100
1. Dəm yazarları
2. Qəm yazarları
Dəmdən yazanlar, heç zaman yaşadıqları dövrün, zamanın çatışmaz-
lıqlarını, amansızlıqlarını, imansızlıqlarını əks etdirmir. Öz qələmlərini
yaltaqlığa, məddahlığa, gülə, bülbülə, cismani sevgiyə həsr edir, sanki on-
lar üçün dünya yalnız kef üstündə qurulub. Elin gözü tərəzidir, deyirlər
onun tərəzisində dəmdən yazanların da, qəmdən yazanların da yükü çəkilir.
Onun verdiyi qiymət heç bir kağız üstündə verilən qiymətlə, pul-parayla,
dəm-dəsgahla ölçülmür. O, yaxşını pisdən ayırmağı bacarandır. Yaşadığın
ölkənin, vətənin, millətin əyər-əskikliklərindən yazmaq ona olan sonsuz
sevgidən qaynaqlanır. Bu nə dövlətə, nə xalqa, nə millətə qarşı çıxmaq
deyil. Əksinə, onun inkişafına təkan verməkdir, onun dərdlərini başda otu-
rub, ancaq özündən, evinin içindən fikirləşənlərin nəzər-diqqətinə yetirmək
və onların qarşısında həyəcan təbili çalmaq deməkdir. Biz bunu millətin
qəmindən yazanların yaradıcılığında görür və dərk edirik. Fikirləşirik ki,
nə yaxşı qəmdən yazanlar var. Yoxsa nə ədəbiyyat olardı, nə onun min
illəri haqlamış tarixi... Əslində qəmdən yazmaq göz yaşı tökmək kimi
başa düşülməməlidir. Cəmiyyətdə tərəzinin əyilməsi, pisliklərin artması,
haqsızlıqların çoxalması insanın göz yaşının tökülməsindən, onun bağrında
yara açan qəmdən xəbər vermirmi? Elə bu qəm də ədəbiyyata gətirilir, onun
qədir bilən söz bahadurları tərəfindən... Əlimə qələm götürüb yaradıcılığı
barədə ürək sözlərimi yazmaq istədiyim qələmdaşım Bəydadaş Cəfərli də
belə söz cəfakeşlərindəndir. O, şerində nə kəşf axtarır, nə də şerinə forma
gəzir, şeir ürək alovuyla cilalana-cilalana gəlib onu tapır. Xalqın ağrı-
acıları,
dərd-səri, vəfası, cəfası ilə bir yerdə!
Onun yaradıcılığı elə o üzdən qəm üstündə köklənib. Bu qəm heç
də səni ümidsizliyə aparmır. Bu qəm insanı mübarizliyə, şücaətə, cəsa-
rətə, inkişafa səsləyir. Adamı yaltaqlığın, məddahlığın dərəcəsinə enmə-
məyə, bəşəri mənlik və ləyaqət anlamına sadiq qalmağa, bu cür in-
sani keyfiyyətlərin ucalığına qalxmağa səsləyir. Onun müxtəlif illərdə
“Babadağdan gələn səs”, “Çılğın sətirlər”, “Sevgi çələngi”, “Qarabağım-
yara bağrım” adlı kitabları işıq üzü görüb. Paklığı, təmizliyi, mərdliyi,
cəsurluğu öz şeirlərində ana xətt kimi götürən şair qardaşım füsunkar
İsmayıllı bölgəsinin buz bulaqlarından, pak çeşmələrindən su içib, ana
təbiətin mələk baxışlarıyla üz-üzə, göz-gözə qalıb. O, kəsilən meşələrin
ah-zarına qulaq kəsilib. Qəpik-quruşla yaşayan kənd adamının ağır hə-
101
yatı ürəyində cığır-cığır şırımlar açıb. Nədənsə bölgələrimizdə doğulan
yazarlarımızın bir çoxunun yaradıcılığında həyatın çətinlikləri daha qabarıq
şəkildə əks olunur. Bəlkə kəndin heç kəsi əzizləməyən ağır zəhmətlərlə
yoğrulmuş sərt təbiəti bölgələrdə doğulan yazarlarımızın qələmini daha
sərt, daha üsyankar edir (Baxmayaraq ki, şəhərdə yaşayan orta imkanlılar
isti yay günlərini kəndlərdə keçirməyə üstünlük verirlər, kənd adamının
ağır güzarına nəzər yetirmədən...) Elə özünəməxsus dəsti-xətti olan
yazarlarımızdan biri Bəydadaş Cəfərli də belə sənətkarlarımızdandır... Bu
nöqteyi-nəzərdən öndə gedən söz adamlarımızdandır. Mən onun özünün
dəsti-xəttilə əlimə yetmiş və 2008-ci ildə “Adiloğlu” nəşriyyatında çap
üzü görmüş “Pozulmaz Nizam” kitabı haqqında dəyərli oxucularla öz
fikirlərimi bölüşmək istəyirəm. Kitabın ilk vərəqlərindən başıbəlalı Və-
tən üçün yanan bir ürəyin şölələri üzümü qarsır. Bütün dövrlərdə və büt-
ün cəmiyyətlərdə haqsızlıqlar, özbaşınalıqlar at oynadıb. Ən parlaq, ən
inkişaf etmiş cəmiyyətlərdə belə çatışmazlıqlar, haqsızlıqlar var, həmin
cəmiyyətlərin öz tərəzisinə görə bu haqsızlıqlar çəkilir və ağırlıq-yüngüllük
ölçüsünə görə mübarizə aparılır. Bəydadaş Cəfərli vətənin bir şair oğlu
kimi yaşadığımız ölkənin və millətin ağrı-acılarını öz könül prizmasından
keçirib ulu sözə çevirir. Bu sözlər misra-misra şeirlər içində püxtələşir və
cilalanır. Ulu heca şerimizin bir çox növlərilə qələmini sınayan şair elə
“Qələm” şerilə də müqəddəs sözə çələng hörür. Bu dərin məzmunlu mis-
ralarda qələmin ucalığından söhbət açılır. İnsan qələmi kəşf edən gündən
sözünü kağızlar üzərinə köçürtdü. İstər qələm lələk, istər qamış, istər ağac,
istərsə müasir dövrün plastik kütləsi olsun. Min illərdi, o, Sözü kitablara
ərməğan etməklə ona əbədi bir heykəl yonur. Dünən də beləydi, bu gün də,
yəqin ki, sabah da belə olacaq...
Dostları ilə paylaş: