Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

potensial səs eynilik və oxşarlıqları ilə zənginləşdirir (das Werk des großen 

Goethe, der Ball des Knaben, die Türen; das Buch – die Bücher, schon – 

schöner, ein interessanter Roman və s. Müq. et: die sieben Schönen, die 

Großen unseres Staates, Die Großen der Balkone (F.Schiller). Qrammatik 

omonimlərin öyrənilməsi qrammatikanın tədqiqat sahəsi olsa da və leksik 


 

 

 



107

semantikaya  fəal nüfuz etməsə də, bu sferadakı səs eynilikləri və müştərək 

adlandırma ənənələri ümumən dildəki səs harmoniyasının və səs xaosunun, 

bununla da assosiativ səs-məna qavrayışının tutum və miqyaslarının 

təsəvvür olunması, mənimsənilməsi üçün heç də tamamilə əhəmiyyətsiz bir 

hadisə kimi görünmür. Əgər yad, qeyri-ana dili faktı yanlış, aldadıcı 

assosiasiya doğurmursa, alman dilindəki -en formantı bütün vəziyyətlərdə 

mətndə qapalılıq, məhdudluq, hüdud təəssüratı; -e elementi genişlik, 

sürəklilik; -er formantı isə güc və güvənlik duyğusu yaradır. Omonimlərin 

qiymətləndirilməsində, omonimlik qavrayışının təfsirində, görünür, yalnız 

mütləq səs eyniyyəti deyil, həm də  səs bənzərlikləri və bunların keçid 

mərhələləri də  nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, məşhur alman 

dilçisi L.Zütterlin omonimləri yalnız səs eyniliyi ilə birləşən sözlər və 

onların qrammatik formaları kimi deyil, həm də  səs oxşarlıqları  əsasında 

birləşən vahidlər kimi şərh edir (Hüte-Hütte (L.Sütterlin,  95-96). 

 Diqqətlə fikir versək görərik ki, əsl həqiqətdə  ən uzaq, tamamilə 

fərqli mənalı sözləri qəfil qavrayışla birləşdirən qafiyə texnologiyası da tam 

eyni və oxşar söz köklərinin, heca və  şəkilçilərin intensiv qayıtma və 

təkrarlarına  əsaslanır. Omonim və omonimik dil hadisələri ümumən hər 

hansı bir dildə mövcud olan səs - məna tənlik və uyarlıqları sisteminin 

maddi təzahürləri kimi çıxış edir, dilin mövcud səs arsenalına, nitq – 

gerçəkləşmə polifoniyasına qoşulur. Poetik sözün energetik resursları,  

energetik gücü xeyli dərəcədə yalnız işarələrin müxtəlifliyindən deyil, həm 

də tam eyni və  bənzər səs məsafələrinin bərabərləşmə, uyğunlaşma və 

qarşılaşma münasibətlərindən hasilə gəlir. Sadəcə olaraq istər poetik nitqdə, 

istərsə  də adi-gündəlik nitq fəaliyyətində, canlı ünsiyyətin hər hansı bir 

sahəsində dildə fonemlərin, səslərin kəmiyyət məhdudluğu müxtəlif 

səslənmə vahidlərinin, səs konbinasiyalarının təkrarlığını, bəzən də tam 

eyniliyini qaçılmaz edir. Aydındır ki, təkhecalı sözlərdə belə yaxınlaşma, 

tənləşmə - bərabərləşmə və oxşarlıq ehtimalı və reallığı xeyli dərəcədə artır. 

Kim deyə bilər ki, alman dilində ayrılıqda götürüldükdə, məsələn, hin və 

Sinn sözləri arasında müəyyən bir semantik əlaqə vardır. (hin-(so für mich 

hin – oraya, öz istəyimin ardınca qoşaraq),  Sinn (duyğu, fəhm); yaxud: 

Ruh`(sakitlik, sükunət) və du (sən) sözləri arasında nəsə bir konkret məna, 

yaxud fəal assosiativ rabitə mövcuddur? (Ich ging im Walde / So für mich 


 

 

 



108

hin / Und nichts zu suchen / Das war mein Sinn; (Über allen Gipfeln ist 

Ruh / In allen Gipfeln / Spürest du / Kaum einen Hauch / Die Vöglein 

schweigen im Walde / Warte nur balde / ruhest du auch). Belə bir mümkün, 

daha doğrusu, qeyri-mümkün əlaqə Hauch (hənirti, nəfəs) və auch işarələri 

arasında da tamamilə namümkün görünür. Məhz uyar səs ardıcıllığı 

linqvistik reallıqları vahid müstəvi üzərinə yönəldir. Təbii ki, hər kəs 

anadilli poeziyada, konkret bədii qavrayış aktında bu əlaqəsizliyi, 

transendental, dərkedilməz semantikanı daha aydın hiss edər (Gündüzüm 

gəlsin ötüşsün, gecə keçsin / Suyu anmaqla susuzluq necə keçsin? (B. 

Vahabzadə); Hey baxıram bu düzlərə / Ala gözlü gündüzlərə / Qara xallı ağ 

üzlərə / Könül istər  şer yaza / Gəncləşirəm yaza-yaza (S. Vurğun); Yenə 

dağ başında dənərləndi qar / Yenə zirvələrin həsrətində qal / Sel gəldi 

dərəyə düşdü qalmaqal...(M. Araz). Aydın görünür ki, “düz” (düzlərə), 

“gündüz” (gündüzlərə), “üz” (üzlərə), “yaz” (yaza) və “yaz” (yaza-yaza) 

sözləri arasında uyğunluq, semantik harmoniya tapmaq çətindir. Sadəcə 

olaraq səsə hopmuş duyğular səslərin bənzəyişi,  əks-sədası, səs exosu ilə 

yenidən canlanır. “Qar” və “qal”/maq sözlərinin arasındakı fərq isə leksik 

semantika baxımından, məsələn, “papaq” və “çomaq” sözləri arasındakı 

fərq və ya oxşarlıq kimidir. Mütləq leksik omonimlər də  məhz belə uzaq 

linqvistik məsafəni təmsil edər (: bal-bal, vergi-vergi, xal-xal). Fərq 

burasındadır ki, xüsusilə tam omonimlərdə  səs-məna təhkimliyi artıq 

daşlaşmış, süxurlaşmış, daha doğrusu yaddaşlaşmış olur. Bununla da dilin 

sistem qatına çökmüş olur. Gətirilən müxtəliftipli , müxtəlifxarakterli 

misallara diqqət yetirsək, leksik-qrammatik omonim cütlərinin bir çoxunda, 

bəlkə böyük əksəriyyətində müxtəlif səviyyəli vahidlərin – dil və nitq 

təmsilçiliyinin qarışdırılmasının şahidi olarıq: yaz-yaz, tut-tut, bağır-bağır, 

üz-üz, köç-köç, qat-qat kimi nümunələrədə bir sözün bütöv bir cümlə ilə - 

konkret olaraq əmr cümləsi ilə qarşılaşdığını, yəni sözün potensial əlaqəli 

mətn səviyyəsinə qaldırıldığnı görürük. “doğru” (düzgün) – “doğru” (sarı, 

tərəf – qoşma) cütlüyündə  də söz mənalarının sistem statusundakı  aşkar 

fərq və yadlaşma nəzərə çarpmaqdadır. Ümumiyyətlə, əvəzliklər və zərflər 

də daxil olmaqla bütün köməkçi sözləri və sinsemantik vahidləri start 

vəziyyətində olan səs kütləsi,  əlahiddə praqmatik ədatlar kimi xarakterizə 

etmək daha doğru olar. Köməkçilərdə, bir çox əvəzlik və  zərflərdə  məna 


 

 

 



109

müstəqilliyi zəif və ya çox ümumi, yayğın olduğuna, ya da heç olmadığına 

görə onlar əlaqəli nitq reallığına, mətn himayəsinə can atır, bununla da 

semantik konkretliyə, bütövlüyə, tamlığa, qovuşmağa meyllənir. Belə deyə 

bilərik ki, bu da dilin dondurulmuş sükunət vəziyyəti, mövcudluq halı, 

təxmini, naqis işarələnmənin nisbi müstəqillik və ierarxiya vəziyyətidir. 

Poetik nitqdə səsin, sözün linqvistik nisbilik hüdudları daha da genişlənir, 

onlar sanki sirli, anlaşılmaz, qeyri-müəyyən, irrasional dəyərlər, hadisələr 

sferasına daxil olur. Forma-səsləniş ümumiliyi və ortaqlığı reallaşma 

anında qarşılaşmanın, nitq zəncirinin son nöqtəsinə  də  nəql olunur, 

potensial olaraq mümkün semantik-assosiativ əlaqələrin fəallaşmasını 

şərtləndirir. Səs uyarlıqları  və  səs uyğunlaşmaları poetik nitqdə assosiativ 

bütövlük, rəngarənglik və harmoniyaya, normativ nitqdə, real, adi-gündəlik 

ünsiyyətdə isə, əksinə, xaosa, yeknəsəkliyə, disharmoniyaya gətirib çıxarır, 

qarmaqarışıqlığa, fikrin normal hərəkətinin pozulmasına, üslubi tutulmalara 

səbəb olur. Təsadüfi deyil ki, nəinki ciddi-normativ təhkiyədə, hətta bədii 

nəsrdə qafiyə  və  hər cür səs uyğunlaşmaları, ümumən səs formalizmi 

arzuolunmaz bir hal kimi qəbul olunur. Məhz səs eyniliyi və  səs-məna 

oxşarlıqları, xüsusilə canlı danışıq dili və  məişət üslubunda, qismən də 

ictimai-siyasi diskursda yalan və aldanışların meydana gəlməsinin daxili 

motivlərindən biri kimi çıxış edir. Yumor və satira yaradıcılığında – 

ikibaşlı  məna (amfiboliya), kalanbur, sözoynatma kimi üslub fiqurları bir 

sistem-paradiqma halında qərarlaşır ki, bunların da çoxu sözlərin 

çoxmənalılıq və omonimlik effektinə əsaslanır. Başqa sözlə, müxtəlif və ən 

müxtəlif mənaların, semantik bütövlüklərin eyni səs qiyafəsində  təqdim 

olunması, səs-məna avtomatizmi kontakt valentlik təsirləri ilə  yığcam, 

polisemantik mətnlərin yaranmasına rəvac verir. Burada, artıq qeyd edildiyi 

kimi, davamlı, ardıcıl semantik proqram deyil, səs-məna bələdçiliyi, 

motivasiyası həlledici rol oynayır.  

 Deməli, hər cür səs-məna uyğunlaşmalarına, o cümlədən 

ğözlənilməz qafiyə strukturlarına sözün geniş  mənasında semantik-

praqmatik nisbiliklər, kontekstual-situativ omonimləşmə kimi yanaşmaq 

olar. Qeyd etdiyimiz kimi, qafiyə quruluşlarının tip müxtəlifliyi omofon, 

omoform, omoqraf və s. kimi omonimləşmə hadisələri ilə  məhdudlaşıb 

qalmır,  ən geniş  səs-qavrayış sahələrini  əhatə edir. Bədii nitqdə qafiyə  və 


 

 

 



110

qafiyəlilik, paralel, sinkretik qavrayış texnikası yaxın, eyni və oxşar səs və 

səslənmələrin uzaq semantik-assosiativ sayrışmaları sayəsində sanki qeyri-

şüuri, kosmik rabitə ilə gözlənilmədən doğulur, dilin səs folklorunun, 

səslərin mifologiyasının, səs simvolizminin dərinliklərindən, ibtidasından 

qopub gəlir, bəzən ən uzaq, hətta qeyri-adi, qeyri-real semantik əlaqələri bir 

ahənrüba kimi özünə  çəkir. Bunun sayəsində güclü poetik törədicilik, 

hərəkət enerjisi kəsb edir, bəzən tamamilə müstəqil, muxtar, bir qədər də 

anlaşılmaz, magik mətnyaradıcı qüvvəyə çevrilir. Yəqin sənət adamları 

təsdiq edər ki, qafiyəni şair (söhbət zamanın “səsi” olan böyük, əsl şairdən 

gedir!) texniki bir şey kimi quraşdırmır, icad etmir, zəhmət,  əziyyət 

bahasına, bir ağıl töhvısi kimi düşünüb tapmır.  Əksinə, qafiyə, səs-məna 

harmoniyası özünü sanki zorən diktə edir, eşitmə-duyma qavrayışının 

bütün həssaslığı və qeyri-şüuriliyi ilə, ilahi bir lütflə ona əyan olur. Bu ilahi 

lütf və kosmik vəcd yalnız iki kateqoriya ən həssas adamlara – 

peyğəmbərlərə  və böyük şairlərə qismət olur, yalnız onlara gəlib çatır 

(Nizami nahaq yerə demir ki: Elə ki cərgələrin önü, sonu düzəldi / Əvvəlcə 

peyğəmbərlər, sonra şairlər gəldi).  Əgər müqayisə mümkündürsə, səmavi 

kitablar da adi öləri,bəşəri mətnlər  şəklində deyil, nəzmlə yaradılmış söz 

abidələri kimi hazır, öz ilkin arxitekturası ilə verilir, bununla da mətn 

əlçatmaz, ünyetməz semantik ənginliklər fəth edir. Ritm, səs məna ahəngi, 

eyniyyət və oxşarlığın tükənməz harmoniyası seçilmiş, yaradıcı insana bir 

ışıq yolu göstərir, onu öz ardınca  çəkib aparır, ulduz karvanına qovuşdurur. 

Belə  vəziyyətdə, yaradıcı  vəcd və  şüursuzluq halında ilkin linqvistik 

strukturlar, ideyalar, motivlər, mövzular deyil, məhz xalis səs-qavrayış 

materiyası, üzvlənmiş, konkret məna və anlamdan təmizlənmiş  işarə 

substratı  şair düşüncəsinin, daha doğrusu,  şair xəyalının, fəhm və 

intuisiyasının daxili modelinə çevrilir. Konkret verballaşma, sözə çevrilmə, 

seqmantasiya isə sonrakı  mərhələ kimi baş verir. Ana dilinin ilkin, qlobal 

qavrayış-ifadə modelini, mücərrədləşmiş, strukturlaşmış  səs dünyasını 

özündə birləşdirən hər bir böyük şair xalqın yaddaşlara hopmuş tarixini bu 

yolla həm təzələyir, həm də  təkrarlayır, inkişaf etdirir, səs-məna 

uyarlıqlarının, söz həqiqətlərinin (və  əfsanələrinin) yeni, özünəməxsus 

paradiqmasını yaradır. Sənətin, sənətkar fərdiyyətinin  əsil qiyməti və 

təkrarsızlığı, unikallığı da məhz bundadır. Bu ali missiya daha heç kəsə - nə 


 

 

 



111

dövlət xadiminə,  şahlara və baş katiblərə, nə  də çox vaxt ruhsuzlaşmış, 

rassionallaşmış  ağıl sahiblərinə – alimlərə qismət olmur. Dilin işlənməsi 

bədii üslubda, ilk növbədə poeziyada kamala çatır, özünün pik həddinə, 

zirvə nöqtəsinə yüksəlir. Poeziyada dilin fiksionallığı, aldanış-oyun 

xarakteri daha bariz və parlaq şəkildə ifadə olunur. 

Omonimlərin tipologiyasının geniş  və  hərtərəfli  təsviri omonimik 

işlənmələrin poetik imkanlarının ümumi şəkildə  də olsa nəzərdən 

keçirilməsini tələb edir. Dil faktları sübut edir ki, xüsusilə yığcam, azhecalı 

omonimlərdən cinas və  səs-söz oyunu kimi daha çox və daha intensiv 

istifadə olunur. İrəlidə qeyd etmişdik ki, anoloji vəziyyəti bir çox başqa 

dillərdə, məsələn, rasional ifadə imkanlarına görə ideal dil nümunəsi olan 

alman dilində görmürük. Ana dilində söz köklərinin kompaktlığı  və 

çevikliyi, bilavasitə sözə əlavə olunan şəkilçilərin kövrəkliyi və yığcamlığı 

uyğunlaşma, tənləşmə yolu ilə yaranan omonimik hadisələrin sayını xeyli 

artırır. Oxşar-ovxarlı, sayrışan səslər sanki ani olaraq sözün daxilini 

işıqlandırır, onların bir-birini törətməsini,  əlaqələnməsini  şərtləndirir. Bu 

səs  əyaniliyi, ilkin obrazlılıq bütövlükdə türk dillərinin fono-semantik 

imkanlarını, simvolizm və  şəffaflıq, ilkin ekspressivlik potensialını 

genişləndirir, onun səs folkloruna təravətli dərin bir emosionallıq, 

energetika əlavə edir. Kompakt, təkhecalı sözlərin nitq zəncirində asanlıqla 

parçalanma və biryerəyığılma, toplanma elastikliyi əlvan poetik-semantik 

çalarlar, gözlənilməz, bəzən qəfil-ani assosiasiyalar oyatmaqla mətnin 

semantikasını  əlavə çalarlarla zənginləşdirir, oyadır, təkcə bütöv, 

tammənalı sözləri deyil, tək-tək səslərin enerjisini canlandırmaqla onları 

mənalı,  şəffaf dil-ifadə vahidlərinə çevirir. Səs-heca obrazlılığı, səs-söz 

əvəzlənmələrinin poetik semantikası  və funksionologiyası xüsusi mövzu 

olduğundan bir-iki nümunə ilə kifayətlənirik. Səs simvolikası ilkin-genetik 

stukturlarla  əks-əlaqə yaradır, bizi folklor, nağıl,  əhvalat romantikasına 

qaytarır, səs qavrayışının  həssaslığı və təravəti ilə məftun edir. Aşağıdakı 

misallarda səsin-sözün mətnyaratma gücünü, poetik semantikanın bilavasitə 

forma ilə qaynayıb qarışması, bərabərləşməsi faktı, bütöv konstruksiyaya, 

obraza çevrilməsi hadisəsi ilə qarşılaşırıq. Hətta bütöv mətnin də yenidən 

bir səsə  və ya səs cümləsinə çevrilməsi, transformasiyası faktı ilə 

rastlaşırıq. 


 

 

 



112

Əziziyəm qarğadı / Qarğa qara qarğadı./ Qar üstündən qar yağdı / 

Qarğa qarı qarğadı (Bayatılardan); Əzizim oxuyandı / Sinəmdə ox oyandı / 

Kirpiyindən                                      ox  atdı / Sinəmdə oxu yandı (Bayatılardan); 

Əzizim su dayandı / Sel gəldi, su dayandı / Özümü suya atdım / Alışdı su 

da yandı; Bir inci saflığı varsa da suda / Artıq içiləndə  dərd verir su da; 

Eşqin  şərbətini dadmışdır o da / Tutulmuş varlığı yanar bir oda (S. 

Vurğun); Bəllidir  Şirnin çal-çarpaz dağı / Fərhad məhəbbətlə uçurdu dağı 

(S. Vurğun); Boz qayada boz duman / boz qurğuşun / Boz qayadan seçmək 

olmur / boz quşu. / Mənim ola zirvənin tox duruşu. / Yoxdur özgə 

umacağım (M. Araz). 

Yeni və  ən yeni poeziyada da səs metaforaları  mətnin struktur-

semantik təşkilinin önəmli prinsiplərindən biri kimi çıxış edir. Görkəmli 

Azərbaycan şairi M. Arazın, alman şairi Rilkenin bir çox şerləri sanki vahid 

və şəffaf bir səs cümləsindən ibarətdir. “İnsan qayalar” şeri başdan-başa q – 

ş – y səs qavrayışına, “Haqqın yoxdur, haqqın var” şeri q – c – d səs 

əyaniliyinə  və ilkinliyinə  əsaslanır. Rilkedə isə  səs obrazlılığı ilə optik 

sintaksis, üzvü surətdə birləşir, qaynayıb-qarışır. 

 Eynilə leksik-qrammatik omonimlərdə  də  səs-söz-təəssurat 

ilkinliyi, daxili semantik-assosiativ əlaqə özünü kifayət qədər canlı şəkildə 

hiss etdirir. Topladığımız materiallar kifayət etmədiyindən hələlik 

kitablarda çox təkrar olunan bu nümunələrlə kifayətlənməli oluruq: Nə 

gözəldir, necə xoşdur gecələr / Yolçular yoldaca rahat gecələr (S. Vurğun); 

İnsanlar bu yerə seyrə  gələcək / Bu günə söz verib bizim gələcək (S. 

Vurğun).  

  Bu da təsadüfi deyildir ki, hər hansı bir mətndə, istər bədii, istərsə 

də qeyri-bədii mətn olsun, səs təkrarlığı, təkidli, davamlı, ardıcıl səslənmə 

müəyyən ahəng, bütövlük yaratmaqla həm də yaddaqalarlığı, səs-məna 

dominantlığını, seçməni təmin edir, adekvat dərketməni asanlaşdırır. 

Almaniyanın televiziya proqramlarından biri belə adlanır: Leute heute 

(İnsanlar bu gün). Göründüyü kimi, müxtəlif dillərdə  səs-ifadə  şəkli 

qavrayışın xarakterini dəyişir. Almaniyada VDS (Verein Deutsche 

Sprache) cəmiyyətinin buraxdığı genişhəcmli Sprachnachrichten (“Dil 

xəbərləri”) qəzetində alınma sözlərə  həsr olunmuş materiallardan biri 

Götenin məşhur “Die Leiden des jungen Werters” əsərinə analogiya kimi 


 

 

 



113

bu başlıq altında verilir: “Die Leiden der jungen Wörter” (“Gənc / yeni 

sözlərin iztirabları”). Alman dilində Wort (Wörter) sözünün cəmi “Werter” 

adı ilə həmahəng səslənir. Linqvistik qiymət qəfil oyanış və aldanışla yeni 

paradiqmaya düıür. 

Omofon, omoqraf, omoform və paronim kimi səs-məna 

animasiyalarında, canlanmalarında bu əlaqə və bağlılıq özünü barız şəkildə 

göstərir. Səslər sanki bir-biri ilə yarışır, dənizdə bir-birini təqib edən 

dalğalar kimi bir-birini doğurur, qovur və yenə də bir anlığa görünməz olur, 

daha böyük dalğaları – duyğu və hissləri  doğurur, düşüncəyə, yaradılışa 

varolmaya stimul verir. Birinci halda oxşarlığın, müxtəlifliyin, ikinci halda 

isə  bənzərliyin eyniliyi, vəhdəti və ahəngi yaranır. Burada başqa bir 

məqamı da xatırlatmaq zəruridir. Mən  şübhə etmirəm ki, məsələn, “Uşaq 

100 bal topladı” və “Uşaq bal yedi” cümlələrində “bal” sözü müxtəlif 

şəkillərdə, hər referentin öz mahiyyətinə, ifadə obrazına uyğun  şəkildə 

tələffüz və ifa olunur. Beləliklə, adlandırılanlara münasibətdə omonim 

yaradıcılığı, omonimləşmə / ləşdirmə  məntiqi eynilik və oxşarlığın 

yayılanlığı, qarşılıqlı  əlaqə  və keçid vəziyyətləri  əks olunur. Görünür, 

mənanın invariantlığında, eyniyyətində olduğu kimi formanın 

bənzərliyində, oxşarlığında da nisbi, yayılan, öz dəyərlərinə can atan bir 

uyarlıq vardır. 

 Omonimlər sadəcə olaraq iki tam əlahiddə, buraxılmış, sərbəst, bir-

birinə tamamilə yad-yabancı sözlər, səs ardıcıllıqları deyil, vahid və bütöv 

bir sözün, ümumi səsləniş formasının təzahürləri kimi yaddaşa daxil olur və 

beləcə  də sabitləşir,  əks-səda tapır. Səs versiyasının hər cür eyniliyi və 

bənzərliyini hər halda sözü, o cümlədən nitqdə parçalanan və  məna-

assosiasiya bütövləşməsi ilə bir yerə  yığılan iki müxtəlif sözü tam kimi 

qavramağa, bir-biri ilə  əlaqələndirməyə, müəyyən vəhdətdə  təsəvvür və 

dərk etməyə yaxın-uzaq bir imkan sağlayır.  

  Əvvəlki nümunələrdən də anlaşıldığı kimi, real omonim və 

omonim işlənmələrin iki aspektini fərqləndirmək lazımdır. Bir var sözün 

təbii həyatı, ondan praqmatik-üslubi məqsədəuyğunluq əsasında düzgün və 

sahmanlı istifadə olunması, öz-özünü törədən, doğuran, canlı, canlanan söz, 

bir də var qəsdən, bilərəkdən yanlış kodlaşdırma, aldanış  və yalanın 

xidmətində duran saxta, qəlp adlandırma, daha doğrusu, onsuz da təxmini, 


 

 

 



114

qeyri-adekvat işarənin, sözün qəsdən yanlış istiqamətə yönəldilməsi. İkinci 

vəziyyətdə - saxta, saxtalaşdırılmış söz yolçuluğunda, əksinə, eyni və oxşar 

səs-məna aldanışları  əsl fikri, məqsədi gizlətməyə, ört-basdır etməyə, 

həqiqi, gerçək düşüncənin təbii inkişafını  ləngitməyə, lazım gələrsə, səs 

oyunbazlığı  və formalizmi ilə qarşı  tərəfin fikirlərini təhrif etməyə, onun 

təsirini zəiflətməyə yönəlir. Bu, xüsusilə mövqelərin, ideologiyaların, 

mənafelərin daimi və barışmaz savaş meydanı olan siyasi diskursda özünün 

kuliminasiya nöqtəsinə çatır. Siyasi diskursun özünəməxsus 

xüsusiyyətlərindən biri budur ki, həmin paradiqmaya daxil olan mətnlərdə 

xüsusi bir omonim jarqon formalaşır və çox hallarda bu gizli-latent jarqon, 

bu qaranlıq, pərdələnmiş, sehrlənmiş ünsiyyət strategiyası dünyanın 

dərkinin, həyatın normal, standart forma və prinsiplərindən kənara çıxır, 

dilin, qəbul olunmuş təbii-insani davranışın fövqündə qərar tutur, dünyanın 

adi-sadəlövh modeli ilə  kəskin ziddiyyət təşkil edir. Biz bu fenomeni 

“omonim işlənmələr” termini ilə qeyd edəcəyik və ondan ayrıca, daha geniş 

bəhs edəcəyik. Hələlik isə bunu yadda saxlayaq ki, istisnasız olaraq bütün 

ünsiyyət sahələrində yanlış adlandırma və dərketmənin, ən qaranlıq, zülmət 

nöqtələri, aldanış və yalanın ən dərin linqvistik kökləri məhz müxtəlif və ən 

müxtəlif mənaların ifadəsi üçün istifadə olunan formal çoxluqlardan, 

müxtəlif predmet və hadisələrin eyni və çox oxşar səs materiyasında təqdim 

edilməsindən, qovuşmasından qaynaqlanır. Buraya çoxmənalılıq, 

omonimlik, omonimik dil hadisələri və omonim işlənmələr daxildir.  

 Etiraf edək ki, bu hadisələr bir-birinə o qədər yaxındır ki, ifadə 

formalarının aldanış  və manipulyasiya – yalan imkanlarının 

araşdırılmasında analoji dil hadisələrini bir-birindən tamamilə təcrid etmək, 

onları tam dəqiq birmənalı  şəkildə  fərqləndirmək həmişə mümkün olmur. 

Hər bir az-çox dərin semantik araşdırma bu və ya digər dərəcədə aldanış və 

yalan fenomeninin tədqiqi üzərinə  gəlib çıxır. Biz bunu müəllifin 

“Çoxmənalılığın yalanı  və ya dilin min-bir dili” məqaləsindən də 

görmüşdük (Bax: “Dil və ədəbiyyat jurnalı” Bakı ADU nəşriyyatı, № 1(2), 

s. 18-35; № 2(3), s. 21-34).  

Omonim və omonim formalarla aldanış  və yalan hərəkətlərini bir 

qədər geniş izah etməyə çalışaq. Bir daha Azərbaycan dilində  həm 

çoxmənalı söz, həm də omonim vahidlər kimi işlənən “mal” sözü üzərinə 


 

 

 



115

qayıdaq. Müasir  Azərbaycan dilində həmin söz həm mal-qara, həm də bir 

termin olaraq “əmtəə”, satılmaq üçün nəzərdə tutulan nəsnə  mənasında 

işlənir. Başqa mənalar da var. Yenə mal oğurluğunda günahlandırılan 

təcrübəli oğru ilkin istintaqda deyir: “Vallah, billah, möhtərəm hakim, mən 

heç kimin malını-zadını  oğurlamamışam!”  İstintaqın sonrakı gedişində 

aydınlaşır ki, mahir oğru – linqvist heç də yalandan and içmir, o bununla iri 

buynuzlu heyvan, mal-qara oğurluğunu deyil, bazarda kiminsə satlıq 

malının, məsələn, pal-paltarının oğurlandığını  nəzərdə tuturmuş. Böyük 

oğrular kimi, hələ tamamilə korlanmamış, quduzlaşmamış, hələ yüksək 

mövqe tutmamış  və buna görə  də  xırda oğurluğa görə mütləq 

cəzalandırılmalı olan balaca, naşı ogru bu minvanlla, dil yalanlarına pənah 

gətirməklə təkcə  məsuliyyətdən deyil, Allah qorxusundan, günahlardan da 

xilas olmağa çalışır.  Əlbəttə, həmin həssas, qeyri-adi ifadə performansına 

fəal,  şüurlu dil bilgisindən çox özünümüdafiə instinkti gərgin situasiyanın 

doğurduğu dil reaksiyası, eksistensial refleks kimi yanaşmaq daha düzgün 

olar. Göründüyü kimi, faktik olaraq iki tamamilə fərqli söz olan, məsələn, 

“kitab” və “quş qripi” (Vogelgrippe) kimi bir-birindən  ən uzaq semantik 

müstəvilərdə yerləşən “mal” (mal-qara) və “mal” (əmtəə, satlıq mal) sözləri 

vahid səsləniş bünövrəsində bir-birilə  əlaqələnir, eyni səs tərkibi, fonetik 

substansiya uzaq anlayışları birləşdirməklə  aşkar praqmatik məzmun 

qazanmış olur. Belə hallarda balaca oğrunu daha böyük oğruların  əlindən 

qurtaran yalan aktı pozitiv bir dəyərə, linqvistik gücə çevrilir.  

Adi dildə “xəstə” sözünün omonim işlənməsinə, gizli aldanış-oyun 

saxlancına aid bir misal. Saxta bülleten götürməklə cüzi maaş verilən, əsas 

iş yerini buraxıb qısa bir müddətə başqa yerə pul qazanmağa gedən gənc 

müəllim “sex rəisinin” “Sən xəstə olmamısan, sənin başqa yerdə işlədiyini 

görənlər olub!” iradına cavab olaraq deyir: “Necə  xəstə olmamışam?! 

Mənim bülletenim var, xəstə olmuşam, bülletenim var”. Hamı bilir ki, 

Azərbaycanda xəstəlik vərəqəsinin – bülletenin olması  hələ  xəstə olmaq 

demək deyil və  əksinə, bülleteni olmamaq da kiminsə  həqiqətən xəstə 

olmaması anlamına gəlmir. Belə amorf kommunikativ-praqmatik mühitdə 

“xəstə” və  əks “sağlam” sözünün semantikası geniş düşüncə-anlam 

sahəsində yayılanlığa, qeyri-səlistlik və aldanışa rəvac verir. Hüquqi 

baxımdan həqiqətən “bülleteni olmaq” artıq tam arxayınlıqla xəstə olmayan 


 

 

 



116

adama da xəstə olmaq haqqı verir, daha doğrusu, onun xəstəliyini, 

olmayan, inkarı bir faktı reallığa çevirir. Belə hallarda yayğın, geniş 

semantika, bir sübut, linqvistik bəraət, alibi gücü qazanır və elə bu dil 

həssaslığına, kəskin qeyri-adi dil fəhminə görə “günhkarı” bağışlamağa 

əsas verir. Burada yalan fenomeninin xeyirli, konstruktiv və mütərəqqi 

cəhəti də özünü biruzə verir: sərt, qeyri-adi situasiyalar dili və  təfəkkürü 

inkişaf etdirir, dərketmənin yeni üfüqlərini açır. Dil bir anda çətin, 

xoşagəlməz situasiyanı, həyat dramını bir oyun ovqatına çevirir. 

 “Heç yerdə belə heyva yoxdur”, “Doşaba söz ola bilməz” kimi 

söyləmlərdə fikrin, göstərişin, təklifin yayılanlığı göz qabağındadır.  

 Müstəqillik yoluna qədəm qoymuş keçmiş sovet respublikalarında 

ilkin dövrlərdə bazar iqtisadiyyatının inkişafından bəhs edən iqtisadçı 

mütəxəssislərin fikirlərində hər hansı yalan və ya yanlışlığa yol verildiyini 

sübut etmək mümkün deyildi. Çünki həqiqətən, sözün ciddi elmi anlamında 

bazar iqtisadiyyatının müəyyən elementlərinin formalaşması ilə yanaşı 

iqtisadiyyatda doğrudan-doğruya bir bazar hərcmərcliyi hökm sürürdü, 

bazar yırtıcılığı  və qanunsuzluğu baş alıb gedirdi. Sovet dövründə 

yaşayanlar “müvəqqəti” sözünün (“müvəqqəti çətinlik”) yayğınlığını, ifrat 

ölçüsüzlüyünü ömürləri boyu öz üzərlərində hiss etdilər və bu sarsılmaz 

təəssürat bu gün də bəlkə daha böyük intensivlikdə, daha geniş hüdudlarda 

davam etməkdədir. Mən ömrümdə “müvəqqəti” sözündən daimi heç nə 

görmədim. Göstərilən hüdudsuz-sərhədsiz işlənmələrdə söz zahiri və daxili

qüvvətli və zəif semantikanın ən müxtəlif kəmiyyət və keyfiyyət çoxluqları 

arasında tərəddüd edir, real olaraq konkret heç nə ifadə etmir (Zahiri və 

daxili semantika haqqında bax: İ.Məmmədov, 141; İ.M.Kobozeva, 25). 

Təsadüfi deyildir ki, yalanı geniş  mənada inkarın bir forması kimi izah 

edənlər var.  

Digər “nümunələrə” baxaq.  

“bal” sözü müasir dildə iki anlamda işlənir – arının hazırladığı  ən 

şirin və ən qiymətli məhsul (arı balı) və imtahanda tələbənin müvəffəqiyyət 

göstəricisi (Günel tarix fənnindən 50 bal toplamışdı). Təkrar yoxlama 

zamanı direktor həqiqətən tanış  tələbənin ballarını  şişirtməkdə 

təqsirləndirilən gənc müəllimi təmizə çıxartmaq məqsədilə aldanış və qəfil 

“etirafla” yalançı sözün Ginnesin rekordlar kitabına düşəcək yaradıcı 


 

 

 



117

nümunəsini təqdim edir: “İnanın ki, müəllimlə tələbə arasında bal söhbəti 

olmayıb”. Bununla da dil hərəkəti fikir və  əməli, reallığı çaşdırmış, onu 

dəyişdirmiş olur. Omonim aldanışı gerçək həqiqətin aşkar görünməsinə 

maneçilik törədir, mümkün ola biləcək alternativ fərdi həqiqətlərin 

müdafiəsini mümkün edir. Xüsusilə o yerdə ki, daha ağır cinayətlərin 

bağışlanma imkanları  və  şansları o qədər də böyük olmur, doğru, səmimi 

dil davranışı konkret mövcudluq qayğıları qarşısında öz aktuallığını itirir.  

  Məşhur “Bakılı  oğlan”ların göstərdiyi səhnəciklərin birində bir 

“Saz oğlan” obrazı var. Bu baməzə  oğlan yalnız “saz çalan oğlan deyil”, 

həm də “yaxşı, diribaş, canlara dəyən oğlandır”. “Saz oğlan”da “saz” 

sözünün müxtəlif məna və anlamlarının sinkretikası var. Başqa bir 

situasiyada “mən bu sözü rəğbət bəslədiyim, sevdiyim oğlan mənasında 

deyil, yaxşı saz çalan oğlan, istedadlı  sənətkar mənasında işlətmişəm” 

deyib manipulyasiya etmək mümkündür. Təki mübarizə iradəsi olsun! 

  Xırda bir məmurun fəaliyyətinə münasibətdə “adını iqtidar qoyan 

qüvvə adi bir işin də öhdəsindən gələ bilmədi” “müxalif” söyləmində eyni 

formativin potensial səs ekvivalentliyinin müxtəlif məna və anlamları qarşı-

qarşıya gəlir: iqtidar – hakimiyyət, idarəedici qüvvə; iqtidar – qabiliyyət, 

bacarıq (nəyinsə iqtidarında olmaq, gücü, fərasəti çatmaq). “Bizim 

maaşımız doğrudan da donluqdur, ancaq bir donluq parça almağa çatar” 

(danışıq dilindən) cümləsində  də “donluq” (maaş, aylıq  əmək haqqı), 

“donluq” (don tikmək / tikdirmək üçün lazım olan parça) sözləri dil 

yaddaşının səs-məna  əlaqələrini canlandırır, uyumuş, dərinliklərə hopmuş 

dil güclərini hərəkətə  gətirir. Hər iki müstəqil söz-məna bütövlüyü eyni 

mətn daxilində reallaşdıqda isə ikibaşlı məna (Doppelsinn) və söz oyunları 

(Wortspiel) meydana gəlir: O vaxtki iqtidar ən adi işləri görmək iqtidarında 

deyildi; Belə ifadə tərzində, səs-söz oyunu mübaliğə yaratdığından onlarda 

hökmən yalan elementi də olur. Keçmiş sovet ittifaqı  əyyamında  İran 

qəzetlərindən birində belə bir materialın dərc olunduğunu söyləyirlər: 

“Sovet  İttifaqında bir baş mühəndisin aylıq gəliri bir başmağa çatmır”. 

“Baş” sözü ilə “başmaq” sözündəki “baş” elementinin təsadüfi 

qarşılaşması, səs aldanışı  və oyunu gerçəkliyi  əslində olduğundan daha 

tünd boyalarda təqdim edir, alternativ həqiqət, ortaq dəyər  formalaşdırır. 



 

 

 



118

  Məna-səs  əlaqələrinin hələ canlı  və  şəffaf olduğu, səs enerjisinin 

“rekonstruksiya” edilə bildiyi vəziyyətlərdə omonim və omonim 

formaların, səs bəhsləşmələrinin formal çoxluqları dil hərəkətinin 

effektivliyini  əslində  zəiflədir, yalnız konkret bir situasiyanı sovuşdurmaq 

gücündə olur.  

Yadımdadır, bir nəfər tələbə dostlarını inandırmışdı ki: “Atam katib 

işləyir”. Sonra yerlilərindən öyrəndik ki, həqiqətən yaxşı geyinən, “bəy 

balası kimi yaşayan”, amma dərslərindən iki alan həmin tələbənin atası 

kənd sovetində katib işləyirmiş. Özünü “prokuror oğlu” kimi qələmə verən 

tələbə yodaşımızın atası “zavmaq” işləyən anasının yanında “kağız bükən” 

işlədiyini də bu vaxt öyrəndik. “Qalmaq”, “oxumaq”, “oynamaq”, “almaq”, 

“vermək” kimi sözlərdə  də belə manipulyasiya, aldanış-hiylə  və birbaşa 

yalan imkanları var. Forma - məzmin kecid və aldanışları var.  

Bir dəfə dostu ananı çox narahat edən belə bir yalan quraşdırmışdı: 

“Allah haqqı, Rəşad içir”. Sən demə, söhbət içkidən yox, çay içməkdən 

gedirmiş. Belə  məna çoxluqlarının təsir gücü ondadır ki, onlar dil 

həqiqətlərinə söykəndiyindən əslində mənəvi məsuliyyəti də azaldır, yalan 

– gerçək həqiqətlərin transformasiyası kimi doğulur. Son həddi aralıq pillə 

ilə  əvəz edir. Sovet hökuməti dövründə partiyaya keçmək istəyən, buna 

görə də ictimai mənsubiyyətini gizlətməli olan zavmaq oğlu “Allah haqqı, 

atam müəllimdir” deyə o dövrdə həmin sistemdə yalan deyilməsi mümkün 

olan ilk partiya təşkilatı katibini aldatmışdı. İndiki kimi o dövrdə də hamı - 

ticarətçi də, prokuror da, bazarkom da, sürücü də müəllim idi, müəllim 

işləməsə  də “müəllim” idi. Dil reallığında beləcə hamı  bərabərləşmişdi. 

“Müəllim olmaqla” “müəllim işləmək” oxşarlığı yalana yol açırdı.  Əlində 

“partiya tarixi” kitabı tutan din xadiminin “tutduğum haqqı” deyə and 

içməsi indi də  məni narahat edən dil həqiqətləri arasındadır. Beləliklə, 

omonim formalarla çoxmənalı sözün müxtəlif anlamlarının qarşılaşması 

nəticəsində sözün kommunikativ-üslubi təsir dairəsi genişlənir, həqiqi və 

məcazi mənaların situativ yaxınlaşması, bəzi hallarda isə  bir-birindən 

tamamilə uzaqlaşması prosesi baş verir. Müasir Azərbaycan dilində 

“vurmaq” sözü “fiziki təsir göstərmək”, “döymək” mənası ilə yanaşı 

“cəzalandırmaq”, “sıradan çıxarmaq”, “qisas almaq” mənalarında da 

işlənir. Mən hələ “vurmaq” felinin “möhkəm içmək”,  əslində “özünü, 


 

 

 



119

sözünü itirincəyə  qədər  əylənmək”, “keyf etmək” anlamlarını bir tərəfə 

qoyuram. Sözün çoxmənalılığı, məcazi mənaları ilə omonim aldanışları 

birləşdikdə  də nitqdə oyun qaydalarının  əksinə olaraq çoxqatlıq, 

çoxplanlılıq tamamilə aradan qalxmır, əksinə, yeni vüsət və uyarlıqlar kəsb 

edir. Dil işarələrinin  şəffaflığı azalır, semantik informasiyanı birmənalı 

şəkildə qavramaq imkanları zəifləyir. Əlbəttə, bu prosesdə antifraza da öz 

rolunu oynayır. Həqiqəti daim konfliktlərdə axtaran bir müəllifin müxalifət 

qəzetlərindən birində çap olunmuş aşağıdakı yazısını nəzərdən keçirək:  

Ötən həftədən başlayaraq Daxili İşlər Nazirliyində  həyata 

keçirilən “təmizləmə  əməliyyatı” artıq öz “bəhrəsini” 

verməkdədir. Qeyd edək ki, artıq nazirin əmri ilə Sumqayıt şəhər 

Polis  İdarəsinin rəisi və nazirliyin İşlər  İdarəsinin rəisi 

xidmətdən kənarlaşdırılıblar. Məlumat üçün bildirək ki, 

təqaüdçülərin işdən uzaqlaşdırılması ilə bağlı göstərişi ölkə 

başçısı verib. O nazirə tapşırıb ki, DİN-də  nə  qədər təqaüdçü 

vəzifə sahibi, sıravi varsa, hamısını  işdən kənarlaşdırsın. Nazir 

isə bilir ki, göstərişi yerinə yetirməsə, sonradan buna görə cavab 

vermək zorunda qalacaq. Amma qəribədir ki, o bu göstərişdən öz 

məqsədləri üçün istifadə edərək düşmənlərini də “vurur” 

(Qəzetlərdən). 

   Elə öz semantikası kimi azdırıcı, yayındırıcı “görüşmək” felini 

alaq. Bu söz ilkin halında sevgililərin, dost və yaxın adamların bir araya 

gəlməsi, başqa bir yandan, ünsiyyət yaratmaq mənasında siyasi dialoq, 

müzakirə anlamında işlənməkdədir. Kişilik  əyyamlarında adamlar dueldə 

də “görüşərdilər”, ayrılmaq üçün görüşərdilər. Həmin mənalar arasındakı 

fərq ünsiyyət baxımdan az qala ixtilat eləmək,  əhd-peyman bağlamaq, 

mərhəm münasibətdə olmaq anlamı ilə “ciddi, əhəmiyyətli, müəyyən nəticə 

gözlənilən siyasi söhbət, müzakirə” anlamlarına yaxınlaşır. Bə müəyyən bir 

mübahisəyə, ixtilafa son qoymaq mənasına qədər uzaqlaşır, söz ilğım 

içərisinə girir. Deməli, sözün çoxmənalılığı onun işlənməsi olduğu kimi

omonimlik, o cümlədən situativ omonimlik də sözün tətbiq dairəsinin 

sonadək daralması, bəzən tam diametral əksliyi, konflikt halıdır. “Əliyev və 

Koçaryan Azərbaycan – Ermənistan sərhəddində görüşdülər, sonra da 

kabab yeyib ayrıldılar”, “Heydər  Əliyev onu kababa qonaq elədi” kimi 


 

 

 



120

manipulyativ hökmlərdə yanlış olan hər  şeydən  əvvəl budur ki, sözün 

semantik statusu pozulur, ifadə forması, dil şüuri həqiqi fikirdən tamamilə 

ayrı salınır, bilərəkdən absurda, yalan və aldanışa istiqamətlənir. Belə halda 

dil işarəsi adekvatlığa, doğru biliyə maksimum uyğunlaşmaq tələbindən 

qəsdən uzaqlaşdırılır, predmet, fakt və hadisənin özü mahiyyəti deyil, ona 

münasibətin dil-ifadə nisbiliyi qavrayışımıza hakim kəsilir. Səbəb budur ki, 

sözün ikili aidliyi, denotativ və siqnifikativ (məfhumi) mənaları qarışıq 

düşür,  əslində  məfhumi mənaya  əsaslanan omonimlik, okazional 

omonimlik yaranır. 

Misallardan da göründüyü kimi, omonimlərdən üslubi 

məqsədəuyğunluq  əsasında doğru-düzgün və sahmanlı istifadə olunması, 

onların gerçək uzual və  fərdi imkanlarının açılması xüsusi səriştə  və 

həssaslıq, çox hallarda ana dili fəhmi tələb edir. Omonimlik dil şüurunun 

dərin qatlarına işlədiyindən əcnəbi dildə bu proses çətin gedir, çox hallarda 

sona çatmadan dayanır. Çünki omonimlik, omonim işlənmə yalnız bir 

linqvistik problem deyil, həm də bir şüur, düşüncə gerçəkliyi, instinktə, 

kollektiv və  fərdi  şüur və  şüursuzluğa hopmuş bir emosional-psixoloji 

substrat reallığıdır.  Ən incə  məna çalarlarının aşkarlanmasında konkret 

oxucular, maraqlılar dairəsini nəzərə alaraq ilk növbədə ana dilinin 

materialları üzərində müşahidə  və araşdırmalar aparmağımız da məhz bu 

zərurətə, qavrayış  və  dərketmənin konkret maddi-linqvistik bazasını 

yaratmaq istəyi,  şərh və  təhlillərin  əyaniliyini və  şəffaflığını  təmin etmək 

məqsədi ilə bağlıdır. Sonradan öyrənilən bir dildə, o nə  qədər mükəmməl 

öyrənilsə belə, omonim qavrayışı olduqca çətin və mürəkkəb, bəlkə  də 

mümkün olmayan bir vəzifədir və görünür, adi qavrayışla, duyğu 

orqanlarının bizə verdiyi, çox vaxt qeyri-dəqiq informasiyalarla, daha çox 

dərketmə ilə deyil, zənnetmə ilə, emosional-psixoloji qavrayışla bağlıdır. 

Buna baxmayaraq, həmin problem dairəsinin araşdırılması, ümumi-

universal və spesifik-fərdi cəhətlərin aşkara çıxarılması dil fəhmi və 

koqnitiv psixologiyanın mürəkkəb problemlərinin  şərhi və öyrənilməsi 

üçün çox vacibdir. Məsələn, qrammatik cins göstəricisinin – artiklin 

mövcud olduğu alman dilində omonimliyin formalaşması  və  həmin 

formaların praqmatik imkanlarının aşkara çıxarılması Azərbaycan dilində 

anloji  hadisənin daha geniş  və  ətraflı, daha hərtərəfli və  dərindən 


 

 

 



121

öyrənilməsi, araşdırılması  üşün  əlavə imkanlar yaradır. Deməli, 

omonimlərin, səs eyniyyət və oxşarlıqlarının məna incəliklərinin 

qavranılmasında, onların məna bütövlükləri ilə assosiasiya uyarlıqlarında 

nəsə irrassional, empirik şüurdan yayınan gizli bir məqam, bir dil mifi də 

var. Bunu bütövlükdə sözlərin etimoloji və  məcazi, frazeoloji mənalarına 

da aid etmək olar. 

 Artıq qeyd edildiyi kimi, nisbətən yığcam səs kütləsinə malik olan 

sözlərin mənalı vahidlərə parçalanması ilə yaranan səs müvazilikləri 

semantik-assosiativ uyğunluq və fərqlərin yaranmasını da şərtləndirir. Təbii 

ki, azhecalı, xüsusilə təkhecalı sözlər arasında omonimləşmə, çarpazlaşma 

və qaynayıb-qarışma daha asan, maneəsiz və  rəvan gedir. Bu heç də 

təsadüfi deyildir ki, qeyd olunan cəhət bir çox hallarda ayrı-ayrı sözlərin 

etimoloji mənalarının araşdırılmasında yanılma mənbəinə çevrilir. Necə ki, 

tam eyniyyət və oxşarlıq bəzən çaşqınlığa, aldanışa da səbəb olur. Deməli, 

omonimlərə  və omonimləşmə uyarlıqlarına yalnız sırf leksikoloji hadisə 

kimi deyil, həm də emosional-psixoloji, koqnitiv bir hadisə kimi yanaşmaq 

daha doğrudur.   

 Deyilənlər bir daha təsdiq edir ki, dildə  səs materialının  şəffaflığı 

(türk dillərindəki sinharmoniya, ahəng qanunu da bunun 

təzahürlərindəndir), hecaların kövrəkliyi, nisbətən sərbəst təşkil olunması, 

çox hallarda vurğudan az asılı olması (hətta bir çox tədqiqatçılar, 

Azərbaycan dilində vurğunun olmaması fikrini irəli sürürlər) 

omonimləşməni bir düşüncə  tərzinə, semantik-assosiativ qavrayış faktına, 

dərketmə vasitəsinə çevrilir. Azərbaycan dilində hecaların kəmiyyət 

ölçülərinin nisbətən məhdud olduğu sözlərin quruluş  və  mənaca 

yaxınlaşması, xüsusilə canlı danışıq dilində  və  bədii üslublarda müxtəlif 

qrammatik strukturlarla təmasda bölünmək və bütövləşməklə  məna-fikir 

tərtibçilərinə, forma törədicilərinə çevrilməsi geniş yayılmış bir hal olaraq 

daha yaxından öyrənilməlidir:  bu dağa – budağa, nəsillər – nəhs illər, oda – 

o da, su dayandı – su da / su da yandı, bizim qala – bizim qala - , özüm 

qalam, - izim qala, az zarı, - az ağla – az zarı, oxuyandı – ox oyandı – oxu 

yandı və s. Bir daha qeyd edək ki, ana dilində hecaların asan parçalanması 

və bir bütövdə yenidən birləşməsi səs materialının yumşaqlığı, elastikliyi, 

eyni zamanda mütəhərrikliyi omonimləşməni və polisemiyanı, müəyyən 


 

 

 



122

mənaların eyni və oxşar səslərə, səs kütləsinə isnad verilməsini asanlaşdırır, 

sözlərin, işarələrin ilkin obrazlılığını, emosionallığını  şərtləndirir, dil 

işarələrinin ikoniklik şanslarını artırır. Qədim türk passionarlığını özündə 

yaşadan müasir türk dillərində  səslərin, hecaların sərbəstlik və 

hərəkiliyində, səs-məna uyarlıqlarının variativliyində tarixdən gələn bir 

cazibənin, ruhi-mənəvi enerjinin olduğunu düşünmək olar. Səs exosunda, 

səslərin, ilkin əzəli təsəvvür və  təəssüratlarında sanki keçmişə, canlı 

adlandırma və ilkin təbii qavrayışa bir qayıdış, retro hiss olunmaqdadır. Bir 

çox dillərdə, məsələn, dünyanın ən çox inkişaf etmiş dillərindən olan alman 

və rus dillərində omonimliyin, omonimləşmənin və omoformlaşmanın daha 

çox rasional, sırf texniki bir səviyyəyə doğru inkişaf etdiyini düşünmək 

olar. Alman və rus dillərində söz daxilində daha güclü və dinamik 

vurğulara əsaslanan heca keçidlərinin sərtliyi, daxili mobillik və monolitlik 

sözün dağılmasını  və müxtəlif tərkiblərdə yenidən bir yerə  yığılmasını, 

əlaqələnməsini çətinləşdirir, ayrı-ayrı hallarda isə ümumiyyətlə, qeyri-

mümkün və normal-təbii ünsiyyət üçün yararsız edir. Həmin dillərdə sözün 

həcmi, söz ardıcıllığının bütövlüyü və dayanıqlığı, nisbi sabitliyi də 

yuxarıda deyilənlərlə bağlıdır. 

 Dildə eyni və oxşar səs qavrayışının mühüm aspektlərindən birini 

də  mətndə söz mənalarının maksimal yaxınlaşması  və tam omonimlik 

həddinə  qədər məsafələşməsi, uzaqlaşması  təşkil edir. Bu o deməkdir ki, 

mətndə sözlərin leksik və aktual mənalarının bir-biri ilə çarpazlaşması, 

çoxmənalılıqla omonimliyin fəal təması, birləşməsi prosesi gedir. Bu 

müştərəklik, uyğunluq həmin hadisələrin hər ikisində eyni formativ, səs 

kütləsi daxilində müxtəlif mənaların birləşməsi mexanizmləri ilə 

əlaqədardır. Deməli, ümumilik, müştərəklik və qarşılaşma potensialının 

mətnə keçməsi, nəql olunması, obrazlı şəkildə desək, dirçəlməsi, oyanması 

prosesi  əlaqəli  şəkildə  cərəyan edir. Təbiidir ki, çoxmənalı sözlərdən və 

omonimlərdən, həqiqi və  məcazi mənalılıq potensialından söz oyunu və 

ikibaşlı  məna daşıyıcısı kimi istifadə olunması xüsusilə intensiv xarakter 

alır. Həmin forma-məzmun dəyişmələri və bunun rəngarəngliyi, 

çoxaspektliyi fəal duyum və qavrayış imkanlarını genişləndirir, anlamanı, 

dərketməni yeni bir səviyyəyə qaldırır, bununla da mətndə çoxplanlığın, 

çoxşaxəliliyin yaranmasının daxili hərəkətverici qüvvəsinə çevrilir. Təkidli, 


 

 

 



123

dayanıqlı  səs təkrarlığı, çevik, mütəhərrik  səs-heca  əvəzlənmələri mətn 

daxilində gah semantik-assosiativ dərinliklər fəth edir, gah da, əksinə, 

konkret-praqmatik məqsəddən asılı olaraq mətnin dərinləşməsinin qarşısını 

alır. Bəzən bu cəhət özünü o qədər qüvvətli və bariz şəkildə büruzə verir ki, 

həmin uyarlıqda, dildə tarixən formalaşmış, sabitləşmiş  səs-məna 

avtomatizmindən, semantik motivləşmədən, formanın, sabit səslənişin dil 

şüuruna təhrikedici, fəal və aramsız təsirindən, hətta təzyiqindən danışmaq 

olar. Motivləşmiş, obraza çevrilmiş forma, səs materiyası sanki dil 

işarələrini predmet və hadisələrin ilkin reallığından çıxarır, mətn 

səviyyəsində yeni reallıqlar müstəvisinə daxil edir, bununla da bir növ 

şeylərin daxili əlaqələrinin, mahiyyətinin qavranılmasından uzaqlaşdırır, 

gerçək situasiyaya öz şərtlərini diqtə edir.  

Ən müxtəlif, bəzən tamamilə əks və ziddiyyətli mənaların, semantik 

elementlərin mətndə qarşılaşması, vahid məxrəcə gətirilməsi ilə omonim və 

çoxmənalı sözlərin, bununla da fərdi qavrayışın gerçəkliyə fərqli, müxtəlif 

proyeksiyaları baş verir. Xüsusilə qeyri-standart situasiyalarda onları 

əlverişli yalan və manipulyasiya materialına çevirir. Sanki sükunət kütləsi 

olmayan bəzi fiziki reallıqlar kimi məna kvantlarının qəfildən itməsi və 

yenidən görünməsi effekti baş verir. Bütövlükdə dil işarələrinin qeyri-

adekvatlığı, mətndə gah güclənən, gah da zəifləyən şərtiliyi, dil və yalanın 

oyun mahiyyəti bu nöqtədə birləşir. Belə semantik vakuumda, leksik 

elementlərin yayğınlığında paradoksal hal olaraq mətn bir tərəfdən daxilən 

genişlənmiş, digər tərəfdən də elementlərin qəfil qapanması ilə  həm də 

hüdudlanmış, bağlanmış olur. Əbəs deyildir ki, adətən dilin çoxmənalılıq 

və omonim morfologiyasına yaxından bələd olmayanlar, məcaz və 

idiomatikasından yaxşı baş  çıxara bilməyənlər semantik sinkretizmi dərk 

etməkdə, mətn gerçəkliyini tam və birmənalı  şəkildə üzvləndirməkdə 

səhvlərə yol verir, işarələrin qovuşması  və qarşılaşması ilə yaranan 

mürəkkəbliyi yeni, daha mürəkkəb kodun düyününü, müəmmasını 

açmaqda çətinliklərlə üzləşirlər. Qeyd etdiyimiz kimi, bir nöqtədə birləşən 

semantik sıxlıq və eyni zamanda yayğınlıq dil işarələrinin real və virtual 

gerçəkliklərə, potensial əlaqələrə müxtəlif gözlənilməz və çoxtərəfli 

transformasiyalarını üzə çıxarır. 



 

 

 



124

 Xüsusilə komik-satirik diskursda mətn semantikasının üst qatla, 

komizm və yumor substratı ilə birləşdiyi vəziyyətlərdə qeyd olunan 

yayğınlıq və çoxplanlılıq daha da güclənir, semantik qeyri-səlistlik yeni 

mühit və  səviyyəyə daxil olur. Əslində omonimliyin çoxmənalılığı  və 

omonimləşmənin çoxsəviyyəliliyi yaranır.  İkibaşlı  məna və kalambur 

texnologiyasında semantik nisbiliklər, dilin oyun-tapmaca “instinkti” 

özünün ən yüksək həddinə çatır.  

 Gözlənilməzlik effekti üzərində qurulan nitq strategiyasının səs-

məna manipulyasiyaları  təkcə komik-bədii janrda, tapmaca və  lətifələrdə 

deyil, həm də koqnitiv nəsrdə, ciddi rasional mətnlərdə publistik, kütləvi 

ictimai-siyasi diskursda populyar, hətta akademik elmi üslubda da yeri 

gəldikcə  mətni dərinləşdirmək və  əksinə, mətnin ifrat dərəcədə 

dərinləşməsini  əngəlləmək məqsədi daşıyır. Mahiyyətcə omonim 

işlənmənin müxtəlif təzahürləri olan dil-üslub hadisələri öz başlanğıcını ilk 

növbədə omonimlik və çoxmənalılıq praqmatikasından, eyni formativin 

müxtəlif, fərqli məna yükləri ilə yüklənməsi reallığından götürür.  

  Sırf spesik-milli xarakter daşıyan formalist şer mətnlərinin 

tərcüməolunmazlığını, bəzən hətta 

şərholunmazlığını daşlaşmış, 

standartlaşmış, kanonlaşmış    səs-məna komplekslərinin dərinlik 

strukturlarında axtarmaq lazımdır. 

 Deyilənlər bir daha təsdiq edir ki, omonimlik və çoxmənalılıq 

ikibaşlı  məna – fikir fiqurlarının və söz oyunlarının,  dil-tapmaca və 

məzhəkə - sualların (Scherzfragen) linqvistik əsasını  təşkil edir, onların 

maddi-substansional bazasını formalaşdırır. Sirr deyil ki, ezop üslubunda 

ikibaşlı  məna fiqurları  dərində, alt qatda olan fikirləri, gerçək mətləbi 

gizlətmək vasitəsi kimi işlənir (E.Riesel, 219-220). Semantik çatışmazlıq, 

leksik-semantik sistem daxilində onların birmənalı şəkildə aydınlaşmaması 

mətndə  həmin vasitələrin ikibaşlı, bəzən üçqat çoxluqlarda anlaşılmasına 

gətirib çıxarır. Məsələn, alman dilində “Kohl” sözü həm “kələm” 

mənasında, həm də məcazi mənada “cəfəngiyyat” (albernes Zeug, Unsinn, 

Geschwätz) anlamında işlənir (Kohl reden – cəfəng danışmaq, boş-boş 

danışmaq, çərənləmək). Bu, mahiyyət etibarilə həm də boş-boş danışmaqla, 

mətləbdən uzaqlaşmaqla vaxt qazanmaq, həqiqəti, doğrunu pərdələmək, 

real vəziyyəti yayındırmaq anlamıdır. Qəribədir ki, Azərbaycan danışıq 



 

 

 



125

dilində  mənasız, boş-boş danışan,  əlindən danışmaqdan başqa heç nə 

gəlməyən xaraktersiz, iradəsiz adamlara da “kələm” deyirlər (Məzmunsuz, 

vecsiz, “qatıq”, gəvəzə adamlar qat-qat bükülən, qaynar suya qoyulmamış 

açılmayan kələm  şəklində  təsəvvür olunur). Həmin təhqiredici, həm də 

ədalətsiz metafora danışan  şəxsin mahiyyətini, daha doğrusu, 

mahiyyətsizliyini parlaq şəkildə ortaya qoyur. Deməli, eyni səs ardıcıllığı, 

səs substansiyası ilə  həm sözün həqiqi, həm də  məcazi mənası  və ya 

mənaları  nəzərdə tutula bilər ki, bu ikilik, ambivalentlik ikibaşlı, qeyri-

dəqiq məna və anlamların  əks etdirilməsi üçün bir linqvistik motivə 

çevrilir. Bu vəziyyət obyektiv olaraq yanlış yozuma, söylənilən fikrin ikili-

müştərək şəkildə qavranılmasına, anlaşılmasına səbəb olur. (E.Riesel, 220). 

Böyük alman şairi H.Hayne məşhur “Deutschland, ein Wintermärchen” 

(“Almaniya, qış nağılı”) poemasında “Spitze” sözünün omonimliyi ilə 

başqa parlaq dil nümunələri ilə yanaşı  həm də    hazırcavablıq, tizfəhmlik 

nümunəsi göstərir, ikibaşlı  mənaların qarşılaşması, sözün işıq və 

kölgələrinin qarışması ilə aldanış hərəkəti reallaşdırır. Məsələ burasındadır 

ki, “Spitze” sözü alman dilində iki müxtəlif mənalarda – zərif naxış, hörmə, 

bir də “tiyə”, qılıncın ən ovxarlı yeri, ucluğu mənasında işlənir. Dahi şairin 

nəzərində ikibaşlı məna senzuranın işini hər şeydən artıq çətinə salır. Sözün 

gizli, şübhəli, mübhəm mənalarını sezmək və seçmək, ona qiymət vermək 

nadanların işi deyil! Bu uğurlu, fəndgir dil davranışı, ikişər, ikibaşlı, fərqli 

yozum imkanı, Ezop hiyləgərliyi sonda şairin virtual xilaskarına çevrilir. 

Hayne rişxəndlə, özünəməxsus, təkrarsız kinayə ustalığının bütün gücü ilə 

onun üstündə “kontrabanda”, qaçaqmalı axtaran Prussiya kömrükçülərinə 

gülür və onlara başa salır ki, “sizin axtardığınız qaçaqmalını, qadağan 

olunmuş kitabları, yasaq olunmuş fikirləri, ideyaları  mən çantamda yox, 

beynimdə, başımda aparıram və siz bu “yükü” tapmağa, onun 

içindəkilərdən baş açmağa qadir deyilsiniz!”. 

 Omonim konstruktivizmi ilə yaradılan semantik sıxlıq, məna 

təmərküzləşməsi mətndə bir seçilmə, aktuallaşma, yaxın işıqlandırma 

effekti kəsb edir. Bu istiqamətdəki müşahidələrimizi davam etdirsək 

görərik ki, müasir alman dilində “bewegen” feli həm “mütəəssir etmək”, 

“tərpətmək”, həm də “hərəkətə gətirmək”, “qaçırmaq” mənalarını potensial 

olaraq özündə birləşdirdiyindən ikibaşlı anlam, dil-oyun hərəkətləri üçün 


 

 

 



126

real başlanğıc hazırlayır. Mətndənkənar mənası  dəqiq və tam aydın 

olmayan bu sözün semantik bütövlüyü kontekstə yenidən qavranılır, məna 

çatışmazlığı və qeyri-müəyyənliyi konkret situasiyada aradan qalxır, həmin 

nitq-davranış kompleksi dil əsərini formalaşdırıb başa çatdırır, tamamlayır. 

Almaniyada boşboğaz, vecsiz, mənasız nitq və “natiqlik sənəti” haqqında 

XVII əsrdə yaşamış şairin omonim ellipsisinə əsaslanan belə bir miniatürü 

var: “Du hast alles Volk bewegt, wie du zu reden angefangen / Alle, die 

dich nur gehört, sind augenblicks davongegangen” (“Sən xalqı o qədər 

mütəəssir elədin / insanlara elə  təsir elədin ki, / onları elə  tərpətdin ki, / 

hamı  və  hər kəs səni eşitcək dərhal qaçmağa üz qoydu”). Cümlələrin 

elastikliyinə, fikirlərin məntiqi-semantik siqlətinə və informativliyinə, əlavə 

və  dərinləşmələrə xüsusi diqqət yetirilən jurnalist mətnlərində omonim 

vahidlərin daxili semantik sıxlığının praqmatik-üslubi potensialından geniş 

miqyasda istifadə olunmasına təsadüfi bir hal kimi baxmaq olmaz. 

Azərbaycan dilində “arxa” sözü həm “dayaq”, istinadgah mənasında (arxa 

durmaq, arxasında durmaq, müdafiə etmək), həm də əksinə, bu kömək və 

dayaqdan imtina etmək (müq.et: arxa çevirmək) mənalarında işlənir. 

Ortaqlı söz sistem daxilində semantik çatışmazlıq, yarımçıqlıq nümayiş 

etdirir, eyni işarəyə iki müxtəlif mənaların daxil olması labüd olaraq qeyri-

səlisliyi artırır. Azərbaycan qəzetlərinin birində bir dəfə belə bir ikibaşlı 

informasiyaya, eyni zamanda həm müsbət, həm də  mənfi  şərhə, 

interpretasiyaya yol açan bir replika-cülməyə rast gəldim: “Bəli, xalq 

növbəti dəfə onları yaxşı tanıdı, onlara arxa çevirdi”. “Elin gözü tərəzidir”, 

“Camaat yaxşını pisdən ayırmağı bacarır” söyləmlərində  də omonimlik 

düşüncəsindən çox polisemantika və eyniliyin aldanışına varan bir anlam 

aktı gerçəkləşir.  

 Xalq yaradıcılığı nümunələrində, lətifələrdə, tapmacalarda, zarafat-

suallarda sözün ikibaşlı linqvistik şərhindən, eyni formativ daxilində 

müxtəlif mənaların qarşılaşmasından geniş istifadə olunmaqdadır. Müxtəlif 

mənaların potensial qarşılaşması ilə yaranan anlaşılmazlıq, çoxmənalılıq və 

omonim oyunu bir praqmatik yönəlişlik, üslub vasitəsi kimi qərarlaşır. 

Molla Nəsrəddin lətifələri, almanların  əhvalat qəhramanı Oylenşpigelin 

macəra süjetləri bunun gözəl nümunələridir.  Ovçu Pirim və Münxhauzen 

kimi  şirin-yalan qəhrəmanlarının nağıl-əhvalat macəraçılığı, baməzə söz 


 

 

 



127

sevdası da öz mənbəini xalqın maddiləşmiş ruhundan – rəngarəng söz 

xəzinəsindən götürür. Bütün xalqların folklor və yazılı  ədəbiyyat 

nümunələrində dil-üslub müdrikliyi örnəkləri yaşayır, hər bir xalqın həyat 

təcrübəsinin, zehniyyətinin, ruhi-mənəvi dünyasının əks-sədası, mirası kimi 

nəsildən-nəslə ötürülür. Bu cəhəti nəzərə aldıqda inamla söyləmək olar ki, 

hər bir dilin dərinlik semantikası ümumən dərinlik psixologiyasının üzvi 

tərkib hissəsini təşkil edir, daha doğrusu, onunla fəal və davamlı  şəkildə 

tənzim olunaraq müvafiq, uyar dil kodları ilə reallaşıb dərk olunur.  

 Müşahidələrə  əsasən demək olar ki, hətta satirik-polemik elmi 

nəsrdə sözlərin çoxmənalılıq və omonim düyünləri qəfil qarşıya çıxır. Fərq 

burasındadır, onlar anlaşılmazlığa, fikrin, əsl mətləbin dolaşdırılmasına 

deyil,  əksinə, qabarıq ifadə olunmasına, nəzərə çarpdırılmasına xidmət 

göstərir. Nahaq deyil ki, rəsmi-işgüzar üslubda, dövlət və  dəftərxana 

sənədlərində, ciddi diplomatik çıxış  və yazışmalarda ikibaşlı  məna və dil 

oyunları tamamilə istisna olunur. Həmin üslubların funksional 

özünəməxsusluğu, operativ, birmənalı, soyuq anlam və  dərketmə  tələbi 

natamam, ikibaşlı ifadə vasitələrindən deyil, şəffaf dil işarələrindən istifadə 

olunmasını qaçılmaz edir. Bədii əsərlərdə, xüsusilə formal-texniki şerdə isə 

vəziyyət tamamilə başqa cürdür. Bəzən bir folklor nümunəsini, tapmacanı, 

lətifəni, qıfılbəndi, təcnis və yanıltmacı, dodaqdəyməzi tərcümə etmək, 

məsələn, qalın-qalın romanların tərcüməsindən qat-qat çətin olur. Çünki 

belə mətnlərdə forma tamamilə məzmuna çevrilmiş və məzmun bütünlüklə 

formaya hopmuş olur, ənənəvi anlamda forma-məzmun qarşılaşması silinib 

gedir.  

 Müasir dövrün ən operativ, qanadlı yumor janrı olan lətifələrdə, 

xüsusilə siyasi lətifələrdə tipik situasiyaların, sərrast adlandırmaların 

maksimal dərəcədə qütbləşməsi, qarşılaşma və  məsafələşməsi mühüm 

üslub fəndi, ünsiyyət strategiyası kimi diqqəti cəlb edir. 

 ADR dövründə yaranmış  məşhur bir alman lətifəsində deyilir: Üç 

dost – donuz, toyuq və it təbliğata aldanaraq Sovet İttifaqından sığınacaq 

alıb orada yaşamaq istəyirlər. Çox keçmir ki, icazə verilir və onlar 

Almaniyada “ilk sosialist dövlətindən” “dünyada ilk sosialist ölkəsinə” 

gəlirlər. Heç bir ay keçməmiş donuz kor-peşman geriyə - Almaniyaya 

qayıdır. Dostları onu əhatəyə alıb hal-əhval tutur, niyə belə tez gəldiyini 


 

 

 



128

soruşurlar. Donuz deyir: “Bilirsinizmi, əslində ölkə pis ölkə deyil. Amma 

orada bircə dənə nəhəng tövlə və bir böyük axur var. Səhər tezdən bir kişi 

gəlib yemi o axura tökür və çıxıb gedir. Güclülər hamını itələyib irəli keçir, 

istədikləri qədər yeyir, zəiflər isə ac qalırlar. Onlara qalan üst-başlarının 

bulanması olur. Mən də buna dözməyib geri qayıtdım”. Üç aydan sonra 

toyuq da geri qayıdır. Dostları ondan da niyə geri döndüyünü, o “gözəl 

ölkədə” qalmamasının səbəbini soruşurlar. Toyuq deyir: “Bilirsiniz, orada 

tezdən hərəyə bir arpa dəni verirlər və axşama iki yumurta yumurtlamağı 

tələb edirlər. Buna tablaşmayıb geri qayıtdım”. Üç il keçir, lakin it qayıdıb 

gəlmir. Dostları fikirləşir ki, yəqin hər yerdə olduğu kimi orada da itlərin işi 

yaxşı gedir və bu it də həmişəlik orada qalacaq. Lakin xeyli keçəndən sonra 

it də  gəlib çıxır. Ondan niyə gec gəldiyini, vəziyyətini soruşduqda allahın 

heyvanı başını bulaya-bulaya deyir: “Moskvaya çatan kimi üç dəfə hürdüm. 

Dərhal məni tutub üç il iş verdilər”.  Əlbəttə, yüksələn üzvlənmə  əsasında 

qurulan, get-gedə energetik güc kəsb edən bu dinamik mətndə söhbət ilk 

növbədə polisemiyadan, sözlərin müxtəlif işlənmə məqamlarından, onların 

qarşılaşması, intensiv əvəzlənmələrindən gedir. Lakin polisemiyanın 

içəridən dağılması, söz mənalarının bir-birindən getdikcə daha çox 

uzaqlaşması  və müstəqilləşməsi çoxmənalılığın sərhədlərinin daralmasına, 

situativ-praqmatik omonimliyin aktuallaşmasına, yeni səviyyəyə keçməsinə 

gətirib çıxarır. Məlumdur ki, linqvistikanın mühüm vəzifələrindən biri də 

semantik-koqnitiv diaqnostikadan ibarətdir. Son dövrlərin hadisələri, yalan 

və  mədhiyyətçiliyin, bununla da “şən mövcudluğun”, asan yaşam tərzinin 

cəlbediciliyi onu deməyə əsas verir ki, yalan və  mədhiyyə həvəskarlarının 

yorulmaz “xidmətləri” sayəsində, məsələn, “danışmaq”, daha doğrusu, 

danışıb vəzifə almaq əvəzinə, “hürmək” sözü surətlə çoxmənalılıqdan 

omonimliyə, gerçək semantikanın hüdudlarına doğru inkişaf etməkdədir. 

Yazıqlar olsun ki, dilin ekologiyasını qorumaq hələlik çarəsiz, müşgül, 

başlıcası  və  ən pisi isə  sərfəli olmayan bir vəzifə kimi  görünür. Mənfi, 

neyorativ söz və  əməllərin meliorasiyası  çətin gedir, əksinə, praqmatik, 

utilitar qavrama intensivləşdikcə onlar getdikcə daha çox mənfi enerji ilə 

yüklənirlər. Əxlaqın ekologiyası problemi getdikcə bütün kəskinliyi ilə üzə 

çıxır. Bu yaxınlarda məşhur professoru içəri buraxmayan komendantın  ən 

təhqiredici, rüsvayçı sözü necə ustalıqla sosiallaşdırdığı, “saflaşdırdığı” 


 

 

 



129

yadıma düşür. “Qardaş, nə deyirsən, rektor tapşırıb ki, buraxma, mən də 

buraxmıram... Hə, lap yaltaqlanıram, rektor sən ol, sənə yaltaqlanım!”. 

Görünür, gələcəkdə kommunikativ dilçiliyin, praqmatika və 

koqnitivistikanın mühüm vəzifələrindən biri də üslubi proqnozlar 

verməkdən ibarət olacaq. Sosial-iqtisadi, eləcə  də psixoloji amillər təkcə 

insanlara deyil, dilə də istədiyi kimi ömr etməyə, öz axarı ilə getməyə, təbii 

qanunları ilə yaşamağa və  nəhayət arxayınca ölməyə mane olur. 

Düşünürəm ki, belə getsə, başqa islahatlarla bahəm həddini aşmış, özünü 

doyurmuş insan təbiətində  də  əslində mümkün olmayan islahatlar 

aparılmasa, mənfur “yaltaqlanmaq” anlayışı  və yaltaqlanmaq sözü də öz 

omonim hüdudunu formalaşdıracaq.  Məsələn, belə: yaltaqlanmaq I –  

kiməsə yaranmaq, quyruq bulamaq; yaltaqlanmaq II – vəzifə borcunu 

yerinə yetirmək; yaltaqlanmaq III – mədəni davranmaq, müvafiq 

situasiyada öz etik borcunu yerinə yetirmək. Bu bağlamda gələcəyin, daha 

doğrusu, gələcəyi olmayan insanın  ən böyük vəzifə borclarından biri də 

sözün, mənaların ləyaqətini qorumaq olacaq. Düşünürəm ki, gələcəkdə 

həqiqətin və  həqiqi sözün zamanı  gəlsə və bir qədər sonra yenə  də əməli, 

zəhməti ilə deyil, sözü ilə başını dolandıran insanların sayı çoxalsa, 

başlıcası onların bəzilərinin indiki kimi cənnət-cəhənnəm və ya “fəxri 

xiyaban” nigarançılıqları olsa, yəqin ki, ən dindar xəfiyyələrin, 

diplomatların, xəyanət və qeybət qəhrəmanlarının, dildənzirək mədhiyyəçi 

şairlərin belə yalançı sözün günahlarından qurtarmaq canfəşanlığının xeyri 

olmayacaq! 

 Azərbaycanlılarda da o vaxtkı demokratik almanların lətifələrinə 

bənzər orijinal söz macəraları, dil pritçaları, silsilə  və maraqlı hadisələr 

doğuran söz-oyun süjetləri var. Bir dəfə müdir telefonla danışarkən evdən 

ona “uşağın oturması” xəbərini verirlər. Bunu eşidən işçilər müdirin 

oğlunun həbs edildiyini, qazamata düşdüyünü zənn edir. Və  təbii ki, 

azərbaycansayağı sevinirlər. Bu əhvalat məşhur “qızın iki adaxlısı var!” 

xəbəri kimi ildırım sürəti ilə zavoda yayılır. Hətta buna görə müdirə 

canıyananlıq edənlər, kömək etmək istəyənlər də tapılır. Lakin az 

keçməmiş  məlum olur ki, söhbət müdirin balaca nəvəsinin oturmasından 

gedirmiş. Bu lətifənin “oturmaq” sözünün semantikası ilə formalaşan daha 

maraqlı bir variantı da var.  


 

 

 



130

 Ayrı-ayrı sözlərin, söz birləşmələrinin həqiqi və  məcazi 

mənalarının qarşılaşdırılması  hər hansı bir dilin aldanış  və oyunlar 

sistemini zənginləşdirən  əsas mənbələrdən birini təşkil edir. “QAİ  işçisi 

gün  ərzində 147 maşını saxladı, amma öz nəfsini saxlaya bilmədi” 

(Qəzetlərdən). “Maşını saxlamaq” və “nəfsini saxlamaq” birləşmələri, 

habelə “gül əkmək” və “gülü əkmək” tipli əks-müqabillər mətndə  təkcə 

gülüş və yumor yaratmır, həm də həssas qavrayış və dil duyumundan və dil 

formasının, linqvistik reallığın yaradıcı, təlqinedici gücündən xəbər verir. 

“Yaxşı yol” deyirsən, vaxtında yaxşı yolmağı bacarsaydım, mən də böyük 

adam olmuşdum”. Bu qəbildən olan amfiboliya modelləri, söz-məna 

oyunları tez-tez yalanın, manipulyativ dil hərəkətlərinin xidmətinə verilir, 

eyni zamanda geniş  mətndə fikrin hərəkətində  də dönüş  və  dəyişmələrə, 

qəfil ləngimə  və anlaşılmazlıqlara səbəb olur. Bu da təsadüfi deyil, çünki 

yalanla yumor, fikri, ideyanı dumanlandırmaq, gizlətmək və ya zəiflətmək, 

yumşaltmaq və  əksinə, daha da nəzərə çarpdırmaq, qabartmaq taktikası 

arasında üzvi bir əlaqə mövcuddur. “Sözün düzünü zarafatla deyərlər” 

söyləmi yumorun ünsiyyət praqmatikasından, zahirən yumşaldıcı, 

barışdırıcı, birləşdirici gücündən, daha doğrusu, sözün düzünün yalanından 

xəbər verir. Lakin bu həmişə belə olmur, daha dəqiq desək, yalnız ilk 

baxışda belə görünür, yumor, kinayə yarası söz yarasının  ən çox dərinə 

işləyən və heç vaxt qaysaq bağlamayan, unudulmayan yarasıdır! “Qılınc 

yarası sağalar, dil yarası sağalmaz!” Xalq fəlsəfəsi də, daha doğrusu, xalqın 

tükənməyən dil fəlsəfəsi də belə deyir. 

Mənə qalsa yumor, zarafat və kinayə sözün, dilin praqmatikasının 

yalnız aşağıya daha dərinliklərə  işləyən registridir və onda daha artıq 

sıxılmış, uyudulmuş, sonradan qəfil açılacaq yay potensiyası var. Kim buna 

inanmırsa, ixtiyar sahibinə,  əsl ixtiyar və pay sahibinə ötkəm, həqiqi 

yumorla, zarafatla cavab versin! O bunu ən acı həqiqət, adi adamın onunla 

zarafat etməyə  cəsarət etmək həqiqəti kimi qavrayacaq və bu dikbaş, 

düşünülməmiş, sonadək qavranılmamş nitq davranışı  ən acı, düzünə, 

birbaşa deyilmiş  həqiqətdən daha acı  və öldürücü səslənəcək, təsir 

göstərəcək. Situasiyanın psixologiyası belədir ki, danışan zarafat və 

yumorla, baməzə, açıq söhbətlərlə qarşı  tərəfi və ya tərəfləri öz fərdi 

sferasına daxil etməyə  cəhd göstərir, onu sanki özü ilə  bərabələşdirir. 


 

 

 



131

Deyilənə görə ağlı başında olan sovet rəhbərləri içərisində M.Suslovun çox 

xoşlamadığı  şeylərdən biri də yumor, zarafat imiş. O vaxtlar təbii ki, 

Zadornov kimi böyük yumor ustaları, yumor filosofları yox idi və yetişə də 

bilməzdi (Belə olsaydı, cəmiyyətdə xeyli durulma, saflaşma gedərdi). 

Görünür, kommunist ideologiyasının patriarxı, “ideoloji katib” çox gözəl 

bilirmiş ki, real gerçəkliyə, sağlam məntiq və düşüncəyə  əsaslanmayan 

mifik kommunist cənnəti, amorf ictimai mülkiyyət ideyası adi, sağlam 

yumorun bir həqiqətinə  də cavab verməyə qadir deyildi. Daha doğrusu, 

onun xəfif bir həmləsinə  də tab gətirə bilməzdi. Heç kəs  şübhə etməz ki, 

həm yumorda, istər ciddi-intellektual, istərsə də şən, şux yumor olsun, həm 

də kinayədə daxilə, içəriyə tuşlanmış bir təhdid, aqressiya var. Hər ikisində 

fikri, mətni dərinləşdirmək, gerçək, real əlaqə və təsəvvürləri müvəqqəti də 

olsa, pozmaq, alt-üst etmək, dağıtmaq gücü yaşayır ki, bu da bir çox 

hallarda dilin dərinlik semantikasından, dil işarələrinin ideal vəziyyətinin, 

şərti-nisbi şəffaflığının  pozulmasıdan irəli gəlir.  

 Müxtəlif dünya dillərində - davranış – ünsiyyət paradiqmalarında 

həqiqi və  məcazi, denotativ və konnotativ mənaların, yaxud oxşar 

assosiasiya doğuran başqa bir sözün qarşılaşdırılması, onların eyni mətndə, 

yaxın və ya nisbətən uzaq məsafələrdə lokalizasiyası, yeniləşdirilməsi 

ümumi bir qanunauyğunluq, praqmatik universallıq kimi özünü göstərir. 

Anarın “Beşmərtəbəli evin altıncı  mərtəbəsi”  əsərində belə bir yer var. 

Artıq öləcəyini dəqiq bilən Təhminə Zaurdan soruşur: “Yəqin ki, bu bizim 

axırıncı yayımızdır, eləmi?” Zaur cavab verir: “Daha bundan sonra nə yay, 

nə çimərlik, artıq havalar soyuyub...”. Təhminə “axırıncı yay” deyəndə 

ömrün bitdiyini, sona yetdiyini, Zaur isə sadəcə olaraq çimərlik 

mövsümünün sona çatdığını nəzərdə tutur. Belə anlam və fikir çoxluqlarına 

aid nümunələrin sayını istənilən qədər artırmaq olar. Təkcə bunu əlavə edək 

ki, məna-fikir çoxluqları semantik oxşarlıqlar çərçivəsində çoxmənalılığa, 

yayılan məna fərqlənmələri bünövrəsində isə omonimliyə meyl edir, onlar 

arasındakı çoxtərəfli keçid və tərəddüd vəziyyətini əks etdirir. 

  İkibaşlı  məna daşıyıcıları  mətndə qarşılaşan semantik qütblərdən 

birini neytrallaşdırmaq, bunun hesabına digər məna qütbünü qənşər 

mövqeyə  gətirmək, sözlərim məfhumi və  məntiqi-əşyavi mənası  və 

müxtəlif konnotasiyaları  (əlavə  mənaları) ilə  fəal manevr etmək 


 

 

 



132

praqmatikasından doğur. 2003-cü ilin prezident seçkilərində müxalifət və 

iqtidara işlədiyi bəlli olmayan o vaxtkı  qəzetlərin yazdığına görə  səslərin 

saxtalaşdırılmasında ad çıxarmış MSK üzvlərindən biri səslərin 

saxtalaşdırılması ilə bağlı ona ünvanlanan ittihamlara cavab olaraq dedi: 

“Təzyiq göstərməklə  məni tutduğum yoldan çəkindirə bilməzlər” 

(“Hürriyyət”). “Tutduğum yol” ifadəsi iki bir-birinə zidd mənada 

anlaşıldığından yalana yol açır: 1) tutduğum düz yoldan, doğru yoldan 

dönməyəcəyəm, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün 

əlimdən gələni edəcəyəm; 2) saxtalaşdırmağa rəvac verməklə, kömək 

göstərməklə Azərbaycanda demokratik seçkilərin keçirilməsinə mane 

olmaqda, hansısa qüvvələrə yardım götərməkdə davam edəcəyəm. Bu 

variantlardan hansının nəzəzərdə tutulduğu, siyasi həqiqət və yalanlaradan 

hansının dilə  gətirildiyi konkret şəkildə  bəlli olmur, sözün, cümlənin 

semantik natamamlığı  mətndə  də qalır, tamam aradan qalxmır. Bəlli olan 

yalnız odur ki, həm iqtidar, həm də müxalifət düşərgəsində  şübhə ilə 

qarşılanan, işlədiyi dövrdə mahir bir dilçi-statist kimi yetişən, dil 

həqiqətlərini əsl, gerçək həqiqətlər kimi təqdim etməyi öyrənən MSK üzvü 

bunun ardınca dedi: “Azərbaycan ictimaiyyəti məni gözəl tanıyır” (?). 

Burada “gözəl” sözünün yayılanlığı tamamilə nəzarətdən çıxır, dillə tənzim 

oluna bilmir. Gürcüstan – Osetiya münaqişəsini qızışdırmaqda ad çıxarmış 

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin “Rusiya konfliktin həll 

olunmasında  əlindən gələni edir” sözləri də müasir siyasətçilərin dilində 

tez-tez təkrar olunan cümlə-fikir aldanışının bariz, həm də  məkrli 

nümunələrindən biridir. Məlumdur ki, konfliktin həll olunmasını  hərə bir 

cür – öz ağlına və mənafeyinə uyğun şəkildə qavrayır.  

 Dil istifadəçisinin dünya biliklərindən, nitqin yönəldiyi şəxsə və ya 

obyektə subyektiv - hissi münasibətindən, ümumi təəssürat və 

dünyagörüşündən asılı olaraq bütün dil səviyyələrindəki oxşar və eyni 

adlandırmalar  ən müxtəlif  şərh, mülahizə  və  təxminlərə yol açır. Dil 

işarəsinin şəffaflığının pozulması fərqli anlam və versiyaların yaranmasına 

imkan verir.   

Dövlət başçısı ... özünün sağlam və enerjili olduğunu, 

yerini kiməsə  tərk etməyə hazırlaşmadığını açıqca söylədi. 

Qarabağ məsələsində ümidli olduğunu dedi. Baxmayaraq ki, 


 

 

 



133

mövzu üzrə bütün danışıqları ümidsizlik qoxuyurdu. “Ümidli 

olmasaydım, bu vəzifədə bircə gün də qalmazdım, çıxıb 

gedərdim” ifadəsi də dövlət başçısınındır. 

Onun başqa bir sözü də oldu: Dağlıq Qarabağ məsələsi 

mənim həyatımın mənasıdır! (Qəzetlərdən) 

 Münaqişənin meydana çıxması, onun nəticələrinin aradan 

qaldırılması yolunda mübarizədəki uğurlar və  uğursuzluqlar, bəzən 

anlaşılmaz, sülh danışıqlarının gedişində Azərbaycan tərəfinə  təqdim 

olunan təhqiramiz, təslimçi sülh şərtləri, Dağlıq Qarabağın  şimal 

rayonlarında digər bir müstəqil respublikanın yarana biləcəyi haqqında 

şayələr Sovet hakimiyyəti illərində  mərkəzi hökumət tərəfidən ermənilərə 

edilən, bəzən  əsaslandırılmamış  və ya dərk olunmamış, qarşısıalınmaz 

güzəştlər “Qarabağ  mənim həyatımın mənasıdır” söyləmini çoxmənalı, 

çoxqütblü ifadə  şəklinə  və manipulyativ dil davranışı faktına çevirir. 

Konkret fikrin təhrif olunması da daxil olmaqla, əks alternativ mövqe və 

münasibətlərin ortaya çıxmasına  şərait yaradır. Hər  şey ondan asılıdır ki, 

cümləni mətndən çıxarıb və ya saysız-hesabsız potensial alternativ mətnlərə 

daxil edib, onu necə şərh edirsən. Və söyləmi necə qavramaq istəyirsən. Dil 

işarələri həqiqətləri necə təxmini və yayğın ifadə edirsə, onları o dərəcədə 

və daha artıq birmənalı, adekvat dərketmədən uzaqlaşdırır, ya da 

ümumiyyətlə Konkret heç nə ifadə etmir, adlandırmadan, qeydləşmədən 

tamam yayındırır. 

 Xüsusi adların “omonimliyi”, səs-obraz görüntüsünün oxşarlığı, 

eyni adın ən müxtəlifxarakterli, ictimai mövqeli adamlara verilməsi həmin 

adla bağlı qeyri-dəqiq, aldadıcı informasiyaların yaranması üçün linqvistik 

əsas hazırlayır. Deyilənə görə yaşı  səksəni ötmüş Çin diktatoru Maonun 

səhhəti haqqındakı  məlumatlar xəstəxanada eyni vaxtda onunla birlikdə 

müalicə olunan adaşının və ya soyadaşının sağlıq durumu haqqındakı 

məlumatlarla dəyişdirilərmiş. Mao Maodur – nə fərqi var – yalan danışan 

yoxdur ki! Bu yolla ölüm yatağında olan qoca diktatorun səhhəti 

haqqındakı həqiqəti uzun müddət gizlətmək mümkün olmuşdu. Qəzetlərdən 

birində çap olunmuş “Andreas Gross Əliyevi biabır edib” başlıqlı 

informasiyası öz “düşünülmüş stilistikası” ilə diqqəti cəlb edir. Sonra 

məlum oldu ki, söhbət hamının diqqət mərkəzində olan şəxsdən, dövlət 


 

 

 



134

başçısından deyil, eyni familiyalı millət vəkilindən gedirmiş. Belə  tərs 

adlandırmaların təhlükəsi, psixoloji dayanıqlığı ondadır ki, hələ tam 

qavranılmamış, dürüst anlaşılmamış, sonadək dərk olunmamış söz öz 

zəhərli təsirini göstərir, ilk növbədə aktual yaddaşı silkələməklə yanlış, 

dolaşıq fikirlərə, istiqmətləndirilmiş  həqiqətlərə  rəvac verir. O vaxtlar 

iqtisadiyyat nazirinin fəaliyyətdən uzaqlaşdırılması da bir sıra müxalifət 

qəzetlərində  “Əliyev istefaya gedir” kimi omonim sintaksisilə ifadə 

olunmuşdu.  İndi başa düşürəm ki, Sovet dövründə “Brejnev” soyadlı 

istedadlı xokkeyçi nəyə görə meydançaya buraxılmırdı  və  nə  səbəbdən 

sonradan idmandan tamamilə uzaqlaşdırıldı. Tükü tükdən seçən sovet 

senzurası, sovet təbliğatı belə psixoloji motivləşmə və aidetmənin xətasına 

bələd idi və postunda ayıq-sayıq dayanmışdı. Necə deyəsən ki: “Брежнев 

применяет  силовой  прием”, yaxud: “Brejnev kimisə borta sıxışdırır, 

əlverişli vəziyyətdən istifadə edə bilmir”. Ən dəhşətlisi: “Hakim Brejnevi 

meydançadan qovur” (?).  

 Bütün dillərdə və xalqlarda şəxs adlarının, xüsusi isimlərin bir çox 

hallarda ümumi isimlərdən törəməsi, deməli, həm də etimoloji cəhətdən 

ümumilik, formal müştərəklik mənası onları geniş  və möhkəm  əsaslara 

bağlamaqla həm də aldanış-oyun və dil müəmmaları üçün münbit zəmin 

hazırlayır. Azərbaycanda “Adı da Ceyrandır, özü də Ceyran”, “Aslan ki 

Aslan”, “Ağzında bəbir deyirsən”, “Qızılgül ki Qızılgül”, habelə “Bəy 

dediyin nədir, bəyənmədiyin nədir” kimi birbaşa səs-söz qavrayışına və 

təkrarlığına, metafora, müqayisə aludəçiliyinə  əsaslanan çoxlu deyimlər 

var. Yuxarıdakı söyləmlərin hər birində  şübhəsiz ki, müəyyən yalan və 

mübaliğə istisna deyil. Mahnıların birində deyilir ki: “Ay sevənlər, tez gəlin 

/ Qoymayın güllər solsun / Bənövşə  bənövşənin, nərgiz nərgizin olsun!” 

Belə deyimlərdə sözün əşyalaşması və əşyanın bütünlüklə sözə çevrilməsi, 

əşya və söz qavrayışının transformasiyası var. Bütün dillərdə müsbət, 

pozitiv inikasla bağlı birbaşa bitki-insan adı  və zoologizm – xüsusi ad 

paralelliyi, fauna, flora və antroponimika mikrosahələrinin çoxtərəfli 

müqayisə  və tanınma – identifikasiya uyarlıqları, simmetrik qavrayış  və 

dərketmə elementləri mövcuddur. Bütövlükdə canlı və cansızlıq sahələrinin 

assosiativ  əlaqələri də buraya əlavə olunur. Belə  vəziyyətlərdə dilin 

metaforikliyi təfəkkürün metaforikliyini tamamlamış olur. Hər konkret 


 

 

 



135

vəziyyətdə, insanların həyat təcrübəsi, aktiv psixi fəaliyyəti, psixoloji 

yönəlişliyi vahid perseptiv akt kimi gerçəklik tapır. Almanlarda Krebs 

(xərçəng), Saphir (yaqut), klein (balaca), Zweig (budaq), Löw(e) (şir), Wolf 

(canavar), Fuchs (tülkü), Strauß (dəvəquşu), Bach (dağ çayı) və s. kimi 

mahiyyətcə omonim dil işarələri həm ümumi, həm də xüsusi ad kimi 

işlənməkdədir. Bethoven məşhur bəstəkar Bax haqqında deyir: “Nicht 

Bach, nein, Meer sollte er heißen!” (Yox, o Bax yox, nəhəng bir dənizdir). 

“Bach” almanca “dağ çayı” deməkdir. Rus dilindəki Medvedyev, Zaytsev, 

Vorobyov, Volkov və s. bir çox, açıq-aşkar mənfi, neyorativ çalarlıqlı 

antroponimlər – insan adları və soyadlar bu qəbildəndir. Həmin adların hər 

bir xalqın zehniyyətinin, tarixinin, psixologiyasının, etik və estetik 

baxışlarının, dünyagörüşünün, bütövlükdə  mədəniyyətin tərkib hissəsidir. 

Məsələn, deyilənə görə ruslardakı ifrat mənfi çalarlıqlı insan ad və 

soyadları türk-monqol əsarətinin (və himayəsinin!) izlərini özündə saxlayır. 

Yerli xalqa nifrət bəsləyən fatehlər belə düşünürmüşlər ki, məğlublar, 

ayaqda sürünənlər insan deyil, onları heyvan adları ilə çağırmaq lazımdır: 

Медведь  (Медведьев),  заец  (Зайцев),  воробей  (Ворабьев) və s. (Onlar 

nə biləydi ki, belə adı-soyadı olanlar arasında hətta prezident olanlar 

tapılacaq və sonra onalra qan udduracaq). Ruslarda hətta “негодяй” 

(Негодяев) və bundan da betər adlar var. Məsələ burasındadır ki, konkret 

ünsiyyət paradiqmasında neqativ, aşırı  mənfi ad və adlandırmaların hər 

birindən yalançı, uydurma semantika kimi sui-istifadə etmək olar və 

istifadə edilir də. “Ceyranla insanın (Ceyranovla İnsanovun) mübarizəsində 

əlbəttə ki, İnsanov qalib gəldi” cümləsi bir vaxtlar Azərbaycan qəzetlərinin 

səhifələrini “bəzəyirdi”. “Bir adamın ki, adı Zaytsev ola, daha ondan nə 

qəhramanlıq gözləyirsən”, “Onun adını Verdiyev yox, Aldıyev qoysalar 

daha yaxşı olar” və s. Misallardan da göründüyü kimi, insanların  əzəli 

həvəslərindən olan tutuşdurma, qarşılaşdırma duyğusu söyləmin praqmatik 

təsirini qat-qat artırır.   

 Müxtəlif və  ən müxtəlif  şeyləri eyni cür adlandırmanın fəsadları 

bunlarla bitmir. Təkrar adlandırmaların, məxsusi adların paraleliyinin 

yarada biləcəyi dolaşıqlığı, anlaşılmazlıq və yanılmaları, bütövlükdə 

ünsiyyət xaosunu aradan qaldırmaq üçün bütün dillərdə müəyyən müdafiə 

mexanizmləri, linqvistik terapiya üsulları da mövcuddur. Bunlardan biri də 


 

 

 



136

ləqəblərdən, titul və ayamalardan, koloritli, təyinedici sifətlərdən istifadə 

olunmasıdır. Məsələn, bir-biri ilə  sıx bağlarla bağlanmış ünsiyyət 

kollektivində bir neçə “Kamran” adlı adam olanda onlardan biri Doktor 

Kamran, biri və  ən məşhuru Oğru Kamran, biri Milis Kamran, o biri 

Karsala Kamran, biri gaz Kamran deyə çağırılır. Beləcə Qotur Qarsalan, 

Dılqır Dadaş, Qılınc Qurban, Raypo Rəsul və s. kimi həm tanınma, həm də 

xarakteroloji fərd nominasiyaları meydana gəlir. Xüsusi adların ilkin-

etilmoloji mənalarla qarşılaşdırılması, qarışması, bir tərkibdə 

birləşdirilməsi ilk növbədə yaddaşa-yaddaqalarlığa hesablanır, hökmü, 

söyləmi səs motivliyi hesabına daxilən dinamikləşdirməyə, inam və 

etimadın, yaxınlıq, mərhəmlik ovqatının yaranmasına xidmət edir. 

Azərbaycanda parlament seçkiləri  ərəfəsində dil-üslub və yaddaş 

avtomatizmindən siyasi və dövlət xadimləri, deputatlığa namizəd, onların 

vəkilləri, təbliğat-reklam məqsədi ilə necə  rəngarəng politra və 

tonallıqlarda istifadə olunması  yəqin ki, çoxlarının xatirindədir. Müxtəlif 

partiyalar və  şəxslər arasında gedən həmin tarixi yalan yarışması özünün 

bütün mənfi çalarları, bəzən qeyri-əxlaqi, qeyri-etik məzmunu ilə  bərabər 

uzun illər durğunluq dövrü keçirən dilimizi, xüsusilə ictimai-siyasi diskursu 

yeni eksperementlərlə  zənginləşdirdi. O dövrün dil həqiqətləri və 

eksistensial yalanlarından bəzi yarpaqlar:  

Etibar – ən etibarlı namizəd! 

Kamalı seçin, kamallı adamları seçin. 

Ülvi ilə ülvi gələcəyə. 

Qüdrətlə qüdrətli gələcəyə səs verək. 

Ədaləti seçin, ədalətli cəmiyyətdə yaşayın! 

Arifi seçin, arifləri seçin! 

Aydını seçin, aydınlığa çıxın! 

Vüqarı seçin, vüqarlı olun! 

 “Almalıdan al, razı qal!” kimi təkliflər də mahiyyət etibarilə dil-

yaddaş avtomatizminə söykənir. 

 Eyni və oxşar forma-məzmun qarşılaşmaları ilə aldanış  və oyun 

manevrləri deyilənlərlə  məhdudlaşmır. Yadımdadır ki, varlı  və  yəqin ki, 

həm də  fərasətli bir iş adamı bir “Heydər bulağı” tikdirmişdi və öyünə-

öyünə deyirdi ki: “Bulağın adını Heydər bulağı qoydum. Mənim atamın da 


 

 

 



137

adı Heydərdir, kim biləcək bulaq mənim atamın adınadır, yoxsa Heydər 

babanın adına?! Həm ziyarət, həm ticarət!” Bu da Azərbaycanda dil 

kriminallığına aid bir nümunə! Pulun psixologiyasına aldanıb sözün 

praqmatikasından bixəbər olan bu sahibkar nə biləydi ki, Azərbaycanda 

“Heydər” adlı bütün şəxslər və  “Əliyev” familyalı bütün adamlar ilk 

növbədə və hər şeydən əvvəl “Heydər Əliyev” adını yada salır və məhz bu 

ad və miqyasla da dərk olunur. Bu gün də belədir və hələ uzun müddət də 

belə olacaq. Beləliklə, dil təkcə adlandırmır, həm də  səciyyələndirir, 

qiymətləndirir, alternativləri seçir. Buradan dilin insanın sosial həyatının, 

mövcudluq qayğıları  və psixologiyasının öyrənilməsində  əvəzsiz rolu bir 

daha aydın olur.  

 “Bu allı-güllü Çin yorğanlarında sizin yuxularınız da çin olacaq” 

tipli reklamlarda, orijinal səs-məna formatında da bir aldanış-oyun 

sadəlövhlüyü üstün linqvistik qiymət həddi anlayışı yaşayır. Ümumiyyətlə, 

sinxron planda tipik, standartlaşmış omonim aldanışlarına düşünülmüş 

sonadək dərk olunmuş  strateqiyadan çox dilin biolojisi, mexanikası kimi 

yanaşmaq daha doğru olar. Müxtəlif və  ən müxtəlif  şeylərin tam eyni və 

bənzər səs formatında təqdim edilməsində dilin inkişafının lokomotivi, 

aparıcı qüvvəsi olan qarşılaşma və keçmə mexanizmlərinin, ümumən 

dərketmənin dramaturgiyası yaşayır. Hər bir dilin, ünsiyyət sisteminin öz 

səs-məna uyğunluqları, qavrayışı tipolojisi, dərketmə,  əlaqələndirmə  və 

daxiletmə hüdudları mövcud olur. Lakin belə bir ümumi-universal 

qanunauyğunluq da şəksizdir ki, dil forması ilkin halda ifadə etdiyi gerçək 

həqiqətlərin sərhədlərindən kənara çıxmağa və dil işarələrinin müxtəlif 

əlaqə və təmasları ilə, daha doğrusu, təkrar adlandırmalarla öz həqiqətlərini 

reallaşdırmağa, diktə etməyə can atır. Buna görə də dildə polisemantikanın, 

omonim, omonim hadisələri və omonim işlənmələrin forma və  məzmun 

ətalətinin hədlərini düzgün təyin etmədən onların funksional-semantik 

imkanlarını müəyyənləşdirmək qeyri-mümkündür.  

Növbəti fəsildə siyası diskursda omonim işlənmələrin praqmatikası 

nəzərdən keçirilir. 

 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin