ŞİRİn bünyadova



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix14.01.2017
ölçüsü3,55 Mb.
#5121
1   2   3   4   5   6   7   8   9   10   ...   20

ADQOYMA   MƏRASİMİ 
Hər bir xalqda olduğu kimi azərbaycanlıların da zəngin və özü-
nəməxsus antroponimiyası etnosun mədəniyyəti, dili, tarixi haqqın-
da müəyyən qədər məlumat verir. O özündə tarixi hadisələrin təsir 
xüsusiyyətlərini əks etdirməklə bir mənbə rolu oynayır.  
Azərbaycan  xalqının  etnoqrafik  irsində  ailə  məsələlərinin  özü-
nəməxsus yeri vardır. Ailə məsələlərində adqoyma adətinin öyrənil-
məsi  də  etnoqrafik  baxımdan  xüsusi  maraq  doğuran  məsələlərdən 
biridir.  Adqoyma  insanların  fərqliliyini  ortaya  çıxararaq  onların 
digərlərindən  seçildiyinin  göstəricisidir.  Bu  isə  əsasən  ilk  növbədə 
uşaqlıqdan etibarən tətbiq olunan bir adət şəklini almışdır. Doğulan 
uşağa  ad  verilməsi  bir  növ  mənsubiyyət  və  kimlik  nümunəsidir. 
Adlar özündə müəyyən məna və çalarları ehtiva edir. Hər bir şəxsə 
körpəlikdən  verilən  və  dəyişilməz  qalan  ad  mühüm  bir  əlamətdir. 
Lakin nadir hallarda adlar bəzən dəyişdirilə də bilər.  
Adların  tədqiqat  obyekti  kimi  öyrənilməsi  mühüm  əhəmiyyət 
daşıyır, «çünki isimlər xalqın və çevrənin mədəni mayasına, dünya-
görüşü  səviyyəsinə,  nələrdən  xoşlanıb  nələrdən  xoşlanmadığına  və 
bilgi və ədəb-ərkanına
 
işarə edər. Bu da dil, tarix və antropologiya 
tədqiqatçıları üçün əhəmiyyətli fayda kəsb edər» (25, 204). 
Adqoyma  mərasimi  haqqında  danışmazdan  əvvəl  adqoyma 
mərasiminin tarixi köklərindən bəhs etmək lazımdır. Lakin daha qə-
dim zamanlar haqqında əlimizdə məlumat olmadığından bu barədə 
tam təsəvvür yaratmaq mümkün deyil. Çünki ibtidai insanlarda nitq 
yarandıqdan  sonra  adqoymanın  necə  olduğunu  söyləmək  çətinlik 
törədir.  Onların  bir-birlərinə  necə  müraciət  etdikləri  naməlumdur. 
Buna baxmayaraq, onların adlarının təbiət və gündəlik həyatla bağlı 
olduqlarını  ehtimal  etmək  mümkündür.  Güman  edə  bilərik  ki,  ad 
əvvəllər  yalnız  tayfaya  və  onun  başçılarına  şamil  edilirdi.  Yalnız 
onu qeyd edə bilərik ki, ibtidai insanlar arasında şəxs adlarının tət-
biq  olunması  tələbat  əsasında  yaranmağa  başlamışdır.  İlk  insanlar 
saylarının az olması etibarilə bir adla kifayətlənmişlər. Sonralar əha-
linin çoxalması və eyni adların təkrarlana bilməsi ehtimalı ilə fərdi 

 
149 
 
adla bərabər əlavə olaraq soyaddan istifadə edilmişdir. Soyadın belə 
əhəmiyyət  kəsb  etməsi,  görünür  hansı  qəbiləyə  mənsub  olma 
zərurətindən  doğa  bilərdi.  Elə  insanlar  qəbilənin  adını  soyad  kimi 
qəbul  edə  bilərdilər.  Aydın  məsələdir  ki,  sonralar  göstərdikləri 
qoçaqlığa və qəhrəmanlığa görə digərləri də adlara layiq görülürdü. 
Bir  mərasim  kimi  adqoymanın  keçirilməsi  haqqında  isə  sonrakı 
dövrlərin məlumatları köməyimizə çatır.  
Adqoyma  haqqında  məlumatlarımızın  mənbəyini  təbii  olaraq 
dastan və nağıllarımızla yanaşı, eyni zamanda şair və mütəfəkkirlə-
rimizin də əsərləri təşkil edir. Tədqiq olunan məsələnin araşdırılma-
sında bu məlumatların əhəmiyyəti isə danılmazdır. 
İnsan  yarandığı  andan  ilk  kövrək  addımlarıyla  ailə  mühitinə, 
ona baxacaq insanlara möhtacdır. Uşaq ailənin davamıdır. Uşaqlara 
ad  qoyulması  bütün  dövrlərdə  olduğu  kimi  orta  əsrlərdə  də  xüsusi 
əhəmiyyət kəsb edirdi.  «Kitabi-Dədə Qorqud» dastanında ad veril-
məsi məsələsi öz geniş  əksini tapmışdır.
 
Dastandan məlum olduğu 
kimi, uşağa adı göstərdiyi hünərə və əməlinə görə layiq bilərdilər və 
bu adı  oğlan uşağına  ağsaqqal  verərdi.  Dədə Qorqud qeyd  edir ki, 
güclü, ərdəmli, hünərli və cüssəli olduğuna görə oğlana ad qoyulur. 
Maraqlıdır ki, dastandan da məlum olduğu kimi oğuz bəyləri ad qo-
yarkən Dədə Qorqudu çağırır, yeniyetmənin atasından isə bəylik və 
taxt alıb verməsini istəyirlər. Dastanda deyilir: «Bu oğlan Bayandır 
xanın  uca  meydanında  vuruşmuşdur.  Sənin  oğlun  bir  buğa  öldür-
müşdür,  qoy  adı  «Buğac»  olsun.  Adını  mən  verdim,  yaşını  Allah 
versin  -  dedi»  (6,  134).  Buradakı  ad  əsasən  şan-şöhrət  mənasında 
başa düşülür və veriləndən çox, qazanılan bir məna çaları kəsb edir. 
El ağsaqqalı hesab olunan Dədə Qorqudun gəlib mərasimdə həddi-
büluğa  çatmış  oğlana  ad  verməsi  kimi  təqdim  olunur.  Burada  ad 
qəhrəmanlıq  rəmzi  və  hünər  əlaməti  kimi  təqdim  olunur.  Deməli, 
oğuzlarda da başqa xalqlarda olduğu kimi kişilik mərhələsinə keçid 
müəyyən ayinlə müşayiət  olunurdu və bu zaman ad da qoyulurdu. 
Mirəli Seyidovun qeyd etdiyi kimi,  «türkdilli xalqlarda şəxsi ad al-
maq şərəf imiş. Qəbilənin üzvü qəbilənin ümumi işi və ümumi xeyri 
üçün  böyük  bir  iş  gördükdən  sonra  ad  almağa  layiq  görülərmiş.» 

 
150 
 
Müəllif adqoyma adətinin xalqın etnopsixologiyasını da öyrənməyə 
kömək etdiyini söyləyir (4, 48; 52). Təsadüfi deyildir ki, dahi mütə-
fəkkir şair Nizami Gəncəvi  adın  əhəmiyyətini  xüsusi vurğulayaraq 
deyir: 
 
İstər gözəl, istər çirkin surətlə get, bunun əhəmiyyəti  
yoxdur. 
Sənə qalan yalnız apardığın ad olacaq (12, 177). 
 
Qul  Əlinin  «Qisseyi-Yusif»  əsərində  də  ad  qoyma  ilə  bağlı 
məqam  yer  almışdır.  Qardaşının  başına  gələn  hadisələrlə  əlaqədar 
ad qoyan və bunu öz övladlarının adlarında yaşatmağa çalışan digər 
qardaşın daxili duyğuları şair tərəfindən belə təsvir olunur: 
 
Beniyəmin aydı: Tanrı buyruq oldı, 
On iki oğlana bana ruzi qıldı, 
Hər birinə bir dürlü ad atanıldı, 
Sənin qayğun üzə səbəb qıldım imdi (16, 127). 
 
Bu adlar qardaşı Yusifin aqibəti ilə bağlı (Tənqiz, Qurt,  Quyu, 
Qayğu, Arslan, Qərib və s.) verilmiş adlardır.  
Q.Rəcəbli haqlı olaraq qeyd edir ki, oğlan uşaqları yalnız həddi-
büluğa çatdıqda «igidlik imtahanı» verəndə adlara layiq görülürdü-
lər (11, 243). Əlbəttə, uşağa hünər göstərdikdən sonra verilən ad heç 
də onun çatdığı yaşa qədər adsız yaşadığına dəlalət etmir. Bu sadəcə 
uşaqların  yaş  dövrünün  böyüklük  mərhələsinə  qədəm  qoyması  ilə 
əlaqədardır. Əslində bu ad sonradan aldığı təxəllüs və ya ləqəb kimi 
mahiyyət  kəsb  edirdi.  Sadəcə  fərq  onda  idi  ki,  adəti  üzrə  təxəllüsu 
hər  kəs  özü  götürür,  burada  isə  kiminsə  tərəfindən  verildiyi  bəlli 
olur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  «türk  etnik-mədəni  sistemində 
Qorqud atanın kainatda olan nə varsa, hamısına ad verməyi ilə bağlı 
inanış  Qorqudu  həmin  məna  aləminin  yaradıcısı  kimi  səciyyələn-
dirməyə imkan verir» (10, 38). 

 
151 
 
«Kitabi Dədə-Qorqud» dastanında qoyulan adların hamısı (Qa-
zan  xan,  Qanturalı,  Dönəbilməz,  Tüləkvuran,  Bamsı  Beyrək  və  s.) 
türk mənşəlidir. Burada ərəb mənşəli adlara az rast gəlinir. Deməli, 
adlar özü də müəyyən məsələlərin həll edilməsinə xidmət edir. Ad-
larda Məhəmməd, Əli, Həsən, Hüseyn, İsmayıl, Fatma, Aişə, Səki-
nə,  Zeynəb,  Zəhra  və  başqalarına  rast  gəlinməsi  lap  sonrakı  dövr-
lərə, İslam dininin daha çox yayıldığı dövrə gedib çıxır. Maraq do-
ğuran cəhət odur ki, sonrakı dövrlərdə ərəb mənşəli adların qoyul-
ması daha üstün hesab olunmuşdur. Məsələn şah Təhmasibin qızla-
rının  adları  belə  idi:  Gövhər,  Pərixan,  Xədicə,  Zeynəb,  Məryəm, 
Fatimə, Şəhrəbanu, Xanış. Oğlanlarının adları isə Hüseyn, İbrahim, 
Bədiüzzaman  olmuşdur  (18,  298-300).  Şah  İsmayılın  oğlanlarının 
adları isə Təhmasib, Əlqas, Bəhram, Sam Mirzə idi (27, 77). 
İslam dininin  yayılmasından sonra adların tərkibinə yenilərinin 
daxil olması dövrün reallığına çevrilməyə başlayır. Antroponimiya-
da ərəb adlarının artması dinin yayılması ilə bilavasitə əlaqədardır. 
Ətraf mühit, müxtəlif hadisələrin insanlar tərəfindən qəbul edilməsi 
şəxs adlarında da özünü təzahür etdirən xüsusiyyətlərdəndir. Başqa 
qonşu  xalqlarla  əlaqələrin  olması  tarixən  eyni  ərazini  paylaşan 
qövmlərin advermə məsələsinə də təsir etmişdir. Bu baxımdan azər-
baycanlıların  adlarında fars və ərəb kökənli adların olmasını misal 
göstərmək olar. Qeyd edək ki, «məlum olduğu kimi bütün türkdilli 
xalqların qədim dini görüşlər sistemində səma kultu əsasında təbiət 
qüvvələrinin canlandırılması duran tenqri xüsusi yer tutur» (32, 83). 
Qədim  dövrlərdə  adlar  əsasən  uşaqların  fiziki  görünüş  və  inkişa-
fından asılı olaraq qoyulurdu.   
Ərəblərin cahiliyyə dövründə aldığı adlar sonralar dəyişməmiş-
dir. Lakin zaman keçdikcə sonrakı dövrlərdə daha gözəl adların qo-
yulması  əmr  edilmişdir.  Dinini  dəyişib  müsəlman  olmaq  istəyən 
şəxsin adını da dəyişməsi onun öz haqqıdır. Məhəmməd peyğəmbə-
rin arvadları və qızlarının adlarının qoyulması böyük hörmət əlamə-
ti sayılmışdır.  
Məhəmməd  peyğəmbər  Mariyyadan  doğulan  oğluna  elə  səhəri 
gün  İbrahim adını verir (23, 106). Deməli,  adqoymanın  vaxtı  yox-

 
152 
 
dur. Onu yeddi və qırx gün gözləməyin əhəmiyyəti yoxdur. İslama 
görə  ad  qoyma  atanın  hüququ  sayılır.  Ad  qoyulmasında  ehtiyatlı 
davranmaq,  diqqət  yetirmək  lazımdır.  Hədislərdə  deyilir  ki,  siz  qi-
yamət  günündə  öz  və  ata  adıyla  çağrılacaqsınız.  Ən  sevimli  adlar 
Abdulla  və  Əbdürrəhmandır.  Məhəmməd  peyğəmbər  peyğəmbər-
lərin isimlərini qoymağı məqbul saymışdır. Bundan əlavə, Məryəm 
zamanında  özlərindən  əvvəlki  peyğəmbərlərin  və  yaxşı  adamların 
adlarını  qoyardılar.  Hədislərdən  aydın  olur  ki,  peyğəmbər  ad  qoy-
manın  çox  keçmişdən  adət  olduğunu  bəyan  etmişdir.  O,  Allahdan 
başqalarına  qulluq  mənası  daşıyan  adların  qoyulmasını  haram  bu-
yurmuşdu.  Bununla  yanaşı  Məhəmməd  peyğəmbər  bütpərəstliklə 
bağlı qoyulan adlarla yanaşı, mənası gözəl olmayan isimlərin dəyiş-
dirilməsini  tövsiyə  etmişdir  (23,  108-109).  Qurani-Kərimdə  Mə-
həmməd  peyğəmbər  Rəsul,  Nəbi,  Emin  kimi  64  adla  qeyd  olun-
muşdur. Öz adı isə həm anasının arzusu, həm də babası Əbdülmü-
təllibin rəyi ilə qoyulmuşdur.  
Adlar orta əsrlərdə döyüş meydanında da kimlik göstəricisi ki-
mi səslənmişdir. «Kitabi Dədə-Qorqud» dastanında deyilir: 
 
Sübh tezdən öz yerindən duran igid, nə igidsən? 
Bədəvi atını oynadaraq gələn igid  nə igidsən? 
İgidin igiddən ad gizlətməsi eyibdir, 
Adın nədir, igid, söylə mənə! (6, 219) 
 
Deməli, igidin ad gizlətməsi eyib sayılmışdır. 
M.Özgü Aras
 mə nbə lə r ə sasında yazır: «ə rə blə rdə n kə narda 
müsə lman  olan  millə tlə rin  fə rdlə rinin  isimlə ri  də ,  islam  inanc  və  
ə xlaqına zidd olmadıqca qalmış, müsə lman adı olaraq tanınmış və  yayıl-
mışdır. İlk müsə lman Türk Dövlə tlə rində n Qaraxanlıların dövlə t xadimi 
Satuk,  X  ə srdə   müsə lman  olunca,  Ə bdülkə rim  adını  almışdır. 
«Satuk'un 
müsə lman
  adı 
Ə bdülkə rim
,  oğlu  Musanın  əvvəlki  adı 
Baytaş  idi»-
deyə   qeyd  edilir.  Amma  Sə lcuk,  Alpaslan  kimi  isimlə r 
də yişmə miş, müsə lman adı olaraq tanınmış və  yayılmışdır» (23, 113).  
Xalqımızda  adqoyma  ilə  bağlı  maraqlı  məqamlar  mövcuddur. 
Tarixən qızlara və oğlanlara nənə və babaların adlarının qoyulması 

 
153 
 
bir  adət  şəklini  almışdır.  Bəzən  anaların  adları  qoyulan  ailələrdə 
uşaqları  «nənə»  deyə  çağırırlar.  Bundan  əlavə,  ailədə  çoxlu  qızlar 
olanda  Bəsti,  Ziyadə,  Yetər,  Kifayət,  Qızyetər,  Qızbəs  və  başqa 
adlar  qoyulurdu.  Bu  da  ailədə  daha  çox  oğlan  uşağının  olması 
arzusu ilə edilirdi.  
Orta əsrlərdə işlədilən ləqəb, künyə və nisbə kimi sözlərə elmi 
və bədii əsərlərdə rast gəlmək mümkündür. Ləqəb müəyyən istedad, 
xalq  arasında  qazanılan  şöhrət  və  rəğbətə  görə  hökmdar  və  yaxud 
xalqın  özü  tərəfindən  verilirdi,  məsələn,  Nizamülmülk.  Künyə  isə 
atanın adının əvvəlinə bin və ya ibn sözləri əlavə olunmaqla şəxsiy-
yətin adından sonra ifadə edilir. Nisbə haqqında sözü keçən adamın 
haraya  mənsub  olduğu,  yəni  anadan  olduğu  boya  başa  çatdığı  yer 
nəzərdə tutulur. Misal üçün Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsi-
rəddin  Tusi  və  s.  qızlara  orta  əsrlərdə  «xatun»-  deyə  müraciət 
edilməsi Suli Fəqihin «Yusif və Züleyxa» əsərində yer almışdır. O 
yazır: «Züleyxa xatun idi ol qızun adı» (19, 57). Orta əsrlərdə adlı-
sanlı,  ad  qazanmış  adamları  namdar  adlandırırdılar.  Xalq  arasında 
adlı-sanlı kəlməsi işlənir. Bu söz böyük hörmət sahibi ağsaqqallar, 
el  içində  sayıla  bilən  adamlar  haqqında  işlədilən  kəlmədir.  İraqın 
Kərkük vilayətində «kişi arvadına arvad nənəsi, Məhəmməd nənəsi 
deyə müraciət edir. Arvad isə ərini, atam babası, Məhəmməd babası 
deyə çağırır» (30, 55). 
Bir sıra adlar isə bilavasitə dinlə bağlı qoyulur.  Məsələn,  Fəx-
rəddin,  Sədrəddin,  Kəmaləddin,  Cəmaləddin,  İslam,  Allahverdi, 
İmamverdi, Məhəmməd, İsa, Musa və s. İlkay, İlkin, İlknur kimi ad-
lar adətən ailədə ilk doğulan uşaqlara verilir. Adların müxtəlif bay-
ramlarla əlaqədar da verilməsi halları ad qoymada öz yerini almaq-
dadır. Belə ki, Novruz, Qurban, Məhərrəm, Oruc, Xıdır və başqaları 
buna  misal  ola  bilər.  Buna  ən  gözəl  misal  xalq  dastanlarımız  ola 
bilər. Məsələn,  «Novruz»  dastanında deyilir:  «Aylar,  günlər keçdi, 
paşanın bir qəşəng, göyçək oğlu oldu. Oğlan Novruz bayramı günü 
anadan olduğu üçün adını da Novruz qoydular» (1, 170). 
Sosial zümrə bildirən orta əsr adları da mövcuddur ki, bunlara 
Şahzadə, Xanbala, Bəylər, Ağalar, Paşa, Sultan və s. misal çəkmək 

 
154 
 
olar.  Toponimlərlə  bağlı  adlar  da  (Təbriz,  Şirvan,  Nəcəf)  vardır. 
Dağ adları olan Altay, Elbrus, Qoşqar, Qafqaz oğlanlara verilir.  
Adlarla  bağlı  dastanlarımızda  olan  məqamlar  maraq  doğurur. 
Məsələn, «Alı xan» dastanında ipək qarının qoyduğu ad əsas sayılır. 
Belə  ki,  o  deyir:  «mən  oğlanın  adını  qoyuram  Məhəmməd,  qızın 
adını Pəri, o tapılan oğlanın da adını Tapdıq» (1, 199). Buradan da 
aydın  olduğu kimi,  hər bir ad öz-özlüyündə bir  məna kəsb edir və 
müəyyən hadisələrə söykənir. Bu dastandan da aydın olduğu kimi, 
Tapdıq  adı  uşağın  məscid  hücrəsi  yanında  tapıldığına  görə  belə 
verilmişdir. Bundan əlavə, «Qurbani» dastanında qəhrəmanın nəzir-
niyazla, uğrunda qurbanlar kəsilməklə anadan olduğuna işarə edilə-
rək adının Qurbani qoyulduğu aydınlaşır. «Qurbani» dastanında ad 
qoyma  ilə  bağlı  məqamı  qeyd  edək:  «Mirzalı  xana  müjdə  getdi. 
Mirzalı  xan  ac  qarınları  doyurdu,  çılpaq  əyinləri  geydirdi.  Sonra 
uşağa ad qoymaq istədilər. Bir ağıllı qoca kişi gəlib dedi: - Oğlanın 
adını mən qoydum – Qurbani. Çünki, bunu qurbanla tapıbsınız» (1, 
39). Burada göstərilir ki, ataya oğlunun olduğu xəbəri çatar-çatmaz 
o,  qonaqlıq  mərasimi  keçirir.  Deməli,  ad  qoyarkən  qonaqlıq 
mərasimi keçirmək qədim adət olmuşdur.   
Nağıllarımızda  da  adqoyma  ilə  bağlı  bir  sıra  məlumatlar  möv-
cuddur. Məsələn, «Ağ atlı oğlan» nağılında deyilir: «Gün keçdi, ay 
dolandı,  padşahın  hər  arvadından  bir  oğlu  oldu.  Padşahın  arvadla-
rından biri xan qızı idi. Odur ki, ondan olan oğlanın adını Xanbala 
qoydular. İkinci arvad bəy qızı idi. Onun da oğlunun adını Bəybala 
qoydular.  Üçüncü  arvad  bir  yoxsul  dəvəçinin  qızı  idi.  Padşah  onu 
gözəl olduğuna görə almışdı. Ondan olan oğlanın adını da Nərbala 
qoydular» (9, 66). 
Azərbaycanda  uşağı  olmayan  çarəsiz  qadınlar  müxtəlif  pirlərə 
gedir, niyyət diləyir, qoç kəsdirirdilər. Belə ziyarətlərdən sonra hə-
min qadınların uşaqları olardısa, onlara Pirverdi, Ocaqverdi, Seyid-
verdi, Bibixanım və s. kimi adlar qoyulurdu.  
Elə adlar da vardır ki, gül-çiçəklə bağlı məhz qız uşaqlarına qo-
yulurdu.  Belələri  əsasən  Təzəgül,  Gülnar,  Qızılgül,  Qönçə,  Yasə-
mən, Lalə, Çiçək, Yazgül, Nərgiz, Bahar, Süsən, Bağdagül, Nargilə, 

 
155 
 
Güllü,  Gülşən,  Gülzadə  və  başqa  bu  kimi  adlardan  ibarətdir.  Bun-
dan əlavə heyvan adlarının da verilməsi halları da mövcuddur. Mə-
sələn, oğlanlara Şirxan, Şirzad, Aslan, Bəbir, Şahin, Tərlan, qızlara 
isə  Maral,  Ceyran,  Kəklik,  Ahu,  Turac,  Tutu,  Durna  kimi  adların 
verilməsi hallarına rast gəlmək mümkündür. Təbiətlə bağlı adlar sı-
rasında ay, ulduz və günəşlə əlaqədar adlar yer almaqdadır. Belə ki, 
Aygün, Aytac, Aytən, Aysel, Aynur, Aytəkin, Ulduz, Ülkər, Səyya-
rə, Günəş, Güntəkin, Səma və başqaları.  Bir sıra  adlar isə xüsusən 
qızlara  şirinliklə  bağlı  qoyulurdu.  Nabat,  Şirin,  Şəkər,  Qəndab  bu 
qəbildəndir. Maraqlıdır ki, zər, bəzək, qiymətli daşlarla bağlı adlar 
da var: Zivər, Zərinə, Almaz, Yaqut, Zümrüd, Gövhər, Füruzə, Mir-
vari,  İnci  və  s.  Bundan  əlavə  Sücayət,  Zəfər,  Qadir,  Qalib,  Qabil, 
Əsgər kimi kişi adları da vardır ki, onlar da cəsarəti, qabiliyyəti və 
hünəri əks etdirir. Fəxri və Vüqar kimi adlar isə qürurun təmsilidir. 
Yeganə, Vahid, Nadir kimi adlar da təkliyin simvolu kimi xarakteri-
zə olunur. Elə adlar da vardır ki, onlar hiss və həyəcanı, ədaləti, ira-
dəni təmsil edir. Bunlara misal olaraq Sevinc, Fərəh, Xoşbəxt, Vəfa, 
Sədaqət, Səadət, Həqiqət, Ədalət, İradə kimi adları göstərmək olar. 
Adlar özündə başqa dillərdən alınma olduğunu da ehtiva edirdi. Mə-
sələn, ərəb dilindən əmələ gələn Bünyad bünövrə, əsas mənasını ve-
rir.  Bu  da  xalqların  müəyyən  müddət  ərzində  qarşılıqlı  münasibət-
lərdə olmasını göstərir.  
Ənənəvi olaraq ad seçmə özü də təkmilləşmə prosesi keçmişdir. 
Ailədə  məişətin  müxtəlif  sahələrində  olduğu  kimi  ad  qoyma  da 
müəyyən  mərasimlə  qeyd  olunurdu.  Körpəyə  adın  nə  vaxt  verildi-
yini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Bəzən körpəyə 40-ı 
çıxdıqdan  sonra  ad  qoyulurdu.  İndi  isə  uşağa  ad  çox  erkən  gün-
lərdən  qoyulur.  Ad  qoyularkən  çalışırlar  ki,  yaxın  qohumlarda  hə-
min  adlar  təkrarlanmasın.  Azərbaycanda  böyüklər  (nənə  və  baba) 
dura-dura anadan olan uşağa ata və anasının ad qoyması hörmətsiz-
lik sayılardı. Ona görə də əvvəlcə onlara müraciət edilir, rəy birliyi 
ilə razılıq əldə edilir. Körpənin ata və anası razı olmasalar da, çox 
vaxt qəbul etməli olurlar. Əks təqdirdə bu böyüklərə – evin ağbirçə-
yinə və ağsaqqalına qarşı ədəbsizlik sayılır. 

 
156 
 
Adətən  uşaqlara  həyatdan  köçənlərin  adları  qoyulardı.  Lakin 
müasir dövrdə artıq sağlığında da nənə və babaların adları nəvələrə 
qoyulur.  Ailədə  uşaqları  qalmayan  və  tez-tez  ölənlərə,  təki  onlar 
qalsın  deyə,  bəzən  başqa  millətlərə  xas  adlar  da  qoyulur.  Bundan 
əlavə  mənşə  bildirən  adların  da  (Türkan,  Türkel,  Azərin)  xalqımız 
tərəfindən  qoyulması  hallarına  rast  gəlmək  mümkündür.  Tarixən 
tayfa və yer adları (Qacar, Muğan, Əfqan, Altay, Qoşqar, Afşar) ilə 
bağlı qoyulan adlar da vardır. Uşaqlarını arzu etdikləri kimi görmək 
istəyən  böyüklər  ağıllı,  kamallı,  savadlı  hərtərəfli  inkişaf  etmiş 
olsun deyə, onları Vaqif, Aqil, Kamal, Alim, Maarif adlandırmışlar. 
Yüksək  insani  keyfiyyətlər  əsasında  zəruriləşən  adlardan  kişilərə 
verilən Etibar, Mötəbər, Əmin, Ehtiram və başqalarını misal göstər-
mək olar. Zamanla əlaqədar adlar isə Səhər, Gündüz, Zaman və baş-
qalarından ibarətdir. Adların böyük əksəriyyəti gözəlliyi, işığı, mu-
siqini  tərənnüm  edir.  Bu  cür  adlara  Gözəl,  Ziya  və  Təranəni  misal 
göstərmək olar. XX əsrdən etibarən alınma adlar da (Rafael, Flora, 
Roza, Telman və s.) xalqımız tərəfindən mənimsənilmişdir.  
El arasında uşağın adı ilə əlaqədar alqışlarda «adıynan böyüsün, 
adıyla yaşasın, torpağı sanı Allah ömür versin»-deyirlər. Bəzən hə-
min körpəyə bir xəsarət yetdikdə və o vəfat etdikdə el arasında adın 
uşağa düşmədiyini deyirlər. Bundan əlavə əgər bir ailədə (Salyanda) 
doğulan  uşaqlar  dalbadal  ölürdüsə,  axırıncı  dəfə  doğulan  uşağa  ata 
və anasının adını qoymaq adəti vardı və bu zaman onun öz ağırlı-
ğında  əti  qəbiristana  aparıb  basdırırdılar  ki,  bu  «kəfən  dəfn»  adla-
nırdı (13, 281). 
XVIII əsr şairi Xəstə Qasım ad qazanmaq barədə yazır: 
 
Aşiq deyər: adala, 
A çalgınan a dala, 
Əyri, çətin cahanda, 
Ad qazana ad ala (21, 112). 
Azərbaycan bayatılarında da ad qazanma haqqında deyilir: 
 
El batır qəm dəryada, 

 
157 
 
Kimə gedim mən dada? 
İgid döyüşdə ölsə, 
Adı qalar dünyada.    
 
və ya  
 
 
 
Mən aşiq xoşa dalı, 
Xoş üzlü, xoş ədalı, 
Mərd igiddə qaydadı, 
Meydanda xoş ad alı (7, 20; 23). 
 
Atalar  sözlərində  deyilir  ki,  «yaxşılıq  adda  qalar,  yamanlıq 
yadda». (20, 131) Ad adamı bəzəməz, adam adı bəzər və s.  
Orta əsr müəlliflərinin əsərlərində (Nizami, Füzuli və başqaları) 
ad qoyulması barədə xatırlatmalar vardır. Görkəmli alim Nəsirəddin 
Tusi isə yazır ki, yeni doğulmuş uşağa ilk növbədə yaxşı bir ad qoy-
maq lazımdır. Çünki münasib olmayan addan xəcalət çəkə bilər (3, 
156).  
Adın əhəmiyyəti, insanın cəmiyyətdə yeri və fəaliyyəti ilə bağ-
lıdır.  O,  insanı  ucaldır.  Ad  keyfiyyət  göstəricisi  kimi  insanın 
yaxşılığı ilə də bağlı olmuşdur. Məsələn, 
 
Xəstə Qasım kimə qılsın dadını? 
Canı çıxsın, özü çəksin odunu
Yaxşı igid yaman etməz adını, 
Çünki yaman addan ölüm yaxşıdı (22, 3).  
 
Müraciət  forması  olduğundan  ad  yaddaşlara  qazınır.  Tələffüz 
olunduğu andan etibarən adın həm milli, həm də dini məzmuna ma-
lik  olması  da  müəyyən  edilir.  Belə  ki,  bütün  müsəlmanlarda  müx-
təlif  tələffüz  şəklində  də  olsa,  Məhəmməd  oğlanlara  verilən  addır. 
Lakin  elə  adlar  da  (Məryəm)  vardır  ki,  müxtəlif  xalqlarda  fərqli 
tələffüz  şəklində  mövcuddur.  Adlar  müəyyən  reallıqlar  əsasında 
formalaşır. O, eyni zamanda dilin inkişafı ilə də bağlıdır. 

 
158 
 
Maraqlıdır ki, bir sıra ailələrdə (Naxçıvan ailələri nəzərdə tutu-
lur  –  Ş.B.)  «adı  uşağın  qulağına  babası,  nənəsi  və  ya  çoxuşaqlı 
qadınlardan  biri  (ağbirçək)  çağırırdı.  O,  ağzını  uşağın  qulağına 
dayayıb üç dəfə ucadan deyir: «sənin adın oldu filankəs»» (5, 167). 
Qubada isə «uşaq doğulduğu gündən on gün keçdikdən sonra mama 
(mamaça  nəzərdə  tutulur)  onu  çimizdirir  və  qundaqlayıb  qucağa 
alır. Sağ qulağına əzan, sol qulağına qamət oxuyub, qoyulacaq adı 
uşağın  qulağına  üç  dəfə  ucadan  söyləyir.»  Bundan  sonra  mama 
üçün xonça hazırlanır və onun qabağına qoyulur, qohum-əqrəba da 
bu xonçaya pul atırlar (15, 24). 
Adqoymanın  mərasimlə  keçirilməsi  bakılılar  arasında  geniş 
yayılmışdır.  Lakin  bəzi  ailələrdə  belə  də  edilirdi  ki,  uşağa  ölən 
adamın adı qoyularkən onun qulağına bu adı evə məhz bu məqsədlə 
çağırılan molla tələffüz edirdi. Məlumdur ki,  «uşağa ad da, əsasən 
qırx  töküləndən  sonra  qoyulur  və  həmin  münasibətlə  mərasim 
keçirilir (Bu bəzi yerlərdə–Abşeronda «Şəbbəxeyir» adlanır). Oğul-
qız böyütmüş ağbirçək bir qadın uşağı qucağına alır və qulağına üç 
dəfə ucadan ona qoyulmuş adı deyir» (2, 116). Bəzi hallarda isə bu 
məqsəd üçün evə molla çağırılır.
 
 
Adqoyma ilə əlaqədar qədim zamanlarda mollanın yanına gedib 
ona  müraciət  edildikdə  o,  «Quran»  açıb  həmin  səhifədə  yer  almış 
bir  sıra  müqəddəslərin  adları  üzərində  dayanır  və  bu  adlardan  biri 
körpəyə qoyulurdu. Əslində bütün ailələrdə adın seçilməsində ailə-
nin zövqü, dünyabaxışı və səviyyəsi əsas təşkil edir. Müasir dövrdə 
milli ənənələrə uyğun gələn adların seçilməsinə diqqət yetirilir.    
Bakıda adqoyma mərasimi barədə məlumat verən informatorun 
dediklərindən aydın olur ki, körpəyə hansı adın qoyulması əvvəlcə-
dən bəlli olsa da, yalnız qırxı çıxdıqdan sonra xüsusi mərasimlə ona 
ad verilir. Əgər körpəyə imam və ya ölən adamın adı qoyulursa, ev-
də mütləq «quran tapşırılır» və molla  adı uşağın qulağına oxuyur. 
O, imamların adlarını bir-bir körpənin qulağına sayır. Nəhayət «oğ-
lum sənin adını qoydum məsələn, Həsən» deyir. Bundan əlavə uşa-
ğın qulağına kəlmeyi-şəhadət, teyyubə oxunur. Sonra isə uşağı qo-
naqlıq  məclisinə  dəvət  olunan  yaxın  qohumlara  və  əziz  adamlara 

 
159 
 
bir-bir verirlər. Onlar da hərə öz növbəsində xeyir-dua və alqışlarla 
körpəni bir-birilərinə ötürdükdən sonra qonaqlıq mərasimi başlayır. 
Bu  mərasim  zamanı  adı  verilən  ölünün  ruhu  yad  olunur.  Yeri  gəl-
mişkən qeyd edək ki, qız uşaqlarına da müqəddəslərin adı veriləndə 
(məsələn, Ayişə, Fatma, Zəhra və s.) mütləq Quran oxunulur. Adətə 
görə,  məclisdə  süfrə  açılır,  müxtəlif  təamlarla  (məsələn  aş,  bozbaş 
və s.) yanaşı, mütləq halva çalınır. Halva çalınan zaman adı qoyulan 
mərhumun  ismi  çəkilir.  Bu  ölənin  ruhunu  yad  etmək,  adını  yaşat-
maq, xatirəsini əziz tutmaq kimi xüsusiyyətləri özündə ehtiva edir. 
Sağ olan adamın da adı körpəyə qoyula bilər, lakin bu zaman quran 
oxunmur (8). 
Şiəliyin üstün olduğu ərazilərdə, xüsusən də Bakıda «adqoyma-
da  körpə  üçün  aşağıdakı  kəlmələrin  deyilməsi  müstəhəb  (məsləhət 
görülən  əməl)  sayılırdı:  Başında  nə  var?-  Taci-dövlət.  Alnında  nə 
var?-  Möhri-ibadət.  Qaşında  nə  var?  -  Qələmi-qüdrət.  Gözündə  nə 
var? - Nuri-Məhəmməd. Üzündə nə var?- Pərdeyi-ismət. Dilində nə 
var?-  Kəlmeyi-şəhadət.  Qulağında  nə  var?  Zəngi-saət.  Qəlbində  nə 
var?  İnsafi-mürvət.  Əlində  nə  var?-  Xeyirxahi-xeyrat.  Dizində  nə 
var? Əbədi taqət. Ayağında nə var?-Düz yola ibadət. Təmayülündə 
nə var?- On iki imamət» (17, 200-201).  
Azərbaycanın  müxtəlif  bölgələrində  uşağa  adın  verilməsi  üç 
gün keçdikdən sonra baş verir, ya yeddi gündən və yaxud da qırxın-
dan sonra ad qoyulur. İslam dini yayıldıqdan sonra adqoymada baş 
verən xüsusiyyət özünü onda göstərir ki, molla tərəfindən körpənin 
sağ qulağına azan, sol qulağına isə iqamə oxunur. 
«Ə zan oxumağın si-
rri;  insanın  bu  dünyadan  çıxışında  kə limeyi-şə hadə tlə   tə lqin  edildiyi 
kimi  dünyaya  gə lişində   də ,  islamın  süarı  olan  kə limeyi-şə hadə tin, 
Allahın böyüklüyünü ifadə  edə n kə lmə lə rin insanın qulağına ilk çarpan 
şey olması üçün vacibliyi zə rurə tində ndir. Hə m də , yaradılışda ilk insanı 
qandırdığı  kimi  yeni  doğan  uşağa  şeytanın  də və tində n  ə vvə l,  onu 
Allaha, onun dini Islama və  ona ibadə tə  də və t üçün oxunduğu mə nası 
da  çıxarılır.  Zira  ə zanın  oxunması  ilə   seytanın  qacdığı,  uzaqlaşdığı  da  bir 
hə disdə   bildirilmişdir.  Yenə   bir  hə disdə ,  doğan  uşağın  qulağına  ə zan 
oxumaqla,  o  uşağa 
«Ümmüs-Sıbyan» 
zə rə r  vermə z  deyilmə kdə dir. 
Ümmüs-Sıbyan 
isə ,  cinlə rdə n  uşağa  müsə llat  olan  şeydir  deyə   izah 
edilmişdir» (23, 119). 

 
160 
 
Əqiqi qız və ya oğlan fərq etmədən anadan olmasının yeddinci 
günündə başı qırxılaraq onun adına kəsilən qurbandır. Əqiqi uşağın 
adı qoyulub söyləniləndə  «Bismillahi Allahu-əkbər, ey Allahım bu 
sənin  rizan  üçün  filanın  əqiqəsidir»  -  deyə  kəsilir.  Əqiqə  qanının 
uşağın 
tə raş edilmiş başına toxundurulması yerinə  ə tir sürülmə sini Hz. 
Peyğə mbə r  tövsiyə   etmiştir.  Ə qiqinin  ə tində n  sahibi  yeyir  və  
başqalarına da yedirir. Uşağa doğulduğu anda adla bə rabə r edilə n başqa 
bir  şey  də   tə hnikdir.  Tə hnik  bir  kimsə nin  damağını  ovmaq  mə nası 
daşıyır.  Xurmadan  bir  parça  ağıza  alıb  yaxşıca  çeynə yə rə k  ə ldə   olan 
ağız suyunu uşağın damağına sürtmə kdir (23, 121). Ə fqanlarda da uşağın 
doğulmasının  yeddinci  günündə   adqoymasında  qulağına  dua  oxuyurlar. 
Qeyd edə k ki,  «ə fqanların ə qidə sincə  yeddi gündə n ə vvə l uşağa ad 
qoyulsa,  onun  bə də ninə   ziyankar  ruhlar  dola  bilə r  və   uşaq 
xə stə lə nə r».  Bundan  ə lavə  varlı ailə lə r oğlanın başını birinci də fə  
qırxanda  onun  tükü  ağırlığında  qızıl  və   ya  gümüş  paylayırlar.  Bu  adə t 
«sə rkə li» adlanır (26, 119-120). 
Qurani-Kərimdə deyilir:  «Onları əsil-nəsəbləri bilinsin deyə öz 
atalarının adı ilə çağırın, Bu Allah yanında daha düzgün, daha əda-
lətlidir. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaş-
larınız və yaxınlarınızdır, əmioğlanlarınız və ya azad kölələrinizdir; 
onları qardaşım, əmioğlum, dostum-deyə çağırın. Etdiyiniz səhvlərə 
məsələn  birinin  atasını  bilmədən  səhv  saldığınıza  görə  sizə  günah 
yoxdur» (24, 236). 
Xalqımızın adlara münasibətdə maraqlı məqam  özünü göstərir. 
Böyüklərə  –  ağsaqqal  və  ağbirçəklərə  hörmət  o  qədər  böyük  əhə-
miyyət kəsb edib ki,  evli gənclər onların  yanında bir-birilərini adla 
çağırmağa belə cürət etməyiblər. Əks təqdirdə bu etik normalardan 
kənar  davranış  hesab  edilib  və  ad  çəkilməsi  «eldən  ayıb  sayılıb». 
Xüsusən  də  həyat  yoldaşlarından  söz  düşəndə  kişilər  adıyla  deyil, 
əksər  vaxtlarda  «uşaqların  anası»,  «filankəsin  qızı»-deyə  söz  açıb-
lar.  Eləcə  də  kişilər  barəsində  qadınlar  «uşaqların  atası»  deyiblər. 
Belə müraciət qaydası hələ «Kitabi-Dədə Qorqud» dastanından bəlli 
olur. Belə ki, elə o zamanlardan qadınlara müraciət edilərkən onla-
rın adı çəkilməz, kimin qızı isə o adla da (xan qızı,) xatırlanardı. Bu 
xüsusiyyət xalq düşüncə tərzinə elə sirayət  edib ki, hətta XX əsrin 

 
161 
 
ortalarında belə bəzi ailələrdə qadın tərəfindən ərinin adını çəkmə-
yib ona «ə», «ağa» və s.- deyə müraciət edilib.
  
«Kitabi-Dədə  Qorqud»  dastanında  «böyük  qardaşı  Əgrəkdən 
söz  düşəndə  Səgrək  onu  hörmətlə  «ağam»  adlandırır,  ata-anası  da 
«sənin ağan» deyirlər» (31, 10). Ümumiyyətlə, böyüklərə ağa, qağa, 
lələ, bəy, xanım, banu və s. deyə müraciət edilmişdir. Hətta sonrakı 
dövrlərdə «dünyaya sadəcə Həmid kimi, Səməd kimi gələn onlarla 
dünənki cavan oğlanlar əlinə maya salıb ticarətə uyandan sonra, ya 
da bir karxana sahibi olandan sonra dönüb olurdu Həmidağa, yaxud 
Ağasəməd.  Əsil  adı  Ağasəməd  olan  isə  varlanandan  sonra  ikiqat 
«ağalanırdı»- Ağasəməd ağa» (31, 9). 
Adlar özündə tarixi reallığı yaşadır. Onlardan müxtəlif əşyaların 
adlandırılmasında, hətta pulda istifadə olunur. Məsələn, «Şah Abba-
sın adı ilə əlaqədar tariximizdə bir söz də yaşayır - abbası» (31, 6).  
«Qədim  türk  dillərində  alp  «bahadır,  hünərpərvər»  deməkdir. 
Ona görə də «Dədə-Qorqud»dakı igidlərin adı məhz Alp Ərən, Alp 
Rüstəmdir.  Müasir  dilimizdə  hərfi  tərcümədə  «alp  ərən»  igid  kişi 
deməkdir» (31, 25). 
Azərbaycanın  müxtəlif  ərazilərində  ümumən  adla  əlaqədar 
maraqlı məqamlar da mövcuddur. Belə ki, xüsusən kənd yerlərində 
bir  sıra  şəxslərə  öz  adı  ilə  bərabər  el  arasında  ayama  kimi  adlar 
«taxılır».  Bu  adların  bəziləri  məzəli  mahiyyət  daşıyır,  bəziləri  isə 
həmin adamın hər hansı bir fəaliyyəti ilə bağlı olur. Bu xüsusiyyət 
orta  əsrlərdə  də  mövcud  idi.  Məlik  adlı  şahzadə  çox  vaxt  sərxoş 
olduğuna görə Bəngi Məlik deyə (ləqəb kimi) çağırılırdı. Bu ad da 
ona  keçirdiyi  içkili  həyat  tərzinə  görə  verilmişdi.  (27,  132)  Bəzən 
isə  insanları  kənddə  eyni  ada  malik  adaşlarından  fərqləndirmək 
üçün  ikinci  bir  ad  tətbiq  edilir.  Bununla  bərabər  insanlara  verilən 
ləqəblər onların xarici  görkəmi ilə də bağlı olurdu. Məsələn, tarix-
dən məlum olan İsgəndər Zülqərneyn, topal Teymur, gödək Əhməd, 
Uzun  Həsən  və  s.  Bəzi  şəxsiyyətlər  isə  özlərinə  müəyyən  adlar 
götürməklə mahiyyətlərini açıqlamağa çalışmışlar. Məsələn, orta əsr 
şairi  Qul  Əli.  Əslində  şairin  özünü  qul  adlandırması  onun  Allah 
bəndəsi, onun qulu sayılması deməkdir.  

 
162 
 
Adqoyma ilə bağlı qəribə hallara da rast gəlmək mümkün olur. 
Məsələn,  bir  ailədə  baba  öldükdən  sonra  oğlan  nəvələrinə  adı  qo-
yularkən  həmən  uşaqlar  qalmayıb  tələf  olurdular.  Nəhayət,  vali-
deynlər  doğulan  digər  oğlan  uşaqlarına  babanın  adını  qoymamaq 
qərarına  gəlirlər.  Bu  uşaqlar  isə  sağ  qalır.  Belə  olduğu  təqdirdə 
«ölənin öz adını vermədiyini» söyləyirlər. Bəzi ailələrdə ölən uşağın 
adını elə həmin ailədə yenidən doğulan körpəyə qoyulması faktları 
da vardır.
 
Uşaqları doğulub fəqət qalmayaraq ölən ailələr gələcəkdə 
doğulan  uşaqlara  Yaşar,  Dursun  kimi  adlar  qoyurlar  ki,  onlara  bir 
xətər dəyməsin. Belə halların olduğu bir sıra digər ailələr isə uşağın 
qalması üçün onun adını başqa millətlərin və başqa dini mənsubiy-
yətə malik olanların isimlərindən götürürlər.
   
Azərbaycanın müxtəlif bölgələrində qoyulan adlar bəzən təkrar-
lanır. Bu cür adlara məhz daha çox həmin bölgədə rast gəlmək olur. 
Məsələn, bakılılarda adqoymada fərqli xüsusiyyət özünü onda gös-
tərir ki, uşaqlara əksər hallarda ikili tərkibli adlar qoyulur. Məsələn, 
Ağasəlim,  Ağabala, Əlibala, Gülbala, Atabala, Əlibaba, Məşədixa-
nım, Zərnigar, Qızxanım, Anaxanım, Xanbacı, Ağadadaş və s. Ağ-
dam  bölgəsində  ailənin  oğlanlarına  Qardaşxan,  Qırımxan,  Murad-
xan  kimi  sonluğu  təkrarlanan  adların  qoyulması  hallarına  rast  gəl-
mək  mümkündür.  Şah,  ağa,  xan,  bəy  tərkibli  adlar  da  tarixən 
mövcud olmuşdur.  
Elə adlar vardır ki, onların dərin qatlardan orta əsrlərdən gəldiyi 
məlum olur. Şairlərimizin adlarında və onların əsərlərində bu özünü 
büruzə verir:  Afşin,  Babək, Cavanşir, Nizami, Arif, Afaq, Nüşabə, 
Şirin,  Füzuli,  Nəsimi,  Fərhad,  Məhin  banu  və  s.  O.Mirzəyev  qeyd 
edir  ki,  XII  əsrdə  Ərdəbil  hakimi  Xasbəy  adını  daşımışdır.  Şah 
İsmayıl  Xətainin  qızı  Firəngiz  adını  daşıyıb  (31,  26;  231).  Tarixi 
mənbələrdən  alınan  məlumatlarda  çəkilən  hökmdar  adları  onların 
orta  əsrlərin  yadigarı  olduğunu  söyləməyə  əsas  verir.  Məsələn, 
Toğrul, Şəmsəddin, Səncər, Qazan, Hülaki və s.   
Son zamanlar elə əvvəllər də olduğu kimi Məkkə ziyarətinə ge-
dib gəldikdən sonra adların əvvəlinə Hacı kəlməsi əlavə olunur. Bu 
onların müqəddəs  yerdə ziyarətdə olduqlarının göstəricisi kimi mə-

 
163 
 
nalandırılır. Hətta kişilərə öz adlarının qarşısına hacı kəlməsi  əlavə 
olunursa, məsələn, Hacı Qadir, ziyarətdə olmuş qadınların hamısına 
sadəcə  «hacıxanım»  deyə  müraciət  edilir.  Uzun  müddət  tarixdə 
adların  qarşısında  məşədi  və  kərbəlayi  sözləri  işlədilmişdir.  Bu  da 
İranın Məşhəd və İraqın Kərbəla şəhərlərinə ziyarətə gedən zəvvar-
ların adlarının əvvəlinə əlavə olunurdu. Bununla yanaşı, qeyd edək 
ki, «xüsusi adların bir qismi də kişilərə və ya qadınlara məxsus və-
zifə, peşə və titul bildirən xan, bəy, ağa, hacı, seyid, mir, mirzə, xa-
nım, banu kimi sözlərlə ifadə olunur. Belə sözlər bir sıra xüsusi ad-
lara  qoşularaq  yeni  adlar  əmələ  gətirmişdir.  Məsələn,  Xanqulu, 
Xancan,  Xanmirzə,  Mirzəxan,  Vəlixan,  Xanmurad,  Balabəy,  Vəli-
bəy, Kərimbəy, Seyidəhməd, Seyidəli, Mirtalıb, Hacıxan, Hacımir-
zə, Ağamusa, Ağagül, Ağakərim, Gülağa, Mirəli, Ağamir, Şeyxəli, 
Mirzəbala,  Ağamirzə,  Xansənəm,  Şəhrəbanu,  Xanımana»  (14,  37). 
Cəbrayıl,  Mikayıl  kimi  adların  qoyulması  mələklərin  adıyla  bağlı 
olmuşdur. 
Bizdə  işlənən  Yusif  adının  bir  sıra  dünya  xalqlarında  qarşılığı 
vardır. Bunlara misal olaraq ruslarda Osip, ingilislərdə Cozef, ital-
yanlarda  Cuzeppe,  ispanlarda  Xose  və  s.  göstərmək  olar.  Qeyd  et-
məliyik  ki,  «həmin  ad  yəhudilərin  qədim  babalarına  məxsusdur. 
İosif gözəl deməkdir. Onu yəhudilərdən yunanlar götürmüşlər, son-
ra da başqa Avropa ölkələrinə və bütün Şərqə yayılmışdır» (14, 43). 
Azərbaycanda şair və yazıçıların təxəllüs götürməsi uzun əsrlər 
boyu  bir  ənənə  halını  almışdır.  Bəzi  hallarda  bu  həmin  şəxsiyyət-
lərin doğulduğu yerin adı ilə bağlı olmuşdur. Nizami Gəncəvi, Məh-
səti Gəncəvi, Qətran Təbrizi, Məmməd Səid Ordubadi və s.  
Təsadüfi deyildir ki, xalq arasında doğum gününün hər il qeyd 
olunması ənənəsi formalaşmışdır. Belə vaxtlarda doğum  günün de-
yil, məhz «ad günün mübarək» deyirlər. Bu da ada böyük əhəmiy-
yət  verilməsinin  göstəricisidir.  Adla  bağlı  atalar  sözlərində  də  ma-
raqlı və məzəli incilər mövcuddur. Məsələn, «Adı addan götürərlər. 
Adı  dillər  əzbəridir.  Adını  çək,  qulağını  bur.  Adın  çıxdı  doqquza, 
geri getməz səkkizə. At min, ad qazan. Atdan düşsən də, addan düş-
mə. Quş qanadı ilə tanınar, insan adı ilə» (28, 88-90). Tapmacalarda 

 
164 
 
yaxşı  ad-san  haqqında  deyilir:  əzilməz,  üzülməz,  min  ilə  çürüməz 
(29, 142). 
O.Mirzəyev  qeyd  edir  ki,  Şərq  ölkələrində  tarixi  şəxsiyyətlər 
içərisində  Sultan  əl-Adil,  Malik  əl-Adil,  Vəzir  əl-Adil  və  s.  kimi 
adlar olub ki, sonralar sadəcə Adil kimi məişətimizə daxil olub.  
«Kitabi-Dədə  Qorqud»  dastanında    Aruz  və  Uruz  obrazları 
vardır.  Şübhəsiz,  hər  ikisi  eyni  adın  fonetik  formalarıdır.  Nəzərə 
alınsa ki,  müasir qazax və qırğız xalqlarında Oruz, Oruzbay adları 
mövcuddur.  Bu  xüsusda  T.Hacıyev  belə  hesab  edir  ki,  Varaz  ismi 
də həmin antroponomin fonetik variantıdır (31, 28-29). 
Atabəy  adı  isə  tarixi  məlumatlardan  aydın  olduğu  kimi  atabəy 
vəzifəsi,  bir  növ  qəyyumluq  mahiyyəti  daşıyan  titul  kimi  var 
olmuşdur, sonralar isə ada çevrilmişdir. 
Bir sıra adların dəqiq vaxtını müəyyən etmək mümkün olmasa 
da, təbiətlə bağlı adların qədimliyini söyləmək mümkündür. Çünki 
insanların  ad qoyarkən inandıqları, onlara məna  yüklədikləri  təbiət 
qüvvələrinə,  əşya  və  bitkilərə  xüsusi  rəğbətlə  yanaşdıqları  bəllidir. 
Bu  baxımdan  da  bitki  və  heyvan  adlarının  daha  qədim  olduğunu 
qeyd etmək olar. 
Beləliklə  deyə  bilərik  ki,  adqoymanın  qədim  tarixi  olduğu 
şübhəsizdir. Adqoyma bütün dövrlər üçün eyni məzmun kəsb etmiş-
dir.  Ailə  məsələlərində  ad  qoyma  hər  zaman  diqqət  mərkəzində 
durmuşdur.  Onlar  özlərində  zamanın  gerçəkliyini,  xalqlar  arasında 
mövcud olan  əlaqələri, dini münasibətləri  ehtiva  edir. Adın qoyul-
ması  müəyyən  mərasimlə  müşayiət  olunmuşdur.  Adlar  millilik 
nişanəsidir və başqa dillərə heç vaxt  tərcümə olunmur. O, insanlar 
üçün ən zəruri vasitədir. O insanın varlığını öləndən sonra da yaşa-
dan  nişanədir.  Adlar  müəyyən  məna  yükünü  daşıyır.  Uşaqlar  öz 
adını  seçmir,  ona  bu  ad  verilir.  Adların  seçilməsində  onun  uğur 
gətirəcəyinə  inam  üstünlük  təşkil  edir.  O,  nəsildən-nəsilə  ötürül-
məklə  onun  sanki  davam  etdirilməsi  mahiyyəti  daşıyır.  Müasir 
dövrdə  söz  xəzinəsi  incilərindən  seçilərək  uşaqlara  yeni-yeni  adlar 
qoyulmaqdadır.  Azərbaycanlıların  yuxarıda  sadalanan  şəxs  adları 
xalqın  tarixi  və  həmçinin  mədəni  həyat  tərzini  əks  etdirərək 

 
165 
 
antroponimiyanın özünəməxsusluğunu göstərir. Adlar hər bir xalqın 
mənəvi  zənginliyini,  dünyagörüşünü  və  məişət  xüsusiyyətlərini 
öyrənməkdə  yardım  etməklə  bərabər,  qədim  dini  təsəvvürlərin 
müəyyən olunmasında da antroponimiya mənbə rolu oynaya bilər.   
                                              
Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin