SƏFİRLİYİNİN 2014-cü İL ÜÇÜn sahə VƏ İSTİqaməTLƏR


BOLQARISTAN RESPUBLİKASINDA YAŞAYAN HƏMVƏTƏNLİLƏRLƏ İŞ



Yüklə 144,39 Kb.
səhifə5/5
tarix06.09.2017
ölçüsü144,39 Kb.
#29094
1   2   3   4   5

6. BOLQARISTAN RESPUBLİKASINDA YAŞAYAN HƏMVƏTƏNLİLƏRLƏ İŞ

Hesabat ili ərzində Səfirliyimizin konsulluq şöbəsi tərəfindən Bolqarıstanda yaşayan AR vətəndaşlarının konsulluq qeydiyyatına götürülməsi, onların sayı və yaşadıqları yerlərinin müəyyənləşdirilməsi, peşə və məşğuliyyətlərinə dair statistik məlumat bazasının təşkil edilməsi, eləcə də vətəndaşlarımızın vasitəsi ilə ölkədə diaspora təşkilatlarının qurulması istiqamətində aparılan müvafiq işlər davam etdirilmişdir. 2014-cü ildə Bolqarıstanda məskunlaşan AR vətəndaşlarının sayının artması meyli müşahidə olunmamış və müvafiq olaraq, konsulluq uçotunda olan şəxslərin sayı 2013-ci il ilə müqayisədə 6 nəfər azalmış və beləliklə ümumi sayı 25 nəfər təşkil etmişdir.

Bolqarıstanda yaşayan Azərbaycanlıların say etibarilə az olmasına baxmayaraq, Səfirlik Azərbaycan diaspora təşkilatlarının yaradılması və təşkilatlanması sahəsində də mütəmadi olaraq iş aparmışdır. Belə ki, Bolqarıstan Respublikası vətəndaşlığını əldə etmiş soydaşlarımızla, ölkədə daimi və müvəqqəti yaşayan AR vətəndaşları, o cümlədən təhsil alan azərbaycanlı tələbələrlə daim olaraq əlaqə yaradılmış, Səfirliyin təşkil etdiyi müvafiq tədbirlərdə onların iştirak etmələrinə şərait yaradılmış, eləcədə də həmvətənlilərimiz vasitəsi ilə ölkədə diaspora təşkilatlarının qurulması istiqamətində müvafiq təlimatlandırma işləri aparılmış və bu yöndə Azərbaycanda keçirilən diaspora ilə bağlı müxtəlif tədbirlərdə onların iştirakının təmin edilməsi istiqamətində müvafiq işlər görülmüşdür.

Bolqarıstan ərazisində fəaliyyət göstərən erməni təşkilatlarına qarşı əks-təbliğat işlərinin aparılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin bolqar və dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Səfirliyimiz tərəfindən görülən müvafiq təbliğat işlərinə Bolqarıstanda vətəndaşlıq əldə etmiş soydaşlarımız, ölkədə daimi və müvəqqəti yaşayan vətəndaşlarımız, təhsil alan azərbaycanlı tələbələrimiz, o cümlədən Səfirliklə müsbət münasibətlərdə olan bolqar, türk və s. xarici millətlərin diaspora təşkilatlarının və mədəniyyət mərkəzlərinin nümayəndələri cəlb edilmiş və onların vasitəsi ilə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi istiqamətində aparılan müvafiq işlər davam etdirilmişdir.

Həmçinin, Səfirliyin konsulluq şöbəsi il ərzində Bolqarıstanda təhsil alan Azərbaycanlı tələbələrlə müvafiq görüşlər keçirmiş, mütəmadi olaraq əlaqə yaratmış, onların konsulluq qeydiyyatına alınması və ya təhsilini başa vuraraq vətənə qayıtdıqları üçün konsulluq qeydiyyatından çıxarılması işləri həyata keçirmiş və tələbələrimiz vasitəsi ilə təhsil aldıqları müəssisələrdə ölkəmizin təbliği istiqamətində onlarla müvafiq maarifləndirmə işləri aparılmışdır.

Bundan əlavə, Bolqarıstanda yaşayan türk diaspor təşkilatlarının, mədəniyyət mərkəzlərinin nümayəndələri ilə mövcud olan müsbət əlaqələrin daha da dərinləşməsi məqsədilə, onlarla daim əlaqələr yaradılmış, görüşlər keçirilmiş, eləcə də onların təşkil etdiyi tədbirlərdə səfirliyin əməkdaşlarının iştirakı təmin edilmişdir.

Bununla yanaşı həmvətənlilərimizin iştirakı ilə “Qanlı 20 Yanvar” faciəsinin 24-cü ildönümü və “Xocalı Soyqırımının” 22-ci ildönümü ilə əlaqədar Səfirliyimizdə anım mərasimləri keçirilmişdir. Mərasimlərdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə, həmvətənlilərimizə 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə ətraflı məlumatlar verilmiş və qeyd olunan hadisələrə dövlətimiz tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildiyindən, onun təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən “Xocalı Soyqırımı və 20 Yanvar faciəsi günlərinin milli matəm günləri elan edildiyindən bəhs edilmişdir.

Həmçinin Səfirlik tərəfindən keçirilmiş 28 May Respublika günü və digər tədbirlərə Azərbaycan vətəndaşları və diaspora nümayəndələri dəvət olunmuşlar.

Ümumiyyətlə il ərzində soydaşlarımıza qayğı göstərilmiş və yaranmış problemlərin həllində köməklik göstərilmişdir.

MKON



  1. KONSULLUQ- HÜQUQ MƏSƏLƏLƏRİ

2014-cü ildə Səfirliyin konsulluq şöbəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, konsul münasibətləri haqqında Vyana konvensiyası və Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları ilə yanaşı Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında 20 iyun 1995-ci il tarixində imzalanmış “Mülki işlər üzrə hüquqi yardım haqqında” Saziş, Azərbaycan Respublikasının 2005-ci ilin 2 mart tarixində qoşulduğu Bolqarıstanın da üzvü olduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il Haaqa Konvensiyası” və 2013-cü ilin noyabr ayının 29-da “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Vilnus şəhərində imzalanmış Sazişdən irəli gələn məsələlər üzrə həyata keçirmiş və qəbul edən dövlətin qanunvericiliyi nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq üzərinə düşən digər funksiyaların da həyata keçirilməsi üzrə müvafiq işlər görmüşdür.

Hesabat ili ərzində Bolqarıstan Respublikasında daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına götürülməsi, onların sayı və yaşadıqları yerlərinin müəyyənləşdirilməsi, peşə və məşğuliyyətlərinə dair statistik məlumat bazasının təşkil edilməsi istiqamətində müvafiq iş davam etdirilmişdir. Belə ki, Bolqarıstan Respublikasında yaşayan konsulluq qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25 nəfərdir ki, bunlardan da 06 nəfəri tələbədir. 2014-cü ildə Bolqarıstanda məskunlaşan Azərbaycan Respublikası vətəndaşlarının sayının artması meyli müşahidə olunmamış və müvafiq olaraq, konsulluq qeydiyyatında olan 06 nəfər qayıtdıqları üçün konsulluq qeydiyyatından çıxarılmışdır. Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələrin 3 nəfəri Blaqoyevqrad şəhərində yerləşən Amerika universtitetində, bir nəfəri paytaxt universitetində, bir nəfəri Plovdiv və bir nəfəri isə Ruse şəhərində yerləşən Dövlət universtitetində təhsil alırlar. Bolqarıstanda yaşayan və Azərbaycan Respublikası vətəndaşı olmayan həmvətənlərimiz barədə də məlumatların yığılması, onların hüquqlarının müdafiəsi, bu sahədə mövcüd olan problemlərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üzrə aparılan işlər mütəmadi olaraq davam etdirilmişdir.

Həmçinin qeyd etmək istərdik ki, hesabat dövrü ərzində Bolqarıstanda daimi və müvəqqəti yaşayan soydaşlarımızın, eləcə də Bolqarıstana səfər edən vətəndaşlarımızın qarşılaşdıqları problemlərin həlli istiqamətində tərəfimizdən Bolqarıstanın Xarici işlər nazirliyinin Konsulluq İdarəsi, Sərhəd Polisi və Miqrasiya Xidməti ilə müvafiq işlər aparılmışdır.

Misal olaraq aşağıdakı məlumatları qeyd etmək istərdik:

Cari ilin aprel ayında Bolqarıstanın Varna şəhərində Mersedes Benz markalı Sprinter 313 modelli maşını oğurlanmış Azərbaycan Respublikasının vətəndaşının Səfirliyimizə müraciəti əsasında Səfirliyimizin konsulluq şöbəsi tərəfindən ona dərhal hüquqi yardım göstərilmiş və baş vermiş hadisə ilə bağlı Bolqarıstanın aidiyyatı qurumları ilə əlaqə yaradılaraq, cinayət işinin qaldırılması, məsələnin xüsusi nəzarətə alınması və tezliklə həllinin tapılması istiqamətində müvafiq işlər görülmüşdür.

Bolqarıstan Respublikasında daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın hüquq və maraqlarının təmin edilməsi istiqamətində tərəfimizdən aparılmış işlər davam etdirilmiş, vətəndaşlar üçün pasport-viza məsələləri, notariat hərəkətləri və digər konsulluq xidmətləri həyata keçirilmişdir.

2014-cü il üçün konsulluq sahəsi üzrə perspektiv iş planına uyğun olaraq il ərzində Səfirliyimizin konsulluq şöbəsi tərəfindən aşağıdakı işlər görülmüşdür:

İl ərzində Bolqarıstan Respublikasının hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlanılaraq, AR vətəndaşlarının Bolqarıstan həbsxanalarında olmadığı müəyyən edilmişdir.

Hesabat ili ərzində Bolqarıstan vətəndaşları tərəfindən AR vətəndaşlarının qəyyumluğa və övladlığa götürülməsi məsələsi aidiyyatı üzrə araşdırılmış və belə halların müəyyən olunmadığı müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə baglı fəaliyyət davam etdirilmiş, Milli Fəaliyyət Planının məqsəd və mahiyyəti, insan alveri qurbanlarına pulsuz xidmət edən “Qaynar xətt” telefon xidməti barədə tərəfimizdən Bolqarıstanda yaşayan AR vətəndaşlarına məlumat verilmiş, eləcə də bu cinayətə qarşı mübarizə haqqında XİN tərəfindən göndərilmiş buklet, kitabça, poster və digər zəruri sənədlər onlara təqdim edilmiş və konsulluğun qəbul otağında yerləşdirilmişdir. Bildiririk ki, 2014-cü il ərzində Bolqarıstan Respublikasında insan alverinin qurbanı olmuş AR vətəndaşları qeydə alınmamışdır.

Hesabat ili ərzində Səfirliyə müraciət etmiş 4 (dörd) Azərbaycan Respublikasının vətəndaşına (bir nəfərə yeni doğulmuş uşaq olmaqla) Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamələr və Bolqarıstan Respublikasında vəfat etmiş 1(bir ) nəfər Azərbaycan Respublikası vətəndaşına ölüm haqqında səhadətnamə rəsmiləşdirilmişdir.

İl ərzində, ölkələrimiz arasında ikitərəfli konsulluq-hüquq və miqrasiya məsələlərini müzakirə etmək məqsədilə Bolqarıstan tərəfi ilə müxtəlif səviyyələrdə görüşlər keçirilmiş, BR DİN-in Miqrasiya İdarəsinin və BR XİN-in Konsulluq Idarəsinin rəhbərləri və əməkdaşları ilə mütəmadi olaraq əlaqələr yaradılmışdır.

İl ərzində Bolqarıstan Respublikasının kütləvi informasiya vasitələrində konsulluq və miqrasiya məsələləri və bu sahədə yeni qanunların qəbul edilməsi ilə bağlı məlumatlar Səfirliyin konsulluq şöbəsi tərəfindən izlənilmişdir.

Hesabat ili ərzində Mərkəzdən daxil olan təlimatlara uyğun olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş sonuncu əlavə və dəyişikliklər barədə məlumatlar müvafiq qaydada BR XİN-nə bildirilmişdir. Bununla yanaşı, vizaların rəsmiləşdirilməsi ilə əlaqədar Mərkəz tərəfindən daxil olan yeni məlumatlar (Azərbaycan Respublikasına gələn turistlərə elektron vizaların verilməsi üçün nəzərdə tutulan elektron ərizə forması, o cümlədən tələb olunan sənədlər və digər zəruri məlumatlar), 2015-ci ilin 12-28 iyun tarixlərində Bakı şəhərində keçiriləcək I Avropa oyunlarının keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat Səfirliyin rəsmi internet səhifəsinin konsulluq fəaliyyətinə aid bölməsində (ingilis və bolqar dillərində) yerləşdirilmişdir və bu məlumatlar mütəmadi olaraq yenilənməkdədir.

2014-cü il ərzində AR XİN-in Konsulluq İdarəsindən Səfirliyə daxil olmuş məktubların icrası tərəfimizdən təmin edilmişdir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin AR ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə AR Hökumətinin razılığı olmadan daxil olmasının qarşısının alınması məqsədilə tərəfimizdən BR Xarici İşlər Nazirliyi vasitəsilə Bolqarıstanın aidiyyəti dövlət qurumları, KİV və yerli ictimayət məlumatlandırılmıs, eləcə də bu barədə məlumatın BR XİN-nin rəsmi internet səh ifəsində (http://www.mfa.bg/120/findanembassy/0/8/) yerləşdirilməsinə nail olunmuşdur.

Hesabat dövrü ərzində konsulluq şöbəsinin xarici vətəndaşlara göstərdiyi konsulluq xidmətləri də intensivləşdirilmişdir. Azərbaycan Respublikasına getmək istəyən ölkə vətəndaşlarına, rəsmi nümayəndə heyətinə, Azərbaycan Respublikasında keçirilmiş müxtəlif konfrans və tədbirlərdə iştirak etmiş müvafiq dövlət işçiləri və qeyri hökumət təşkilatlarının nümayəndələrinə, əcnəbi vətəndaşlara viza şərtləri barədə ətraflı məlumatlar verilmişdir. 2014-cü il ərzində Səfirliyin konsulluq şöbəsi tərəfindən Azərbaycan Respublikasına səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxlərə vizaların rəsmiləşdirilməsi məsələləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi”nin “Viza” altsistemi vasitəsi ilə həyata keçirilmişdir. Səfirlikdə İAMAS avadanlığı təhlükəsizlik qaydalarına uyğun olaraq saxlanılmışdır. Məlumat üçün bildiririk ki, 2014-cü il ərzində Səfirliyinin konsulluq şöbəsi tərəfindən 840 viza verilmişdir. Bunlardan 3 ədədi şəkillərdə müvafiq texniki qüsurların olmasını nəzərə alaraq alternativ qaydada, 837 ədədi isə İAMAS-ın “Viza” altsistemi vasitəsilə əcnəbi vətəndaşlara rəsmiləşdirilmişdir və bu barədə Konsulluq idarəsinə məlumat verilmişdir.



Statistik məlumatlar.

Viza-məlumat məsələləri:

2014-cü il ərzində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən 840 ədəd viza rəsmiləşdirilmişdir. Bunlardan 3 ədədi şəkillərdə müvafiq texniki qüsurların olmasını nəzərə alaraq alternativ qaydada, 837 ədədi isə İAMAS-ın “Viza” altsistemi vasitəsilə əcnəbi vətəndaşlara rəsmiləşdirilmişdir. Onlardan:

Birdəfəlik adi giriş vizası – 631 viza;

Çoxdəfəlik giriş vizası – 134 viza;

İkidəfəlik giriş vizası – 14 viza;

Bir dəfəlik tranzit vizası - 6 viza;

Birdəfəlik diplomatik vizası - 53 viza;

Çox dəfəlik diplomatik vizası - 2 viza


Vizalara görə tutulan rüsumların ümumi məbləği - 51326.98 Avro.

“AR Dövlət rüsumu haqqında Qanunu”na və AR XİN-dən daxil olan müvafiq təlimatlara əsasən rüsumsuz rəsmiləşdirilmiş vizaların ümumi sayı - 55 viza (Çoxdəfəlik diplomatik 2, Birdəfəlik giriş – 53 viza).



Viza rəsmiləşdirilməsi uçun müraciət edənlərin ümumi sayı – 840 nəfər.

Viza rəsmiləşdirilmiş əcnəbilərin vətəndaşlıqlarına dair məlumat:

Bolqarıstan vətəndaşı – 813 viza;

ABŞ vətəndaşı – 3 viza;

Almaniya vətəndaşı – 1 viza;

Avstriya vətəndaşı - 1 viza;

Britaniya vətəndaşı – 4 viza;

Makedoniya vətəndaşı – 14 viza;

Sudan vətəndaşı – 1 viza;

Fransa vətəndaşı – 1 viza;

Hindistan vətəndaşı – 1 viza;

Niderland vətəndaşı – 1 viza;

Bütün növ konsulluq fəaliyyətinə görə tutulan rüsumun məbləği 51959.18 Avro təşkil etmişdir.

2014-cü il ərzində Səfirliyin konsulluq şöbəsi tərəfindən (viza məsələləri istisna olmaqla) həyata keçirilmiş bütün növ konsulluq əməliyyatları:

Notariat hərəkətlərin aparılması – 6 əməliyyat;

Arayışlar -3 ədəd

Digər konsul əməliyatları - 1 əməliyyat.

Qayıdış şəhadətnaməsi - 4 ədəd

Doğum haqqında şəhadətnamə - 1 ədəd

Ölüm haqqında şəhadətnamə - 1 ədəd

Korlanmış viza blanklarının sayı -1ədəd



MTSA


  1. ANALİTİK İŞ

AR –nın Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən 2014-cü ildə asağıdakı cədvəldə qeyd olunan məlumat, analitik materiallar hazırlanmış və Mərkəzə göndərilmişdir




Sıra

N-si


Tarix

Sənədin

N-si


Mövzunun adı

Səhifə-

lərin


sayı

1

24.01.2014

SSOF/032 /14

Bolqarıstan Respublikasının Prezidenti cənab R.Plevnelievin Çin Xalq Respublikasına rəsmi səfərinə dair

3

2

27.01.2014

SSOF/035 /14

Avropa Komissiyasının Bolqarıstanla bağlı yayınladığı hesabata dair

4

3

28.01.2014

SSOF/038 /14

Bolqarıstanın İqtisadiyyat və Energetika naziri Dragomir Stoynevlə BR-da səfərdə olan Türkiyənin Enerji və Təbii Qaynaqlar Naziri Taner Yıldız arasında keçirilmiş görüşə dair


3

4

04.02.2014

SSOF/047 /14

Cari ilin 22-25 may tarixlərində Bolqarıstan Respublikasında Avropa Parlamentinə (AP) keçiriləcək seçkilərə dair

4

5

14.02.2014

SSOF/068 /14

Bolqarıstanda yaranmış qaçqın probleminə dair

6

6

25.02.2014

SSOF/074 /14

Bolqarıstanda baş vermiş ixtişaşlara dair

3

7

04.03.2014

SSOF/093 /14

Türkiyə Respublikasının Xarici İşlər naziri Əhməd Davudoğlunun Bolqarıstana rəsmi səfərinə dair

4

8

05.03.2014

SSOF/096 /14

Ukraynada yaranmış vəziyyətlə bağlı Bolqarıstan Respublikasının Təhlükəsizlik Şurasının İclası və ölkənin xarici işlər naziri X. Vigeninin Ukraynaya səfərinə dair


3

9

11.03.2014

SSOF/100 /14

Ukrayna böhranına Bolqarıstandan ifadə edilmiş münasibətlərə dair

3

10


01.04.2014

SSOF/ 117/14

ABŞ Dövlət Katibinin köməkçisi xanım Viktoria Nulandın Bolqarıstan Respublikasına (BR) həyata keçirmiş səfərinə dair

3

11


21.04.2014

SSOF/156 /14

“Cənub Axını” qaz layihəsi və Bolqarıstan

4

12

24.04.2014

SSOF/159 /14

Ukrayna böhranının Bolqarıstanda yarada biləcək fəsadları və qaz layihələrinə dair

3

13

29.04.2014

SSOF/ 164 /14

Bolqarıstanda Avropa Parlamentinə keçiriləcək seçkilərin seçki öncəsi kompaniyasının başlanmasına dair

5

14

05.05.2014

SSOF/173 /14

Bolqarıstan və Qərb Şərq qarşıdurması

3

15



13.05.2014

SSOF/ 185/14

Bolqarıstanda milliyətçi cərəyanın güclənməsinə dair

4

16

15.05.2014

SSOF/190 /14

BR-nın Prezidenti R. Plevnelievin Almaniya Fedarativ Respublikasına iki günlük işçi səfərinə dair

4

17



21.05.2014

SSOF/196 /14

Ölkədə elektrik enerjisinin paylanması ilə məşğul olan xarici şirkətlərlə yaranmış mübahisələrə dair

3

18

23.05.2014

SSOF/200 /14

ABŞ-ın “Gallup” sorğu təşkilatının Avropa Parlamenti seçkiləri ərəfəsində Bolqarıstan vətəndaşları arasında həyata keçirdiyi sorğuya dair

2

19

03.06.2014

SSOF/222 /14

BR-nın Mərkəzi Seçki Komissiyasının Bolqarıstanda Avroparlamentdə keçirilmiş seçkilərlə bağlı açıqladığı rəsmi nəticələrə dair


4

20

24.06.2014

SSOF/252 /14

Cari ilin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə dair



4

21

03.07.2014

SSOF/264 /14

Cari ilin 5 oktyabr tarixində Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair

3

22

07.08.2014

SSOF/302 /14

Bolqarıstan Respublikasında (BR) yeni müvəqqəti hökumətin qurulmasına dair

5

23

02.09.2014

SSOF/316 /14

“Bolqarıstan və NATO Avropanın müdafiəsində. 2020-ci ilə baxış” adlı hesabata dair

3

24

09.09.2014

SSOF/328 /14

“Cənub Axını” qaz kəmərinin Bolqarıstan ərazisindən keçən hissəsi ilə bağlı aparılan müzakirələrə dair

3

25

16.09.2014

SSOF/ 339 /14

Cari ilin 5 oktyabr tarixində Bolqarıstan Respublikasında keçiriləcək növbədən kənar parlament seçkisi qabağı ölkədəki siyasi mühitə dair

4

26

30.09.2014

SSOF/353 /14

Türkiyə Respublikasının Prezidenti T. Ərdoğanla Bolqarıstanda yaşayan türklərin dəstəklədiyi Hüquq və Azadlıqlar naminə Hərəkat (HAH) partiyasının sədri Lütfi Məstan arasında keçirilmiş görüşə dair


4

27

16.10.2014

SSOF/ 374 /1

Rusiya Bolqarıstan münasibətlərində müşahidə olunan gərginliklərə dair

4

28

23.10.2014

SSOF/381 /14

Cari ilin 5 oktyabr tarixində Bolqarıstan Respublikasında (BR) keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra hökumətin qurulması ilə bağlı partiyalar arasında aparılan müzakirələrə dair


3

29

29.10.2014

SSOF/385 /14

Cari ilin 27 oktyabrında keçirilmiş Bolqarıstan Respublikasının (BR) yeni 43 –cü Xalq Məclisinin ilk iclasına dair

3




Yüklə 144,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin