Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


) Polimielit əleyhinə vaksin uşaqlara nə vaxt yeridilir?



Yüklə 2,12 Mb.
səhifə5/23
tarix26.11.2016
ölçüsü2,12 Mb.
#177
1   2   3   4   5   6   7   8   9   ...   23

241) Polimielit əleyhinə vaksin uşaqlara nə vaxt yeridilir?
A) 18 ayında

B) 12 ayında

C) Uşağın həyatının 4 – 7 – ci günü

D) Uşağın həyatının ilk 24 saatında

E) 5, 6, 7 ayında
Poliomielit xəstəliyinə qarşı vaksini uşaqlara doğum evində həyatının 4 – 7 – ci günü verirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
242) Poliomielit əleyhinə vaksinasiyada hansı vaksin istifadə edilir?
A) BCG

B) AGDT


C) ADT

D) QPM


E) OPV
Poliomielit əleyhinə vaksinasiyada diri OPV (Oral Poliomielit Vaksini) vaksinindən istifadə edilir.

.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196


243) İ İ V infeksiyasının yayılmasında iştirak edən amil hansıdır?
A) Nəcis

B) Hava


C) Qan, sperma

D) Oyuncaq

E) Sidik
İ İ V infeksiyasının yayılmasında qan, sperma iştirak edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
244) Su çiçəyi xəstəliyinin törədicisi nədir?
A) Vibrion

B) Bakteriya

C) İbtidai

D) Virus


E) Spiroxeta
Su çiçəyi xəstəliyin törədicisi virusdu.
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 359
245) Məxmərək xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Gəmiricilər

B) Xəstə insan

C) Xəstə quşlar

D) Xəstə heyvan

E) Vəhşi heyvanlar
Məxmərək xəstəliyində infeksiya mənbəyi xəstə insandır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 152
246) Məxmərək ocağında hansı tədbirlər aparılır?
A) Profilaktiki dezinfeksiya

B) Ocaqlı dezinfeksiya

C) Cari dezinfeksiya

D) Otağın havası dəyişdirilir, nəm təmizləmə

E) Yekun dezinfeksiya
Məxmərək ocağında otağın havası dəyişdirilir, nəm təmizləmə aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 154
247) B hepatitinə qarşı vaksin nə vaxt vurulur?
A) Uşağın həyatının ilk 12 saatında

B) 18 aylıqda

C) 2, 3, 4 aylıqda

D) Uşağın həyatının 4 - 7 - ci günü

E) 12 aylıqda
B hepatitinə qarşı vaksin uşağın həyatının ilk 12 saatında vurulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 203
248) C virus hepatitində yoluxma mexanizmi necədir?
A) Parenteral, cinsi

B) Aerogen

C) Fekal - oral

D) Qan soran həşəratlar

E) Məişət – kontakt
C virus hepatitində yoluxma mexanizmi parenteral və cinsi yolladır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 205
249) Dezinfeksiya hansı məqsədlə aparılır?
A) Buğumayaqlıların məhv edilməsi

B) Ev və vəhşi quşların məhv edilməsi

C) Xarici mühitdə patogen mikrobların məhv edilməsi

D) Gəmiricilərin məhv edilməsi

E) Heyvanların məhv edilməsi
Xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xarici mühitdə patogen mikrobların məhv edilməsinə dezinfeksiya deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 99
250) Dezinseksiya hansı məqsədlə aparılr?
A) Həşərsatların tələf edilməsi

B) Heyvanların məhv edilməsi

C) Gəmiricilərin tələf edilməsi

D) Yiyəsiz itlərin və pişiklərin tutulması

E) Xarici mühitdə patogen mikrobların məhv edilməsi
Yoluxucu xəstəliklərin törədicilərin canlı keçiriciləri sayılan həşəratların tələf edilməsinə dezinseksiya deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 105
251) Tibb müəssisələrində əllərin dezinfeksiyası üçün neçə % - li xloramin məhlulundan istifadə edilir?
A) 0,5 % - li

B) 20 % - li

C) 10 % - li

D) 40 % - li

E) 15 % - li
Tibb müəssisələrində əllərin dezinfeksiyası üçün 0,5 % - li xloramin məhlulundan istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 104
252) Deratizasiya hansı məqsədlə aparılır?
A) Gəmiriciləri məhv etmək

B) Patogen mikrobların məhv edilməsi

C) Buğumayaqlıların məhv edilməsi

D) Heyvanların məhv edilməsi

E) Quşların tələf edilməsi
Gəmiriciləri (əsasən siçan, siçovul) məhv etmək məqsədilə aparılan təd birlərə deratizasiya deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
253) Dezinfeksiyanın fiziki üsuluna nə aiddir?
A) Qaynama

B) Çırpma

C) Havanın dəyişdirilməsi

D) Tozsorandan istifadə

E) Filtrasiya
Dezinfeksiyanın fiziki üsuluna qaynama, yandırma, günəş işığı, radioaktiv şüalanma və s. aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 101
254) Dezinfeksiya kameraları hansı müəssisələrdə olmur?
A) İstənilən çoxprofilli xəstəxanada

B) Doğum evində

C) Poliklinikada

D) İnfeksion xəstəxanada

E) Şəhər, rayon dezinfeksiya xidmətində
Rayon dezinfeksiya stansiyalarının kamera dezinfeksiya şöbəsi, yoluxucu xəstəxanalar, həmçinin çoxprofilli xəstəxanalar və doğum evləri zavod üsulu ilə hazırlanmış dezinfeksiya kameraları ilə təchiz edilmişdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
255) Hansı xəstəlik ocağında əşyaların dezinfeksiyası kamerada aparılmır?
A) Pedikulyoz

B) Qarın yatalağı

C) Sh. Zone törədicilərinin əmələ gətirdiyi dizenteriya

D) Difteriya

E) Səpkili yatalaq
Ocaqların yekun dezinfeksiyasında yoluxucu xəstələrin əşyaları, bütün stasionarlarda evə yazılan xəstələrin haısının yataq ləvazimatları kamera işlənməsinə məruz qalır. Bu misalda Sh.Zonne törədicisinin əmələ gətirdiyi dizenteriya ocağında əşyaların dezinfeksiyası aparılmır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
256) Sterilizasiyaya nəzarət üsulu hansıdır ?
A) Ancaq kimyəvi üsulla

B) Ancaq mikrobioloji üsulla

C) Ancaq fiziki üsulla

D) Ancaq bioloji üsulla

E) Bioloji, fiziki, kimyəvi, mikrobioloji
Sterilizasiyaya nəzarət bioloji, fiziki, kimyəvi və mikrobioloji üsulla aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 104
257) Hansı xəstəlik ocaqlarında dezinseksiya aparılır?
A) İersinioz

B) Leptospiroz

C) Bruselyoz

D) Səpkili yatalaq

E) Qara yara
Səpkili yatalaq xəstəliyinin törədicilərini yayan paltar bitlərini məhv etmək üçün ocaqda dezinseksiya tədbirləri aparılır.

Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 208


258) Gəmiricilərlə mübarizədə mexaniki üsulun tədbiqi harada məsləhət görülmür?
A) Kənd təsərrüfatı bazalarında

B) Qida sənayesi müəssisələrində

C) İnfeksion xəstəliklərin təbii ocaqlarında

D) Məktəbəqədər uşaq müəssisələrində

E) Müalicə müəssisələrində
İnfeksion xəstəliklərin təbii ocaqlarında gəmiricilərlə mübarizədə mexaniki üsulun tədbiqi məsləhət görülmür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
259) Zəhərli tələ yemlərinin qidalı əsasına nə aid edilmir?
A) Çörək, sıyıq

B) Buğda, un

C) Süd və süd məhsulları

D) Tərəvəz ( kök )

E) Təzə balıq və ət qalıqları
Zəhərli tələ yemlərinin qidalı əsasına süd və süd məhsulları aid edilmir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
260) Dezinfeksiyada hansı preparatlar istifadə edilir ?
A) Vaksin

B) Kimyəvi maddələr

C) İmmunoqlobulin

D) Zərdab

E) İnterferon
Dezinfeksiyada kimyəvi maddələrdən hazırlanmış preparatlardan istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 101
261) Dezinfeksiyanın hansı növləri var?
A) Ocaqlı, profilaktik

B) Bioloji

C) Mexaniki,fiziki

D) Kimyəvi

E) Bakterioloji
Dezinfeksiyanın ocaqlı (cari və yekun) və profilaktik növləri var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 99
262) Vizual yoxlama nədir?
A) Silmək

B) Çırpmaq

C) Yandırmaq

D) Gözlə yoxlamaq

E) Qaynatmaq
Gözlə yoxlamağa vizual yoxlama deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 100
263) Sterilizasiya hansı orqanizmlərə qarşı aparılır?
A) Patogen və qeyri-patogen mikroblara qarşı

B) Saprofitlərə qarşı

C) Rikketsiyalara qarşı

D) Göbələklərə qarşı

E) Viruslara qarşı
Sterilizasiya patogen və qeyri - patogen mikroblara qarşı aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 104
264) Dezinfeksiya kameralarının neçə növü var?
A) 3

B) 6


C) 2

D) 10


E) 4
Dezinfeksiya kameralarının 6 növü (buxar, buxar - hava, buxar - formalin, qaz və elektriklə işləyən, isti - hava) var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
265) Hansı maddələr ratisidə aiddir?
A) Piretrum,xlorofos

B) Xlorofos,neft

C) Neft,skipidar

D) Xloramin, xlorlu əhənq

E) Zookumarın,fosfid sink
Adları çəkilən maddələrdən zookumarın, fosfid sink ratisidə aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
266) Mexaniki üsulda nədən istifadə olunur?
A) Lizoldan

B) Tələlərdən

C) Xlorheksedindən

D) Xlorpikrindən

E) Krisitdən
Mexaniki üsulda tələlərdən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 108
267) Dezinseksiyanın hansı növləri var?
A) Fiziki

B) Kimyəvi

C) Mexaniki

D) Profilaktik və qırıcı tədbirlər

E) Bioloji
Dezinseksiyanın profilaktik və qırıcı növləri var.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 105
268) Dəri və xəzdən olan geyim əşyalarının zərərləşdirilməsi hansı kamerada aparılır?
A) Buxar - formalın

B) Buxar


C) Qazla işləyən

D) İsti hava ilə işləyən

E) Elektriklə işləyən
Dəri və xəzdən olan geyim əşyalarının zərərləşdirilməsi buxar - formalın kamerada aparılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 107
269) İnsektisidlərə nə aiddir?
A) Xloramin

B) Formalin

C) Xlorpikrin

D) Zookumarin

E) Piretrum, ftisid
İnsektisidlərə piretrum, ftisid aiddir
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 106
270) Sterilizasiyada hansı üsuldan istifadə olunmur?
A) Qazla

B) Mexaniki üsuldan

C) Buxar

D) Hava ilə

E) Radiasiya üsulu
Sterilizasiyada mexaniki üsuldan istifadə olunmur.Sterializasiyanı aşağıdakı üsullarla aparılır.Fiziki,kimyəvi ,radiasiya .
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 104
271) Epidemik prosesin birinci zənciri hansıdır?
A) Yayılma amilləri

B) Həssas orqanizm

C) Yayılma yolları

D) İnfeksiya mənbəyi

E) Yoluxma mexanizmi
Epidemik prosesin birinci zənciri infeksiya mənbəyidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 29.
272) Epidemik prosesin ikinci zənciri hansıdır?
A) Yoluxma mexanizmi

B) Sağlam gəzdiricilər

C) Həssas orqanizm

D) İnfeksiya mənbəyi

E) Rekonvalissentlər
Epidemik prosesin ikinci zənciri infeksiyanın yoluxma mexanizmidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 30.
273) Epidemik prosesin üçüncü zənciri hansıdır?
A) Yoluxma mexanizmi

B) Yayılma amilləri

C) Yayılma yolları

D) Həssas orqanizm

E) İnfeksiya mənbəyi
Epidemik prosesin üçüncü zənciri həssas orqanizmdir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 30.
274) İnfeksion xəstəlik ocağının epidemioloji müayinəsinin məqsədi nədir?
A) Müalicənin təyini

B) İnfeksiya mənbəyi,yoluxma yolları və amilləri,yoluxmaya səbəb olan şərait və ocaq sərhədlərinin müəyyən edilməsi

C) Əhalinin immunlaşdırılması

D) Xəstəliyə səbəb olan törədicinin növünün müəyyən edilməsi

E) Son diaqnozun qoyulması
İnfeksion xəstəlik ocağının epidemioloji müayinəsinin məqsədi infeksiya mənbəyi, yayılma yolları və amillərinin, yoluxmaya səbəb olan şəraiti və ocaq sərhədlərinin müəyyən edilməsidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 56.
275) Epidemik ocaq haqqında nə vaxt danışmaq olar?
A) İnsanların kütləvi sürətdə qripə xəstələnməsi zamanı

B) Ətdə salmonella olduqda

C) Suda vəba törədiciləri olduqda

D) Bruselyoz xəstəliyinə tutulmuş heyvanlar olduqda

E) Ocaqda həşəratlar olduqda:
İnsanların kütləvi sürətdə qripə xəstələnməsi zamanı epidemik ocaq haqqında danışmaq olar. İnfeksiya mənbəyinin olduğu yer ,və infeksiyanın yayıla biləcəyi yaxın ətraf mühit epidemik ocaq adlanır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh.56
276) Viruslu hepatit xəstəliyini keçirənlər üzərində dispanser nəzərətini kim aparır?
A) Stasionarın həkim - infeksionisti, sonra isə yoluxucu xəstəliklər kabinetinin həkimi

B) Bakterioloq

C) Rayon GEM - nin həkim - epidimioloqu

D) Sahə tibb bacısı

E) Sahə pediatrı
Viruslu hepatit xəstəliyini keçirənlər üzərində dispanser nəzərətini stasionarın həkim - infeksionisti, sonra isə yoluxucu xəstəliklər kabinetinin həkimi aparır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 95
277) Soyuq zəncir nədir?
A) Preparatın yeridilməzdən əvvəl qızdırılması

B) Preparatın daşınması zamanı temperatur rejiminə nəzərət

C) Preparatın yeridilməzdən əvvəl soyudulması

D) Vaksinin hazırlanma yerindən peyvəndlərin aparılması yerinə qədər saxlanması və daşıması zamanı temperatur rejiminə nəzarət sistemidir

E) Preparatın saxlanması zamanı temperatur rejiminə nəzarət
Soyuq zəncir vaksinin hazırlanma yerindən peyvəndlərin aparılması yerinə qədər saxlanması və daşıması zamanı temperatur rejiminə nəzarət sistemidir.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 7.
278) Soyuducunun işi üzərində nəzarət üçün nə etmək lazımdır?
A) Hər dəfə soyuducunu açdıqda termometrin göstəricisinə baxmaq

B) Soyuducunun temperaturunu ancaq səhər yoxlamaq

C) Soyuducu işlək vəziyyətdə olduqda və elektrik enerjisini daimi aldıqda temperatura nəzarət etmək

D) Hər gün səhər və axşam soyuducunun temperaturunu yoxlamaq və temperatur rejiminin qeydiyyat jurnalında onu göstərmək

E) Yalnız gecə saatlarında soyuducunun temperaturunu yoxlamaq
Soyuducunun işi üzərində nəzarət üçün hər gün səhər və axşam soyuducunun temperaturunu yoxlamaq və temperatur rejiminin qeydiyyat jurnalında onu göstərmək lazımdır.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 9.
279) Vaksini ambardan poliklinikaya daşımaq üçün nə istifadə edilir?
A) İstənilən qab (yeşık, qutu, kisə və s.)

B) Termostat

C) Termoçanta (çanta - soyuducu)

D) Məişət termosları

E) Əl çantası
Vaksini ambardan poliklinikaya daşıdıqda termoçantadan istifadə edirlər.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 13.
280) Vaksin preparatlarının saxlanıldığı temperatur rejiminin daha təhlükəli pozulması ən çox harada baş verir?
A) Vaksin hazırlayan institutun ambarında

B) Tibbi preparatların ərazi ambarlarında saxlanması zamanı

C) Vaksinin daşınması zamanı, vaksinatorun iş yerində

D) Vaksin hazırlanan zaman

E) Tibbi preparatlar müalicə - profilaktik müəssisələrində saxlandıqda
Vaksin preparatlarının saxlanılmasına temperatur rejiminin daha təhlükəli pozğunluqları (təsadüfi qəzalar)vaksinin daşınması zamanı və vaksinatorun iş yerində mümkündür.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 31.
281) Yoluxucu xəstəlikdən şübhələnən həkimin (tibb işçisinin) taktikası necə olmalıdır?
A) Yekun dezinfeksiya aparmalı

B) Ocağın sərhədlərini təyin etməli

C) Vaksinoprofilaktika aparmalı

D) Təmasda olan şəxsləri aşkar etməli

E) “Təcili bildiriş vərəqəsi” göndərməli
Yoluxucu xəstəlikdən şübhələnən həkim (tibb işçisi) “Təcili bildiriş vərəqəsi” göndərməlidir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 93
282) Təcili bildiriş vərəqəsi hansı saylı forma üzrə doldurulur?
A) 63

B) 5


C) 60

D) 58


E) 64
Təcili bildiriş vərəqəsi 58 saylı forma üzrə doldurulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 60
283) Ocaqda müalicə xidməti nəyi həyata keçirir?
A) Heyvanların saxlanmasına nəzarət

B) Yekun dezinfeksiya

C) Cari dezinfeksiyanı təşkili

D) Su mənbələrinin saxlanmasına nəzarət

E) Ocağın sərhədlərinin təyini
Müalicə xidməti ocaqda cari dezinfeksiyanı təşkil edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 93
284) Planlı peyvəndlərə aşağıdakılardan hansı aiddir?
A) Difteriya ocağında xəstə ilə təmasda olan şəxslərin vaksinasiyası

B) Qarın yatalağı xəstəliyinin təhlükəsi zamanı aparılan vaksinasiya

C) Vəba xəstəliyinin yayılması təhlükəsi zamanı qəsəbə əhalisinin vaksinasiyası

D) Gənəli ensefalit xəstəliyinin təbii ocağına gedən tələbələrin vaksinasiyası

E) Tetanus əleyhinə hərbiçilərin vaksinasiyası
Planlı peyvəndlərə tetanus əleyhinə hərbiçilərin vaksinasiyası aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 109
285) Peyvənd anamnezini hansı sənəd əsasında araşdırmaq mümkündür?
A) Yaşayış yeri üzrə yoluxucu xəstələrin qeydiyyat kartı

B) Profilaktik peyvəndlərin qeydiyyat kartı

C) Epidemioloji müayinə kartı

D) Dispanser müşahidə kartı

E) Statistik talon
Peyvənd anamnezini profilaktik peyvəndlərin qeydiyyat kartı əsasında aydınlaşdırmaq olar.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 118
286) Bezredko üsulu ilə aşağıdakı maddələrdən hansı yeridilir?
A) Vaksinlər

B) İnterferonlar

C) Heteroloji immunoqlobulinlər və zərdablar

D) Homoloji immunoqlobulinlər

E) Bakteriofaqlar
Heteroloji immunoqlobulinlər və zərdablar Bezredko üsulu ilə yeridilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 115
287) Hansı xəstəlik zamanı profilaktika məqsədi ilə anatoksinlər istifadə edilir?
A) Tetanus, difteriya

B) Göyöskürək, epidemik parotit

C) Vərəm, məxmərək

D) Hepatit B, qızılca

E) Qızılca, poliomielit
Profilaktika məqsədi ilə tetanus və difteriya xəstəliklərində anatoksinlərdən istifadə edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 109
288) Müalicə xidməti nəyi həyata keçirir?
A) Ocaqda xəstə ilə təmasda olan şəxsləri aşkar edir

B) Ocağın sərhədlərini təyin edir

C) Ocaqda xəstələri aşkar edir

D) Yekun dezinfeksiyanı aparır

E) Ocağın epidemioloji müayinəsini aparır
Müalicə xidməti ocaqda xəstələri aşkar edir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 93
289) Xəstəlik keçirmiş şəxslərə peyvənd nə vaxt vurulur?
A) 1 aydan sonra

B) 3 aydan sonra

C) 1 həftədən sonra

D) 10 gündən sonra

E) Vurulmur
Kəskin xəstəlik keçirmiş şəxslər tam kliniki sağalmadan 1 ay sonra peyvənd ala bilərlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 119
290) Beynəlxalq tibbi - sanitariya qaydalarının təsiri hansı xəstəliklərə şamil edilir?
A) Salmonelyoz

B) Dizenteriya

C) Taun, vəba

D) Virus hepatitləri

E) Qızılca
Beynəlxalq tibbi - sanitariya qaydalarının təsiri taun, vəba xəstəliklərinə şamil edilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 329
291) Uşaqlara AGDT vaksinin yeridilməsi zamanı gözlənilən interval nə qədərdir?
A) Üç dəfə aparılan vaksinasiyada 1,5 ayqan 6 aya qədər

B) Üç dəfə aparılan vaksinasiyada 2 - 3 günlük

C) Üç dəfə aparılan vaksinasiyada 1 aylıq

D) Üç dəfə aparılan vaksinasiyada 10 günlük

E) Üç dəfə aparılan vaksinasiyada 2 aylıq
Uşaqlara AGDT vaksinin yeridilməsi zamanı gözlənilən interval 1 aydır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 112
292) Deratizasiyanın mexaniki üsulunda nədən istifadə olunur?
A) Lizoldan

B) Xlorpikrindən

C) Tələlərdən

D) Hamısından

E) Krisitdən
Deratizasiyanın mexaniki üsulunda tələlərdən istifadə olunur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 108
293) Elektriklə işləyən kameralarda hansı əşyalar zərərsizləşdirilir?
A) Ayaqqabılar (dəri və rezin)

B) Yataq əşyaları

C) Sintetik materiallardan hazırlanmış geyimlər

D) Kitab, dəftər, arxiv materialları

E) Xəzdən olan geyimlər
Elektriklə işləyən kameralarda kitab, dəftər, arxiv materialları zərərsizləşdirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 107
294) Hazırlanmış xlorlu əhəng məhlulunun maksimum saxlama müddəti nə qədərdir?
A) 1 saata qədər

B) 7 - 10 gün

C) 2 - 3 gün

D) Bütün iş günü

E) 1 həftə
Hazırlanmış xlorlu əhəng məhlulunun maksimum saxlama müddəti bütün iş günüdür
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 102
295) Perhidrol nədir?
A) Sidik cövhəri ilə hidrogen peroksidin birləşməsidir

B) 30 - 33% - li hidrogen peroksiddir

C) 10% - li naşatır spirtidir

D) 20% - li hidrogen peroksiddir

E) 5% - li hidrogen peroksiddir
30 - 33% - li hidrogen peroksid məhluluna perhidrol deyilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 103
296) Metaldan olan şpatelləri hansı məhlulda dezinfeksiya edirlir?
A) 3% - li hidrogen peroksiddə

B) 5% - li xloramində

C) Buxar - hava kamerasında

D) 10% - li hidrogen peroksiddə

E) Buxar - formalin kamerasında
Metaldan olan şpatelləri 3% - li hidrogen peroksiddə dezinfeksiya edirlər
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 103
297) İmalə üçün ucluqlar (şüşə, plastmas) necə dezinfeksiya edilir?
A) 2 saat qaynatmaqla

B) 70% - li etil spirtində saxlamaqla

C) Avtoklavda

D) 3% - li hidrogen peroksiddə 45 dəqiqə

E) Təmizləyici vasitələrdə
İmalə üçün ucluqları (şüşədən, plastmasdan) 3% - li hidrogen peroksiddə 45 dəqiqə dezinfeksiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 103


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin