Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri Statistikanın əsas anlayışlar



Yüklə 267,6 Kb.
səhifə1/15
tarix07.01.2024
ölçüsü267,6 Kb.
#208339
  1   2   3   4   5   6   7   8   9   ...   15
Seymur-Statistika


Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri

  1. Statistikanın əsas anlayışlar

“Statistika” termini latın sözü olan “status”-dan əmələ gəlmişdir ki, hərfi mənası hadisələrin vəziyyəti deməkdir.Bu termindən ilk dəfə alman alimi Qotfrid Axenval (1719-1772) istifadə etmişdir. Hazırda statistika termini 3 mənada işlədilir.Statistika dedikdə, 1-cisi, adamların xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür; 2-cisi, nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi başa düşülür; 3-cüsü, müxtəlif hesabatlarda əks etdirilən dövri mətbuatda və külliyatlarda dərc edilən statistik məlumatlar başa düşülür. Elmin başlıca xüsusiyyəti və onu digər elmlərdən fərqləndirən özünəməxsusluğu onun predmetində ifadə olunur.Statistikanın predmetini kütləvi sosial-iqtisadi həyat hadisələri təşkil edir.O,müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir.Cəmiyyət həyatında baş verən hadisə və prosseslər statistika tərəfindən statistik göstəricilər vasitəsilə öyrənilir.Statistik göstərici-öyrənilən hadisənin xassəsinin(xüsusiyyətinin) kəmiyyətcə qiymətləndirilib ,onların inkişaf qanunauyğunluqlarını və qarşılıqlı əlaqəsini xarakterizə edir.Statistik göstəricinin 2 əsas növü vardır:
1.Uçot –qiymətləndirmə göstəriciləri;-öyrənilən hadisənin həcmini vəya səviyyəsini əks etdirir.Hadisələrin müəyyən məkanda və anda yayılma həcmini vəya ikişafını əks etdirir.
2.Analitik göstəricilər- statistik informasiyanın təhlili üçün tətbiq edilir və öyrənilən hadisənin inkişaf xüsusiyyətlərini (əlamətin tipikliyini,onun ayrı ayrı hadisələrə nisbətini,zamanca inkişaf surətini və s.) xarakterizə edir. Statistika elmi öz predmetini öyrənərkən o, statistik məcmu yaradır.Statistik məcmu dedikdə, öyrənilən hadisənin vəzifələrinə müvafiq olaraq keyfiyyətcə eyni olan vahidlər çoxluğu başa düşülür.Statistik məcmunun tərkibi sabit olur. Statistika öz predmetini öyrənmək üçün müxtəlif metodları işləyib hazırlayır və tətbiq edir.Bu metodlar məcmusu statistik metodologiyanı təşkil edir.Statistik metodologiyanın işlənməsinin və tətbiqinin ümumi əsasını ictimai həyat hadisələrinin öyrənilməsinə dialektik yanaşma prinsipi təşkil edir.Bu prinsipin əsas tələbi hadisə və prosseslərə tam halında,qarşılıqlı əlaqə və asıllıqda,dəyişmə və inkişafda baxmaqdan ibarətdir.
Statistik metoddan danışarkən ,burada aparılan tədqiqatın 3 mərhələdən ibarət olduğunu söyləmək lazımdır:
1)Elmi surətdə təşkil olunmuş kütləvi müşahidə;
2)Statistik materialların qruplaşdırılması və yekunlaşdırılması;
3)Təhlilin aparəlması.
Beləliklə,spesifik statistik metod analiz və sintezin birləşməsinə əsaslanır. Statistikanın əsas vəzifələri aşağıdakılardır:

  1. Elmi surətdə əsaslandırılmış göstəricilər əsasında cəmiyyətdə baş verən iqtisadi və sosial prosesslərdəki dərin dəyişikliklərin hərtərəfli tədqiqi;

  2. xalq təsərrüfatının inkişaf meyllərinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;

  3. ictimai istehsalın səmərəliliyinin mövcud ehtiyyatlarının aşkar edilməsi;

  4. qanunverici hakimiyyət və eləcə də bütün dövlət və təsərrüfat quruluşlarının ,geniş ictimayyətin vaxtlı vaxtında geniş informasiya ilə təmin edilməsi

  1. Statistika tədqiqatının mərhələləri

  2. Statistika müşahidesi haqqınada anlayış və onun təşkili qaydası

Statistika informasiyası ilkin statistika materialı olub, statistik müşahidə əsasında formalaşır. O, statistik tədqiqatın ilk mərhələsidir. Sosial-iqtisadi hadisələri, onların inkişaf qanunauyğunluqlarını öyrənmək ücün, ilk növbədə, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistika məlumatı əldə edilməlidir. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanılması üzrə elmi əsasda təşkil edilmiş va aparılmış işə statistika müşahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütləvi məlumat əldə edilməsində ilk mərhələ olub, sosial-iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tutur. Ona görə də hər bir statistika tədqiqatının nəticəsi öyrənilən sosial-iqtisadi hadisələr haqqında toplanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.
Statistik müşahidə statistikanın mühüm metodlarından biridir. İctimai hadisələrin kəmiyyət tərəfini öyrənmək üçün hər şeydən əvvəl, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistik məlumat əldə etmək lazımdır. Ona görə də statistik tədqiqatın birinci mərhələsi statistik müşahidədəir.
Təbiətdə cəmiyyətdə baş verən ictimai-iqtisadi hadisə, hal və proseslərin inkişaf qanuna uyğunluqlarını tədqiq etmək üçün elmi şəkildə təşkil olunmuş kütləvi məlumatların toplanması prosesinə statistik müşahidə deyilir. Tədqiqatın bu mərhələsində buraxılan hər hansı bir səhv sonrakı tədqiqat mərhələlərində mütləq özünü göstərməlidir. Ona görə də hər bir tədqiqatın nəticəsi toplanılan məlumatın düzgünlüyündən, dəqiq-liyindən və vaxtında uçota alınmasından çox asılıdır. Bütün bunları nəzərə alaraq, statistik müşahidə planlı surətdə, müntəzəm və elmi əsasda aparılmalıdır.

Yüklə 267,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin