253
MÖVZU 13. NEOLİBARALİZM.
MONETARİZM
1. Neolibaralizmin əsas nəzəriyyələri
2. Almaniyada neoliberalizm
3. M.Fridmen monetar nəzəriyyənin banisi kimi
Neoklassik yönümlü müasir iqtisadi nəzəriyyələrin bir
istiqaməti də neoliberalizmdir. Neoliberalizmin mahiyyətindən
danışarkən qeyd etmək lazımdır ki, XX əsrin 20–30-cu illə-
rində yaranmış neoliberalizm klassik liberalizmin və neoklassik
məktəbin ideyalarını özündə birləşdirir.
O həm də keynsçilik
və marksizmlə eyni vaxta yaranmasına baxmayaraq bu nəzəriy-
yədən əsaslı dərəcədə fərqlənir.
Belə ki, klassik liberalistlər iqtisadiyyatın bazar mexa-
nizmi vasitəsi ilə özü-özünün idarə olunmasını əsas götürmək-
lə dövlətin rolunu ancaq azad rəqabət üçün şəraitin yaranma-
sında görürdülər. Neoliberallar isə iqtisadiyyata dövlətin müda-
xiləsini daha da fəallaşmasını təklif edirdilər. Onlar həm də
makroiqtisadi təhlili əsas götürürdülər.
Neoliberalizm nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf et-
mişdir və müxtəlif məktəbləri özündə birləşdirir. Bunlardan
Frayburq
(
V.Oyken, L.Erxard, V.Repke, A.Ryustov),
London (F.Xayek, L.Mizes, L.Robbins
) və
Çikaqo
(M.Fridmen)
məktəblərini qeyd etmək olar.
XX əsrin ikinci yarısında iqtisadi təfəkkürün əsas istiqa-
mətlərindən biri kimi neoliberalizm yeni tarixi məktəbin ideya-
ları, neoklassika və ənənəvi liberalizm ənənələri ideyalarının
sintezi əsasında xalq təsərrüfatı haqqında təlim yaratmağa cəhd
etmişdir. Metodoloji baxımdan neoliberalizm
tarixi məktəbə
(xüsusilə K.Büxerin və V.Zombartın əsərlərinə) daha yaxındır.
İctimai inkişaf prosesinin tədrici təkamül kimi izah edilməsi bu
gün üçün səciyyəvi əlamətdir. Neoliberalistlər marjinalizmə
yalnız geniş yayılmış bir nəzəri üsul kimi baxır, lakin onu
254
tədqiqat üsulu kimi tətbiq etmirlər. Neoklassik artım və istehsal
funksiyaları nəzəriyyəsinin müəllifləri kapitalist təkrar isteh-
salının kəmiyyət aspektlərini tədqiq etdiyi halda, neoliberallar
keyfiyyət xarakterli, institusional problemlərə daha artıq diqqət
yetirirdilər. Ənənəvi liberalizmlə neoliberalizmi yaxınlaşdıran -
ilk növbədə, istehsal vasitələri
üzərində xüsusi mülkiyyətin
hərtərəfli möhkəmlənməsi və tətqiq edilməsi əsasında fərdi
azadlıq ideyasıdır. Bununla bərabər, öz sələflərindən fərqli ola-
raq neoliberallar təsərrüfat həyatı proseslərini mikroiqtisadi
mövqedən, müəssisələrin mülkiyyətçiləri olan ayrı-ayrı xüsusi
sahibkarların mənafeləri baxımından deyil, makroiqtisadi möv-
qelərdən qiymətləndirirlər. Neoliberalizm nəzəriyyəsinin işlə-
nib hazırlanmasında alman iqtisadçıları, ilk növbədə, neoli-
beralizmin təməlini qoymuş və onun metodologiyasını yarat-
mış
V.Oyken
"Siyasi iqtisadın əsasları" (1939), "Milli iqtisa-
diyyatın əsasları" (1947) böyük rol oynamışdır.
V.Oyken müəyyən edir ki, xalq mədəni cəhətdən inkişaf
etdikcə, daha çox qeyri-mərkəzləşdirilmiş (azad) iqtisadiyyatı
seçir. V.Oyken və onun təmsil etdiyi neoliberalizmdə dövlətin
rolu bazarı yaratmaqdan və sonra isə arbitor rolunu oyna-
maqdan ibarətdir. Dövlətin iqtisadiyyatda
rolu hakimin futbol
oyunundakı rolu kimi, yəni qaydalara nəzarət etmək kimi təsvir
olunur. V.Oyken əsərlərini "İqtisadiyyatın qaydaları" adı ilə
nəşr etdirmişdir.
Qərbi Almaniya neoliberalizm doktrinasında "Oyken
məktəbi" "Ordo liberalizm" adlandırılırdı. "Ordo" illik jurnalı
Neoliberalizmin nəzəri tribunası rolunu oynayırdı.
Müasir liberalizmin banisi hesab olunan London məktə-
binin iqtisadçısı
F.Xayek
("Monetar nəzəriyyə və ticarət
dövriyyəsi" -1933, "Mənfəət, faiz və investisiya" -1939, "Qiy-
mət və istehsal" -1931) olmuşdur. O, Vyana Universitetini
bitirdikdən sonra dünyanın məşhur tədris mərkəzləridə London
İqtisad Məktəbində, Zaltsburq,
Frayburq və Çikaqo universi-
tetlərində elmi tədqiqatlar aparmışdır. F.Xayek mikroiqtisadi
255
proseslərin təhlil olunmasını bütünlükdə iqtisadi inkişafın əsası
hesab etmiş, iqtisadi tədqiqatlarda mikro və makro təhlili
əlaqələndirmişdir. O, 30-cu illərdən başlayaraq sosializm əley-
hinə tədqiqatlarla məşğul olmuşdur. F.Xayekin "Köləliyə yol",
"Fərdilik və iqtisadi qaydalar", "Azadlığın əsas qanunu" və di-
gər əsərlərində sosializmin elmi əsasları təhlil olunmuş və belə
qənaətə gəlmişdir ki, sosializm bütün nöqteyi-nəzərlərdən çox
böyük səhv olub. F.Xayek 1974-cü ildə Nobel mükafatı
almışdır.
İkinci Dünya müharibəsindən sonra AFR-də və bir sıra
Qərb ölkələrində neoliberalizm ideyaları geniş yayılmışdır.
Neoliberalizm keynsçiliklə eyni vaxtda yaranmışdır.
Hər iki
təlim kapitalizmin özü-özünü tənzimləməsi barədə ənənəvi tə-
səvvürləri dağıtmış 1929-1933-cü illər böhranına siyasi iqtisa-
dın münasibətini əks etdirirdi. Lakin Keyns kapitalizmin üzləş-
diyi bəlaları səmərəli tələbin xroniki çatışmamazlığı, dövlət iq-
tisadiyyata müdaxilə etmədikdə, bu qruluşun inkişaf üçün kifa-
yət qədər stimuldan məhrum olması ilə əlaqələndirdiyi halda,
neoliberalizmin baniləri bütün bəlaların bilavasitə mənbəyini
mükəmməl rəqabətin zəifləməsində və istehsalın bazar tən-
zimləyicilərinin təsirini pozan təsərrüfatın inhisarlaşdırılmasın-
da görürdülər.
Bu
iqtisadi nəzəriyyəyə görə, tədavüldə olan pul kütləsi
bazar iqtisadiyyatının sabitləşdirilməsində və inkişafında həll-
edici rol oynayır. Monetarizmin banisi görkəmli alim, Çikaqo
məktəbinin yaradıcısı, 1976-cı ildə emiqrant ailəsində olan, iq-
tisadi təhsilini aldığı təqaüdlə başa vuran (məşhur Çikaqo Uni-
versitetini)
Dostları ilə paylaş: