Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

Material  və  metodlar:  2015-ci  ilin  aprel  ayından  2015-ci  ilin  oktyabr 
ayınadək    Akademik  M.C.Cavadzadə  adına  Respublika  Klinik  Uroloji  Xəstəxana-
sında  və  Daxili  iĢlər  nazirliyinin  Tibb  Ġdarəsinin  A.N.Heydərov  adına  Respublika 
Hospitalında yalnız sidik axarında və bəzi xəstələrdə isə həm sidik axarında, həmdə 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
88 
eyni tərəfdə böyrəkdə müĢtərək daĢı olan, əvvəlcə kontakt ureteroskopik litotripsi-
ya  və  sonradan  daĢsızlıq  əmsalına  çatmaq  üçün  Distansion  zərbə-dalğa 
litotripsiyasına  məruz  qalmıĢ  30  xəstə  tətqiqat  üçün  müĢahidəyə  alınmıĢdır. 
Xəstələr 2 qrupa bölünmüĢdür. 
--  kontakt  ureteroskopik  litotripsiya  zamanı  böyrəyə  retroqrad  miqrasiya 
etmiĢ daĢ və ya daĢ fraqmentləri olan xəstələr 
--  sidik  axarında  və  paralel  olaraq  həmin  böyrəkdə    müĢtərək  daĢı  olan 
xəstələr 
Xəstələrin  12-si(40%)  qadın,  18-i(60%)  kiĢi  cinsindəndir.  Cədvəl  1-də 
göründüyü  kimi  xəstələrin  orta  yaĢ  həddi  49-dur(24-69).  Bu  zaman  qadınlar 
arasında  xəstələrin  orta  yaĢ  həddinin  (53)  göstəricisi  kiĢi  cinsindən  olan 
xəstələrdən (45) nəzərə çarpacaq dərəcədə yüksəkdir. 
Жядвял  № 1. 
Xəstələrin cinsinə və əməliyyatın hansı tərəfdə olmasına görə bölgüsü 
Əməliyyat 
olunmuş xəstələr 
Yaş həddi (orta yaş 
həddi) 
Əməliyyat olunan tərəf 
 
Cəmi 
Sağ tərəf 
Sol tərəf 
Kişilər 
31-57(45) 
10 

18 
Qadınlar 
24-72(53) 


12 
Ümumi 
24-72(49) 
14 
16 
 
Bizim  tətqiqatımızda  sol  tərəfdə  daĢı  olan  xəstələr  üstünlük  təĢkil  edir. 
MüĢahidə edilən 8 xəstənin (26.6%) sidik axarında olan daĢdan əlavə, həmin tərəf 
böyrəkdə  də  müĢtərək  daĢlar  olmuĢdur.  22  (73.4%)  xəstədə  isə  daĢ  əvvəlcə  yalnız 
sidik  axarında  olmuĢ  və  kontakt  litotripsiya  zamanı  böyrəyin  kasacıq-ləyən 
sisteminə  bütöv,  yaxud  böyük  fraqment  Ģəklində  miqrasiya  etmiĢ  daĢlar 
olmuĢdur.  Sonradan  distansion  zərbə-dalğa  litotripsiyasına  məruz  qalmıĢ 
xəstələrin  hamısında  kontakt  ureterolitotripsiya  zamanı  qoyulmuĢ  JJ-Stent 
olmuĢdur.  Sidik  axarında  və  müĢtərək  olaraq  eyni  tərəf  böyrəyin  çoxsaylı  daĢları 
olan 8 xəstənin hamısında kontakt ureterolitotripsiya zamanı sidik  axarı daĢları 
tam  Ģəkildə  parçalanmıĢ,  ekstraksiya  edilmiĢ  və  JJ-Stent  qoyulmuĢdur. 
Böyrəkdəki  daĢlar  isə  kontakt  litotripsiyadan  sonra  distansion  zərbə-dalğa 
litotripsiyasına  məruz  qalmıĢdır.  Bunlardan  2-sində  daĢın  tam  parçalanmadığı 
üçün 2-ci seans distansion zərbə-dalğa litotripsiyası aparılmıĢ, 6 xəstədə isə təkrar 
seansa  ehtiyac  qalmamıĢdır.  22  xəstədə  isə  kontakt  litotripsiya  zamanı  böyrək 
daxilinə  retroqrad  miqrasiya  etmiĢ  daĢ  və  ya  daĢ  fraqmentlərinə  görə  distansion 
zərbə-dalğa  litotripsiyası  əməliyyatı  aparılmıĢdır.  22  xəstənin  13-də  daĢ  bütöv 
olmuĢdur. DaĢların ölçüsü ~0.8-1.2 sm olmuĢdur. 9 xəstədə isə daĢlar fraqment 
Ģəklində  ~0.7-0.9  sm  ölçüdə  aĢkar  edilmiĢdir.  Bu  qrup  xəstələrin  hamısında 
kontakt ureterolitotripsiya əməliyyatı zamanı JJ-Stent qoyulmuĢdur.  30 xəstənin 
hamısında  kontakt  ureterolitotripsiya  əməliyyatından  təxminən  4  gün  sonra 
tərəfimizdən distansion zərbə-dalğa litotripsiyası əməliyyatı icra edilmiĢdir. Bütün 
xəstələrdə  15-20  gün  sonra  təkrar  yoxlanılmıĢ  və  100%  daĢsızlıq  əmsalı  qeyd 
edilmiĢdir. 
Cədvəl  2-də  distansion  zərbə-dalğa  litotripsiyaya  məruz  qalmıĢ    xəstələrin 
yanaĢı  gedən  xəstəlikləri  göstərilmiĢdir.  Cədvəldən  göründüyü  kimi  12  xəstədə 
yanaĢı gedən xəstəliklər müĢahidə edilmiĢdir. 
Bütün  xəstələr  əməliyyatdan  əvvəlki  dövrdə  Qanın  ümumi  və  biokimyəvi 
analizi,  Sidiyin  ümumi  təhlili,  USM  kimi  standart  yoxlamadan  keçirilmiĢlər. 
Xəstələrin  rentgenoloji  müayinə  metodları  arasında  böyrək  və  sidik  axarı 
daĢlarının  aĢkarlanması  üçün  nativ  və  ya  spiral  kompyuter  tomoqrafiyaya 
üstünlük verilmiĢdir. Yalnız 2 halda, göstərici və taktiki müdaxilələri üzə çıxarmaq 

 
məqsədilə  xəstəyə  əvvəlcədən  baĢqa  klinikada  aparılmıĢ  icmal  və  ekskretor  
müayinələr  ilə kifayətlənmiĢik 
Жядвял  № 2. 
Yanaşı xəstəliklər 
Distansion  zərbə-dalğa  litotripsiyası  əməliy-
yatı  keçirmiĢ  xəstələrdən  yalnız  2-də  venadaxili 
anesteziya  tətbiq  edilmiĢdir.  Qalan  28  xəstədə  isə 
ə
məliyyat  anesteziyasız  aparılmıĢ,  yalnız  əməliy-
yatdan  əvvəl  premedikasiya  (diklofenak)  icra 
edilmiĢdir. 
Distansion zərbə-dalğa litotripsiyası əməliyyatı Daxili ĠĢlər Nazirliyinin Tibb 
Ġdarəsinin  A.N.Heydərov  adına  Respublika  Hospitalında  Almaniyanın  ―Dornier  ― 
cihazında,  Akademik  M.C.Cavadzadə  adına  Respublika  Klinik  Uroloji 
Xəstəxanasında  isə  Almaniyanın  ―Siemens‖  cihazında  icra  edilmiĢdir.‖Dornier‖ 
cihazında zərbə sayı~1500-2500,  7-9 intensivlikdə, ―Siemens‖ cihazında isə zərbə 
sayı ~1500-2000, 2.0-3.5 intensivlikdə aparılmıĢdır.    
Distansion  zərbə-dalğa  litotripsiyası  əməliyyatına  məruz  qalmıĢ  xəstələrə 
ə
məliyyatdan  sonra  fraqmentasiya  olunmuĢ  daĢların  xaric  olması  üçün,  eləcədə 
iltihabın  inkiĢafının  qarĢısını  almaq  məqsədi  ilə  konservativ  müalicə  təyin 
olunmuĢdur.  Konservativ  müalicədə  əsasən  Cloksasin(levofloksasin),  Vacenac 
(Aceklofenak), Tutucon və Tamsulozin preparatlarına üstünlük vermiĢik. 
Nəticə:  Əməliyyat  zamanı  ,eləcədə  əməliyyatdan  sonra  ciddi  ağırlaĢmalar 
rast  gəlinməmiĢdir.  Yalnız  1  xəstədə  əməliyyatdan  sonra  hərarətin  qalxması,  R-
skopiya  zamanı  pnevmoniya  aĢkar  edilmiĢdir.  Xəstədə  antibakterial  konservativ 
müalicə  aparılmıĢ,  xəstəliyin  qarĢısı  alınmıĢdır.  Digər  xəstələrdə  isə  1  günlük 
distansion  zərbə-dalğa  litotripsiya  əməliyyatına  xarakter  olaraq  mülayim 
hematuriya  müĢahidə  edilmiĢdir.  Bütün  xəstələrdə  daĢsızlıq  əmsalına  çatmaq 
mümkün olmuĢdur.  
 
ġəkil 1: Sol böyrəyin daĢı (nativ KT). 
Ureteroskopik  kontakt  litotripsiyadan  sonra  Distansion  zərbə-dalğa 
litotripsiyanın  tətbiq  olunduğu  hallardan  təcrübəmizdəki  klinik  müĢahidəni 
təqdim edirik. 
Xəstə C.F. 59 yaĢında, kiĢi cinsində  02.09.2015-ci il tarixində Azərbaycan 
Respublikası  Daxili  iĢlər  Nazirliyinin  Tibb  Ġdarəsinin    Respublika  Hospitalına 
müraciət  etmiĢdir.  ġikayətəri:  sol  bel  nahiyyəsində  sancıĢəkilli  ağrılar, 
ürəkbulanma,ümumi  halsızlıq,hərarətin  yüksəlməsindən  olmuĢdur.  Anamnezində 
xəstə  özünü  uzun  müddətdir  ki,  xəstə  hesab  edir.  10  gündür  ki,  Ģikayətləri 
Xəstəlik    
Xəstələrin sayı 
Hipertoniya xəstəliyi 
           5 
Piylənmə 

Gərginlik 
stenokardiyası 

Şəkərli diabet 


 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
90 
kəskinləĢmiĢdir.  Ambulator  Ģəraitdə  konservativ  müalicə  alıb,lakin  effekti 
olmamıĢdır.  Klinikamızda  müayinə  olundu.  Nativ  tomoqrafiyada  sol  böyrəyin 
pelvikaliksial  sistemin  kəskin  dilatasiyası,  III  dərəcə  ureterohidronefroz, 
möhtəviyyatın  qatılaĢması  qeyd  olunur.  Ləyəndə  ölçüsü  23  mm  olan 
konkrement(densi-770 Hu) aĢkar edildi (ġəkil 1). 
Bundan  əlavə  sidik  axarının  aĢağı  1/3-də  bir-birinə  sıx  söykənmiĢ  ən 
böyüyünün ölçüsü 7 mm olan 3 ədəd konkrement aĢkar edildi (ġəkil 2). 
 
ġəkil 2Sol sidik axarı daşları(nativ KT). 
Beləliklə  müayinələrin  nəticəsinə 
görə  xəstəyə  ―Sol  sidik  axarının  intramural 
hissəsinin  daralması,  sol  sidik  axarının 
aĢağı  1/3-nin  daĢları,  soltərəfli  infeksi-
yalaĢmıĢ  ureterohidronefroz  III  d,  sol 
böyrəyin  daĢı,  sol  böyrəyin  aĢağı  qütbün 
kistası,  obstruktiv  pielonefrit  diaqnozu 
qoyuldu. 
Xəstədə  02.09.2015-ci  il  tarixində 
spinal  anesteziya  altında  ―Sol  sidik 
axarının  intramural  hissəsinin  balon 
dilatasiyası,  sol  sidik  axarının  aĢağı  1/3  daĢlarının  kontakt  lazer 
ureterolitotripsiyası,  sol  böyrəyə  ureospiralın  taxılması‖  əməliyyatı  icra  edildi. 
Ə
məliyyatdan  sonrakı  dövrdə  konservativ  müalicə  davam  etdirildi.  Sol  böyrəkdə 
hidronefroz  və  iltihabi  proses  çəkildikdən  sonra  08.09.2015-ci  il    tarixində  Sol 
böyrəyin daĢına görə  distansion zərbə-dalğa litotripsiya əməliyyatı, 20.09.2015-ci 
il    tarixində  isə  həmin  əməliyyatın  2-ci  seansı  icra  edildi.    Əməliyyatdan  sonrakı 
dövrdə  çoxlu  miqdarda  daĢ  fraqmentlərinin  xaric  olması  müĢahidə  edildi. 
13.10.2015-ci  il  tarixində  aparılan  təkrar  USM-dən  sonra  xəstədən  ureospiralın 
çıxarılması aparıldı. 
Beləliklə  yuxarıda  göstərilən  hallarda  böyrək  və  sidik  axarı  daĢlarının 
müalicəsində  daĢsızlıq  əmsalına  çatmaq  üçün  kontakt  lazer  ureterolitotripsiyası 
və    distansion  zərbə-dalğa  litotripsiyanın  birgə  tətbiqi  əvəzedilməz  bir  müalicə 
üsuludur.  Bu üsulların üstün cəhətləri az invazivlik, qısa müddətdə reabilitasiya, 
stasionar günün qısa olması və ağırlaĢmaların minimal olmasıdır. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1. Zairov N.F. Sidik axarı daşlarının müalicəsində endoskopik kontakt litotripsiyanın nəticələri. T.ü.f.d. dissertasiyası.Bakı,2014. 
2.Джавадзаде С.М. ―Мочекаменная болезнь в эндемическом регионе‖ . Баку. 1996. с.126. 
3. İmamverdiyev S.B.,Əkbərov R.F.,Məmmədov R.N.,Zairov N.F., Sidik axarı daşlarının endoskopik pnevmotik kontakt litotripsiya 
üsulu ilə müalicəsi. // Azərbaycan Tibb jurnalı,2011 No:4, s.108-111. 
4. Mahmudov İ.F. Sidik daşlarının kimyəvi-mineraloji tərkibinin tədqiqi və onun distansion zərbə-dalğa litotripsiyası zamanı kliniki 
əhəmiyyəti.T.e.n. ... disser.avtoreferatı.Bakı,1998,27 s. 
5. Лопаткин Н.А., Трапезникова М.Ф., Дутов В.В., Дзеранов Н.К., Дистанционная ударно-волновая литотрипсия: прошлое, 
настоящее,будущее // Урология, 2007, № 6, с. 313 
6. Симонов В.И., Мартов А.Г., Чикин Ф.С. Дистанционная ударно-волновая уретеролитотрипсия // Урология и нефрология, 
1991, № 1, с. 18-21 
7. Степанов В.Н., Перельман В.М., Кадыров З.А., Дистанционная ударно-волновая литотрипсия у больных с длительным 
пребиванием камней в мочеточнике// Урология и нефрология, 1996, № 3, с. 3-4 
 

 
Р Е З Ю М Е 
 
 
ГОСПИТАЛЬ МЕДИЦИНСКОГО УЧРЕЖДЕНИЯ МИНИСТЕРСТВА 
ВНУТРЕННИХ ДЕЛ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ имени 
А.Н.ГЕЙДАРОВА., РЕСПУБЛИКАНСКАЯ КЛИНИЧЕСКАЯ УРОЛОГИЧЕСКАЯ 
БОЛЬНИЦА имени Академика М.Д. Джавадзаде. 
 
Заиров Н.Ф., Фигаров В.И., Акберов К.Р. 
 
В  статье  было  отмечено  у  30  пациентов  для  исследования.  12 
пациентов  были  женщины,  в  то  время  как  18  пациентов  были  мужчины. 
Пациенты,  пострадавшие  от  удаленного  литотрипсии  ударной  волны 
разделены на 2 группы. 
--Во время уретероскопикеское контакт литотрипсии камней в почках 
или ретроградной миграции каменных фрагментов у больных  
--Параллельно  с  мочеточника  и  камни  в  почках  у  больных  с 
совместным 
Исследование проводилось на базе Республиканского Госпиталя имени 
А. Н.Гейдарова Медицинского Учреждения Министерства Внутренних Дел и в 
Республиканской Клинической Урологической Больнице. 
Таким  образом,  статья  в  лечении  почек  и  мочеточников  камнями, 
чтобы достичь стонфрее  отношение литотрипсии контакт с ударно-волновая 
лазерной  уретеролитотрипсии  и  удаленных  приложений  отмечен  в  качестве 
важного  способа  лечения.  Инвазивнысть  несколько  преимуществ  этих 
методов, как только восстановление, пациент в день, и осложнения минимальны. 
 
 
S U M M A R Y 
 
 
HOSPITAL MEDICAL INSTITUTIONS MINISTRY OF AFFAIRS OF THE REPUBLIC 
OF AZERBAIJAN NAMED A.N.GEYDAROV , REPUBLICAN CLINICAL 
UROLOGICAL HOSPITAL NAMED AFTER Academician M.D.Javadzadeh. 
 
Zairov N.F., Figarov V.I., Akberov K.R. 
 
The  article  was  observed  in  30  patients  for  research.    12  of  the  patients 
were  women,  while  18  percent  were  male.  Patients  affected  by  the  shock-wave 
remote litotripsii divided into 2 groups.  
--  Durig  ureteroskopic  contact    lithotripsy  kidney  stones  or  retrograde 
migration of stone fragments in patients with advanced 
-- In parallel to the ureter and kidney stones in patients with joint 
The  study  was  conducted  at  the  National  Hospital  of  A.N.Geydarov 
medical institutions of the Ministry of Affairs and the Republican Clinic Urological 
Hospital. 
So  the  article  in  the  treatment  of  kidney  and  ureter  stones  to  reach 
stonefree  ratio  litotripsii  contact  with  shock-wave  laser  ureterolitotripsii  and 
remote application is marked as an essential method of treatment. Invasionation 
few advantages of these methods, as soon as the rehabilitation, a patient of the 
day, and the complications is minimal. 
 
 
Дахил олуб:  23.10.2015. 
 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
92 
QEYRĠ-STEROĠD ĠLTĠHABƏLEYHĠNƏ VASĠTƏLƏRĠN 
OFTALMOLOGĠYADA VƏ FOTOREFRAKSĠON CƏRRAHĠYYƏNĠN 
MƏRHƏLƏLƏRĠNDƏ TƏTBĠQ XÜSUSĠYYƏTLƏRĠ 
 
Səfərova A.N. 
 
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh. 
 
  Açar  sözlər:  qeyri-steroid  iltihabəleyhinə  vasitələr,  dikloftil,  nevanak, 
lornoksikam, buynuz qişanın densitometriyası, transepitelial FRK 
ĠĢin  aktuallığı.  Qeyri-steroid  iltihab  əleyhinə  vasitələr  (QSĠƏV)    son  illər 
oftalmologiyada  geniĢ  tətbiq  olunur.  Bu,  QSĠƏV-in  gözdə  ağrının  azalmasına, 
iltihabi  və  regenerator  reaksiyalara  müsbət  təsiri  haqqında  eksperimental-kliniki 
məlumatların olması ilə Ģərtlənir. Məhz bu, fotorefraksion cərrahiyyəsinin hazırlıq 
mərhələsində  və  əməliyyatdan  sonra  QSĠƏV-in  tətbiqinə  zəmin  yaratmıĢdır  [1-2]. 
Lakin  bu  zaman  belə  bir  fakt  nəzərdən  qaçırılır  ki,  əməliyyatdan  əvvəl  buynuz 
qiĢanın QSĠƏV-lə hopdurulması preparata eksimer lazer ablyasiyası ilə induksiya 
olunmuĢ ikincili Ģüalanmanın təsir etməsi üçün Ģərait yaradır [3-5]. Bu Ģüalanma 
ultrabənövĢəyi  tərkib  hissəsinə,  o  cümlədən  zədələyici  təsirinə  görə  daha  təhlükəli 
olan orta spektral diapazona (UBV) malikdir. Ədəbiyyatda olan məlumatlara görə, 
ultrabənövĢəyi  Ģüaların  (UBġ)  təsiri  altında  QSĠƏV  parçalanaraq,  toksiki 
məhsullar əmələ gətirir ki, onlar da, fibroblastların məhvinə səbəb olur.  Beləliklə, 
buynuz  qiĢa  stromasında,  ablyasiya  aparılan  zaman  keratositlərin  əlavə  olaraq 
zədələnməsi  və  apoptozu  üçün  Ģərait  yaranır.  Bundan  əlavə,  refraksion  cərrahlar 
çox  vaxt  bir  sıra  dərman  preparatlarının,  o  cümlədən  QSĠƏV-in  qəbulu  zamanı 
toxumaların  foto-həssaslığının  artması  ilə  bağlı  məlum  faktı  unudurlar.  Belə  ki, 
fotorefraksiya  əməliyyatlarından  sonra  QSĠƏV-in  ümumi  və  yerli  tətbiqi  zamanı 
buynuz  qiĢaya  xaricdən  UBġ  yükünün  düĢməsi  həmçinin  QSĠƏV-in  dağılaraq 
keratositlərin  hüceyrə  membranlarını  zədələyən  və  onları  məhv  edən  toksik 
məhsullar  əmələ  gətirməsinə  səbəb  ola  bilər.Bununla  əlaqədar  olaraq, 
fotorefraksiya  əməliyyatlarından  əvvəl  və  sonra  QSĠƏV-in  tətbiqinin  nə  üçün 
xüsusi  yanaĢma  tələb  etdiyi  aydın  olur,  çünki  buynuz  qiĢa  xarici  UBġ-ya  qarĢı 
ilkin maneə filtri olmaqla, sutkalıq iĢıq yükünün çox hissəsi onun üzərinə düĢür 
[5].  Həmçinin  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hallarda  QSĠƏV-in  yerli  tətbiqi 
zamanı  buynuz  qiĢa  epitelisinin  və  stromasının  səthi  qatlarının  müxtəlif  dərəcəli 
ödemin  yaranması,  hətta  bunun  nəzərə  çarpan  toksiki-allergik  reaksiyaya  gətirib 
çıxarması mümkündür. Bu zaman buynuz qiĢa stromasının hidratasiya dərəcəsi 
pozulur  ki,  bu  da  eksimer  lazer  ablyasiyasının  icrası  zamanı  yekun  optik-
refraksiya effektinə təsir edir.  
Bütün  yuxarıda  qeyd  edilənlər  buynuz  qiĢanın  fotorefraksion 
cərrahiyyəsində QSĠƏV-in tətbiqi xüsusiyyətlərinin öyrənilməsi üzrə araĢdırmaların 
aktuallığını göstərir. 
Tədqiqatın  məqsədi  –  QSĠƏV  oftalmologiyada  və  buynuz  qiĢanın 
fotorefraksion cərrahiyyəsində tətbiqi xüsusiyyətlərinin araĢdırılması.    
Tədqiqatın  material  və  metodları.Tədqiqatlar  193  pasiyentin  332 
gözündə aparılıb. Onlardan 18-35 yaĢ arasında müxtəlif dərəcəli miopiyası olan 65 
pasientdə  (108  göz)  densitometrik  buynuz  qiĢa  funksional  sınağının 
dözümlülüyünün  yoxlanılması  ilə  və  onsuz  dikloftil,  nevanak  və  lornoksikam 
preparatlarının  damcı  və  aerozol  metodikasının  epibulbar  tətbiqinin  qiymətlən-
dirilməsi  aparılmıĢdır.  Lornoksikamın  müxtəlif  konsentrasiyalarda  epibulbar 
damcı və aerozol üsullarla tətbiqi zamanı dözümlülüyünün qiymətləndirilməsi 35 
pasientdə (48 göz) aparılmıĢdır. 

 
Müxtəlif  QSĠƏV-in  epibulbar  tətbiqi  zamanı  dözümlülüyünün  qiymətlən-dirilməsi  üçün 
densitometrik buynuz qiĢa sınağının iĢlənib hazırlanması 18-35 yaĢılı, müxtəlif dərəcəli miopiyası 
olan  30  pasient  (60  göz)  üzərində  aparılmıĢdır.  QSĠƏV-in  damcı  (60  sınaq)  və  aerozol  (60  sınaq) 
üsullarla tətbiqi zamanı 120 densitometrik buynuz qiĢa sınağı keçirilmiĢdir. Sınaqlar dikloftil (40 
sınaq), nevanak (40 sınaq) və lornoksikam (40 sınaq) preparatları ilə aparılmıĢdır.Buynuz qiĢanın 
densitometriyası  QSĠƏV-in  tətbiqindən  öncə  və  10,20,30  dəqiqə  sonra  keçirilmiĢdir.Tədqiqatlar 
Oculus-Pentacam HR və WaveLight-Allergo Oculyzer cihazlarında aparılmıĢdır.  
Aerozol hopdurulma üçün membran-tor məhlulun tozlandırılması texnolo-
giyası ilə B.Well WN-114 nebulayzer tətbiq olunmuĢdur.  
Ayrı-ayrı  üsullarla  QSĠƏV-in  dözümlülüyünün  qiymətləndirilməsi  müxtəlif 
dərəcəli  miopiya  ilə  112  pasientdə  (224  göz)  hazırlıq  mərhələdə  və  transepitelial 
FRK-dan sonra aparılmıĢdır. Pasiyentlərin yaĢı 18-48 arasında tərəddüd edirdi.  
Nəticə  və  onların  müzakirəsi  Ədəbiyyatda  olan  məlumatlara  əsasən, 
QSĠƏV  epibulbar  tətbiqi  zamanı  göz  damcılarının  çoxunda  istifadə  edilən 
konservantlara qarĢı yerli toksik-allergik reaksiyanın inkiĢafı mümkündür. Buna 
görə  fotorefraksion  cərrahiyyədə  konservantsız  QSĠƏV-in  istifadəsi  mümkünlüyü 
bizim  diqqətimizi  cəlb  etmiĢdir.  UBġ  fotoprotektor  effekti  ilk  dəfə  təsdiq  edilmiĢ 
lornoksikam (ksefokam) preparatı seçimində dayanılmıĢdır.  
Yin  J.  və  b.  (2008),  Mahmoud  B.L.  və  b.  (2010)  eksperimental  tədqiqat-larında  təyin 
edilmiĢdir  ki,lornoksikam  yaranmıĢ  ultrabənövĢəyi  Ģüalanmanın  orta  spektral  diapazonunun 
(UFD),  xüsusilə  300  və  320  nm  arasında  dalğa    uzunluğunun,  əhəmiyyətli  dərəcədə  boğulmasına 
səbəb  olunmuĢdur  [6-7].Buna  kappa  B  nüvə  faktorunun  (NF-kB)  və  siklooksigenazanın  (SOQ) 
inhibisiyasının  aktivasiyası  hesabına  əldə  olunur,  bu  isə  buynuz  qiĢanı  UBġ  zədələnmədən 
qorunmasını  təmin  edir.Alınan  məlumatlar  lornoksikamın  buynuz  qiĢanın  UBġ-nın  zədələyici 
təsirindən qorunmasını əsaslı təsdiq etmiĢlər. 
Lornoksikamın  damcı  və  aerozol  tətbiqindən  sonra  Pentacam  cihazı  vasitəsi  ilə  aparılan 
tədqiqatlarda  buynuz  qiĢanın  ön  səthinin  refraksion  göstərici-lərində  statistik  əhəmiyyətli 
dəyiĢikliklər aĢkar etməmiĢdir. 
QSĠƏV-in  epibulbar  tətbiqi  zamanı  dözümlülüyünün  qiymətləndirilməsinin  yeni  üsulu 
iĢlənib  hazırlanmıĢdır.  Üsulun  mahiyyəti  infraqırmızı  Ģüalanmayla  buynuz  qiĢanın  optik 
ġeympflyuq  skan  edilməsinin  keçirilməsindən  ibarət  olmuĢdur.  Preparatın  dözümlülüyü  və  təsir 
xarakteri  haqda  densitometrik  epitelial  pikin  və  stromanın  müxtəlif  qatlarında  optik  sıxlığın 
artmasına görə mülahizə yeridilmiĢdir.  
Tədqiqatlar  göstərmiĢdir ki,  dikloftilin  birdəfəlik  damızdırılmasından  sonra 30% hallarda 
(20  gözdən  6-da)  onun  buynuz  qiĢa  epitelinə  əlavə  təsiri  aĢkar  edilmiĢdir.  Bu  buynuz  qiĢanın 
densitoqrammasında  epitelial  pikin  davamlı  artması  ilə  biruzə  verilirdi.  Belə  ki,  bir  halda  damcı 
tətbiq  olunduqdan  sonra  20-ci  dəqiqədə  və  iki  halda  30-cu  dəqiqədə  epitelial  pik  öz  maksimal 
qiymətinə  çatmıĢdır.Eyni  zamanda  dikloftilin  aerozol  applikasiyası  zamanı  2  dəqiqə  ərzində  əlavə 
epitelial  reaksiya  aĢkar  edilməmiĢdir.  Nevanak  preparatının  birdəfəlik  damcılanması  ilə 
densitometrik  buynuz  qiĢa  sınağının  keçirilməsi  zamanı  30%  hallarda  (20  gözdən  6-da)  əlavə 
epitelial  reaksiya  aĢkar  edilməmiĢdir  və  onun  aerozol  epibulbar  tətbiqi  zamanı  mövcud  deyildir. 
Buynuz qiĢanın optik densitometriyasının göstəricilərinə görə, lornoksikam preparatının damcı və 
aerozol üsulla tətbiqi zamanı heç bir halda epitelə yan təsir qeyd edilməmiĢdir..  
Tədqiqatlar  göstərmiĢdir  ki,  QSĠƏV-in  epibulbar  tətbiqinin  əlavə  təsirinin 
aĢkar  edilməsi  üçün  optik  densitometrik  funksional  buynuz  qiĢa  sınağının 
onların  istifadəsindən  əvvəl,  fotorefraksion  lazer  əməliyyatından  öncə  və  sonra 
keçirilməsi  məqsədə  uyğundur.  Tədqiqatlarımızda  əməliyyatdan  öncə  QSĠƏV  ilə 
densitometrik  funksional  buynuz  qiĢa  sınağının  keçirilməsi  23  hallarda  (9,4%) 
onların  yerli  tətbiqindən  imtina  etməyə  və  48  hallarda  (19,7%)  əməliyyatdan 
sonrakı  dövrdə  QSĠƏV-in  istifadə  müddətini  azaltmaga  imkan  yaratmıĢdır. 
Fotorefraksion  ablyasiya  ilə  induksiya  olunmuĢ  ikincili  Ģüalanma  ablyasiya 
edilmiĢ toxuma qatından daha dərin qatlara nüfuz edən dalğa UBġ-dan ibarətdir. 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
94 
Bu Ģüalanma, artıq qeyd olunduğu kimi, buynuz qiĢa stromasında keratositlərin 
membran strukturunu zədələyən və onların məhvinə səbəb olan toksiki məhsullar 
ə
mələ gətirərək QSĠƏV-in  dağılmasını törədə bilər. Bununla əlaqədar, tərəfimizdən 
buynuz  qiĢa  stromasının  riboflavinlə  və  ya  benqal  çəhrayı  ilə  öncədən  hopdurul-
masından sonra yeni fotorefraksion ablyasiya metodikası iĢlənib hazırlanmıĢdır.  
TransFRK  zamanı  fotorefraksion  ablyasiyanın  keçirilməsindən  öncə 
epitelial  səthin  vəziyyəti  və  onun  qalınlığını  müəyyən  edən  epitelin  hidratasiya 
dərəcəsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Bununla  əlaqədar,  epitelial  səthin 
vəziyyətinə  təsir  göstərən  hər  hansı  bir  preparatlar  istisna  edilərək  epibulbar 
anesteziyanın keçirilməsi bizim tərəfimizdən xüsusi olaraq vurğulanmıĢdır.  
Erkən əməliyyatdan sonrakı dövrdə ağrı simptomunun zəiflədilməsi üçün  lazer refraksion 
cərrahlar  çox  vaxt  QSĠƏV-in  yerli  instillyasiyasını  tətbiq  edirlər.  Lakin,  kliniki  müĢahidələrimiz 
göstərmiĢdir  ki,    keratotopoqrafik  və  densitometrik  tədqiqatlarda  QSĠƏV-in  tətbiqi  tez-tez  əlavə 
effekt  törətmiĢdir.  Bu  epitelizasiyanın  ləngiməsi  ilə  özünü  biruzə  vermiĢdir,  onun 
tamamlanmasından  sonra isə epitelial hiperplaziya zonaları ilə yumĢaq  olmuĢdur. Bütün bunlar 
epitelial  səthin  nahamarlığı  və  qeyri-düz  induksiya  edilmiĢ  astiqmatizm  ilə  müĢayiət  olunurdu. 
Bununla  əlaqədar,  lornoksikam  preparatına  üstünlük  verərək,  biz  QSĠƏV-in  peroral  tətbiqinə 
keçdik.  Bu  zaman  lornoksikam  preparatının  8  mq  və  16  mq  dozalarda  həb  forması  istifadə 
edilmiĢdir..  Həmçinin,qeyd  etmək  lazımdır  ki,  məhz  lornoksikamın  fotoprotektor  effekti  ilk  dəfə 
təsdiq  edilmiĢdir.  Bu  ağrı  simptomunun,  fotoablyasiyaya  əməliyyatdan  sonrakı  iltihab 
reaksiyasının,  fotoproteksiyanın    zəiflədilməsi  məqsədi  ilə  aparılmıĢdır.  Bu  zaman  pasientlər  açıq 
havada  olduqları  zaman  xarici  UBġ-dan  qorunmaq  üçün  mütləq  əlavə  eynəklərdən  istifadə 
etmiĢlər. Preparatın qısamüddətli qəbulunu nəzərə alaraq, heç bir halda hər hansı  yerli və ümumi 
ə
lavə reaksiyalar qeyd olunmamıĢdır. 
Ə
məliyyatdan  sonrakı  dövrdə  buynuz  qiĢa  sindromu  və  aseptik  iltihabi 
reaksiya  zəif  ifadə  edilmiĢdir.  Təhlil  zamanı  16%  hallarda  (7,14%)  ilk  dəfə  artıq 
ə
məliyyatdan    bir  sutka  sonra  ablyasiya  zonasının  tam  epitelizasiyanın  baĢ 
verməsi  qeyd  edilmiĢdir.224  gözdən  198-də  (88,39%)  ablyasiya  zonasının  2  gün 
ə
rzində  epitelizasiyasının  bitməsi  qeydə  alınmıĢdır.  Heç  bir  halda  subepitelial 
fibroplaziyanın  geridönməz  forması  aĢkar  edilməmiĢdir,  bu  da  bizim  daha  erkən 
kliniki müĢahidələrimizlə uyğun gəlmiĢdir. 224 əməliyyatdan 207-si statistik təhlil 
üçün  əsas  qrupa  daxil  edilmiĢ  zəif  və  orta  dərəcəli  miopiya  ilə  gözlərdə 
aparılmıĢdır.Yüksək  dərəcəli  miopiya  ilə  kiçik  qrupa  gəldikdə  (9  pasientdə  17 
ə
məliyyat),  burada  refraksiya  üzrə  böyük  fərqə,  korreksiya  olunmuĢ  görmə  itiliyə 
və müxtəlif dərəcəli ambliopiyaya görə statistik iĢlənmə aparılmamıĢdır. 
Zəif  və  orta  dərəcəli  miopiya  ilə  əsas  qrupda  əməliyyatdan  sonra  1-12  ay 
müddətlərində korreksiyasız görmə itiliyi  əməliyyatdan öncəki korreksiya olunmuĢ 
görmə  itiliyi  ilə  müqayisə  zamanı  görünən  fərq  aĢkar  edilməmiĢdir.  Qeyd  etmək 
lazımdır  ki,  baĢlanğıc  korreksiya  olunmuĢ  görmə  itiliyinin  orta  göstəricilərinə 
pasiyentlərdə  orta  dərəcəli  refraksion  ambliopiyanın  mövcudluğu  təsir 
göstərmiĢdir.  Vizual  və  refraksion  nəticələrin  təhlili  göstərmiĢdir  ki,  əldə  edilən 
refraksion  effektin  dəqiqliyinə  görə  riboflavin  fotoproteksiyası  və  QSĠƏV  ilə 
tranepitelial FRK,digər keratorefraksion əməliyyatlarla rəqabət apara bilər. Alınan 
nəticələr  FRK-nın  transepitelial  texnologiyasının  üstünlüyünü  sübut  etmiĢdir  və 
ə
dəbiyyatda olan məlumatlarla uyğun gəlmiĢdir.  
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin