Sosial pedaqogikanin mövzusu və VƏZİFƏLƏRİ Plan


Sosial pedaqogikanın məqsədi, məzmunu və vəzifələri



Yüklə 99,94 Kb.
səhifə3/8
tarix20.02.2022
ölçüsü99,94 Kb.
#52875
növüDərs
1   2   3   4   5   6   7   8
Mövzu 1

3. Sosial pedaqogikanın məqsədi, məzmunu və vəzifələri

Sosial pedaqogikanın metodoloji əsaslarına geniş mənada elə nəzəri, konseptual fikirləri, bilikləri aid etmək olar ki, onlar sosial pedaqogikanın metodoloji vəzifələrini yerinə yetirə bilsin. Onlar fəlsəfə, sosial fəlsəfə, pedaqogika, psixologiya, sosial psixologiya, etnoqrafiya, sosiologiya, tibb və b.elmlərlə hasil edilir.



Sosial pedaqogikanın başlıca kateqoriyaları-daha ümumi və əsaslı anlayışlar olmaqla, onun əsas təşkiledicilərini əks etdirir. Onlara: sosial pedaqoji proses, sosial pedaqoji fəaliyyət, sosial inkişaf, sosial tərbiyə, sosial uyğunlaşma və uyğunlaşmama, sosiallaşma, sosial bərpa, sosial pedaqoji təshihetmə, yenidən tərbiyə və s. aiddir.

Sosial pedaqogikanın məqsədi-şəxsiyyətin, qrupun özünəməxsusluğuna və onun yaşadığı dövlətin, cəmiyyətin sosiomədəni xüsusiyyətləri nəzərə alınmaqla onun sosial formalaşmasına zəmin yaratmaqdır. Özünəməxsusluq bir insanın (qrupun) digərindən fərqidir. Bu yaş həddi fərqi, iradi keyfiyyətlər, fərdi imkanlar fərqidir.

Sosial pedaqogikanın məzmunu-onun vəzifələri ilə müəyyən edilir. Bu vəzifələrin hər biri onun istiqamətlərini göstərməklə məzmununu əks etdirir. Sosial pedaqogikanın vəzifələri isə-borc, fəaliyyət dairəsi, təyinatı kimi izah edilir. Bu vəzifələr onun məzmununu anlamağa kömək edir.

Sosial pedaqogikanın vəzifələrini L.V.Mardaxayev-ümumi-nəzəri, praktik və xüsusi olmaqla praktik fəaliyyətin sahələri üzrə bölür. Belə vəzifələr çoxdur. Onları ayrıca istiqamətlər üzrə-nəzəri, praktik və təhsilvericilik kimi ayırmaq olar:

1) Uşağın ailədə, məktəbdə, küçədəki qrupla münaqişə mərhələsində onun vəziyyətinin öyrənilməsi;

2) Çətinliyə düşmüş uşağa köməyin göstərilməsi və böhrandan çıxmaq üçün variantların, yolların axtarılması;

3) Müxtəlif sosial sahələrdə uşağı əhatə və ona təsir edən sosial tərbiyənin vəziyyətinin təhlil edilməsi;

4) Sosial pedaqogikada müsbət təcrübənin təhlil edilməsi, ümumiləşdirilməsi, yayılması və təbliğ edilməsi;

5) Uşağın fəaliyyətinin özünətərbiyə, özünütəlimə və öz həyatını və davranışını müstəqil təşkil etməyə yönəldilməsi;

6) Sosial tərbiyənin müxtəlif problemlərinin tədqiqi, sosial pedaqoqların, kollektivlərin, müxtəlif pedaqoji mərkəzlərin təhlil edilməsidir.

Bir sözlə, təhsilin və tərbiyənin sosial pedaqoji məsələlərinin, sosiallaşma prosesinin təhlili və şəxsiyyətin formalaşması prosesinin intensivləşdirilməsi, kollektivin sosial-pedaqoji problemləri, ünsiyyət və asudə vaxt məsələləri, uşaqların tipologiyası və diferensial yanaşma, ailə tərbiyəsinin sosial-pedaqoji məsələləri, sosial tərbiyənin nəzəriyyəsi və metodikası kimi bu gün xüsusi aktuallıq kəsb edən problemlərin öyrənilməsi onun vəzifələri sırasında xüsusi yer tutur.




Yüklə 99,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin