Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Psixrometrin yaş və quru termometrlərinin göstəriləri eyni olduqda ,nisbi rütubət nə qədərdir?



Yüklə 2,12 Mb.
səhifə9/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

465) Psixrometrin yaş və quru termometrlərinin göstəriləri eyni olduqda ,nisbi rütubət nə qədərdir?
A) 90%

B) 100%


C) 50%

D) 70%


E) 80%
100%

Nisbi rütubət mütləq rütubətin maksimal rütubətə faizlə olan nüsbətinə deyilir. R=K/F 100%, Nisbi rütubət maksimum olduqda psixrometrin quru və yaş termometrlərinin göstəriciləri eyni olur. Bu hal nisbi rütubət 100% olduqda baş verir.


Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 27
466) Yüksək rütubət hansı xəstəliklərin baş verməsinə şərait yaradır?
A) Bronxit,pnevmoniya,vərəm,revmatizm,nefrit

B) Göy öskürək,qızılca,difteriya

C) Pnevmoskleroz,ağ ciyər emfizeması

D) Pnevmokoniozlar,pnevmotorraks

E) Ağ ciyər xərçəngi,bronxektaziya
- Bronxit,pnevmoniya,vərəm,revmatizm,nefrit

Rütubətin yüksək olması orqanizmə zərərli təsir göstərir. Uzun müddət rütubətli şəraitdə işləyən,yaşayan insanlar arasındabronxit pnevmaniya, vərəm revmatizm və böyrək xəstəlikləri daha çox müşahidə olunur.


Ədəbiyyat: Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 35
467) - 35°C- dən aşağı temperatur hansı termometrlərlə ölçülür?
A) Maksimal

B) Civəli

C) Spirtli

D) Adi


E) Minimal
Spirtli

- 350S dən aşağı temperaturlarda termometrdə olan civə donur. Ona görə də belə halalrda spirtli termometrlərdən istifadə olunur, çünki,spirt donmur.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985
468) Bədən temperaturunu ölçən tibbi termometr hansı növə aiddir?
A) Maksimal,civəli

B) Minimal, spirtli

C) Adi,civəli

D) Adi, spirtli və civəli

E) Spirtli,adi
Maksimal,civəli

Bədən temperaturunu ölçmək üçün tibbdə istifadə olunan civəli termimetrlər maksimal termometrlərə aiddir. Maksimal termometrlər civəli olub, müayinə müddətində maksimal temperaturu göztərir.


Ədəbiyyat: M.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 19
469) Hansı cihaz mikroiqlim göstəricilərini təyin etmək üçün istifadə edilmir?
A) Hiqroqraf,termoanemometr

B) Anemometr,katatermometr

C) Psixrometr,hiqrometr

D) Termometr,termoqraf

E) Batometr,butirometr,aerometr
Batometr,butirometr,aerometr

Mikroiqlim göstəricilərinə havanın temperaturu nisbi rütubəti və havanın hərəkət surəti aiddir. Temperaturu termometr, termoqraf, nisbi rütubəti, psixrometr,hidro - metr,hidroqraf, havanın hərəkət surətini isə anemometr katotermometr və elektrotermoanemometrlərlə təyin edirlər.


Ədəbiyyat: M.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 16 - 35
470) Mütləq rütubət 30 mq/m³,maksimal rütubət 50 mq/m³ olarsa havanın nisbi rütubəti nə qədərdir?
A) 50%

B) 70%


C) 60%

D) 80%


E) 40%
60%

Nisbi rütubət R=K/F 100% düsturu ilə hesablanır. K - mütləq, F - maksimal rütubətdir. Onların qiymətlərini yerinə yazsaq R= 30/50 100% = 60% olar

Ədəbiyyat: N.A.Kazımov. İ.H.Səmədov.Ümumi gigiyena.Bakı 1999 səh 24
471) Günəşin ultrabənövşəyi şüalarının təsirinə aşağıdakılardan hansı aid deyil?
A) Bakterisid təsir

B) Maddələr mübadiləsinə təsir

C) İstilik təsiri

D) Antraxitik təsir

E) Fotosintez
İstilik təsiri

Günəşin ultrabənövşəyi şüalarının təsirindən dəridə D vitamini əmələ gəlir. (antiraxitlik təsir) bəzi mikroorqanizmlər məhv olur. (bakterriosid təsir) yaşıl bitkilərdə fitosintez prosesi gedir, maddələr mübadiləsi zəifləyir


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 24 - 26
472) Günəş şüalarının uzun müddətli təsirindən yaranan mənfi hallara aşağıdakılardan hansı aid deyil?
A) Bədənin qızmasına səbəb olur

B) Xroniki iltihabi proseslərininkəskinləşməsinə səbəb olur

C) Bakterisid təsir göstərir

D) Dəridə yanıqlar əmələ gətirir

E) Baş ağrısı, yuxusuzluq, əsəbiliyə səbəb olur
Bakterisid təsir göstərir

Uzun müddət günəş şüalarının təsirindən isti havalarda dəridə yanlqlar baş verir. Bədənin qızmasına səbəb olur, bakteriosid təsir göstərir, xroniki iltihab prosesləri güglənir.

Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 24 - 26
473) İnfraqırmızı şüaların hansı təsiri var?
A) Fotosintez

B) İstilik

C) Bakterisid

D) Antiraxitik

E) Fotokimyəvi
İstilik

İnfraqırmızı şüalar istilik təsirinə malikdir. Bu şüaların təsirindən toxumalar qızır,dərinin temperaturu yüksəlir, maddələr mübadiləsini bir qədər artırır.


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 25
474) Orqanizmin istilik balansı nəyi göstərir?
A) Orqanizmdə istehsal edilən istiliyik miqdarını

B) Bədənin temperaturu ilə havanın temperaturu arasında fərqi

C) Orqanizmdən xaric edilən istiliyik miqdarını

D) Gündüz və axşam havanın temperaturları arasındakı fərqi

E) Orqanizmdə istehsal edilən və xaric edilən istilik arasındakı fərqi
Bədəndə hasil olan və xaric olunan istilik arasındakı fərqi

Orqanizmin istilik balansı bədəndə əmələ gələn və xaric olunan istiliyin miqdarı arasındakı fərqi göstərir. Normal halda bu fərq O - a bərabər olmalıdır, yəni əmələ gələn və itirilən istiliyin miqdarı bərabər olmalıdır.”+” balans əmələ gələn istiliyin sərf olunan istiliyin miqdarından çox - balans isə əmələ gələn istiliyin sərf olunan istiliyin miqdarından az olduğunu göstərir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 47 - 48
475) Otağın havasının temperaturu hansı hündürlükdə və neçə nöqtədə təyin edilir?
A) 0,8 m; 2

B) 20 m; 4

C) 0,5 m; 3

D) 0,1m; 1,0m; 1,5m

E) 1,0 m; 5
0,1 m; 1,0m; 1,5m

İsti hava yüngül olduğu üçün otağın yuxarı hissələrinə.soyuq hava isə ağır olduğu üçün aşağı hissələrində toplanır.İnsanın tənəffüs səviyyəsi döşəmədən təxminən 1.5 m hündürlüyə uyğun gəlir.Odur ki, otaq havasının temperaturu 0,1;1,0;1,5 hündürlükdə təyin edilir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 19 - 20
476) İstilik balansının hansı qiyməti orqanizm üçün daha münasibdir?
A) Mənfi

B) Sıfır


C) Dəyişkən

D) Müsbət

E) Sonsuz
Sıfır

İstilik balansı orqanizmdə hasil olan istiliyin xaric olan istilik arasındakı fərqi göstərir. Xarici mühitdə temperatur dəyişdikdı orqanizm istilik müvazinətini saxlamağı çalışır. İstilik balansı müsbət olduqda hasil olan istilik, xaric olan istilikdən yüksək olur. Mənfi olduqda isə əksinə xaic olan istilik hasil olan istilikdən yeksək olur. İstilik balansının sıfır olması daha əlverişlidir, çünki əmələ gələn və xaric olan istilik miqdarı eyni səviyyədə olur.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 47 - 48
477) Aşağıdakılardan hansı atmosfer havasının çirklənməsi ilə əlaqədar deyil?
A) Su təchizatının pisləşməsi

B) Xəstəliklərin baş verməsi

C) Uşaqların fiziki inkişafının zəifləməsi

D) Tənəffüsün çətinləşməsi

E) Yaşıllıqlara xəstəliklərin sayının artması
Su təchizatının pisləşməsi

Atmosfer havasının çirklənməsi bir sıra xəstəliklərin, xroniki zəhərlənmələrin baş verməsinə səbəb olur, tənəffüsü çətinləşdirir,uşaqların fiziki inkişafını zəiflədir, həmçinin yaşıllıqlara məhvedici təsir göstərir.


Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 24 - 27
478) Havanın çirklənmə dərəcəsini təyin etmək üçün nümunə hansı hündürlükdə götürülür?
A) 1,0 m

B) 1,5 m


C) 0,8 m

D) 3,0 m


E) 2,5 m
1,5 m

Havada olan qarışıqlıqlar orqanizmə əsasən tənəffüs yolu ilə daxil olur. Nəfəs alınan hündürlük əsasən 1,5m - ə uyğun olduğu üçün müayinə üçün hava nümunəsi həmin səviyyədə götürülür.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 74
479) Havada tozların miqdarını təyin etmək üçün hansı cihazlar istifadə edilir?
A) Anemometr

B) Aspirator

C) Kondensator

D) Spirometr

E) Aerometr
Aspirator

Hava nümunəsi götürmək üçün aspirasıya üsulundan istifadə edilərsə, bu zaman havasoran vasitələrdən əsasən aspiratorlardan istifadə edilir.

Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 75
480) Çəkisi 845 mq olan filtrdən 25 l/dəq. surətlə 20 dəq ərzində hava sorulduqdan sonra filtrin sonrakı çəkisi 850 mq olmuşdursa, 1m³ havadakı tozların miqdarı nə qədərdir?
A) 15 mq/ m³

B) 25 mq/ m³

C) 20 mq/ m³

D) 5 mq/ m³

E) 10 mq/ m³
10 mq/ m3

Vahid həcmdə olan tozların miqdarını təyin etmək üçün hava sorulmasından əvvəl və sonrakı çəkilişi arasındakı fərqi sorulan havanın həcminə bölmək lazımdır. Hesablama belə aparılır. X= (850 - 845) 1000/500 = 10 mq/m


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 88 - 89
481) Hava nümunəsi hansı halda müxtəlif tutumlu qablarla götürülür?
A) GEM–də sanitar–kimyəvi laboratoriya olmadıqda

B) Təyin olunan maddənin konsentrasiyası kiçik olduqda

C) Müayinə yerində radioaktivlik yüksək olduqda

D) Təyin olunan maddənin konsentrasiyası yüksək olduqda

E) Laboratoriya vəsaitləri və reaktivlər çatmadıqda
Təyin olunan maddənin konsentrasiyası yüksək olduqda

Havada axtarılan kimyəvi qarışığın kiçik miqdarlarını aşkar etməyə imkan verən həssas və dəqiq üsul olduqda hava nümunəsi adı butulkaya, qaz pipetkasına rezin kameralara götürülə bilər.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 76
482) Elektrik asperatorundan hansı şəraitdə istifadə etmək təhlükəlidir?
A) Günəş şüaları altında

B) Yaşayış otaqlarında

C) İctimai iaşə müəssisələrində

D) Sinif otaqlarında

E) Şaxta və mədənlərdə
Şaxta və mədənlərdə

Elektrik cihazlarının o cümlədən elektrik asperatorunun yanar qazların konsent - rasiyasının yüksək olduğu yerlərdə məs. şaxtalarda mədənlərdə və s istifadə olunması təhlekəlidir., çünki cihaz elekteik şəbəkəsinə qoşulan zaman əmələ gələn qığılcım partlayışa səbəb ola bilər.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва «Медицина» 1985 стр 75
483) Aşağıdakı tədbirlərdən hansı atmosfer havasının çirklənməsinə qarşı effektli deyil?
A) Sanitariya mühafizə zonasının yaradılması

B) Təmizləyici qurğuların fəaliyyəti

C) Təbii ventilyasiya

D) Abadlaşdırma, yaşıllaşdırma

E) Yanacağın tərkibinin standartlaşdırılması
Təbii ventilyasiya

Atmosfer havasının çirklənməsinə qarşı texnoloji,planlaşdırıcı, sanitar - texniki abadlaşdırma və yaşıllaşdırma və s. tədbirlərdən istifadə edilir., avtonəqliyyat vasitələrinin yanma qurğularının normal fəaliyyətinə nəzarət edilir. Təbii ventilya - siya tədbirləri atmosfer havasının çirklənməsinə təsir göstərmir.

Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва «Медицина» 1985 стр 29 - 35
484) Yaşayış yerlərində insanların sağlamlığına mənfi təsir göstərməyən səbələr hansılardır?
A) Əlverişli təbii amillərin olmaması

B) Havanın çirklənməsi

C) Əlverişsiz meteroloji şərait

D) Səs – küyün səviyyəsi

E) Ərazidə yerləşən müalicə müəssisələrinin sayı
Ərazidə yerləşən müalicə müəssisələrinin sayı

Yaşayış yerlərində insanların sağlamlığına mənfi təsir göstərən amillərə havanın, suyun torpağın çirklənməsi‚səs - küy, müxtəlif növ şüalanmalar,əlverişsiz meteoroloji şərait‚təbii amillərin olmaması və s - dir. Ərazidə yerləşən müalicə müəssisələrinin əhalinin sağlamlığına elə bir ciddi təsiri yoxdur.


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 22 - 23
485) Meteotrop xəstəliklər hansı səbəbdən baş verir?
A) Havanın çirklənməsi

B) Havanın fiziki xassələrinin kəskin dəyişiklikləri

C) Sinir - psixi gərginlik

D) Sanitar - gigiyenik qaydalrın pozulması

E) Qeyri səmərəli qidalanma
Havanın fiziki xassələrinin kəskin dəyişiklikləri

Əlverişsiz meteoroloji şəraitin (yüksək və aşağı temperatur havanın hərəkət surə - tinin yüksək olması, rütubətliliyin şox olması və s. ) təsirindən baş verən


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 35
486) Aşağıdakılardan hansı meteotrop xəstəliklərə aid deyil?
A) Ürək –damar xəstəlikləri

B) Mədə - bağırsaq xəstəlikləri

C) Allergik xəstəliklər

D) Tənəffüs orqanlarının xəstəlikləri

E) Böyrək xəstəlikləri
Mədə - bağırsaq xəstəlikləri

Mədə bağırsaq xəstəlikləri meteotrop xəstəliklərə aid deyil şünki mədə - bağırsaq xəstəliklərə havanın fiziki xassələrinin kəskin dəyişiklikləri ilə əlaqədar başvermir.


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 35
487) Avtomobil nəqliyyatı ilə havanın çirklənməsinə qarşı mübarizədə bu tədbirlərdən hansı səmərəsizdir?
A) Yanacaq qurğularının yararlı işləməsi

B) GEM işçilərinin yol müfəttişləri ilə birgə reydləri

C) Yanacağın tərkibinin keyfiyyətli olması

D) Yolların abadlaşdırılması və yaşıllaşdırma

E) Nəqliyyat vasitələrinin sayının azaldılması
Nəqliyyat vasitələrinin sayının azaldılması

Avtomobil nəqliyyatı ilə havanın çirklənməsinə qarşı görülən tədbirlərə avtomo - billərin yanacaq qurğularının yararlı işləməsi, yanacağın keyfiyyətli olması yolların abadlaşdırılması ,yaşıllaşdırma GEM,ekologiya və yol polisi idarələrinin nəzarəti və s. aiddir. Nəqliyyat vasitələrinin sayının az olması mühüt rol oynasa da bu tədbirin həyata keçirilməsi qeyri mümkündür.

Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва «Медицина» 1985 стр 19 - 20
488) İri sənaye şəhərlərinin atmosfer havası ilin hansı fəslində daha çox çirklənir?
A) Yayda

B) Payızda

C) Qışda

D) İl boyu

E) Yazda

Qısda


İri sənaye şəhərlərinin havası ilin qış fəslində daha çox çirklənir, çünki, qış fəslində istilik, elektrik mərkəzlərinin qazanxanaların fəaliyyəti artır, bu da havaya buraxılan tullantıların miqdarının atrmasına səbəb olur.
Ədəbiyyat: Е. П. Вишневская. Общая гигиена. Москва «Медицина» 1985стр 100
489) Tərkibində nitratların çox olduğu sudan istifadə nəyə səbəb ola bilər?
A) Methemoqlobinemiyaya

B) Hematuriyaya

C) Zülal çatışmazlığına

D) Hiperqlikemiyaya

E) Anemiyaya
Methemoqlobinemiyaya

Tərkibində azot turşusunun duzlarının,əsasən nitratların yüksək mirdarda olduğu sudan körpə uşaqlar üçün süd qarışıqlarının hazırlanmasında istifadə edilməsi qanda methemoqlobininin miqdarının artmasına səbəb olur;bu da toxumaların oksigenlə təchizatının pozulmasına ,sianoza səbəb olur.İçməli suda nitratların yol verilən miqdarı 10 mq/l –dir.


Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва «Медицина» 1985 стр 71
490) Yayda və qışda 1m³ havada bakteriyaların maksimal miqdarı nə qədər olduqda hava bakterial cəhətdən təmiz hesab olunur?
A) 800, 250

B) 750, 150

C) 650, 300

D) 850, 100

E) 700, 200
750,150

Atmosfer havası bakterioloji cəhətdən o vaxt təmiz hesab olunur ki, bakteriyaların sayı yayda 1m3 - də 750,qışda isə 1 m3 - də 150 - dən artıq olmasın

Ədəbiyyat: Е. П. Вишневская. Общая гигиена. Москва «Медицина» 1985 стр 113
491) Yayda və qışda 1m³ havada bakteriyaların minimal miqdarı nə qədər olduqda atmosfer havası bakterial cəhətdən əlverişsiz hesab olunur?
A) 3000, 350

B) 2500, 400

C) 1000, 200,

D) 3500, 500

E) 1500, 250
- 2500, 400

Atmosfer havası bakterial cəhətdən o vaxt əlverişsizhesab olunur ki, yayda 1m3 havada bakteriyaların minimal miqdarı 2500, qışda isə 400 olsun.


Ədəbiyyat: Е. П. Вишневская. Общая гигиена. Москва «Медицина» 1985стр 113
492) Təmiz havada hansı ionlar daha çox olur?
A) Ağır mənfi yüklü

B) Ağır və yüngül, neytral yüklü

C) Ağır müsbət yüklü

D) Yüngül müsbət yüklü

E) Yüngül mənfi yüklü
Yüngül mənfi yüklü

Havada yüngül mənfi yüklü ionların miqdarı artdıqda insanlara yaxşı təsir göstərir, bu cür ionlar təmiz havada daha çox olur.


Ədəbiyyat: Р Р.Д.Габович , С.С. Рознански «Гигиена» Маариф 1987 стр 32 - 33
493) Aşağıdakılardan hansında orqanizmin sutkalıq su balansı düzgün göstərilib?
A) 1,2 – 1,8 l

B) 3,5 – 4, 0 l

C) 1,5 – 2,0 l

D) 2,5 – 3,0 l

E) 2,8 – 3,8 l
2,5 – 3,0 l

Otaq temperaturunda orta ağırlıqda əməklə məşğul olan yaşlı insanın sutkalıq su balansı 2,5 - 3 litr təşkil edir. Bu rəqəm iqlim şəraitindən və görülən işin ağırlıq dərəcəsindən asılı olaraq dəyişilə bilər.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 100
494) İçməli suyun keyfiyyətinə dair gigiyenik tələblərə aşağıdakılardan hansı aid deyil?
A) Su bakterioloji cəhətdən təhlükəsiz olmalıdır

B) Suyun kimyəvi tərkibi yararlı olmalıdır

C) Su mənbəyi mühafizə edilməlidir

D) Suyun fiziki göstıriciləri normal olmalıdır

E) Suyun orqanoleptik xassələri yaxşı olmalıdır
Su mənbəyi mühafizə olmalıdır

İçməli suyun keyfiyyətinə dair gigiyenik tələblər bunlardır.1) Fiziki və orqanoleptik xassələri yaxşı olmalı, hər hansı kənar dada və iyə malik olmamalıdır. 2) Kimyəvi tərkibi yararlı olmalıdır.

3) Tərkibində patogen mikroblar olmamalı,epidemioloji cəhətdən təhlükəsiz olmalıdır.

4) Tərkibindəki toksiki və radioktiv maddələrin konsentrasiyası insanların sağlamlığına təsir səviyyəsində olmamalıdır. Su mənbələri mühafizə olmamalıdır, lakin bu suyun keyfiyyətinə dair gigiyenik tələblərə aid deyil

Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 104
495) İçməli suyun iyi və dadı neçə baldan artıq olmamalıdır?
A) 5

B) 3


C) 4

D) 1


E) 2
2

Yaxşı keyfiyyətli su heç bir iyə və dada malik olmamalıdır. İçməli suyun iyi və dadı 200S temperaturda 2 baldan çox olmamalıdır.Bu elə səviyyədir ki, istifadə edən şəxsin diqqətini cəlb etmir


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 118 – 120-ə qədər baxıldı
496) İçməli suyun rənginliyinin ən yüksək dərəcəsi nə qədər olmalıdır?
A) 30°

B) 50°


C) 20°

D) 10°


E) 40°
20O

İçməli su rəngsiz olmalıdır. Suda müxtəlif rənglərin olması onu nəinki içmək üçün yarasız edi, həm də suyun ümumi çirklənmə mənbələrini ayırd etməyi çətinləşdirir. İçməli suyun rəngliliyi dövlət standartına görə 20O - dən artıq olmamalıdır


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 123 - 124
497) Suyun codluğunun səbəbi nədir?
A) Na və K duzları

B) Ca və Mg duzları

C) Cu və Zn duzları

D) Al və Pb duzları

E) Fe və Ag duzları
Ca və Mg duzları

Suyun ümumi codluğu onun tərkibində Ca və Mq - ün bütün birləşmələrinin (karbonat , sulfat və s) olmasından irəli gəlir.

Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 156
498) Suyun daimi codluğunun səbəbi nədir?
A) Na və K xloridləri

B) Ca və Mg sulfatları

C) Ca və Mg karbonat və xlorid duzları

D) Na və K karbohidratları

E) Ca və Mg hidrokarbonatları
Ca və Mg – un karbonat və xlorid duzları

Daimi codluq suda Ca və Mq - un karbonat və xlorid duzlarının olmasından irəli gəlir ki, suyu 1 saat qaynatdıqdan sonra aradan qalxmır.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 156
499) İçməli suyun codluğunun normal göstəricisi hansıdlr?
A) 3 mq.evk/l və ya 8°

B) 11 mq.ekv/l və ya 30°

C) 5 mq.ekv/l və ya 14°

D) 9 mq.ekv/l və ya 25°

E) 7 mq. ekv/l və ya 20˚
7 mq. ekv/l və ya 20˚

Suyun codluğu yüksək olduqca o istifadə üçün yararsız olur. İçməli suların ümumi codluğu 7mq/ekvl və ya 200 - dən cox olmamalıdır.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 155
500) İçməli suda quru qalığın maksimal miqdarı nə qədər olmalıdır?
A) 1500 mq/l

B) 500 mq/l

C) 750 mq/l

D) 1000 mq/l

E) 300 mq/l
- 1000 mq/l

Suda quru qaklq onda həll olmuş mineral maddələrin miqdarını göstərir.Mineral maddələr quru qalığın 85 - 90% - ni üzvi maddələr isə 10 - 15% - ni təçkil edir.İçməli sularda quru qalıq 300 - 500 mq/l olduqda optimal minerallaşmış hesab olunur.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 137
501) Suyun şəffaflığı hansı cihazla təyin edilir?
A) Knopp cihazı, aerometr

B) Snellen cihazı, Sekki diski

C) Krotov cihazı, aspirator

D) KİD – 2, RUP – 1

E) Polejayev cihazı, UQ – 2
Snellen cihazı, Sekki diski

Suyun şəffaflığı onda asılı halda olan və həll olmayan hissəciklərin miqdarından asılıdır. İçməli suyun şəffaflığı 30 sm - dən az olmamalıdır.Şuyun şəffaflığını təyin etmək üçün snellen cihazı və ya seki diskindən istifadə edilir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 126 - 127
502) Su nümunəsi götürmək üçün hansı cihaz istifadə edilir?
A) Reometr

B) Batometr

C) Butirometr

D) Barometr

E) Aerometr
Batometr

Laboratoriya müayinəsi üçün müxtəlif üsullardan istifadə olunur. Bu məqsədlə ən çox batometr adlı cihazlardan istifadə olunur. Bu cihazın köməyi ilə su nümunəsi istənilən dərinlikdən götürülə bilər.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 113
503) Fiziki –kimyəvi müayinə üçün nə qədər su nümunəsi götürülür?
A) 1,0 – 1,5 l

B) 2,5 – 3,0 l

C) 1,5 – 2,0 l

D) 0,1 – 1,0 l

E) 2,0 – 5,0 l
2,0 – 5,0 l

Sanitariya – kimyəvi müayinə məqsədilə laboratoriya tədqiqatının həcmindən asılı olaraq 2 - 5 l miqdarında götürülür.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 113
504) Bakterioloji müayinə üçün nə qədər su nümunəsi götürülür?
A) 1,5 – 3,0 L

B) 0,5 –1,0 L

C) 1,0 – 1,5 L

D) 0,1 – 0,3 L

E) 2,0 – 5,0 L
0,5 –1,0 L

Sanitariya – bakterioloji müayinədə əsasən suda mikroorqanizmlərin miqdarı və növü ‚xüsusən koli - indeks təyin edilir. Bakterioloji müayinə üçün 0,5 - 1‚0L miqdarında su steril qablara götürülür.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 115
505) Suyun mikrob ədədi nədir?
A) Suda neçə cür patogen mikrob olması

B) Bir bağırsaq çöpü tapılan suyun ən az miqdarı

C) 1,0 ml suda olan bakteriyaların ümumi sayı

D) 1,0 ml suda olan bağırsaq çöplərinin miqdarı

E) 1,0 ml suda olan bağırsaq çöplərinin miqdarı
1,0 ml suda olan bakteriyaların ümumi sayına

1 ml müayinə olunana suda mikroorqanizmlərin ümumi sayına mikrob ədədi deyilir. Bu 1ml suyu ətli – peptonla aqara əkib 24 saat 37OS temperaturda ter - mostatla saxladıqdan sonra bütün kaloniyaların sayına uyğundur.


Ədəbiyyat: M. A. Kazımov . Ümumi gigiyena. Bakı 1999 səh 171
506) İçməli suyun mikrob ədədinin ən yüksək göstəricisi nə qədərdir?
A) 300

B) 200


C) 50

D) 150


E) 100
100

suyun mikrob ədədi bakterial cəhətdən çirklənməsi ilə əlaqədar olduğu üçün bu göstərici epidimioloji cəhətdən əhəmiyyət kəsb edir. İçməli su təchizatında suyun mikrob ədədi 100 - dən artıq olmalıdır.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 173
507) Koli–titr nəyə deyilir?
A) 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarına

B) 1,0 l suda olan üzvi maddələrin miqdarına

C) 1,0 l suda olan bakteriyaların miqdarına

D) 1,0 l suda olan bağırsaq çöplərinin miqdarına

E) 1,0 l suda həll olmuş oksigenin miqdarına
1 bağırsaq çöpü tapılan suyun ən az miqdarına

İçməli suya dair gigiyenik tələblərdən biri suyun epidemioloji cəhətdən təhlükəsiz olması, yəni tərkibində xəstəlik törədən mikroorqanizmlərin olmamasıdır. Suyun bakterial göstəricilərindən biri də koli titrdir.


Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999səh 173 - 174
Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin