxu başa çatdıqdan və oxunmuşların mənası başa düşüldükdən sonra, zəruri olarsa, mətni bir daha oxumaq olar.

Bu qayda indi sizin oxunuzun qanunu olmalıdır. Mətn hansı çətinlik dərəcəsində olursa-olsun, gözləriniz yalnız irəli getməlidir. Heç bir qayıdış hərəkətinə yol vermək olmaz. Biz hələ tələsmirik. Məqsədimiz düzgün oxumağı öyrənməkdir. Bu yolda ilk addım reqressiyaların tamamilə ixtisar edilməsidir.

Bildiyimiz kimi, dəfələrlə oxunması lazım olan çoxlu cətin və mürəkkəb kitablar var. Buna baxmayaraq, hətta bu cür kitabları belə birinci dəfə oxuyarkən "reqressiyalarsız oxumaq qaydası"na sözsüz riayət edilməlidir. Qaydanın məzmununa bir daha nəzər yetirin. Orada yalnız bir birləşməni fərqləndirmişik - mənasını başa düşmək. Bu, o deməkdir ki, cətin mətnlərin təkrar oxunması mümkündür, bəzən mütləqdir. Lakin bütün hallarda təkrar oxu faktından əvvəl oxunmuşun mənasının başa düşülməsi lazımdır. Lakin əksər oxucular oxuduqları üzərində düşünməklə özlərini yormadan mətnin bir abzasını oxuyur və oxu zamanı da başqa bir şey haqqında düşündüyünə görə heç bir şey anlamırlar. Ona görə də yenidən və dəfələrlə oxuduqları mətnə qayıdırlar və bu bütün mətn boyu belə davam edir.

Belə oxunun effektivliyi, bildiyimiz kimi, şübhədoğurucudur. Yalnız ona görə yox ki, o, ləngdir (təkrar oxuya 2-3 dəfə cox vaxt sərf olunur). Həm də ona görə ki, oxunmuşların başa düşməsinin keyfiyyəti və yadda saxlanılması da zərər görür. Məlumdur ki, bütün mətnlərin xətti məntiqi ardıcıllığa əsasən qurulur. Coxsaylı qayıdışlar mətnin məzmununun karkasını dağıdır, başda xaos, qarmaqarışıqlıq yaradır. Oxunmuşa geri qayıdaraq, siz dərhal əvvəlkini unudursunuz (əməli yaddaşdan silinir). Bundan başqa, çox vaxt elə olur ki, sonrakı şərhdə (Məsələn, növbəti sətirlərdə, abzasda, səhifədə) mətnin anlaşılmayan yerləri aydınlaşır.

Məşğələnin mənimsənilməsi üçün onun icrasının aşağıdakı ardıcıllıgını tövsiyə edirik:

Sürətli oxunun birinci qaydasının məzmununu sizin ücün rahat olan ölçüdə ayrı-ayrı vərəqlərdə, məsələn, 125 X 75mm ölçülü biblioqrafiya kağızında, yaxud standart yazı kağızının yarısında iki nüsxədə yazın. Onu bir neçə dəfə təkrarlayın.

Yadda saxlamağa çalışın. Bir nüsxəni xəyali nəzərinizin ekranındakı iş stoluna yapışdırın. Indi nəzəriniz həmişə bu qaydaya yönələcək. İkinci nüsxəni isə həmişə qeyd dəftərcəsində özünüzlə gəzdirin. Qeyd dəftərçəsini açdıqda, gözlərininzi kitab və dərsliklərdən çəkdikdə siz daim sürətli oxunun birinci qaydası ilə rastlaşırsınız.

İndi isə öz oxunuzu reqressiyasız təsəvvür edin. Gözlər mətnin üzərində yalnız irəliyə doğru hərəkət edir, heç bir qayıdış hərəkəti edilmir. Siz həmişə belə oxuyacaqsınız. Siz bunun öhdəsindən gələcəksiniz. Qəzetdə sizi maraqlandıran bir məqaləni reqressiyasız oxuyun. Hətta oxuduqlarınızın mənası başa düşüləndən sonra belə mətni ikinci dəfə oxumağa tələsməyin. Oturub fikirləşin. Çox şeyi xatırlayacaqsınız. Əgər üç dəqiqə ərzində oxuduqlarınızdan baş çıxara bilməsəniz, yenidən oxuyun. Təkrar oxunun səbəblərini qeyd edin: həqiqətən də, çətin mətn, yoxsa diqqətin olmaması?

Gündəliyinizdə öz təəssüratlarınızı yazın. Bir həftə ərzində hər gün bu məşğələni yerinə yetirin.

İNTELLEKT NƏDİR?!
Bir məqalədən çıxarış:

"İntellektual davranış. Bu, həmişə bir neçə imkan arasından seçim etməyi tələb edir.

Sadə bir misal: Siz şəhərin o biri başına getməlisinız Bunu müxtəlif nəqliyyat növlərinin vasitəsilə edə bilərsinız, lakin piyada getmək də olar. Yola düşməzdən əvvəl biz vəziyyəti dəyərləndirəcək, əlimizdə olan imkanları ölçüb-bicək və onlardan hansısa birini seçərək, hərəkət planı quracağıq. Başqa sözlə, qarşımızda müəyyən bir məqsəd var, lakin düzgün qərarın seçilməsi bizim özümüzdən asılıdır. Biz öz tələbatlarimızı avtomatik olaraq (ehtiyacın ödənilməsinin mexanizmi ilə maraqlanmadan) ödəmirik, məqsədə çatmağın müxtəlif yollarını şüurlu şəkildə seçirik və bir-biri ilə tutuşdururuq.

İntellektual fəaliyyət ən ali dərəcəsində insana xas olan bir şeydir. Moskva universitetinin professoru, məşhur psixoloq A.R.Luriya bir dəfə hesablamışdı ki, insan davranışının səkkizdə-yeddi hissəsi intellektual aktlardan formalaşır və səkkizdə-biri "təmiz" şərti və şərtsiz reflekslərdir.

Hər bir intellektual akt üç hissədən, yaxud üç mərhələdən ibarətdir. Birinci mərhələ məqsədə çatmaq uğrunda istiqamətlənmə və hərəkət planının hazırlanmasıdır. İkinci, nəzərdə tutlan planın yerinə yetirilməsi, yaxud gerçəkləşdirilməsı mərhələsidir. Və nəhayət, üçüncü mərhələ əldə edilmiş nəticə ilə qarşıya qoyulmuş məqsədin tutuşdurulmasıdır. Cəkdiyimiz misalda birinci mərhələ - bizim üçün hansı nəqliyyat növünün daha rahat olması barədə götür-qoy edilməsi müxtəlif variantların müqayisə edilməsi və ən yaxşısının edılməsidir; ikinci - bu və ya digər variantın gerçəkləşdirilməsi və nəhayət, üçüncü - işə vaxtında çatmağımızdan dolayı məmnunluqdur.

Göründüyü kimi, insanda intellektual aktın birinci və ikinci mərhələsi - üçüncüdən hələ danışmırıq - bir-birindən cox dəqiq şəkildə ayrılır. İnsan əvvəlcə əlində olan imkanları nəzərdən keçirir, hərəkət planı tərtib edir, yalnız bundan sonra bn planı həyata keçirir. İnsanın digər canlılardan, məsələn insanabənzər meymunlardan əsas fərqi (intellektual davranışa dair olan şeylərdə) də bundadır".



Leontyev A.A. "İnsan dünyası və dil dünyası", - M., 1984, - S.

ÜÇÜNCÜ MÜZAKIRƏ

Oxunun inteqral alqoritmi
OXU VƏ BEYIN
Məktəbdə informatika kursundan artıq bildiyiniz kimi alqoritm hansısa hərəkətlərin, yaxud əvvəldən axıradək dəqiq ardıcıllığı göstərilən bir sıra konkret əməliyyatların məcmusudur. Oxunun alqoritmi mətnin əsas hissələrinin qavranılması zamanı əqli hərəkətlərin ardıcıllığını müəyyənləşdirir.

Bu oxu forması ona görə inteqral adlandırılır ki, onun fəaliyyəti tamamilə bütün mətnə yayılır. Əvvəlki söhbətimızdə göstərilmişdi ki, əqli fəaliyyət insan davranışının ən mühüm funksiyalarından biridir. İntellektin bütün müxtəlif təzahürlərinin həyata keçirilməsini, əlbəttə ki, insan beynini təmin edir. Ola bilsin ki, insan bədəninin heç bir orqanı beyin kimi çoxdan tədqiq edilmir, biz isə onun haqqında bela az şey bilirik. İnsanın baş beyni yığcamdır, kiçik kütləyə və heyrətamiz şəkildə cüzi enerji sərfinə malikdir. O, 14 milyarddan çox sinir hüceyrəsindən ibarətdir və orta çəkisi 11 kq, həcmi 1,5 dm3, elektrik ekvivalenti ilə energetika qüvvəsi isə 2,5 Vt-a yaxındır. Bu, cəmi 3 cib fənəri lampası qədərdir. İnsanın baş beyninin fəal neyronlarının sayını müasir EHM da olan məntiqi elementlərin ümumi sayı (10 minə yaxın) tutuşdursaq, 1 milyon dəfə fərq alarıq. Beyinin 1 sm3-da 10 milyondan çox fəal neyron var. Beləliklə, insan beyni mikrominiatürləşdirmənin nazik qabıqlı strukturlarının təsirli və yığcam metodlarının həqiqi mövcudluğunun əyani nümunəsidir. Lakin beyinin üstünlükləri təkcə neyronların çoxtəbəqəli düzümünün həddindən artıq möhkəm arxitekturasından ibarət deyil. Ola bilər ki, beyinin ən heyrətamiz xüsusiyyəti onun əsaslanaraq işlədiyi funksional proqramlardır. Canlı beyin hesablamaların alqoritmləşdirilməsinin və məlumatın paralel assosiativ emalnın elə metodlarından istifadə edir ki, onları təsəvvür etmək belə çətindir.

Beyın fəaliyyətinin əksər funksiyaları arasında bizim ücün daha maraqlısı ətraf mühitdən bizim üçün əhəmiyyətli olan məlumatın çıxarılması proqramları sistemidir. Məhz burada orqanizmin əsas xüsusiyyəti - selektiv adaptasiya, daha doğrusu, insanı müasir EHM qarşısında üstünlüklərini daha nəzərəçarpan edən uyğunlaşma qabiliyyəti aşkara çıxır. Maşına məlumatı onsuz da insan hazır şəkildə verir. İnsanın beyni tamamilə fərqli şərtlər altına salınıb: o, ətraf mühitdən, məsələn, mətndən, daha doğrusu, quruluşu heç də həmişə məlum olmayan sistemdən ona lazım olan informasiyanı özü sərbəst şəkildə çıxarmağa məcburdur.

Orqanizmin fəaliyyətinin etibarlı vasitəçisi və rasionallıq meyarı onun hərəkətinin və fəaliyyətinin avtomatizm səviyyəsi-davranışın stereotip aktlarıdır. Mətni oxuyarkən onlar qapalılık sistemdə məqsədyönlü hərəkətlər xarakteri daşıyır.

Beləliklə, beyin tərəfindən məlumatın emalından əvvəl mühitdən çıxarılması həyata keçirilməlidir. Bu gün bu aparıcı məsələnin beyin tərəfindən həlli yolları haqqında az şey məlumdur. Məhz nə məlumdur?

Müasir neyropsixologiya üç əsas funksional bloku, üç əsas beyin aparatını fərqləndirir ki, onların iştirakı insanın 11 psixi fəaliyyəti, o cümlədən oxu üçün vacibdir.



Birinci - bioenergetik tonus bloku beyin qabığının ayıqlığını təmin edir və beyinin dərin, digərlərindən daha əvvəl formalaşmış şöbələrində yerləşir. Birinci bloka baş beyinin gövdəsinin yuxarı şöbələri, yəni retikulyar formasiya daxildir və o, elə ayıqlıq və fəal diqqət dərəcəsini təmin edir ki, onların fəaliyyəti qeyri-mümkündür. Çoxsaylı müşahidələr göstərib ki, şiş, yaxud kəllədaxili mikroqanaxma bu bloka təsir etsə, insanda nə qavrayış, nə nitq, nə də düşüncə pozular, lakin diqqət, ayıqlıq səviyyəsi aşağı düşər, emosional pisliyə doğru dəyişər. Bu blokun xüsusiyyətlərini bilən görkəmli Sovet cərrahı akademik N.N.Burdenko əməliyyatlar zamanı beyinə müvafiq təsir göstərməklə xəstənin yuxulamasına nail olurdu. Lakin əsas funksional blokun mexanizmi, nəinki böyük yarımkürələrin qabığını canlandırır, həm də özləri onun təsirini hiss edirlər. Beləliklə, bu blokla baş beyin qabığının ali şöbələri arasında sıx üzvi əlaqə vardır.

Beyinin ikinci funksional bloku məlumatın qəbul edilməsini, emal olunmasını və saxlanmasını təmin edir. O, görmə (beyinin peysər hissəsində yerləşir), nitq (alın çıxıntısı), eşitmə (beyinin gicgah bölgəsi) və ümumhəssas bölgələr (beyinin əmgək hissəsi) aparatlarından ibarətdir. Məhz bu blok oxu ilə bağlı olan proseslərin böyük bir hissəsini icra edir. Beyinin üçüncü funksional bloku proqramlaşdırma davam edən fəaliyyətə nəzarətin tənzimlənməsi blokudur. Bunu deməyə əsas var ki, insanın psixi fəaliyyətinin ali formaları idarə edən idarəetmə məntəqəsi məhz burada yerləşir. Biz oxu prosesini müəyyən proqrama tabe edirik. Oxu, mürəkkəb və qarşılıqlı əlaqədə olan proses kimi, oxunmuşun qavranılması və başa düşülməsindən əmələ gəlir, buna gör, oxunun beyin səviyyəsində əsas mexanizmi mətnə uyğun olaraq, səs-hərf uyğunluqlarını təyin etmək və dil materialının müəyyən beyin proqramında genişləndirilməsini proqnozlaşdırmaq bacarığıdır. Bu funksiya qabığın alın çuxurlarına qədər olan hissəsinə aiddir. Onlar zədələnibsə, insanda sonrakı hərəkətlərə dair heç bir fikir yaranmır.

Bəs beyinin bu funksional bloku hansı növ proqramları hazırlayır və həyata keçirir? Professor N.İ. Jinkinin göstərdiyi kimi, beyinin bir semantik, daha doğrusu, məna mexanizmi kimi işi haqqında müasir təsəvvürlər bioloji proqramlaşdırmanın bir neçə növünün mövcudluğunu irəli sürməyə imkan verir. Oxu əqli fəaliyyətin müəyyən proqramlarından, daxil olan məlumatın insan beynində emalı zamanı onun kodlaşdırılmasının müəyyən üsulllarından istifadəyə əsaslanan bir prosesdir.

Biz qarşımıza oxunun təsirliliyini, onun məhsuldarlığını, səmərəliliyini artırmaq məqsədi qoyuruq. Görünür, real həll yolu əqli fəaliyyətin yeni, daha effektiv proqramlarının yaradılması, daxil olan məlumatın kodlaşdırılmasının yeni, rasional üsullarının öyrədilməsidir. Burada iki mərhələni ayırmaq olar: Kəmiyyət və keyfiyyət.

Getdikcə artan informasiya axınının emal olunmasının öhdəsindən necə gəlməli? Həqiqətən də, lazımlı, faydalı, ən dəyərli olanı necə tapmalı? Daxil olan məlumatlar axınının içərisindən vacib olanı neçə seçməlı?. Bu məsələni necə tapmalı? Daxil olan məlumatlar axının içərisindən vacif olanı necə seçməli? Bu məsələni oxunun inteqral alqoritmi həll edir. Məhz oxunun inteqral alqoritmi beyni əlavə məlumatlardan qoruyan özünəməxsus kəmiyyət süzgəci yaradır. Hərçənd o, sözsüz ki, müəyyən dərəcədə mətnin kəmiyyət emalını da təmin edir, lakin yenə də onun əsas təyinatı sonrakı emal üçün verilmiş situasiyada əhəmiyyətə malik olanı seçməkdir.

OXUNUN İNTEQRAL ALQORİTMİNİN MƏZMUNU
Diqqətlə baxsaq, görərik ki, alqoritmlər bizi hər yerdə əhatə edir. Məsələn, tramvaya minərkən bu yazını oxuyuruq:”Sərnişinlər bilet almalı və vaqona daxil olmalıdırlar". Bu yazı tramvaya minərək sərnişinə çevrilən insanın davranışını ikibloklu (bilet al+irəli get və mane olma) alqoritmindən başqa bir şey deyil. Onun alqoritmdən istifadə etməsi rasionaldır? Bəli, çünki bu, bütün sərnişinlərin hərəkətini nizamlayır. Biletsiz getmək problemlər vəd edir, sərnişınlərin meydançada toplaşması isə narahatlıq yaradır. Lakin hec də bütün sərnişinlər bu alqoritmə riayət etmir: Məsələn, gediş bileti olanlar kassada ləngimirlər, dərhal vaqonun ortasına keçirlər. Belə sərnişinlərin öz hərəkət alqoritmi var. Bu adi həyat şəraitində alqoritmləşdirmə qaydalarının tətbıqinə dair sadə bir nümunədir.

Bəs alqoritmlərin oxu kimi bir prosesdə tətbiqi insana nə verir? O, bu prosesi təşkil edir, onun təsirliliyini artırır. Bununla yanaşı, alqoritmlər özlərinin yaradıcı təfsirini də istisna etmir, konkret mətnlərdən və oxunun qurulmasından asılı olaraq, bəzi dəyişikliklərə yol verir. Oxu zamanı inteqral alqoritmdən istifadə insan beyninin yuxarıda izah etdiyımiz bəzi xüsusiyyətlərini öyrənir. İstənilən mətn müəllifin fikirlərinin dildə ifadəsidir. Mətnlər insanlar tərəfindən yaradılır və insanlar da bu mətnləri oxuyurlar. Deməli, müəlliflə oxucu arasında ortaq olan əsas dil qanunauyğunluqları təkcə mətnlərin yaradılması zamanı deyil, həm də onların oxunması zamanı qüvvədə olur.

Burada onu da xatırlatmaq yerinə düşərdi ki, insan ümumiyyətlə, təkcə oxunu deyil, əksər əqli fəaliyyətlərı əvvəlcədən proqramlaşdırır. Belə ehtimal etməyə əsas var ki, hər bir oxucunun sanki öz alqoritmləri və oxu proqraınları var. Lakin əksər oxucularda onların effektivliyinə şübhə etmək olar, çünki çox vaxt qeyri-mütəşəkkil oxu nümunələrini müşahidə etməli oluruq və bu zaman oxucu kitabı gah axırdan, gah da ortadan oxuyur. Əlbəttə, belə oxu heç bir fayda verməyəcək.

Bu, əqli fəaliyyətlərin qeyri-effektiv proqrama, yaxud uğursuz alqoritmə nümunədir. Bəs kitabla daha mütəşəkkil şəkildə işləməyi öyrətmək mümkündürmü? Bəli, mümkündür. Bu fikir struktur və quruluş nəzəriyyəsi adlandırılan və müasir psixologiyada məşhur olan nəzəriyyələrdən birinin ideyasına əsaslanır. Onun banisi məşhur Sovet psixoloqu D.Uznadzedir. Psixoloji quruluş insanın müəyyən fəallığa, bəzi proseslərdə iştirak etməyə, tanış stimula, yaxud məlum situasiyaya verməyə hazır olmasıdır. "Struktur və quruluş” ümumi keçmiş təcrübə, onun əsasında qurulmuş vəziyyəti və məqsədin obrazı və hərəkət planından ibarətdir. Stimul bir neçə dəfə təkrarlanırsa və ona reaksiya avtomatizm səviyyəsinə gətirilib çıxarılırsa, bu halda quruluş təsbit edilmiş adlandırılır. O, davranışın tənzimlənməsinin şüursuz amili ola bilər. Siz pillələrə baxmadan pilləkəni qalxırsınız, sizdə pilləkəndə bütün pillələrin eyni olmasına dair təsbit edilmiş quruluş var, buna görə də onlara baxmağa lüzum yoxdur. Lakin onlardan ən azı biri başqa hündürlükdə olsa, siz büdrəyə bilərsiniz. Quruluş fenomeni, həmçinin sadə bir eksperimentdə özünü göstərir: bu zaman insana həcminə görə iki dəfə fərqli olan bir neçə şar göstərilir. Bundan sonra ona iki eyni ölçülü şar verilsə o, şarların öz həcminə görə fərqli olduğunu iddia etməyə davam edəcək. Burada "ilkin quruluş illüziyası" adlandırılan illuziya yaranır. Hətta müvəqqəti fərqli şarlar görmək vərdişin əsl vəziyyəti "işıqlandırır".



Quruluş fonomeninin maraqlı təzahürünü metropolitendə aşkar edə bilərsiniz. Qarşmızda iki eskalator var. Onlardan biri yuxarıya hərəkət edir və sərnişinləri qaldırir. Digər eskalator isə hərəkətsizdir. Ona yaxınlaşın və zolağa ayaq basın. Sizi adət etmədiyiniz hislər gözləyir. Eskalatora ayaq basan kimi səndələyəcəksiniz. Bunun səbəbi nədir? Sizin qavrayışınız hərəkət hissinə hazırlanıb. Şüursuz olaraq orqanizminiz gözlənilən vəziyyətə cavabdeh olan hərəkətlərin koordinasiyasını formalaşdırır və birdən - hərəkətsizlik. Belə qərarsız reaksiyaya da uyğunlaşdırılma səbəb olur. Insan qavrayışının bu xüsusiyyətini – göstəriləni deyil, vərdişə əsasən başqa bir şeyi görmək xüsusiyyətini təsdiq edən çox sayda testlər mövcuddur.




Şəkil 1. İnteqral alqoritmin yeddi bloku
Quruluş nəzəriyyəsinin tədqiqatçıları iddia edirlər ki, çoxsaylı təkrar yolu ilə quruluş aktiv avtomatikləşdirilmiş fəaliyyət səviyyəsində davamlı stereotipə çevrilir. İnsan müəyyən adət və vərdişlər əldə edir ki, bunları da sonradan asanlıqla, avtomatik olaraq, ağıla güc vermədən istifadə edir.

Müşahidələr göstərib ki, oxunun inteqral alqoritmindən istifadə zamanı rasional hərəkətlərin birincidən sonuncuyadək alqoritm bloklarına uyğun olaraq, müəyyən ardıcıllığını nəzərdə tutan oxu vərdişi formalaşır. (Şəkil 1).

Alqoritmin ilk dörd bloku izah tələb etmir. Beşinci blok faktoqrafik məlumatlar mətndən faktların çıxarılması və onların məna cəhətdən mənimsənilməsi deməkdir. Altıncı və yeddinci oxunun individual xüsusiyyətlərinin: onun biliklərinin təcrübəsinin, oxu məqsədinin nəzərə alınmasını tələb edir.

Məsələn, bir oxucuya bayağı görünən şey başqasına - daha az təcrübəli olana yeni, tənqidi yanaşmış oxucuya isə mübahisəli görünə bilər. Beləliklə, bu blokların ikisi də oxu prosesində mürəkkəb analitik-sintetik düşüncə fəaliyyətinin icrasında oxucunun fəal iştirakını tələb edir.

Bəs alqoritmdən əməli şəkildə necə istifadə etməli? Hər şeydən əvvəl onun bütün bloklarını yadda saxlamaq, onların hər birinin məzmununu təsəvvür etmək lazımdır. Mətnin oxunması zamanı alqoritmi ayrıca bir vərəqdə yazmağı və daha yaxşı mənimsəmə üçün onu yazı stolunun üstündən asmağı tövsiyə edirik. Biz, əslində, necə oxuyuruq? Necə oldu, anlamadım, isə bəziləri belə cavab verir, əksər insanlar isə ümumiyyətlə, heç vaxt bu barədə düşünməyib. İnteqral alqoritm üzrə oxu mütəşəkkil və məqsədyönlü prosesdir və bu proses zamanı tutuşdurulan məlumat sanki mətndən çıxarılır və ayrı-ayrı gözlərlə - alqoritmin işıq zolaqları ilə müqayisə edilir.

Məlumatda tamamilə və ya qismən uyğunluq olduğu halda, məlumat sanki onlarda yerləşir.

Bu cür oxu prosesini universamda malların seçimi ilə müqayisə etmək olar.

Təsəvvür edin: Siz özünüzlə yeddi gözü olan araba götürmüsünüz və əlinizdə olan siyahıya müvafiq olaraq, malları tez-tez götürürsünüz. İndi fərz edək ki, siyahı itib. Siz əziyyətlə tapşırığın bəndlərini yada salmağa çalışırsınız və məqsədsiz şəkildə ticarət zalında dolaşaraq ümid edirsiniz ki, malları görən kimi nə almalı olduğunuzu xatırlayacaqsınız. Əksər oxucular məhz siyahını - əqli fəaliyyətlərin xilasedici alqoritmini itirmiş belə alıcıya bənzəyirlər.

Oxunun inteqral alqoritmi sürətli oxu texnikasının məna özülüdür. Əvvəlki söhbətlərdə göstərildiyi kimi, sürətlı oxunun əsas ideyası əqli fəaliyyətlərin daha effektiv proqramlarının həyata keçirilməsidir.

Göründüyü kimi, sürətli oxu əqli fəaliyyətlərin dəqiq və ardıcıl proqramlarından istifadəni tələb edir. Oxu xaotik, qeyri-mütəşəkkil prosesdən vahid proqrama - oxunun inteqral alqoritminə tabe olan bir prosesə çevrilir. Alqoritmin bloklarına riayət etmək sanki mətnin tədqiq edilməsinin addımlarını müəyyənləşdirir. Bununla yanaşı, oxunun inteqral alqoritmi qavrayışın fəallığını və deməli, oxunmuşların başa düşülməsini, yadda saxlanmasını əhəmiyyətli dərəcədə artirır.

Sürətli oxu mətnin ləng, passiv müşahidə edilməsindən fərqli olaraq, oxucunu mətnin strukturuna və məzmununa fəal şəkildə daxil olmağa, müxtəlif məna bloklarını müqayisə etməyə və qiymətləndirməyə vadar edir. Alqoritmin tətbiq edilməsinin xeyrinə olan daha bir mühüm sübut var. Müasir struktur dilçilik iddia edir ki, bütün mətnlər söz artıqlığına malikdir və bu artıqlıq bəzən 75%-ə çatır.

Mətnin həcminin, demək olar ki, 25%-i konkret oxucu üçün əsas məna daşıyıcısıdır.

Gündəlik həyatda bizi əhatə edən külli miqdarda informasiyanın böyük bir hissəsi artıqdır. Dilçilərin qeyd etdiyinə görə, çoxsözlülük, adi hadisələrin zahirən elmə oxşar terminologiya ilə ifadə edilməsi tendensiyası zəifləmir.

"İzvestiya" qəzetinin xüsusi müxbiri V.Suxaçevskı bu hadisələrin təhlilini aparıb. O yazır: "At suyu vedrədən icirsə, bu barədə necə danışmaq olar? Məsələn, belə demək olar: At suyu vedrədən içir. Başqa cür də olar. Heç olmazsa, bu cür: Yer kürəsinin əksər coğrafi zonalarında yayılmış cütdırnaqlılar fəsiləsinin nümayəndəsi suya olan təbii tələbatının ödənilməsi prosesini diametri atın sifətinin çevrəsindən az olmayan qabdan mayeni sormaqla həyata keçirir".

Bu nümünə söz artıqlığı 100%-ə yaxın olan bir mətni nümayiş etdirir.

Sürətli oxu faydalı məlumatların olmadığı belə mətnlərin “mənasızlığını" dərhal görməyə imkan verir. Bununla yanaşı, sürətli oxu kursunun dinləyicilərinin dəfələrlə bildirdiyi kimi, alqoritmlər sistemi ağılı intizama öyrədir və müxtəlif sənədlər hazırlanarkən belə, fikirləri sadə, aydın, başa düşülən şəkildə ifadə etməyə vadar edir.

İnformasiya partlayışı əsrində mətnlərdə söz artıqlığı problemi həqiqətən də, aktualdır və son illərdə mətbuatda fəal şəkildə ınüzakirə olunur. Bununla yanaşı, unutmaq olmaz ki, söz artıqlığı bəzən faydalı olur.

Beləliklə, siz mətndən, həqiqətən də, dəyərli və sizin ücün faydalı olan məlumatın çıxarılmasının radikal bir vasitəsinə malik ola bilərsiniz. Bundan sonra istənilən həcmli və sıxlıqlı mətn sizin üçün qorxulu deyil. Oxunun inteqral alqoritmi sizin beyninizi istənilən mətndən mənalı informasiyanın güclü və təsirli vasitəsi ilə silahlandırır.

Bütün insanlar gözəl yerlərə baxmağı sevirlərlər. Bu, hər il səyahətlərə milyonlarla pulun xərclənməsinin əsas səbəbidir. Son səyahətininzi xatırlayın. Hansı mənzərələri xatırlayacaqsınız? Şübhəsiz, çox az, nisbətən maraqlılarını. Yerdə qalanları isə yaddaşdan silinib. İndi isə alqoritmlərə uyğun işləyərkən siz bir dəfəlik bütün mətnin "seyr-müşahidə" edilməsi üsulunu öyrənəcəksiniz. Həm də bilməlisiniz ki, alət, geyim modeli yazı üslubu nümunələri mövcuddur. Hər bir yazıçının öz əsəsrini yazmağa başlamazdan əvvəl müəyyən məqsədi olur. Müxtəlif məqsədlər müxtəlif yazı üslubları tələb edir. Müəyyən müəllif üslublarını oxuyarkən bəzi müvafiq üsullar faydalıdır. Əgər siz daha çox işlənən üslubları tanımağı öyrənsəniz, eləcə də onlarla davranmaq üsullarını mənimsəsəniz, öz oxuculuq imkanlarınızı əhəmiyyətli dərəcədə artırmış olacaqsınız. Bu fikir, xüsusilə, qəzet və jurnal materiallarının janrlarına aiddir. Bununla yanaşı, siz indi sərbəst şəkildə mətnin mənalı hissəsinə köklənə biləcəksiniz, siz artıq faydalı məna ilə "mənasız həcm" arasında fərqi görə biləcəksiniz.

Bəs inteqral alqoritmin bloklarına müvafiq şəkildə oxu mexanizmini necə yaratmalı və möhkəmləndirməli? Onun gerçəkləşdirilməsində iki mərhələ var: birincisi, alqoritmin bütün bloklarının dərk edilməsi və onlara riayət edilməsi; ikincisi, bu hərəkətlərin qeyri-ixtiyari, avtomatik edilməsi. Təcrübə göstərir ki, bu ikili məsələnin effektiv həlli yolu xüsusi metodiki üsulların-oxunun inteqral alqoritminin gözdə təsəvvürü və ideomotor məşqin köməyilə mümkündür. Sonuncu metodiki üsul müasir idmanda geniş və effektiv şəkildə istifadə edilən və psixotexniki oyunlar adlandırılan ehtiyatdan götürülüb üsulların hər birini ayrılıqda nəzərdən keçirək.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin