İnternetdən götürülmüş və daxilində virus olan proqramlar və digər informasiya ilə. Bunun qarşısını almaq üçün İnternetdən yüklənən hər bir informasiyanı əvvəlcədən antivirus proqramları ilə yoxlamaq lazımdır.
Proqramın və ya informasiyanın disketdən və ya fləş-yaddaşdan kompüterə köçürülməsi zamanı.
Mürəkkəb sənədlərin daxilində makrosların icrasına icazə verilərkən. Tanımadığımız makrosların icrasına icazə vermək olmaz.
Bir neçə təhlükəsizlik qaydalarıRedaktə
Brauzerinizi düzgün quraşdırmamış şübhəli tərkibli saytlara daxil olmayın.
Daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin.
Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına verin. İstənilən antivirus standart hücum kodunu dərhal tapır. Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilməz.