Sərxan Abdullayev


IV FƏSİL  Sinonim çoxluqları və ya eyni şeyləri



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
IV FƏSİL 

Sinonim çoxluqları və ya eyni şeyləri 

müxtəlif cür adlandırmanın yalanı 

 

 Mübaliğəsiz demək olar ki, dil sistemində sinonimlik, alternativ 

adlandırma yaradıcılığı semantik detallaşdırmanın, aidetmə, dəqiqləşdirmə 

və  fərqləndirmənin səmərəliliyini təmin etmək, bir çox hallarda işarənin 

aşkar naqisliyini, natamamlıq və  hətta yararsızlığını kompensə etmək, 

anlayışı, obyekti, predmet və hadisələri daha geniş  və əhatəli, daha dəqiq, 

aydın və sahmanlı  şəkildə ifadə  və  dərk etmək ehtiyacının qanunauyğun 

nəticəsi olaraq meydana gəlmişdir. Bu cəhətdən sinonimlərə yalnız formal 

variativliyin son həddi və  məzmun variativliyinin başlanğıcı, ibtidası kimi 

deyil, həm də adlandırma və  dərketmənin fasiləsizliyi və sonsuzluğu, 

hüdudsuzluğu kimi yanaşmaq olar. Sinonimlərə, paradoksal hal olaraq, 

dildə həm qənaətin, sərrastlıq, yığcamlıq və mobilliyin, həm də israfın, bir 

çox vəziyyətlərdə  həqiqətən lüzumsuz israfın qanunauyğun, arzuolunmaz 

nəticəsi, sonucda daha səmərəli dil işarələrinin axtarışları, seçmə  və 

əvəzetmə proseslərinin davamı, müəyyən mənada ifadə eksperimentləri 

kimi baxmaq olar. Əgər dil sistemində heç nəyin artıq, ya əksik, lüzumsuz 

olmadığını  nəzərə alsaq, sinonim variantların funksional imkanlarının 

genişliyini, semantik-praqmatik perspektivlərinin zənginlik və 

mükəmməlliyini aydın təsəvvür etmək olar. Dil insanların yiyələndiyi, 

istifadə etdiyi yeganə  işlək mexanizmdir ki, qavrayış prosesində bizə 

birbaşa informasiyanın hüdudlarından kənara çıxmağa, qavranılmaz olanın 

qavranılmasına, uzaq olanın yaxınlaşdırılmasına imkan verir, dərketməni 

stimullaşdırır, maddi, real, görünən, hiss edilən bir istiqamətə yönəldir. Biz 

sinonimlərlə  qənaətcillik dedikdə onu nəzərdə tuturuq ki, bəzən dəqiq 

variantın seçilməsi geniş, yerli yataqlı bir ifadəni,  əhatəli bir təsviri  əvəz 

edir. Sinonimləri - alternativ, yanaşı,  əlavə ifadə variantlarını 

formalaşdırmaqla dil təkcə özünü “ucuz”, bol xammalla deyil, həm də çox 

vaxt konkret məqsəd və  dəb üçün yararlı, keyfiyyətli və kifayət qədər 

səmərəli, uyar leksik detallarla, uzunmüddətli sabit söz-işarə ehtiyatı ilə 

təmin etmiş olur. Burada ilkin linqvistik qiymətlərin verbal zənginliyi və 

fərqi ifadə olunur. Sinonim formalarının kəmiyyət çoxluğunun, deyə bilərik 


 

 

 



172

ki, həm də qeyri-səlis kəmiyyət çoxluqlarının yaranmasının  əsas 

səbəblərindən biri də  məhz linqistik işarələrin dil istifadəçisini heç vaxt 

tamamilə  təmin etməyən qeyri-adekvatlığı, doymazlığı, linqvistik 

qiymətlərin natamamlığı  və qeyri-dəqiqliyidir.  İnsanlar, dil kollektivləri, 

hər hansı bir konkret dil kollektivi vahid məna bütövlüyü daxilində ehtiyat, 

paralel adlandırmaları  gəlişdirməklə,  əlahiddə sözləri, muxtar, yanaşı 

vahidləri yaratmaqla anlayışların (məfhumu sinonimlər), predmet və 

hadisələrin (denotativ sinonimlər), qavrama, dərketmə prosesində mühüm 

və  zəruri olan əlamətlərini, fərqlərini, detallarını, təfərrüatlarını  və onlar 

haqqındakı  təsəvvürləri, təəssüratları nişanlamış, diferensiallaşdırmış, 

dəqiqləşdirmiş olur. Sərhədləndirici, hüdudlandırıcı dayaqları gözəyarı da 

olsa, yerinə qoymuş, düzmüş olur. Dil gerçəklərinə əsasən demək olar ki, 

paralel, müştərək-alternativ vahidlərin qənaət prinsipi daha çox həqiqət 

kimi dərk olunan biliyin, əksinə, israfçılıq, artıqlıq qaydası və vəziyyəti isə 

qeyri-həqiqətin, yanılma, aldanış  və yalanın, ifrat səciyyələndirmələrin 

xidmətində dayanır. Sinonimlər sadəcə olaraq onsuz da təxmini, qeyri-

mükəmməl, qeyri-adekvat inikas vasitəsi olan dil işarələrinin yayılanlığını 

ya maksimal həddə çatdırır, ya da minimuma endirir, sıfır həddə  qədər 

kiçildir, maksimum dərəcədə  məhdudlaşdırır. Söz seçimi əhəmiyyətli 

dərəcədə mülahizənin, təklifin həqiqilik və ya yalanlığını  təyin edir. 

Operativ qavrayış, persepsiya prosesi də bütövlükdə sinonim təklərlə 

müəyyənləşən, ilkin işarəyə alınan həmi variantlar, hədlər, ayrıclar, 

birləşdirici və  fərqləndirici inikas parametrləri  əsasında cərəyan edir, 

bununla da dil işarələrinin bir-biri ilə  fəal təmas və çarpazlaşmaları, 

semantik  əlaqələri ilə  təəssüratın, təsəvvür dairələrinin  şərti-nisbi mənada 

bütövlüyü, tamlığı  və az-çox mükəmməlliyi, effektivliyi təmin olunmuş 

olur. Bəzi paralel, yanaşı adlandırmalar müstəsna olmaqla (belələrinə 

dilçilik  ədəbiyyatında mütləq sinonimlər deyirlər)  əlahiddə götürülmüş 

sinonim vahidlərdən, formal variantlardan hər biri bir qayda olaraq ya 

məfhumi, ya semantik, ya da spesifik emosional-ekspressiv, subyektiv-

qiymətləndirmə çalarlığı ifadə edir, əlavə informasiya daşıyır, konkret nitq 

aktında, mətn daxilində spesifik, fərqli, tamamlayıcı, yaxud yayındırıcı 

məlumat mənbəyinə çevrilir. Ümumən dilin leksik-semantik sisteminə, 

sinonim ehtiyatlarına yaxından bələd olan insanlar predmet və hadisələri 


 

 

 



173

daha yaxşı detallaşdırır və paradoksal hal olaraq onları daha yaxşı 

bütövləşdirməyə müvəffəq olur.  

Dil öz idraki və ünsiyyət funksiyalarını, praqmatik, estetik və digər 

funksiyaları yerinə yetirmək üçün daim öz daxili qüvvələrini, ehtiyat 

mənbələrini və energetik resurslarını  səfərbərliyə alır, zəif, çatışmayan 

cəhətlərini islah və kompensə etməyə çalışır, ona müvəqqəti olaraq lazım 

olmayan detalları  kənara atır. Başqa mexanizmlərdən fərqli olaraq təkcə 

kənara atmır, həm də ən uzaq kapilyarları yaşadan qanla təmin edən canlı 

orqanizm kimi, sıradan çıxmağa, paslanmağa qoymur. Köhnə ehtiyat 

hissələr, vintlər, dayaqlar tamamilə  kənara atılmır, öz taxçasında durub 

məqam gözləyir, sistemin, mexanizmin içində, öz potensial yerini, 

mövqeyini qoruyub saxlayır, lazım gələndə işə düşür, dövriyyəyə buraxılır. 

Dil sanki hər dəfə özünü yenidən doğurur. Xilaskar, qənətcil, həm də 

zəngin və rasionallaşmış dil konkret yaradıcılıq, reallaşma anında 

mobilliyə, mütəhərrikliyə mane olan “artıq çəkidən”, lüzumsuz, boş 

kütlədən xilas olduğu kimi, özünü heç vaxt ifrat yük, izafi təzyiq altında da 

qoymur, bununla da bir canlı orqanizm olaraq öz normal təbii həyatını 

sürdürür və ifadə imkanlarını, çeviklik və mütəhərrikliyini mühafizə etmiş 

olur. Buna dilin iradəsi də demək olar. Məlum olduğu kimi, Hartman və 

Artur  Şopenhauer Günəşin, Ulduzların, Yerin, ümumən Varlığın 

iradəsindən bəhs edir. Göte “Ob nicht die Natur zuletzt sich doch 

ergründe?” deyə özünə üzücü, məhvedici suallar verir. Yəqin ki, həmin sual 

yalnız çılpaq forma deyil, həm də canlı varlıq, səs materiyası olan dilin 

qurulma mexanizmi, onun leksik-semantik sistemi üçün də aktualdır. Dil 

anlayışların, əlamət və keyfiyyətlərin oxşar və fərqli cəhətlərini, ümumi və 

xüsusi parametrlərini verballaşdırmaqla, sözə köçürməklə  əsl təsnifat, 

kateqoriallaşma və intizam nümunəsi təqdim edir. Tematik qruplara, 

semantik və  məfhum sahələrinə, sinonim cərgələrə kifayət qədər bələd 

olmayan, onları yaddaşına, hafizəsinə hopdurmayan, köçürə bilməyən dil 

istehlakçıları özlərini dərketmə və ifadəetmə fərəhindən, dilin heç nə və heç 

kimlə müqayisə oluna bilməyən misilsiz himayə  və mühafizəsindən, 

yaradıcı qüdrətindən məhrum etmiş olurlar. Dilin leksik sistemi, işarə 

əmsalları hər bir xalqın şüurunda yerləşdirilmiş, yerləşmiş şəbəkə kimidir. 

Və bu şəbəkə  də elə  şüurun özüdür, varlıq iradəsidir! Funksional-üslubi 


 

 

 



174

baxımdan differensiallaşmış, xüsusiləşmiş lüğət ehtiyatında dilin 

sinonimlik, alternativ ekvivalentlik imkanları, anlama, dərketmə fəallığı və 

törədiciliyi daha geniş bir sferaya daxil olur, linvistik paradiqma dünya 

mənzərəsinin,  şeylərin, predmet və hadisələrin bilavasitə mahiyyətinə, 

strukturuna nüfuz edir.  

 Lakin dil işarələri təkcə immanent şəkildə  əşyaya, hadisəyə, 

predmetə, maddi obyektlərə xas olan əlamətləri deyil, bir-biri ilə 

əlaqələnmədə onlardan çox-çox kənara çıxan,  şüur və idrakımızın 

hüdudlarını  aşan, duyğularımızın, hisslərimizin inersiyasını ötüb keçən, 

metafizik, fövqəlreal, başqa sözlə, transsendental qiymət və 

dəyərləndirmələri, assosasiyaları da öz gerçək cazibə sahəsinə daxil edir. 

Bu cəhətdən dili çox vaxt sırf rasional qavrayışa sığmayan, öz-özünü 

doğuran, inkişaf edən, müstəqilləşən, səs və elektromaqnit dalğaları ilə 

(yazıda) dərk olunan maddi işarələr sistemini duyğu orqanlarına  əlavə 

olunan və daha yüksək, intensiv energetik güc kəsb edən müstəqil, 

tamamlayıcı bir mexanizm irrasional-iradi bir yaradılış kimi izah etmək 

olar. Bu baxımdan dili dördüncü idrak, dil işarələrinin isə təsir radiusu daha 

böyük, potensial imkanları daha zəngin olan altıncı duyğu, fövqəlsistem 

kimi dəyərləndirmək olar.  

Beləliklə, dildə formal variantlığın son həddi kimi qəbul olunan 

sinonimləri şeylərin real kəmiyyət-say münasibətlərindən kənara çıxan söz 

kateqoriyası kimi təhlil və izah etmək münasibdir. Həm məfhumi-

siqnifikativ, həm də denotativ, məntiqi-əşyavi mənaları, müxtəlif 

emosional-ekspressiv çalarlıqları ifadə edən, bir-birilə birləşdirən müştərək-

ekvivalent variantlar bütöv bir sistem, paradiqma əmələ gətirir.  

Belə dil faktlarının, söz-işarələrin zənginliyi sinonimlərə - eyni 

şeyləri müxtəlif  şəkillərdə, fərqli görüş bucaqlarından, mövqelərdən 

adlandırma və  dərketmə vahidlərinə dilin kifayət qədər işlək, səfərbər, 

çevik, geniş  və  rəngarəng vahidləri kimi yanaşılmasını  zəruri edir. 

Sinonimlərin sayı adi, sıravi dil daşıyıcıları üçün birbaşa qavranılan, aktual 

informasiyalardan qat-qat çoxdur. Sinonimlərə birmənalı və mütləq şəkildə, 

qeyd-şərtsiz dilin ifadə imkanlarının zənginliyi, bir qüdrət, güc ölçüsü kimi 

yanaşılması fikrində  də bir həqiqət vardır. Buraya yalnız onu da əlavə 

etmək lazımdır ki, söz bolluğu, adalandırma və işarələmə zənginliyində və 


 

 

 



175

rəngarəngliyində 

həm də qavrayışın, dərketmənin, sonucda 

diferensiallaşmanın gücü ifadə olunur. Geniş semantik qrup, söz sahəsi 

fonunda sinonim vahidlərin ifadə  əlaqələrini, məna strukturunun 

özünəməxsusluğunu nəzərdən keçirmək ümumən dil işarələri ilə 

gerçəkliyin  əks olunmasının izomorfluğunu, bunun ayrı-ayrı aspektlərini 

müşahidə etmək baxımından olduqca maraqlı  və ibrətamizdir. Bu uyarlıq 

təkcə adlandırma, nominklatur baxımından deyil, həm də artıq qeyd 

edildiyi kimi, idraki, evristik baxımdan ciddi əhəmiyyətə malikdir. 

Görünür, şeylərin, hadisələrin mahiyyətini sonadək dərk etmək, “oxumaq” 

mümkün olmadığı kimi, onların işarələrini, çoxlu adda adlandırma 

variantlarının gerçək məntiqini də sona qədər dərk etmək, adekvat şəkildə 

mənalandırmaq, yayılanlıq, funksionallıq hüdudlarını müəyyənləşdirmək 

mümkün deyil.  Sinonim çoxluqları və ortaqlı adlandırma axınları bir çox 

funksional üslublarda, məsələn, elmi anlaşma sahəsində,  əksinə, aldanışa, 

yanılmalara səbəb olur, dərketmənin operativliyinə, səlisliyinə maneçilik 

törədir. “İnformasiya təhlükəsizliyinin” real mənbəyinə çevrilir. F. Engels 

“Kapital”ın ingiliscəyə  tərcüməsi haqqında danışarkən deyir ki, eyni 

anlayışın ən müxtəlif sözlərlə ifadə olunası (görünür, rəngarənglik xatirinə) 

onun parçalanmasına, dağılmasına gətirib çıxarır. Bu fikri belə  də ifadə 

etmək olar ki: söz artıqlığı dil istifadəçisini bir çox hallarda zəruri və ya 

lüzumsuz olaraq “seçməyin  əzabları” qarşısında qoyur, dərketmənin 

intensivliyinə  xələl gətirir. Alternativ, yanaşı adlandırmalar fikri, ideyanı, 

onların qiymətləndirilməsini, ardıcıl və birmənalı  şəkildə  təqib edilməsini 

çətinləşdirir, eyni zamanda fikir predmeti, obyekt haqqındakı  təsəvür və 

təəssüratı yayğınlaşdırır, bir çox hallarda diqqəti  əşyanın özünə deyil, söz 

reallığına yönəldir, bununla da gerçək koqnitiv və linqvistik maneələr 

yaradır. Beləliklə, sinonim, eyni və yaxın mənalılıq ehtiyatları yalnız 

bütövləşdirməyə,  əhatəliliyə, tamlaşdırmaya, digər tərəfdən də 

detallaşdırma və  dəqiqləşdirməyə xidmət etmir, həm də düzgün və 

sahmanlı istifadə olunmadıqda lüzumsuz olaraq anlayışın, obyektin 

xırdalanmasına, qlobal qavrayış prosesində bütövlük təəssüratının 

azalmasına, zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb olur. Bu onunla 

bağlıdır ki, sinonimlər dildə  ən müxtəlif nominativ və üslubi-praqmatik 

funksiyaları yerinə yetirir: Sinonimlər – dəqiqləşdirir; sinonimlər – 



 

 

 



176

anlayışa, predmet və hadisələrə, digər dil işarələrinə insanın müxtəlif 

intellektual və emosional təxribatlarını üzə  çıxarır; sinonimlər – fikri, 

obyekt haqqındakı  təəssüratı qüvvətləndirir, neytrallıqdan çıxarır; 

sinonimlər fikir və hisslərin variativ, rəngarəng ifadəsini təmin edir; 

sinonimlər – aydınlaşdırır,  şərh edir; sinonimlər – müxtəlif sememləri – 

leksik-semantik variantları qarşılaşdırmaq, özündə ehtiva etməklə 

kontraslıq düşüncəsi, təzadlıq yaradır; sinonimlər – müxtəlif mövqe və 

münasibətləri yumşaltmaq, meliorativləşdirmək, bəzən arzuolunmaz 

məqamları, detalları yayındırmaq, gizlətmək işini görür; sinonimlər – nəzər 

nöqtəsini, hədəfləri dəyişməklə görüş bucağını da dəyişir, dil istifadəçisinin 

subyektiv mövqeyinin, praqmatik gözləyiş  və maraqlarının ruporuna 

çevrilir, eyni zamanda tərəf mənsubiyyətini, siyasi-ideoloji dünyagörüşünü 

“qeydə alır” və s. Subyektiv fikir və münasibət isə adətən yanlışlıq, aldanış 

və yalanla müşayiət olunur, predmetlə, fikir obyekti ilə dil işarəsi 

arasındakı qayçını getdikcə daha da genişləndirir. Kim qəsdən, bilərəkdən, 

əvvəlcədən hadisəni, faktı  təhrif edərək “Bu mənim subyektiv 

mövqeyimdir” deyə heç nə olmamış kimi arxayınca danışırsa, bilin ki, 

yalan danışır. Nə deyirsə yalan deyir. İşarə - predmeti, hadisəni tam 

adekvat ifadə edə bilmirsə, birbaşa informasiyadan yayınan saysız-

hesabsız, doğrudur, konkret vəziyyətdə  dərketmə prosesində o qədər də 

aktual olmayan informasiya itkisi baş verirsə, bir neçə müştərək, yaxud 

əlavə, bəzən qeyri-müəyyən sayda, qeyri-mütənasib ölçüdə  işarənin cəlb 

olunmasının risk və fəsadlarını təsəvvür etmək çətin deyildir.  

  Dilin qurulma, sazlanma mexanizmləri bunu deməyə əsas verir ki, 

sinonimlər dil səviyyəsində qeyri-səlis linqvistik çoxluqların, ümumən 

yayılanlıq düşüncəsinin ilkin-maddi əsaslarını  təşkil edir. Bütün dillərdə 

“insan” (der Mensch), “üz” (das Gesicht), “kişi” (der Mann), “qadın” (die 

Frau), “gözəl” (schön), “təmiz” (sauber, rein), “çirkin” (häßlich), “kök” 

(dick), “arıq” (mager), “dünya” (die Welt), “ölmək” (sterben), “evlənmək” 

(heiraten), “yemək” (essen), “ağıllı” (klug), “isti” (warm), “soyuq” (kalt), 

“böyük” (groß), “kiçik” (klein), “bic” (listig), “göy” (der Himmel), “baş” 

(der Kopf), “getmək” (gehen), “şən” (froh), “səmimi” (freundlich) 

sözlərinin çoxlu sinonim variantları mövcuddur. geschehen – sich ereignen 

– sich abspielen – sich zutragen – passieren (baş vermək), sich ansehen – 


 

 

 



177

sich anschauen – sich angucken (baxmaq, tamaşa etmək), Kleidung – 

Gewand (paltar, libas), verscheiden – verbleichen – krepieren – verrecken – 

abkratzen (ölmək, dünyadan getmək), gehen – sich schleppen – trippeln 

(getmək), essen – fressen – speisen (yemək), Falter – Schmetterling 

(kəpənək), Leu – Löwe (şir), Adler – Aar (qartal), verstehen – begreifen – 

kapieren (başa düşmək, anlamaq), qəm – qüssə – kədər, dünya – cahan – 

aləm kimi sinonimlər vahid məntiqi-əşyavi, denotativ əsasda birləşsə  də, 

onlardan hər birinin öz əlavə, spesifik mənaları, funksional, normativ-

üslubi və ekspressiv çalarlıqları, özünə  məxsus işlənmə  məqamları da 

vardır. Hələ  mən daim leksik-semantik sistemi dağıdan, təftiş edən 

praqmatik mənaları demirəm.  Əgər bir adam eyni işi mənim, mənim 

dövlətimin xeyrinə görürsə, “kəşfiyyatçı”, mənim, mənim dövlətimin 

əleyhinə  işləyirsə, onun ziyanına bais olursa “şpion” (casus) adlandırılır. 

Biri üçün “partizan”, “azadlıq mübarizi” (Freiheitskämpfer), “qisasçı”, 

“fədai olan”, başqa birisi üçün “quldur”, “cinayətkar”, “separatçı”, 

“duşman”, “narkoman” olur. Xüsusilə ideoloji arxafon, tendensiyaçılıq, 

partiyalılıq olduqda söz öz mənasını, anlamını diametral surətdə dəyişmək, 

hətta öz əksinə çevrilmək gücü kəsb edir, bəzən tamamilə başqalaşır, 

bütövlüyünü, tamlığını xeyli dərəcədə itirir. İdeologiya, təmayülçülük, 

partiyalılıq, “hər zaman əbədi olan” mafiya, tərəfkirlik olan yerdə mütləq 

yalan və aldanış və aldadılmaq təhlükəsi də var. Dil kosmopolitizmi də var. 

Məsələn, Karl Marks kimi bir dahi ideologiyanın, məfkurənin, heç vaxt 

çoxmənalılıği çərçivəsindən çıxa bilmədiyi “proletar həqiqətinin” şərinə və 

ətalətinə uyaraq (və aldanaraq!) əsərlərinin birində iddia edir ki, burjua 

cəmiyyəti həkimi, hüquqşünası, keşişi, şairi, elm adamını muzdlu fəhlələrə 

çevirib. Halbuki məsələnin belə qoyulması daha doğru olardı ki, kütləvi 

işsizlər cəmiyyətindən fərqli olaraq yamanlanan, lənətlənən burjua 

cəmiyyəti, kapitalizm həmin adamlara iş  təklif edir, onların həyatının, 

mövcudluğunun təminatçısı kimi çıxış edir. Başqa bir dahi – “proletariatın 

sevimli rəhbəri” Vladimir İliç Lenin belə bir çox dəqiq tezis irəli sürür ki, 

burjua anlayışlar sistemində  hər bir söz burjuaziyanın mənafeyinə 

uyğunlaşdırılır. Heç bir əsr keçməmiş dahi rəhbərin üzünə ağ olmaq fürsət 

və  cəsarətindən yararlanaraq həmin fikri belə  təshih etmək olar: Hər bir 

söz, hər bir şəkilçi, formant, hər bir yeni cəmiyyətin, “suveren dövlətin” 


 

 

 



178

anlayışlar sisteminə, maraq və  mənafelərinə (xüsusilə totalitar və avtoritar 

rejimlərdə) tabe etdirilir. Böyük şair Bertold Brext, görünür, kapitalist 

Almaniyasını  nəzərdə tutaraq bunlardan da böyük bir ədalətsizliyə  və 

yanlışlığa yol verir. O, istismar olunan əməkçi insana – fəhləyə münasibəti 

belə  dəyərləndirir: “Cəmiyyət  əzab çəkən insanı, muzdlu fəhləni 

(Lohnsklave) sonda həkimin yanına gətirir ki, onu “təmir” etsin.” Qeyd 

etmək lazımdır ki, haqqında bəhs olunan ideoloji yalan və aldanışların 

gerçəkləşməsində nisbi sinonim çoxluqların, müvazi adlandırmalar və 

onların davamı olan perifrastik formaların özünəməxsus mənfi rolu var. 

Əlbəttə, burada söhbət siyasi diskursdan gedir. (Fərdi maraq və ehtiraslar 

önə keçdikdə, aparıcı, təyinedici motivə çevrildikdə insanlar daha böyük 

yalanlara hazır olurlar). Avqust hadisələri zamanı Gürcüstan – Cənubi 

Asetiya sərhəddində gürcü polsinin rus əsgərləri tərəfindən atəşə tutulması 

ilə  əlaqədar mətbuat konfransında müxbirin sualına cavab olaraq Rusiya 

prezidenti dedi: “Gürcü polisi rus əsgərləri tərəfindən deyil, sülhməramlı 

qüvvələr tərəfindən atəşə tutulmuşdir”. Həmin  ərazidə isə yalnız rus mavi 

dəbilqəliləri keşik çəkir, asayişi rus sülhməramlı qüvələri qoruyurdu... Bir 

qədər irəli gedərək qeyd edək ki, praqmatik semantika mənalar ümumən 

söz mənalarının ifrat yayğınlığının  əsas mənbələrindən biri kimi özünü 

göstərir.  

  İstər bütöv söz sahəsi daxilində, istərsə  də eyni-ortaq sememə 

(leksik-semantik varianta) malik olan sinonim cərgələrində semantik-

assosiativ  əlaqələnmə, qrammatik-üslubi şüalanma müxtəlif yayılanlıq 

məsafələri qət edir. Əlbəttə, tematik qrup, bütöv leksik-semantik sahə, 

qavrayış blokları, təsəvvür dairələri çərçivəsində yayılma, keçmə  və 

daxiletmə daha geniş miqyaslar alır. Təkcə tam-mütləq sinonim adlanan 

leksik vahidlərdə bu yayılanlıq-yayğınlıq donmuş, dondurulmuş, sona, son 

nöqtəyə çatmış olur. Xüsusilə dəqiq antonimlərə, birmənalı əks-müqabillərə 

malik olan sözlərdə yayılanlıq, qeyri-səlistlik həndəsi silsilə ilə artır, bütöv, 

bir-birinə ilk baxışda əks sahələr üz-üzə gəlir. Dil işarəsi, çoxluqlar məntiqi 

semantik nisbiliklər, təxminiliklər çərçivəsində öz hərəkətini müxtəlif 

istiqamətlərdə davam etdirir. Bu cəhətdən antonimlərə ümumi-ortaq dil-

ifadə yaradıcılığının davamı kimi yanaşmaq olar. Antonim sözlər eyni 

qiymətləndirmə meyarının müxtəlif, doğrudur, hüdudlanmış  dərəcələrini 


 

 

 



179

əks etdirir, vahid linqvistik dəyişənin hüdudlarından kənara çıxmır. 

Məsələyə qeyri-səlis məntiqlə yanaşdıqda aydın olur ki, antonimlər deyilən 

sadə söz qurupları,  ənənəvi mənada tamamilə  əks mənalı sözlər vahid 

linqvistik dəyişənin qiymətlər çoxluğunda son hədlər deyil, bu dəyişənin 

term çoxluğunda, qiymətlər sistemində ilkin hədlər, keçid nöqtəsinin 

başlanğıcı kimi çıxış edir. (Bax: N. Hüseynli, 255) Antonimlər biliyin, 

məlumatın qəti sərhədlərini deyil, keçid nöqtəsinin sərhədlərini ayırır. 

Təbiidir ki, antonim sözlərin dildə sinonimliyin müvazi adlandırma 

yaradıcılığının davamı olması fikri heç də onların sinonim cərgələrinə daxil 

olması, “sinonimlərin sinonim”i olması anlamına gəlmir. Qeyd edildiyi 

kimi, antonimlər qeyri-səlis çoxluqlar sisteminə daxil olur ki, sistemdə  də 

həmin semantik qrupların hər ikisi, hər iki qütb ilkin termlər, qiymətlər, 

vahid linqvistik dəyişənin dərəcələri kimi çıxış edir. Məsələn, əslində “dəli” 

də elə  ağıllıdır, xeyli dərəcədə,  ən azı müəyyən dərəcədə  ağıllı adamdır, 

sadəcə olaraq ümuminin, “biz ağıllıların”, konkret cəmiyyət və insanların 

müəyyənləşdirdiyi “ağıl”, ağıllı olmaq normativlərinə tam və ya qismən 

uyğun gəlməyən adamdır. “Maraqsız” roman da az da olsa maraqlıdır, 

kimlər üçünsə maraq, əhəmiyyət kəsb edir, kimlər tərəfindənsə maraqla 

qarşılanır, təqdir olunur. Bu qısa və uzun ömrümüzdə nə qədər “maraqsız” 

kitablar yazıb “maraqlı” adlar, təltiflər, təqaüdlər alanlar gördük! Sovet 

dövründə  nə  qədər zəmanəsini,  əsrini qabaqlayan böyük fikir 

bahadırlarının, elm və sənət adamlarının “dəli” adı ilə psixi xəstəxanalara, 

“islah” döşərgələrinə doldurulduğunun, təcrid edildiyinin şahidi olduq. Bu 

gün heç kəs, hətta  ən dahi tənqidçi də son vaxtlar çap olunan, çox nəfis 

şəkildə, insafsızcasına nəfis  şəkildə çap olunan kitabın “tamamilə 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin