Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Plastmas alətlərin dezinfeksiyası necə aparılır?



Yüklə 2,12 Mb.
səhifə6/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   2   3   4   5   6   7   8   9   ...   23
298) Plastmas alətlərin dezinfeksiyası necə aparılır?
A) 20 dəqiqəyə avtoklava yerləşdirmək

B) Axar suda yumaq

C) 40 dəqiqə qaynatmaq

D) 0,5% - li xloramində 30 dəqiqə

E) Dezinfeksiya kamerasina yerləşdirmək
Plastmas alətləri 0,5% - li xloramində 30 dəqiqə dezinfeksiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 102
299) Qab - qacaq (yemək üçün) hansı məhlulda dezinfeksiya edilir?
A) 20 dəqiqə avtoklavda saxlanılır

B) Sirkə turşusu ilə silinir

C) 30 dəqiqə 0,5% - li xloramin məhlulunda saxlanılır

D) 5 dəqiqə xlorlu əhəngin 10% - li məhlulunda saxlanılır

E) Sirkə turşusunda qaynadılır
Qab - qacağı (yemək üçün) 5 dəqiqə xlorlu əhəngin

10% - li məhlulunda saxlamaqla dezinfeksiya edirlər.


Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 102
300) Vərəm xəstələrinin bəlğəminin zərərsizləşdirilməsi üçün qaynamanın müddəti nə qədərdir?
A) 2% - li natrium karbonatda 15 dəqiqə

B) 5% - li xloramində 30 dəqiqə

C) 30% - li xlorheksidində 60 dəqiqə

D) 5% - li lizolda 1 saat

E) 10% - li xlorlu əhəngdə 2 saat
Vərəm xəstələrinin bəlğəmini 2% - li natrium karbonat məhlulunda 15 dəqiqə qaynatmaqla zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 101
301) Epidemioloq köməkçisinin vəzifəsi nədir?
A) Cari dezinfeksiyaya nəzarət edir

B) Dezinfeksiyanı təşkil edir və aparır

C) İnfeksion ocağının sərhəddlərini təyin edir

D) Yekun dezinfeksiyanı aparır

E) Cari dezinfeksiyanı vaxtında təşkil edir
Epidemioloq köməkçisi cari dezinfeksiyaya nəzarət edir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 99
302) Quru xlorlu əhəngin saxlanmasına dair olan tələblər hansıdır?
A) Bağlı qabda, sərin, işıqlı yerdə saxlanmalı

B) Bağlı qabda, quru, sərin, qaranlıq yerdə saxlanmalı

C) İşıq düşməyən sərin,rütubətli yerdə saxlanılmalı

D) Aşıq qabda, nəm, qaranlıq yerdə saxlanmalı

E) Açıq qabda, isti, işıqlı yerdə saxlanmalı
Quru xlorlu əhəngi bağlı qabda, quru, sərin, qaranlıq yerdə saxlamaq lazımdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh. 23
303) İdman və üzgüçülük hovuzlarında hansı sistematik dezinfeksiyanın növü aparılır?
A) Yekun

B) Cari


C) Ocaqlı

D) Gündəlik

E) Profilaktik
İdman və üzgüçülük hovuzlarında sistematik olaraq profilaktiki dezinfeksiya aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh. 49
304) Ev ocaqlarında yekun dezinfeksiyanı kim aparır?
A) Xəstə özü

B) Dezinfeksion briqada

C) Ailə üzvləri

D) Epidemioloq köməkçisi

E) Müalicə - profilaktiki müəssisənin tibb bacısı
Ev ocaqlarında yekun dezinfeksiyanı dezinfeksion briqada aparır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 54
305) Taun əleyhinə kostyum insanları hansı həşəratlardan qoruyur?
A) Tarakandan

B) Birədən

C) Milçəkdən

D) Ağcaqanaddan

E) Hünüdən
Taun əleyhinə kostyum insanları birədən qoruyur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 135
306) Buxar sterilizatorunda sterilizasiyanın effektliyi nədən asılıdır?
A) Sterilizatorun iş rejiminin düzgünlüyündən

B) Xarici mühitin temperaturundan

C) Məhlulun konsentrasiyasından

D) Xarici mühitin rütubətindən

E) Aktiv xlorun faizindən
Buxar sterilizatorunda sterilizasiyanın effektliyi sterilizatorun iş rejiminin düzgünlüyündən asılıdır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh. 78
307) Şpris və iynələrin sterilizasiyası hansı xəstəliyin yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alır?
A) B virus hepatiti

B) A virus hepatiti

C) Difteriya

D) Vərəm


E) Dizenteriya
B virus hepatiti xəstəliyin yayılmasının xəbərdarlıq edilməsində şpris və iynələrin sterilizasiyasının əhəmiyyəti var.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 74
308) Birdəfəlik olmayan şprislərin təmizləmə mərhələləri hansıdır?
A) Dezinfeksiya, sterilizasiyaönü təmizləmə, sterilizasiya

B) Sterilizasiyaönü təmizləmə, dezinfeksiya, sterilizasiy

C) Dezinfeksiya, sterilizasiya

D) Sterilizasiyaönü təmizləmə, dezinfeksiya

E) Sterilizasiyaönü təmizləmə, sterilizasiya
Birdəfəlik olmayan şprislərin təmizləmə mərhələlərinə dezinfeksiya, sterilizasiyaönü təmizləmə, sterilizasiya aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 74
309) Steril olmayan şprislə aparılan inyeksiyadan sonra hansı yerli ağırlaşma baş verə bilər?
A) Dizenteriyaya yoluxmaq

B) Difteriyaya yoluxmaq

C) Vəbaya yoluxmaq

D) İnfiltrat

E) Hava emboliyası
Steril olmayan şprislə aparılan inyeksiyadan sonra infiltrat əmələ gələ bilər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh73
310) Sterilizasiyaönü təmizləməni aparmaq üçün alətlər hansı məhlulda isladılır?
A) Yuyucu vasitədə

B) Spirtdə

C) 6% - li hidrogen peroksiddə

D) Aktivləşdirilmiş xloramində

E) Qarışqa turşusunda
Sterilizasiyaönü təmizləməni aparmaq üçün alətləri yuyucu vasitədə isladırlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 76
311) Buxar sterilizatorunda sterilizasiya nə ilə həyata keçirilir?
A) İsti hava və buxarla

B) Formalinlə

C) İsti hava ilə

D) Buxar və formalinlə

E) Buxarla
Buxar sterilizatorunda sterilizasiya buxarla həyata keçirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 78
312) Avtoklavda sterilizasiya nə ilə həyata keçirilir?
A) İonlaşdırılmış şüalanma ilə

B) Buxarla

C) Qazla

D) Qızmış hava ilə

E) İsti hava ilə
Avtoklavda sterilizasiya buxarla həyata keçirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 78
313) Hermetik polietilen paketlərində yerləşdirilmiş sterilizasiya ediləcək alətlər hansı üsul ilə sterilizasiya edilir?
A) İonlaşdırılmış şüalanma ilə

B) Buxar ilə

C) Kimyəvi məhlullarla

D) Buxar - hava ilə

E) İsti hava ilə
Hermetik polietilen paketlərində yerləşdirilmiş sterilizasiya ediləcək alətləri ionlaşdırılmış şüalanma üsulu ilə sterilizasiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 82
314) Dezinfeksiya stansiyasının kamera şöbəsində nə həyata keçirilir?
A) İnfeksion xəstələrin qeydiyyat və hesabatı

B) Pedikulyozlu şəxslərin sanitar təmizliyi

C) İnfeksion ocaqdan gətirilən əşyaların dezinfeksiyası

D) Tibbi alətlərin sterilizasiyası

E) İnfeksion xəstələrin ifrazatlarının dezinfeksiyası
Dezinfeksiya stansiyasının kamera şöbəsində infeksion ocaqdan gətirilən əşyaların dezinfeksiyası həyata keçirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 9
315) Dezinfeksiya kameralarında neçə nəzarət - ölçü cihazı var?
A) 15 termometr

B) 10 termometr

C) 5 termometr

D) 20 termometr

E) 30 termometr
Dezinfeksiya kameralarında 15 termometr nəzarət - ölçü cihazı var.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 172
316) Göbələk xəstəlikləri zamanı ayaqqabı harada dezinfeksiya edilir?
A) Avtoklav

B) Buxar - formalin kamerası

C) Buxar kamerası

D) Avtomaks

E) Qamma – qurğu
Göbələk xəstəlikləri zamanı ayaqqabı buxar - formalin kamerasından dezinfeksiya edilir
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 161
317) Hansı kamerada ancaq dezinseksiya aparılır?
A) Buxar - formalin

B) Formalin

C) İsti hava

D) Kombinə edilmiş

E) Buxar

İsti hava kameralarında ancaq dezinseksiya aparılır.


Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 171
318) Hansı ocaqlardan olan əşyalar isti hava ilə işləyən kameralarda zərərsizləşdirilir?
A) Pedikulyoz

B) Qarın yatalağı

C) Vərəm

D) Vəba


E) Qızılca
Pedikulyoz ocaqlarından olan əşyaları isti hava ilə işləyən kameralarda zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 171
319) Hansı xəstəliklərin profilaktikasında ilk növbədə sanitar təmizliyi aparılır?
A) Qripdə

B) Göyöskürəkdə

C) Vəbada

D) Parazitar tiflərdə

E) Cüzamda
Parazitar tif xəstəliklərinin profilaktikasında birinci növbədə sanitar təmizliyi aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 120
320) Həşəratların məhv edilməsi necə adlanır?
A) Dezodorasiya

B) Deratizasiya

C) Dezinfeksiya

D) Dezinseksiya

E) Sterilizasiya
Həşəratların məhv edilməsinə dezinseksiya deyilir.
Ədəbiyyat: Ədəbiyyat:İ.Ə.Ağayev,E.M.Quliyeva,F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 94
321) Həşəratları qorxudan vasitə necə adlanır?
A) Virulisidlər

B) Akarisidlər

C) İnsektisidlər

D) Sporosidlər

E) Repelentlər
Həşəratları qorhudan vasitə repelent adlanır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 102
322) Fumiqantlar harada tədbiq edilir?
A) Sterilizasiyada

B) Deratizasiyada

C) Sanitar təmizliyində

D) Dezinseksiyada

E) Sterilizasiyaönü təmizləmədə
Fumiqantlar dezinseksiyada tədbiq edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 107
323) Bağırsağa təsir göstərən insektisid hansıdır?
A) “Perfolon”

B) “Nittifor”

C) Karbofos

D) Bor turşusu

E) Xlorofos
Bağırsağa təsir göstərən insektisid bor turşusudur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 107
324) Hansı həşərata qarşı mübarizədə bağırsaq təsirli insektisiddən istifadə edilir?
A) Taxtabiti

B) Ağcaqanad

C) Birə

D) Gənə


E) Tarakan
Tarakana qarşı mübarizədə bağırsaq təsirli insektisiddən istifadə edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 107
325) Pedikulyozu olan şəxslərin sanitar təmizliyi dezinfeksiya stansiyasının hansı şöbəsində aparılır?
A) Profilaktik dezinfeksiya

B) Epidemioloji

C) Parazitoloji

D) Kamera

E) Sanitar buraxıcısı
Pedikulyozu olan şəxslərin sanitar təmizliyi dezinfeksiya stansiyasının sanitar buraxıcısı şöbəsində aparılır.
Ədəbiyyat:İ.Ə.Ağayev,E.M.Quliyeva,F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 124
326) Paltar biti ocağında yekun dezinseksiyanı yerinə yetirdikdə nə zərərsizləşdiilir?
A) Qab - qacağı

B) Qida qalığı

C) Qanı

D) İfrazatı



E) Yataq əşyaları
Paltar biti ocağında yekun dezinseksiyanı yerinə yetirdikdə yataq əşyalarını zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 124
327) Ocaqlı deratizasiya hansı xəstəlikdə aparılır?
A) Səpkili yatalaq

B) Viruslu hepatit

C) Dizenteriya

D) Taun


E) Pedikulyoz
Ocaqlı deratizasiya taun xəstəliyində aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 135
328) Deratizasiyada tədbiq edilən kəskin təsirli zəhər hansıdır?
A) Zookumarin

B) Ratindan

C) Xlorpikrin

D) Natrium fosfid

E) Fosfid sink
Deratizasiyada tədbiq edilən kəskin təsirli zəhər fosfid sinkdir.

Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 146


329) Deratizasiyada tədbiq edilən xroniki təsirli zəhər hansıdır?
A) Ftorasetamid

B) Xlorpikrin

C) Fosfid sink

D) Zookumarin

E) Ratindan
Deratizasiyada tədbiq edilən xroniki təsirli zəhər ratindandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 146
330) Gəmiricilərin orqanizmində kumulyasiya edən zəhər hansıdır?
A) Fosfid sink

B) Natrium fosfid

C) Zookumarin

D) Karbon 4 - oksid

E) Xlorpikrin
Gəmiricilərin orqanizmində kumulyasiya edən zəhər zookumarindir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 144
331) Laboratoriyada gəmiriciləri zəhərləmək üçün hazırlanmış tələ yemlərinin miqdarı nə qədər olur?
A) Gündəlik

B) 1 aylıq

C) 3 - günlük

D) Kvartal

E) Həftəlik
Laboratoriyada gəmiricilərin zəhərləndirilməsi üçün hazırlanmış tələ yemlərinin miqdarı gündəlik olur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 137
332) Gəmiricilər üçün zəhərli taxıl tələ yeminin tərkib hissəsinə taxıl və zəhərdən başqa nə daxildir?
A) Süd

B) Gənəgərçək yağı

C) Bitki yağı

D) Şəkər tozu

E) Su
Gəmiricilər üçün zəhərli taxıl tələ yeminin tərkib hissəsinə taxıl və zəhərdən başqa bitki yağı daxildir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 153
333) Xlorlu əhəngin əsas məhlulunun tərkibində aktiv xlorun % - i nə qədərdir?
A) 65 %

B) 35 %


C) 10 %

D) 99,9 %

E) 50 %
Xlorlu əhəngin əsas məhlulunun tərkibində 10 % aktiv xlor var.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 24
334) Dırnaq üçün qayçıların, ülgüc və s. alətlərin zərərsizləşdirilməsi necə aparılır?
A) “3 qatlı məhlulda” 45 dəqiqə

B) 2 saat qaynatmaq

C) Dezokson ilə

D) 70 % - li etil spirtində yerləşdirmək

E) 1 saat qaynatmaq
Dırnaq üçün qayçıları, ülgüc və s. alətləri “3 qatlı məhlulda” 45 dəqiqə zərərsizləşdirirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 39
335) Qarın yatalağı və salmonelyoz xəstəliyində 1 litr sidiyi zərərsizləşdirmək üçün aşağıdakı maddələrdən hansı götürülür?
A) 25 q benzil - benzoat

B) 10 q xlorlu əhəng

C) 15 q dibromantin

D) 50 q soda

E) 100 q duru sabun
Qarın yatalağı və salmonelyoz xəstəliyində 1 litr sidiyi zərərsizləşdirmək üçün 10 q xlorlu əhəng götürürlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 10
336) Dezinfeksiyanın nəticəsini nə yaxşılaşdırır?
A) Havanın və məhlulun temperaturunun aşağı salınması

B) Dezinfeksiyaedici məhlulun temperaturunun yüksəldilməsi

C) Havanın temperaturunun yüksəldilməsi

D) Dezinfeksiyaedici məhlulun temperaturunun aşağı salınması

E) Havanın və məhlulun temperaturunun yüksəldilməsi
Dezinfeksiyanın nəticəsini dezinfeksiyaedici məhlulun temperaturunun yüksəldilməsi yaxşılaşdırır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 58
337) Müalicə - profilaktik müəssisələrdə cari dezinfeksiyanı kim aparır?
A) Xəstələr

B) Həkim-epidemioloq

C) Baş həkimin müavini

D) Kiçik tibb işçiləri

E) Həkim-gigiyenist
Müalicə - profilaktik müəssisələrdə cari dezinfeksiyanı kiçik tibb işçiləri aparır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 50
338) Pasterizasiya dedikdə nə başa düşülür?
A) Patogen törədicilərin dondurulması

B) 30 dəqiqə müddətində qida məhsullarının 70 - 80 ° C qədər qızdırılması

C) Laboratoriya ilgəklərinin yandırılması

D) Qida məhsullarının uzun müddət qurudulması

E) Sterilizasiyaönü təmizləmə
Pasterizasiya dedikdə qida məhsullarının 30 dəqiqə müddətində 70 - 80 ° C qədər qızdırılması başa düşülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 14
339) Dezinfeksiyada istifadə olunan kimyəvi maddə hansıdır?
A) “Nittifor”

B) Xloramin

C) Ratindan

D) Karbofos

E) Zookumarin
Dezinfeksiyada istifadə olunan kimyəvi maddə xloramindir
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 16
340) Xlorlu əhəngin əsas məhlulunu hansı qabda saxlayırlar?
A) Rəngli

B) Tünd


C) Adi şüşə

D) Şəffaf

E) Büllur
Xlorlu əhəngin əsas məhlulunu tünd qabda saxlayırlar.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 23
341) Xloraminin aktivləşdirilmiş məhlulu necə hazırlanır?
A) 10 % - li naşatır spirti əlavə edilir

B) 24 saat müddətində dəmlənir

C) 5 saat soyuducuda saxlanır

D) 3 % - li hidrogen peroksid əlavə edilir

E) Məhlul qızdırılır
Xloraminin aktivləşdirilmiş məhlulu 10 % - li naşatır spirti əlavə edilməklə hazırlanır.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 27
342) Yekun və cari dezinfeksiyaya nəzarətin növü hansıdır?
A) Fiziki - kimyəvi

B) Termiki, texniki

C) Vizual, kimyəvi, bakterioloji

D) Toksikoloji

E) Mikroskopik, bioloji
Yekun və cari dezinfeksiyaya nəzarətin növlərinə vizual, kimyəvi, bakterioloji aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 58
343) Cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə nə aşkar edilir?
A) Stafilokokk

B) Vibrion

C) Bağırsaq çöpləri

D) Protey

E) Streptokokk
Cari dezinfeksiyanın keyfiyyətinə nəzarət etmək üçün yaxma üsulu ilə bağırsaq çöpləri aşkar edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 59
344) Ocaqda cari və yekun dezinfeksiyanın yerinə yetirilməsinə bakterioloji nəzarət etdikdə laborator müayinə üçün nə götürülür?
A) Quru dezinfeksiyaedici maddə

B) Qida məhsulları

C) Xəstələrin paltarları

D) İşlək dezinfeksiyaedici məhlul

E) Xəstələrin analizləri
Ocaqda cari və yekun dezinfeksiyanın yerinə yetirilməsinin bakterioloji nəzarətində laborator müayinəsi üçün işlək dezinfeksiyaedici məhlul götürülür.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh58
345) Yekun dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəriciləri hansıdır?
A) Sahənin həşəratlardan təmizlənməsi

B) Təmizləmənin tam və vaxtında aparılması, kameralı dezinfeksiyanın aparılması, vizual və laborator nəzarətin nəticələri

C) Gəmiricilərin sayının azaldılması

D) Həşəratların sayının azaldılması

E) Milçəklərlə mübarizə
Yekun dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəricilərinə təmizləmənin tam və vaxtında aparılması, kameralı dezinfeksiyanın aparılması, vizual və laborator nəzarətin nəticələri aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 55
346) Cari dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəriciləri hansıdır?
A) Vaxtında ocaqda, müəssisələrdə infeksion xəstələrin və gəzdiricilərin ifrazatlarının zərərsizləşdirilməsinin təşkili,vizual və laborator nəzarət

B) Gəmiricilərin sayının artırılması

C) Gəmiricilərin sayının azaldılması

D) Milçəklərlə mübarizə

E) Sahənin həşəratlardan təmizlənməsi
Cari dezinfeksiyanın nəticələrinin qiymətləndirilməsi üçün əsas keyfiyyət göstəricilərinə ocaqda, müalicə - profilaktik və uşaq müəssisələrində vaxtında infeksion xəstələrin və gəzdiricilərin ifrazatlarının zərərsizləşdirilməsinin təşkili, vizual və laborator nəzarəti aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 50
347) Xlorlu əhəng nə şəkildə olur?
A) Məlhəm

B) Qaz


C) Məhlul

D) Toz


E) Suspenziya
Xlorlu əhəng toz şəklində olur.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 23
348) Dezinfeksiyaedici vasitələrin əsas keyfiyyəti nədir?
A) Saxlanma zamanı davamsız olur

B) Həll olmur

C) Böyük konsentrasiyalarda təsir edir

D) Kiçik konsentrasiyalarda təsir edir

E) Kanserogendir
Dezinfeksiyaedici vasitələrin əsas keyfiyyəti kiçik konsentrasiyalarda təsir etməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 17


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin