Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sosial-pedaqoji işdə peşəkarlıqla səmərəli əməli fəaliyyətin vəhdəti prinsipi



Yüklə 158,37 Kb.
səhifə54/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   50   51   52   53   54   55   56   57   ...   62
sos pdqgk imt

Sosial-pedaqoji işdə peşəkarlıqla səmərəli əməli fəaliyyətin vəhdəti prinsipi
Bu prinsip sosial-pedaqoji işdə peşəkarlıqla əməli fəaliyyəti düzgün əlaqələndirməyi tələb edir. Hər bir sahədə olduğu kimi, sosial pedaqoqun işində də peşəkarlıq vacib şərtdır: şəxsiyyətin sosiallaşması kimi məsuliyyətli bir vəzifəni qeyri-peşəkar adamlara tapşırmaq insana və cəmiyyətə ciddi zərər yetirər. Buna görə də sosial pedaqoq zəruri peşə keyfiyyətlərinə malik olmalıdır. Zəruri peşə keyiyyəti dedikdə, şəxsiyyətin xüsusiyyəti konkret fəaliyyət üçün tələb olunan keyfiyyətlərin məcmusu başa düşülür. Onların zərfləməsi peşə hazırlığında davamlı səhvlərə, peşə fəaliyyətində isə səmərəliliyin azalmasına gətirib çıxarır. Sosial-pedaqoji işdə mütəxəssislərin peşə hazırlığına ciddi diqqət yetirilməlidir. Peşə hazırlığı – insanda peşə bilik və bacarıqlarının, peşəyönümünün formalaşmasını təmin edən təşkilati və pedaqoji tədbirlər sistemi deməkdir. Peşə hazırlığında peşə adaptasiyası – mütəxəssisisn mühitinə uyğunlaşması mühüm əhəmiyyət kəsb edir.
Nəzərdən keçirilən prinsip sosial-pedaqoji fəaliyyətdə mütəxəssisin peşə hazırlığı və təcrübəsini düzgün nəzərə almağın zəruriliyni tələb edir. Mütəxəssisin peşəkarlığı nə qədər yüksək olarsa, o, sosial-pedaqoji fəaliyyətin optimal variantını bir o qədər uğurla seçə bilər və onu peşəkarcasına həyata keçirə bilər. Sosial pedaqoqun peşə hazırlığı seçiminə aşağıdakı hallarda xüsusi diqqət yetirilməlidir:

Sosial pedaqoqun peşəkarlığı onun səriştəliliyi və bacarıqları ilə, onları konkret şəraitdə və konkret obyektdə reallaşdıra bilmək qabiliyyəti ilə müəyyən edilir. Prinsipin əsas tələbləri bunlardır:
-sosial-pedaqoli işin məqsədindən, həyata keçirilməsi şəraitindən və obyektin xüsusiyyətindən asılı olaraq subyekt (iş görən) düzgün müəyyənləşdirilməlidir. Təcrübədə bu tələbi heç də həmişə yerinə yetirmək olmur (çünki bu halda lazımi iş təcrübəsi olmayan mütəxəssis işə buraxılmamalıdır)
-sosial-pedaqoji fəaliyyət subyektinin müəyyən edilməsinə diferensiv yanaşmaq lazımdır
-iş təcrübəsi olmayan mütəxəssisin nəzakətli dayağa və köməyə ehtiyacı vardır, 
-təçrübəli mütəxəssisin işində peşə fəaliyətinə məsuliyətli münasibət formalaşdıtmaq və ona fərdi yanaşmaq vacibdir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin