Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0.92 Mb.
Pdf просмотр
səhifə8/12
tarix06.05.2017
ölçüsü0.92 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

72.4.

 

Bu  Qanunun  72.3-cü  maddəsində  nəzərdə  tutulmuş  birinci  elanda 

sığorta  və  ya  təkrarsığorta  müqavilələrini  digər  sığortaçıya  ötürən  sığortaçının 

sığortalılarının  və  ya  təkrarsığortalılarının,  habelə  digər  maraqlı  şəxslərin  30  gün 

müddətində  özlərinə  aid  olan  müqavilələrin  ötürülməsinə  etiraz  etmək  imkanları, 

həmçinin  bu  cür  etirazın  sığorta  nəzarəti  orqanına  bildirilməsi  qaydası 

göstərilməlidir. 

72.5.

 

Bu Qanunun 72.4-cü  maddəsində göstərilən müddətdə sığortalı və ya 

təkrarsığortalı  özünə  aid  olan  müqavilənin  başqa  sığortaçıya  ötürülməsinə  dair 

etirazını  bildirdikdə  sığorta  nəzarəti  orqanı  həmin  müqavilənin  sığortalının  və  ya 

təkrarsığortalının  özünün  müəyyənləşdirdiyi  sığortaçıya  ötürülməsi  barədə 

müqavilələri ötürən sığortaçıya yazılı göstəriş verir. 



72.6.

 

Sığorta  və  ya  təkrarsığorta  müqaviləsinin  başqa  sığortaçıya 

ötürülməsinə  etiraz  edən  sığortalının  və  ya  təkrarsığortalının  müəyyənləşdirdiyi 

sığortaçı  müvafiq  müqaviləni  qəbul  etmədikdə,  sığortalı  və  ya  təkrarsığortalının 

tələbi  ilə  sığorta  və  ya  təkrarsığorta  müqaviləsinə  xitam  verilə  bilər.  Bu  halda 

sığorta  müqaviləsi  üzrə  sığorta  haqları  tam  məbləğdə  sığortalıya  və  ya 

təkrarsığortalıya qaytarılmalıdır. 

72.7.

 

Sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin  ötürülməsi  barədə 

müqavilə  bu  Qanunun  72.3-cü  maddəsində  nəzərdə  tutulmuş  sonuncu  elanın  dərc 

edildiyi  gündən  15  gün  müddətində  sığortaçının  və  hüquqi  şəxs  olan  sığortalının 

Azərbaycan  Respublikası  ərazisindəki  baş  ofisində  bütün  şəxslər  üçün  adi  iş 

vaxtlarında açıq olmalıdır. 



72.8.

 

Sığortaçının  sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin    tam  və  ya 

qismən  digər  sığortaçıya  ötürməsinə  razılıq  verilməsi  üçün  tələb  olunan 

məlumatların,  materialların  və  digər  sənədlərin  siyahısını  sığorta  nəzarəti  orqanı 

müəyyən edir. 

72.9.

 

Sığorta  nəzarəti  orqanı  sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin 

digər sığortaçıya ötürülməsinə aşağıdakı hallarda razılıq vermir: 

72.9.1.  ötürülən  sığorta  və  ya  təkrarsığorta  müqavilələri  üzrə  sığortalıların, 

təkrarsığortalıların  və  digər  maraqlı  şəxslərin  mənafeləri  adekvat  olaraq  nəzərə 

alınmadıqda; 

72.9.2.  sığorta  və  ya  təkrarsığorta  müqavilələri  ötürülən  sığortaçının 

müvafiq  fəaliyyətlə  məşğul  olmaq  üçün  lisenziyası  və  ya  ötürülən  sığorta 

müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda; 

72.9.3  sığorta  və  ya  təkrarsığorta  müqavilələri  ötürülən  xarici 

təkrarsığortaçının  öz  ölkəsinin  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  müvafiq 

lisenziyası olmadıqda. 

 

Maddə 73. Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili 

 


 

 

47 



73.1.

 

Sığortaçı  yalnız  sığortaçı  olan  digər  hüquqi  şəxslə  (şəxslərlə)  birləşə 

bilər.  Belə  birləşmənin  həyata  keçirilməsi  üçün  sığorta  nəzarəti  orqanının  razılığı 

tələb olunur. 



73.2.

 

Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq 

səhmdar cəmiyyəti formasında olmalıdır. 

73.3.

 

Birləşmə  barədə  qərar  qəbul  etmiş  sığortaçılar  müvafiq  razılığın 

alınması  üçün  sığorta  nəzarəti  orqanına  müraciət  etməlidirlər.  Sığorta  nəzarəti 

orqanı  göstərilən  müraciət  barədə  elanı  Azərbaycan  Respublikasında  nəşr  olunan 

iki dövlət qəzetinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən 

sığortaçılar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir. 



73.4.

 

Bu  Qanunun  73.3-cü  maddəsində  nəzərdə  tutulmuş  birinci  elanda 

birləşən  sığortaçıların  sığortalılarının,  təkrarsığortalılarının  və  digər  maraqlı 

tərəflərin  30  gün  müddətində  bu  birləşməyə  etiraz  etmək  imkanları,  həmçinin  bu 

cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir. 

73.5.

 

Sığortaçıların  birləşməsi  barədə  müqavilə  bu  Qanunun  73.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  sonuncu  elanın  dərc  edildiyi  gündən  15  gün 

müddətində  qeyd  olunan  müqavilə  iştirakçısı  olan  tərəflərin  Azərbaycan 

Respublikası  ərazisindəki  baş  ofisində  istənilən  bütün  şəxslər  üçün  adi  iş 

vaxtlarında açıq olmalıdır. 



73.6.

 

Sığortaçıların  birləşməsinə  razılıq  verilməsi  üçün  tələb  olunan 

məlumatların,  materialların  və  digər  sənədlərin  siyahısını  sığorta  nəzarəti  orqanı 

müəyyən edir. 



73.7.

 

Birləşmə nəticəsində sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar 

cəmiyyəti  bu  Qanunun  lisenziyalaşdırma  ilə  bağlı  tələblərinə  uyğun  olmadıqda 

sığorta nəzarəti orqanı birləşməyə razılıq vermir. 



 

 

IX Fəsil 

Sığortaçının müstəqil auditoru və maliyyə hesabatları 

 

Maddə 74. Sığortaçının müstəqil auditorunun təyin edilməsi 

 

74.1.

 

Sığortaçının səlahiyyətli idarəetmə orqanı hər il sığortaçının müstəqil 

auditorunu təyin edir. 

74.2.

 

Aşağıdakı  tələblərə  cavab  verən  sərbəst  auditorlar  və  ya  auditor 

təşkilatları sığortaçının müstəqil auditoru ola bilər: 

74.2.1.

 

audit xidməti göstərmək üçün müvafiq lisenziyanın olması; 



74.2.2.

 

sığortaçıya münasibətdə müstəqil olması. 



74.3.

 

Sərbəst  auditor  və  ya  auditor  təşkilatı  aşağıdakı  hallarda  auditin 

aparılması nəzərdə tutulan sığortaçıya münasibətdə müstəqil hesab edilmir: 

74.3.1.

 

həmin  sığortaçı  ilə  münasibətlərində  sığortalı  və  ya  sığorta  olunan 

qismində  çıxış  etdiyi  hallardan  başqa,  onunla  hər  hansı  maliyyə  əlaqəsində 

olduqda; 



 

 

48 



74.3.2.

 

sığortaçının,  onun  törəmə  cəmiyyətinin  və  ya  asılı  cəmiyyətinin 

idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti olduqda; 

74.3.3.

 

sığortaçının,  onun  törəmə  cəmiyyətinin  və  ya  asılı  cəmiyyətinin 

idarəetmə  orqanlarının  üzvü,  işçisi  və  ya  sığorta  agenti  ilə  hər  hansı  maliyyə 

ə

laqəsində olduqda; 



74.3.4.

 

sığortaçının,  onun  törəmə  cəmiyyətinin  və  ya  asılı  cəmiyyətinin 

nizamnamə  kapitalında  birbaşa  və  ya  dolayısı  ilə  mühüm  iştirak  payına  malik 

olduqda; 



74.3.5.

 

sığortaçının  auditoru  təyin  edildiyi  tarixdən  əvvəlki  2  il  ərzində 

onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin müvəqqəti inzibatçısı olduqda. 

74.4.

 

Sərbəst  auditor  və  ya  auditor  təşkilatı  ardıcıl  olaraq  3  il  ərzində  eyni 

sığortaçının müstəqil auditoru təyin edilə bilməz. 

 

Maddə 75. Sığortaçının müstəqil auditorunun əvəz edilməsi 

 

75.1.

 

Sığortaçının  müstəqil  auditoru  bu  Qanunun  tələblərinə  uyğun 

olmadıqda  səlahiyyətli  idarəetmə  orqanının  qərarı  ilə  onun  təyinatı  geri  götürülə 

bilər. 


75.2.

 

Sığortaçının  müstəqil  auditoru  funksiyalarının  icrasından  imtina  edə 

bilər. 

75.3.

 

Bu  Qanunun  75.1-ci  və  75.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

hallarda  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  yeni  auditorun  təyin  edilməsi 

15 gün müddətində mümkün olmadıqda həmin müddətdə yeni auditoru Direktorlar 

Ş

urası təyin edir. 



75.4.

 

Yeni müstəqil auditor əvvəlki müstəqil auditorun funksiyalarının başa 

çatmasına qalan müddətə təyin edilir. 

 

Maddə 76. Sığorta nəzarəti orqanına müstəqil auditor barədə məlumat verilməsi 

 

Sığortaçı özünün müstəqil auditorunun təyin olunması və belə təyinatın geri 

götürülməsi  barədə  qərar  qəbul  etdiyi,  habelə  müstəqil  auditorun  sığortaçıda  öz 

funksiyalarının  icrasından  imtina  etdiyi  tarixdən  7  iş  günü  müddətində  bu  barədə 

sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir. 

 

Maddə 77. Sığortaçının auditinin keçirilməsi 



 

77.1.

 

Müstəqil  auditor  sığortaçının  auditini  qanunvericiliklə  nəzərdə 

tutulmuş qaydada aparmalıdır. 

77.2.

 

Sığortaçının  Direktorlar  Şurasının  və  İdarə  Heyətinin  üzvləri,  işçiləri 

və  ya  nümayəndələri  müstəqil  auditorun bütün  mümkün sənədləri, aktivləri və  ya 

qiymətli  kağızları  sərbəst  yoxlaması  üçün  şərait  yaratmalı,  sığortaçının  fəaliyyəti 

ilə əlaqədar lazım olan bütün mümkün məlumatlarla onu təmin etməlidirlər. 


 

 

49 



77.3.

 

Müstəqil  auditor  apardığı  yoxlama  nəticəsində  qanunvericiliyə  zidd 

olan və ya sığortaçının maliyyə sabitliyinə mənfi təsir göstərə bilən əqdlər, yaxud 

hallar  barədə  sığortaçıya  və  sığorta  nəzarəti  orqanına  yazılı  məlumat  təqdim 

etməlidir. 

77.4.

 

Sığortaçının  müstəqil  auditoru  maliyyə  hesabatlarında  məlumatların 

yanlış  göstərilməsi  və  düzgün  əks  etdirilməməsi  hallarının  aşkar  olunmamasına 

görə məsuliyyət daşıyır. 



77.5.

 

Sığorta  nəzarəti  orqanı  sığortaçının  müstəqil  auditinin  aparılmasına 

dair  beynəlxalq  sığorta  nəzarəti  təcrübəsinə  uyğun  olaraq  minimum  tələblər 

müəyyənləşdirə bilər. 



77.6.

 

Sığorta nəzarəti orqanı müstəqil auditordan sığortaçıda keçirdiyi audit 

və  ya  onun  məqamları  barədə  yazılı  məlumatın  təqdim  olunmasını,  həmçinin 

auditin  mövzusunun  genişləndirilməsini  və  ya  sığortaçının  hesabına  xüsusi 

məqsədli auditin keçirilməsini tələb edə bilər. 

77.7.

 

Sığortaçının auditi qanunvericiliyə və bu Qanunun 77.5-ci maddəsində 

nəzərdə  tutulmuş  tələblərə  uyğun  aparılmadıqda  sığorta  nəzarəti  orqanı  müstəqil 

auditoru  dəyişdirməklə  sığortaçının  öz  hesabına  təkrar  auditin  keçirilməsini  tələb 

edə bilər. 

 

Maddə  78.  Sığortaçının  illik  maliyyə  hesabatları,  digər  hesabatları  və 

məlumatları 

 

78.1.

 

Sığortaçı illik maliyyə hesabatlarını sığorta nəzarəti orqanına müvafiq 

auditor rəyi ilə birlikdə təqdim etməlidir. 

78.2.

 

Sığortaçılar  fəaliyyətləri  barədə  qanunvericiliklə  nəzərdə  tutulmuş 

aylıq, rüblük və illik hesabatları, habelə müvafiq məlumatları bu Qanunda nəzərdə 

tutulmuş qaydada sığorta nəzarəti orqanına təqdim etməlidirlər. 



78.3.

 

Sığortaçılar  illik  maliyyə  hesabatlarını  və  digər  illik  hesabatları 

maliyyə  hesabatlarının  dərc  olunduğu  qəzetlərin  nüsxələri  ilə  birlikdə  maliyyə  ili 

başa çatdıqdan 3 ay müddətində, fəaliyyətləri barədə digər hesabatları isə müvafiq 

hesabat dövrü başa çatdıqdan 20 gün müddətində sığorta nəzarəti orqanına təqdim 

etməlidirlər. 



78.4.

 

Maliyyə  hesabatlarından  başqa  digər  hesabatların  siyahısını, 

formalarını və dövriliyini sığorta nəzarəti orqanı müəyyənləşdirir. 

78.5.

 

Bu Qanunda nəzərdə tutulmuş maliyyə hesabatları və digər hesabatlar 

sığorta nəzarəti orqanı tərəfindən təhlil edilir. 

78.6.

 

Sığortaçı  nizamnaməsində  edilən  dəyişikliklərin  hüquqi  şəxslərin 

dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq sənədləri onları aldıqdan 5 

iş  günü  müddətində  sığorta  nəzarəti  orqanına  təqdim  etməli,  habelə  filial  və  ya 

nümayəndəliyinin  açılması,  onların  fəaliyyətinin  dayandırılması  və  ya  ləğv 

edilməsi  haqqında  qərar  qəbul  etdiyi  tarixdən  7  iş  günü  müddətində  bu  barədə 

həmin orqana yazılı məlumat verməlidir. 

78.7.

 

Sığortaçı  sığorta  sirri  hesab  edilən  məlumatlar  da  daxil  olmaqla  öz 

ə

mlakı,  o  cümlədən  Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  yerləşən 



 

 

50 



ə

mlakı,  sığorta  etdiyi  risklər  üzrə  sığorta  məbləği,  verdiyi  zəmanətlər,  sığorta  və 

təkrarsığorta  üzrə bağladığı  əqdlər,  digər hüquqi şəxslərin  nizamnamə  kapitalında 

iştirak  payları  barədə  məlumatları  sığorta  nəzarəti  orqanının  yazılı  sorğusuna 

ə

sasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir. 



78.8.

 

Sığortaçı  illik  maliyyə  hesabatlarını  maliyyə  ili  başa  çatdıqdan  3  ay 

müddətində  müvafiq  auditor  rəyi  ilə  birlikdə  Azərbaycan  Respublikasında  nəşr 

olunan  2  qəzetdə  dərc  etdirməli  və  özünün  rəsmi  internet  səhifəsində 

yerləşdirməlidir. 

 

 

X Fəsil 

Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti 

Maddə 79. Sığortaçının tələb olunan kapitalı və məcmu kapitalı 

 

79.1.

 

Sığortaçının  maliyyə  sabitliyi  və  ödəmə  qabiliyyəti  onun  maliyyə 

öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir. 

79.2.

 

Sığortaçının  tələb  olunan  kapitalının  minimum  məbləği  sığorta 

nəzarəti orqanı tərəfindən müəyyən edilir. 

79.3.

 

Sığortaçının  tələb  olunan  kapitalının  müəyyənləşdirilməsi  qaydaları 

sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. 

79.4.

 

Sığortaçının  məcmu  kapitalı  onun  aktivlərinin  diversifikasiya 

səviyyəsinə, 

etibarlılığına, 

investisiyaya 

yönəldilməsinə, 

rentabelliyinə, 

likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla 

bu  Qanunun  62.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalar  əsasında  müəyyən 

edilir. 


79.5.

 

Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının 

məbləğindən az ola bilməz. 

79.6.

 

Sığortaçının  bir  sığorta  predmeti  üzrə  sığorta  riskləri  ilə  bağlı  şəxsi 

tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır. 

79.7.

 

Bu Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının 

ə

mlak  sığortasına  aid  bir  sığorta  müqaviləsi  üzrə  risklərlə  bağlı  şəxsi  tutumunun 



həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır. 

79.8.

 

Sığortaçının  bir  müqavilə  əsasında  sığortalana  bilən  və  müəyyən 

sığorta hadisəsinin baş verəcəyi halda əksəriyyətinə zərər dəymə ehtimalı olan eyni 

kateqoriyalı  sığorta  predmetlərini  süni  şəkildə  ayrı-ayrı  müqavilələr  əsasında 

sığortalaması qadağandır. 

 

Maddə 80. Sığortaçının nizamnamə kapitalı  

 

80.1.



 

Sığortaçı  olmaq  üçün  təsis  edilən  hüquqi  şəxs  dövlət  qeydiyyatına 

alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanı 

tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə 

ödənilməlidir. 


 

 

51 



80.2.

 

Sığortaçının  nizamnamə  kapitalının  formalaşdırılması  üçün  kredit  və 

ya  borc  şəklində  cəlb  olunmuş  pul  vəsaitindən,  girov  götürülmüş  və  ya  qanunsuz 

yolla  əldə  edilmiş  əmlakdan,  habelə  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  dövlət  və  bələdiyyə  büdcələrinin,  büdcədənkənar  fondların  pul 

vəsaitlərindən  və  dövlət  hakimiyyəti  orqanlarının  sərəncamında  olan  digər 

vəsaitdən istifadə edilə bilməz. 

 

Maddə 81. Sığorta ehtiyatları 

 

81.1

 

Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri 

üzrə öhdəliklərinin məcmusudur. 

81.2

 

Sığortaçılar  sığorta  əməliyyatları  üzrə  fəaliyyətinin  sabitliyini  təmin 

etmək üçün sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırırlar. 

81.3

 

Sığortaçı  qüvvədə  olan  sığorta  və  təkrarsığorta  müqavilələri  üzrə 

qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sığortası 

və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını formalaşdırmalıdır. 



81.4

 

Sığortaçı  həyat  sığortası  üzrə  formalaşdırdığı  sığorta  ehtiyatlarından 

yalnız  həyat  sığortası  müqavilələri  üzrə  sığorta  ödənişlərinin  verilməsi  üçün 

istifadə  etməlidir.  Sığortaçı  müflisləşdikdə  və  ya  ləğv  edildikdə  həmin  ehtiyatlar 

sığortalının  və  sığorta  olunanın  seçimi  əsasında  digər  sığortaçıya  ötürülə  və  ya 

sığorta olunana qaytarıla bilər. 



81.5

 

Sığortaçı həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır: 



81.5.1

 

uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar); 



81.5.2

 

baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı; 



81.5.3

 

bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı. 



81.6

 

Sığortaçı qeyri-həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır: 



81.6.1.

 

qazanılmamış sığorta haqları ehtiyatı; 



81.6.2.

 

baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı; 



81.6.3.

 

bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı. 



81.7.

 

Sığortaçının  qeyri-həyat  sığortası  üzrə  formalaşdırdığı  sığorta 

ehtiyatları  onun  sığorta  və  təkrarsığorta  müqavilələri  üzrə  öhdəliklərinə  uyğun 

gəlmədikdə  sığorta  nəzarəti  orqanı  ondan  əlavə  ehtiyatların  formalaşdırılmasını 

tələb edə bilər. 

81.8.

 

Həyat  sığortası  və  qeyri-həyat  sığortası  üzrə  sığorta  ehtiyatlarının 

formalaşdırılması  qaydaları,  onları  təmin  edən  aktivlərin  diversifikasiya 

səviyyəsinə, 

etibarlılığına, 

investisiyaya 

yönəldilməsinə, 

rentabelliyinə, 

likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla 

sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. 



 

 

XI Fəsil 

Sığorta vasitəçiləri 

 

 

 

52 



Maddə 82. Sığorta vasitəçilərinin fəaliyyətinin əsasları 

 

82.1.



 

Bu  Qanunun  məqsədləri  üçün  sığorta  agentləri  və  sığorta  brokerləri 

sığorta vasitəçiləri hesab edilir. 

82.2.

 

Sığorta  agenti  sığortaçının  adından  və  onun  verdiyi  səlahiyyətlər 

daxilində  sığorta  müqavilələrinin  bağlanmasında,  davam  etdirilməsində  və  ya 

yenilənməsində,  habelə  tərəflər  arasında  danışıqların  aparılmasında  vasitəçilik 

fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının 

sığorta agenti kimi fəaliyyət göstərə bilər. 



82.3.

 

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, 

sığorta  müqaviləsinin  davam  etdirilməsi  və  ya  yenilənməsi,  risklərin 

yerləşdirilməsi  ilə  əlaqədar  vasitəçilik  fəaliyyəti  göstərən,  sığorta  müqavilələrinin 

bağlanmasına  və  sığorta  tələbinə  dair  məsləhətlər  verən  fiziki,  yaxud  hüquqi 

şə

xsdir. 



82.4.

 

Sığorta  vasitəçiləri  müştərilərinə  göstərdikləri  vasitəçilik,  yaxud 

məsləhət xidmətlərinə görə komissiya və ya muzd alırlar. 

82.5.

 

Fiziki  şəxs  müvafiq  sığorta  vasitəçiliyini  sərbəst  və  ya  hüquqi  şəxs 

olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adi işçisi kimi onun adından 

həyata keçirə bilər. 



82.6.

 

Hüquqi  şəxs  olan  sığorta  vasitəçisinin  icra  orqanının  rəhbəri  kimi 

onun  adından  müvafiq  sığorta  vasitəçiliyini  həyata  keçirən  fiziki  şəxs  belə 

fəaliyyətlə sərbəst məşğul ola bilməz. 



82.7.

 

Hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya 

malik ola bilər. 

82.8.

 

Sığorta  vasitəçilərinin  fəaliyyətinin  tənzimlənməsi  üçün  sığorta 

nəzarəti orqanı müvafiq təlimatlar və qaydalar qəbul edə bilər. 

 

Maddə 83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması 

 

83.1.

 

Azərbaycan  Respublikasında  sığorta  agenti  və  ya  sığorta  brokeri 

fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  sığorta  nəzarəti  orqanından  müvafiq  lisenziya 

alınmalıdır.  Şəxslər  bu  tələbə  əməl  etməməyə  görə  müvafiq  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 




Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə