Anatomiyanın əhəmiyyəti. Öyrənmə metodları



Yüklə 63.17 Kb.
tarix19.12.2016
ölçüsü63.17 Kb.
AHATOMİYA, FİZİOLOGİYA VƏ PATOLOGİY HAGGINDA ANLAYIŞ.

Anatomiya,fiziologiya və patologiya elmləri təbabətin əsasını təşkil edir.


Anatomiyanın əhəmiyyəti. Öyrənmə metodları.


Anatomiya—insan organizminin inkişafını, organizmin zahiri şəklini, yəni formasını, daxili guruluşunu—strukturunu öyrənən elmdir. Anatomiya tibb elmlərinin birincisi əsası olmagla bərabər, eyni zamanda bioloji elmlərdəndir.

BİOLOGİYA

MORFOLOGİYA FİZİOLOGİYA

Anatomiya histologiya sitologiya embriologiya ümumi xüsusi mügaisəli

Biologiya—bios-həyat, logos-elm—canlılar haggında elm.

Morfologiya—morphe-forma—organizmlərin formasından, guruluşundan bəhs edən elm.

Histologiya—histos-toxuma—toxumaların guruluşu, inkişafı və həyat fəaliyyəti haggında elm.

Sitologiya—sitos-hüceyrə--hüceyrələrin inkişafını və guruluşunu öyrənən elm.

Embrilogiya—rüşeymin inkişafı haggında elm.

Anatomiya bütün tibbi elmlərin əsasını təşkil edir. Gədim dövrdən başlayarag, əsrlər boyu o, təbabətin inkişafına kömək edirdi. Onu bilmək nəinki cərrahlara, başga ixtisaslı həkimlər üçündə zəruridir. Anatomiyanı bilmədən düzgün diagnoz goymag, həmçini profilaktik və sağlamlaşdırıçı tədbirləri aparmag çətin olur. Anatomiyanın tətgigat obyekti insandır. İnsan organizmini öyrənmək üçün bir çox metodlar tətbig edilir.

1.Təşrih etmə metodu—indiki zamandada tətbig olunan ən gədim metoddur. “Anatomiya “ sözünün mənası yunanca “anatemna”--kəsirəm, yarıram. Təşrih edilən meyiti əvvəlcədən işləyirlər: tüklərdən təmizləyib yuyurlar və formalinlə dolu olan çana yerləşdirirlər. Bu məhlul toxumaları sıxlaşdırır. Sonra isə xüsusi masada pinset və skalpellə yarılır və öyrənilir.

2.Skeleti hazırlamag üçün maserasiyadan (yumşaq toxumadan ayırma) istifadə olunur. Əvvəlcə sümükləri yumşag toxumalardan ayırırlar, 1ay ilıg suda isladırlar, sonra 10% soda məhluluna goyurlar, havada gurudurlar, benzinlə yağsızlaşddırırlar. Sonra isə məftillə yığırlar.

3.Gan və limfa damarlarını öyrənmık üçün 16-cı əsrdən inyeksiya metodundan istifadə olunur. Bu metod damarları, boşlugları, axacagları boyanmış və sərtləşən mayeylə doldurmagdan ibarətdir. Bu zaman onlar asanlıgla ətraf toxumalardan ayrılırlar. Venalar göy mayeylə, arteriyalar- gırmızı, limfa damarları isə sarı mayeylə doldururlar.

4.Korroziya metodu. Garaciyərin, ağciyərlərin incə damarlarını ayırmag ücün 18-ci əsrdən bu metoddan istifadə edirlər. Bunun ücün organların damarlarına sərtləşən boyaglı məhlullar inyeksiya olunur. Sonra həmin üzv xlorid turşuya goyulur. Bu zaman bütün toxumalar əriyir, damarlarda olan sərtləşmiş maye isə galır və damarların şəklini saxlayır.

5. Rentgen metodu—1895-ci ildə fizik Konrat Rentgen tərəfindən kəşf olunmuşdur. Rentgen şüaları canlıda və meyitdə üzvlərinin guruluşunu və nisbətlərini öyrənməyi imkanını verdi. Rentgen metodun üstünlüyü canlı organizmin organlarını iş zamanı öyrənməkdir. Müasir anatomiyada meyit və preparatları konservləşdirmək üçün yeni kimyəvi maddələr və metodlar tətbig olunur. Müasir optikadan, rehgenografiyadan anatomiyada geniş istifadə olunur.



Fiziologiyanaın əhəmiyyəti, öyrənmə metodları.

Phyzis --yunanca təbiət deməkdir. O, canlı organizmdə, onun toxuma və hüceyrələrində gedən həyati prosesləri, organizmin funksiyaları ilə xarici mühit arasındakı əlagəsini öyrənir. Bundan başga, o, anatomiya ilə birlikdə təcrübi tibbin əsasını təşkil edir. Fiziologiya ümumi, mügaisəli və xüsusi şöbələrə bölünür. Ümumi fiziologiya xarici mühitin canlı organizmə təsirini, mügaisəli isə müxtəlif növ organizmlərdə fizioloji prosesləri öyrənir. Xüsusi fiziologiyaya həzm, gan dövranı, sidik ifrazı və başga sistemlərin fiziologiyası aiddir. Fiziologiya bilikləri həkimə xəstəliyin gedişini başa düşməyə kömək edir və düzgün müalicəsinə şərait yaradır. Beləki, vitaminlərin və hormonların kəşv edilməsi, onların organizmdə rolunu öyrənəndən sonra çox bir xəstəliklərin səbəbi aydınlaşdırıldı və düzgün müalicəsi aparıldı. Fiziologiya bütün tibbi ixtisaslarla sıx bağlıdır, onun nailiyyətlərindən tibbi texnikada geniş istifadə olunur. Fiziologiya eksperimental elmdir. Onun tətgigat metodu heyvanlar üzərində aparılan təcrübələrdir.



Öyrənmə metodları. Canlı organizmin funksiyalarını öyrənmək üçün aşağıdakı metodlardan istifadə olunur:

1. Eksperimental metod—müşahidə və təcrübə metodu--ən əsas metoddur. Fiziologlar öz təcrübələrini əsasən heyvanlar-- gurbağa, dovşan, pişiklər,siçovul, itlər və s.-- üzərində aparırlar. Bu təcrübələr çox ehtiyatla insan organizmin xüsusiyyətlərini nəzərə alarag insanda da aparılır. 2.Cərrahi əməliyyatlar metodu—hər hansı bir üzvü xaric edəndən sonra organizmin fəaliyyətini öyrənirlər. 3.Farmokoloji, və ya biokimyəvi, metod – müxtəlif zəhər, dərman, kimyəvi maddələr yeritddikdən sonra organizmin fəaliyyətini öyrənirlər. 4.Fiziki metod—fiziki agetnlərin (cərəyan, isti, soyug, işıg, şüa, təzyig və başga) təsirini öyrənirlər.

Fiziologiya laboratoriyaları çox dəgig aparatlarla təchiz edilir. Belə aparatlar organizmdə gedən mürəkkəb proseslər haggında məlumat almağa imkan verir.

Anatomiya və fiziologiyanın bütün bu sahələri sağlam insanı öyrəndiyinə görə normal anatomiya və normal fiziologiya adlanır.



Patologiyanın tibbdə əhəmiyyıti.

Patologiya (patos-yunanca əzab, ağrı)—müxtəlif xəstəliklər zamanı organizm və organlarda baş verən dəyişikliklərini öyrənən elmdir. Patologiyalara normadan kənar, organizmin sabitliyini pozan proseslər aiddir: xəstəliklər, disfunksiyalar. Patologiya iki elmin sintezinə əsəlanır: patoloji anatomiya və patoloji fiziologiya. Patoloji anatomiya meyitlərin yarılması və canlı organizmin ayrı-ayrı hissələrinin tətgigat metodlarını öyrənir. Patoloji fiziologiya—xəstəliklərin səbəblərini,inkişaf mexanizmini, nəticələrini və xəstəlik şəraitində organizm funksiyalarını dəyişilmələrini öyrənə elmdir.

Patoloji proseslər yalnız xəstəliklər zamanı baş vermir, onlar fizioloji reaksiyalar əsasındada ola bilər. Xarici və daxili gıcıg- lar organizmə təsir etdikdə fizioloji proseslər yaranır. Bu reaksiyaların cəmi homeostazı təmin edir. Homeostaz dedikdə ganın tərkibinin, bədən temperaturunun, arterial təzyigin, başga sözlə daxili mühitin sabitliyi nəzərdə tutulur. Əgər gıcıg təsir etdikdə homeostaz pozulmur, bu normal fizioloji reaksiya sayılır. Əgər təsirinə homeostazın pozulması ilə cavab veri- lirsə, bu reraksiya patolojidır. Məs.,damarlar zədələndikdə ganın laxtalanması goruyucu reaksiyadır, organizmi gan itir- məkdən goruyur. Həmin reaksiya əlverişsiz şəraitdə baş verdikdə tromb əmələ gəlir və infarkt və gangrenaya səbəb olur. Göstərilən bioloji ganunauyğunluglarını bilmək xəstəlikləri düzgün başa düşməyə və məgsədəuyğun müalicə aparmağa imkən verir.

Anatomiya, fiziologiya və patologiyanın inkişaf tarixi.

Hələ gədim dövrdən insan organizmin guruluşu adamları maraglandırırdı. Heyvanları öyrənərkən və onları yemək üçün yararkən gədim adam ayrı-ayrı organlarla tanış ola bilirdi. Döyüşlərdə və ovda yaralanarkən insanlar axan gan, yaralanmış bədən üzvləri görürdülər.

Eramızdan əvvəl 6-ci əsrdə Yunanıstanda böyük fəlsəfəçi və həkim, təbabətin atası sayılan HİPPOKRAT yaşayırdı. O, insan organizminin guruluşu haggında, təbabət haggında çox əsərlər yazmış. Lakin anatomik bilikləri primitiv idi. Onun zənnincə insan beyni selikdən ibarətdir, beyində toxum əmələ gəlir, toxum onurğa beynindən cinsi üzvlərə enir, damarlarda hava yerləşir. O, siniri vətərdən ayırmıdı. Gədim Yunanıstanın başga həkimi ƏRƏSTUN (4-cü əsr) anatomiya haggında daha dəgig məlumatlar verir. O, siniri vətərdən ayırırdı, bilirdi ki, arteriyalar aortadan başlanır. Bizim eramızın 2-ci əsrində KLAVDİY GALEN ilk dəfə anatomiyadan kurs deməyə başlamışdır. Böyük günah sayıldığından, insan meyiti yarmağa icazə verilmirdi və o, tətgigatları meymun və itlər üzərində aparmış və bir çox səhvlərə yol vermişdir. Onun fikrincə, garaciyər əsas qanyaradıcı orqan və gan dövranın mərkəzi idi. Bununla yanaşı damarları öyrəndikdə dəyərli məlumatlar əldə etmişdir. O, arteriyalarda havanın yox, ganın olduğunu təyin etdi. Onun dərmanların hazırlanmasındada böyük rolu vardır. Anatomiya və təbabətə Galenin nüfuzu çox yüksək idi. Onun əsərləri 13əsr ərzində öz nüfuzunu saxlayaraq öyrənildi.

Anatomiyanın atası ANDREY VEZALİ sayılır (16-cı əsr). O,ilk dəfə organizmin guruluşunu gəbirdən çıxarılmış meyitlər üzərində öyrənmişdir. Galenin işlərini təngidləmiş, daha dərin məlumatlar əldə etmişdir. 1543-cü ildə onun “İnsan bədəninin quruluşu haqqında 7 kitab” əsəri çıxdı. Vezalidən sonra EVSTAX, FALLOPİ, LEONARDO da VİNÇİ və başgaları tərəfindən meyit üzərində çox tətgigatlar aparılmışdır. Bu alimlərin adı ilə insan orqanizminin bir neçə orqanları adlanır. Məs., uşaqlığın fallopi boruları, orta qulaqda evstax borusu, beyində varoli körpüsü və s.

17-ci əsrdə mikroskop kəşv ediləndən sonra organların və toxumaların daha dəgig öyrənilməsi mümkün oldu: kapillyarlarda gırmızı və ağ gan cisimlərin, cinsi hüceyrələrin. Mikroskopun öyrənməsi ilə sitologiya və histologiya elmləri yarandı.

19-cu əsrdə Şvann canlı orqanizmlərinhüceyrəvi quruluşunu kəşv etmişdir.

Rusiyada anatomiya və təbabətin inkişafı XVII-ci əsrdə başlanmışdır. 1755-ci ildə Rusiyada ilk universitet və onun nəzdində tibbfakultısi Moskvada açılmışdır. Rusiyada 18-19-cu əsrlərdə ilk anatomiya dərsliyini ZAGORSKİ yazmış, PİROGOV isə topografik anatomiyanın əsasını goymuşdur. O, bu məqsədlə dondurulmuş meyitlərdən kəsiklər hazırlamış və bu metodu ilk dəfə təklif və tətbiq etmişdir

Pavlov XIX-XII əsrlərdə yaşamış böyük eksperimentator olmuşdur. Qan dövranı, həzm prosesi və ali sinir sistemi fiziologiyası haqqında elmi əsərlər yazmışdır.

Lesqaft uşaqların fiziki tərbiyəsi məsələlərinə, cərrahlığ və antropologiya ilə məşqul olmuşdur.

Azərbaycanda anatomiyanın inkişafı.

Hələ ibtidai icma guruluşu dövründə Azərbaycanda daxili organlar, ayrı-ayrı hissələri haggında müəyyən səthi məlumat- lar olub. Yeni eranın 1 minilliyində azərbaycan alimi İSA-ur-RİGİ “Tibb” adlı kitab yazıb, burada anatomiyaya geniş yer verib. Məşhur həkim, anatom, fiziolog ÖMƏR OSMANOGLU 10-cu əsrdə yaşamışdır. O, insan meyiti yarmış, anatomiyaya dair geniş məlumatlar toplamışdır. Şamaxıda ilk dəfə olarag Tibb Akademiyası yaratmışdır. Azərbaycanlı alim MƏNSUR ibn YUSİF ibn İJYAS 1235-ci ildə yazdığı “Tibb” adlı kitabda organizmin guruluşu haggında şərhlər vermişdir. Nazçıvanın məşhur həkimi İBRSAHİM- ibn-ZEYNALABİDİNdə insan organizmin guruluşuna marag göstərib.

19-cu əsrdə Cənubi Azərbaycanda anatomiyanı əsaslı öyrənənlərin biridə MİRZƏ MƏHƏMMƏD TƏBRİZİ olub. O, bacarıglı həkim, anayom. ədəbiyyatşünas kimi tanınıb və İranda Həkimbaşı təyin olunub. “Geniş anatomiya” adlı 3 kitabdan ibarət əsər yazmışdır. Cənubi Azərbaycanda anatomiyanı meyit üzərində ilk dəfə o öyrənmişdir. O, latın terminlərdən də başga, ərəb və fars terminlərdən istifadə etmişdir.

1918 –ci il mayın 28-də Azərbaycanda ilk demokratik dövlət yaranıb və 1919-cu ildə BDU-in əsası goyulub. Universitetin tibb fakultəsində anatomiya kafedrası yaradılıb. 1937-ci ildən 1973-cü ilə gədər kafedraya Azərbaycanda anatomiya elminin banisi professor KAMİL ƏBDÜL-SALAM oğlu BALAKİŞİYEV rəhbərlik edir. O, ana dilində tibbi və anatomik terminlərin ilk yaradıcısı, anatomik muzeyin təskilatçısı, 4 cildli original dərsliyin (İnsan anatomiyası), çoxlu sayda əsərlərin müəllifidir. Sonra anatomiya kafedrasında prof. Belenkaya, Sultanov, Hacıyev, Abdullayev, Əsgərov, V.Şadlinski anatomiya elmində müxtəlif işiərlə fərglənmişlər.



Fiziologiyanın və patologiyanın inkişaf tarixi.

Anatoniyanın və başga tibb elmlərinin inkişafı fiziologiyanın inkişafına təkan vermişdir. İlkin fizioloji fikirlər Hippokrat, Ərəstun, Galen tərəfindən verilmişdir. Lakin onların fikirləri təcrübələrə əsaslanmırdı. Fiziologiyanın atası 17-ci əsrdə yaşa- yan ingilis həkimi HARVEY sayılır. O, gan dövranını kəşf etmişdir. İtalyan alimi MALPİGİ ilk dəfə fizioloji kəşflər üçün mikroskop işlədib. XVII-ci əsrdə LAVUAZYE oksigeni kəşf etmiş və tənəffüsslə həzm arasındakı əlagənin olduğunu sübut etmişdir. XIX-cu əsrin böyük fiziologları SEÇENOV və PAVLOVdur. Seçenov beyində tormozlanma prosesini kəşf etmiş və 1862-ci ildə “Baş refleksləri” kitabını yazmışdır. XX-çi əsrdə fiziologiyanın ən böyük nailiyyətlərindən biri Pavlovun yaratdığı ali sinir fəaliyyəti təlimidir. Bu təlimin əsasında iki signal sistemi haggında nəzəriyyə yaradıldı.

XIX-cu əsrin əvvəllərində kimya, biologiya, fiziologiya, cərrahlığ və terapiyanın inkişafı patologiyanın bir elm kimi inkişafına kömək etmişdir. Rusiyada ilk patologiya kafedrası 1849-cu ildə Moskva universitetində POLUNİN tərəfindən yaradılmışdır.

Azərbaycanda fiziologiya və patologiya elmləri əsasən XX-ci əsrdə inkişafa başlamışdır. 1930-cu ildə ATU yaradılmış və burada anatomiya, fiziologiya, patanatomiya, patfiziologiya kafedraları açılmışdır. Vətən alimlərindən A.GARAYEV, G.GƏHRƏMANOV fiziologiya sahəsində böyük xidmətləri olmuşdur.



TOXUMALAR
Insan orqanizmi çox mürəkkəb quruluşa malikdir. Çoxhüceyrəlilərin orqanizmi hüceyrələrdən və ara maddədən ibarətdir. Hüceyrələr öz törəmələrilə mürəkkəb bioloji birləşmələr təskil edərək toxumalar əmələ gətirirlər. Toxumaların müxtəlif kombinasiyasından üzvlər, üzvlərdən sistemlər yaranır.

Toxuma—eyni hüceyrələrdən və ara maddəddən ibarət, morfoloji və fizioloji cəhətcə bir-biri ilə bağlı olan eyni məgsədli törəmələrdir. İnsan orqanizmində toxumalar 4 əsas grupa bölünür: 1)epitel toxuma, 2)birləşddirici toxuma, 3)əzələ toxuma, 4)sinir toxuması.

Epitel toxuma insan dərisinin üst qatını təşkil edir və boşluqların, həzm sisteminin, tənəffüs, ifrazetmə sisteminin divarlarını örtür. Bu toxuma əsasən bədəndə xarici mühüt hüdudunda yerləşdiyi üçün hüdudi toxuma adlanır. Epitel toxuma 2 grupa bölünür: örtük və vəzi epiteli.

Örtük epiteli hüceyrələrin formasına görə kubabənzər, prizmatik və yastı, yerləşməsinə görə tək və çoxqatlı olur.

Təkqatlı epitel bədəndə olan boşluqların divarını, tənəffüs yollarını, həzm orqanlarını, böyrək kanalcılarını, uşaqlıq borularını örtür. Təkqatlı yastı epitel döş və qarın boşluğunun divarlarını örtür. Təkqatlı kubabənzər epiteli böyrək kanalcıqlarını örtür. Təkqatlı prizmatik epitel qida borusundan düz bağırsağa qədər həzm kanalının divarını daxildən örtür. Tənəffüs orqanların, uşaqlıq boruların, toxumdaşıyıcı axacaqların divarlarını örtən epitelidə kirpiklər olduğu üçün bu epiteli kirpikli adlanır.

Çoxqatlı örtük epiteli də hüceyrələrin formasına görə yastı, kubabənzər və prizmatik epitelə bölünür. Çoxqatlı yastı epitelidən dərinin epidermis qatı və dəri törəmələri əmələ gəlir. O, həmçini gözün buynuz qişasını, ağız boşluğunun, udlağın, sidik kanalınin, uşaqlıq yolunun və düz bağırsağın selikli qişasını örtür.

Epiteli qoruyucu funksiya daşıyır—orqanizmi ətraf mühitin zərərli təsirlərindən (sudan, qazdan, mikroblardan və s.) qoruyur və orqanizmlə ətraf miühitin əlaqəsini təmin edir. Qidayla qəbul edilən xeyirli maddələr bağırsağın divarından örtük epiteli hüceyrələrilə qana sorulur. Hiss orqanların (gözün, burunun, dilin) epiteli hüceyrələri müxtəlif qoxuları, qıcıqları, dadları ayırd etməyə orqanizmə kömək edirlər.



Vəzi epiteli orqanizmin müxtəlif yerlərinə olur. Bəzi vəzilər böyük tək orqan kimi fəaliyyət göstərir, məs., qaraciyər, qulaqdibi ağız suyu vəzisi, mədəaltı vəzi, süd vəzi.

Vəzilər orqanizmdə sekretor funksiya daşıyır. Onların çoxu epitel toxumasının törəməsi olub, ekzokrin və endokrin vəzilərə bölünür. Ekzokrin vəzilərin əmələ gətirdiyi maddə xaricə və ya boşluqlara keçir. Ekzokrin vəzilər təkhüceyrəli və çoxhüceyrəli olur. Təkhüceyrəli vəzilər tənəffüs yollarının, bağısağın divarlarında yerləşir və selik ifraz edir. Çoxhüceyrəli vəzilərin çıxarıcı axarı olur. Endokrin vəzilərin sekreti birbaşa qana keçir.

Epiteli hüceyrələri bir-birinə sıx yerləşir və onların arasındakı ara maddə zəif inkişaf etmişdir.
B İ R L Ə Ş D İ R İ C İ T O X U M A
Birləşdrici toxuma ara maddəsinin çox inkişaf etməsi ilə başqa toxumalardan fərqlənir. Bu toxuma orqanlar arasındakı sahəni tutub orqanizmin istinadını təşkil edir. Birləşdirici toxuma 3 funksiya daşıyır: trofik, qoruyucu və mexaniki (istinad). Trofik və qoruyucu vəzifə daşıyan toxumalara qan, limfa tor və kövşək birləşdirici toxuma; mexaniki vəzifə daşıyan toxumalara isə sıx birləşdirici toxuma, qığırdaq və sümük toxumaları aiddir. Epiteli toxumadan fərqli olaraq birləşdirici toxumada ara maddə yaxşı inkişaf etmişdir. Məs., qığırdaq və sümüyün əsas kütləsini hüceyrələr yox, ara maddə təşkil edir.

Tor birləşdirici toxuma ulduz şəklində hüceyrələr və onların arasındakı hərəkətli toxuma mayesindən ibarətdir. Bu qanyaradıcı üzvlərdə (sümük ijiyi, dalaq, limfa düyünləri, qaraciyər), həzm kanalında təsadüf olunur. Qan və limfa damarları daxildən endotellə örtülmüşdür. Tor toxuma endotellə birlikdə retikuloendotel sistem təşkil edir ki, bu da zərəli maddələri zərərsizləşdirmək xassəsinə malikdir.

Kövşək birləşdirici toxuma bütün orqanların daxilində, arasında, dəri ilə əzələlərin arasında, əzələ dəstələri arasında yerləşir. Bu toxuma bədəndə trofik, istinad, qoruyucu vəzifə daşıyır. İstinad vəzifəsi daşıyan yerlərdə ara maddə, qoruyucu vəzifə daşıyan yerlərdə isə hüceyrə ele mentləri artıq inkişaf etmiş olur. Bu toxumanın hüceyrə elementlərinə əsasən fibroblastlar və histiositlər aiddir. Histositlər yad cisimləri udaraq, özündə toplamaq (faqositoz) xassəsinə malikdir. Bu hüceyrələrdən başqa piy, piqment, tosqun hüceyrələr, leykositlər də olur. Birləşdirici toxumanın ara maddəsini kollagen və elastik liflər təşkil edirlər.

İnsanda bəzi orqanların kövşək birləşdirici toxumasında piqment hüceyrələri piqment toxumasını əmələ gətirir: gözün qüzehli və damarlı qişalarında, dərinin bəzi yerlərində.

Piy toxuması orqanizmdə qida maddələri, su və enerjinin mühüm ehtiyatını təşkil edir. Piy toxuması həmçini bədəni mexaniki təsirlərdən qoruyur və istiliyin itirməsinin qarşısını alır.



Sıx birləşdirici toxuma bədəndə mexaniki vəzifə daşıyır. Bu toxuma özü də 3 növ olur.

1.Kollagen birləsddirici toxuma—onun ara maddəsində yoğun kollagen liflər olması ilə xarakterizə olunur. Bu toxumadan vətərlər, bağlər və fassiyalar əmələ gəlir.

2.Elastik birləşdirici toxuma—onun ara maddəsində elastik lif dəstələri olur. Bu toxumadan fəqərəarası qövslərin bağları əmələ gəlir.

3.Qarışıq sıx lifli birləşdirici toxuma—onun ara maddəsində həm elastik, həm kollagen liflərə təsadüf edilir. Sümüküstülüyü və göz almalarının ağlı qişası bu toxumadan təşkil olunmuşdur.

Qığırdağ toxumasının əsas hissəsini ara maddə təşkil edir. Ara maddəsinin xarakterinə görə 3 növ qığırdağ toxuması vardır: hialin, elastik, lifli qığırdağ. İnsanda ən çox hialin qığırdağada təsadüf edilir—qırtlqğın, nəfəs borusunun, qabırğaların, oynağ qığırdağı hialin qığırdağa aiddir.

Sümük toxuması orqanizmin sümük skeletini—fəqərə sütununu, kəlləni, qabırğaları, ətrafları təşkil edir və istinad funksiyasını daşıyır. O, əsasən ara maddədən və nisbətən az miqdarda hüceyrədən-osteositlərdən təşkil olunur. Osteositlər çıxıntılar vasitəsilə qonşu hüceyrələrlə birləşir. Kollagen liflər bir-birinə çarpaz istiqamətdə yerləşir və osteomukoid adlanan maddə ilə birləşmişdir. Orqanizmin hər sümüyü orqan adlanır, çünki sümük toxumasından başqa orada digər toxumalarda var: sinir, birləşdirici toxumalar. Ara maddənin quruluşuna görə 2 növ sümük toxuması ayırd edilir: 1)kobud lifli sümük toxuması, 2)səfhəli sümük toxuması.

Qan və limfa həmçini birləşdirici toxumaya aiddir.
Ə Z Ə L Ə T O X U M A S I
Əzələ toxuması başqa toxumalardan fərqli olaraq yığılma qabiliyyətinə malikdir. Əzələlərin yığılması nəticəsində orqanizmdə müxtəlif hərəkətlər icra olunur: bədənin yerdəyişməsi, tənəffüs hərəkətləri, qanın damarda, qidanın isə həzm orqanlarında hərəkəti, doğuş aktı, və s. Əzələ toxuması 2 yerə bölünür:

1) saya əzələ toxuması

2)eninə zolaqlı əzələ toxuması

Saya əzələ toxuması vəzifəcə qeyri-iradi olub, quruluşca 20-dən 500-ə qədər uzunluqda iyə bənzər hüceyrələrdən—miositlərdən ibarətdir. Hüceyrənin ortasında uzunsov nüvə, kənarlarına yaxın isə uzununa miofibrillər yerləşir. Yığılma- mio-fibrillərin xassəsidir. Miositlərin arasındaki kollagen və elastik liflər onları bir-birinə bağlayır. Saya əzələnin yığilması ləng gedir, lakin o, gec yorulur. Saya əzələlər bir çox daxili orqanların divarların tərkibinə daxildir (mədə, bağırsaq, sidik kisəsi və s.). Qan damarlarında və dəridə də saya əzələ vardır.

Eninə zolaqlı əzələ toxumasi vəzifəcə iradi, quruluşça 4-12.5sm uzunluğunda silindrəbənzər əzələ hüceyrələrdən-liflərdən ibarətdir. Əzələ lifində çoxlu nüvələr olur. Əzələ lifləri bir-birinə sıx söykənmiş və onların arasında nazik tor-endomizi yerləşir. Əzələni xaricdən sıx birləşdirici toxuma--perimizi örtür. Eninə zolaqlı əzələ toxumasına skelet əzələlərində, ürək əzələsində, dilin, yumşaq damağın, qırtlağın, udlağın, qida borusunun 1/3 hissəsinin əzələlərində rast gəlinir. Skelet əzələləri çox sürətli yığılma və tez yorulma xassəsinə malikdir.

Ürək əzələsi kardiomiositlərdən təşkil olunub miokardı əmələ gətirir. Ürək əzələsi quruluşça eninə zolaqlı, vəzifəcə qeyri –iradidir.
S İ N İ R T O X U M A S I
Sinir toxuması biirlışdirici toxuma ilə birlıkdə orqanizmdə sinir sistemini təşkil edir: baş beyin və onurğa beyni və çoxsaylı sinirlər. Sinir toxuması oyanma, impulslar əmələ gətirmə və onları ötürmə (nəqletmə) xassəsinə malikdir. Sinir toxuması sinir hüceyrələrindən və neyroqliyadan təşkil olunmuçdur. Sinir hüceyrəsi çıxıntılarla və ucluqları ilə birlikdə neyron adlanır. Sinir hüceyrələri əsasən baş və onurğa beynində yerləşir və boz maddəni təşkil edirlər. Sinir hüceyrəsi cisminin bir nüvəsi, sitoplazmasında isə pələng dərisi kimi xal-xal nisel cisimcikləri—tiqroid maddə-- və incə liflər olan neyrofibrillər vardır. Sinir hüceyrəsinin iki cür çixintısı olur; qısa çıxıntılar- dendritlər; uzun çıxıntı akson və ya neyrit adlanır. Dendritlər çox miqdarda olub, tiqroid maddədən təşkil olunmuşdur. Ancaq hissi neyronların dendritləri uzundur və perifiriyaya çatir. Sinir hüceyrəsinin bir aksonu olur. Aksonun uzunluğu 1-1,5m çatır, neyrofibrillərdən təşkil olunmuşdur. Bu çıxıntılardan sinir lifləri əmələ gəlir. Neyronun cisimləri və dendritlər boz maddəni, aksonlar isə ağ maddəni təşkil edirlər. Çıxıntıların miqdarına görə neyronlar unipolyar (1 çıxıntılı), bipolyar (2 çıxınıntılı) və multipolyar (çox çıxıntılı) hüceyrələrə bölünür.

Sinir hüceyrəsi çıxıntıları neyrolemma adlanan qişa ilə örtülmüşdür. Qişanın quruluşuşundan asılı olaraq sinir liflərinin mielinli və mielinsiz növləri ayırd edilir. Mielinli qişa daha qalın olur. Sinir lifləri orqanlara çatdıqda orada sinir ucluqları əmələ gətirirlər. Funksiyaya görə sinir ucluqları hissi və hərəkətiyə bölünürlər. Hissi ucluqlar, və ya reseptorlar, xarici qıcıqları qəbul edirlər. Hərəki ucluqlar isə əzələni hərəkətə və vəziləri fəaliyyətə gətirirlər.



Neyroqliya birləşdirici toxuma olub, sinir toxumasında istinad və trofik funksiya daşıyır. O, müxtəlif formalı və ölçülü hüceyrələrdən təskil olunmuşdur.

Sinir hüceyrələrinin bir-birilə əlaqəsi sinapslar vasitəsilə baş verir. Onlar çıxıntıların son şaxələri olub başqa sinir hücey-rəsinin cismində, dendritində və ya aksonunda qurtarır.


ƏSAS ANATOMİK TERMİNLƏR

anterior—ön proximalis—gövdəyə yaxın

posterior—arxa distalis—gövdəyə uzaq nöqtə

superior—yuxarı transverzus—köndələn

inferior—aşağı dexter--sağ

medialis—içəri sinister—sol

medius--orta maqnus--böyük

externus —xarici parvus--kiçik

internus —daxili foramen—dəlik

lateralis—bayır tuberkulum--qabarcıq

superficialis—səthi dorsalis—arxa tərəf

profundus—dərin




Orqan və orqanlar sistemi. Orqanizm tam vahiddir.
Orqan—yunanca alət deməkdir. Müxtəlif toxumalar bir-biri ilə birləşərək üzv və yə orqan əmələ gətirir. Bir neçə toxumadan ibarət və müəyyən funksiya daşıyan orqanizmin hissısinə orqan deyilir. Lakin onların biri üstünlük təşkil edir və bu orqanın parenximası adlanır. Orqanlar formalarına, yerləşməsinə, ölçülərinə görə fərqlənir və bir-biri ilə qarşılıqlı təsirdə olur.

Orqanizm toxumalardan və orqanlardan ibarətdir. Toxumalar—hüceyrədən və ara maddədən. Orqanizmin hissələri bir-biri ilə sıx əlaqədədir. Orqanizmin fəaliyyəti onun hissələrinin--toxumalarının, hüceyrələrinin—funksiyasından asılıdır. Və öz növbəsində hər bir hüceyrənin, toxumanın və ya orqanın işi orqanizmin bütöv-lükdə fəaliyyətindən asılıdır.

Orqanizmin mühüm funksiyaları , məs., qidalanma, tənəffüs və s., bir orqanla yox, bir neçə orqanla həyata keçirilir. Orqanlar inkişafına və vəzifəsinə görə bir-birilə əlaqəli olan Morfoloji-funksional sistemləri təşkil edir. Bütün sistemlər bir-birilə qırılmaz əlaqədə olmaqla vahid orqanizmi əmələ gətirir.

İnsan orqanizmində aşağıdakı morfoloji-funksional sistemlər vardır:

1. Hərəkət orqanları sistemi. Bu sistemi sümüklər, onların birləşmələri və əzələlər təşkil edir ki, bunlar da orqanizmin vəziyyətini, formasını, hərəkətini təmin edir.

2. Həzm sistemi. Orqanizm bu sistemin köməyilə xaricdən qida maddələrini alır, həzm edir və lazım olmayan maddələri xaric edir.

3. Tənəffüs sistemi. Tənəffüs orqanları xaricdən oksigeni qana, karbon qazı isə xaricə verir.

4. İfrazat sistemi. Yararsız mübadilə məhsullarını orqanizmdən xaric edir.

5. Cinsiyyət sistemi. Nəslin davam etməsini təmin edir.

6. Qan-damar sistemi. Ürək və damarlar vasitəsilə qanı bütün bədəndə dövr etdirir.

7. Limfa sistemi. Hüceyrəarası mayenin bir hissəsini toxumalardan ürəyə gətirir .

8. Duyğu orqanları sistemi. Xarici və daxili mühitdən qiciqları qəbul edir.

9. Endokrin vəzilər sistemi. Orqanlar arasında kimyəvi əlaqə yaradib, orqanizmin bütün proseslərini tən-zimləyir.

10. Sinir sistemi. Orqanizmin bütün orqanlarını bir-birilə və xarici mühitlə əlaqələndirib, tam vahiddə birləşdirir.

Bu sistemlərin fəaliyyəti bir-biri ilə funksional vəhdətdədir.
Ayrı-ayrı toxumaları və orqanları öyrənən elmlər də mövcuddur:

1. Osteologiya—sümükləri öyrənən elm

2. Myologiya--əzələləri öyrənən elm

3. Sindesmologiya—birləşmələr və bağlar haqqında elm

4. Splanxnologiya—daxili orqanlar haqqında elm

5. Angiologiya—damarlar haqqında elm

6. Esteziologiya--duyğu orqanlar haqqında elm

7. Nevrologiya—sinir toxuması və orqanları haqqında elm

Müxtəlif quruluşa və inkişafa malik orqanlar və orqanlar sistemi ümumi bir vəzifəyə görə birləşdirilə bildiyi üçün onların məcmuusuna aparat deyilir. Məs., hərəkət aparatına daxildir: sümük sistemi, birləşmələr və əzələ sistemi.

Orqanizmin fəaliyyətinin humoral və sinir tənzimi.

Təkamül prosesində orqanizmin mühit şəraitinə uyğunlaşması üçün xüsusi tənzimlədici vasitələr yaranır. Bu vasitələrə humoral tənzim və sinir tənzimi aiddir.



Humoral (humor- lat. maye) tənzim orqanizmin daxili mühit mayesinin tərkibinə daxil olan kimyəvi maddələrin təsiri ilə əlaqədədir. Orqanizmin daxilində endokrin vəzilərin hazırladığı hormonlar qana keçərək bədənə yayılır və həyati prosesləri nizama salır. Humoral tənzim zəif olduğu üçün yüksək təkamüllü orqaniz-min tələbatını ödəmir. Bunə görə də ali sinif heyvanlarda, o cümlədən insanda daha mürəkkəb tənzim mexa-nizmləri yaranır. Buna neyro-humoral tənzim mexanizmləri aiddir. Neyro-humoral tənzim orqanizmin həyati proseslərini nizama salır və mühitlə orqanizmi əlaqələndirərək onun tamlığını təmin edir.
Sinir sistemi bir tərəfdən toxumaları və sistemləri bir-birilə əlaqələndirərək orqanizmin tamlığını təmin edir, digər tərəfdən orqanizmi xarici mühitlə rabitələndirir. Nəticədə, canlı orqanizm daima daxili və xarici mühitdən gələn qıcıqları qəbul edərək onlara müvafiq cavab verir.

Müəyyən sinir lifləri hissi orqanlardan impulsları qəbul edib, onları sinir sisteminin ali şöbəsi olan beyin qabığına nəql edir. Bu siqnalların təsiri altında beyin qabığında cərəyan edən oyanma və tormozlanma hadisələri arasında qarşılıqlı əlaqə yaranır ki, nəticədə orqanizm həmin dəyişikliklərə müxtəlif şəkildə cavab verir. Nəticədə yeni impulslar alan üzvlərin fəaliyyəti orqanizmin ümumi vəziyyətinə uyğunlaşdırılır. Sinir sistemi orqanlar arasında əlaqə yaradır və həmin orqanların fəaliyyətini əlaqələndirərək nizama salır, eləcə də orqanizmlə onu əhatə edən mühit arasında əlaqə yaradır. Sinir impuls vasitəsilə yetirilən rabitə sinir tənzimi adlanır.

Beləliklə, neyro-humoral tənzim vasitəsiləinsan orqanizmi orqanların cəmi kimi yox, tam vahid kimi fəaliyyət edir.

İnsanı ictimai mühit əhatə edir. Qəliz münasibətlər yalnız şüurla yerinə yetirilə bilər.


Sinir sistemin orqanizmdə ali rolu.

Ali heyvanlarda və insanda mərkəzi sinir sisteminin ali şöbəsi olan beyin qabığı xüsusi əhəmiyyət kəsb edir.



1. Sinir sistemi ayrı-ayrı orqanların fəaliyyətini tənzimləyir.

2. Sinir sistemi orqanizmin hissələri arasında qarşılıqlı əlaqə yaradır,və nəticədə orqanizm tam vahid kimi fəaliyyət göstərir.

3. Sinir sistemi orqanizmi xarici mühitlə əlaqələndirərək ətrafda özünü idarə etməyə imkan verir.

SÜMÜK HAQQINDA ANLAYIŞ

Sümük---Os
Sümük toxuması əsasən ara maddədən və az miqdarda olan hüceyrələrdən—osteositlərdən-- təşkil olun-muşdur. Ara maddə Ca duzları hopması nəticəsində sərt və möhkəmdir. Sümük hüceyrələri, osteositlər, ulduza –bənzər, böyük nüvəli hüceyrələrdir. Ara maddə 2 cür olur: 1)kobud lifli sümük toxuması; 2)səfhəli sümük toxu-ması. Kobud lifli sümük toxumada ara maddə kobud liflərdən ibarətdir. Belə toxuma döldə və yenidoğulmuşlarda olur. Yaşa dolduqca bu toxuma səfhəli sümük toxuması ilə əvəz olunur. Bunun isə ara maddəsi mineral duzlar hopmuş kollagen liflərdən təşkil olunub. Konsentrik sümük səfhələri (5-20 ədəd) bir-birinin üzərinə toplanaraq konsentrik silindr əmələ gətirir ki, buna da osteon , yaxud Havers sistemi deyilir. Osteon –sümük toxumasının vahididir. Osteonun mərkəzində qan kapillyarlarına və sinirlərə məxsus Havers kanalları yerləşir.
Canlı sümüklərin rəngi çəhrayı, maserasiya olunmuş (cansız, yumşaq toxumadan ayrılmış)—ağ, uzun müddət torpağda qalarsa –kül, qumsal yerdə --kərpic, bataqlıqda qalarsa yaşıl və ya qara rəngdə olur.
K imyəvi tərkibi. Sümüyün elastikliyi və möhkəmliyi onun kimyəvi tərkibindən asılıdır. Sümük kimyəvi tərkibcə üzvü (ossein) və qeyri-üzvü (mineral duzlar) maddələrdən təşkil olunmuşdur. Qeyri- üzvü maddələrin 95%-ni Ca duzları təşkil edir. Üzvü maddələr sümüyə elastiklik, qeyri-üzvü maddələr isə sərtlik və kövrəklik verir. Sümükdən üzvü maddələrin çıxarılmasına kalsinasiya deyilir. Bu zaman sümük elastikliyini itirir, kövrək olur. Sümükdən qeyri-üzvü maddələrin çıxarılan zaman sümük elastiki və yumşaq olur. Bu proses dekalsinasiya adlanır.Uşaqların sümüklərində 41% üzvü maddə, 59% qeyri-üzvü, qocaların sümüklərində 30% üzvü maddə, 70% qeyri-üzvü maddə olur. Qocalarda qeyri-üzvü maddələrin miqdarı nisbətən çox olduğu üçün onların sümükləri kövrək olur.
Fiziki quruluşu. Sümük fiziki quruluşuna görə sərt və süngəri maddədən ibarətdir. Həm sərt, həm də süngəri maddə sümük səfhələrindən təşkil olunur. Sərt maddədə sümük səfhələri sıx, süngəri maddədə isə aralı yerləşir. Süngər maddənin sümük səfhələri arasındakı boşluqlar qırmızı sümük iliyi və çox miqdarda qan damar-ları ilə tutulmuş olur. Sərt maddə həm də kompakt maddə adlanır. O, əsasən istinad və hərəkət funkiyası daşıyan yerlərdə olur. Məs., uzun sümüklərin diafizlənrində (orta hissəsində). Süngər maddə yüngüllük və möhkəmlik tələb olunan yerlərdə təsadüf edilir. Məs., qısa sümüklərdə və uzun sümklərin epifizlərində. Uzun sümüklərin diafizi əsasən sərt maddədən təşkil olunur. Ancaq daxilində nazik süngəri maddə yerləşir. Epifizləri isə daxildən süngır maddədən ibarətdir, xaricdən isə nazik sərt maddə qatı ilə örtülmüşdür. Yastı sümüklər 3 qatdan təşkil olunur: xarici və daxili sərt maddə, bunların arasında yerləşən süngər madddə qatı.

Kəllə qapağı sümüklərin fiziki quruluşundakı fərq. Kəllə sümükləri bəzi xüsusiyyətərinə görə başqa sümüklərdən fərqlənir. Kəllənin beyin hissəsi əsasında və üz skeletinin bəzi sümüklərində ciblər vardır. Ciblərdə hava olduğuna görə onlar havalı sümük adlanır. Ona görə də bu sümüklər yüngül və möhkəm olurlar. Havalı sümüklərə: alın, əng, əsas, gicgah, xəlbir sümükləri aiddir.
Sümük iliyi (medulla ossium) qanyaradıcı orqanlara aiddir.Bundan başqa o, orqanizmin mühafizəsində, sümüyün qidalanmasında və inkişafinda iştirak edir. Sümük iliyi 2 növdür:

1-qırmızı sümük iliyi

2-sarı sümük iliyi

Qırmızı sümük iliyi qan damarları və qan elementləri ilə zəngin olduğu üçün rəngi qırmızı olur. Bu növ sümük iliyi dölün və yeni doğulmuş uşaqların bütün sümüklərində təsadüf edilir. Yaş artdıqca qırmızı sümük iliyi sarı sümük iliyi ilə əvəz olunur. Yetişmiş şəxslərdə qısa və yastı sümüklərdə və uzun sümüklərin epifizlərində həyat boyu qırmızı sümük iliyi qalır.

Sarı sümük iliyi isə, əsasən, piy toxumasından ibarət olduğu üçün rəngi sarı olur. Uzun sümüklərin diafizində sümük iliyinə məxsus kanalda yerləşir.
Sümüküstlüyu (periosteum)-- Canlı sümükləri xaricdən örtən çəhrayı nazik birləşdirici toxuma qişasıdır. O, 2 qatdan ibarətdir: 1)xarici lifli qat; 2) daxili sümükyaradıcı, yaxud osteogen, qat. Xarici qatda çoxlu damar və sinirlər yerləşir. Onlar sümüyün daxilinə Havers kanalına keçir və sümüyü qidalandırır. Daxili qat sü-mükyaradan hüceyələrlə zəngin olur. Sümüküstlüyü sümüklərin xarici tərəfindən mühafizə olunmasında, qida-lanmasında, eninə böyüməsində və regenerasiyada iştirak edir.

Əgər sümüyün tamlığı pozulub, sümüküstülüyü bütöv qalarsa, sümük bərpa olunar. Əksinə, sümüküstülüyün xəstəliyi və ya tamlığının pozulması sümüyün məhvinə gətirib çıxarar.


Sümüklərin böyüməsi 18-25 yaşa qədər davam edir və 2 növ olur: 1)eninə böyümə--sümüküstülüyün kambial (sümükyaradıcı) qatındakı osteoblastların hesabına;

2)uzununa böyümə--epifizlə diafiz arasındakı qığırdağın hesabına.



Sümüklərin inkişafı. Sümüklə orta rüşeym vərəqədən (mezenximadan) inkişaf edir. 2 aya qədər sümüklə-rin sərhədi ayırd olunmur zar və ya mezenximatoz skelet adlanır. 2 ayın əvvəlində mezenximadan ara qığırdağ maddə ifraz olunur və qığırdaq skelet meydana gəlir. 2-ci ayın yarısında qığırdaq toxuma sümük toxuma ilə əvəz olunmaya başlanır. Beləliklə, sümüklər öz inkişafında 3 dövr keçir: zar, qığırdağ və skelet.

Bəzi sümüklər : kəllə qapağın sümükləri, üz kəlləsi sümükləri, əsas sümüyün və körpücüyün orta hissələri zar-dan sümük mərhələsinə keçir—belə sümüklər endesmal (birləşdirici toxuma) adlanır.

Qığırdağ yerində əmələ gələn sümüklər: qalan kəllə sümükləri, ətrafların və gövdənin sümükləri—xondral ske-let adlanır.

Sümük toxuması sümükyaradan hüceyrələrdən (osteoblastlardan) əmələ gəlir. Bu hüceyrələr cəmləşərək atma-lar buraxır. Atmalar arası Ca və K duzları ilə bərkidilir. Sümüyün üstündəki birləşdirici toxuma isə sümükləşmə-yib sümüküstülüyünü əmələ gətirir.


Sümüklərin forması. Bütün sümüklər formaca 4 qrupa bölünür: uzun, qısa, yastı və qarışıq.

1) Uzun sümüklər çox hərəkət olan yerlərdə, yəni ətraflarda olur. Daxilində sümük iliyi kanalı yerləşdiyinə görə bu sümüklər borulu adlanır. Borulu sümüklər diafizdən və uclarında epifizlərdən ibarətdir. Epifizin biri proksi-mal (gövdəyə yaxın), digəri distal (gövdədən uzaq) epifiz adlanır. Hər bir epifizin üzərində qığırdağla örtülmüş oynaq səthi olur. Diafizlərdə kompakt maddə, epifizlərdə isə süngər maddə çox olur.

2) Qısa sümüklər bədəndə möhkəmlik və elastiklik, az hərəkət olan yerlərdə təsadüf edilir. Məs., bilək sümüklə-ri, ayaq daraqarxası sümükləri, fəqərələr. Qısa sümüklər əsasən süngəri maddədən ibarətdir. Qısa sümüklərə həm-də sesamoid sümüklər aiddir: diz qapağı, noxudabənzər sümük, əl və ayaq barmaqlarında sümüklər. Onlar istinad və qoruyucu funksiyanı yerinə yetirirlər.

3) Yastı sümüklərə kəllə qapağı sümükləri və qurşaq (kürək və çanaq) sümükləri aiddir. Onlar xaricdən və da-xildən kompakt maddə ilə örtülmüşlər, qatların arasında isə süngəri maddə var. Qoroyucu mühafizə funksiyanı yerinə yetirirlər.

4) Qarışıq sümüklərə müxtəlif quruluşa, funksiyaya malik olan gicgah sümüyü, əsas sümük və üz kəlləsi sümükləri aiddir. İstinad və qoruyucu funksiya daşıyırlar.


Sümüklərin birləşməsi


Skeleti təşkil edən sümüklərin birləşmələrindən, bağ və oynaqlardan bəhs edən bölməyə sindesmologiya və ya artrologiya deyilir.

Sümüklər bir-biələrilə 2 cür birləşir:

1) fasiləsiz birləşmələr—sinartroz

2) fasiləli birləşmələr—diartroz.

1) Fasiləsiz birləşmələr zamanı birləşən sümüklər arasında ya birləşdirici toxuma—sindesmoz, ya qığırdağ—sinxondroz, ya da sümük toxuması—sinostoz olur. Sindesmoz misalı kimi said və baldır sümüklərini birləşdirən sümükarası zarları göstərmək olar. Sinxondrozlara aiddir: fəqərəarası disklər, qabırğa sümüyü ilə döş sümüyünün birləşməsi. Sinostozlar kimi kəllə sümüklərinin yaşlı adamlarda birləşməsini, 16 yaşdan sonra oma fəqərələrinin birləşməsini misal çəkmək olar.

2) Fasiləli birləşmələrə oynaqlararticulatio—aiddir. Oynaqlara skeletin hərəkətli nahiyələrində rast gəlinir.

Oynaqlarda əsas və əlavə elementlər olur. Oynağın 4 əsas elementləri var:

1) Oynaq səthləri blok, silindr, yəhər, ellips, kürə şəklində olur. Oynaq səthlərindən biri çıxıq olub, oynaq başı; digəri basıq olub oynaq çuxuru adlanır.

2) Oynaq qığırdağı hialin tərkibli olub, səthləri hamarlayır, onu təkan və titrəmələrdən qoruyur, sümüklərin sürtülməsinin qarşısını alır, hərəkəti asanlaşdırır.

3) Oynaq kisəsi xarici və daxili zardan ibarətdir. Xarici zar sümüküstülüyündən əmələ gəlmişdir. Daxili zar şəffaf sinovial maye ifraz edir ki, bu da sürtülməni azaldır və hərəkəti yüngülləşdirir.

4) Oynaq boşluğu oynaq kisəsi daxilində yerləşən oynaq səthləri arasında qalan nazik yarıqşəkilli sahədir. Bu boşluqda oynaq mayesi var. Oynaq boşluğu hermetikdir, yəni ətrafdakı hava ilə əlaqəsi yoxdur. Oynağın daxi-lindəki təzyiq mənfidir, ona görə də oynaq səthləri bir-birinə həmişə sıxılmış vəziyyətdə olur.

Oynağın 4 əlavə elementləri var:

1)Bağlar (oynaqdaxili və oynaqxarici) -- birləşdirici toxumadan əmələ gələrək, oynaqda iştirak edən sümük-ləribir-birilə birləşdirir. Möhkəmləndirici, tormozlayıcı və yönəldici vəzifələr yerinə yetirirlər.

2) Oynaqdaxili qığırdaqlar aypara (menisk) və dairəvi (disk) şəklində olur. Bunlar köndələn istiqamətdə oynaq başı ilə oynaq kapsuluna bitişir. Disk və menisk oynaq səthlərini bir-birinə uyğunlaşdıraraq, oynaqda müxtəlif hərəkətlərin meydana çıxmasına səbəb olur. Diz oynağında menisk, gicgah-cənə, döş-körpücük oynaqlarında isə disk formasında qığırdaqlar var.

3) Oynaq dodağı oynaq çuxurunu halqa kimi əhatə edir və onu dərinləşdirir. Buna misal bazu və bud-çanaq oynaqlarını göstərmək olar.

4) Sesamoid sümüklər oval formada olub, bəzi oynaqlar nahiyəsində təsadüf olunur. Məs., diz qapağı, noxu-dabənzər sümük. Onlar oynaq çuxurunun səthini böyüdüb, hərəkəti asanlaşdırırlar.
Oynaqlarda bükmə və açma, yaxınlaşdırma və uzaqlaşdırma, hərlənmə və burulma hərəkətləri mövçuddur.
Oynaqda iştirak edən sümüklərin miqdarına görə: sadəmürəkkəb oynaqlar ayırd edilir. İki sümüyün iştira-kı ilə əmələ gələn oynağa sadə (bazu oynağı), ikidən çox sümüyün iştirakı ilə əmələ gələn oynağa isə mürəkkəb oynaq (dirsək oynağı) deyilir. Bunlardan başqa, kombinasiyalı oynaqlar (çını-gicgah oynaqları, proksimal və distal mil-dirsək oynaqları) da olur.
Orqanizmin əsas oynaqları:

1.Bazu oynağı—articulatio humeri

2. Dirsək oynağı—art. cubiti

3.Əl oynaqları—articulationes manus

4. Bud-çanaq oynağı—arti. coxae

5. Diz oynağı—art. genus

6. Ayaq oynaqları—articulationes pedis
Maddələr mübadiləsi və onun pozulması.

Qida orqanizmə daxil olarkən həzm orqanlarında dəyişiklərə uğrayır,qana və limfaya sorulur və hüceyrələrə da-xil olur. Orada sadələşmiş, bəsit maddələrdən orqanizmə xas olan mürəkkəb birləşmələr—zülallar, yağlar, karbo- hidratlar--əmələ gəlir. Maddələr mübadiləsi assimilyasiyadan və dissimilyasiyadan ibarətdir. Qida maddələrin hüceyrələrə daxil olması və orada onun tərkib hissəsinə çevrilməsi assimilyasiya (anabolizm) adlanır. Assimil-yasiya maddələrin enerjinin udulması ilə gedən prosesdir. Dissimilyasiya (katabolizm) –enerjinin ayrılması ilə gedən mürəkkəb üzvi birləşmələrin parçalanmasıdır. Ayrılan enerjinin bir qismi əzələlərin mexaniki işinə, digər qismi daha mürəkkəb birləşmələrin sintezinə sərf olunur, qalan qisi isə ehtiyat halında makroergik birləşmələrdə toplanır. Enerjinin cuzi hissəsi ətraf mühitə berilir. Bütün bu proseslər elə nizamlanır ki, orqanizmdə temperatur balansı həmişə sabit qalır.



Zulal mübadiləsi və onun funksiyaları. Zulallar amin turşuların birləşməsindən əmələ gələn mürəkkəb üzvi maddələrdir. İnsanın qəbul etdiyi qida maddələrində 20-dən çox aminturşusu var. Bəzi orqanizmində sintez olu- na bilmir və yalnız qida ilə qəbul edilməlidirlər. Bunlar əvəzedilməyən aminturşulardır (arginin, valin, leysin, histidin, lizin, fenilalanin, izoleysin, metionin, treonin, triptofan). Hər hansı əvəzedilməyən aminturşu qidadan çıxarıldıqda boyun inkişafdan qalması, çəikinin azalması və sinir pozğunluqları baş verir. Tərkibində əvəzedil- Azot balansı. Azot—zülalın və aminturşunun əsas tərkib hissəsidir. Zülal mübadiləsinin vəziyyətini öyrən- mək üçün azot balansını, yəni orqanizmə daxil olan azotun miqdarı ilə orqanizmdən xaric olan azotun arasında- kı fərqi müəyyən etmək lazımdır. 6,25qr zülalda 1 qr azot olur. Məs., əgər sidikdə 20qr azot varsa, deməli ora-da zülalın miqdarı 6, 25×20=125qr olacaq. Yəni sutkada orqanizmdə 125qr zülal parçalanır və sidiklə xaric olu- nur. Əgər qəbul edilən azot xaric olan azotdan çox olarsa, buna müsbət azot balansı deyilir. Müsbət azot balan-sı cavan, sürətlə böyüyən orqanizmdə və hamilə qadınlarda müşahidə edilir. Orqanizmdən xaric olan azotun miqdarı qəbul edilən azotdan çox məyən aminturşular olan zülallara tamdəyərli zülallar deyilir. Tərkibində heç olmasa 1 əvəzedilməyən amin- turşu çatışmayanlar isə azdəyərli zülallar hesab edilir. Əvəzedilən aminturşular orqanizmdə sintez olurlar. Bunlara aiddir: alanin, asparagin turşusu, qlutamin turşusu, tirozin vəs.

Zülalların aşağıdakı funksiyaları var:

1)Struktur və plastik funksiya—zülallar tikinti materialıdır

2)Fermentativ f—fermentlərin tərkibində olub kimyəvi proseslərdə iştirak edir

3)Müdafiə f—orqanizmə yad cisim daxil olduqda onunla mübarizə aparmaq üçün əmələ gələn immun cisim-antitel- zülal təbiətlidir

4)Nəqliyyat f—zülali birləşmə olan Hb oksigeni və karbon qazını daşıyır

5)Zulallar irsiyyətin ütürücüsüdür—nüvədə olan nukleoproteidlərin tərkibində olan nuklein turşular (DNT, RNT) irsi əlamətlərin daşıyıcısıdır

6)Requlyator (tənzimləyici) f—zülal tərkibli hormonlar müxtəlif orqanların fəaliyyətinə təsir edərək, bioloji sabitliyi təmin edir

7)Zulallar enerji mənbəyidir—1 qr zulal oksidləşəndə 4kkal enerji ayrılır.

Zülalın sutkalıq tələbatı—100 qr.



Zülal mübadiləsinin pozulması zamanı bəzi patoloji hallar baş verir. Belə pozulmalar aşğıdakı hallarda baş verir: 1)Həzm traktına daxil olan qidanın miqdarı, tərkibi, həcmi və sorulması pozulduqda

2)Hüceyrə və toxumalarda zülalların sintezi və parçalanması pozulduqda

3)Aminturşuların mübadiləsi pozulduqda sidik cövhərinin sidikdən çıxarılması ləngiyir və o, kiçik oynaqlarda, qığırdaqlarda, vətər yataqlarında, böyrək, dəri və əzələlərdə toplanaraq, podaqra xəstəliyinə səbəb olur.

Feninalanin və tirozin mübadiləsinin patologiyası.

Belə patologiyalar (fenilketonuriya, albinizm, tirozinemya, alkaptonuriya) aminturşu mübadiləsinin müxtəlif mərhələlərində iştirak edən fermentlərin çatışmazlığı ilə əlaqədardır.



Fenilketonuriya –fenilalanin-4-hidroksilaza fermentinin çatışmazlığı ilə əlaqədar olan irsi xıstəlikdir. Bu xəstə- likdə fenilalaninin tirozinə çevrilməsi pozulur və sidikdə fenilalanin və onun katabolizm məhsulları toplanır və sidiklə ifraz olunur. Bu çatışmazlıqla doğulan uşaq yenidoğulma dövründə zahiri görünüşünə görə sağlam uşaq- lardan fərqlənmir. Lakin həyatin ilk aylarından etibarən xəstə uşaqda mərkəzi sinir sistemin zədələnməsi ilə əla- qədar olaraq əlamətlər meydana çıxır və aqil zəiflıyı yaranır. Melanin sintezinin pozulması nəticəsində tuklərin, dərinin və gözlərin piqmentasiyası da azalır.

Albinizm—tirozin mübadiləsinin pozulması nəticəsində əmələ gələn xəstəlikdir. Bu zaman da melanin sintezi pozulur. Əsas əlamətlər tüklərin rənginin ağlığından, gözün qüzeyli qişasının qırmızı rəngə boyanmasından

ibarətdir. Bu xəstəlik xəstənnin həyat fəaliyyətinə ciddi təsir göstərmir. Xəstələr gün işığına qarşı həssas olurlar

olarsa, mənfi azot balansı əmələ gəlir. Bu müxtəlif xəstəliklər zamanı, qida ilə zülalın az qəbul etməsi zamanı baş verir.
Yağ mübadiləsi və onun pozulması. Həzm traktında yağlar yağ turşularına və qliserinə parçalanırlar. Orqanizmdə lazım olan enerjinin 50%-ni yağlar verir. 1qr neytral yağ oksidləşəndə 9 kkal enerji ayrılır. Yağa olan sutkalıq tələbat 70-80qr-dır. Yağların funksiyaları:

1)Yağlar protoplazmanın, nüvənin və membranın əsas tərkib hissəsini təşkil edir;

2)Yağın müəyyən hissəsi orqanizmin ehtiyacını ödədikdən sonra enerji mənbəyi kimi dərialtı toxumada, piylikdə, böyrəklərin ətrafında, xeyli hissəsi isəqaraciyərda və əzələlərdə toplanır;

3)Yağlar dərialtı piy istiliyin bədəndən verilməsinə mane olur.

Yağların çox hissəsi bağırsağlarda parçalanandan sonra limfaya sorulur. Yağ mübadiləsində əsas ağırlıq qaraciyərin üzərinə düşür.

Yağ mübadiləsinin pozulması aşağıdaki hallarda olur:

1)Yağların sorulması pozulanda—ödün bağırsaqda lazımi qədər tökülməməsi ilə əlaqədar olan patoloji hallarda yağları emulsiyalaşdıran öd turşularının azlığı və ya olmaması onları sorulmasını qeyri-mümkün edir.

2)Yağların qandan toxumaya keçməsi pozulanda.

3)Yağların depolarına keçməsi pozulanda.

4)Yağ mübadiləsinin ara mərhələsi pozulanda.

Xolesterin steroid yağlara aiddir. Xolesterin mübadiləsinin pozulması aterosklerozun, öd daşı xəstəliyinin, lipoid nefrozun əmələ gəlməsinə, buynuz qişasının yaşla əlaqədar tutqunlaşmasına səbəb olur. Ateroskleroz zamanı damarların intimasına xolesterin çökür və mənfəzi daralır.

Piylənmə -- orqanizmdə yağların sintezinin sürətlənməsi, lipidlərin piy depolarıhdan sürətlə xaric olması və toxu- malar tərəfindən mənimsənilməməsi zamanı olur. Onun əsas səbəblərindən biri patoloji iştaha ilə əlaqədar olan həddindən artıq qidalanmadır. Etioloji cəhətdən piylənmənin serebral. Alimentar və hormonal növləri ayırd edilir.

Qaracyərin piy distrofiyası. Normal halda qaraciyərin quru kütləsinin 5% piylər təşkil edir. Bəzi xəstəliklərdə onların miqdarı 50-60% çatır. Qaraciyərin bu cür dəyişikləri piy infiltrasiyası adlanır. Bu aşağıdaki səbəblərə görə yaranır: karbohidratlarla və yağlarla zəngin olan qidanın qəbul edilməsi, piy depolarından yağların sürətlə qaraciyərə gətirilməsi, qaraciyərin əğır xəstəliklərində(sirroz) və başqa.
Karbohidrat mübadiləsi. Karbohidratların orqanızm üçün bioloji əhəmiyyəti olan enerji mənbəyi kimi olmala- rındadır. 1qr k/h oksidləşəndə 4 kkal enerji ayrılır. K/h-rın sutkalıq tələbatı 500-600qr-dır. Qəbul edilən k/h əsas hissəsi (70%) toxumalarda karbon qazı və suya parçalansada 25-28% yağa, 2-5% qlikogenə çevrilir. Qəbul edil- mış k/h monosaxarid şəklində nazik bağırsağda sorulur. Qaraciyərdə insulinin iştirakı ilə qlukozadan qlikogen əmələ gəlir və ehtiyat halında toplanır. Böyrəküstü vəzinin hormonu olan adrenalinin təsiri altında qlikogendə qlükoza yaranır.

Karbohidrat mübədiləsinin pozulması. Bu aşağıdakı hallarda baş verir:

1)K/h parçalanması və sorulması pozulanda: həzm kanalında pankreasın amilaza fermenti çatmayanda.

2)Qlikogenin sintezi və parçalanması pozulanda. K/h mübadiləsinin pozulması nəticəsində qanda qlükozanın miqdarı arta və ya azala bilər.

Qanda qlükozanın artması hiperqlikemiya,azalması isə hipoqlikemiya adlanır. Hiperqlikemiya aşağıdakı səbəblərdən ola bilər: alimentar, emosional, hormonal (insulin), bəzi narkozların (efir, morfin) təsirindən. Hipoqlikemiya aşağıdakı hallarda olur: mədəaltı vəzin hiperfunksiyasında (insulinin artmasında), k/h çevrilməsi- ni təmin edən hormonların azlığı, qaraciyər hüceyrələrin zədələnməsində, k/h aclığında, k/h bağırsağdan sorulma- sı pozulanda, müalicə məqsədilə böyük dozada insulin vurduqda və s. Hipoqlikemiyaya ən çox beyin həssasdır.

Çünki beyin hüceyrələrinin yeganə enerji mənbəyi qlükozadır və orarda qlikogen olmur. Normada insan qanında 4,4-6,6mmol/l-ə qədər (80-120mq%)şəkər olur. Qanda şəkər 50-80mq% olanda —taxikardiya, halsızlıq, əsəbilik müşahidə olunur. Şəkərin miqdarı 50mq%-dən az olarsa, mərkəzi sinir sistemin fəaliyyəti kəskin pozulur, qıcol- malar və komatoz hal baş verir.
1q maddə oksidləşəndə Sutkalıq tələbat

Zülal 4 kkal 100q

Karbahidrat 4 kkal 500-600q

Yağ 9 kkal 70-80q




Su-duz mübadiləsi və onun pozulması

Orqanizmdə gedən bütün biokimyəvi və fizikikimyəvi proseslər sulu mühitdə icra olunurlar. Orqanizmdə suyun aşağıdaki funksiyaları var:

1) su—qida və mübadilə maddələrin həlledicisidir

2) su onda olan maddələri daşıyır

3) yaxın olan orqanların səthləriniin sürtülməsinin qarşısını alır

4) buxarlanaraq orqanizmin temperaturunun tənzimetməsində iətirak edir

İnsan orqanizmi xarici mühitdən 1 gün ırzində 2,5-3litr maye alır. Bu mayenin 1500-1700 ml-i içməli sudur, 800-1000 ml isə xörəklərin, kiselin, kompotun tərkibində qəbul edilir. Bundan başqa orqanizmin özündə üzvi maddələrin oksidləşməsi nəticəsində 200-300 ml endogen su əmələ gəlir. Toxumalarda 100q yağ oksidləşəndə 100ml, 100q k/h oksidləşəndə 55ml, 100q zülal oksidləşəndə 41ml su yaranır.

Orqanizm həm böyrəklər vasitəsilə (1,5l), həm də ekstrarenal yolla: həzm sistemi ilə (50-300ml), tənəffüs yollaı ilə (200ml) və tər vasitəsilə (0,5-1litr) su itkisinə məruz qalır. Orqanizmin mütləq su itkisi gün ərzində 2,5-3l-ə bərabər olub, qəbul edilən mayenin miqdarından asılıdır.

Orta yaşlı insan bədənin ümumi kütləsinin 55%-ə qədəri (40-45l) sudan ibarətdir, uşaqlarda isə bədənin ümumi kütləsinin75-80%-i suyun payına düşür.

Su mübadiləsinin pozulması 2 cür olur: 1) susuzlaşma (hipohidriya, eksikoz) və 2) orqanizmdə suyun ləngimə- si (hiperhidriya, hiperhidratasiya) şəklində dəyişə bilər. Susuzlaşma (hipohidriya)—ifraz edilən suyun qəbul edilən suya nisbətən çox olması ilə əlaqədardır. Susuzlaşmaya su itkisinin şiddətlənməsi ilə əlaqədar olan proses- lərdə (ishal, təkrar qusmalar, şiddətli tərləmə, qanitirmə, hiperventilyasiya və s.)təsadüf edilir. Həyatın ilk 2 il ərzində uşaqlrda su-duz mübadiləsinin tənzimedici mexanizmləri zəif olduğuna görə onlarda susuzlaşma halı asanliqla əmələ gəlir.

Orqanizmdə suyun ləngiməsi hiperhidriya adlanır. Xarici mühitdən orqanizmə həddindən artıq su daxil olduqda və suyun az xaric edilməsində baş verir və ödemlər əmələ gəlir (bədənə çoxlu miqdarda maye vurulduqda). Ödem—tipik patoloji proseslərin bir növüdür. Ödemlərin əmələ gəlməsi zamanı oliquriya (sidiyin az ifraz olunması) olur. Etioloji amilinə görə ödemlərin bir neçə xüsusi növü ayırd edilir. Bunlara ürək, böyrək, iltihab, kaxeksiya, toksik, neyrogen, allergik, limfogen və başqa mənşəli ödemlər aiddir.



Mineral mübadiləsinin patologiyası.
Su ilə birlikdə orqanizmə mineral maddələr də daxil olur. Qidanın 4% mineral birləşmələr təşkil edir. Elektrolitlərin fermentativ reaksiyalarda vacib əhəmiyyəti var.

Natrium əsasən xörək duzun tərkibində qidayla orqanizmə daxil olur. NaCl-un sutkalıq tələbatı 5 qramdır. Na hüceyrəarası mayedə osmotik təzyiqi təmin edir. O, sümük toxumasında depo halında toplanır. Orqanizmin susuzlaşmasına səbəb olan bütün proseslərdə (şiddətli qusma, tərləmə, ishal) Na balansı mənfi olur. Hipohatriemiya nəticəsində arterial təzyiq aşağı düşür, ürək fəaliyyəti sürətlənir (taxikardiya). Çoxlu miqdarda Nai tirdikdə Kalium uonları da hüceyrəapası mayeyə keçirlər, bunun nəticəsində ürəyin, əzələnin fəaliyyəti pozulur: əzələ adinamiyası, iştaha pozğunluğu.

Kalium hüceyrədaxili osmotik təzyiqi təmin edir. Hipokaliemiya—K orqanizmə az daxil olması, qlükokortioidlərlə, sidikqovucu preparatlarla uzun müddət müalicə zamanı baş verir. Belə hallarda sinir-əzələ oyanıqlığı pozulur, əzələ zəifliyi, mədənin və bağırsağların hərəki funksiyasının pozulması, damar tonusunun zəifləməsi müşahidə olunur. Hiperkaliemiya – K-la zəngin olan qida məhsullarının həddindən artiq qəbulu və ya tərkibinə K daxil olan dərman preparatlarının dozasının əsassız olaraq artırılması nəticəsində, həmçini K orqanizmdən xaric edilməsi pozulduqda əmələ gəlir. Hiperkaliemiya nəticəsində sinir-əzələ oyanıqlığı yüksəlir, xəstələrdə taxikardiya, aritmiya, hətta kollaps baş verir.

Calsium(Ca) və fosfor(P) əsasən sümük toxumasında toplanır. Hipokalsiemiya zamanı qıcolmalar, artması vaxtı iflic əlaməti, daş xəstəliyi (böyrək, öd) əmələ gəlir. Ca sümüyün qurulması üçün vacibdir. Normada Ca qanda 9-11mq%, 8-9mq% olduqda raxit, 8mq%-dən az olarsa spazmofiliya baş verir.

Dəmir(Fe) kompleks duzlar şəklində olur. O, hemoqlobinin. Mioqlobinin tərkibində olur. O2 və CO2-nın daşınmasını təmin edir.

Yod(Y) orqanizmdə az miqdarda olur. Lakin orqanizm üçün əhəmiyyəti çox böyükdür. O, qalxanabənzər vəzin hormonlarının tərkibində olur. Bu hormonlar bütün mübadilə proseslərində, orqanizmin böyüməsinə, beyin toxumasının inkişafına təsir edir. Yodun çatışmazlığı hipotireoz, artığlğı isə hipertireoz sindromunu yaradır.

Ftor(F) sümüklərin və diş minasının tərkibinə daxildir. Qida maddələrin və suyun tərkibində ftor çox olduqda diş minası hiperplaziyaya uğrayır və zələnir, eyni zamanda sümük toxuması da möhkəmlitini itirir. Ftorun çatışmazlığı kariesin inkişafına səbəb olur.





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə