SəRBƏst iŞ Tələbə: Natella Bayramova Müəllim: Şəhla Qasımova Fakültə: Təhsil 1 İxtisas: Korreksiyaedici təlim Qrup: 117



Yüklə 53,2 Kb.
səhifə4/5
tarix14.12.2023
ölçüsü53,2 Kb.
#179148
1   2   3   4   5
Bayramova Natella , 117. Ali hisslər və onların insan şəxssiyyətinə təsiri (1)

Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur. Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır.
İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər. Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan halda həmin şəxs müvafiq normalara müsbət münasibət bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, fərdiyyətçilik, məsuliyyətsizlik, həyasızlıq, vicdansızlıq, namuzsuzluq və s. bu cür hisslərdir.
Bəzən də elə olur ki, insan öz hərəkətinin, rəftarının cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını, düzgün hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn iztirab, xəcalət, təəssüf, peşmançılıq, rüsvayçılıq da əxlaqi hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayış obyektinə bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön plana çəkilməlidir. Çünki, özünüdərketmənin kökləri şüurla, əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı əlaqədə daha səmərəli inkişaf edir.
İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir. Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi, başqa psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.
Azərbaycan xalqın müqtədir oğlu, fəlsəfi-romantik şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredosu ilə səsləşir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.
İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim prosesində şagirdin idrak fəaliyyətini, onun intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı ilə təfəkkürün, ağlın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji təfəkkür, təhsilin humanist­ləşdirilməsi, humanitarlaşdırılması, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil etməlidir.

Yüklə 53,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin