Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Tərbiyə texnologiyalarının optimal tətbiqi prinsipi



Yüklə 158,37 Kb.
səhifə57/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   54   55   56   57   58   59   60   61   62
sos pdqgk imt

Tərbiyə texnologiyalarının optimal tətbiqi prinsipi
Sosial-pedaqoli fəaliyyətdə müxtəlif tərbiyə texnologiyaları tətbiq edilir. Onlar sosial-pedaqofi prosesdəki çoxcəhətli əlaqə və asılılıqları tənzimləyir. Mahiyyət etibarilə tərbiyənin bu prinsipləri ümumi pedaqogikaya aiddir: həmin prinsiplərdə sosial tərbiyə prosesinin qanunauyğunluqları əks olunur: məqsədyönlülük, komplekslilik, şəxsiyyətin müsbət cəhətlərinə istinad edilməsi, tərbiyənin həyatla əlaqəsi, əməkdə tərbiyə, kollektivdə və kollektiv vasitəsilə tərbiyə, pedaqofi rəhbərliklə tərbiyə olunanların özfəaliyyətinin əlaqələndirilməsi, hörmət və tələbkarlıq, tələblərdə vahidlik, tərbiyəvi təsirlərin varisliyi və s.
Sosial pedaqogikanın yuxarıda nəzərdən keçirilən prirsipləri arasında qarşılıqlı əlaqə və şərtlənmə mövcuddur Həmin prinsiplər ayrılıqda sosial-pedaqoii fəaliyyətin səmərəliliyini müəyyən etmir. Onların hər biri fəaliyyətin bu və ya digər cəhətinə diqqəti sadəcə cəlb etməklə onun səmərəliliyini təmin edən tələbləri əks etdirir. Sosial-pedaqofii fəaliyyətin müvəffəqiyyəti üçün nəzərdən keçirlən prinsipləri vəhdət halında, kompleks şəkildə həyata keçirmək lazımdır. Qarşılıqlı əlaqədə olan prinsiplər müəyyən sistem təşkil edir. Onlardan bu və ya digərinin nəzərdə qaçırılması və ya qiymətləndirilməməsi yaxud onlara etinasızlıq göstərilməsi sosial-pedaqoji fəaliyyətin mənfi nəticələr verməsinə və ya düzgün proqnozlaşdırılmasına gətirib çıxara bilər. 
Sual 55. İnsanın adaptasiyası, sosial inkişaf və sosiallaşmada onun yeri və rolu
Cavab:
Adaptasiya» (adaptatio) termini latın sözü olub, uyğunlaşmaq, quraşdırmaq, düzəltmək mənasını verir. İnsanın adaptasiyası dedikdə, insanın кonkret bir mühitə uyğunlaşması, fəaliyyyət balansının saxlanılması başa düşülür. L.V.Mardaxayev sosial pedaqogikada adaptasiya problemini sosial adaptasiya kimi mənalandırır, insanın sosial mühitə fəal uyğunlaşması kimi, yəni insanın cəmiyyətin qəbul etdiyi norma və ritualları, sosial təcrübəni mənimsəməsi prosesi kimi öyrənir. Sosial adaptasiya hər bir yaş dövründə müəyyən əhəmiyyətə malik olsa da, kiçik yaşlı insanların sosial adaptasiyası daha böyük diqqət tələb edir. İnsan yaşlaşdıqca, cəmiyyətin qəbul etdiyi sosial norma və ritualları, sosial təcrübəni mənimsəyir. Yaşlaşdıqca insanın sosial adaptasiyası daha asan xarakter daşıyır, daha müstəqil şəkildə həyata keçir, başqa sözlə desək, sanki insanda adaptasiya olmaq təcrübəsi yaranır. Kiçik yaşlarında isə insanın sosial adaptasiyasını daha çox məqsədyönlü şəkildə təşkil etmək lazımdır. Bu təbiidir. İnsanın sosial təcrübəsi çox olduqca onun hansısa bir situasiyaya adaptasiyası asanlaşır və əksinə sosial təcrübəsi az olduqca adaptasiya çətinləşir. Hər bir insan həyatda yaşadıqca bu və ya digər səviyyədə sosiallaşır. İnsanın sosiallaşmasının optimallığının artırılmasında sosial adaptasiya vacib şərtlərdən biridir. Sosiallaşmanın optimallığı çox olduqca insanın özünü ifadə etmək, reallaşdırmaq, adamlarla münasibətdə və sosial proseslərdə fəal olmaq imкаnı artır. Hər bir insanın bu imkanları fərdidir, yəni hər bir insanın sosiallaşma imkanı müxtəlif olur. Elə buna görə də, insanlar mövcud şəraitin şərtlərinə müxtəlif səviyyələrdə uyğunlaşa bilirlər. L.V.Mardaxayev adaptasiyanı proses, təzahür və nəticə kimi ifadə edir. Adaptasiya proses kimi. Hər bir insan cəmiyyətdə fəaliyyət göstərir. Bu zaman o müxtəlif yerlər də, məsələn, uşaq ailədə, bağçada, sinifdə, küçə (həyǝt) qruplarında və s. fəaliyyət göstərir. O, başqa insanlarla ünsiyyətə girdiyi bu proseslərdə həm sosiallaşma, həm də özünüreallaşdırma imkanı əldə edir. Bu zaman lazımi şəraitdə meydana çıxan təbii sosial adaptasiya imkanlarını ifadə edir, yəni müxtəlif proseslərdə tələb olunan norma və qaydaları həyata kеçirməli olur. Bu uzunmüddətli bir prosesdir. Bu prosesdə insan müxtəlif norma və qaydaları əks və tətbiq edir, eyni zamanda səhvə də yol verir, onları düzəldir, yeni variantda tətbiq edir və s. İnsanın uğur qazanması və ya uğursuzluğa düçar olması bu prosesdə özünü nə dərəcədə qəbul edilmiş sosial norma və qaydalara uyğun aparması ilə ölçülür. Adaptasiya təzahür kimi. Adaptasiya öz təzahürünü insanın müəyyən bir mühitdə özünü necə aparmasında tapır. Hər bir insandan cəmiyyətdə daşıdığı funksiyadan asılı olaraq müəyyən rol gözləmələri olur, yəni insanın müəyyən bir situasiyada özünü necə aparması insanların diqqət mərkəzində olur. İnsan özünü əks etdiyi sosial norma və rituallara uyğun aparır. Bu zaman insanın özünü həmin situasiya üçün tipik olan və ya tipik olmayan normalara uyğun təzahür etməsini müəyyən etmək vacibdir. Təcrübə göstərir ki, tərbiyəçi hər hansı bir mühitdə uşağın həmin situasiyaya uyğun olmayan davranışını heç də həmişə aşkara çıxara bilmir. Bunu vaxtında etmək üçün uşağın davranışını sosial pedaqoq daima diqqət mərkəzində saxlamalıdır. Adaptasiya nəticə kimi. Adaptasiya nəticə kimi özündə insanın hansı dərəcədə mühitə uyğunlaşmasını, daxil olduğu münasibətlər sistemində əldə etdiyi də yərlərin, sosial norma və qaydaların nə dərəcədə düzgün olmasını ehtiva edir. Hər bir insan sosial norma və dəyərləri eyni səviyyədə mənimsəyə bilməz. Buna görə də, insanın sosial inkişafının və təcrübəsinin həmyaşıdlarının sosial inkişaf və təcrübəsinə uyğun olub-olmaması adaptasiyanın nəticəsinin göstəricisi kimi qiymətləndirilir. Aparılan tədqiqatların nəticələrindən birmənalı şəkildə məlum olur ki, insanın bu və ya digər situasiyaya adaptasiyası daha çox onun fərdi xüsusiyyətlərindən, bu və ya digər şəraitə adaptasiya təcrübəsindən, fəallıq dərəcəsindən asılıdır. Buna görə də, pedaqoji ədəbiyyatda adaptasiya uyğunluğu anlayışı işlədilir. L.V.Mardaxayev adaptasiyanın uyğunluğu vǝ adaptivlik keyfiyyəti anlayışlarını fərqləndirir. Adaptasiyanın uyğunluğu. İnsan yaşadığı dövr də vahid bir mühitdə fəaliyyət göstərmir, onun fəaliyyət göstərdiyi mühit daima dəyişir, yeniləşir. Təbii ki, mühitin dəyişməsi istər formaca, istərsə də məzmunca müəyyən yeniliklərə malik olur. İnsanın yeni şəraitə uyğunlaşması üçün ona adaptasiya təcrübəsi, bu situasiyaya adaptasiya olmağa kömək edən кеуfiyyətlər lazımdır. İnsan adaptasiya təcrübəsini adətən müxtəlif situasiyalara düşməklə əldə edir. Amma bu, o demək deyil ki, insan bütün situasiyalara düşdükdən sonra adaptasiya təcrübəsi əldə edə bilər. İnsan hər bir situasiyaya düşdükdə, o situasiyaya uyğunlaşma keyfiyyətlərində və mövcud təcrübəsindən istifadə edərək, həmin situasiyaya uyğun adaptasiya olmağa çalışmalıdır. Təcrübə göstərir ki, insanın yeni şəraitə uyğunlaşma bacarığı nə qədər çoxdursa, o, bir o qədər də tez adaptasiya olunur. Hətta yeni situasiya əvvəlkindən çox fərqlənsə belə, onun adaptasiyasi çətinliklərlə, uğursuzluqlarla müşayiət olunmur, adaptasiya müddəti nəzərəçarpacaq dərəcədə qısalır. İnsanın fərdi fəallığı da adaptasiya prosesinə kömək edən amildir. O, mövcud çətinliklərə üstün gəlməkdə, kənar neqativ təsirləri neytrallaşdırmaqda insana kömək edir. İnsan müəyyən bir mühitə uyğunlaşdıqda özünü daha çox tənzimlənmiş halda hiss edir, onun fəaliyyəti daha çox səmərəli xarakter daşıyır. Bu halda insanın sosial inkişafı üçün daha əlverişli şərait yaranır. Təcrübə göstərir ki, insan bir mühitə adaptasiya olub, uğur qazandıqda, həyatının sonrakı mərhələlərində də düşdüyü mühitlərdə adaptasiya olmaq və uğur qazanmaq imkanları çox olur. Məsələn, uşaq bağçasında uğurlu adaptasiya keçmiş uşaq məktəbdə, daha sonra ali məktəbdə, istehsalatda və başqa yerlərdə daha çox uğur qazana bilir. Hər bir insanın özünü necə reallaşdıra bilməsi, daxil olduğu kollektivdə öz yerini tapa bilməsi, qabiliyyətinə uyğun nəticəni əldə etməsi adaptasiyanın uyğunluğundan bilavasitə asılıdır. Hər bir insan cəmiyyətdə bir vəzifə daşıyır. Sosial pedaqoji ədəbiyyatda insanın müəyyən peşə sahəsindəki fəaliyyəti ilə vəzifə adaptasiyası anlayışı işlədilir. Sosial pedaqogikada vəzifə adaptasiyası dedikdə, insanın peşə vəzifəsini həyata keçirmǝyǝ uyğunlaşması prosesi kimi başa düşülür. Bu adaptasiya növü hər bir insana aiddir. Belə ki, hər bir insan fəaliyyət göstərirsə, müəyyən vəzifə yerinə yetirir. Hər bir vəzifənin icrası insandan müəyyən sosial norma və dəyərlərə riayət etməyi tələb edir və bundan asılı olaraq, vəzifə adaptasiyası həyata keçir. Təcrübə göstərir ki, insanın fəaliyyəti vəzifə ierarxiyasının tələblərinə müvafiq qurulduqda vəzifə adaptasiyası daha səmərəli olur, yəni insan işlədiyi müəssisədə aşağı vəzifədən tutmuş, pilə-pillə irəlilədikcə, daha böyük uğurlar qazanır. Bunun səbəbi insanın işdə aşağıdan yuxarıya doğru bütün vəzifələrə adaptasiya ola-ola, irəliləməsidir. Belə hallarda insan işin öhdəsindən asanlıqla gəlir. Bu anlayış bizim üçün şagirdin yerinə yetirdiyi vəzifə baxımından maraq kəsb edir. Başqa sözlə desək, hər bir uşaq məktəbdə şagird vəzifəsini icra edir. Bu vəzifədə bütün uşaqlar eyni səviyyədə mü vəffəqiyyət qazana bilmirlər, belə ki, bütün uşaqlar bu vəzifənin icrası üçün əhəmiyyət kəsb edən norma və qaydaları mənimsəyib, sinif həyatına adaptasiya ola bilmirlər. Vəzifə ierarxiyası baxımından isə uşaq həyatı ilə bağlı qeyd edə bilərik ki, uşaq bağçasında olmamış uşaq məktəbə, məktəb kollektivinə nəzərə çarpacaq dərəcədə çətin və gec adaptasiya olunur. Adaptivlik keyfiyyəti. Sosial pedaqogoji ədəbiyyatda eyni mahiyyət daşıyan mühitin fərqli və tipik cəhətlərini ayırd edirlər. Məsələn, iki altıncı sinif müəyyən şərtlərinə görə eyni tipli olsa da, sinifdaxili münasibətlər baxımından кöklü fərqlərə malikdir. İnsanın fərqli və tipik şəraitə uyğun adaptasiya təcrübəsinin mənimsənilməsi adaptivlik кеуfiyyəti kimi qiymətləndirilir. Bu keyfiyyətə malik olan insan istənilən situasiyada manevr edə bilir. Qeyri-adaptivlik isə insanın fəaliyyətində müəyyən çətinliklərin yaranması ilə nəticələnir. İnsanın adaptasiyası onun bacarığı ilə yanaşı, həm də mühitdən asılıdır. Adaptasiyaya hazır olanlar üçün adaptasiya mühitü» həmişə vardır. Lakin heç də hamı adaptasiyaya hazır olmur. Belə situasiyada adaptasiya mühiti mühüm əhəmiyyət kəsb edir. Düzdür, adaptasiya mühitinin yaranmasında sosial pedaqoqun rolu böyükdür. Lakin həmin кollektivdə hökm sürən münasibətlər sistemi, кolleкtiv üzvlərinin yeni üzvü qəbul etmə istəkləri olduqca vacib məqamlardan biridir. Əgər Kollektivdə nüfuza malik üzv yeni üzvün kollektivə daxil olmasını istəməsə, adaptasiya mühiti çətinləşir. Göründüyü kimi, insanların adaptasiya imkanları sabit olmur, şəraitdən, adaptasiya bacarığından asılı olaraq, bu imkanlar arta və ya azala bilir. Adaptasiya imkanlarının azalması sosial pedaqogikada dezadaptasiya kimi xarakterizə olunur.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin