SəRBƏst iŞ Tələbə: Səbinə Miriyeva Müəllim: Dos. Esmiralda Rəhimli Fakültə: Tərcüməçilik



Yüklə 64,52 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix14.12.2023
ölçüsü64,52 Kb.
#178508
1   2   3   4   5
Miriyeva Səbinə, 123. Fənn və müəllif kataloqu. Qeyd götürmə. Plagiat. Sitatların növləri onlardan istifadə qaydaları (2)

Qeyd götürmə 
Qeydlər, verilmiş sözlərin və ya yeni terminləri izah etmək məqsədilə 
işlədilir. Bu izahatı müəllifin özü tərtib edir. Qeydlər bütün elmi işlər üçün 
xarakterik olub, mətndəki arqumentasiya axıcılığını pozmamaq üçün onlar 
sətiraltında, yaxud da işin sonunda verilərək nömrələnirlər. Qaydaya görə qeydlər 


aidiyyatı olduğu mətnin, şəklin və ya cədvəlin altında göstərilir. Bu zaman 1,5 
intervalında məsafədə yeni abzas yaradaraq orada “Qeyd” sözü yazılır. İzahat 
ondan sağ tərəfdə yerləşdirilir və tire ile ayrılır. Mətndə cəmi bir qeyd olanda 
nömrələnmə aparılmır. Çoxlu sayda qeydlər olduqda isə onlar ardıcıl 
nömrələnirlər. Burada qeyd sözü yalnız bir dəfə yazılır. Məsələn: “Azərbaycanda 
2015-ci ildə pul axınını öyrəndikdə iqtisadçılar bu period üçün bazar 
iqtisadiyyatının prioritet sahələrini təyin ediblər”. Qeyd: 1. Verilən qrafik 
Azərbaycanın sənaye şəhərlərindəki maliyyə axınını göstərir. 2. Qrafik 1 yanvar 
2015 il ilə 1 iyun 2015-cü ildəki zaman kəsiyini əhatə edir”. 
Qeydləri mətndə haşiyə kimi də göstərmək mümkündür. Belə qeydlərə 
sətiraltı qeydlər deyilir. İzah edilən söz, rəqəm, mətndən sonra haşiyə üçün işarə 
qoyulur. İşarələr ərəb rəqəmləri ilə sətirin üstündə yerləşdirilir. Sətiraltı qeydləri 
göstərmək üçün həmin səhifənin aşağı hissəsinin sol tərəfində uzunluğu 4–5 sm 
olan xətt çəkilir. Xətt ilə mətnin sonuncu cümləsi arasındakə məsafə 4–5 sətirə 
bərabər olmalıdır. Bu xəttin altında qeydlər yazılır və hər növbəti qeyd yeni 
sətirdən başlanır. Sətiraltı qeydlər mətndəki şriftin ölçüsündən kiçik olur və hər 
qeydin sonunda nöqtə qoyulur. 
Əlyazmanın müxtəlif hissələrində yerləşən, amma bir-biri ilə məzmunca bağlı 
olan mətnləri əlaqələndirmək üçün göstəricilərdən istifadə edilir. Burada uyğun 
səhifənin nömrəsini vermək lazımdır ki, oxucunun axtarışa çox vaxtı getməsin. 
Onu da qeyd etmək vacibdir ki, əlyazmada belə göstəricilərdən imkan daxilində az 
istifadə etmək məsləhətdir. Ümumiyyətlə göstəricilərdən yalnız istisna hallarda 
istifadə etmək məqsədəuyğundur. Çünki, mətnin oxunulmamış hissələri arasında 
ora-bura keçmək oxucunun fikrini dağıda bilər. 
Qeydlərin daxil edilməsi zamanı diqqət yetirilməli məqalardan biri də 
əlyazmanın bu qeydlərsiz də oxunula bilməsi və anlaşıqlı olmasıdır. Buna riayət 
etmədikdə verilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir. 

Yüklə 64,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin