Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə34/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   30   31   32   33   34   35   36   37   ...   99
 Dinlər əldə oyuncaq... 
 Söndürülüb çox ocaq,
 Qan içində hər bucaq,
 Əzir milləti millət,
 Siyasətdi, siyasət...


115
Elə  buna  görə  də  bugünkü  təklənməyimizi  islamla  bağlamaq  gülün-
clükdür. Bir də təkrar edirəm, bunun kökündə din yox, soy-kök, mənsub 
olduğumuz  millət  durur.  Əgər  öz  kökündən,  soyundan  üz  çevirmək 
istəyirsənsə, buyur çevir. Hegemon millətlərin dəyənəyi altında yaşamaq 
istəyirsənsə,  buyur  yaşa.  Xaçpərəstlərə  sevginizi  daşdırmamışdan  öncə 
bu məsələ barədə dərin düşünmək lazımdır. Bu gün torpaqları parampar-
ça edilmiş bir yurdun yazarının əbədi mövzu olan məhəbbətə qapılması, 
hansı dəyərlərdən xəbər verir? Tarixin əsasını öncə yazarlar, salnaməçilər 
qoyub. Orxon-Yenisey abidələrində, Dədə Qorqud dastanlarında biz nəyi 
axtarırıq? Kimliyimizi! Deməli, heç də baş verən faciələri, sosial bəlaları 
ədəbiyyata gətirmək cılızlıqdan yox, istedaddan xəbər verir. Qaldı istedadın 
dərəcəsi fitrətdən asılıdır. Əgər bu istedad varsa, hər sahədən yazmağı ba-
caracaqsan. Bu gücü özündə hiss etməyənlər bu mövzulara qulp qoyur-
lar.  Məhəbbət  hər  kəsin  içində  var.  Bu  mövzuya  heç  yazar  olmayan  da 
haçansa  ürəyində  bədiiləşdirib  şəxsi  gündəliyinin  səhifəsinə  həkk  edir. 
Bu  gün  qlobal  məsələləri  ədəbiyyatda  əks  etdirə  bilməyənlər  dahilərin 
yaradıcılığında  bəhs  olunan  sosial  bəlalardan,  dəhşətli  müharibələrdən 
bəhs edən mövzulara dodaq büzürlər. Çünki əlinə qələm götürüb nəyisə 
yaratmaq  istəyənlərin  bir  çoxu  bu  gücü  özlərində  görmürlər.  Bütün 
bunların dərinliyinə varanda görürsən ki, dünyanın doğru-düzgün tarixini 
öncə vicdanlı ədəbiyyat adamı yaradır. 
Qafqaz  yanğın  içindədir...  Bu  yanğında  kimi  günahlandırmaq  olar? 
Kibriti, hansı ki, yanğın ondan başlayır, ya o əli ki, hansı ki, kibriti çəkib?!
Artıq  küçələrimiz  gənc,  uzunsaqqal,  qısaşalvar  kişilərlə  doludur. 
Onlar da Azərbaycanda heç vaxt olmayan ayrı bir məzhəbin dindaşlarına, 
təəssübkeşlərinə  çevrilib.  Nəyə  görə?..  Bu  niyənin  səbəbindən  başda 
oturanlarımız  xəbərsiz  deyillər.  Deyilənlərə  görə  onlara  aylıq  ödənilən 
məvacib bu yola ayaq basanlara kifayət edir ki, onlar gənc yaşlarından qısa 
şalvar geyinib uzun saqqal saxlasınlar. Məzhəblərə gəldikdə isə müqəddəs 
kitabımız «Quran»ın 6-cı surəsinin 159-cu ayəsində deyilir:
“(Ya  Rəsulum!  Şübhəsiz  ki,  sənin  firqə-firqə  olub  dinini  parçalayan-
larla  heç  bir  əlaqən  yoxdur.  Onların  işi  Allaha  qalmışdır.  Allah  sonra 
(qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!)” 
İslama inanmayanlarımızı qoyuram bir tərəfə, sizə üzümü tuturam, ey 
din əhli, indi dini kitabımız olan “Quran”a inanım, ya başı çalmalı məzhəb 
təəssübkeşləri mollalara? Deməli, məzhəblər də hegemonluqdan, mənəm-


116
mənəmlikdən  meydana  gəlib.  Əslində  bütün  dövrlərdə  pul  insanların 
başına bəla mənbəyi olub. Gündəlik maddi ehtiyacını ödəmək üçün bəşər 
övladı  hansı  acılardan  keçməyib.  Biz  əvvəllər  kölə  millət  idik.  Bu  gün 
nə qədər Koroğludan, Cavanşirdən, Babəkdən, Şah Xətaidən ürəkdolusu 
danışsaq  da  bu  belə  idi.  Fakt  odur  ki,  ürəkdolusu  dəm  vurduğumuz 
babalarımız çoxdan müstəqillik qazanmış millətlərin babaları kimi birləşə 
bilməyib və bu birləşə bilməmək sonrakı dövrlərdə Azərbaycanın neçə yerə 
parçalanmasına və imperiyalar əlində oyuncağa çevrilməsinə səbəb olub. 
Azərbaycan dediyimiz bir ölkə iki böyük imperiyanın əlində alət idi. Bunun 
səbəbinin çox dərin kökləri var. Elə bu gün iki imperiyanın boyunduruğu 
altında  yaşamış  quzeyli-güneyli  vətəndaşlarımız  xaricdə  də  olsa  birləşə 
bilmirlər,  çünki  güney  fars  tərbiyəsi  altında,  quzey  rus  tərbiyəsi  altında 
iki əsrdən çox gün-güzəran keçirib. Rus mentaliteti ilə fars mentalitetinin 
bir  araya  gəlməsi  üçün  səbirlə,  təmkinlə,  dözümlə  uzun  bir  yol  getmək 
lazımdır.  Bu  yolun  çətinliklərinə  dözə  bilsək  birləşəcəyik,  dözümsüzlük 
göstərsək yenə yollarımız ayrı olacaq. Bizim birləşməyimizi isə biz özü-
müz istəmiriksə, hegemon dövlətlər heç istəmir. Bütün bunları sadalamaq-
da mənim başlıca məqsədim yazdığım mövzuda quzey Azərbaycanımızın 
bugünkü mənzərəsini canlandırmaqdır. 
Bu gün mən qədirbilən oxucularımla ayrı bir məsələ barədə də fikirlərimi 
bölüşmək istəyirəm, yəni dərdləşmək istəyirəm. Ədəbi qurumlar barədə. 
Bu  saat  bizim  ölkədə  hər  sahədə  bolluq  müşahidə  olunur,  təkcə  puldan 
savayı. Pul da boldur, amma o az qisim adamın əlində toplanıb. Qalanları 
isə  necə  deyərlər  ağızlarının  suyu  axa-axa  o  az  qisim  adamlara  tamaşa 
etməkdədir.  Onların  geyim-keciminə,  saysız-hesabsız  zinət  əşyalarına, 
bağ-bağatlarına,  indiki  dillə  desək  villalarına,  bərbəzəkli  maşınlarına, 
adamın  ətini  tökən  təkəbbürlərinə,  daha  nələrinə,  nələrinə...  Varlıların 
həyatı millətimizdə üsyançılıq yox, paxıllıq hissi yaradır. Bu paxıllıq hissi 
isə cəmiyyətdə oğruların, rüşvətxorların, əliəyrilərin, dinsizlərin, allahsız-
ların, sektalaşanların, narkomanların, əxlaqsızların, dəbbazların, falçıların, 
dinbazların, məzhəbbazların, mövhumatbazların, yazarbazların, bilmirəm 
daha  nə  bazların  sayını  artırır.  Bu  minvalla  Azərbaycan  gerçəkliyinin 
girdabında gün-güzəran keçirməkdəyik. Bu gün sən nəyisə əldə edə bilmir-
sənsə, qonşundan, tanışından, dostundan maddi baxımdan geridə sənsə, heç 
də bunun günahını müstəqillikdə axtarmaq lazım deyildir. Bunun günahı 
birinci  özündədir.  Yaxşı  yaşamaq  üçün  ağıllı,  şüurlu,  çalışqan  olmaq 


117
lazımdır. Sovet sisteminin ən pis cəhətlərindən biri insanları ələbaxımlılığa 
öyrətmək idi. Sovet sistemi, necə deyərlər, hər təbəqədən olan insanların 
nazını çəkirdi. Onlar müstəqil yaşamaq prinsipinin nə olduğunu özlərində 
əxz  edə  bilmirdilər.  Bu  da  axırda  bu  sistemin  məhvinə  gətirib  çıxartdı. 
Can-dildən pərəstiş etdiyimiz Avropa ölkələrinin həyatı ona görə təmtə-
raqlıdır ki, onlar dincəlməyin dadını qocalan vaxtda, yəni təqaüdə çıxandan 
sonra çıxarırlar. Yaxşı yaşamaq üçün vaxtında texniki biliklərə yiyələnmək, 
ən azı bir-iki xarici dil bilmək lazımdır. Uşaq vaxtından çalışqanlığı özündə 
vərdişə çevirməlisən. Bugünkü həyatımız bunu tələb edir. Gəlin görək büt-
ün bu dediklərimizin hamısı bizim hər birimizdə çatırmı? İndiki gün-güzə-
ranın  içində  gündəlik  yemək-içmək  pulu  tapmayan  səsi  olmayan 
müğənnilər, ömründə bir bədii kitab oxumayan şerin, ilhamın nə olduğunu 
anlamayan, ümumiyyətlə, ədəbiyyat nəzəriyyəsi haqqında təsəvvürü olma-
yan  şairlər,  yazıçılar,  pulun,  rüşvətin  hesabına  alim  adı  alan,  müqəddəs 
alim adına xələl gətirən alimciyəzlər, adi səhnə mədəniyyəti olmayan akty-
orlar, sözü hansı şəkildə oxucuya çatdırmaq iqtidarında olmayan jurnalistlər 
ordusu yaranıb, amma mənim artistlərlə, müğənnilərlə qətiyyən işim yox-
dur. Özümdə cızma-qara elədiyim üçün elə qələm əhli barədə möhtərəm 
oxucularımla dərdləşmək istəyirəm. İldə iki-üç nömrəsi çıxan aşağı səviy-
yəli qəzetlərdə, jurnallarda baş alıb gedən məddahlıqlar insanda hərdənbir 
yazı-pozuya qarşı əməlli-başlı ikrah hissi yaradır. Deyirsən, iyirminci əsrin 
əvvəllərində  o  boyda  möhtəşəm  qələm  əhli  olmuş  məkanımız,  görəsən, 
niyə  bu  günə  düşüb?  Bunun  səbəbi  nədədir?  Həddindən  artıq  savadlı 
olmağımızda və ya kitabdan, mütaliədən uzaq düşməyimizdə? Bu qarma-
qarışıqlığın içində yaranan, iddiaları yeri-göyü lərzəyə salan ədəbi qurum-
lar və bu qurumların içindən peyda olan sədrlər, müdirlər, baş redaktorlar 
və  bunların  küləyi  adam  yıxan  hikkələri...  Bir  sözlə,  kimi  avropasayaq 
yazıb Nobel mükafatı almaq istəyir, kimi müsəlman adı və soyadı daşı-
masına baxmayaraq, müsəlmançılığa nifrət edir, kimi tamamilə Azərbay-
canın keçmişini danır və Azərbaycanın elə bugündən başladığını elan edir. 
Kimi bütün bunların başımıza gəlməsində islamın günahkar olduğunu elan 
edir.  Kimi  iyirmi  ildə Azərbaycan  ədəbiyyatında  heç  nə  yaranmadığını 
elan edir. Kimi özünü dahi sayır və özündən başqa Azərbay canda yazar 
tanımır.  Kimi  Yazıçılar  Birliyində  yazarların  çoxluğundan  şikayətlənir. 
Əlqərəz, aləm qarışıb bir-birinə. Qəzetlərə, internet portallarına baxanda 
adamın  əməlli-başlı  hönkür-hönkür  ağlamağı  gəlir.  Ciddi  yaradı cılıqla 


118
məşğul olanlar isə çox azdır və onlar da bu qarmaqarışıqlığın içində itib 
batır. Azərbaycanın islam mənəviyyatının içində boya-başa çatdığını və bu 
günümüzə  gəlib  yetdiyini  nədənsə  müsəlmançılığı  gerilik  mücəs səməsi 
sayanlar anlamaq istəmirlər. Anlamaq istəmirlər ki, İslam 1400 illik tarixi 
ilə mədəniyyətimizi, mənəviyyatımızı çoxdan öz ağuşuna alıb. Nizamidən, 
Füzulidən üzü bəri klassik nümunələrimizi, muğamatımızı, folklorumuzu, 
tariximizi dananlar birbaşa erməni və onun havadarlarının dəyirmanına su 
tökənlərdir. Bəlkə də erməni havadarlarından və ya ermə nilərin özlərindən 
qrant alanlardır. Dünənimizin üstündən qələm çəkən azərbaycançılar nəyi 
özlərində əxz etmək istəyirlər? Əslində bəzi qurumlar və bu qurumların 
içində Azərbaycanın özlərisayaq təəssübünü çəkənlər ədəbiyyatımızda da 
bir növ şou yaradıb bununla gündəmdə qalmaq istəyirlər. Yəqin düşünürlər 
ki, bu ölkədə musiqi (estrada) aləmində şou yaranıbsa, onlar bu şou ilə 
gündəmdədirlərsə və bütün xalq onları tanıyıb pərəstiş edir, bəs biz niyə 
şou yaradıb gündəmdə olmayaq?! Bu da yəqin günümüzün ədəbiyyat şou-
larıdır. Mən düşünürəm ki, mənəviyyatı biznesə qoymaq əxlaqi cinayətdir! 
İki şeir, ya bir hekayə yazan kimi tez yadlarına düşür ki, ay aman, belə 
nəzərləri cəlb edə bilməyəcəklər, o saat ya bir qəzet, jurnal və ya ədəbi 
qurum yaradıb baş olurlar. Yaranan qurumların içində peyda olan yazarların 
çoxusunun  yazdıqları  isə  boşboğazlıqdan  savayı  bir  şey  deyil.  Yaranan 
ədəbi qurumlar arasında bir-birinə hədsiz nifrət, bir-birini saymamaq, bir-
birinin yazdığına yuxarıdan aşağı baxmaq ön plandadır. Ən çox söyülən, 
təhqir olunan isə Yazıçılar Birliyidir. Mən bu birliyin adını çəkirəm ona 
görə yox ki, özüm də bu birliyin üzvüyəm. Çoxillik ağrı-acıdan keçmiş 
böyük bir yazarlar qüvvəsini öz ətrafında cəm edən bu birlik hansı əzablara, 
hansı zülmlərə giriftar olmayıb? Onu nədə suçlandırırlar? Sovetlər Birliyi 
dövründə  yarandığına  görəmi?  Sovetlər  dönəmi  yaşadığımız  ömrün  bir 
hissəsidir.  Sovet  yazıçıları  yaşadıqları  dövrü  əks  etdiriblər.  Bu  gün  isə 
başqa  dövrdür.  Onu  qoparıb  atmaq,  o  dövr  yazarlarının  üstündən  xətt 
çəkmək, tarixin üstündən xətt çəkməkdir. Gəlin unutmayaq ki, Yazıçılar 
Birliyi  ədəbi  dilimizin,  sovetlərdən  öncəki  ədəbiyyatımızın,  bütünlükdə 
mədəniyyətimizin  bu  günümüzə  daşınmasında  fədakar  olub.  O,  həmin 
illərdə  imperiya  boyunduruğunda  olmasına  baxmayaraq,  ana  dilimizin 
paklığının keşiyində durdu. Azərbaycanımızın idarələrində rus dili tüğyan 
etdiyi bir vaxtda bu birlik millətin dilinin cəfakeşi oldu və onun ədəbi dili-
ni bu günümüzə daşıdı. Bununla mən Yazıçılar Birliyini mədh etmirəm. 


119
Onun heç buna ehtiyacı da yoxdur və mənim də onu mədh etməyə ehtiyacım 
yoxdur, çünki vaxtında özümə gün ağlamışam, başa düşmüşəm ki, yara-
dıcılıq gündəlik maddi tələbatını ödəmək üçün dolanışıq yeri deyil. Qaldı 
o dövrdə sistemin mədhinə, bu, indi də var. Heç kəs sənin əlindən tu tub 
buna  məcbur  etmir.  Bu  hər  kəsin  qəlbindən  və  ağlından  asılıdır.  Bütün 
günü çayxanalarda qeybətlə günlərini başa vuranlar sonradan bu qey bətləri 
yazdıqları  cızma-qara  şeirlərə,  məqalələrə  (əgər  məqalə,  şeir  demək 
mümkündürsə) gətirir. Özünə alov, atəş, Azərbaycan, vətən, türk ləqəbləri 
qoyub  vətənin  dünənini  dananlar  nə  əldə  etmək  istəyirlər?..  Boş  sözçü-
lükdən, ifrat şitlikdən bədii nümunə yaranmaz, habelə şeir alınmaz. Gözəl 
şeir idrakın və hissin sevdasından doğulur. Ən başlıcası isə əgər fitrən il-
hamın varsa... o əsər yaranacaq... İnternet saytlarında erotik şeirləri, bayağı 
yazıları  ilə  ətraflarında  hır-hır  yaradanlar  uyduqları  şou  mənzərəsinin 
içində itib-batırlar. Biz bizə aid olan çox tarixlərin üstündən xətt çəkmişik, 
ona görə indiki vəziyyətə düşmüşük. Tarixi unudanlar öz kimliyini unu-
danlardır.  Bu  qurumların  üzvlərinin  bəzilərinin  yazdıqları  isə  xaçpərəst 
ölkələrin tərcümə əsərlərini xatırladır. Bu yazıları mütaliə edəndə adamda 
belə fikir yaranır, ay həzərat, bizim qələmdaşlarımız Avropanın qələmdaş-
larına  necə  pərəstiş  etməkdədirlər,  nəinki  onların  xoşbəxt  həyatları, 
ədəbiyyatları  da  bizim  yazarların  bir  qismini  əməlli-başlı  valeh  edib. 
İnsanlarımız Avropanın bərbəzəkli həyatına can-dildən vurulub. Avropanın 
kiçik bir şimal ölkəsi olan Hollandiyanın 41.5 min kvadratkilometr ərazisi 
var. Əhalisi isə 16 milyondur. Bizim türk əsillilər və eləcə həmvətənlərimiz 
Hollandiyada artıq icma təşkil edirlər, məgər biz öz ölkəmizdə o şəraiti, o 
demokratiyanı, o düzlüyü yarada bilmərikmi?! Bizim Quzey Azərbayca-
nımızın ərazisi 86.6 min kvadratkilometr, əhalimiz isə 9 milyondur. Bəs 
hollandlardan, bütünlüklə avropalılardan fərqli bizdə, yəni qanunları yazan 
və  onların  təsdiqlənməsinə  əl  qaldıran  kişilərimizdə,  uşaqlıqdan  südünü 
əmib tərbiyəsini mənəviyyatımıza yeritdiyimiz qadınlarımızda nə çatmır?! 
Mənə elə gəlir ki, müstəqil yaşamağın yolunu bilməmək... Ələbaxımlığı, 
mütiliyi,  tənbəlliyi,  müstəqil  olmamağı  uşaq  vaxtdan  beynimizə  yeridir 
valideynlərimiz. Sonra uşaq bağçalarında, sonra məktəblərdə, ən sonda isə 
ali təhsil ocaqlarında biz bu acı həqiqətlə üz-üzə qalırıq. Əsasən bu oğlan 
uşaqlarında özünü büruzə verir. 30-40 yaşlı oğul ata-anadan asılı vəziyyətdə 
olur. Müstəqil heç bir qərar çıxara bilmir. Gəlin etiraf edək ki, bu bir çox 
ailələrdə  belədir.  Ölkənin  təməli  ailənin  təməli  üzərində  qurulur.  Əgər 


120
ölkədə  ailə  təməli  düzgün  qurulmayıbsa,  laxlayırsa,  bu  həmin  ölkənin 
dövlət quruculuğunda özünü büruzə verir və həmin ölkənin insanları acı 
həqiqətlə üz-üzə qalır. Bu bəladır. Bu bəlanı biz müsəl mançılıqda yox, öz 
mənəvi dünyamızda axtarmalıyıq. Bu dünyada inqilab etməliyik. Onda bi-
zim  ölkə  də Avropa  ölkələri  kimi  xoşbəxt  və  firavan  olacaq.  Burda  bir 
haşiyə çıxım, tanış bir alman tərcüməçi qadının mənə söylədiklərini eynilə 
istəkli oxucularıma çatdırmaq istəyirəm: 
“Müsəlman əhli avropalıların əzab-əziyyətlə qurduğu gözəl şəhərlərə 
axışırlar və oralarda özlərinə gün-güzəran yaradırlar. Bu bizim heç xoşu-
muza gəlmir. Gəlməyinə gəlin, ancaq gəzməyə... Biz bu cah-calalı özü-
müz  üçün  yaratmışıq,  gəlib  niyə  bizim  yerimizi  dar  edirsiz?!  Biz  də 
qonaq pərvərik, amma bizə gələn qonaqlar sonra öz vətənlərinə qayıtmaq 
istəmirlər. Siz müsəlmanlar öz ölkənizdə tənbəlsiniz, amma yad ölkələrdə 
ən çirkli işləri görməyə hazırsız. Bu sizdə yaxşı cəhət deyil, ona görə biz 
sizlərə yuxarıdan aşağı baxırıq, inciməyin. Axır vaxtlar bəzi yazarlarınızın 
yazdıqları bədii nümunələr də elə bil Avropa insanının beynində istehsal 
olunub. Bilinmir bunu şərqli yazıb, ya qərbli! Qabaq sizin əsərləri tərcümə 
edəndə mənə ləzzət edirdi. Hiss edirdim ki, müsəlman insanının qələmindən 
çıxıb.  Vaxtilə  sizin  Mirzə  Şəfi  Vazehin  şeirləri  sübut  etmişdi  ki,  məhz 
şərqli qələmindən çıxıb. Sizdə nə baş verir? Mənəvi dəyərlərinizmi iflasa 
uğrayır?» Doğrusu, bu alman qadının sözlərində həqiqət necə çılpaqlığı 
ilə çığır-bağırda idi və bu çığır-bağırın içində bu günümüzdən hayqıran 
bir həyəcan var idi. Bu həyəcandan isə, istəkli oxucular, biz, siz, minlər, 
milyonlar boylanır Azərbaycan gerçəkliyinin girdabında ah-uf edə-edə... 
Özümə də aidiyyəti olmaqla sizə bir sual ünvanlayıram.
BİZ HARA GEDİRİK?! 
  02-09.01.2011
  
Və bu yazının ovqatına köklənmiş çoxdan yazdığım bir şeri də bu mə-
qalənin davamı sanıram:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin