www.vivo-book.com
124
aparıb-gətirirdim. Mister Astley bir qıraqda, öz adətincə,
sakitcə, təmkinlə dururdu.
– Hə, bu da mən! Teleqramın yerinə özüm gəldim! –
nəhayət, nənə sükutu pozub sözə başladı, – nədi,
gözləmirdiniz?
– Antonida Vasilyevna… xalacan…
necə ola bilər,
axı… – bədbəxt general mızıldandı. Əgər nənə hələ bir neçə
də saniyə danışmasaydı, ola bilsin ki, beyninə qan sızacaqdı.
– Necə yəni, “necə ola bilər?”
Eləcə qatara mindim,
gəldim. Bəs dəmiryolu nədən ötrüdü? Yoxsa hamınız
fikirləşirdiniz: artıq ayağımı uzatmışam, sizə miras
qoymuşam. Mən axı, sənin
burdan necə teleqramlar
göndərdiyini bilirəm. Məncə, o teleqramlara həddən artıq
pul ödəmisən. Burdan göndərmək ucuz deyil. Mənsə
ayaqlarımı çiynimə atıb gəldim. Bu həmin fransızdı?
Monsie’ur De-Qriyedi, deyəsən?
– Qui, madame, – De-Qriye tutuldu, – et croyez, je suis
si enchante… votre sante… c’est un miracle…
vous vour
ici, une surprise charmante…