Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   2   3   4   5   6   7   8   9   ...   12

29.1.12.

 

sığortaçının 

nizamnaməsində 

nəzərdə 


tutulmuş 

hallarda 

sığortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək; 

29.1.13.

 

sığortaçının  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı  sahələrinin 

daxili yoxlanması barədə qərar qəbul etmək; 

29.1.14.

 

müstəqil və ya daxili auditorların, habelə sığorta nəzarəti orqanının 

yoxlamalarının  nəticələrinə  baxmaq,  bu  yoxlamaların  yekunlarına  dair  tədbirlər 

görmək; 


29.1.15.

 

qanunvericiliklə,  həmçinin  sığortaçının  nizamnaməsi  ilə  nəzərdə 

tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 

29.2.

 

Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə 

ə

sasən  qəbul  etdiyi  qərarlar  Səhmdarların  Ümumi  Yığıncağının  iclasının 



gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır. 

29.3.

 

Həyat sığortası fəaliyyəti ilə məşğul olan sığortaçının aktuarisini onun 

Direktorlar Şurası təyin etməlidir. 

 

Maddə 30. Sığortaçının Direktorlar Şurasının vəzifələri 

 

30.1.

 

Sığortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır: 



30.1.1.

 

öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün sığortaçının 

maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, sığortalılarla 

ə

dalətli  rəftar  olunmasına,  sığortaçının  biznesinin  və  digər  əməliyyatlarının  idarə 



olunmasına nəzarət etmək; 

30.1.2.

 

sığortaçının  mənafelərinə  uyğun  gəlməyən  halların  aradan 

qaldırılması  məqsədi  ilə  bu  Qanunun  VII  Fəslində  nəzərdə  tutulmuş  əlaqəli 

şə

xslərlə  bağlanan  əqdlərin  müəyyənləşdirilməsi  və  araşdırılması  üzrə  təlimatı 



təsdiq etmək; 

30.1.3.

 

müştərilərlə  ədalətli  rəftar  olunması,  o  cümlədən,  onlara  müvafiq 

məlumatların  verilməsi,  şəxsi  məlumatlarının  məxfiliyinin  bu  Qanuna  uyğun 

olaraq  qorunması,  sığorta  hadisəsi  ilə  bağlı  zərərlərin  vaxtında  və  ədalətli 

qiymətləndirilməsi,  sığortalıların,  sığorta  olunanların  və  faydalanan  şəxslərin 

sığorta  tələbləri  üzrə  sığorta  ödənişlərinin  mümkün  olan  ən  tez  müddət  ərzində 

ödənilməsi,  həmçinin  sığortalıların  və  digər  müştərilərin  şikayətlərinə  vaxtında 

baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək; 



30.1.4.

 

ə

həmiyyətli  risklərin  mütəmadi  olaraq  müəyyənləşdirilməsi, 



qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin 

daxili siyasətini və qaydalarını təsdiq etmək; 



30.1.5.

 

böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və 

ə

vvəlcədən  nəzərdə  tutulan  gəlir  əldə  edilməsi  üçün  bu  Qanunun  VI  Fəslinin 



tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;  

30.1.6.

 

təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın 

etibarlılığını,  risklərin  bölüşdürülməsinin  ümumi  səviyyəsini,  hər  bir  risk  üzrə 

şə

xsi  tutumun  və  hər  bir  sığorta  hadisəsi  üzrə  öhdəliyin  yuxarı  həddini  və 



təkrarsığortanın  sığortaçı  üçün  məqbul  hesab  edilən  digər  meyarlarını  təsdiq 

etmək; 


 

 

27 



30.1.7.

 

sığortaçının  bu  Qanunun  30.1.1-30.1.6-cı  maddələrində  nəzərdə 

tutulmuş  siyasətə,  strategiyalara  və  təlimatlara  ciddi  riayət  etməsinə,  şəraitin 

dəyişməsi  nəzərə  alınmaqla  bu  sənədlərə mütəmadi  qaydada  yenidən baxılmasına 

daimi nəzarəti həyata keçirmək. 

 

Maddə 31. Sığortaçının İdarə Heyəti 

 

31.1.

 

Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs 

olan üzvlərdən ibarətdir. 

31.2.

 

İ

darə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə 



Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.  

31.3.

 

Digər  hüquqi  şəxsdə  rəhbər  vəzifə  tutan  şəxs  sığortaçının  İdarə 

Heyətinin üzvü ola bilməz. Sığortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə 

rəhbər  vəzifəyə  təyin  olunduqda  Səhmdarların  Ümumi  Yığıncağının  qərarı  ilə 

İ

darə Heyətinin üzvü vəzifəsindən azad edilir. 



31.4.

 

İ

darə  Heyətinin  üzvləri  sırasından  İdarə  Heyətinin  sədri  və  onun  bir, 



yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin 

ə

sasnaməsində müəyyən edilir. 



31.5.

 

İ

darə  Heyətinin  iclası  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 



səlahiyyətlidir. 

31.6.

 

İ

darə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu 



ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı 

bitərəf  qalmasına  icazə  verilmir.  Səslər  bərabər  bölündükdə  İdarə  Heyəti  sədrinin 

səsi həlledici sayılır. 

31.7.

 

İ

darə  Heyəti  fəaliyyətini  Direktorlar  Şurası  tərəfindən  işlənib 



hazırlanan  biznes  strategiyasına,  həmçinin  bu  Qanunun  29.1.10-cu  maddəsinə 

ə

sasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir. 



 

Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları 

 

32.1.

 

Sığortaçının  Təftiş  Komissiyası  üç  nəfərdən  az  olmayan  tək  sayda 

fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü 

maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.  



32.2.

 

Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. 

Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. 

32.3.

 

Sığortaçının  və  ya  onunla  əlaqəli  şəxsin  idarəetmə  orqanının  üzvü 

olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin 

hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə 

bilər. 

32.4.

 

Təftiş  Komissiyasının  üzvləri  sırasından  Təftiş  Komissiyasının  sədri 

və  onun  bir,  yaxud  bir  neçə  müavini  seçilir.  Təftiş  Komissiyasının  sədrinin 

səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir. 



 

 

28 



32.5.

 

Təftiş  Komissiyasının  iclasları  üzvlərinin  yarısından  çoxu  iştirak 

etdikdə səlahiyyətlidir. 

32.6.

 

Təftiş  Komissiyasının  qərarları  iclasda  iştirak  edən  üzvlərin  sadə  səs 

çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə 

zamanı  bitərəf  qalmasına  icazə  verilmir.  Səslər  bərabər  bölündükdə  Təftiş 

Komissiyasının sədrinin səsi həlledici sayılır. 

 

Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri 

 

33.1.

 

Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır: 



33.1.1.

 

sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək; 



33.1.2.

 

daxili audit planlarını təsdiq etmək;  



33.1.3.

 

müstəqil  auditorun  təyin  edilməsi  ilə  əlaqədar  sığortaçının 

səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək; 

33.1.4.

 

Səhmdarların  Ümumi  Yığıncağına  və  Direktorlar  Şurasına  daxili 

nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək; 

33.1.5.

 

daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək; 



33.1.6.

 

səlahiyyətlərinə  aid  olan  məsələlər  üzrə  Direktorlar  Şurasının  və 

İ

darə  Heyətinin  iclaslarının  çağırılmasını  tələb  etmək,  daxili  audit  xidmətinin 



iclasını çağırmaq; 

33.1.7.

 

qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  səlahiyyətləri  həyata 

keçirmək. 

 

Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri 



 

34.1.

 

Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır: 



34.1.1.

 

sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan 

ə

məliyyatlara və ya şəraitə nəzarət etmək; 



34.1.2.

 

illik  maliyyə  nəticələrini  müzakirə  etmək  üçün  müstəqil  auditorla 

görüşlər keçirmək; 

34.1.3.

 

sığortaçının  rəhbər  işçilərinin  müstəqil  auditorla  birgə  işini  təşkil 

etmək,  müstəqil  auditorun  aşkarladığı  çatışmazlıqların  aradan  qaldırılması  və 

tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək; 



34.1.4.

 

sığortaçının 

idarəetmə 

orqanlarının 

müstəqil 

auditorlarla, 

səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını 

təmin etmək; 



34.1.5.

 

sığortaçının daxili nəzarət sisteminin  səmərəliliyini  İdarə  Heyəti ilə 

müzakirə etmək; 

34.1.6.

 

sığortaçının  maliyyə  hesabatlarına,  o  cümlədən  illik  balansına 

baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək; 

34.1.7.

 

Direktorlar 

Ş

urasının 



təqdimatı 

ə

sasında 



ə

laqəli 


şə

xslərlə 


bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq 

 

 

29 



və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy 

bildirmək. 



 

Maddə 35. Sığortaçının daxili audit xidməti 

 

35.1.

 

Daxili  audit  xidməti  İdarə  Heyəti  ilə  birlikdə  sığortaçının  daxili 

nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. 

Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.  



35.2.

 

Daxili  audit  xidmətinin  rəhbəri  Təftiş  Komissiyasının  təqdimatı  ilə 

Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. 

35.3.

 

Sığortaçılarda  daxili  auditin  aparılması  qaydaları  sığorta  nəzarəti 

orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə 36. Yardımçı komitələr 



 

36.1.

 

Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə 

və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər. 

36.2.

 

Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə 

edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırmır. 

 

Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər 

 

37.1.

 

Sığortaçının  Direktorlar  Şurasının,  İdarə  Heyətinin  və  Təftiş 

Komissiyasının

 

üzvləri, daxili  audit xidmətinin  rəhbəri, baş  mühasibi  və  aktuarisi 



sığortaçının rəhbər işçiləridir. 

37.2.

 

Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir: 



37.2.1.

 

ali təhsili olmalıdır; 



37.2.2.

 

müvafiq  rəhbər  vəzifəyə  təyin  olunmaq  üçün  aşağıdakı  iş 

təcrübəsinə malik olmalıdır: 

37.2.2.1.

 

Direktorlar Şurasının sədri - istənilən sahədə rəhbər vəzifədə və ya 

sığorta sektorunda ən azı 5 il; 

37.2.2.2.

 

İ

darə Heyətinin sədri – sığorta sektorunda ən azı 3 il; 



37.2.2.3.

 

Direktorlar  Şurasının,  İdarə  Heyətinin  və  Təftiş  Komissiyasının 

üzvləri,  habelə  daxili  audit  xidmətinin  rəhbəri  –  maliyyə  sahəsində  ən  azı  3  il, 

yaxud sığorta sektorunda ən azı 2 il; 



37.2.2.4.

 

baş mühasib – maliyyə sahəsində baş mühasib kimi ən azı 3 il və 

ya sığorta sektorunda mühasib kimi ən azı 2 il; 

37.2.3.

 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müflis  elan  olunaraq 

məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən 

ə

n  azı  12  ay  əvvəlki  dövrdə  həmin  hüquqi  şəxsin  Direktorlar  Şurasının,  Təftiş 



Komissiyasının,  İdarə  Heyətinin  və  ya  daxili  audit  xidmətinin  üzvü,  yaxud  baş 

mühasibi  olmamalıdır.  Bu  tələb  həmin  hüquqi  şəxsin  qanunvericiliklə  müəyyən 



 

 

30 



edilmiş  qaydada  müflis  elan  olunaraq  məcburi  ləğvi  haqqında  qərarın  qəbul 

edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir; 



37.2.4.

 

sığortaçının  rəhbər  işçisi  vəzifəsindən  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır; 

37.2.5.

 

səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının digər 

idarəetmə orqanının üzvü olmamalıdır; 

37.2.6.

 

bu  Qanunla  müəyyən  edilmiş  vətəndaş  qüsursuzluğu  tələblərinə 

uyğun gəlməlidir; 

37.2.7.

 

sığorta  nəzarəti  orqanı  tərəfindən  müəyyən  edilən  qaydalara  əsasən 

həmin orqanda müvafiq attestasiyadan keçməlidir. 

37.3.

 

Sığortaçının  rəhbər  işçilərinə  dair  bu  Qanunun  37.2-ci  maddəsinin 

tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini müvəqqəti icra edən şəxslərə də şamil 

olunur. 


37.4.

 

Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən 

şə

xslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir. 



37.5.

 

Bu  Qanunun  37.2.7-ci  maddəsinin  tələbi  Direktorlar  Şurasının 

üzvlərinə şamil edilmir. 

 

Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi 

 

38.1.

 

Sığortaçının rəhbər işçisi vəzifəsinə sığorta nəzarəti orqanının razılığı 

ə

sasında təyin edilir. Bu tələb sığortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə 



növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur. 

38.2.

 

Sığorta  nəzarəti  orqanının  razılığı  olmadan  sığortaçının  rəhbər  işçisi 

vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan 

etibarsızdır. 



38.3.

 

Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla 

bağlı  müraciətin  (şəxsin  müvafiq  tələblərə  cavab  verməsini  təsdiqləyən 

məlumatlar, o  cümlədən təhsili və  iş təcrübəsi barədə  müvafiq sənədlərin notariat 

qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi 

tarixdən  10  iş  günü  müddətində  təyinata  razılıq,  yaxud  bu  Qanunun  37.2-ci 

maddəsinin  tələblərinə  uyğunsuzluq  aşkar  etdikdə  razılıqdan  imtina  barədə 

sığortaçıya yazılı bildiriş göndərir. 



38.4.

 

Sığorta  nəzarəti  orqanının  hər  hansı  şəxsin  sığortaçının  rəhbər  işçisi 

vəzifəsinə təyinatı  ilə  bağlı  müraciətinə bu  Qanunun 38.3-cü  maddəsində  nəzərdə 

tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı 

kimi qiymətləndirilir. 

38.5.

 

Aşağıdakı hallarda sığorta nəzarəti orqanı sığortaçıya rəhbər işçisinin 

təyin  edilməsinə  verdiyi  razılığın  geri  alınması  və  onun  əsasında  vəzifəyə  təyin 

edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər: 



38.5.1.

 

razılığın  verilməsi  üçün  əsas  kimi  götürülmüş  məlumatların  yanlış 

olması sonradan aşkar edildikdə; 


 

 

31 



38.5.2.

 

rəhbər  işçi  sığortaçıdakı  fəaliyyəti  ilə  bağlı  yol  verdiyi  hüquq 

pozuntularına  görə  son  1  il  ərzində  iki  dəfə  və  ya  daha  çox  inzibati  məsuliyyətə 

cəlb edildikdə. 



 

Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi  

 

Xarici  fiziki  şəxslər  sığortaçının  rəhbər  işçisi  vəzifəsinə  Azərbaycan 



Respublikasında  xarici  fiziki  şəxslərin  işə  qəbul  edilməsini  tənzimləyən  müvafiq 

qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilir.  

 

Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı 

 

Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün  lazım olan məlumatlar, o 

cümlədən  maliyyə  hesabatları  və  digər  hesabatlar  sığortaçı  tərəfindən  təmin 

edilməlidir. 



 

Maddə 41. Sığortaçının işçilərinin vəzifələri 

 

41.1.

 

Sığortaçının  işçiləri,  o  cümlədən  rəhbər  işçiləri  qanunvericiliyə, 

sığortaçının  nizamnaməsinə  və  daxili  sənədlərinə,  əmək  müqaviləsinin  şərtlərinə 

riayət  etməli,  funksiyalarının  icrası  zamanı  sığortaçının  mənafelərinin  yüksək 

səviyyədə  təmsil  olunması  üçün  çalışmalı,  müvafiq  şəraitdə  mümkün  olan  qayğı, 

çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər. 



41.2.

 

Sığortaçının  daxili  sənədlərinin,  həmçinin  hər  hansı  müqavilənin 

müddəaları  sığortaçının  rəhbər  və  digər  işçilərini  qanunvericiliklə  müəyyən 

olunmuş məsuliyyətdən azad etmir. 



41.3.

 

Rəhbər  və  digər  işçilər  öz  funksiyalarını  bu  Qanunun  41.1-ci 

maddəsinin  tələblərinə  müvafiq  olaraq  yerinə  yetirdikdə  onların  hər  hansı 

məsuliyyətə  cəlb  edilməsi  ilə,  o  cümlədən  hüquqlarının  müdafiəsi  ilə  bağlı 

xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər. 

 

Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat 

42.1.

 

Səhmdarların  Ümumi  Yığıncağının  aşağıda  göstərilən  şəxslər  barədə 

qərar  qəbul  edilmiş  hər  iclasından  sonra  sığortaçı  10  iş  günü  ərzində  sığorta 

nəzarəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir: 



42.1.1.

 

sığortaçının  Direktorlar  Şurasının,  Təftiş  Komissiyasının  və  İdarə 

Heyətinin üzvlərinin: 

42.1.1.1.

 

adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı; 



42.1.1.2.

 

iş təcrübəsi və ixtisas keyfiyyətləri; 



42.1.1.3.

 

digər  hüquqi  şəxsin  idarəetmə  orqanının  üzvü  olub  olmaması 

barədə məlumat; 

42.1.1.4.

 

səlahiyyət müddətinin başa çatma tarixi; 



 

 

32 



42.1.2.

 

sığortaçının müstəqil auditorunun: 



42.1.2.1.

 

adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı; 



42.1.2.2.

 

təyin olunma tarixi; 



42.1.2.3.

 

iş təcrübəsi və ixtisas keyfiyyətləri. 



 

 

V Fəsil 

Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılması 

Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər 

 

43.1.

 

Sığorta  fəaliyyətinə  və  təkrarsığorta  fəaliyyətinə  lisenziyanın 

verilməsi,  lisenziyanın  qüvvəsinin  müvəqqəti  dayandırılması,  məhdudlaşdırılması 

və  ləğv  edilməsi  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  sığorta  nəzarəti  orqanı 

tərəfindən həyata keçirilir. 

43.2.

 

Yeni  təsis  edilmiş  açıq  səhmdar  cəmiyyətinin  müvafiq  olaraq  sığorta 

və  ya  təkrarsığorta  fəaliyyətinə lisenziya  5  il  müddətinə, lisenziya almaq üçün bu 

Qanunun  57.1-ci  maddəsinə  əsasən  müraciət  edən  sığortaçıların  müvafiq  olaraq 

sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir. 

43.3.

 

Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti 

ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə 

məşğul olmaq hüququ verir. 



43.4.

 

Sığorta  və  ya  təkrarsığorta  fəaliyyətinə  lisenziyanın  verilməsi  üçün 

müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır: 

43.4.1.

 

təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs 

(şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması; 

43.4.2.

 

açıq  səhmdar  cəmiyyəti  kimi  dövlət  qeydiyyatına  alındıqdan  sonra 

lisenziya verilməsi üçün yekun müraciətə baxılması. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin