SəRBƏst iŞ Tələbə: Natella Bayramova Müəllim: Şəhla Qasımova Fakültə: Təhsil 1 İxtisas: Korreksiyaedici təlim Qrup: 117



Yüklə 53,2 Kb.
səhifə5/5
tarix14.12.2023
ölçüsü53,2 Kb.
#179148
1   2   3   4   5
Bayramova Natella , 117. Ali hisslər və onların insan şəxssiyyətinə təsiri (1)

Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə» (katarsis) adlandırmışdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstər­məklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. estetik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş verən hadisələrə münasibətini bildirir, başqaları ilə qarşılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji sağlamlığını təmin etməyə cəhd göstərir. İnsanın estetik hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və yaşadığı sosial mühit də təsir göstərir.
Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Dərs zamanı qarşılıqlı əlaqənin yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın başa düşüldüyünü gördükdə, eləcə də pedaqoji refleksiyaya müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, işin mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi hallarda işin gedişi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin nəticəsi ilə bağlı olur. Çətin tapşırığın, məsələnin düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə bağlı uğursuz axtarışlardan yaranan həyəcan, gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.
İnsanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir-birindən təcrid olunmuş halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir. Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.

ƏDƏBİYYAT SİYAHISI
1. Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya 2- ci nəşri. - Bakı 2002
2. Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. – Bakı,2006
3. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı 1998
4. Əliyev R.İ. Psixologiya. - Bakı 2003.
Yüklə 53,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin