Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Azərbaycan xalq musiqisi, Azərbaycan xalq rəqsləri



Yüklə 191,07 Kb.
səhifə66/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   63   64   65   66   67   68   69   70   71
musiqi1 kopyası kopyası

Azərbaycan xalq musiqisi, Azərbaycan xalq rəqsləri


Azərbaycan musiqisi – Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqidir. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlarda Qobustan qayaüstü rəsmlərdən başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar və rəqslər səslənir.
Azərbaycan rəqsləri. Azərbaycan xalq rəqs sənəti insanların məişətində, adət-ənənələrində müəyyən mövqe tutaraq özündə qədim və zəngin tarixi daşıyır. Onlar tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir.
Azərbaycanda sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs – tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərbələrin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəniyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Azərbaycan rəqslərinin özəlliyi ondan ibarətdir ki, onların melodik quruluşu azəri məqamları əsasında yaradılan Azərbaycan xalq oyun havaları bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır. Yəni oyun havaları əksərən 6/8 və ¾ ölçüsündə növbələşir.
Azərbaycan qadın rəqsləri quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır. Keçmişdə qadınlar uzun tumanda gəzdikləri üçün rəqs hərəkətlərinin texnikası bədəninin yuxarı hissəsinin: qolların, çiyinlərin, başın və üzün (göz-qaşın) hərəkətlərinin gözəlliyinə verilirdi. Kişi rəqslərində isə ayaqların hərəkət texnikası böyük rol oynayırdı.
Azərbaycan xalq rəqslərinə “Qazağı”, “Heyvagülü”, “Qızılgül”, “İnnabı” və s. misal gətirmək olar. “Dərbəndi”, “Əsgərani”, “Qars” və s. milli rəqslərimiz Azərbaycanın coğrafi adlarını özündə yaşadır. Azərbaycan xalq oyun havası olan “Şalaxo” isə şən, milli, qıvraq rəqs havasıdır.
Mövzusuna görə rəqslər aşağıdakı növlərə bölünür:
1.Mərasim rəqsləri – toy, bayram, önəmli olayla bağlıdır; məsələn: bayram rəqslərindən – “Novruzu”, “Kosa-kosa”, “Qodu-qodu” və s., toy rəqslərindən – “Qıtqılıda”, “Mirzəyi”, “Vağzalı” və s.
2.Məişət rəqsləri – uşaqlar üçün (“Bənövşə”, “Bir quşum var” və s.), əşyalarla rəqs (nəlbəki, qaval, xonça və s.), təbiətə həsr olunmuş (“Turacı”, “Ceyranı”, “Lalə” və s.) məzəli, satirik, etiraz rəqsləri;
3. Əmək rəqsləri - əkin, biçin, bağçılıqla bağlı rəqslərdir. Məsələn: “Araba”, “Cütcü” və s.
4. Hərbi, qəhrəmanlıq, idman rəqslərinə - “Misri”, “Zorxana”, “Yallı”, “Halaylar” və s. rəqsləri misal çəkmk olar;
5. Coğrafi adları əks etdirən rəqslər – “Şuşani”, “Aşqabadi”, “Sabirabadi”, “Qazağı” və s. rəqslər müxtəlif bölgələrin adlarını daşıyır.
6. Rəqəmlərlə adlandırılmış rəqslər – “Yüz bir”, “On dördü”, “Altı nömrə” və s.
Bunlarla yanaşı hansısa şəxslərin tanınmış rəqsləri də vardır: “Gülgəz”, “Xala bacı”, “Cəfəri”, “Sərvəri”, “Gülüstan” və s.
Rəqslər ifa tərzinə görə tək (solo), cüt (duet), kollektiv (qrup) ifa olunur. Ritminə görə ağır, aram (“Uzundərə”, “Turacı”, “Mirzəyi”) əsasən yaşlı kişi və qadınlar tərəfindən, yüngül və şən (“Tərəkəmə”, “Brilliant”) əsasən gənc kişi və qadınlar tərəfindən və cəld rəqslər (“Qaytağı”, “Qazağı”, “Ləzginka”) çox zaman cavan oğlanlar tərəfindən ifa olunur.



  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin