Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   ...   4   5   6   7   8   9   10   11   12

 

Sığortaçı 

lisenziyanın 

qüvvəsinin 

dayandırılmasından 

ə

vvəl 



bağlanmış  sığorta  və  ya  təkrarsığorta  müqavilələri  üzrə,  sığorta  vasitəçisi  isə 

sığorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə 

götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 

106.4.

 

Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas 

verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. 

106.5.

 

Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə 

məlumat,  müvafiq  qərar  qəbul  edildikdən  3  iş  günü  müddətində  sığorta  nəzarəti 

                                                           

8

 Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmişdir. 



 

 

66 



orqanının  mətbuat  xidməti  tərəfindən  yayılmaqla,  həmin  orqanın  rəsmi  internet 

səhifəsində yerləşdirilməlidir. 



 

Maddə 107. Lisenziyanın ləğvi 

 

107.1.

 

Sığorta  nəzarəti  orqanı  aşağıdakı  hallarda  bu  Qanun  əsasında 

verilmiş lisenziyanı ləğv edə bilər: 

107.1.1.

 

lisenziya  sahibi  lisenziyasının  ləğvi  barədə  müvafiq  müraciət 

etdikdə; 

107.1.2.

 

lisenziyanın  qüvvəsinin  dayandırılmasına  əsas  vermiş  hallar 

müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda; 

107.1.3.

 

12  ay  ərzində  lisenziyanın  qüvvəsinin  iki  dəfə  dayandırılmasına 

səbəb  olmuş  hal,  lisenziyanın  qüvvəsinin  həmin  hal  əsasında  sonuncu  dəfə 

dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda; 



107.1.4.

 

sığortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə 

tutulmuş hallardan biri mövcud olduqda; 

107.1.5.

 

lisenziyanın  verilməsi  üçün  əsas  götürülmüş  sənədlərdə,  düzgün 

ə

ks  etdiriləcəyi  təqdirdə  lisenziya  verilməsindən  imtinaya  səbəb  ola  biləcək  səhv 



və ya yanlış məlumatlar sonradan aşkar edildikdə; 

107.1.6.

 

bu  Qanunun  106.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qadağaya 

riayət olunmadıqda. 

 

Maddə 108. Lisenziyanın ləğvinin nəticələri 

 

108.1.

 

Lisenziyanın  ləğvi  barədə  məlumat,  bu  barədə  qərar  qəbul 

edildikdən  3  iş  günü  müddətində  sığorta  nəzarəti  orqanının  mətbuat  xidməti 

tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir. 



108.2.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyanın  ləğvi  haqqında  qəbul  etdiyi 

qərar barədə  Azərbaycan  Respublikasında  nəşr olunan  ən  azı iki dövlət qəzetində 

məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində 

müvafiq vergi orqanına məlumat göndərir. 

108.3.

 

Sığortaçının  lisenziyasının  ləğvi  haqqında  qərar  qüvvəyə  mindiyi 

tarixdən  etibarən  sığortaçının  bütün  idarəetmə  orqanlarının  səlahiyyətləri 

dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya 

ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır. 

108.4.

 

Ləğv  edilən  lisenziyanın  sahibi  müvafiq  lisenziyada  nəzərdə 

tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, 

bank hesabları üzrə əməliyyat apara bilməz: 



108.4.1.

 

vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi; 



108.4.2.

 

işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi; 



108.4.3.

 

sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi; 



108.4.4.

 

sığortaçıya  daxil  olmuş  sığorta  haqlarından  müvafiq  təkrarsığorta 

müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi; 


 

 

67 



108.4.5.

 

lisenziyanın 

ləğv 

edilməsindən 



ə

vvəl 


bağlanmış 

sığorta 


müqavilələri  üzrə  sığorta  hadisəsinin  baş  verməsi  ilə  əlaqədar  sığorta  ödənişinin 

verilməsi; 



108.4.6.

 

sığorta  brokerinin  sığorta  haqqı  hesabındakı  və  ya  sığorta  ödənişi 

hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi. 

108.5.

 

Qanunvericiliklə  müəyyən  olunmuş  vəzifələrinin  yerinə  yetirilməsi, 

o  cümlədən  sığorta  ödənişlərinin  vaxtında  verilməsi  məqsədilə  iş  günlərində  ləğv 

edilən  sığortaçının  ofis  binasında  müvafiq  mütəxəssislərin  olması  təmin 

edilməlidir. 

108.6.

 

Fəaliyyət  göstərdiyi  müddət  ərzində  sığortaçının  müvəqqəti 

inzibatçısı  və  ya  ləğvetmə  komissiyası  bu  Qanunun  108.4-108.5-ci  maddələrinin 

tələblərinə riayət etməlidir. 



108.7.

 

Bu  Qanunun  107.1.1.-ci  maddəsində  nəzərdə  tutulmuş  müraciət 

sığortaçının,  sığorta  brokerinin  və  ya  müstəsna  olaraq  sığorta  agenti  fəaliyyəti  ilə 

məşğul  olan  hüquqi  şəxsin  səhmdarlarının  (payçılarının,  iştirakçılarının)  Ümumi 

Yığıncağı hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər. 

Bu  halda  həmin  müraciət  müvafiq  qərarın  qəbul  edildiyi  gündən  sonra  20  gün 

ə

rzində sığorta nəzarəti orqanına verilməlidir. 



108.8.

 

Sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti 

fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı 

maddələrində  nəzərdə  tutulmuş  əsaslarla  ləğv  edildikdə  sığorta  nəzarəti  orqanı 

lisenziyanın  ləğv  edilməsi  barədə  qərarından  20  iş  günü  müddətində  lisenziya 

sahibinin  məcburi  qaydada  ləğv  edilməsi  barədə  məhkəmədə  iddia  qaldırır.  Ləğv 

edilən  lisenziya  sahibi,  yaxud  onun  səhmdarları  (payçıları,  iştirakçıları)  sığorta 

nəzarəti orqanının lisenziyanın ləğv edilməsi haqqında qərarından qanunvericilikdə 

müəyyən edilmiş qaydada həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Sığorta 

nəzarəti  orqanının  bu  maddədə  göstərilən  iddiası  məhkəmə  tərəfindən  təmin 

edilmədikdə  müvafiq  lisenziya  ləğv  edilməmiş  hesab  olunur,  lisenziyanın  ləğv 

edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə sığorta nəzarəti orqanı 

bu Qanunun 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar 

verir. 



 

Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı  

 

109.1.

 

Sığorta nəzarəti orqanı bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində 

nəzərdə  tutulmuş  əsaslarla  lisenziyanın  ləğv  edilməsi  haqqında  qərarında 

lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısını da təyin edir. 



109.2.

 

Lisenziyası  ləğv  edilən  sığortaçının  müvəqqəti  inzibatçısı  təyin 

edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 

109.2.1.

 

müvəqqəti  inzibatçı  bu  Qanunla  İdarə  Heyətinin  sədri  üçün 

müəyyənləşdirilmiş tələblərə cavab verməlidir; 

109.2.2.

 

lisenziyası  ləğv  edilən  sığortaçının  kreditoru,  səhmdarı,  işçisi  və 

onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər. 


 

 

68 



109.3.

 

Müvəqqəti  inzibatçı  sığortaçının  mövcud  maliyyə  vəziyyəti  barədə 

hesabatı sığorta nəzarəti orqanına və bu orqanın sığortaçının ləğvi haqqında iddia 

qaldırdığı məhkəməyə təqdim edir. 



 

Maddə  110.  Lisenziyanın  qüvvəsi  məhdudlaşdırıldıqda,  dayandırıldıqda  və  ya 

lisenziya ləğv edildikdə sığortaçının vəzifələri 

 

110.1.

 

Lisenziyasının  qüvvəsi  məhdudlaşdırılan  və  ya  dayandırılan 

sığortaçı aşağıdakı tələblərə əməl etməlidir: 

110.1.1.

 

qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o 

cümlədən  sığorta  ödənişlərinin  vaxtında  verilməsi  məqsədilə  sığortaçının 

səlahiyyətli  nümayəndələrinin  və  müvafiq  mütəxəssislərinin  iş  günlərində  ofis 

binasında olmasını təmin etmək; 

110.1.2.

 

öhdəliklərini 

yerinə 

yetirmək 



üçün 

sığortaçının 

maliyyə 

sabitliyinin  və  ödəmə  qabiliyyətinin  müvafiq  səviyyəsini  saxlamaq  və  ya  təmin 

etməyə səy göstərmək; 

110.1.3.

 

sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin  müddəti  bitənədək 

müvafiq hesabatları və məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada və 

müddətlərdə sığorta nəzarəti orqanına təqdim etmək; 



110.1.4.

 

fəaliyyətinin  digər  səlahiyyətli  dövlət  orqanları  tərəfindən 

yoxlanılmasının nəticələri barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək; 

110.1.5.

 

qanunvericilikdən  irəli  gələn  digər  vəzifə  və  öhdəlikləri  yerinə 

yetirmək. 

110.2.

 

Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv 

edilmə prosesində olan sığortaçı da əməl etməlidir. 

 

Maddə  111.  Sığorta  növü  üzrə  fəaliyyətin  və  ya  lisenziyanın  qüvvəsinin  bərpa 

edilməsi 

 

111.1.

 

Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud 

sığortaçının və ya sığorta vasitəçisinin lisenziyasının qüvvəsinin dayandırılmasına 

ə

sas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq 



hallarda  lisenziyanın  qüvvəsinin  məhdudlaşdırılmasının  son  müddəti  başa 

çatdıqdan  sonra  10  iş  günü  ərzində  sığorta  nəzarəti  orqanı  sığorta  növü  (növləri) 

üzrə  fəaliyyətin,  yaxud  lisenziyanın  qüvvəsinin  bərpa  edilməsi  haqqında  qərar 

qəbul edir. 



111.2.

 

Sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa 

edilməsi  haqqında  qərarı  barədə  3  iş  günü  müddətində  sığortaçıya,  lisenziyanın 

qüvvəsinin  bərpa  edilməsi  haqqında  qərar  barədə  isə,  5  iş  günü  müddətində 

lisenziya sahibinə məlumat göndərir. 

111.3.

 

Sığorta  nəzarəti  orqanının  lisenziyanın  qüvvəsinin,  yaxud  sığorta 

növü  (növləri)  üzrə  fəaliyyətin  bərpa  edilməsi  haqqında  qərarı  müvafiq  məlumat 


 

 

69 



lisenziya  sahibinə  çatdırılması  təsdiq  olunan  qaydada  təqdim  edildiyi  andan 

qüvvəyə minir. 



 

 

XIII Fəsil 

Sığortaçıların ləğv edilməsi 

Maddə 112. Sığortaçının ləğvinin əsasları  

 

112.1.



 

Sığortaçı  mülki  qanunvericiliyə  uyğun  olaraq,  həmçinin  bu  Fəsildə 

nəzərdə  tutulmuş  əlavə  tələblər  nəzərə  alınmaqla,  aşağıdakı  əsaslar  olduqda  ləğv 

edilir: 


112.1.1.

 

sığortaçının  lisenziyası  bu  Qanunun  107.1.1-ci  maddəsinə  əsasən 

ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə); 

112.1.2.

 

sığortaçının 

lisenziyası 

bu 


Qanunun 

107.1.2-107.1.6-cı 

maddələrinə  əsasən  ləğv  edildikdə  sığorta  nəzarəti  orqanının  iddiası  əsasında 

məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə). 



112.2.

 

Sığorta  nəzarəti  orqanı  ləğv  edilən  sığortaçının  qəbul  etdiyi  risklər 

üzrə bağlamış olduğu sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya 

ötürülməsi barədə qərar qəbul edə bilər. 



 

Maddə 113. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası 

 

113.1.



 

Səhmdarların  Ümumi  Yığıncağının  sığortaçının  könüllü  qaydada 

ləğvi  barədə  qərarının  qəbul  edildiyi  tarixdən  20  gün  müddətində  sığortaçı 

ləğvetmə  komissiyasının  yaradılması  və  onun  tərkibi  barədə  sığorta  nəzarəti 

orqanına yazılı məlumat verməlidir. 

113.2.

 

Könüllü  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyasının 

üzvlərinin  sayı  üç  nəfərdən  az  olmamalı  və  onlar  müvəqqəti  inzibatçı  üçün,  bu 

Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş 

tələblərə cavab verməlidirlər. 

113.3.

 

Könüllü  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyası 

sığorta  nəzarəti  orqanının  yazılı  sorğusu  əsasında  fəaliyyətinə  dair  sənədləri  və 

məlumatları,  həmçinin  sığortalıların,  sığorta  olunanların,  faydalanan  şəxslərin 

mənafelərinə  aid  olan  sənədləri  və  məlumatları  təqdim  etməyə,  bu  orqanın 

səlahiyyətli  əməkdaşlarının  sığortaçının  binasına  daxil  olmasına  və  ləğvetmə  ilə 

bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır. 

113.4.

 

Ləğvetmə  komissiyası  sığortaçının  ləğv  edilməsi  haqqında  hesabatı 

və  ləğvetmə  balansını  onları  təsdiq  etdiyi  tarixdən  10  gün  müddətində  sığorta 

nəzarəti orqanına təqdim etməlidir. 



113.5.

 

Ləğv  edilən  sığortaçının  əmlakının  satılması  ləğvetmə  komissiyası 

tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

113.6.

 

Sığorta  nəzarəti  orqanı  könüllü  qaydada  ləğv  edilən  sığortaçının 

ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.  


 

 

70 



 

Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada ləğvetməyə 

çevrilməsi  

 

114.1.

 

Sığortaçının könüllü qaydada ləğv edilməsi prosesində bu Qanunun 

tələblərinə  əməl  edilmədikdə,  habelə  sığortalıların  və  başqa  kreditorların  qanuni 

mənafelərinin  pozulması  faktı  aşkar  olunduqda  sığorta  nəzarəti  orqanı  ləğvetmə 

komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verə bilər. 

114.2.

 

Ləğvetmə  komissiyası  tərəfindən  bu  Qanunun  114.1-ci  maddəsində 

nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə sığorta nəzarəti 

orqanı  tərəfindən  sığortaçının  məcburi  qaydada  ləğv  edilməsi  barədə  məhkəmədə 

iddia qaldırılır. 

 

Maddə 115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri 

 

115.1.

 

 Məhkəmə  sığortaçının  məcburi  qaydada  ləğvi  barədə  qərarının 

surətini  həmin  qərarı  qəbul  etdiyi  tarixdən  10  gün  müddətində  sığorta  nəzarəti 

orqanına göndərir. 

115.2.

 

Sığorta  nəzarəti  orqanı  bu  Qanunun  114.2-ci  maddəsinə  əsasən 

sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı 

tarixdən,  könüllü  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyasının 

səlahiyyətləri  həmin  orqanın  iddia  ərizəsində  göstərdiyi  müvəqqəti  inzibatçıya 

keçir. 


115.3.

 

Məcburi  qaydada  ləğv  edilən  sığortaçının  kreditorlarının  siyahısı 

sığorta nəzarəti orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir. 

115.4.

 

Sığortaçının  müflisləşmə  ilə  bağlı  ləğvi  müvafiq  qanunvericiliyə 

uyğun olaraq həyata keçirilir. 

 

 

Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası 

 

116.1.

 

Sığortaçının  məcburi  qaydada  ləğv  edilməsi  haqqında  məhkəmə 

qərarı  qəbul  edildikdən  və  ya  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  müflis  elan 

olunduqdan sonra 30 iş günü müddətində sığorta nəzarəti orqanı məcburi qaydada 

ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyasının  üzvlərinin  siyahısını  təsdiq 

olunmaq üçün məhkəməyə təqdim etməlidir. 



116.2.

 

Məcburi  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyası 

yaradıldığı  tarixdən  etibarən  müvəqqəti  inzibatçının  səlahiyyətləri  həmin 

komissiyaya keçir. 



116.3.

 

Könüllü  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyası  və 

onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu 

Qanunun  116.4-cü  maddəsi  nəzərə  alınmaqla,  məcburi  qaydada  ləğv  edilən 

sığortaçının ləğvetmə komissiyasına da şamil edilir. 


 

 

71 



116.4.

 

Məcburi  qaydada  ləğv  edilən  sığortaçının  ləğvetmə  komissiyasının 

tərtib  etdiyi  ləğvetmə  haqqında  hesabat  və  ləğvetmə  balansı  məhkəmə  tərəfindən 

təsdiq edildikdən sonra sığorta nəzarəti orqanına təqdim edilməlidir. 

 

Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi 

 

117.1.



 

Sığortaçının  ləğvi  prosesində  onun  kreditorlarının  mənafelərinin 

müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək 

məqsədilə kreditorlar komitəsi yaradıla bilər. 



117.2.

 

Könüllü  qaydada  ləğv  edilən  sığortaçının  kreditorlar  komitəsinin 

tərkibi  sığortaçının  ləğvetmə  komissiyasının  təqdimatına  əsasən,  sığorta  nəzarəti 

orqanı tərəfindən təsdiq edilir. 



117.3.

 

Məcburi  qaydada  ləğv  edilən  sığortaçının  kreditorlar  komitəsinin 

tərkibi  sığortaçının  ləğvetmə  komissiyasının  və  sığorta  nəzarəti  orqanının  birgə 

təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir. 



 

Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri 

 

118.1.

 

Sığortaçının  iflas  proseduruna  aşağıdakı  hallardan  biri  mövcud 

olduqda başlana bilər: 

118.1.1.

 

sığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərini 

vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda; 

118.1.2.

 

sığortaçının  məcmu  kapitalı  onun  tələb  olunan  kapitalının  30 

faizindən az olduqda; 

118.1.3.

 

ləğvetmə  prosesində  olan  sığortaçı  kreditorlar  qarşısında 

öhdəliklərini yerinə yetirə bilmədikdə. 

118.2.

 

Məhkəmə  sığortaçının  iflası  proseduruna  başlanmasına  dair  iddia 

ə

rizəsinə  yalnız  bu  maddədə  göstərilən  əsasları  təsdiq  edən  sənədlər  mövcud 



olduqda  baxır.  Sığortaçının  iflası  haqqında  iddia  ərizəsi  sığorta  nəzarəti  orqanı 

tərəfindən  verildikdə  ona  verilmiş  lisenziyanın  ləğvi  haqqında  müvafiq  qərarın 

surəti həmin ərizəyə əlavə edilməlidir. 

118.3.

 

Sığortaçı  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  sığorta 

nəzarəti orqanının rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan 

edilə bilər. 

 

Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi  

 

119.1.

 

Sığortaçı  ləğv  edildikdə  onun  kreditorlarının  qanunvericiliklə 

müəyyən  edilmiş  qaydada  sığortaçı  tərəfindən  qəbul  edilən  tələbləri  aşağıdakı 

qaydada ödənilir: 



119.1.1.

 

birinci  növbədə,  icbari  sığorta  müqavilələri  ilə  bağlı  sığorta 

hadisəsi üzrə tələblər; 


 

 

72 



119.1.2.

 

ikinci növbədə,  şəxsi  sığorta üzrə könüllü  sığorta  müqavilələri  ilə 

bağlı sığorta hadisəsi üzrə tələblər; 

119.1.3.

 

üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri 

ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 

119.1.4.

 

dördüncü  növbədə,  müddəti  başa  çatmamış  sığorta  müqavilələri 

üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə 

bağlı tələblər; 



119.1.5.

 

beşinci növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya 

sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri; 

119.1.6.

 

altıncı  növbədə,  işdənçıxarma  müavinətlərinin  verilməsi,  əmək 

müqaviləsi  üzrə  işləyən  şəxslərin  əməyinin,  həmçinin  müəlliflik  müqavilələrinə 

ə

sasən haqların ödənilməsi üzrə hesablaşmalar; 



119.1.7.

 

yeddinci  növbədə,  vergilər,  rüsumlar  və  dövlət  büdcəsi  ilə  bağlı 

digər  icbari  ödənişlər  üzrə,  həmçinin  dövlət  büdcəsindən  verilmiş  kreditlərin 

qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə 

borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində 

yaranmış öhdəlikləri əhatə edir; 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin