Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Qərbi Avropa klassik musiqisi – Verdi haqqında



Yüklə 191,07 Kb.
səhifə70/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   63   64   65   66   67   68   69   70   71
musiqi1 kopyası kopyası

Qərbi Avropa klassik musiqisi – Verdi haqqında

Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb.


O, 1838-ci ildə ilk bəstəsini hazırladı. Orkestr şefliyindən ayrılaraq Milanda yaşamağa başladı. Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam etdi. 1838-ci ildə yazdığı "Operto" adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi. Əvvəlcədən bağladığı müqavilə səbəbindən komik opera bəstələməli idi. Məcburiyyətdən ilk komik operası "Bir günlük kral"ı yazdı. Bu əsər La Skalada müvəffəqiyyətsizliklə qarşılaşdığı üçün ruhi düşkünlük yaşayan Verdi artıq əsər bəstələməməyə qərar verdi.
Verdini bu çətin məqamdan xilas edən Bartolomeo Merelli oldu. Merelli Verdinin yaxşı bəstəkar olduğuna inanır və işinə geri dönməyini istəyirdi. Buna görə Verdiyə bir ssenari verib onu evə göndərdi. Opera bəstələməməyə and içən Verdi, evə gələndə ssenarini yerə atır, ancaq açılan səhifədə yazılı olan sözlər marağını çəkir. Orada yazılan sözlər Verdini çox təsirləndirmişdi. Operanı çox sevməsinə baxmayaraq, bəstələməməyə qərarlı olan Verdi Merellinin yanına getdi, amma razı olmuş şəkildə geri döndü. İtalyan bəstəkarı və liberetto yazıçısı Temistokle Solerin yazdığı liberettonu oxuduqdan sonra da fikrini dəyişdi. Beləcə Verdinin üçüncü operası "Nabukko" yarandı. Yəhudilərin Babildən sürgün olunması mövzusunda hazırladığı əsərini 1841-ci ildə tamamladı. Bu əsər Verdiyə ilk böyük müvəffəqiyyət qazandırdı və onun adını məşhur İtalyan bəstəkarlarının arasına yazdıracaq şöhrəti gətirdi.
Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğurdan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir. Onun müqabilində 1841 ci ilin martında yazmış olduğu it. “IL proscritto” operası uğursuzluğa uğrayır. La Skala onun ilə müqaviləni ləğv edəndən sonra Nabukko operasının zəfərinə son dərəcə hiddətlənmiş olur.
Bu opera La Skalada səhnələşdirildiyi zaman 1842-ci ildə Abigeyl rolunu ifa edən Cüzeppina Strepponi ilə tanış olan Verdi, 55 il davam edən yeni iş birliyinə başladı. 1859-cu ildə Cüzeppina ilə evlənən Verdinin ən məhsuldar illəri xanımı ilə keçirdiyi illər oldu. 1897-ci ildə, həyat yoldaşının ölümünə qədər bu evlilikləri davam etdi.
"Nabukko"dan sonra ard-arda "Lombardi", "Ernani", "I due Foscari" operalarını yazan Verdi böyük şöhrət qazandı. "
Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri "Don Karlos"dur.
Verdi, italyan milliyyətçiliyinin də əhəmiyyətli adlarından biridir. "Nabukko" operasındakı Va pensiero adlı ilahinin italyan milli marşı olması tez-tez gündəmə gəlib. Verdinin adının Vittorio Emanuele Re D'Italia (İtalyan Kralı Vittorio Emanuele) ifadəsinin ilk hərflərindən meydana gəlməsi də maraqlıdır. Milan Avstriya işğalında olduğu və Vittorio Emanuele İtalyan birliyini təmin etməyə çalışdığı dövrdə millətçilər o dövrdə Verdi operalarının çox məşhur olmasından ilhamlanaraq "Viva Verdi" ("Çox Yaşa Verdi") ifadəsini səfərbərlik üçün kod adı olaraq istifadə ediblər. Özlərinə yeni simvollar, yeni həyəcanlar axtaran İtalyan vətənpərvərlər axtardıqları həyəcanı və coşqunu Verdinin operalarından tapırdı. Verdinin hətta kral olmasını istəyənlər də var idi. Beləcə Verdi adı italyan millətçiliyində də xüsusi yer tutur.
1848-ci ildə Milanın avstriyalılar tərəfindən tutulmasından sonra "Il Corsaro", "La Battaglia di Legnano" və "Luisa" Miller operalarını yazdı. "Il Corsaro" onun borcunu ödəmək üçün tələm-tələsik yazdığı pis əsəri idi. "La Battaglia di Legnano" millətçiliyi təbliğ edən cümlələr və səhnələrlə dolu əsərdir. "Luisa Miller"in mövzusu isə Fridrix Şillerin "Məkr və Məhəbbət" adlı əsərindən alınıb. İlk dəfə əsilzadələri deyil, xalqın içindən olan insanların canlandırıldığı operada orkestr yalnız əsərə yoldaşlıq edən vasitə olmaqdan çıxıb güclü izahat vasitəsi halına gəlib. Bu əsər, bir neçə il sonra bəstələnəcək "La Traviata" ilə birlikdə Realizm axınının qabaqcılı oldu
1851-ci ildə Verdinin "ən yaxşı əsərim" dediyi "Rigoletto" Venesiyada, 1853-cü ildə isə "Il Trovatore" Romada böyük müvəffəqiyyət qazandı. "Rigoletto"nun mövzusunu Viktor Hüqonun "Kral əylənir" adlı əsərindən götürülüb
"Il Trovatore"nin mövzusu isə qarışıq və başa düşülməsi çətin olan operadır. Müğənnilərin təbii səs imkanlarına görə bəstə yaratmaq yerinə, onların səslərini inkişaf etdirməyə yönəldəcək xüsusiyyətdə əsərdir. Eyni il (1853) ən məşhur əsəri olan "La Traviata" Venesiyada səhnələşdirildi. Zaman keçdikcə bu əsər ən sevilən operalardan biri oldu. Verdinin Aleksandr Dümanın "Kameliyalı qadın" romanından ilhamlanaraq yazdığı "La Traviata" ədəbiyyata söykənən operanın ən tanınmış nümunələrindəndir və "Carmen" ilə birlikdə realizm məktəbinin qabaqcıllarından biridir.
Bu dövrdə bəstələdiyi digər məşhur operaları bunlardır: "I Vespri sicilian", "Aroldo", "Simon Boccanegra" və "Un ballon in Maschera". Verdi 1859-cu ildə Parma Məclisinə Busetto nümayəndəsi olaraq girdi. 1861-ci ildə isə İtalyan parlamentinə seçildi. 1865-ci ildə parlamentdən uzaqlaşdı. 1862-ci ildə "La Forza del Destino" operasını Sankt Peterburqda səhnələşdirdi. 5 il opera yazmağa ara verdikdən sonra, 1867-ci ildə "Don Karlos" operasını yazdı.
Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur "Aida" operası bir il sonra Süveyş kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu
İlk olaraq Verdi operanı yazmaqdan imtina edir. Onda təşkilatçılar operanı yazmaq üçün Şarl Qunoya müraciət edəcəklərini deyirlər. Verdi güman edir ki, Şarl Quno operanı öz boynuna götürəcəkdir. Sonra təşkilatçılar operanı yazmaq üçün Rixard Vaqnerə müraciət edəcəklərini bildirirlər. Vaqner və Verdi hər biri öz ölkəsinin opera sənəti üzrə lideri olduğu üçün bir-birilərini bir o qədər də sevmirdilər. Onlar heç vaxt da bir-biri ilə görüşməmişdirlər. Sifarişin Vaqnerə veriləcəyini eşiddikdən sonra Verdi müqavilə şərtləri ilə tanış olmağa razılıq verir.
Opera 1870 ci ilin noyabr ayında opera bitmiş olur. Lakin Prussiya ilə müharibə zamanı mühasirədə olan Parisdən opera üçün xüsusi hazırlanmış səhnə dekorasiyalarını və geyim libaslarını Qahirəyə gətirtmək böyük problemə çevrilir. Buna görə də məhz operanın premyerasını 24 dekabr 1871 ci ildə, xristianların milad bayramı günündə oynamaq mümkün olur[9]. Opera elə ilk premyerasında böyük müvəffəqiyyət qazanmış olur.
Kəsdiyi şərtə görə Verdi operanın bəstəsi üçün tələb etdiyi honorar olaraq o dövr üçün ən yüksək məbləğ sayılan 150 000, qızıl fransız frank almış olur. Sifarişin tam məbləği isə 250 000 qızıl fransız frankı həcmində olmuşdur. Bundan əlavə operanın bitməsindən sonra ona daha 70 000, sonra isə daha 20 000 qızıl fransız frankı ödənilmişdir. Bu məbləğ o dövr üçün opera tarixində misli görünməmiş bir hədd idi[10]. Orkestr "Zəfər marşını" ifa edərkən Verdi özü tərəfindən icad etdiyi "Aida trompet"lərini sınamışdır.
Əsərin Avropadakı premyerası isə 1872-ci ildə La Skalada oldu. O qədər bəyənildi ki, bəstəkar 32 dəfə səhnəyə çağırıldı. Əsər Verdinin ən gözəl operası olaraq qəbul edildi. 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə "Otello" operası ilə fanatlarının qarşısına çıxdı. "Otello" Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir. 6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri "Falstaff"ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri vətəndaşı titulu verildi.
"Falsaff"ı bəstələdikdən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. 1895-ci ildə yaşlı musiqiçilər üçün sığınacaq olaraq hazırladığı "Casa di Riposo"nu inşa etdirməyə başladı. Tikili 1899-cu ildə tamamlandı.
Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin