SəRBƏst iŞ Tələbə: Səma Səlimzadə



Yüklə 133,09 Kb.
tarix14.12.2022
ölçüsü133,09 Kb.
#74615
2. Səma Səlimzadə, 364B. Norveç iqtisadiyyatının başlıca cəhətləri


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



SƏRBƏST İŞ

Tələbə: Səma Səlimzadə
Müəllim: Leyla Hacıyeva
Fakultə: Beynəlxalq münasibətlər və idarəetmə
İxtisas:Regionşünaslıq (Norveç)
Qrup: 364B
Fənn: Norveç iqtisadiyyatı
Mövzu: Norveç iqtisadiyyatının başlıca cəhətləri


BAKI-2020
Norveç iqtisadiyyatının başlıca cəhətləri
Həyat səviyyəsi cəhətdən dünyanın öndə gedən ölkələrindən biri olan Norveçin iqtisadiyyatının əsas aparıcı qüvvələrindən biri neft-qaz sənayesi olmuşdur. 1965-ci ildə neftin yataqlarının kəşf edilməsindən etibarən Norveçdə neft bumu müşahidə edilmiş, ölkənin bu günki inkişaf səviyyəsinə gəlib çatmasında bu resurs böyük rol oynamışdır.
Norveç resurs gəlirlərinin istifadəsi cəhətdən dünyada özünəməxsus yanaşması ilə seçilir, ancaq bu ölkə də neft-qaz ehtiyatlarının kəşf edildiyi ilk dövrlərdə bir sıra problemlərlə üzləşmiş idi. 1970-ci illərin ortalarına kimi Holland sindromunun müəyyən əlamətləri müşahidə edilirdi . Məsələn, neft-qaz sənayesindəki yüksək əməkhaqqı təklif edən şirkətlər digər sahələrdəki bacarıqlı kadrları özlərinə cəlb edirdilər ki, bu da digər sahələrdən ‘‘beyin axınının’’ olmasına gətirib çıxarırdı. Bundan başqa, ölkəyə qoyulan investisiyaların həcmi sürətlə artdığından, milli valyuta kron da həddən artıq sürətlə bahalaşmışdı ki, bu da digər sahələrin ixrac qabiliyyətini zəiflətmiş idi. Digər bir problem isə bundan ibarət idi ki, neft və qaz sənayelərinin meydana gəldiyi şəhərlərdə yaşayış xərcləri kəskin dərəcədə artmış idi. Bir sözlə, ölkədə Holland sindromunun bir sıra əlamətləri meydana gəlməkdə idi. Məhz belə problemlərin daha da ciddi xarakter almaması üçün Norveç höküməti təcili sürətdə mühüm addımlar atmağa başladı.
Norveçdə Holland sindromunun qarşısının alınması və iqtisadi diversifikasiyanın təşviqi istiqamətində atılan addımları aşağıdakı kimi xarakterizə edir;

  • insan kapitalının inkişafı prioritet məsələyə çevrildi – bu faktorun inkişafı nəticəsində tədricən idxaldan asılılıq azaldıldı

  • iqtisadiyyat neft-qaz gəlirlərinin mümkün qədər sterilizasiya edildi

Hökümətin digər vacib addımı isə bundan ibarət oldu ki, Norveçdə neft yataqları 1969-cu ildə kəşf edilsə də, o dövrdəki hökümət tələsik davranaraq, neft sənayesinin sürətli inkişafında maraqlı deyil idi. Əksinə, hökümət neft gəlirlərinin bir müddət sonra iqtisadiyyata daxil olmasını istəyirdi. Səbəb isə bundan ibarət idi ki, Norveçdə o dövrdə yerli sənayelər inkişafın ilkin çağında idi. Balıqçılıq və gəmiqayırma kimi sənayelər yeni-yeni inkişafa qədəm qoymuş idi. Qəfl baş verəcək neft bumu həmin sənayelər üzərində mənfi təsir yarada bilərdi. Məhz bu problemin qarşısını almaq üçün, hökümət neft hasilatının və gəlirlərinin sürətlə artması üçün imkan yaratmadı ki, bu da Norveçin diversifikasiya praktikasında səciyyəvi xüsusiyyətlərdən biri kimi diqqət çəkir.
Sterilizasiya istiqamətində hökümətin atdığı bir digər addım isə Dövlət Pensiya Fondunun yaradılması oldu. Bu, qəbul edilmiş bir reallıqdır ki, neft gəlirlərinin yerli valyutaya böyük miqyasda konvertasiya edilərək, ölkə daxilində xərclənməsi milli valyutanın həddən artıq möhkəmlənməsinə gətirib çıxara bilər . Neft bumunun bir digər mənfi cəhəti isə neft gəlirləri hesabına yaranan yüksək alıcılıq qabiliyyətinin milli valyutaya olan tələbatı artırmağıdır. Məhz Dövlət Pensiya Fondu belə problemlərin qarşısını almaq, eləcə də, neft gəlirlərini gələcək nəsillər üçün saxlamaq və istifadə etmək üçün Dövlət Pensiya Fondu yaradıldı.
Sterilizasiya məsələsi haqqında müəyyən qeydlər vermək məqsədəmüvafiq olardı. Əvvəla, dünya təcrübəsində sterilizasiya yanaşması ilk dəfə olaraq Norveç modelində müşahidə edilmişdir. Ölkədə neft yataqlarının kəşfi və istismarından sonrakı dövrdə neft fəaliyyətinin bütün istiqamətlərindən əldə edilən gəlirlər dövlət büdcəsində yox, ayrıca fondda toplanmağa başladı. Lakin fond qeyri-neft sahəsində formalaşan büdcə kəsirinin bağlanılmasında rol oynayır ki, bu da Norveçin dövlət borclanmasının qarşısını almaqda mühüm amildir . Sterilizasiya modelinin diqqət çəkən cəhətlərindən biri də bundan ibarətdir ki, fond pulları dövlət büdcəsi vasitəsi ilə cari layihələrə xərclənmir .
Norveç dünyanın ən böyük suveren fonduna malikdir. 1990-cı ildə təsis edilən fonddakı vəsaitlərin ümumi məbləği 902 milyard dollar olmuşdur. Norveçdəki Fond idarə edilməsi və investisiya strategiyası cəhətdən səciyyəvi xüsusiyyətlərə malikdir. Karbohidrogen ehtiyatlarının satışından əldə edilən gəlirlərin toplandığı fondda vəsaitlər qorunub saxlanılmışdır ki, bu da ölkədə həmin sektordan asılılığın azalmasında rol oynamışdır. Fondda yığılan vəsait rəsmi olaraq gələcək nəsillər üçün nəzərdə tutulmuşdur ki, bunun da əhəmiyyəti böyükdür. Belə ki, oxşar fonda malik ölkələrin bir çoxunda fonda yığılan vəsait iqtidarda olan hakimiyyət tərəfindən rahatlıqla müxtəlif layihələrə istifadə edilirsə, Norveçdə istifadə imkanları daha məhduddur. Çünki fonddakı vəsaitlər əsasən iqtisadiyyatın uzun müddətli inkişafına, yeni sektorların yaradılmasına, gələcək nəsillərin sosial müdafiə xərclərini qarşılamaq üçün nəzərdə tutulub.
Fondun strategiyasının diqqət çəkən məqamlardan biri də səhmlərlə bağlıdır. Belə ki, yarandığı dövrdən etibarən, Fond qiymətləri aşağı olan səhmləri almağa daha böyük üstünlük verir. Məsələn, 2008-ci il maliyyə böhranı zamanı Fond qiymətləri kəskin dərəcədə aşağı düşən səhmləri böyük miqdarda aldı ki, qısa müddət sonra da onların qiymətinin qalxmasından nəzərəçarpacaq dərəcədə gəlir əldə etdi. 2009-cu ildəki səhm portfelinin məhz 40%-i həmin dövrdə əldə edilən aşağı qiymətli səhmlərdən ibarət idi (Norges Bank 2009). Baxmayaraq ki, həmin maliyyə böhranı Fondun investisiyaların gəlirliliyində 23%-lik itkinin müşahidə edilməsinə səbəb oldu ki, bunun da nəticəsində Fondun ümumi dəyəri 100 milyard dollar aşağı düşdü.
Yuxarıdakı şərtlərin məzmununu bir cümlə ilə ifadə etməli olsaq belə deyə bilərik – Norveç dövləti gələcəkdə neftdən asılı olmamaq üçün bu sektorla yanaşı digər sektorların da paralel inkişafını özü üçün başlıca məqsəd qoydu. Məhz sterilizasiya modelinin nəticəsidir ki, neft-qaz sektorundan əldə edilən gəlirlərin səmərəli və planlı şəkildə insan kapitalının inkişaf etdirilməsi istiqamətində xərclənmiş, Norveçdə qeyri-neft sektorunun inkişafına, bununla da iqtisadiyyatın şaxələnməsinə gətirib çıxarmışdır. Neft-qaz sektoru Norveç iqtisadiyyatında hər nə qədər də mühüm rol oynasa da, digər sektorlar da ölkədə böyük miqdarda ümumi daxili məhsulun yaranmasında rol oynamışdır. Məsələn, balıqçılıq, xam aluminyum, gəmiqayırma və turizm sahələri ölkə iqtisadiyyatının digər aparıcı qüvvələridirlər. Neft-qaz sektorunun Norveçin ÜDM-dəki və ixrac portfelindəki xüsusi çəkisi müvafiq olaraq 25% və 27,4% ətrafında olmuşdur ki , bu da diversifikasiyanın uğurla aparılmasından xəbər verir.


ƏDƏBİYYAT SİYAHISI

  1. Kərimov C., Gənciyev G. Dünya iqtisadiyyatı (Mühazirətoplusu). Bakı, 2001

  2. A.Ş.Şəkərəliyev. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. B., 1999

Yüklə 133,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin