Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri Statistikanın əsas anlayışlar



Yüklə 267,6 Kb.
səhifə14/15
tarix07.01.2024
ölçüsü267,6 Kb.
#208339
1   ...   7   8   9   10   11   12   13   14   15
Seymur-Statistika

Orta kəmiyyət-statistikada konkret məkan və zaman şəraitində ictimai
hadisələrin dəyişən əlamətlərinin tipik səviyyələrini xarakterizə edən göstəricidir.
Orta göstərici məcmunun ayrı-ayrı vahidlərinə xas olan fərqləri kənarlaşdırır və öyrənilən bütün məcmu vahidləri üçün xarakterik (tipik) olan ümumini əks etdirir.
Hər bir hadisədə və onun inkişafında zərurətlə təsadüfliyin əlaqəsi vardır.
Orta kəmiyyət hesablanarkən böyük ədədlər qanununun fəaliyyəti nəticəsində təsadüflər qarşılıqlı ödənilir ki, bununla da hadisələr mühüm olmayan xüsusiyyətlərdən abstraklaşdırılır.
Orta göstərici kifayət qədər böyük sayda vahidlərdən (kütləvi məlumatlar) ibarət olan məcmu üçün hesablanmalıdır.
Orta göstərici öyrənilən məcmunun iqtisadi məzmunu nəzərə alınmaqla hesablanmalıdır.
İctimai hadisələrin ümumiləşdirici xarakteristikasını vermək üçün statistikada moda və medianadan da istifadə edilir.
Moda-ən çox təsadüf edilən ədəddir.
Diskret sıralarda modanın tapılması o qədər çətin deyil.
Bərabər fasiləli sıralarda moda aşagıdakı düsturla hesablanır.
Burada,X0- moda olan variantda fasilənin aşagı həddini, d - fasilənin böyüklüyünü,f1- moda olan variantdan əvvəlki variantın çəkisini,f2- moda olan variantın çəkisini,f3- moda olan variantdan sonra gələn variantın çəkisini göstərir.


Median
Müəyyən qayda ilə (artan və ya azalan) düzülmüş sıranı iki bərabər hissəyə bölən ədədə mediana deyilir.
Sıradakı variantların sayı çüt olduqda mediananı tapmaq üçün ortadakı iki variantın orta qiymətini hesablamaq lazımdır.
Fasiləli sıralarda median aşagıdakı düsturla hesablanır.


Burada:
X0- mediana olan variantın aşagı həddini,
d -mediana olan variantda fasilənin böyüklüyünü,
- sıranın çəkilərinin cəmini,
- mediana olan variantdan əvvəl gələn variantların artan yekunla çəkilərinin cəmini,
-mediana olan variantın çəkisini göstərir.

Yüklə 267,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin