ŞƏKİ FİLİali



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix06.12.2016
ölçüsü4,76 Kb.
#958
1   ...   20   21   22   23   24   25   26   27   28

Qoşulma budaq cümləsi.  Qoşulma budaq cümləsi 
dilimizdə digər budaq cümlə növləri ilə müqayisədə az işlənir. 
Bu budaq cümlə baş cümləyə qoşularaq  ya baş cümlədəki 
fikirlə bağlı  əlavə  məlumatı ifadə edir, yaxud da baş cümlədə 
verilən fikrə münasibət bildirir. Məsələn, Bir arzusu var idi ki, 
o da vətənə dönmək idi. – cümləsində budaq cümlə baş 
cümlədən sonra gələrək ona ki  bağlayıcısı ilə bağlanmışdır. 
Qoşulma budaq cümləsi baş cümlənin təyininin mənasını 
aydınlaşdırmışdır. Qoşulma budaq cümləsi baş cümlənin bir 
üzvünü izah etməklə, ona aid əlavə informasiya verməklə 
yanaşı, baş cümlənin ümumi məzmunu ilə  də bağlı olur. 
Məsələn,  Yalnız siz tanımırsınız ki, indi siz də tanıyarsınız.     
(C.Cabbarlı) 
Qoşulma budaq cümləsinin dilimizdə yalnız bir tipi var. 
Bir qayda olaraq baş cümlə  əvvəl, budaq cümlə sonra gəlir, 
budaq cümlənin əvvəlində o da, özü də, həm də sözləri işlənir 
və baş cümləyə aşağıdakı vasitələrlə bağlanır: 
1. Budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır:  
Məni anlayacaq bir adam var ki, o da sənsən.  
2. Bütün başqa  tabeli mürəkkəb cümlələrdən fərqli 
olaraq, qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələrdə              
-sa, -sə (isə) şəkilçi ədatı budaq cümlənin deyil, baş cümlənin 
sonuna artırılır. MəsələnDünyada bir kef vardısa, o da Keçəl 
Həmzədə idi. (“Koroğlu) Xurşud xanımın söyüb biabır etmədiyi 
bir adam vardısa, o da mən idim.  
 
 
 
 
 
 
Gülarə  Abdullayeva 
 
 
298
Başqasının nitqinin ifadə üsulları 
 
 Bəzən danışarkən və ya yazarkən öz fikirlərimizlə 
yanaşı, başqasının fikirlərindən də istifadə etməli oluruq. Bu 
zaman başqasının fikirləri olduğu kimi, heç bir dəyişikliyə 
uğramadan və ya məzmun saxlanılmaqla, deyim tərzi, cümlə 
quruluşları – forması dəyişilməklə verilə bilər. Başqasının nitqi 
olduğu kimi, heç bir dəyişikliyə  uğramadan, heç bir başqa 
vasitəyə ehtiyac olmadan verilərsə, bu, vasitəsiz nitq adlanır. 
Başqasının nitqi müəyyən dəyişikliklər edilməklə, müxtəlif 
vasitələrdən istifadə etməklə verilərsə, onda vasitəli nitq 
yaranır. Beləliklə, başqasının nitqi iki üsulla nəzərə çatdırıla 
bilir. Bunlara vasitəsiz nitq və vasitəli nitq daxildir.  
 “Özgə  nitqinin  həm  məzmun,  həm  formaca  heç  
bir  dəyişikliyə    uğramadan,  olduğu  kimi  verilməsinə  
vasitəsiz  nitq  deyilir”. (6, səh.472)   
Vasitəsiz nitq verilərkən onu söyləyən  şəxsin özünün 
məlumat xarakterli cümləsi  başqasının nitqi ilə  məna və 
intonasiya cəhətdən  əlaqələnir. Danışan  şəxsin nitqi müəllifin 
nitqi adlanır.  
Vasitəsiz nitqə yazılı dildə  təhkiyə  dili  daxilində  və 
dialoqlarda rast gəlmək olur.   
Təhkiyə  dilində  vasitəsiz nitq işlənərsə, müəllifin 
sözlərindən fərqləndirmək üçün onu dırnaq arasına almaq 
lazımdır. Dialoqlarda isə hər bir fikir yeni  sətirdən  yazılır  və  
qarşısında  tire  işarəsi  qoyulur. Məsələn, təhkiyə dilində: 
Xəlil açıq qapıdan artırmaya düşən işıq zolağına baxıb 
fikirləşdi:  “Bunlar mənim geri qayıtmağıma niyə yas 
tuturlar?  İnstituta girə bilməyəni ölkədən çıxartmırlar ki?”  
(İ. Məlikzadə) 
Güləsər evə qayıdan kimi Şamxalın paltarlarından 
gətirib atasına verəcəyini xəyalından keçirdi: “Nə olar, 
Şamxal buna nə deyəcək? Biz ki, qohum olmuşuq. Atam öz 

Müasir  Azərbaycan  dili 
 
 
299 
kürəkəninin paltarını geyinməzmi?  Şamxal istəməzmi ki, 
qayınatasının əyni-başı abırlı olsun? Qızını istəyən oğul gərək 
qayınatasının da qeydinə qalsın”. (İ.Şıxlı) 
Dialoqlarda: 
Həmişə Güləsərdən çəkinmədən paltarlarını yuyulmağa 
verən Qoca kişi indi öz qızından həya etdi: 
−Lazım deyil, bala. 
−Niyə, məndən utanırsan? 
−Yox, bala, zəhmətinə dəyməz. Onsuz da əyinə alınası 
deyil. 
−Soyun, heç olmazsa düymələrini bərkidim. 
−İstəməz.  (İ.Şıxlı) 
 Vasitəsiz  nitq,  adətən,  müəllifin  sözləri  ilə  müşayiət  
olunur. Müəllifin  sözləri olmadan, başqasının nitqini düzgün 
anlamaq, onun kimə  mənsubluğunu müəyyənləşdirmək olmaz.          
Müəllif vasitəsiz nitqdən istifadə edərkən  başqasının fikirlərinə 
öz münasibətini də ifadə edir. Məsələn,   Bu xəbər Cahandar 
ağanı təəccübləndirmədi: “Tərs oğlu tərs südünə çəkib, −deyə 
ürəyində onu yamanladı.  −İnadın biridir. Bilirdim ki, axırı 
belə olacaq”. 
Mətn daxilində vasitəsiz  nitqin  kimə  məxsus  olduğu  
bilindikdə    müəllifin  sözlərinin  işlənməsinə  ehtiyac  olmur.  
Məsələn,   
−Utanma, hamı mənə rus Əhməd deyir, sən də de. 
−Sənə niyə belə ad qoyublar? 
−Nə bilim? 
−Şapka geydiyinə görə? 
−Yəqin. 
−Axı sən niyə papaq geymirsən? 
−Öyrənmişəm. 
−Harada? 
−Peterburqda. 
−Peterburq haradır? 
−Uzaq bir şəhərdir. 
Gülarə  Abdullayeva 
 
 
300
−Sən oraya nəyə getmişdin? 
−Oxumağa. (Ə.Babayeva) 
Dialoqda  iştirak  edənlər  mətnin  əvvəlindən    oxucuya  
məlum  olduğu  üçün əlavə  şərhə - müəllif  nitqinə  ehtiyac  
olmamışdır. 
“Vasitəsiz  nitqi   müşayiət  edən  müəllif  nitqinin  
xəbəri  əksər  halda  demək,  soruşmaq,  söyləmək,  danışmaq,  
cavab  vermək,  müraciət  etmək,  aydınlaşdırmaq,  
maraqlanmaq  və s.  nitq,  qavrayış,  duyğu,  təfəkkür,  görmə,  
eşitmə    fellərinin  şəxsli  formaları  ilə  ifadə    olunur”.               
(6, səh. 472) 
Vasitəsiz nitqin daxil olduğu cümlələr tamamlıq budaq 
cümləli tabeli mürəkkəb cümlə  şəklində  formalaşır.  Müəllifin  
nitqi  baş    cümlə,  vasitəsiz  nitq  tamamlıq  budaq  cümləsi  
kimi  çıxış    edir.    Məsələn, “Başıma güllə  sıxsalar da, 
inanmaram”, −dedi. (İ.Məlikzadə)   
Belə cümlələrin tamamlıq budaq cümləli tabeli 
mürəkkəb cümlə olmasını dilimizdə vasitəsiz nitqin heç bir 
dəyişikliyə  uğramadan müəllif nitqinə  ki bağlayıcısı ilə 
bağlanması da təsdiqləyir. Məsələn,  Nökərlərə dedi ki, 
“arabaları qoşun, kənara çəkin”.  (İ.Şıxlı) Düşünürdü ki, 
“doğrudan da, atama desəm, bu yazığa bir az torpaq 
verməzmi?” (İ.Şıxlı) 
Müəllifin  nitqi  vasitəsiz  nitqdən  əvvəl, sonra  və  
vasitəsiz  nitqin  arasında  işlənə  bilir. 
Vasitəsiz  nitqin  işlənmə  yerindən  asılı  olaraq  durğu  
işarələrindən aşağıdakı kimi istifadə  olunur: 
1.  Müəllifin  sözlərindən  sonra  işləndikdə  vasitəsiz  
nitq dırnaq  içərisinə    alınır  və  ondan  əvvəl  (müəllifin  
sözlərindən  sonra)  qoşa  nöqtə  qoyulur.  Məsələn,  Rəhim 
köks ötürdü: “Biçarə  Dəyanətin otuz dörd yaşı var. Məndən 
vur-tut cəmi dörd yaş böyükdür, amma gör nə kökə düşüb”. 
(İ.Məlikzadə)  Durğu işarələrindən istifadəni  şərti işarələrlə 
versək, belə olar:  M:”V”. 

Müasir  Azərbaycan  dili 
 
 
301 
Dialoq  şəklində    işləndikdə  vasitəsiz  nitqdən  əvvəl  
tire işarəsi  qoyulur, dırnaq işarəsinə ehtiyac olmur.  Məsələn,  
Kök kişi ekranın arxasında dil qəfəsə qoymadı: 
–  Bacıoğlu, bağırsaqlarım deşilməyib ki? 
–  Yox. 
–  Düyün-zad düşməyib ki? 
–  Yox. 
–  Hamısı düpbədüz yerindədi? 
–  Yerindədi. 
–  İnanım? 
–  İnan. 
–  Ömrün uzan olsun..(Ə.Babayeva)     (M: −V.) 
2.  Vasitəsiz  nitq  müəllifin  sözlərindən  əvvəl  
işləndikdə  müəllif  sözlərindən  əvvəl  tire  işarəsi,  vasitəsiz  
nitqin  sonunda  isə  intonasiyadan  asılı  olaraq  sual  işarəsi,  
nida  işarəsi  və  ya  vergül  qoyulur.  Məsələn,  “Birdən Nəsir 
əmim də çarəsiz azara tutular. O yaşda adamın xəstəlik 
tapmağına, ölməyinə  nə var ki. Nəsir qəm-qüssədən də ölə 
bilər, doğmaların həsrətindən də. Lap çaysızlıqdan da ölə 
bilər.  İndi məxməri çay hardan tapır o?”  −deyə  Rəhim bu 
narahat fikirlərdən canını qurtarmağa çalışdı. (İ.Məlikzadə) 
(“V?” −m.) 
Vasitəsiz  nitq  dialoq  şəklində  verildikdə  dırnaq  lazım  
olmur,  vasitəsiz  nitqdən  əvvəl  tire,  sonra  vergül  və  tire  
qoyulur.  Məsələn,   
 
−Kaş o qayğısız günlərimi yenidən keçirəydim, 
yenidən yaşayaydım, −dedi. (Ə.Babayeva)  (−V, −m.) 
 
Bu  cür  cümlələrdə  intonasiyadan  asılı  olaraq, 
vasitəsiz nitqdən sonra  nida   və  ya  sual  işarələri  də  qoyulur. 
Məsələn, İnnən belə o bəxtəvərlərdən biri də sən olacaqsan! 
− həyəcanını gizlətmədən dedi. (Ə.Babayeva)  (−V! −m.) 
3. Müəllifin  sözləri  vasitəsiz  nitqin  arasında  
işləndikdə  ondan  əvvəl  tire,  müəllifin  nitqindən  sonra  isə  
vergül  və  tire  və  yaxud  nöttə  və  tire  qoyulur.  Məsələn,   
Gülarə  Abdullayeva 
 
 
302
Boy, allah eləməsin,  −demişdi,  −Niyə elə deyirsən, 
qızım. (Ə.Babayeva)  (−V, −m, −V.) 
4. Vasitəsiz    nitq    müəllifin  sözlərinin  arasında  
işləndikdə  vasitəsiz  nitqdən  əvvəl  qoşa  nöqtə    və  tire,  
vasitəsiz  nitqdən  sonra  onun  intonasiyasına  uyğun  olaraq  
vergül, nida  və  ya   sual  işarəsi  və  tire  qoyulur.  Məsələn,   
Zöhrə  qırqıraraq:  
Səni çağırdım ki, yetimlərin yanında qalasan. 
 
Çağırmadım ki, mənə  dərs deyəsən,  −deyərək qapını  çırpıb 
getmişdi. (Ə.Babayeva)  (M: −V, −m.) 
5. Vasitəsiz  nitq ilə  müəllifin  sözləri  bir- birini  ardıcıl  
şəkildə  əvəz  edə  bilir.  Bu  zaman  dialoq  nitqində  yuxarıda  
qeyd  edilən  durğu  işarəsi  qaydalarından  istifadə  edilir.  
Məsələn,   
Əhməd bunu gördü və Səlimə gözünü ağartdı: 
İşin olmasın,  −dedi,  −bu saat özü tapacaq.                   
(İ.Şıxlı)  ( M: −V, −m, −v.) 
Vasitəsiz  nitq  dilimizdə olan müxtəlif cümlə 
quruluşları: sadə    və  mürəkkəb,   cüttərkibli  və    təktərkibli,  
müxtəsər və  geniş,  bütöv  və  yarımçıq  cümlə  şəklində  ola  
bilir.  Dialoqlarda vasitəsiz nitq daha çox elliptik  cümlələrdən,   
üzvlənməyən  cümlədən    ibarət  olur.  
Vasitəli nitq və tabeli mürəkkəb cümlə. Başqasının   
nitqi formaca dəyişdirilərək yalnız  məzmunu  verilərsə,  
vasitəli  nitq  adlanır.    Vasitəli  nitqdə    başqasının  nitqinin  
fonetik,  leksik,  qrammatik  xüsusiyyətlərində,  hətta  
intonasiyasında  da  dəyişiklik  edilir,  onun  yalnız  məzmunu  
saxlanılır.   
Vasitəsiz  nitq  vasitəli  nitqə  çevrilərkən  tamamlıq  
budaq  cümləli  tabeli  mürəkkəb  cümlə    əmələ    gəlir.  
Məsələn,  Cahandar ağa dedi: −Get qızı rahatla, özünə  də 
yeməkdən-zaddan ver. (İ.Şıxlı)  Vasitəsiz nitq  formasında olan 
bu nümunəni azacıq dəyişməklə vasitəli nitqə çevirmək olar: 

Müasir  Azərbaycan  dili 
 
 
303 
Cahandar ağa dedi ki, qızı rahatlayıb,  yeməkdən-zaddan 
versin. 
Vasitəli  nitqdə  başqasının   nitqinin yalnız  məzmunu  
saxlanır. Bu zaman müəllifin nitqi ilə başqasının sözləri bir-
birinə qarışaraq bir cümlə şəklində ifadə olunur.   
Vasitəsiz  nitq  vasitəli  nitqə  çevrilərkən  əvəzliklərdə  
daha  çox   dəyişiklik  olur  -  əvəzliklər  özgə  nitqinin  
daşıyıcısının  deyil,  müəllif  nitqinin  tələblərinə    uyğun  
işlədilir.   
Müəllifin nitqində subyekt – mübtəda bir qayda olaraq 
III şəxsə aid olur.    Vasitəsiz nitq isə müxtəlif  şəxslərə aid ola 
bilər. Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən istər I, istərsə də 
II şəxsi ifadə edən mübtədalar III şəxslə əvəzlənir.  
Sitatlar.  “Öz  fikrini  aydınlaşdırmaq,  dəqiqləşdirmək,  
sübuta  yetirmək    üçün    özgə  nitqdən  gətirilən  dəqiq  
çıxarışlara  sitat  deyilir.  Sitatlardan  eyni  zamanda  obrazlılıq  
emosionallıq,  ekspressivlik,  ifadəlilik  üçün  də  istifadə  
edilir. 
Sitat  vasitəsiz  nitqdən  o  qədər  də    fərqlənmir”.            
(6. səh. 480) 
 
 
ƏDƏBİYYAT: 
 
1.  Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir 
Azərbaycan dili. IV hissə. Sintaksis, Bakı, 1985. 
2.  Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 
1992. 
3. Abdullayev Ə. Z. Müasir Azərbaycan dilində tabeli 
mürəkkəb cümlələr. Bakı, 1974. 
4.  Abdullayeva G. A. Azərbaycan dilində -sa, -sə şəkilçisi,   
onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, 1999. 
Gülarə  Abdullayeva 
 
 
304
5. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II h. Bakı,  
2006. 
6. Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis.  
“Təhsil” nəşriyyatı, Bakı, 2007. 
7. Müasir Azərbaycan dili. III cild, Sintaksis. EA nəşri,       
Bakı, 1981. 
8.   Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.  
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Müasir  Azərbaycan  dili 
 
 
305 
 
Mündəricat: 
 
 
Mövzu № 1            
Qrammatika. Qrammatik kateqoriyalar. Morfologiya və 
 onun vahidləri.   Nitq hissələrinin təsnifi..............................3 
1. Qrammatika. Qrammatik kateqoriyalar.................................3 
2. Morfologiya, onun tədqiqat obyekti......................................6 
3. Morfem və onun növləri........................................................8 
4. Nitq hissələri və onların  təsnifi 
prinsipləri..................................................................................17 
Ədəbiyyat.................................................................................20 
 
Mövzu № 2      
Əsas nitq hissələri...................................................................21 
1. Əsas nitq hissələri haqqında ümumi məlumat.....................21 
2. İsim əsas nitq hissəsi kimi. İsmə məxsus ümumi  
qrammatik kateqoriyalar..........................................................23 
3. Sifət, quruluşca növləri, 
dərəcələri..................................................................................45 
4. Say, onun məna növləri və quruluş xüsusiyyətləri..............54 
5. Əvəzlik əsas nitq hissəsi kimi..............................................64 
6. Fel əsas nitq hissəsi kimi............................. ........................72 
7. Zərf əsas nitq hissəsi kimi....................................................87 
Ədəbiyyat.................................................................................91 
 
Mövzu № 3    
Köməkçi nitq hissələri...........................................................93 
1.Köməkçi nitq hissələri haqqında ümumi məlumat...............93 
2. Qoşma köməkçi nitq hissəsi kimi, onun təsnif prinsipləri...94 
3.Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə növləri.......100 
4. Ədat haqqında məlumat, ədatın mənaca növləri................104 
Gülarə  Abdullayeva 
 
 
306
5.Modal sözlər, onun mənaca növləri....................................109 
 6. Nida onu köməkçi nitq hissələrindən fərqləndirən  
cəhətlər və mənaca növləri.....................................................112 
 Ədəbiyyat..............................................................................116 
 
Mövzu № 4  
Sintaksis və onun vahidləri. Sintaktik əlaqələr. Söz 
birləşmələri............................................................................117    
1. Sintaksis şöbəsi və onun tədqiqat obyekti haqqında 
məlumat..................................................................................117 
2. Sözlər arasında məna və qrammatik əlaqələr. Məna 
əlaqələri..................................................................................122 
3. Tabesizlik əlaqəsi...............................................................124 
4. Tabelilik əlaqələri...............................................................126 
5. Söz birləşmələri, onların xarakterik xüsusiyyətləri, 
təsnifi......................................................................................141 
6. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələrinin 
növləri.....................................................................................146 
Ədəbiyyat...............................................................................165 
 
Mövzu № 5   Cümlə və onun təsnifi. Cümlə üzvləri.Sadə 
cümlə......................................................................................166                    
1. Cümlə və onun əsas əlamətləri...........................................166 
2. Cümlənin təsnif prinsipləri.................................................171  
3. Cümlə üzvü anlayışı. Cümlənin baş üzvləri.......................180  
4. Cümlənin ikinci dərəcəli üzvləri........................................190  
5. Cümlə üzvlərinin həmcinsliyi, xüsusiləşməsi, 
əlavəsi.....................................................................................208 
6. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olmayan 
sözlər......................................................................................219  
7. Sadə cümlə  və onun təsnif prinsipləri...............................225  
Ədəbiyyat...............................................................................239 
 

Müasir  Azərbaycan  dili 
 
 
307 
Mövzu № 6   
 Mürəkkəb cümlələr.  Tabesiz mürəkəkkəb cümlə...........240 
1.Mürəkkəb cümlə haqqında ümumi məlumat......................240 
2. Mürəkkəb cümlənin növləri. Tabesiz mürəkkəb 
 cümlələr.................................................................................242 
3. Tabesiz mürəkkəb cümlənin komponentlərini 
 əlaqələndirən vasitələr.......................................................... 245 
4.Tabesiz mürəkkəb cümlələrdə məna əlaqəsi...................... 250 
Ədəbiyyat...............................................................................257 
 
Mövzu № 7                                
Tabeli mürəkkəb cümlələr.................................................. 258 
1.Tabeli mürəkkəb cümlə anlayışı......................................... 258  
2.Tabeli mürəkkəb cümlələrdə budaq cümləni 
 baş cümləyə bağlayan   vasitələr.......................................... 261 
 3.Tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növləri...... 266 
   Başqasının nitqinin ifadə üsulları....................................... 298 
Ədəbiyyat...............................................................................303 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gülarə  Abdullayeva 
 
 
308
 
 
 
 
 
GÜLARƏ ABDURAHMAN qızı ABDULLAYEVA 
 
MÜASİR AZƏRBAYCAN DİLİ 
(MORFOLOGİYA, SİNTAKSİS) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Åëì âÿ Òÿùñèë»
 няшриййатынын  äèðåêòîðó: 
ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ 
 
Êîìïöòåð äèçàéíåðè: Çàùèä Ìÿììÿäîâ 
Техники редактор: Рювшаня Низамигызы 
 
Éûüûëìàüà âåðèëìèø 21.02.2013 
×àïà èìçàëàíìûø 05.03.2013 
Øÿðòè ÷àï âÿðÿãè 19,2. Ñèôàðèø ¹ 22 
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 300 
 
Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà 
ìöÿññèñÿñèíäÿ ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð. 
E-mail: elm_ve_tehsil@box.az 
Òåë: 497-16-32; 050-311-41-89 
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4. 
 

Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin