SəRBƏst iŞ Tələbə: Səbinə Miriyeva Müəllim: Dos. Esmiralda Rəhimli Fakültə: Tərcüməçilik



Yüklə 64,52 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix14.12.2023
ölçüsü64,52 Kb.
#178508
1   2   3   4   5
Miriyeva Səbinə, 123. Fənn və müəllif kataloqu. Qeyd götürmə. Plagiat. Sitatların növləri onlardan istifadə qaydaları (2)

Plagiat 
Plagiat digərlərinin ideyalarını, verilənlərini, cizgi və ya fərziyyələrini onların 
mənbələrinə istinadən adekvat göstərmədən mənimsəməkdən ibarətdir. Mənbə 


kimi burada söhbət çap olunmuş və olunmamış materiallar, internet səhifələri və 
həmçinin şifahi mülahizələrdən gedə bilər. Bir sözlə plagiat hər dəfə mətn və ya 
ideyalardan istifadə zamanı ilkin müəllifi düzgün göstərmədikə baş verir. 
Plagiatın aşağıdakı əsas formalarına rast gəlinir: 

Başqa mətnləri dırnağa almadan və mənbəyini göstərməməklə birbaşa olaraq 
köçürülməsi; 

Başqa mətn fraqmentinin mənbəyini göstərməklə, ancaq dırnağa almadan 
göçürülməsi; 

Başqa mənbəyə aid mətnin bir neçə sözünü dəyişməklə qeyri adekvat təsviri 
(hətta mənbə göstərildikdə belə). 
Kənar mətnlərin qeyri adekvat təsvirinə yol verməmək üçün yad mətnləri öz 
sözləri ilə danışmaq və yenidən strukturlamaq, mətndə əsas ideyanı tapıb üzə 
çıxarmaq, ikinci dərəcəli olanların atılmasını məşq etmək lazımdır. Ancaq plagiat 
təkcə digərlərinin ideyalarını, cizgilərini və s. mənimsəməkdən ibarət deyil, burada 
həm də söhbət ümumilikdə başqalarının işini mənimsəməkdən gedir. Ciddi 
mütəxəssislər elmi nəticəni əldə etmək üçün böyük əmək və zaman sərf edirlər. 
Tədqiqatçının istifadə etdiyi mənbələrin sayından onun sərf etdiyi əməyi də 
qiymətləndirmək mümkündür. Plagiator isə heç bir zaman sərf etmədən digərinin 
analiz etdiyi bilikləri öz işinə daxil edir və mənbələri göstərir, guya ki, o bu 
ədəbiyyatları özü analiz edib. Plagiator başqasının işini götürüb, öz sözləri ilə 
yenidən yaza bilər, nəticələri öz fikirləşdiyi kimi formulə edə bilər. Bu da 
digərlərinin əməyini mənimsəməkdir. Əsasən də ilkin mənbə xarici dildə yazılarsa, 
onu izləmək çətinləşir. 
Plagiata ədəbiyyat mənbələrinin axtarıb tapılmasını, yəni biblioqrafik 
araşdırmanı da aid etmək olar. Bəzi hallarda tədqiqatçılar öz işlərində çoxlu sayda 
mənbələr göstərirlər. Bu mənbələrin hamısına o özü baxmasa da, öz 
araşdırmalarının nəticəsi kimi qələmə verir. Məsələn, xüsusi sürətli oxuma 
texnikasına malik olmayan şəxs üçün bir il müddətində 100-dən çox kitabı oxuyub 
analiz etmək real görünmür. Əslində ədəbiyyat araşdırılan mövzuya yaxın olarsa, 
onunla yaxından tanış olmaq lazımdır. Xarici elmi mətbuatdan məlum olan “qonaq 


müəlliflik” kəlamı məlumdur. Burada söhbət magistrant və ya doktorantın öz 
məqalələrində elmi rəhbərinin adını həmmüəllif kimi göstərməkdən gedir. Belə 
hallar bizlərdə normal sayılsa da, qərb elmi mətbuatında buna müsbət baxılmır. 
Hətta tanınmış elmi cəmiyyətlərdə belə hallar elmi etikanın pozulması kimi də 
qiymətləndirilir. 
Elmi işlərin nəşrində digər xoşagəlməz hal avtoplagiat sayılır [82]. 
Avtoplagiat eyni məzmunli işin ilkin çapına istinad göstərmədən, onun çoxlu sayda 
müxtəlif elmi nəşriyyatlarda çap olunmasına deyilir. Əgər çapa verilmiş material 
əvəllər çap olunmuş materialın 60‒70% həcmini təkrarlayarsa, onda o da 
avtoplagiat sayılır. Bu qadağa köhnə materialın kitab və ya monoqrafiyada çap 
olunduğu hala aid edilmir. Əsas şərt odur ki, məqalənin mənbəyi kitabda 
göstərilsin. 

Yüklə 64,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin